Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-441/2021 14.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, məhkumluğu olmayan, subay, işsiz, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 122.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və sair qanunsuz və əxlaqsız hərəkətlər nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən X4nu öldürmüşdür. Belə ki, hər iki valideyni, habelə xx.xx.2006-ci il təvəllüdlü bacısı Şahid6 ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində birgə yaşayan 10.06.2006-cı il tarixdə anadan olub yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş və narkotik vasitələrdən sui- istifadə etmə nəticəsində narkomaniya xəstəliyinə düçar olmuş X4nun Abşeron rayonu Xırdalan şəhəri 5 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi işləməklə gənclərin təlim-tərbiyəsi ilə məşğul olan anası Qanuni nümayəndə1 təkbaşına atasının, onun və bacısının bütün maddi tələbatlarını ödəməkdə çətinlik çəkməsinə baxmayaraq, atasının qanunsuz və əxlaqsız davranışından yaranmış, yəni mütəmadi olaraq narkotik vasitə əldə etmək üçün pul tələb etməsi, narkotik vasitə almaq üçün yaşadıqları evdə olan əşyaları, istifadə olunmamış qida məhsullarını satması səbəbindən yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində, eləcə də atasının anasına qarşı tez-tez baş verən zorakılıq, ağır təhqir və sair qanunsuz və əxlaqsız hərəkətlərin şahidi olub, psixi sarsıntı keçirmiş, 29.01.2021 -ci il tarixdə saat 10 radələrindən başlayaraq X19un davamlı olaraq cəmiyyətdə ümumqəbul olunmuş mənəvi dəyərlərə zidd şəkildə onun, anası Qanuni nümayəndə1 və bacısı Şahid6 şəxsiyyətini, şərəf və ləyaqətini müstəsna dərəcədə, nalayiq ifadələrlə və əxlaqsız davranışı ilə son dərəcə kobud surətdə alçaldaraq, anası Qanuni nümayəndə1 narkotik vasitə ala bilməsi üçün təkidlə pul tələb edib, onların ünvanına nalayiq sözlər işlədərək, bacısı Şahid6 narkotik vasitə almağa göndərəcəyini, onun, anasının və bacısının başını kəsəcəyini deməklə hədələyib mübahisəni gün ərzində davam etdirmiş, həmin gün saat 18 radələrində o, evin mətbəxində olduğu vaxt atası ilə anasının evin qonaq otağında yenidən mübahisə etdiklərini, atasının anasına “başını kəsəcəm” deməsini, anasının isə qışqırmasını eşidib, dərhal qonaq otağına gəlmiş və atasının sol əli ilə anasının saçından tutaraq başını aşağı doğru əydiyini, sağ əlində isə bıçaq olduğunu görüb, atasının anasını öldürəcəyindən qorxaraq, narkotik vasitə istifadəçisi olan və əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş X4nun ona, anası Qanuni nümayəndə1 və bacısı Şahid6 qarşı mütəmadi olaraq fiziki və psixi zorakılıq göstərməsi, onları nalayiq sözlərlə söyüb təhqir etməsi, narkotik vasitə ala bilməsi üçün yaşadıqları evdə olan əşyaları, qida məhsullarını satması, onlardan pul tələb etməsi, onları narkotik vasitə almağa göndərəcəyini deməklə hədələməsi kimi qanunsuz və əxlaqsız davranışlarına bərk əsəbləşdiyindən onun emosional halında dəyişiklik yaranmış, stress faktorun güclü təsiri nəticəsində emosional yaşantıları dərinləşmiş, keçirdiyi emosional hal onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərək dərketməsini məhdudlaşdırmış, emosional vəziyyətində həyəcan, yüksək psixi-emosional gərginlik halı əmələ gətirmiş, hərəkət və davranışları üzərində olan iradi nəzarəti zəifləmiş, qısa zaman kəsiyində yaranmış güclü emosional yaşantı “affektiv partlayış” la nəticələnmiş, yaranmış şəraiti obyektiv qiymətləndirə bilməmiş, şüuru ilə davranış aktları arasında məntiqi əlaqə zəifləmiş, öz hərəkətlərini tam dərk etməmiş, çıxılmaz vəziyyətə düşmüş, hərəkətlərinin uzaq məqsədini idarə etməkdə çətinlik çəkən, hərəkətlərinə şüuri-iradi nəzarəti itirərək yaranmış dözülməz psixi şərait nəticəsində affekt halını keçirərək, yaxınlaşıb atasını itələmiş, lakin atasının “küçük” deyərək onun üzərinə gəldiyini görüb, bir qədər də yaxınlaşmış və sonuncunun əlində olan tiyəsinin uzunluğu 155 mm, dəstəyinin uzunluğu 111 mm olan məişət təyinatlı mətbəx bıçağını alaraq, sağ əlində tutduğu həmin bıçaqla A.Baxışovun qarın nahiyəsindən 1 dəfə zərbə vurmuş, lakin atasının yenidən onun üzərinə gəldiyini görüb, sonuncunun boyun nahiyəsindən 1 dəfə, bel-oma nahiyəsindən 1 dəfə, sağ bazu nahiyəsindən 1 dəfə, sağ körpücük nahiyəsindən 1 dəfə, döş qəfəsinin sağ yarısının arxa səthindən 1 dəfə, bel nahiyəsinin sağ yarısından 1 dəfə, bel nahiyəsinin sol yarısından 1 dəfə olmaqla, ümumilikdə daha 7 dəfə zərbə vurmaqla, sonuncuya sağlamlığa yüngül zərər vurmaya aid boyun nahiyəsinin sol yan səthininin 1 ədəd, sağ bazu nahiyəsinin 1 ədəd və bel-oma nahiyəsinin 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları və kəskin qan itirmədən ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid qaraciyərin, sağ ağciyərin, sol böyrəyin, böyük piyliyin və peritonun yaralanmaları ilə müşahidə olunan sağ körpücük nahiyəsinin 1 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin 1 ədəd, bel nahiyəsinin sağ yarısının 1 ədəd, bel nahiyəsinin sol yarısının 1 ədəd və qarın nahiyəsinin ön səthinin 1 ədəd daxilə nüfuz edən xəsarətlər yetirməklə X4nu qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən öldürmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi dörd nəfərdən o, X4, anası Qanuni nümayəndə1 və 2006-cı il təvəllüdlü bacısı Şahid6 Müstəcəb qızından ibarət olmuşdur. O, Neft və Enerjetika kollecində təhsil alır, anası Xırdalan şəhəri 5 nömrəli məktəbdə dil ədəbiyyat müəllimi işləyir, atası isə sağlığında heç bir yerdə işləməmiş, avara həyat yaşamıdır. X4 uzun illərdir narkotik vasitə istifadəçisidir. Dəfələrlə olmuşdur ki, atası onların yanında narkotik vasitə qəbul etmiş, damarına iynə vurmuşdur. Evlərindən heç vaxt narkotik vasitə, şpris əksik olmamışdır. Narkotik vasitə istifadə etməsi atası Anarı sanki dəliyə çevirmiş, sonuncu dəfələrlə ondan və anasından narkotik vasitə ala bilməsi üçün pul tələb etmiş, hətta bir neçə dəfə yaşadıqları evdəki əşyaları sataraq, puluna narkotik vasitə almışdır. Evdə satmağa əşya olmadıqda və anasından pul ala bilmədikdə atası onu və anasını pul tapmaları üçün döyüb incitmişdir. Hətta atasına pul vermədikləri vaxt sonuncu evdəki əşyaları sındırmış, onu, anasını və bacısını nalayiq sözlərlə söyüb təhqir etmişdir. Anası Svetlana hər dəfə hər hansı bir təzə əşya aldıqda atası sonradan həmin əşyanı satıb özünə narkotik vasitə almışdır. Atası hətta narkotik vasitə ala bilmək üçün evdə olan açılmamış, işlənməmiş ərzaq məhsullarını aparıb satmışdır. Bir neçə dəfə olmuşdur ki, atası onları öldürməklə təhdid etdiyi, döyüb incitdiyi üçün anası Svetlana onu və bacısını götürüb evdən getmiş, lakin bir müddət müxtəlif yerlərdə kirayədə yaşasalarda mərhum nənəsi Sevilin təkidindən sonra atasının yanına qayıtmışlar. X19 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar dörd dəfə məhkum olmuşdur. 29.01.2021 -ci il tarixdə saat 10 radələrində yuxudan oyanıb, atası ilə anasının yataq otağında mübahisə etdiklərini, atasının anasından narkotik vasitə ala bilməsi üçün pul tələb etdiyini görmüşdür. Həmin ərəfələrdə havalar soyuq olduğundan və yaşadıqları evin yalnız bir otağı isindiyindən ailə üzvləri hamısı həmin otaqda yatırmışlar. O, atası ilə anasının mübahisəsinə müdaxilə etmək istəsə də, anası buna imkan verməmiş və o yerindən qalxıb, əynini geyinmiş, əvvəlcə evin mətbəxinə getmişdir. Lakin mətbəxdə olduğu vaxt atasının yenə də, nalayiq sözlərlə anasını təhqir etdiyini, sonuncudan pul tələb etdiyini eşidib, daha da, əsəbləşmiş və həyətə çıxıb, bir qədər gəzmişdir. Lakin atası ilə anasının mübahisə səsləri, atasının söyüş və qışqırıq səsləri həyətdə də, eşidildiyindən, atasının səsini eşitməmək üçün evə giriş qapısından uzaqlaşıb, həyətə giriş darvazasının qarşısındakı pilləkəndə oturmuşdur. Həmin vaxt çox əsəbi olmuş və özünü sakitləşdirmək, atasının söyüşlərini eşitməmək üçün evdən aralıda dayanmışdır. Hava soyuq olduğundan bir müddət sonra evə girib, qonaq otağına keçmişdir. Lakin atası hələ də, yataq otağında özü-özünə deyinərək, onları söyməkdə davam edirmiş. Həmin gün günorta saatlarında dəhlizdə olduğu vaxt yataq otağından atasının onları söydüyünü eşidib, otağa keçmişdir. Həmin vaxt atası anasına “əgər mənə pul tapmasanız axşam hər üçünüzün başını kəsəcəm” demişdir. O, atasının orqanizminin narkotik vasitə tələb etdiyini hiss etmişdir. Saat təxminən 15 radələrində anası ilə birlikdə mətbəxdə olduqları vaxt atası yataq otağından qışqıraraq anasını səsləmişdir. Anası həmin vaxt yemək bişirirmiş və demək olar ki, yemək hazır imiş. Anası otağa gedib atasına yeməyin hazır olduğunu, lakin evdə ancaq zavod çörəyi olduğunu bildirmişdir. Bu vaxt atası çörəyi söymüş və anasına başqa çörək almasını demişdir. Lakin anası sonuncuya çörək almaq üçün pulu olmadığını dedikdə, atası anasını nalayiq sözlərlə təhqir edərək, “mən bilmirəm, çörək almağa pulun yoxdusa özün mənə çörək bişir” deyə cavab vermişdir. Bu vaxt anası atası ilə razılaşıb çörək bişirəcəyini, lakin bir qədər gözləməli olduğunu desə də, atası cavabında anasını söyüb, “mən o qədər gözləyə bilmərəm” deyə cavab vermişdir. Anası isə atasına bir daha, çörək almaq üçün pulu olmadığını bildirdikdə, atası “pulun yoxdur, get qəhbəlik elə, çörək al” deyə cavab vermişdir. Bundan sonra atası anasından siqaret almasını istəmiş, anası isə sonuncuya bir daha, pulu olmadığını dedikdə, atası anasını yenidən nalayiq sözlərlə söymüşdür. Bu vaxt atası, həmçinin onun və bacısının da ünvanına nalayiq küçə söyüşləri işlətmişdir. O, mətbəxdə olsa da, mətbəxlə yataq otağı yanakı yerləşdiyindən atası ilə anası arasında olan söhbəti rahatlıqla eşidirmiş. Bir qədər sonra anası mətbəxə qayıtmışdır. Bir neçə dəqiqə sonra isə atası mətbəxə gələrək, anasının məktəb vaxtına aid şəkilini ona göstərib, “gör, anan o vaxtı uzun yubka geyinib, indi isə pozğunlaşıb, artıq şalvar geyinir" demişdir. Atasının bu sözünə həddindən artıq əsəbləşsə də, sonuncuya cavab verməmişdir. Şəkli göstərdikdən sonra atası yataq otağına qayıtmışdır. Təxminən 20 dəqiqə sonra atası Anar yenidən anasını Svetlananı səslədiyi üçün sonuncu yataq otağına getmiş, bu vaxt atası anasına ağrıdığını bildirib, ağrı kəsici iynə dərman almasını istəmişdir. Anası isə “mənim 50 qəpiyim olmadı ki, sənə çörək alım, iynə dərmanı hansı pulla alacam” deyə cavab vermiş, atası isə cavabında “qəhbə qızın gələcək, göndərəcəm mal almağa” demişdir. Bu sözündən sonra anası atasına “sən utanmırsan, qızıvı elə şeylərin dalınca göndərirsən” deyə cavab verdikdə, o, yataq otağından səs eşitmişdir. Bu vaxt anidən gözləri qaralmış və atasının anasını vurduğunu düşünüb, dərhal yataq otağına getmişdir. Otağa girdikdə, otaqdakı dolabın güzgüsünün sındığını, yerdə stəkan qırıqları olduğunu, atasının isə çarpayıda uzandığını görmüşdür. Həmin vaxt bilmişdir ki, atası stəkanı anasına atsa da, stəkan anasına deyil, dolabın şüşəsinə dəyib sındırmışdır. Bu vaxt atası onları söyərək “sizə bu gecə yatdı yoxdur, ya evi yandıracam, yadakı üçünüzün də başını kəsəcəm, mənə pul tapın mal alım” demişdir. Lakin o, əsəbi halda atasının üzünə baxsa da, sonuncuya heç bir söz deməmişdir. Atası onun əsəbi halda baxdığını görüb, ayağa qalxaraq onu söyüb, ayağının yuxarı hissəsindən təpiklə zərbə vurmuş və otaqdan çıxaraq həyətdəki tualetə getmişdir. O və anası isə mətbəxə qayıtmışlar. Bir qədər sonra atası evə qayıdıb, yataq otağına keçmişdir. Bir qədər keçmişdir ki, atası yenə anasını çağırmış və anası atasının yanına, yataq otağına getmişdir. Həmin vaxt o, atası ilə anasının danışıqlarını eşidirmiş. Atası anasından yenə pul tələb etmiş, anası isə pulunun olmadığını bildirmişdir. Bu vaxt anası atasının əl çəkmədiyini görüb, sonuncunu sakitləşdirmək üçün yaxınlıqdakı marketdən 5 manat pul ala biləcəyini bildirmişdir. Atası isə anasına daha da, əsəbləşərək “artıq gecdir, getmirəm, pulu tapan idin bayaqdan tapardın, ancaq qızın gələndə gecə də olsa göndərəcəm getsin mənə mal alsın” deyə cavab vermişdir. Həmin vaxt bacısı evdə deyil, hazırlıqda olmuşdur. Bundan sonra anası qonaq otağına getmişdir. O, isə həmin vaxt evin mətbəxində olmuşdur. Saat təxminən 18 radələrində ayaq səslərindən atasının yataq otağından çıxaraq, onları söyə-söyə qonaq otağına getdiyini bilmişdir. Atası və anası yenə mübahisə etməyə başlamışlar. Bir neçə dəqiqə sonra o, atasının anasına “başını kəsəcəm” deməsini və anasının qışqırıq səslərini eşidib, dərhal qonaq otağına getmişdir. Bu vaxt anasının divanda oturduğunu, atasının isə sol əli ilə anasının saçından tutaraq başını aşağı doğru əydiyini görmüşdür. Həmin vaxt gözü atasının sağ əlindəki bıçağa sataşmış və atasının anasını öldürmək istədiyini, sonuncunun başını kəsəcəyini düşünmüşdür. Həmin vaxt başında möhkəm ağrılar yaranmış, gözlərinə tam qaranlıq çökmüşdür. Artıq özündə olmamış və dərhal yaxınlaşaraq atasını itələmiş, sonuncu isə arxa-arxaya gedərək anasından aralanmışdır. O, atasını itələməsəymiş sonuncu bəlkə də anasının başını kəsəcəkmiş. Bu vaxt atası “küçük” deyərək, sağ əlində bıçaq onun üzərinə doğru gəlmişdir. O, əlini ataraq atasının əlindəki bıçağı almış və bıçaq onun sağ əlinə keçmişdir. Həmin an özünü itirmiş, gözləri qaralmış və sağ əlində saxladığı həmin bıçaqla atasının qarnından bir dəfə zərbə vurmuşdur. Lakin atasının hələ də, onun üzərinə gəldiyini görüb, həmin bıçaqla sonuncuya bir neçə zərbə daha vurmuşdur. Ancaq atasına sonradan konkret neçə bıçaq zərbəsi vurmasını, zərbələrin sonuncunun hansı nahiyələrindən dəyməsini bilməmişdir. Hər şey qısa zaman kəsiyində, anidən baş vermişdir. Özünə gəldikdə bıçağın dəstəyinin əlində olduğunu görmüşdür. Bundan sonra bir qədər özünü toplayıb, evdən çölə çıxmış və həyətdə gəzməyə başlamışdır. Bu vaxt arxasınca anası çölə çıxmış və onu qonşuluqda yaşayan qohumugilə aparmışdır. Bundan sonra yaxınlıqdan keçən taksi ilə dayısı Raqifin Xırdalan şəhərindəki evinə gedib, hadisə barədə dayısının arvadı Əsmərə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları dayısıgilə gəlib, onu Qobu PB-nə aparmışlar. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, X19u bıçaqla vurmaqda məqsədi sonuncunu öldürmək deyil, anasını müdafiə etmək olmuşdur. O, atasını bıçaqla vurmasaymış, sonuncu anasını öldürəcəkmiş. Hadisə vaxtı atasına konkret neçə bıçaq zərbəsi vurmasını xatırlamasa da, ilk zərbə sonuncunun qarnından dəymişdir. Atasını vurduğu bıçaq bir qədər sınıq olmuş, tiyəsi dəstəyinə tam bitişməmişdir. Özünə gəldikdə bıçağın tiyəsinin atasının bədəninə batdığını, dəstəyinin isə öz əlində olduğunu görmüşdür. Evdən çıxarkən bıçağın dəstəyini evin dəhlizinə tullamışdır. Cinayət əməlini törətməyə onu heç kim vadar etməmiş, atasının anasını öldürmək istədiyini görüb, bıçağı atasının əlindən alaraq sonuncunu bıçaqla vurmuşdur. Həmin vaxt o, mətbəxdə olmuş, anası ilə atası isə qonaq otağında olmuşlar. Anası onu köməyə çağırmamış, sadəcə o, anasının qışqırıq səsini, atasının isə “başını kəsəcəm” deməsini eşidib, qonaq otağına getmişdir. Əməlindən peşmançılıq çəkir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsindən görünür ki, Anar Baxışov onun doğma qardaşı, Fərid Baxışov isə Anarın oğludur. Anar sağlığında ailə üzvləri, yəni arvadı Svetlana, oğlu Fərid və qızı Sevil ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşamışdır. Sonuncu heç vaxt işləməmiş, hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. Qardaşı Anar sağlığında narkomaniyadan əziyyət çəkmişdir. Anar salığında narkotik vasitə istifadəçisi olmuş, yaşadıqları evdə ailə üzvlərinin yanında belə heç nədən çəkinmədən damarına şprislə narkotik vasitə vururmuş. Narkotik vasitə istifadə etməsi qardaşını dəliyə çevirmiş, sonuncu arvadı Svetlanadan, uşaqlarından narkotik vasitə ala bilməsi üçün mütəmadi olaraq pul tələb etmiş, pul ala bilmədikdə isə evdə mübahisə yaradaraq, arvadını və uşaqlarını döymüşdür. Dəfərlərlə olmuşdur ki, qardaşı Anar evdəki əşyaları sataraq əldə etdiyi pula narkotik vasitə almışdır. Qardaşı o dərəcə ifrat narkoman olmuşdur ki, narkotik ala bilmək üçün hətta evdə olan açılmamış, işlənməmiş ərzaq məhsullarını da aparıb satmışdır. Anarın bu hərəkətlərindən sonra Svetlana bir neçə dəfə olmuşdur ki, uşaqları da götürüb evdən çıxıb müxtəlif yerlərdə kirayədə qalmış, lakin mərhum qayınanasının təkidindən sonra ərinin yanına qayıtmışdır. Hətta Anar onu və uşaqlarını döyüb, incitdiyi üçün Svetlana uşaqları ilə birlikdə bir neçə dəfə onun yaşadığı evdə də qalmışdır. Qardaşı Anar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar bir neçə dəfə məhkum olunmuş, bir neçə dəfə narkoloji disponserdə müalicə olunsa da, narkomaniya xəstəliyindən sağala bilməmişdir. 29.01.2021- ci il tarixdə saat 18 radələrində işdə olduğu vaxt Svetlananın xalası oğlu Məhəmməd istifadəsində olan mobil nömrəyə zəng edib, Fəridin atası Anarı bıçaqla vurduğunu bildirmişdir. O, dərhal qardaşı Anargilə gəlmişdir. Evə daxil olduqda dəhlizdə və qonaq otağında qan izləri olduğunu görmüşdür. Yataq otağına keçdikdə qardaşı Anarın otaqdakı tək nəfərlik çarpayıda arxası üstə uzandığını, üzərini isə adyalla örtdüyünü görmüşdür. Adyalı çəkdikdə qardaşının əynindəki qolsuz maykanın qana bulaşdığını, maykanı bir qədər yuxarı qaldırdıqda isə sonuncunun qarın nahiyyəsində xəsarət olduğunu görmüşdür. Bundan sonra otaqdakı şkafı açıb, orada olan qadın gecə paltarını götürüb, Anarın yarasına basmış və adyalla üzərini örtmüşdür. O, qardaşından nə baş verdiyini soruşsa da, sonuncu heç bir cavab vermədən, eləcə “ört üstümü, soyuqdur” deyirmiş. Bir qədər sonra təcili tibbi yardım avtomobili gəlmiş və qardaşı Respublika Klinik Xəstəxanasına aparılmışdır. Lakin sonuncuya tibbi yardım göstərilməsinə baxmayaraq, həmin gün, aparıldığı xəstəxanada vəfat etmişdir. O, hadisədən sonra bilmişdir ki, Anar hadisə vaxtı arvadı Svetlananı Fəridin gözü qabağında döymüş, üzərinə bıçaq çəkmişdir. Anasının atası tərəfindən öldürüləcəyindən qorxan Fərid isə bıçağı əlindən alaraq atasını öldürmüşdür. Qardaşı Anarın öldürülməsi ilə bağlı onun Fərid barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsindən görünür ki, ünvan 3 ünvanında əri X10, 2006-cı il təvəllüdlü qızı Şahid6 Müstəcəb qızı və 2004-cü il təvəllüdlü oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. O, Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbdə dil ədəbiyyat müəllimi işləyir. X23 və Enerjetika kollecinin tələbəsidir, qızı Sevil isə Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Əri Anar isə heç bir yerdə işləməmişdir. X22 uzun illər narkotik vasitə istifadəçisi olmuşdur. Dəfələrlə olmuşdur ki, əri onların yanında narkotik vasitə qəbul etmiş, damarına iynə vurmuşdur. Anar “kakos”, “şüşə”, “patı” adlı narkotik vasitələr istifadə etmişdir. Lakin ərinin narkotik vasitəni haradan, kimdən almasını heç vaxt bilməmişdir. Narkotik vasitə istifadə etməsi ərini dəliyə çevirmiş, sonuncu dəfələrlə ondan və oğlu Fəriddən, narkotik vasitə ala bilməsi üçün pul tələb etmiş, hətta sonuncu dəfələrlə yaşadıqları evdəki əşyaları sataraq, puluna narkotik vasitə almışdır. Evdə satmağa əşya olmadıqda və pul verilmədikdə əri onu və Fəridi pul tapmaları üçün döyüb incitmiş, evdəki əşyaları sındırmışdır. Dəfələrlə olmuşdur ki, Anar narkotik vasitə ala bilmək üçün evdə olan açılmamış, işlənməmiş ərzaq məhsullarını da, aparıb satmışdır. Anar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar dörd dəfə məhkum olmuşdur. Hətta cəzaçəkmə müəssisəsinə qanunsuz narkotik vasitə keçirdiyi üçün də, məhkum olunmuşdur. Sonuncu dəfələrlə narkoloji disponserdə stasionar müalicədə olmuş, oradan buraxıldıqdan sonra təxminən 10-15 gün narkotik vasitə istifadə etməsə də, sonradan yenidən istifadəyə başlamışdır. 29.01.2021-ci il tarixdə səhər saatlarında əri yuxudan oyanıb mətbəxə keçmiş və o sonuncuya yemək hazırlamışdır. Yemək yedikdən sonra isə əri Anar yataq otağına qayıdıb, çarpayısında uzanmış və onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt əri ondan narkotik vasitə almaq üçün pul tələb etmişdir. Həmin vaxt oğlu Fərid onlarla bir otaqda olsa da, qızı Sevil hazırlığa getdiyi üçün evdə olmamışdır. Havalar soyuq olduğundan və yaşadıqları evin yalnız bir otağı isindiyindən hamısı həmin otaqda yatmışdılar. Bu vaxt Fərid yerindən durub, əynini geyinmiş və həyətə çıxmışdır. O, isə evdə qalmış, gah mətbəx, gah da qonaq otağına keçmişdir. Anar isə onu, övladlarını nalayiq sözlərlə təhqir etməkdə davam etmişdir. Günorta saatlarında Anar yenidən hiddətlənmiş və ondan pul tələb etməyə başlayıb, ona “əgər mənə pul tapmasanız axşam hər üçünüzün başını kəsəcəm” demişdir. Həmin vaxt o, əri Anarın narkotik vasitə istədiyini, tapa bilmədiyi üçün sanki dəliyə döndüyünü hiss etmişdir. Saat təxminən 15 radələrində mətbəxdə yemək hazırladığı vaxt Anar yataq otağından qışqıraraq səsləmiş, həmin vaxt oğlu Fərid də mətbəxdə olmuşdur. O, yataq otağına getdikdə Anar ondan yemək istəmişdir. O, Anara kotlet bişirdiyini evdə zavod çörəyi olduğunu bildirdikdə, sonuncu çörəyi söyərək ondan Nur” çörəyi almasını istəmişdir. Lakin o, sonuncuya çörək almaq üçün pulunun olmadığını dedikdə, Anar “mən bilmirəm “Nur” çörəyi almağa pulun yoxdusa özün mənə çörək bişir” deyə cavab verib, onu küçə söyüşləri ilə onu təhqir etmişdir. O isə Anara çörək bişirəcəyini, lakin bir qədər gözləməli olduğunu demişdir. Anar isə yenidən onu söyüb, gözləyə bilməyəcəyini, ac olduğunu demiş və ondan yenidən “Nur” çörəyi almasını istəmişdir. Bundan sonra Anar ona siqaretinin qutardığını deyib, ondan siqaret almasını istəmişdir. O, isə Anara “axşam sənə bir qutu siqaret almışam, nə tez qutardın, pulum yoxdur” deyib, siqaret qutusuna baxdıqda, içərisində 3 ya 4 siqaret qaldığını görmüş və Anara “indi siqaret almağa pulum yoxdur, qalan siqaretivi elə çək ki, sabahada qalsın, nisyə mal aldığım mağazada siqaret satılmır ki, gedim nisyə götürüm” demişdir. Onun belə deməsindən sonra Anar yenidən onu və uşaqlarını küçə söyüşləri ilə təhqir etmişdir. Daha sonra o, çörək bişirmək üçün mətbəxə qayıtmışdır. Bir neçə dəqiqə sonra Anar mətbəxə gəlmiş və onun məktəb vaxtına aid şəkilini oğlu Fəridə göstərib, “gör, anan o vaxtı uzun yubka geyinib, indi isə pozğunlaşıb, artıq şalvar geyinir” demişdir. Şəkli göstərdikdən sonra Anar yataq otağına qayıtmışdır. Təxminən 20 dəqiqə sonra Anar yenidən onu çağırmış və ondan ağrıkəsici iynə, dərman almasını istəmişdir. O isə ərinə “mənim 50 qəpiyim olmadıki sənə çörək alım, iynə, dərmanı hansı pulla alacam" deyə cavab verdikdə, sonuncu ona “qəhbə qızın gələcək, göndərəcəm mal almağa” deyə cavab vermiş və şalvarının qabağını aşağı çəkib, cinsi orqanını ona göstərərək “buramı yeyəssən" demişdir. Bu sözündən sonra o, ərinə irad bildirib, “sən utanmırsan, qızıvı elə şeylərin dalınca göndərirsən” demişdir. Bu vaxt əri uzandığı yerdən bir qədər qalxmış və oturaq vəziyyətdə əlini uzadaraq termonun üzərində “şokki mokki” şokalad stəkanını götürərək ona atmışdır. O isə zərbədən qaçmaq üçün bir qədər kənara çəkilmiş və stəkan otaqdakı dolabın güzgüsünə dəyərək, sınıb yerə tökülmüşdür. Zərbənin təsirindən dolabın güzgüsü də sınmışdır. Bu vaxt oğlu Fərid otağa daxıl olmuşdur. Anar isə yenidən onları nalayiq küçə söyüşləri ilə söyərək “sizə bu gecə yatdı yoxdur, ya evi yandıracam, yadakı üçünüzündə başını kəsəcəm, mənə pul tapın mal alım” demiş və çarpayıdan qalxıb təpiklə Fəridin ayağından zərbə vurmuşdur. Bundan sonra Anar yerindən durub tualetə getmək üçün evdən həyətə çıxmışdır. Bir qədər sonra əri evə qayıdıb, yataq otağına girib, onu çağırmışdır. O, yataq otağına getdikdə əri ondan yenə pul tələb etməyə başlamış, o isə pulunun olmadığını bildirmişdir. Lakin Anarın israr etdiyini, artıq ‘gözü döndüyünü”, dəliyə çevrildiyini görüb, onlara nəsə edə biləcəyindən qorxduğu üçün sonuncuya həmişə nisyə ərzaq aldığı mağazadan borca 5 manat ala biləcəyini bildirmişdir. Bu sözünə daha da, əsəbiləşən Anar “artıq gecdir, getmirəm, pulu tapan idin bayaqdan tapardın, ancaq qızın gələndə gecədə olsa göndərəcəm getsin mənə mal alsın deyə cavab vermişdir. Bundan sonra o, qonaq otağına gəlib, divanda oturmuşdur. Fləmin vaxt oğlu Fərid mətbəxdə olmuşdur. Həmin vaxt saat təxminən 18 radələri olmuşdur. Təxminən bir iki dəqiqə sonra Anar da, onun arxasınca qonaq otağına gəlmişdir. Anar qonaq otağına daxil olub əvvəlcə otaqdakı güzgülü şakafın üzərindəki bıçağı götürüb ona yaxınlaşaraq, üzündən sillə zərbəsi vurmuş və sol əli ilə saçından tutub, başını aşağı doğru əyərək ona “kəsəcəm başıvı, kəsəcəm başıvı” demişdir. Bu vaxt o, qışqırmağa başlamış və səsinə oğlu Fərid mətbəxdən qonaq otağına daxil olub, atasını arxaya doğru itələmiş və onun saçı Anarın əlindən çıxmışdır. Başını qaldırdıqda Anarın Fəridin üzərinə gəldiyini görüb, Anarın bıçaqla Fəridi vurmaması üçün o, özünü onların qarşısına atmışdır. Elə bu vaxt Anarın əlindəki bıçaq Fəridin əlinə keçmiş və Fərid bıçaqla Anarın qarnından zərbə vurmuşdur. Ərinin qarnından qan axdığını görüb, “Fərid sən neylədin, evim yıxıldı” deyə qışqırmağa başlamışdır. Lakin Anar yenədə Fəridin üzərinə gəlməyə davam etmiş, Fərid isə sonuncuya bir neçə bıçaq zərbəsi daha vurmuşdur. O, bir anlıq Fəridə baxdıqda, sonuncunun özündə olmadığını, sanki yerində donub qaldığını görmüşdür. Bu vaxt Fərid sanki özünə gələrək evdən həyətə çıxmış, Anar isə divana yaxınlaşıb, divanın qarşısında yerdə oturmuşdur. O, da Fəridin arxasınca evdən çölə çıxmış və sonuncunun evin həyətində əlləri ilə başını tutaraq, o başa-bu başa getdiyini görüb, Fəridi qonşuluqda yaşayan xalası Nərgizgilə aparmışdır. Nərgizə hadisə barəsində məlumat vermiş və bundan sonra Nərgizin oğlu Məhəmməd Anarın qardaşı Şamilə zəng edib, hadisə barəsində bildirmişdir. Daha sonra isə qardaşı Raqifin Xırdalan şəhərindəki evinə getmişdir. Bir qədər sonra Fəriddə onun yanına gəlmişdir. Saat 20 radələrində polis əməkdaşlari istifadəsində olan mobil nömrəyə zəng edib, onu Qobu polis bölməsinə çağırmışlar. O, Qobu polis bölməsinə gedib, hadisə barəsində olduğu kimi məlumat vermiş, daha sonra polis əməkdaşları Raqifin Xırdalandakı evinə gələrək oğlu Fəridi polis bölməsinə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Qanuni nümayəndə1 onun bacısı qızıdır, həmdə qonşusudur. X16 adlı şəxslə ailə həyata qurmuş və bu nikahdan onların Fərid və Sevil adlı iki övladı olmuşdur. O, Anarı narkotik vasitə aludəçisi kimi tanıyır. Hətta A.Baxışov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar bir neçə dəfə məhkum olunmuşdur. Anar sağlığında mütəmadi olaraq ailə üzvlərini incitmiş, evdə olan əşyaları sataraq narkotik vasitə almışdır. 29.01.2021-ci il tarixdə saat 18 radələrində oğlu Məhəmməd və gəlini Günellə birlikdə yaşadığı evdə olduğu vaxt, həyətə giriş darvazası döyülmüşdür. Gəlini Günel darvazanı açmış, elə bu vaxt Svetlana ilə oğlu Fərid evə daxil olmuşlar. Onlar evə girdikdə o, hər ikisinin ağladığını görüb, nə baş verdiyini soruşmuş və Fərid “atamı vurmuşam” deyə cavab vermişdir O, dərhal oğlu Məhəmmədə Anarın qardaşı Şamilə zəng edib hadisə barəsində məlumat verməsini bildirmiş və sonuncu istifadəsində olan mobil nömrə ilə Şamilə zəng edib hadisə barəsində məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan X11 ifadəsindən görünür ki, Anar Baxışov onun atası, Fərid Baxış isə qardaşıdır. Anası Qanuni nümayəndə1 Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbdə dil ədəbiyyat müəllimi işləyir. X21 və Enerjetika kollecinin tələbəsidir, o isə Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir, riyaziyyat və ingilis dili fənlərindən fərdi repititor yanına gedir. X19 sağlığında narkotik vasitə istifadəçisi olmuş, hətta bununla bağlı bir neçə dəfə stasionar müalicədə olunmuşdur. Dəfələrlə olmuşdur ki, atası onların yanında narkotik vasitə qəbul etmiş, damarına iynə vurmuşdur. O, özü bunun şahidi olmuşdur. Atasının sağlığında evlərindən narkotik vasitə, şpris əksik olmamışdır. Atası onların yanında damarına şprislə narkotik vasitə vururmuş, hətta bu zaman rezinlə qolunu sıxması üçün anası Svetlananı məcbur edirmiş. Atası A.Baxışov dəfələrlə ondan, anasından, qardaşından özünə narkotik vasitə ala bilməsi üçün pul tələb etmiş, hətta yaşadıqları evdəki əşyaları sataraq, əldə etdiyi pula narkotik vasitə almışdır. Evdə satmağa əşya olmadıqda isə atası anasını və qardaşını ona pul tapmaları üçün döyüb incitmişdir. Anası Svetlana atası Anara pul vermədikdə isə, sonuncu əsəbləşərək, onları nalayiq sözlərlə təhqir etmiş, evdəki əşyaları sındırmışdır. Hətta sonuncu pulu olmadıqda, özünə narkotik almaq üçün evdə olan işlənməmiş, qutusu açılmamış ərzaq məhsullarını da aparıb satmışdır. 29.01.2021 -ci il tarixdə saat təxminən 10 radələrində hazırlığa getmək üçün evdən çıxmışdır. Saat təxminən 18-19 radələrində, hazırlıqdan çıxıb yaşadığı evə gəldiyi vaxt dayısı arvadı Bəsti istifadəsində olan mobil nömrəyə zəng edib ondan dayısı Raqifin Xırdalandakı evinə getməsini istəyib, anası Svetlananın da, ora gələcəyini demiş və dayısıgilə getmişdir. Dayısıgildə olduğu vaxt əmisi Şamil Baxışov istifadəsində olan mobil nömrəyə zəng edib, ona qardaşı Fəridin atası Anarı bıçaqladığını bildirmişdir. Həmin gün axşam saatlarında dayısı arvadı Bəstiyə zəng gəlmiş və zəng edənin kim olduğunu bilməsə də, həmin şəxs atasının xəstəxanada öldüyünü bildirmişdir. O,sonradan bilmişdir ki, həmin gün yaşadıqları evdə anası, atası və qardaşı olmuş, atası ilə anası arasında mübahisə yaranmış və qardaşı bıçaqla atasını vuraraq öldürmüşdür. Atasının ölümü ilə bağlı qardaşı Fəriddən heç bir şikayət və tələbi yoxdur. Çünki Fəridin bu əməli törətməsinə atası özü sonuncunu vadar etmişdir. Məhkəmə istintaqında Şahid4 elan edilmiş ifadəsindən göürünür ki, 2002-ci ildə etibarən ailəsi ilə birlikdə Hökməli qəsəbəsində yaşayır. Qanuni nümayəndə1 onun qonşusudur. Svetlananın bir qızı, bir oğlu var. O, Qanuni nümayəndə1 əri Anarı narkotik vasitə istifadəçisi kimi tanımış, hətta Anar əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etdiyi üçün məhkum olunmuşdur. Anar sağlığında mütəmadi olaraq Svetlananı və övladlarını incitmişdir. Hətta Svetlana bir neçə dəfə övladlarını götürüb evdən getsə də, sonradan Anarın təkidi ilə evinə qayıtmışdır. Dəfələrlə olmuşdur ki, Anarın Svetlana və övladları ilə mübahisə etməsini, Anarın onları söyüb təhqir etməsini, Svetlanadan pul tələb etməsini eşitmişdir. Hətta nənəsi ölədək Svetlanın oğlu Fərid atası onu döyüb incitməsin deyə tez-tez onlara gəlmiş, gec saatlarınadək onların evində olmuşdur. Bütün qonşular Anarın narkoman olduğunu bilirmiş. Anar qonşularıda bezdirmiş, hətta bir neçə dəfə ondan 1-2 manat pul istəmişdir. Hətta Anar yaşadıqları evdə olan ərzaq məhsullarını belə sataraq, özünə narkotik vasitə alırmış. Hadisənin baş verdiyi gün o, Gəncə şəhərində olmuş və təxminən 15 gün sonra yaşadığı evə qayıtmışdır. Evə gəldikdə oğlu Sahil ona 29.01.2021 -ci il tarixdə Anarın arvadı Svetlananı bıçaqla vurmaq istədiyini, lakin Fəridin bıçağı atasının əlindən alaraq sonuncunu bıçaqlayıb öldürdüyünü demişdir. Məhkəmə istrintaqında şahid qismində dindirilmiş Şahid5 və Şahid3 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadələr verərək onun dediklərini təsdiq etmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş tibbi ekspertizasının 30.01.2021-ci il tarixli, 16 saylı rəyindən görünür ki, X1 meyitinin bədəni üzərində aşkar edilmişdir xəsarətlər kəskin qanitirmə ilə müşayiət olunan qaraciyərin, sağ ağciyərin, sol böyrəyin, böyük piyliyin və peritonun yaralanmaları; sağ körpücük nahiyəsinin 1 (bir) ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin 1 (bir) ədəd, bel nahiyəsinin sağ yarısının 1 (bir) ədəd, bel nahiyəsinin sol yarısının 1 (bir) ədəd və qarın nahiyəsinin ön səthinin 1 (bir) ədəd daxilə nüfuz edən və boyun nahiyəsinin sol yan səthininin 1 (bir) ədəd, sağ bazu nahiyəsinin 1 (bir) ədəd, bel-oma nahiyəsinin 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları. Bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən az əvvəl ülgücü və küpü tiyə tipli deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişlər. Dərəcələrinə görə kəskin qanitirmə ilə müşayiət olunan qaraciyərin, sağ ağciyərin, sol böyrəyin, böyük piyliyin və peritonun yaralanmaları; sağ körpücük nahiyəsinin 1 (bir) ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin 1 (bir) ədəd, bel nahiyəsinin sağ yarısının 1 (bir) ədəd, bel nahiyəsinin sol yarısının 1 (bir) ədəd və qarın nahiyəsinin ön səthinin 1 (bir) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları həm ayrı-ayrılıqda, həm də ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub, ölümü ilə səbəbli əlaqədardır, boyun nahiyəsinin sol yan səthininin 1 (bir) ədəd, sağ bazu nahiyəsinin 1 (bir) ədəd və bel-oma nahiyəsinin 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş- kəsilmiş yaraları həm ayrı-ayrılıqda, həm də ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər. X1 bilavasitə ölümünə səbəb - sağ körpücük nahiyəsinin, döş qəfəsinin sağ yarısının, bel nahiyəsinin sağ yarısının, bel nahiyəsinin sol yarısının və qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edən qaraciyəri, sağ ağciyəri, sol böyrəyi, böyük piyliyi və peritonu yaralayaraq kəskin qanitirmə törədən deşilmiş-kəsilmiş yaraları olmuşdur. X6 ölümü M.Ə.Mirqasımov adına RKX- da 29.01,2021-ci il tarixdə saat 21:05-də baş vermişdir. Anar Baxışovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. İş materillarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 04.02.2021-ci il tarixli 233 nömrəli rəyindən görünür ki, Qanuni nümayəndə1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 04.02.2021-ci il tarixli 234 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar edilməmişdir. İş materillarında olan Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcəyindən üzərində “DİSCARD AFTER USE” yazılmış, birinin uc hissəsində iynəsi olan 5 ml-lik 2 ədəd şpris, üzərində “U-100 İNSULİN ONLY” yazılmış, hər ikisinin uc hissəsində iynəsi olan 1 ml-lik 2 ədəd şpris, üzərində “Hyaderm” yazılmış, 2 ml-lik 1 ədəd şpris və sınmış vəziyyətdə 5 ml-lik “NOVOKAİN” ampulası olmaqla, ümumilikdə 5 ədəd şpris və 1 ədəd ampula götürülmüşdür. Götürülmüş həmin şprislərdə və ampulada qan nümunəsi habelə hər hansı kimyəvi maddənin, eləcə də, narkotik vasitənin qalığının olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə kompleks məhkəmə -kimyəvi və məhkəmə-bioloji ekspertizaları təyin edilərək, müvafiq rəylər alınmışdır. Məhkəmə-bioloji ekspertizasının 23.02.2021-ci il tarixli 89/2021-MTBŞ nömrəli rəyindən görünür ki, təqdim olunmuş 5 ədəd şpris və ampula qırıntısı üzərində qan aşkar olunmamışdır. İş materillarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 01.03.2021 -ci il tarixli 490/K nömrəli rəyindən görünür ki,təqdim olunmuş üzərində “DİSCARD AFTER USE” sözləri yazılmış 5 ml-lik 2 ədəd şpris, üzərində “U- SULİN ONLY” sözləri yazılmış 02 ədəd insulin və üzərində “Novokain” sözləri yazılmış 01 ədəd sınmış ampula nümunələrinin içərisində tiryək qrupuna aid olan alkoloid aşkar edilmiş, barbitur turşusu törəmələri, fenatiazin, pirazalon, 1,4benzodiazepin törəmələri, kannabinoidlər və salisilatlar aşkar edilməmişdir. Üzərində “Hyaderm” sözləri yazılmış 01 ədəd şüşə şpris nümunəsinin içərisində barbitur turşusu ləri, fenotiazin, pirazalon, alkoloidlər (həmçinin tiryək qrupu), 1,4 benzodiazepin törəmələri, inoidlər və salisilatlar aşkar edilməmişdir. İş materillarına məhkəmə-tibbi kriminalistik ekspertizasının 20.04.2021-ci il tarixli 163/2021-MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş X8 məxsus maykanın ön hissəsinin orta nahiyəsində bir ədəd, maykanın sağ-yan nahiyəsində dörd ədəd, maykanın arxa hissəsinin sol-orta nahiyəsində bir ədəd, maykanın arxa hissəsinin sağ- orta nahiyəsində üç ədəd və maykanın arxa hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Bıçaq ekspertizaya tiyəsi dəstəyindən ayrılmış vəziyyətdə təqdim olunduğuna görə bıçaqla müqayisəli müayinə üçün eksperiment aparılmadı. Ona görə də X8 məxsus maykada aşkar edilmiş zədələrin ekspertizaya təqdim olur bıçaqla yetirilməyə xarakterik olub-olmaması haqqında fikir söyləmək mümkün olmadı Ekspertizaya təqdim edilmiş X8 məxsus idman şalvarı, habelə Təqsirləndirilən şəxs məxsus idman şalvarı və köynək üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, bıçağın üzərində sonradan hər-hansı əlavə dəyişiklik edilməmişdir. İş materillarına əlavə edilmiş tibbi-bioloji ekspertizasının 14.04.2021-ci il tarixli 176/2021-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, X6 ABO sistemi üzrə qrup göstəricisi:AB/H/(İV)-dir. Ekspertizaya təqdim edilmiş bir ədəd bıçağın, bir ədəd daş parçasının, Anar Baxışova məxsus qolsuz mayka, idman şalvarı, yastıq üzü, bir ədəd qadın gecə köynəyi, Təqsirləndirilən şəxs məxsus idman finkası, uzunqol köynək və 08 ədəd pambıq tamponlar üzərində ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A" “B” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri AB/H/(İV) qruplu X8 məxsus ola bilər İş materillarına əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 16.04.2021-ci il tarixli 795 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi vəziyyəti psixiatrik və psixoloji cəhətdən daha əsaslı və dolğun qiymətləndirmək məqsədilə, həmçinin baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs keçirdiyi psixi-emosional vəziyyətini obyektiv qiymətləndirmək, habelə cinayət əməlini törədərkən onun, öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olub-olmamasının müəyyən edilməsi üçün onun stasionar məhkəmə-psixatrik ekspertizasına göndərilməsi zəruridir. İş materillarına əlavə edilmiş kompleks stasionar məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 07.06.2021-ci il tarixli 63 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı bir psixi patologiyadan əziyyət çəkmir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman psixi fəaliyyətin müvəqqəti pozulması müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterim və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmələ münasibətdə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 -ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Hal- hazırkı psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə sakit təbiətli, hər kəslə yaxşı yola gedən, öz daxili yaşantılarını büruzə verməyən, adaptiv, çətin situasiyalardan baş çıxara bilən, həssas, konfliktə meyilli olmayan şəxsdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli və psixi inkişafı, intellektual imkanlarına uyğun olaraq öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik ola bilərdi. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli törədən zaman fizioloji affekt vəziyyətində olmuş, həmin hal onda bütün psixi fəaliyyətini tamamilə əhatə edərək intellektual prosseslərin gedişinin pozulmasına, şüurunun daralmasına (dərketmənin məhdudlaşması) davranışları üzərindəki iradi nəzarətin enməsinə gətirib çıxarmışdır. Təqsirləndirilən şəxs situasiya ilə əlaqədar, stress faktorun güclü təsiri nəticəsində emosional yaşantıları dərinləşmiş, yaranmış şəraiti obyektiv qiymətləndirə bilməmiş, keçirdiyi emosional hal onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərək dərketməsini məhdudlaşdırmış, həmin zaman törətdiyi əməlin mənasını dərk etməmiş, hərəkət və davranışları üzərində olan iradi nəzarəti zəifləmişdir. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs üzləşdiyi situasiya (atasının evdə mübahisə yaradaraq onları təhqir etməsi, narkotik maddə tələb etməsi, tapmayacaqları təqdirdə evi yandıracağı, onların başını kəsəcəyi ilə hədələməsi, anasını vurması, hadisədən bilavasitə əvvəl anasının saçından tutaraq bıçağı onun boğazına dirəməsi, əsəblə onun başını kəsəcəyini deməsi, atasının onun başının kəsəcəyini düşünərək qorxması və s) onun üçün affektogen olmaqla, qıcıqlandırıcıya qarşı yüksək həssaslıq yaratmış, qısa zaman kəsiyində yaranmış güclü emosional yaşantı “affektiv partlayış” la nəticələnmiş, emosional vəziyyətində həyəcan, yüksək psixi-emosional gərginlik halı əmələ gətirmiş, həmin zaman davranışı impulsiv olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə zamanı qəflətən baş vermiş güclü həyəcan vəziyyətində - fizioloji affekt halında olmuşdur. Fizioloji affekt vəziyyəti güclü emosional reaksiya olub, qısa zaman kəsiyində (bəzən bir neçə dəqiqə çəkə bilər), yüksək psixi-emosional gərginlik fonunda yaranaraq insanın bütün psixi fəaliyyətini tamamilə əhatə edib şüurun daralmasına, intellektual prosseslərin gedişinin pozulmasına, aqressiv və impulsiv hərəkətlərin əmələ gəlməsinə gətirib çıxarır. İş materillarında olan sübutların qiymətləndirilməsi haqqında 17.06.2021-ci il tarixli qərardan görünür ki, maddi sübut qismində tanınmış hadisə yerinə baxış zamanı götürülmüş dəstəyi və tiyəsi ayrılmış vəziyyətdə olan 01 ədəd bıçaq, pambıqla hopturmaqla götürülmüş 8 ədəd qanabənzər nümunə, üzərində qanabənzər ləkələr olan 1 ədəd daş, 1 ədəd qadın gecə köynəyi, 1 ədəd yastıq üzlüyü, üzərində “DİSCARD AFTER USE” yazılmış, birinin uc hissəsində iynəsi olan 5 ml-lik 2 ədəd şpris, üzərində “U-100 İNSULİN ONLY” yazılmış, hər ikisinin uc hissəsində iynəsi olan 1 ml-lik 2 ədəd şpris (insulin), üzərində “Hyaderm” yazılmış, 2 ml-lik 1 ədəd şpris və sınmış vəziyyətdə 5 ml-lik “NOVOKAİN” ampulası, habelə hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş üzərində “diesel industries” yazıları, boyun hissəsində üzərində “diesel size M” yazılı qara rəngli etiket olan açıq-boz rəngli uzunqol köynək, bel hissəsi rezinli olub, iplə bağlanan, hər iki yan tərəfində zərcirbəndlə bağlanan cibləri olan, hər iki balağı rezinli tünd-boz rəngli idman şalvarı, X6 əynində olmuş bel hissəsi rezinli olub, iplə bağlanan, hər iki yan tərəfində cibləri olan, sol-ön səthində “flex” yazısı yazılmış, içəri bel hissəsində üzərində “flex” M yazılmış qara rəngli etiket olan tünd qəhvəyi rəngli idman şalvarı və ortadan cırılmış vəziyyətdə qolsuz mayka Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş Abşeron RMX publik hüquqi şəxsdən daxil olmuş 15.03.2021-ci il tarixli 365 nömrəli məktubdan görünür ki, X2 rayon poliklinikasının ruhi- əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Respublika Psixiatriya xəstəxanası publik hüquqi şəxsdən daxil olmuş 01.03.2021 -ci il tarixli 1640 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarına əlavə edilmiş Qazax rayon psixiatriya xəstəxanasından daxil olmuş 22.02.2021-ci il tarixli 282 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada psixoloji qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Abşeron RMX publik hüquqi şəxsdən daxil olmuş 15.03.2021-ci il tarixli 366 nömrəli məktubdan görünür ki, Baxışlı X13 rayon poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. İş materillarına əlavə edilmiş Abşeron RİHB-nın Hökməli qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26.02.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Baxışlı X13 rayonu, Hökməli qəsəbəsi, Ə.Vahid küçəsi ev 30 ünvanında yaşayır. Ailə üzvləri - anası Qanuni nümayəndə1, bacısı Şahid6dır, həmçinin yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. İş materillarına əlavə edilmiş Bakı Dövlət Peşə Təhsil Mərkəzindən daxil olmuş xasiyyətnamədən görünür ki, həmin Mərkəzdə “Neft və qazçıxarma operatoru” ixtisası üzrə təhsil alan Təqsirləndirilən şəxs təhsil aldığı yer üzrə müsbət xarakterizə olunur. İş materillarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 30.01.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 31.01.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materillarında olan Abşeron Rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə qətimkan tədbiri seçilmişdir. İş materillarında olan Abşeron Rayon Məhkəməsinin 06.02.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materillarında olan Sumqayıt şəhər Apelyasiya Məhkəməsinin 16.02.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materillarında olan qərardan görünür ki, 30.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materillarında olan Abşeron Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı təqdimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs kompleks stasionar məhkəmə-psixatrik və psixoloji ekspertizası aparılması üçün məcburi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatriya Ekspertizası Mərkəzinə stasionar qaydada yerləşdirilməsi qərara alınmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 122.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yetkinlik yaşına çatmayan şəxs olmasını, zərəçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 03 ay müddət nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. Bundan başqa, və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi oğlunun 30 (otuz) saat göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrasını Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış və hazırda Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş dəstəyi və tiyəsi ayrılmış vəziyyətdə olan 01 ədəd bıçaq, pambıqla hopturmaqla götürülmüş 8 ədəd qanabənzər nümunə, üzərində qanabənzər ləkələr olan 1 ədəd daş, 1 ədəd qadın gecə köynəyi, 1 ədəd yastıq üzlüyü, üzərində “DİSCARD AFTER USE” yazılmış, birinin uc hissəsində iynəsi olan 5 ml-lik 2 ədəd şpris, üzərində “U-100 İNSULİN ONLY” yazılmış, hər ikisinin uc hissəsində iynəsi olan 1 ml-lik 2 ədəd şpris (insulin), üzərində “Hyaderm” yazılmış, 2 ml-lik 1 ədəd şpris və sınmış vəziyyətdə 5 ml-lik “NOVOKAİN” ampulası hökm qanunu qüvvəyə mindikdən sonra məhv edilməli, habelə hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş üzərində “diesel industries” yazıları, boyun hissəsində üzərində “diesel size M” yazılı qara rəngli etiket olan açıq-boz rəngli uzunqol köynək, bel hissəsi rezinli olub, iplə bağlanan, hər iki yan tərəfində zərcirbəndlə bağlanan cibləri olan, hər iki balağı rezinli tünd-boz rəngli idman şalvarı sahibinə qaytarılmalı, X6 əynində olmuş bel hissəsi rezinli olub, iplə bağlanan, hər iki yan tərəfində cibləri olan, sol-ön səthində “flex” yazısı yazılmış, içəri bel hissəsində üzərində “flex” M yazılmış qara rəngli etiket olan tünd qəhvəyi rəngli idman şalvarı və ortadan cırılmış vəziyyətdə qolsuz mayka hökm qanunu qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 03 (üç) ay ev dustaqlığında və həbsdə saxlandığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı təhsil və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Abşeron rayon Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi oğlunun 30 (otuz) saat göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış və hazırda Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş dəstəyi və tiyəsi ayrılmış vəziyyətdə olan 01 ədəd bıçaq, pambıqla hopturmaqla götürülmüş 8 ədəd qanabənzər nümunə, üzərində qanabənzər ləkələr olan 1 ədəd daş, 1 ədəd qadın gecə köynəyi, 1 ədəd yastıq üzlüyü, üzərində “DİSCARD AFTER USE” yazılmış, birinin uc hissəsində iynəsi olan 5 ml-lik 2 ədəd şpris, üzərində “U-100 İNSULİN ONLY” yazılmış, hər ikisinin uc hissəsində iynəsi olan 1 ml-lik 2 ədəd şpris (insulin), üzərində “Hyaderm” yazılmış, 2 ml-lik 1 ədəd şpris və sınmış vəziyyətdə 5 ml-lik “NOVOKAİN” ampulası, X6 əynində olmuş bel hissəsi rezinli olub, iplə bağlanan, hər iki yan tərəfində cibləri olan, sol-ön səthində “flex” yazısı yazılmış, içəri bel hissəsində üzərində “flex” M yazılmış qara rəngli etiket olan tünd qəhvəyi rəngli idman şalvarı və ortadan cırılmış vəziyyətdə qolsuz mayka hökm qanunu qüvvəyə mindikdən sonra məhv edilsin, habelə hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş üzərində “diesel industries” yazıları, boyun hissəsində üzərində “diesel size M” yazılı qara rəngli etiket olan açıq-boz rəngli uzunqol köynək, bel hissəsi rezinli olub, iplə bağlanan, hər iki yan tərəfində zərcirbəndlə bağlanan cibləri olan, hər iki balağı rezinli tünd-boz rəngli idman şalvarı sahibinə qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-441/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-441/2021
14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver