Məhkəmə qərarları › İş №1(012)-44/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-44/2022

10.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-44/2022 10.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1987-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi evdə qeydiyyatda olan və yaşayan, Abşeron Rayon Məhkəməsinin 08.11.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilərək barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 07.05.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq 10 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf rəngli selofana bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 1,285 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlayaraq özü ilə Abşeron rayonu, Məmmədli kəndinə daşıyaraq saxlamış, 07.06.2021-ci il tarixdə, saat 18 radələrində Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Məmmədli kəndi ərazisində saxlanılıb Abşeron RPİ-nin Mehdiabad PBnə gətirilərək bölmənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli selofana bükülmüş bükümdə kustar üsulla hazırlanmış 1,285 qram çəkidə narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, təxminən bir il müddətdir narkotik vasitə olan heroindən istifadə edir. 07.05.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində olan zaman əvvəllər tanımadığı bir nəfər şəxsə yaxınlaşmış və narkotik vasitə olan heroin lazım olduğunu bildirmişdir. Həmin şəxs də ona narkotik vasitə olan heroinin bir bükümünü 10 manata satdığını demişdir. O da həmin şəxsə 10 manat məbləğində pul verib ondan 1 ədəd şəffaf rəngli sellofana bükülü narkotik vasitə olan heroin alaraq yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən evinə getmiş və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün özündə saxlamışdır. Həmin narkotik vasitənin bir hisəssəsini istifadə edib, bir hissəsini isə şəffaf rənli sellofana bükülmüş vəziyyətdə əynində əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 07.06.2021-ci il tarixdə, saat 18 radələrində Abşeron rayonu, Məmmədli kəndində olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu narkotik vasitələrin saxlanılmasında şübhəli bilindiyi üçün Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə Abşeron RPİ-nin Mehdiabad PB-nə getmişdir. Abşeron RPİ-nin Mehdiabad PB-də üzərində şəxsi axtarış keçirilməyə başlamazdan əvvəl ona üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuşdur. Bundan sonar o, əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümün içərisindəki maddənin heroin olduğunu demişdir. Polis əməkdaşları ondan həmin maddəni kimdən və nə məqsədlə əldə edərək üzərində saxlaması ilə bağlı sual etdikdə o, 07.05.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində tanımadığı şəxsdən bir bükümü 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonar onun üzərində şəxsi axtarış aparılsa da başqa heç bir əşya aşkar olunmamışdır. Onun üzərindən aşkar olunmuş maddə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənərək tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəyi bildirilmişdir. Bundan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 07 iyun 2021-ci il tarixdə xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə o, bölmə rəisinə müraciət etmiş və bölmə rəsinin göstərişi əsasında qəbul edilmiş qərarda onunla birlikdə Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin sahə rəisi polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaranmışdır. Onlar dərhal həmin gün saat 18 radələrində Abşeron rayonu, Məmmədli kəndi ərazisində əməliyyat tədbiri keçirib məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs - xx.xx.1987-ci təvəllüdlü Təqsirləndirilən şəxs saxlayıb Abşeron rayon Polis İdarəsinin Mehdibad Polis Bölməsinə aparmışlar. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təhqiqatçı hüquq və vəzifələri izah edilmiş və ona üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bir ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümdəki maddənin heroin olduğunu və onu 07.05.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə qablaşdırılaraq müvafiq qaydada möhürlənib götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar da həmin protokola imaza etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin sahə rəisi polis kapitanı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08.06.2021-ci il tarixli 6/2312 nömrəli məhkəmə kimyəvi ekspert rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən., ’’aşkar olunmuş sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,285 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (qalıq 1,235 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Tədqiqatın dəyəri: 114 manat. Heroin Azərbayjan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”–in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 14.07.2021-ci il tarixli 2332 nömrəli rəydən görünür ki, PİOİDLƏRİN birgə qəbulu nətcəsində asılılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 17.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməyən məhkumluğu yoxdur. 07.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.06.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 09.06.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək, tutulduğu Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 08.11.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 06.11.2021-ci il tarixdən hesablanmışdır. Maddi sübut kimi tanıma və təhvil vermə barədə qərardan görünür ki, ekspertizadan sonra 1,235 qram qalmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində video çəkliş ilə axtarış keçirilməsi barədə DVD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman, sonuncunun əynində şalvarının sağ yan cibindən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. “Elektron Məhkəmə Portalı” çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30.07.2012-ci il təvəllüdlü X3 və 08.03.2016-cı il təvəllüdlü X2 adlı iki uşağı var. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 30.07.2012-ci il təvəllüdlü X3 və 08.03.2016-cı il təvəllüdlü X2 adlı iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qıymətləndirir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, onun törətdiyi cinayətlərin xarakterini, onun cinayət törədildikdən sonrakı davranışını, təyin olunan cəzanın onun islah olunmasına təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10.01.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07.06.2021-ci il tarixdən 09.06.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. İş üzrə 114 manat məhkəmə-fiziki-kimyəvi ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,235 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 40 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07.06.2021-ci il tarixdən 09.06.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10.01.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 1,235 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 114 manat məhkəmə-fiziki-kimyəvi ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs, iş materialları ilə tanış olmaqla birlikdə, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi2 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar