Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-44/2023 27.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə və onun vəkili Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs və onun Abşeron rayon Vəkil Bürosunu vəkilləri Müdafiəçi2 və X3 iştirakları ilə, xx.xx.1978-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, X5 Tədqiqi İnstitutunda işləyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Zəngilan şəhərciyi ev 21, mənzil 43- də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saat 18 radələrində idarə etdiyi, “Toyota Pirus (Hibrid)” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazsində Mehdiabad-Pirşağı yolunda Pirşağı istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda,bu tələblərə riayət etməyərək, idarə etdiyi avtomobilin qabaq sağ qanad hissəsi ilə hərəkəti istiqamətində yolu sağdan sola keçən piyada, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş-beyin hər iki alın-gicgah payının subdural hematoması, baş- beyin aksional zədələnməsi,tac tikişinin (alın-təpə) aralanması, baş nahiyəsinin sol təpə- gicgah-alm nahiyəsinin əzilmiş-cırılmış yarası və dərialtı hematoması,sağ ağciyərin orta payının kontuziyası, soldan qasıq sümüyü şaxəsinin xətti sınığı, oma nahiyəsinin sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığna ağır zərər vurulmasına səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 263.1-1.-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində bildirmişdir ki, xx.xx.2018-ci il tarixdən «B» kateqoriyalı sürücülük vəsiqəsi almışdır. TOYOTA PRİUS (HİBRİD) minik markalı ** TX *** dövlət nömrə nişanlı avtomobil ona məxsudur, etibarnamə əsasında idarə edir. 25 yanvar 2022-ci il tarixdə saat 18:20 radələrində idarə etdiyi avtomobillə Abşeron rayonu Mehdiabad qəsəbəsi Mehdiabad-Pirşağı yolu Pirşağı qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkət edərkən yolunun sağ kənarında olan səkidə sonradan adını bildiyi azyaşlı Zərərçəkmiş şəxs yolun kənarında dayandığını görmüşdür. O, həmin uşağı 100 metr məsafədən görmüş lakin çatmasına təxminən 15-20 metr məsafə qalmış uşağın sürətlə yola tərəf qaçdığını görmüş, elə həmin anda ayağını tormoza atsa da həmin uşaq onun idarə etdiyi avtomobilin sağ yan qabağına çırpılmış, o, avtomobili qarşıda saxlayıb geri qayıtmış, həmin uşağın xəsarət aldığını görmüş, sonra da hadisə yerinə vurduğu Zərərçəkmiş şəxs valideyinləri gəlmişlər. O, tibbi yardım edilməsi üçün azyaşlı Gülayı xəstəxanaya aparmışdır. Hazırda dəymiş ziyan tərəfindən ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs yetikinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 25 yanvar 2022-ci il tarixdə saat 18 radələrində çörək almaq üçün yaşadığı evdən çıxıb təxminən 100 metr məsafədə çörək mağazasına getmiş, yolu keçib çörək alıb qayıdanda yəni Abşeron rayonu Mehdiabad qəsəbəsi Mehdiabad-Pirşağı yolunu keçmək üçün avtomaşınların keçib qutarmasını gözləmiş, yolun boşaldığını görüb təxminən bir qədər təxminən 2,5 (2 metr 50 sm ) metrə qədər asta yerişlə keçərkən həmin anda qəfildən markasını bilmədiyi boz rəngli avtomobil onu sol tərəfindən vurmuş, o, yerə yıxılmış, bundan sonra nə baş verdiyini bilməmişdir. Yəni sonrakı hadisəni xatırlamır. Dəymiş ziyan ödənimişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınaraq şahid qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs onun qızıdır. xx.xx.2022-ci il tarixdə saat 18.30 radələrində Mehdiabad qəsəbəsi Mehdiabad-Pirşağı yolunun Pişağı qəsəbəsi istiqamətində sağdan sola piyada keçən qızı Gülayı Mehdiabad qəsəbəsi istiqamətindən hərəkətdə olan sonradan adını bildiyi Nairə adlı qadının idarə etdiyi Toyota markalı avtomobil vurmuş, hadisədən sonra həmin qadın qızını xəstəxanaya aparmışdır. O, hadisə vaxtı orada olmamış, hadisədən sonra oraya gəlmişdir. Onda olan məlumata görə Gülay yolu sağdan sola adi yerişlə keçən zaman Toyota markalı avtomobilin qabaq tərəfi ilə vurulmuşdur. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, 25 yanvar 2022-ci il tarixdə hava hələ tam qaralmamış, saat 18 radələrində işi ilə bağlı axşam növbəsi olduğu üçün işə gedərkən yaşadığı Mehdiabad qəsəbəsi Mehdiabad-Pirşağı yoluna avtobus dayanacağına çıxmışdır. Həmin vaxtı yolun əks istiqamətində qonşu Vasifin azyaşlı qızı Gülayın əlində çörəklə piyada yolu asta yerişlə keçmək istədiyini görmüş, həmin anda piyadanın sol istiqamətində hərəkətdə olan metal rəngində Toyota Prius markalı avtomobilin orta sürətlə hərəkət etdiyini və həmin yolu keçmək istəyən piyadanı yolu təxminən 2,5 metr məsafəyə qədər gəldiyini görmüş, həmin avtomobil piyada azyaşlı Gülayın sol tərəfdən yəni avtomobil isə sağ qanad hissəsi ilə vurmuş, həmin zərbədən Gülay avtomobilin kapotunun üstündən yolun səki hissəsinə atmış, azyaşlı Gülay yerə yıxılmış, Gülay yerdən ayağa qalxmamış o, hadisə yerinə yaxınlaşanda azyaşlı Gülay aldığı xəsarətlərdən huşunu itirmiş, danışa bilməmişdir. Azyaşlı piyada Gülayın bu vəziyyətini görən sürücü avtomobilini bir qədər irəli sürüb yolun kənarında saxlayıb Gülaya yaxınlaşmışdır. O, da sürücünün Gülaya köməklik etdiyini görüb Gülayın ailəsinə bu barədə məlumat vermişdir. Gülayın atası Vasif və anası hadisə yerinə gəlmişlər. Onlar gəldəndə hadisə yerində adamlar toplaşmışdır. Bundan sonra Gülayı vuran adını bilmədiyi xanım sürücü Gülayı valideyinlərinin köməkliyi ilə tibbi yardım üçün xəstəxanaya aparmışlar. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 284 №-li rəyindən görünür ki, X4- baş-beyin hər iki alın-gicgah payının subdural hematoması, baş-beyin aksional zədələnməsi, tac tikişinin (alın-təpə) aralanması, baş nahiyəsinin sol təpə-gicgah-alın nahiyəsinin əzilmiş-cırılmış yarası və dərialtı hematoması, sağ ağciyərin orta payının kontuziyası, soldan qasıq sümüyü şaxəsinin xətti sınığı, oma nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətlərə aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarda göstərilən şəraitdə yəni, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2022-ci il tarixli 8/978 №-li rəyindən görünür ki, Toyota Pirus markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respubilkası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə Toyota Pirus markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənildiyi üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbləri yoxdur. Buna görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, onlara dəymiş maddi və mənəvi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və zərərçəkmiş şəxsin nümayəndəsini, dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 263.1-1 maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Toyota Pirus markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Pirus markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş materiallarında olan Toyota Pirus markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-44/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-44/2023
27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver