Məhkəmə qərarları › İş №1(012)-439/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-439/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-439/2025 14.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 iyun 2024-cü il tarixdə, saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi «Toyota Prius» markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Məhəmməd Əsədov küçəsindən keçən zaman keçmiş arvadı Şahid ilə birgə nikahlarından olan azyaşlı oğlu Uğur Məmmədovu görüb avtomobilindən enərək onu qucaqlayıb görüşmək istəyərkən həmin küçədə yaşayan keçmiş qayınanası Zərərçəkmiş şəxs onu görüb uşağın aparılmasını zənn edərək uşaqla görüşməsinə mane olması səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış münaqişə zamanı qayınanası və bu zaman küçəyə çıxmış Şahid ilə aralarında münaqişənin kəskinləşməsinə görə nəqliyyat vasitəsinə əyləşib Zərərçəkmiş şəxsnm onun övladı ilə görüşməsinə əngəl yaratmasını bəhanə edərək öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmişin şəxsiyyətinin fövqündə qoyub xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobilin qarşısına keçməsinə və kənara çəkilməməsinə məhəl qoymayaraq sonuncunu avtomobili sürüb ön sağ hissəsi ilə qəsdən vuraraq ona sol qasıq sümüyünün qapalı yerdəyişməyən sınığı, qarın, sol bazu, sol dirsək oynağı, sol baldır nahiyələrinin, sol ayaq pəncəsinin üst səthinin qançırları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid ilə 2012-ci ildə ailə həyatı qurmuşdur. Birgə nigahdan 2 azyaşlı övladı vardır. Ailə həyatı qurduqdan sonra münasibətləri normal olsa da lakin, sonradan ailədaxili münasibətlər pozulduğu üçün Türkanla rəsmi olaraq ayrılmışdılar. Bundan sonra övladları Uğur və Elcan həyat yoldaşı Türkanə ilə qalmağa başlamışdılar. O da uşaqlara aliment vermişdir. 02 iyun 2024-cü il tarixdə, saat 20 radələrində evdən çıxaraq məscidə getmişdir. Bu zaman görmüşdür ki, Türkanənin yaşadıqları evin yaxınlığında kiçik oğlu Uğuru görmüşdür. Bu zaman oğlunu qucaqlamaq istəyəndə Uğur onu görən kimi ağlayıb qaçmağa başlamışdır. Bu zaman oğlunun arxasınca gedərək Uğurun niyə görə qaçmasını soruşmuşdur. Bu zaman oğlu demişdir ki, “səni istəmirəm”. O, Uğuru qucaqlayanda onu istəmədiyini demişdir. Bu anda keçmiş qaynanası Zeynəb onları görüb onun yanma gəlmişdir. Bu anda Zeynəb onu təhqir etməyə başlamışdır. Zeynən ona nəyə görə uşağa yaxmlaşmısan deyə soruşmuşdur. O da Zeynəbə irad kimi nəyə görə uşağı ona qarşı öyrətdiklərini soruşmuşdur. Bu zaman Zeynəb ilə aralarında mübahisə baş vermişdir. Bu zaman Zeynəb və qızı Türkanə onun idarə etdiyi Toyota Prius markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına gəlmişdilər və avtomobilə zərbə endirmək istəmişdilər. O da avtomobili yüksək sürətlə idarə etmiş, sağ güzgüsü Zeynəbə dəymiş, bunun təsirindən güzgü sınmış və avtomobili sürüb getmişdir. Bundan sonra eşitmişdir ki, Zeynəb həmin vaxtı xəsarət almışdır. O, həmin vaxtı nə Zeynəbi nədə ki, Türkanəni söyməmişdir. Anası Zeynəb onun avtmobilinin qarşısına keçib avtomobili vurmaq istəyərkən o da avtomobili yüksək sürətlə idarə edib çıxıb getmək istəyərkən Zeynəb maşının sağ güzgüsünə dəymişdir. Həmin vaxtı avtomobilinin sağ güzgüsü də qırılmışdır. O, Zeynəbə qəsdən xəsarət yetirməmişdir. Həmin vaxtı səsə-küyə bütün qonşular yol ilə keçən şəxslər gəlmişdilər. Aralarında olan mübahisə təxminən 15-20 dəqiqə davam etmişdir. Əməlindən peşmandır, iki yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızı Şahid ilə 23 may 2013-cü ildə ailə həyatı qurmuşdur. Birgə nigahdan 2 azyaşlı övladları vardır. Belə ki, ailə həyatı qurduqdan sonra onların münasibətləri normal olsa da lakin, sonradan Elçin və Türkan yola getmədikləri üçün 2020-ci ildə onlar rəsmi olaraq ayrılmışdılar. Belə ki, qızı Türkanə ayrıldıqdan sonra onun yaşadığı evdə azyaşlı övladları ilə birlikdə yaşamağa başlamışdılar. Məhkəmə rəsmi olaraq uşaqları qızı Türkanəyə vermişdir. xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Elçin onun yaşadığı evin həyətinə gəlmişdir. Bu zaman oğlu Uğuru görüb onu aparmaq istəmişdir. O da bunu görəndə Elçinə demişdir ki, nəyə görə uşağı zorla aparmaq istəyirsən. Elə bu anda səsə-küyə qonşular yığışmışdır. Bu anda Elçin əlində olan su butulkası ilə başına zərbə endirmişdir. Elçin avtomobili qəsdən onun üzərinə sürüb sol ayaq nahiyəsindən vurmuş, yerə yıxılmışdır. Bu zaman Elçin avtomobili sürüb çıxıb getmişdir. Onu da qeyd etmişdir ki, Elçin həmin vaxtı onu nəlayiq ifadələr ilə təhqir edərək dəfələrlə onları təhdid etmişdir. Həmin vaxtı orada qızı Tükanə, nəvəsi Uğur, qonşuları Ceyhun, İrada və digər qonşular var idilər. Aralarında olan mübahisə təxminən 15-20 dəqiqə davam etmişdir. Elçinin ifadəsində yalandan danışdığını, nə o nə dəki, qızı Elçini söyüb təhqir etməmişdilər. Elçin onu avtomobil ilə qəsdən üstünə sürüb vurmuşdur. O, qızı ilə Elçinin avtomobilinə zərbə vurmamışdılar. Həmin vaxtı onu və qızını təhqir etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşı olub o, Elçinlə 2012-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki azyaşlı oğlu vardır. Əvvəllər münasibətləri yaxşı olsa da sonradan aralarında tez-tez ailə məişət zəmnində baş vermiş mübahisələr olduğundan və xasiyyətləri uyğun gəlmədiyindən onlar ayrılmışdılar. 2020-ci ildə ayrılmışdılar. Ayrıldıqdan sonra o, iki azyaşlı oğlanları ilə atası Salmana məxsus evdə yaşamışdır. xx.xx.2024-cü il tarixdə, saat təxminən 20:00 radələrində evdə olarkən küçədə oynayan oğlu Uğur Məmmədli qaçaraq evə gəlmişdir. Daha sonra ağlaya-ağlaya bildirmişdir ki, atası Elçin Uğuru qaçırmaq istəmişdir. Bundan sonra o, dərhal küçəyə çıxmışdır. Həmin vaxt anası Zeynəb də küçədə idi. O, küçəyə çıxan zaman evlərinin yaxınlığında Nəsimi küçəsində onlar Elçini idarə etdiyi Toyota Prius markalı avtomobili onların üzərinə sürdüyünü görmüşdülər. O, bir addım geri çəkilsə də Elçin qəsdən idarə etdiyi avtomobili qabaq sağ tərəfi ilə anası Zeynəbi vurmuşdur. Bundan sonra anası Zeynəb zərbənin təsirindən yerə yıxılmışdır. Elçin avtomobili saxlamayıb, avtomobili sürüb hadisə yerindən qaçıb getmişdir. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Anası xəsarət aldığı üçün təcili tibbi yardım xidmətinə zəng vurub, onu xəstəxanaya aparmışdır. Əlavə olaraq bildirmişdir ki, keçmiş həyat yoldaşı Elçin əvvəllər bir neçə dəfə onu xalası oğlunun və digər qohumlarının yüksək vəzifədə işlədiklərini, dövlət təhlükəsizlik xidmətində və digər hüquq mühafizə orqanlarında qohumlarının işlədiklərini deyib, həmin şəxslərin vasitəsi ilə onu hədələyib, təhdid etmişdir. Elçin ona demişdir ki, heç kim ona heçnə edə bilməz bu ölkədə, keçmiş qaynanası və həyat yoldaşı uşaqlarını əlindən almaqla hədələmişdir. O, Elçinin, anasını qəsdən maşınla vurub xəsarət yetirdiyi üçün barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -“Cinayət işi başlama və icraata qəbul etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 xx.xx.2024-cü il tarixli 1211 nömrəli rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər - sol qasıq sümüyünün qapalı, yerdəyişməyən sınığı, qarın, sol bazu, sol dirsək oynağı, sol baldır nahiyələrinin, sol ayaq pəncəsinin üst səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. -“Zərər çəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. -“Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə cinayət əməli Cinayət Məcəlləsinin 127.2.3cü maddəsinə tövsif olunmuşdur. -“Təqsirləndirilən şəxsə yenidən ittiham olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. -xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -Zərərçəkmiş şəxs tərfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində onu qəsdən vuraraq az ağır bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs ona yenə də hədə-qorxular gələrək onu öldürməklə hədələyir. Həmçinin ona dəymiş ziyanı ödəməmişdir və o Elçindən şikayətçidir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan övladları vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması zərərçəkmiş şəxsin, şahidin ifadəsi və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən peşman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə zalından həbs olunmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkməsinin əvvəli məhkəmə zalından həbs olunduğu vaxtdan yəni, xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə zalından həbs olunsun, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın, cəzaçəkməsinin əvvəli məhkəmə zalından həbs olunduğu vaxtdan yəni, xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar