Məhkəmə qərarları › İş №1(012)-440/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-440/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-440/2025 12.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 177.2.3-1-cimaddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə elektron məlumat daşıyıcısından istifadə etməklə xx.xx.2023-cü il tarixə keçən gecə ünvan 3 ünvanında yerləşən «Continental» otelində tanışı Zərərçəkmiş şəxs ilə birlikdə olarkən sonuncuya məxsus “Kapital Bank” tərəfindən verilmiş 5404-0852-3807- 6139 nömrəli “Birbank” kartının hesabından ondan gizli olaraq saat 03:19:30 dəqiqədə Nəsimi Exspress ünvanından 45,97 manat dəyərində, xx.xx.2023-cü il taridə saat 04:02:19 dəqiqədə Nəsimi Exspress ünvanından 50,07 manat dəyərində, xx.xx.2023-cü il taridə saat 05:18:46 dəqiqədə Xətai Exspress ünvanından 34,55 manat dəyərində, xx.xx.2023cü il taridə saat 05:22:44 dəqiqədə Xətai Exspress ünvanından 55,10 manat dəyərində, xx.xx.2023-cü il taridə saat 06:18:59 dəqiqədə Xətai Exspress ünvanından 23,69 manat dəyərində müxtəliı ərzaq və içkilər sifariş edib hissə-hissə ödənişlər etməklə “Bolt Food” proqramı üzərindən sifarişləri həyata keçirmiş və Zərərçəkmiş şəxs məxsus “Birbank” kartının hesabından ümumilikdə 210,38 manat pulu informasiya texnologiyalarından istifadə etməklə online qaydada köçürmələr edib gizli olaraq talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, tanışı Zərərçəkmiş şəxs kartının onda olduğunu, ittihamda qeyd edilən pul məbləğləri üzrə ittihamla razılaşdığını, lakin bu barədə hadisədən iki gün sonra Nuranəyə məlumat verdiyini və sonradan dəyən ziyanın tam olaraq ödənildiyini bildirərək barəsində ədalətli qrar qəbul edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X3 təxminən 1 il yarım müddət olar ki, tanıyır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Continental” oteldə Zərərçəkmiş şəxs ilə görüşmüş, Nuranəni çoxdan tanıdığından sonuncunun istifadəsində olan Kapital Banka məxsus 5404-0852-3807-6139 saylı kart ilə özünə yemək sifarişi verməyi qərara almış, həmin kartın kodunu bildiyindən və Nuranəni tanıdğından onun kartı ilə gecə vaxtı özünə yemək sifariş etməyi qərar almışdır. Həmin tarixdə Nərimanov rayonu, ərazisində olan Continental oteldə olan zaman Zərərçəkmiş şəxs məxsus 5404-0852-3807-6139 saylı kartdan “Volt” proqramı vasitəsi ilə özünə adını xatırlamadığı ərzaq mağazalarından müxtəlif spirtli və spirtsiz içkilər, tort və fast food kimi ərzaqlar sifariş etmişdir. Həmin kart hesabından Nuranənin xəbəri olmadan təxminən 235 manata qədər alış- veriş etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlunu bir müddətdir ki, tanıyır və onunla münasibəti vardır. İstifadəsində Kapital banka aid 5404 0852 3807 6139 nömrəli bank kartı vardır və həmin kartdan istifadə edir. 07 noyabr 2023-cü il tarixdə Xəqani ilə zəngləşib görüşmüş və birlikdə yeyib içdikdən sonra Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Continental» otelə getmişlər. Həmin vaxtı Kapital banka aid 5404 0852 3807 6139 nömrəli bank kartı üzərində olmuşdur. Səhəri günü, yəni 08 noyabr 2023-cü il tarixdə ona məlum olmuşdur ki, 08 noyabr2023-cü il tarixə keçən gecə saat 03:18-dən 06:13-dək olan müddət ərzində mənə məxsus Kapital banka aid 5404 0852 3807 6139 nömrəli bank kartından hissə-hissə olmaqla «Bolt food» proqramı ilə 235 manat pul ödəniş edilmişdir. Bu barədə istifadəsində olan mobil telefonuna SMS mesajı gəlmişdir. Buna görə də kart hesabından gizli olaraq pul vəsaitinin oğurlanmasına görə Abşeron rayon Pİ-nə ərizə ilə müraciət etmişdir. Göstərmişdir ki, istifadəsində olan Kapital banka aid 5404 0852 3807 6139 nömrəli bank kartını Xəqaniyə istifadə etmək üçün verməmiş, sonuncu ondan gizli həmin kartdan istifadə edib pul vəsaitini ələ keçirirək alış-veriş etmişdir. Həmçinin göstərmişdir ki, bank kartından hissə-hissə ödənişlər edilmiş və həmin ödənişləri təxmini toplayıb 235 manat olduğunu hesabladığı üçün ərizəsində həmin məbləği göstərmiş, lakin hazırda həmin məbləği hesablayıb 210,38 manat olduğunu müəyyən etmişdir.Həmin məbləğ tam olaraq ona qaytarılmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi yoxdur. İş üzrə "xxxx" AZ MMC-dən Zərərçəkmiş şəxs kartından istifadə edən istifadəçilərin məlumatları əldə edilmiş, müəyyən edilmişdir ki, xx.xx.2023-cü il taridə saat 03:19:30 dəqiqədə Nəsimi Exspress ünvanından Əhməd Rəcəbli 253 ünvanına 45,97 manat dəyərində, xx.xx.2023-cü il taridə saat 04:02:19 dəqiqədə Nəsimi Exspress ünvanından Əhməd Rəcəbli 253 ünvanına 50,07 manat dəyərində, xx.xx.2023-cü il taridə saat 05:18:46 dəqiqədə Xətai Exspress ünvanından Əhməd Rəcəbli 253 ünvanına 34,55 manat dəyərində, xx.xx.2023-cü il taridə saat 05:22:44 dəqiqədə Xətai Exspress ünvanından Əhməd Rəcəbli 253 ünvanına 55,10 manat dəyərində, xx.xx.2023-cü il taridə saat 06:18:59 dəqiqədə Xətai Exspress ünvanından Əhməd Rəcəbli 253 ünvanına 23,69 manat dəyərində ödənişlər edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdur. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması onun məsuliyyətini ytüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkənin ifadələri,istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını,əməlindən peşiman olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını),dəyən ziyanın ödənilməsini, onun müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumların cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Abşeron RPİ-nin MS-nə təhvil verildiyindən həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə Abşeron RPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin məhkəmə baxışında təqsirləndirilən şəxs məhkəmədən yayındığından barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, 18 oktyabr 2025-ci il tarixdə tutlaraq Abşeron RPİ-nin MSY-ə təhvil verilmiş, hal-hazırda da həbsdədir. Göründüyü kimi hökm çıxarılan günədək Təqsirləndirilən şəxs 25 gün həbsdə olmuş 01 gün isə barəsində tutma olmuşdur. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu cəmisi 26 gün müddət, CM-nin 68.1.1-1 maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından cəmi 01 ay il 22 gün çıxılmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 20:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakışəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, barələrində seçilmiş olan “həbs” qətimkan tədbiri ləgv edilməli, məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08(səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu cəmi 26 (iyirmi altı) gün , CM-nin 68.1.1-1 maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından cəmi 01 (bir) ay 22(iyirmi iki) gün çıxılsın, üzərində 01(bir) il 06(alt) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 20:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakışəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “həbs” qətimkan tədbiri ləgv edilsin, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar