Məhkəmə qərarları › İş №1(012)-44/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-44/2021

25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-44/2021 25.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1974-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri 4-cü mikrorayon YAT 7, Bakı küçəsi, ev 25-də qeydiyyatda olan və Sumqayıt şəhəri 20-ci məhəllə Natəvan küçəsi ev 2 mənzil 5-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildə saat 13:30 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 23-cü kilometrində Zərərçəkmiş şəxs5 məxsus müqavilə və yol vərəqəsi əsasında idarə etdiyi İSUZU ECOBUS avtobus markalı 50CU186 dövlət qeydiyyat nişanlı avtomobillə Saray qəsəbəsi istiqamətinə olan yoldan baş yola doğru 5 km/saat sürətlə hərəkətdə olarkən, avtobusun hərəkət hissəsində təhlükəsiz hərəkətini təmin etməli, təhlükəsizliyi təmin etməyən manevr aparmamalı, idarəetməni itirməməli və hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda bunu etməyib, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib və idarəetməni itirərək avtobus Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron ərazisindən keçən 23-cü kilometrində baş yola daxil olaraq yolların kəsişdiyi hissəni keçərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus yol qoruyucu metal çəpəri zədələyib, Yol patrul xidmətinin postunun yanındakı betondan tikilmiş su çəninə çırpılmış, nəticədə ehtiyatsızlıqdan avtobusda olan sərnişinlər Zərərçəkmiş şəxs1 sol budun orta 1/3-nin arxa səthinin və sağ budun aşağı 1/3-nin arxa səthinin qançırları, bel nahiyəsinin əzələ-bağ aparatının gərilməsi kimi dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsinə, Zərərçəkmiş şəxs4 yuxarı çənənin ön kəsici dişlərin soldan birinci və sağdan birinci dişlərin travmatik sınıqları, üst dodağın cırılmış yarası xəsarətlərini yetirməklə sağlamlığına yüngül zərər vurmasına, Zərərçəkmiş şəxs6 burun sümüyünün yerinidəyişməyən sınığı, burun nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sağ diz oynağı nahiyəsinin ön səthinin qançırı xəsarətlərini yetirməklə sağlamlığına yüngül zərər vurmasına, Zərərçəkmiş şəxs3 sol qaş nahiyəsinin əzilmişcırılmış yarası, sağ saidin orta 1/3-nin arxa səthinin sıyrığı və sol baldırın yuxarı 1/3-nin ön səthinin qançırı xəsarətlərini yetirməklə sağlamlığına yüngül zərər vurmasına, Zərərçəkmiş şəxs2 sağ bazunun qapalı çıxığı, sağ bazu sümüyünün böyük qabarının yerdəyişən sınığı xəsarətlərini yetirməklə sağlamlığına az ağır zərər vurmasına, İSUZU ECOBUS avtobus markalı 50CU186 dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək Zərərçəkmiş şəxs5 oğluna 3750 manat əmlak ziyanı vurmasına və 8 paqon metr metal təhlükəsizlik səddi əzilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 515 manat 20 qəpik ziyanı vurmasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və xx.xx.2015-ci ildə ona «BCD» dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Müqavilə və yol vərəqəsi əsasında «F.Rövşən» istehsalat birliyinin rəhbərlik etdiyi Zərərçəkmiş şəxs5 məxsus İSUZU ECOBUS avtobus markalı 50CU186 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2019-cu ildə saat 13:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 23-cü kilometrində, yəni Yol patrul xidmətinin Saray postu ilə üzbəüz Saray qəsəbəsinin çıxışında avtobus dayanacağında 1 nəfər sərnişin düşdükdən sonra hərəkətə başlamışdır. 5 km/saat sürətlə təxminən 20-25 metr məsafə qət etmişdir ki, sərnişinlərdən 1 nəfər qadın qarşıdakı avtobus dayanacağında düşəcəyini bildirmişdir. Bu səbəbdən avtobusu dayandırmaq üçün ayağını tormoz pedalına qoymuş, amma tormoz tutmamışdır. Avtobusu sürət qutusu vasitəsi ilə dayandırmaq istəmiş, dayandıra bilməyib avtobus idarəetmədən çıxaraq yolun hərəkət hissəsi ilə posta doğru irəliləmişdir. Sükan vasitəsi ilə avtobusu Bakı-Quba yolunda Quba istiqamətinə döndərmək istəmiş, bu zaman avtobus postun yanında yolqoruyucu metal çəpəri əzib keçərək, qabaq sağ təkər çəpərin içində betondan olan su çəninə dəyib dayanmışdır. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 19 dekabr saat 13:07-də Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində Sumqayıt-Saray-Xırdalan marşurutu üzrə 523 №-li marşrut xəttində işləyən İSUZU ECOBUS avtobus markalı 50CU186 dövlət qeydiyyat nişanlı avtomobilə minmişdir. Marşrut boyu avtobusa minən və düşən sərnişinlər olmuşdur. Təxminən 25 dəqiqə yol gedib, və Saray postuna 2-3 dayanacaq qalmış sürücü Təqsirləndirilən şəxs kiməsə telefonla zəng edib demişdir ki, avtobus işləmir, avtobusu «Karvan» dayanacağında saxlayıb sərnişinləri düşürəcəkdir. Bu danışıqdan sonra avtobus təxminən 20-25 metr irəli getmişdir, və 1 nəfər sərnişin demişdir ki, «Karvan» mağazasının yanında saxlasın və düşəcəyini söyləmişdir. Qadının sözündən sonra sürücü avtobusu saxlamaq istədikdə tormoz tutmamış və avtobus eniş yolda sürət götürüb Saray postuna doğru hərəkət etmişdir. Sürücü avtobusu sağa döndərib postun yanındakı metal çəpəri əzib keçərək, betondan olan su çəninə çırpılıb dayanmışdır. Nəticədə özü və digər sərnişinlərin bir qismi xəsarət almışlar. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs şikayətçidir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində gösdərmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 13 radələrində Sumqayıt şəhəri ərazisində oxuduğu Universitetin yanında Sumqayıt-Saray-Xırdalan marşurutu üzrə 523 №-li marşrut xəttində işləyən İSUZU ECOBUS avtobus markalı 50CU186 dövlət qeydiyyat nişanlı avtomobilə minmişdir. Avtobusda təxminən 25-27 nəfər sərnişin olmuşdur. Marşrut boyu avtobusa minən və düşən sərnişinlər olmuşdur. Təxminən 25 dəqiqə yol gedib, Sara postuna 2-3 dayanacaq qalmış sürücü Təqsirləndirilən şəxs kiməsə telefonla zəng edib demişdir ki, avtobus işləmir, və başqa avtobus göndərilməsini tələb etdi. Bu danışıqdan sonra avtobus təxminən 100 metr irəli getmişdir ki, 1 nəfər sərnişin qadın, sürücüdən qabaqdakı «Karvan» mağazasının yaxınlığında saxlamağını və düşməyini dedi. Qadının sözündən sonra sürücü avtobusu saxlamaq istədikdə tormoz tutmamış və avtobus eniş yolda sürət götürüb Saray postuna doğru hərəkət etmişdir. Sürücü avtobusu sağa döndərib postun yanındakı metal çəpəri əzərək, betondan olan su çəninə çırpılıb dayanmışdır. Nəticədə özü və digər sərnişinlərin bir qismi xəsarət almışlar. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs şikayətçidir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 19 dekabr saat 13:20 radələrində Sumqayıt-Saray-Xırdalan marşurutu üzrə 523 №-li marşrut xəttində işləyən İSUZU ECOBUS avtobus markalı 50CU186 dövlət qeydiyyat nişanlı avtomobilə Saray qəsəbəsi ərazisindəki Saraypetrol dayanacağında minmişdir. Avtobusda təxminən 20-30 nəfər sərnişin olmuşdur. Təxminən 5 dəqiqə yol getdikdən sonra sürücü Təqsirləndirilən şəxs kiməsə telefonla zəng edib demişdir ki, avtobus işləmir. Təxminən 100 metr irəli getmişdimr ki, 1 nəfər sərnişin qadın sürücüyə demişdir ki, qabaqdakı «Karvan» mağazasının yanında saxlasın, düşəcəy. Qadının sözündən sonra sürücü avtobusu saxlamaq istədikdə tormoz tutmamış və avtobus eniş yolda sürət götürüb Saray postuna doğru hərəkət etmişdir. Sürücü avtobusu sağa döndərib postun yanındakı metal çəpəri əzərək, betondan olan su çəninə çırpılıb dayanmışdır. Nəticədə özü və digər sərnişinlərin bir qismi xəsarət almışlar. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs şikayətçidir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 19 dekabr saat 13:30 radələrində Saray qəsəbəsi ərazisində «Yetər» şadlıq sarayının qarşısında Sumqayıt-Saray-Xırdalan marşurutu üzrə 523 №-li marşrut xəttində işləyən İSUZU ECOBUS avtobus markalı 50CU186 dövlət qeydiyyat nişanlı avtomobilə minmişdir. Avtobusda oturacaqların hamısında sərnişin oturmuş, oturmağa yer olmadığı üçün ayaq üstə dayanmışdır. Avtobusa mindikdən sonra sürücü kiməsə telefonla zəng edib demişdir ki, avtobus işləmir. Həmin şəxsin sürücüyə nə dediyini eşitməmiş, sürücü isə məcburam sərnişinləri düşürdəm, başqa avtobus göndərin demişdir. Bundan sonra sərnişinlərdən bir nəfər qadın «Karvan market» dayanacağında düşəcəyini demişdir. Avtobus həmin dayanacağa yaxınlaşdıqda sürücü avtobusu saxlamaq istəmiş, amma tormoz tutmamış və avtobus eniş yolda sürət götürüb Sara postuna doğru hərəkət etmişdir. Sürücü avtobusu sağa döndərib postun yanındakı metal çəpəri avtobus əzərək betondan olan su çəninə çırpılıb dayanmışdır. Nəticədə özü və digər sərnişinlərin bir qismi xəsarət almışlar. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 13 radələrində Sumqayıt şəhəri ərazisində bazarda Sumqayıt-Saray-Xırdalan marşurutu üzrə 523 №-li marşrut xəttində işləyən İSUZU ECOBUS avtobus markalı 50CU186 dövlət qeydiyyat nişanlı avtomobilə minmişdir. Avtobusda oturacaqların hamısında sərnişin oturmuşdur və ayaq üstə olanlar da olmuşdur. Özü qabaqda tək nəfərlik oturacaqda sürücünün sağ tərəfində oturmuşdur. Avtobus onun yaşadığı evin yaxınlığındakı «Karvan market» dayanacağına çata-çatda sürücüyə demişdir ki, dayanacaqda avtobusu saxlasın düşəcəkdir. Bundan bir neçə dəqiqə əvvəl sürücü kiməsə telefonla zəng edib demişdir ki, avtobus işləmir. Həmin şəxsin sürücüyə nə dediyini eşitməmiş, amma sürücü demişdir ki, məcburam sərnişinləri düşürdəm, başqa avtobus göndərin. Avtobus «Karvan market» dayanacağına yaxınlaşıb sürücü avtobusu saxlamaq istədikdə tormoz tutmamış və avtobus eniş yolda sürət götürüb Saray postuna doğru hərəkət etmişdir. Sürücü avtobusu sağa döndərib postun yanındakı metal çəpəri əzərək, betondan olan su çəninə çırpılıb dayanmışdır. Nəticədə özü və digər sərnişinlərin bir qismi xəsarət almışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri ərazisində yerləşən «F.Rövşən» istehsalat birliynin direktorudur. Rəhbərlik etdiyi istehsalat birliyi 523 nömrəli Sumqayıt-Saray- Xırdalan marşurutu üzrə avtobusları xəttə buraxır. Həmin marşrutda özünə məxsus İSUZU ECOBUS avtobus markalı 50CU186 dövlət qeydiyyat nişanlı avtomobili «BCD» dərəcəli sürücülük vəsiqəsi olan sürücü Təqsirləndirilən şəxs dekab ayının 15-dən müqavilə əsasında günaşırı növbə ilə idarə edir. xx xxxxxx 2019-cu ildə avtobusu sürücü Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində yerləşən qarajdan saat 06:20 radələrində götürüb idarə etməklə yol vərəqəsi əsasında xəttə çıxmışdır. Sürücü həmin gün saat 13:30 radələrinədək avtobusu idarə edərkən avtobusda hər hansı bir nasazlıq olduğunu bildirməmişdir. Həmin gün saat 13:30 radələrində sürücünün marşrut xəttində olarkən idarə etdiyi avtobusun idarəetmədən çıxıb maneəyə dəyməsini sürücü Təqsirləndirilən şəxs hadisədən sonra eşitmişdir. Xəttə buraxılarkən avtobusda hər hansı bir nasazlıq olsaydı və yaxud hadisəyədək, yəni 7 saat ərzində avtobusu istismar etdiyi müddətdə nasazlıq olsaydı sürücü avtobusu idarə edə bilməzdi. Sürücünün dediyinə görə avtobus idarəetmədən çıxdıqdan sonra tormoz sistemində nasazlıq olması qənaətinə gəlmişdir. Faktiki avtobus sürücü Təqsirləndirilən şəxs idarə etmək üçün saz vəziyyətdə verilmişdir. Avtobusun idarəetmədən çıxmasının səbəbini bilmir. Rəhbərlik etdiyi istehsalat birliyindən xəttə heç vaxt nasaz avtobus buraxılmamışdır. Həmin yol-nəqliyyat hadisəsi zamanı İSUZU ECOBUS avtobus markalı 50CU186 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində özünə 3750 manat maddi ziyan dəymişdir. Lakin bu ziyana görə sürücü Təqsirləndirilən şəxs şikayətçi deyil, ona qarşı iddia və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmişin nümayəndəsi qismində tanınmış Nümayəndə ifadəsində göstərmişdir ki, 2016-cı ildən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində hüquqşünas vəzifəsində işləyir. xx.xx.2019-cu ildə saat 13:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 23-cü kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi İSUZU ECOBUS avtobus markalı 50CU186 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtobusun idarəetmədən çıxıb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus təhlükəsizlik səddinə çırpılması nəticəsində 8 paqon metr metal təhlükəsizlik səddi əzilərək həmin agentliyə 515 manat 20 qəpik zərər dəymişdir.Qeyd edilən ziyan həmin nəqliyyat vasitəsininsığorta olunduğu “xxxx” ASC tərəfindən 2020-ci ilin fevral ayında Agentliyin bak hesabına ödənilmişdir. Hadisəni törədən Təqsirləndirilən şəxs qarşı həmin cinayət işi üzrə hec bir iddia və tələbimiz yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 2883 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ saidin orta 1/3-nin arxa səthinin sıyrığı və sol baldırın yuxarı 1/3-nin ön səthinin qançırı bərk küt əşyanın təsirindən xx.xx.2019-cu ildə salonunda olduğu avtobusun maneəyə dəyməsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 2884 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs6 bədəni üzərində burun sümüyünün yerinidəyişməyən sınığı, burun nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sağ diz oynağı nahiyəsinin ön səthinin qançırı bərk küt əşyanın təsirindən xx.xx.2019-cu ildə salonunda olduğu avtobusun maneəyə dəyməsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 2885 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində yuxarı çənənin ön kəsici dişlərin soldan birinci və sağdan birinci dişlərin travmatik sınıqları, üst dodağın cırılmış yarası bərk küt əşyanın təsirindən xx.xx.2019-cu ildə salonunda olduğu avtobusun maneəyə dəyməsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 03 Ə№-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ bazunun qapalı çıxığı, sağ bazu sümüyünün böyük qabarının yerdəyişən sınığı bərk küt əşya təsirindən xx.xx.2019-cu ildə salonunda olduğu avtobusun maneəyə dəyməsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 2895 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol budun orta 1/3-nin arxa səthinin və sağ budun aşağı 1/3-nin arxa səthinin qançırları, bel nahiyəsinin əzələbağ aparatının gərilməsi bərk küt əşyanın təsirindən xx.xx.2019-cu ildə salonunda olduğu avtobusun maneəyə dəyməsi nəticəsində əmələ gəlmişdir, sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2020-ci il tarixli 63 №-li rəyi ilə müəyyən edilmişdir ki, İSUZU ECOBUS avtobus markalı 50CU186 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X6» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur vəhəmin rəyə əsasən baxışa təqdim olunmuş İSUZU ECOBUS avtobus markalı 50CU186 dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sistemi hadisədən əvvəl işlək vəziyyətdə olmuşdur. yəni avtobusun tormoz sisteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. xx.xx.2019-cu il tarixli 373/2019 saylı X5 və Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 16:00da müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs 18070153 №-li cinayət işi üzrə Azaybaycan Respublikası CM-nin 263.1, 264-cü maddələri ilə ona ittiham elan edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azaybaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət işi üzrə icraata xitam verilərək cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 1(060)-287/2018 saylı hökmü ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət məcəlləsinin 264-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə bərat verilmiş həmin məcəllənin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dar cinayət işi üzrə icraata Azərbaycan Respublikası CP-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2ci bəndinə, Azərbaycan Respublikası CPM 39.1.11 və 43.1.1-ci maddələrinə əsasən xitam verilmişdir. Sürücülük vəsiqəsininin surətindən görünür ki, Təqsirləndirilən şəxs АЕ 018877 seriyalı, BCD kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2015-ci ildən ehtibarlıdır. DİN BDYP Qİİ-nin xx.xx.2020-ci il tarixli 016-3120-1220 saylı arayışından görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin məlumat bazasına əsasən Təqsirləndirilən şəxs AE 018877 seriyalı, «BCD» kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2015-ci ildən etibarlıdır və sürücülük hüququ məhdudlaşdırılmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndisi, zərərçəkmiş şəxsin və ekspertiza rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, onun şəxsiyyətini səciyyələndirən halı, yaşını, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X2 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilənin baş vermiş hadisədən sonrakı davranışını, daimi yaşayış yerinin olmasını, cinayət prosesini həyata keçirən orqanın çağırışına vaxtında gəlməsini, hökmün icrasına mane olmaq ehtimalının olmadığını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi kimi təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Bakı şəhəri 11 saylı vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul və eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı zamanı Bakı şəhəri 11 saylı vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul və eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar