Məhkəmə qərarları › İş №1(012)-441/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-441/2022

29.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-441/2022 29.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Qarıkaha kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsində Gənclər şəhərciyi, bina 10,mənzil 60 yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 15.00 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində keçmiş ərinin bacısı Təqsirləndirilən şəxs yumruq zərbələri ilə bir neçə dəfə onun sifət nahiyəsinə vuraraq yerə yıxmış və xəsarət yetirmişdir. Belə ki, Bakı şəhərində anadan olan, Laçın rayonu Zerti Ə/D, Qarıkaha kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, subay, əvvəllər məhkum olunmayan, işləməyən, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 15.00 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Gənclər şəhərciyində mübahisə zəmnində qardaşı Şahid1 keçmiş arvadı Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir neçə dəfə yumruq zərbələri ilə vuraraq yerə yıxması nəticəsində ona “alın nahiyəsinin böyük ölçülü dərialtı hematoması, alın nahiyəsinin sıyrığı, sol kürəyin, sol budun və sol baldırın qançırları” xəsarətləri yetirməklə, qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “YÜNGÜL” dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşı Atəşin keçmiş həyat yoldaşıdır. 2013- cü ildə onlar ailə qurmuş və birgə nigahdan üç övladları olmuşdur. Lakin 2020-ci ildə rəsmi olaraq boşanmışlar. xx.xx.2022-ci il tarixdə saat 15.00 radələrində Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində yaşadığı evdə olan zaman qardaşı Atəşlə Günayın və sonuncunun qardaşı Turalın mübahisə etdiklərini eşitmiş, dərhal binanın həyətinə düşmüşdür. Həmin vaxt onların qardaşı Atəşi döydüklərini fikirləşərək əsəbləşmiş və Günayın sifət nahiyəsinə əli ilə vurmuşdur. Zərbənin təsirindən Günay yerə yıxılmış, bir qədər sonra isə ayağa qalxaraq DİN-in 102 xidmətinə məlumat vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, münaqişə zamanı Günayı yalnız özü vurmuş, başqa heç kim Günayı vurmamışdır. Qohumları sonradan həmin yerə gələrək onları sakitləşdirməyə çalışmışlar. Mübahisə zamanı Turalın mobil telefonu oğurlanmamış, həmin şəxs mübahisədən sonra telefonunu yerdən tapmışdır. Bundan başqa qeyd etmişdir ki, mübahisə vaxtı Günayın qardaşı Turalın Atəşi döydüyünü və balta ilə hədələməsini görməmişdir. Yaranmış münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirmişdir ki, Şahid1 ilə 2013-cü ildə ailə həyatı qurmuş, birgə nigahdan üç övladları vardır. Hazırda rəsmi olaraq məhkəmə yolu ilə nigahları pozulmuş və ayrı- ayrılıqda yaşayırlar. Məhkəmə övladlarının azyaşlı olmasını nəzərə alaraq övladlarının onunla qalması barədə qətnamə qəbul etmişdir. Lakin buna baxmayaraq övladlarından ikisini onun razılığı olmadan Atəş özü ilə saxlayır. Buna görə də aralarında alimentlə bağlı münaqişələr vardır. Qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 15.00 radələrində Atəş aliment borcunu ödəyə bilmədiyi üçün onu aldadaraq övladlarını ona gətirmək adı ilə onu yaşadığı binanın qarşısına çağırmışdır. Binanın həyətinə düşdükdən sonra Atəş ondan alimentlə bağlı şikayət etməməsini tələb etmiş və bu zaman aralarında mübahisə yaranmışdır. Həmin vaxt qardaşı Tural onlara yaxınlaşmış və onların hər ikisini sakitləşdirməyə çalışmışdır. Həmin vaxt ATəşin bacısı İmperial onlara yaxınlaşaraq yumruqla onun alın nahiyəsinə bir neçə dəfə zərbə vurmuşdur. Həmin vaxt yerə yıxılmış və huşunu itirmişdir. Bir neçə dəqiqə sonra özünə gəlmiş və DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, İmperialın vurduğu zərbələrdən sonra huşunu itirərək yerə yıxılmış, ayılanda isə 102 xidmətinə verdiyi məlumat zamanı adlarını qeyd etdiyi şəxslərin qardaşı Turalla Atəşi sakitləşdirmək istədiklərini görmüşdür. Həmin vaxt Atəşin onun qardaşı Turalı döydüyünü fikirləşmiş, həmçinin həyəcanlı olduğu üçün və qardaşı Turalın mobil telefonunu tapa bilmədikləri üçün belə bir məlumat vermişdir. Lakin sonradan məlum olmuşdur ki, mobil telefon mübahisə vaxtı yerə düşmüşdür. Bundan başqa qeyd etmişdir ki, Atəşin əlində taxta olmasını və qardaşı Turalı döyməsini görməmişdir. Bildirmişdir ki, İmperial bir neçə dəfə yumruq zərbələri ilə onun sifət nahiyəsinə vurmuş, yerə yıxılıqdan sonra da İmperial onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarətlər yetirmişdir. Mübahisənin Gənclər şəhrciyinin qarşısında baş verməsini, 5-10 dəqiqə davam etməsini, həmin vaxt orada keçmiş əri Atəşin, onun bacısı İmperialın, qardaşı Turalın orda olmasını qeyd etmiş, sonradan isə Atəşin qohumu İnşallah və qayınanası Heyvagülün oraya gəlməsini bildirmişdir. İmperialın onu vuraraq xəsarət yetirdiyi üçün barəsində ağır cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, Şahid2 onun keçmiş arvadının qardaşıdır. Arvadı ilə ayrılmış və hazırda aralarında alıment borcu ilə bağlı mübahisələr vardır. Qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə keçmiş arvadı Zərərçəkmiş şəxs ilə arasında mübahisə yaranmış, mübahisə zəmnində Günayın üzərinə uca səslə danışdığı üçün onun qardaşı Tural onun üzərinə gəlmiş və qışqırmasına görə irad bildirmişdir. Bu vaxt Turalla da aralarında mübahisə yaranmış və Tural əlinə taxta parçası götürərək ona hücum etmiş, taxta parçası ilə onu döyəcəyindən ehtiyat edərək bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt əsəbi olduğu üçün belə bir məlumat vermiş, əslində isə Tural onu döyməmişdir, həmin şəxsin əlində balta olmamışdır, sadəcə olaraq onu taxta ilə döyəcəyini döyərək sözlə hədələmişdir. Bundan başqa qeyd etmişdir ki, baş vermiş mübahisə yaşadığı evin qarşısında olmuş və həmin vaxt orada tanımadığı şəxslər də olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə bacısı Günayla Atəşin mübahisə etdiyini görmüş, həmin vaxt bacısı Günay döyülmüşdür. Buna görə də tez yaxınlaşmış və onları sakitləşdirmişdir. Bildirmişdir ki, mübahisə vaxtı heç kimin üzərinə balta və ya taxta ilə hücum etməmiş və heç kimi hədələməmişdir. Mübahisə vaxtı Atəş onu döysədə onun barəsində şikayət etməmiş, məhkəmə- tibbi ekspertizasından keçməsindən imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X2 rayon şöbəsindən alınmış 1091 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alın nahiyəsinin böyük ölçülü dərialtı hematoması, alın nahiyəsinin sıyrığı, sol kürəyin, sol budun və sol baldırın qançırları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs(lər)-in bədən hissəsinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə polzulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, onun özünü təqsirli bilməməsi cəzadan və məsuliyyəydən azad olunması üçün müdafiə xarakteri daşıyır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Məlumat Kartotekasında hər hansı bir qeyd aşkar edilməmişdir. İş materiallarında olan Mehdiabad qəsəbə üzrə Mənzil Kommunal Təsərrüfatı Sahəsinin rəisinin verdiyi xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsində Gənclər şəhərciyi, bina 10,mənzil 60-da yaşamaqla müsbət xarakterizə edilir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Onun cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar