Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-439/2023 13.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiay məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMCdə kompyuter operatoru işləyən, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə saat 18:40-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək 3.24 “Maksimum sürətin məhdudlaşdırılması yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 16,5-ci kilometrliyində Hyundai Accent markalı, **-OC-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobili 60-70 km/saat sürətlə idarə edib Bakı istiqamətində iiçzolaqlı yolun orta zolağı ilə yaxın vuran işıqlarla hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bu təbəllərə əməl etməyib hərəkəti istiqamətində adi yerişlə yolun solundan sağma keçən piyada X4 avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Gülayə Cavadinin baş-beyinin toxumasına, qişalarına və mədəciklərinə qansızına, beyinciyə, uzunsov beyinə və Varolio körpüsünə qansızmalar, kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları, başın sağ təpə-alın, alın və sağ təpəgicgah nahiyələrində yumşaq toxumalar altına qansızmalar, sağ gicgah əzələsinə qansızına, başın sağ gicgah-ənsə və sağ təpə nahiyələrinin əzilmiş-cırılmış yaraları, hər iki ağciyərin, qaraciyərin, ürəyin və dalağın cırılmış yaraları, döş sümüyünün, soldan İ-İX qabırğaların ön qoltuq xətti üzrə, İİ-Vİİ qabırğaların kiirək xətti üzrə sınıqları, sağdan İİ-Vİİ qabırğaların ön qoltuq xətti üzrə və İİ-Vİİİ qabırğaların arxa qoltuq xətti üzrə sınıqları, döş və qarın əzələlərinə qansızmalar, döş qəfəsinin sol yarısının və sol qoltuqaltı nahiyənin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin və qarının sol yarısının iri ölçülü qançır-sıyrığı, hər iki baldır sümüklərinin açıq sınıqları və hər iki baldır nahiyəsinin əzilmiş-cırılmış yaraları, çanaq sümüklərinin sınıqları, burun, üst dodaq, alın nahiyəsinin sağ yarısının, sol gözün, sağ süd vəzinin, qarın nahiyəsinin mərkəzi hissəsinin, qarın nahiyəsinin sağ ön-yan səthinin, sağ qalça nahiyəsinin, qarın nahiyəsinin ön səthinin sağ yarısının, sağ diz oynağı nahiyəsinin, sağ baldırın orta-aşağı 1/3-nin, sol sağrının aşağı-bayır kvadrantının sıyrıqları, sağ kiirəkaltı nahiyənin qançırı, sol mil-bilək oynağı nahiyəsinin arxa səthinin qançırı və sıyrıqları, hər iki əlin arxa səthinin qançırı və sıyrıqları, sağ budun orta-aşağı 1/3-nin ön- bayır səthinin qançırı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır bədən xəsarəti alaraq hadisə yerində ölməsinə səbəb olmuş, bundan sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cti hissəsinin 4-cii bəndinin tələblərini pozaraq hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən yol nəqliyyat hadisəsi yerindən qaçmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 263.2 və 264cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də işləyir. Hər gün saat 09:00-da işə başlayır, saat 18:00-da iş vaxtı qurtardıqdan sonra Bakı-Şamaxı avtomobil yolu ilə Bakı istiqamətində şəhərə evinə gedir. İşlədiyi yer Bakı- Şamaxı yolunun sağ tərəfində yerləşir. O, bildirmişdir ki, atasının adında qeydiyyatda olan lakin ona məxsus baş etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Hyundai Accent markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobillə həmişə iş yerinə gedib-gəlmişdir. 17 noyabr 2022-ci il tarixdəeyni qaydada o, iş yerinə getmiş, axşam isə işdən evə qayıdarkən həmin Hyundai Accent markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobillə saat 18:40-da Bakı-Şamaxı avtomobil yolu ilə üzü Bakı istiqamətində təxminən 60-70 km/saat sürətlə hərəkətdə olarkən Atyalı qəsəbəsi ərazisində yolu adi yerişlə soldan sağa keçən piyadanı hərəkət etdiyi orta zolaqda avtomobilinin ön hissəsi ilə vurmuş, piyadanın ayaqları yerdən üzülmüş, daha sonra yerə avtomobilinin altına düşmüşdür. Hadisə zamanı o, tormoz da vermiş, lakin tormozu hadisədən qabaq və ya sonra verdiyini xatırlamamışdır. O, hadisə yerindən təxminən 100- 150 metr qarşıda sağda avtomobili saxlamış və yerə düşüb piyadaya yaxınlaşarkən oraya tanımadığı vətəndaşlar toplaşmışdır. Piyadanın yolun ortasında uzanmış və hərəkətsiz vəziyyətdə olduğunu görüb piyadanın artıq öldüyünə əmin olmuşdur. O, şoka düşdüyündən avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Xeyli yol getdikdən sonra sağa qəsəbəyə daxil olmuş, ara küçələrlə oradan uzaqlaşmış və Şiivəlan qəsəbəsində atasının yaşadığı ünvana getmişdir. Atası onu qarşılamış, Avtomobili harada əzdiyini ondan soruşmuşdur. O, atasına yalan danışaraq avtomobilin üstünə ağac düşdüyünü bildirmişdir. Təxminən gecə saat 03:30-04:00-da onun istifadəsində olan telefona zəng gəlmiş, başa düşmüşdür ki, ona bu saatda ancaq polis zəng edə bilər. Ona görə də atasına idarə etdiyi avtomobilinin üstünə ağac düşmədiyini, avtomobillə adam vurduğunu etiraf etmişdir. Bundan sonra atası onun istifadəsində olan telefonla əlaqə saxlayan şəxslə əlaqəs saxlamış və onu polisə təhvil vermişdir. O, qeyd etmişdir ki, etdiyi əmələ görə səmimi peşmandır, hadisədən əvvəl avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə yük və sərnişin olmamışdır. Mərhumun ailə üzvlərinə maddi yardım etmiş və onlarla brarışmışdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 17 noyabr 2022-ci il tarixdə saat 18:40- da Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 16,5-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Accent markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən piyada Abşeron rayonu Nübar qəsəbəsində yaşayan, anası 1959-cu il təvəllüdlü X4 vurmuş, nəticədə anası Gülayə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Səhəri günü anasının meyiti meyitxanada müayinə olunduqdan sonra onlar təhvil almışlar və Müşfıqabad qəsəbə qəbiristanlığında dəfn etmişlər. X9 dəfn və yas mərasimi ilə əlaqədar sürücü tərəfindən 10000 manat maddi köməklik göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs qarşı şikayət, tələb və iddiası yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 17 noyabr 2020-ci il tarixdə saat 18:40-da etibarnamə əsasında idarə etdiyi özünə məxsus VAZ21043 markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonundan Bakı şəhərinə gələrkən Bakı-Şamaxı- Yevlax yolunun 16,5-ci kilometrliyinə çatdıqda avtomobili orta zolaqda yaxın vuran işıqlarla 50 km/saat sürətlə hərəkət etdirmiş, qarşıda təxminən 6-7 metr məsafədən sonra orta zolaqda qara rəngli insana bənzər adamı uzanmış vəziyyətdə görüb tez sükanı sağa almış, avtomobilinin ön sol təkərinə nə isə toxunduğunu hiss edib tez avtomobili yolun sağ tərəfində saxlayaraq yerə düşmüşdür. Gəlib görmüşdür ki, meyiddir, ölmüş vəziyyətdədir. Oraya çoxlu avtomobil toplaşmışdır. Dərhal polislər də yaxınlaşmışdır. Təcili tibbi yardım maşını da gəlmişdir. Həkimlər həmin şəxsin öldüyünü bildirmişlər. O, piyadaya baxdıqda asfalt üzərində uzanıqlı vəziyyətdə tərpənməvdiyini görmüşdür. Həmin yerdə çoxlu qan süzülüb qalmış, baş tərəfi sola doğru olmuşdur. O, avtomobildə tək, avtomobildə yük və sərnişin olmamışdır. Hadisə yerinə eşitmişdir ki, həmin piyadanı ondan əvvəl bir minik avtomobili vurub öldürmüş və dayanmayıb hadisə yerindən uzaqlaşmışdır. O, özü barədə polis əməkdaşlarına məlumat vermiş və hadisə yerində qalmışdır. O, qeyd etmişdir ki, həmin piyadanın hansı avtomobillə vurulduğunu görməmiş, bu barədə məlumatı yoxdur. O, hadisədən az əvvəl spirtli içki qəbul etməmiş, avtomobili üzərində əzik-batıq izləri olmamış, çünki həmin piyada qadını o, vurmamış, ola bilsin ki, sol təkəri dəymişdir. Ondan qabaqda hərəkətdə olan avtomobillərə fikir verməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: DİN BDYPİ YPXA-nm 710 saylı postunda müşahdiə kamerasının görüntüsünə baxış keçirilərkən müəyyən edilmişdir ki, 17 noyabr 2022-ci il tarixdə saat 18:33:27-də gümüşü rəngli markası bilinməyən lakin daha çox xarici markalı olduğu təxmin edilən avtomobilin orta zolaqda ön hissəsi ilə piyada qadını vuraraq dayanmadan hərəkətini davam etdirdiyini, piyadanın ayağı yerdən üzülüb qarşıya atılaraq avtomobilin kapotunun üzərinə, daha sonra asfalta çırpılaraq həmin avtomobilin alt hissəsinə düşməsi, avtomobil piyadanı altında asfalt üzərində sürüyərək üstündən keçib hadisə yerindən getməsi, bundan bir qədər sonra yəni, saat 18:33:55-də həmin yolda eyni istiqamətdə hərəkətdə olan albalı rəngli VAZ 21043 markalı avtomobilin siikanı ani sağa buraraq sol təkəri ilə yolun ortasında orta zolaqda hərəkətsiz uzanıqlı vəziyyətdə olan meyitin üzərindən keçdiyi müəyyən edilmişdir. Məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixli 176 saylı rəyindən görünür ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər baş-beyinin toxumasına, qişalarına və mədəciklərinə qansızına, beyinciyə, uzunsov beyinə və Varolio körpüsünə qansızmalar, kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları, başın sağ təpə-alın, alın və sağ təpəgicgah nahiyələrində yumşaq toxumalar altına qansızmalar, sağ gicgah əzələsinə qansızına, başın sağ gicgah-ənsə və sağ təpə nahiyələrinin əzilmiş-cırılmış yaraları, -Hər iki ağciyərin, qaraciyərin, ürəyin və dalağın cırılmış yaraları, döş sümüyünün, soldan 1-İX qabırğaların ön qoltuq xətti üzrə, İİ-Vİİ qabırğaların kürək xətti üzrə sınıqları, sağdan İİ- Vİİ qabırğaların ön qoltuq xətti üzrə və İİ-Vİİİ qabırğaların arxa qoltuq xətti üzrə sınıqları, döş və qarın əzələlərinə qansızmalar, döş qəfəsinin sol yarısının və sol qoltuqaltı nahiyənin əzilmiş- cırılmış yaralan, döş qəfəsinin və qarının sol yarısının iri ölçülü qançır-sıyrığı, -Hər iki baldır sümüklərinin açıq sınıqları və hər iki baldır nahiyəsinin əzilmişcırılmış yaraları, çanaq sümüklərinin sınıqları. -Burun, üst dodaq, alın nahiyəsinin sağ yarısının, sol gözün, sağ süd vəzinin, qarın nahiyəsinin mərkəzi hissəsinin, qarın nahiyəsinin sağ ön-yan səthinin, sağ qalça nahiyəsinin, qarın nahiyəsinin ön səthinin sağ yarısının, sağ diz oynağı nahiyəsinin, sağ baldırın orta-aşağı 1/3-nin, sol sağrının aşağı-bayır kvadrantının sıyrıqları. -Sağ kiirəkaltı nahiyənin qançırı. -Sol mil-bilək oynağı nahiyəsinin arxa səthinin qançırı və sıyrıqları, hər iki əlin arxa səthinin qançırı və sıyrıqları. -Sağ budun orta-aşağı 1/3-nin ön-bayır səthinin qançırı. -Sol aralıq və bud nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış-didilmiş yarası və sol budun yuxarı 1/3-nin bayır-arxa səthinin və ön-bayır səthinin sıyrıqları. -G.Ə.Cavadinin meyitində aşkar edilmiş xəsarətlərdən baş-beyinin toxumasına, qişalarına və mədəciklərinə qansızımı, bevinciyə, uzunsov beyinə və Varolio körpüsünə qansızmalar, kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları, başın sağ təpə-alın, alın və sağ təpə-gicgah nahiyələrində yumşaq toxumalar altına qansızmalar, sağ gicgah əzələsinə qansızına, başın sağ gicgah-ənsə və sağ təpə nahiyələrinin əzilmiş-cırılmış yaraları, hər iki baldır sümüklərinin açıq sınıqları və hər iki baldır nahiyəsinin əzilmişcırılmış yaraları, çanaq sümüklərinin sınıqları, burun, üst dodaq, alın nahiyəsinin sağ yarısının, sol gözün, sağ süd vəzinin, qarın nahiyəsinin mərkəzi hissəsinin, qarın nahiyəsinin sağ ön-yan səthinin, sağ qalça nahiyəsinin, qarın nahiyəsinin ön səthinin sağ yarısının, sağ diz oynağı nahiyəsinin, sağ baldırın orta-aşağı 1/3-nin, sol sağrının aşağıbavır kvadrantının sıyrıqları, hər iki ağciyərin, qaraciyərin, ürəyin və dalağın cırılmış yaraları, döş sümüyünün, soldan İ-İX qabırğaların ön qoltuq xətti üzrə, İİ-Vİİ qabırğaların kürək xətti üzrə sınıqları, sağdan İİ-Vİİ qabırğaların ön qoltuq xətti üzrə və İİ-Vİİİ qabırğaların arxa qoltuq xətti üzrə sınıqları, döş və qarın əzələlərinə qansızmalar, döş qəfəsinin sol yarısının və sol qoltuqaltı nahiyənin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin və qarının sol yarısının iri ölçülü qançır-sıyrığı xəsarətləri G.Ə.Cavadinin ölümündən bir qədər əvvəl, bərk küt əşyanın (əşyaların) təsrindən 17.11,2022-ci il tarixdə əmələ gəlmişdilər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərin xarakterini, lokalizasiyasım, cinayət işi materialında və videogöriintiilərdə olan məlumatları nəzərə alaraq demək olar ki, bu xəsarətlərin qərarın təsviri hissəsində və cinayət materiallarında göstərilən şəraitdə yəni, Hyundai Accent markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilin G.Ə.Cavadini vuraraq avtomobilin korpusunun üzərinə atması və bundan sonra onun yerin bərk örtüyünə atılaraq yıxılması və avtomobilin təkərlərinin bədəni üzərindən keçməsi nəticəsində əmələ gələ bilmələri mümkündür. G.Ə.Cavadinin meyitində aşkar olunmuş sol aralıq və bud nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış- didilmiş yarası və sol budun yuxarı 1/3-nin bayır-arxa səthinin və ön-bayır səthinin sıyrıqları xəsarətlərinin isə cinayət işi materiallarında göstərilən şəraitdə yəni, Vaz21043 markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin təkərlərinin təsiri nəticəsində əmələ gələ bilmələri mümkündür və həmin xəsarətlər ölümlə birbaşa səbəbli əlaqəli deyildir. Ölümünə səbəb baş- bevinin toxumasına, qişalarına, mədəciklərinə, uzunsov beyinə, Varolio körpüsünə, beyincivə qansızmalar, kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları, hər iki ağciyərin, qaraciyərin, ürəyin və dalağın cırılması kimi həyatla bir araya sığmayan xəsarətlər olmuşdur. X3 ölümü ölümə səbəb olan xəsarətlər aldıqdan sonra saniyələrlə ölçülən qısa zaman kəsiyində baş verilə bilərdi. X3 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (18.1 1.2022-ci il tarixdə saat 10:30-dan) 12-18 saat əvvəl baş vermişdir. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə trasoloji ekspertizasının 19 dekabr 2022-ci il tarixli, 6/6780, 6/6754, 3/1649 nömrəli rəyindən məlum olıır ki, tədqiqata təqdim edilmiş gödəkçənin üzərində rəyin təsviri hissəsində şərh olunan zədələr, izlər vardır. Həmin zədələr hər hansı bər (küt) predmetlə kontaktda olması, ilişməsi, siirtünməsi nətieəsində yaranması mümkündür. Tədqiq edilən zədələr avtomobilin vurması nəticəsində yarana bilər. -Təqdim edilmiş Hyundai Accent markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotunda, qabaq bamperində, oblisovkada, qabaq dövlət qeydiyyat nişanın çərçivəsində) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hən hansı bərk olmayan predmetin, o cümlədən insanın (piyadanın) vurması nəticəsində yaranması mümkündür. -Təqdim edilmiş plastmass hissələr nəqliyyat vasitələrinin istismarı üçün nəzərdə tutulmuş dövlət qeydiyyat nişanının çərçivəsinin hissəsinə uyğun gəldi. -Təqdim edilmiş plastmass hissələr Hyundai Accent markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq dövlət qeydiyyat nişanının çərçivəsinin qırılmış hissəsi ilə vahid bütövlük təşkil edir. Həmin plastmass hissələr avtomobilin piyadanı vurması nəticəsində qırıla bilər. Tədqiqata təqdim edilən, X7ma məxsus olduğu qeyd edilən geyim gödəkçənin boyun hissəsinin arxa sağ hissəsinin üzərində boya mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilən, X7ma məxsus olduğu qeyd edilən gödəkçənin boyun hissəsinin arxa sağ hissəsinin üzərində boya mikrohissəcikləri ilə Hyundai Accent markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilin lak-boya örtüyündən götiiriilmiiş lak-boya nümunələri (gümiişti rəngli iist emal qatı) qatdığına, qatlarının sayma, rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Tədqiqata təqdim edilən, Hyundai Accent markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilin ön və alt tərəfində lak-boya olan hissələrdə hazırki vəziyyətdə (30 noyabr 2022-ci il tarixdə) yenidən rənglənmə aşkar edilmədi. Tədqiqata təqdim edilən, Hyundai Accent markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən götürülmüş süngülərin və hadisə yerindən götürülmüş hissələrin səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında təqdim edilmiş X7ma məxsus gödəkçənin tərkib liflərindən yoxdur. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 28 fevral 2023-cü il tarixli, 8/415 nömrəli rəyindən məlum olur ki, Hyundai Accent markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cii maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-153553-1222 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-cu il tarixədək müddətə etibarlı olan) AF seriyalı 039955 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Hyundai Accent markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobil, hadisə yerindən götürülmüş hadisə yerindən asfalt üzərində qalmış avtomobil dövlət qeydiyyat nişanının bərkidildiyi alt hissəsinin 02 ədəd plastmass qırıntılar və mərhum X3 hadisə zamanı əynində olmuş qara rəngli uzun parça (plaş) materialdan olan uzun gödəkçə, hadisəni görüntülərini əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, avtomobil saxlanılması üçün sahibinə qaytarılmış, geyim əşyaları Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin saxlanc anbarına təhvil verilmiş, bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, onun sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin ifadəsi, iş materiallarına əlavə edilmiş sənədlər ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13-cü maddəsinə əsasən himayəsində (2016-cı il təv. Murad Seyidov və 2018-ci il təv. Dəniz Seyidova) iki azyaşlı uşağının olmasını, o cümlədən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, təqsirləndirilən şəxs tərəfindən maddi və mənəvi zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ondan tələbinin və şikayətinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri ödəməklə aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq, yaxud da zərərçəkmiş şəxsin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etmək öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərər çəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı, həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli Qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinin 1, 2 və 4-cü bəndlərinin tələblərinə əsasən, sürücü törətdiyi yol nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni yaxınlıqdakı tibb müəssisəsinə aparmalı və ya göndərməli, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Lakin işin hallarından görünür ki, təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törətdikdən sonra orada şəxsiyyətini təsdiq edən sənədləri, idarə etdiyi avtomaşına aid sənədləri təqdim etməmiş, zərərçəkmiş şəxsi tibb müəssisəsinə çatdırmaq üçün tədbirlər görməmiş, başqa vasitələrlə özünü bəlli etməmiş, habelə bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməmiş və ümumiyyətlə hadisəni törətdikdən sonra hadisə yerində qalıb gözləmədən hadisə yerindən qaçmış, özü barədə məlumat verməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 264-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə azadlığın məhdudlaşdırılma cəzanın təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin tələblərinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair Qərarına əsasən şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayətlər törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, o, ərizə verərək təqsirləndirilən şəxslə barışdığını, şikayət və tələbinin olmadığını bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut olan Hyundai Accent markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilin və həmin avtomobil dövlət qeydiyyat nişanının bərkidildiyi alt hissəsinin 02 ədəd plastmass qırıntıların ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınmalı, Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin saxlanc anbarında saxlanılan mərhum X3 hadisə zamanı əynində olmuş qara rəngli uzun parça (plaş) materialdan olan uzun gödəkçə zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdırlar; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 369 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Hyundai Accent markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilin dövlət qeydiyyat nişanının bərkidildiyi alt hissəsinin 02 ədəd plastmass qırıntıları ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin saxlanc anbarında saxlanılan mərhum X3 hadisə zamanı əynində olmuş qara rəngli uzun parça (plaş) materialdan olan uzun gödəkçə zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya İsdarəsinə həvalə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-439/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-439/2023
13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver