Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-442/2020 14.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xirdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Xirdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xirdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbayacan Respublikasının vətəndaşı, subay, orta təhsilli, tələbə, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xocalı şəhərində qeydiyyatda olmaqla Abşeron rayonu, st.ünvan 6-də yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-cü maddəsi ilə, xx.xx.1990-cı ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Xocalı şəhərində qeydiyyatda olmaqla, Abşeron rayonu, st.ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 234.2-cü maddəsi ilə, xx.xx.1982-ci ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, AğdamşəhəriFüzuliküçəsi,döngə 3, ev 3dəqeydiyyatdaolmaqla, Bakışəhəri,Qaradağrayonu,Məcburiköçkünlərşəhərciyi,bina 2,mənzil 41 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini əldə etmiş və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə bir büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə metamfetamini əldə etmiş, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində bir ədəd selofana bükülmüş bükümdə bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,05 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd ağ kağıza bbükülmüş 0,390 qram çəkidə psixotrop maddə metamfetamini 50 manat pul müqabilində Abşeron rayonu X12 köçkünlər şəhərciyi bina 9, mənzil 14 ünvanında qohumu Təqsirləndirilən şəxs3 vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs2 satmış, xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nin və Qubadlı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, üzərindən narkotik vasitəni sataraq əldə etdiyi 50 manat pul aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 qabaqcadan vəd edərək qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə olan metamfetaminin satılmasında köməklik etmişdir. Belə ki, o, qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini tanışı Təqsirləndirilən şəxs2 satılmasını qabaqcadan vəd etmiş, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində qohumu Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi bir ədəd selofana bükülmüş bükümün içərisində siqaretin gümüşü kağızına bükülmüş 0,05 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının 67-ci bəndinə daxil edilən bir ədəd ağ kağıza bükülmüş 0,390 qram çəkidə psixotrop maddə metamfetamini 50 manat pul müqabilində Abşeron rayonu X12 köçkünlər şəhərciyi bina 9, mənzil 14 ünvanında digər tanışı Təqsirləndirilən şəxs2 satılmasında köməklik etmişdir. NuruşovEminSurxayoğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərək saxlamış və üzərində daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan tanışı Təqsirləndirilən şəxs3 vasitəsi ilə Abşeron rayonu, X12 köçkünlər şəhərciyində yaşayan Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu X12 köçkünlər şəhərciyində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə 0,05 qram çəkidə narkotik vasitə olan heroini və bir ədəd bükümdə 0,390 qram çəkidə psixotrop maddə metamfetamini 50 manat pul müqabilində alaraq əldə etmiş və əynindəki qara rəngli şalvarın arxa sol cibində daşıyaraq saxlamış, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində yaşadığı Abşeron rayonu, X12 köçkünlər şəhərciyində Abşeron RPİ-nin Qobu Polis Bölməsinin və Qubadlı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb Qobu Polis Bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sol arxa cibindən bir ədəd selofana bükülmüş bükülünün içərisindən bir ədəd siqaretin gümüşü kağzına bükülmüş 0,05 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd ağ kağıza bükülmüş 0,390 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində özü narkotik vasitələrdən istifadə etməsədə pula ehtiyacı olduğu üçün əldə etdiyi narkotik vasitəni satmaq məqsədi ilə tanımadığı şəxsdən Bakı şəhəri, Papanin adlanan ərazidə narkotik vasitə olan heroini və metamfetamini 20 manat müqabilində əldə etmişdir. Buna görə də qohumu Təqsirləndirilən şəxs3 xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində onda narkotik vasitə olan heroin və metamfetamin olduğunu və onları satmaq istədiyini bildirmiş, Babək də Emin adlı tanışına həmin narkotik vasitəni sata biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs3 Emin adlı şəxslə telefon əlaqəsi saxlamış və narkotik vasitə satıldığını demişdir. Emin Babəklə telefonda danışarkən onun təklifi ilə razılaşmış və gəlib alacağını demişdir. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə Abşeron rayonu X12 köçkünlər şəhərciyində olan zaman tanımadığı iki nəfər şəxs Mercedes E-190 markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin şəhərciyə gəlmiş, avtomobilin sürücüsü Şahid3 və sərnişinin Emin ilə Babək onu tanış etmiş və o narkotik vasitəni yaşadığı evdə, Abşeron rayonu X12 köçkünlər şəhərciyi bina 9, mənzil 14 ünvanında olduğunu demiş, o, Babək, Şahid3 və Eminlə birlikdə yaşadığı evə getmiş, orada Eminə bir bükümdə heroini və bir bükümdə metamfetamini göstərmiş, Emin narkotik vasitə üçün ona ümumilikdə 50 manat pul vermiş, o da narkotik vasitəni Eminə verdikdən sonra, Emin, Şahid3, Babəklə birlikdə evdən çıxıb həyətə düşmüşlər. Şahid3la Emin avtomobilə əyləşib getmiş, bundan bir qədər sonra polis əməkdaşlarının Babəki tutduqlarını Stansiya Sumqayıt ərazisində yerləşən polis məntəqəsinə, oradan isə Qobu polis bölməsinə apardıqlarını eşitmişdir. O, bölmədə narkotik vasitəni Babək deyil, özü satdığını bildirmiş, bundan sonra polis bölməsində şübhəli şəxs qismində tutulmuş, orada üzərinə şəxsi axtarış keçirilən zamanı üzərində qanunla qadağan olunmuş narkotik vasitə və psixotrop maddə aşkar olunmamış, üzərindən bir ədəd 20 manat, üç ədəd 10 manat olmaqla ümumilikdə 50 manat aşkar olunmuş, o da üzərindən aşkar olunmuş 50 manat pulun Eminə narkotik vasitə satmaqla əldə etdiyini səmimi etiraf etmiş, üzərindən götürülmüş 50 manat pul protokolla götürülmüş və qablaşdırılmışdır. Əlavə olaraq o, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Emin və Şahid3la görüşdüyünü, lakin Şahid3 narkotik vasitə satmadığını, yalnız Eminə narkotik vasitə olan heroini və metamfetamini satdığını, satdığı narkotikdən əldə edəcəyi puldan Babəkə heç nə demədiyini, sadəcə olaraq Babəkə özü pul vermək istədiyini, əvvəlcədən müştəri tapmaq müqabilində pul verilməsinə dair razılığı olmadığını, narkotik vasitə heroini və metamfetamini Eminə özü verdiyini, pulu da Emindən özü aldığını bildirdi. Sonda o, tutduğu əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini əsas gətirərək məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə qohumu Elməddin onunla əlaqə saxlayaraq yaşadığı evə gəlmək istədiyini demiş, o da etiraz etməmiş, bir qədər sonra Elməddin yaşadıqları evə gəlmiş, söhbət zamanı Elməddin tanımadığı şəxsdən narkotik vasitə əldə etdiyini və həmin narkotik vasitəni sataraq pul qazanmaq istədiyini demiş, həmçinin ondan narkotik vasitəni alacaq etibarlı tanışının olub-olmamasını soruşmuş, o da Elməddinin yanında tanışı Emin adlı şəxslə əlaqə saxlamış və ondan narkotik vasitə almaq istəyib-istəməməsini soruşmuş, Emin də narkotik vasitə almaq istədiyini və bir qədər sonra Stansiya Sumqayıt ərazisinə gələcəyini bildirmiş, buna görə də Elməddinlə birlikdə həmin şəxsin gəlməyini gözləmiş, saat 18 radələrində Emin əvvəllər tanımadığı adını sonradan bildiyi Şahid3 adlı şəxslə birlikdə Mercedes markalı avtomobillə stansiya Sumqayıt qəsəbəsi ərazisinə gəlmiş və onlara yaxınlaşmış, daha sonra həmin şəxslərlə birlikdə Elməddinin yaşadığı evə qalxmışlar, evdə Elməddin 50 manat pul müqabilində Eminə bir büküm heroin və bir büküm metamfetamin satmış, bundan sonra onlar çıxıb getmişlər, bir qədər sonra stansiya Sumqayıt ərazisində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitə satmaqla şübhəli olduğunu bildirib onu Qobu polis bölməsinə gətirmişlər, bölmədə ona narkotik vasitələrin qanunsuz olaraq satmaqda şübhəli olduğunu bildirilmiş və xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, həmçinin axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması soruşulmuş, o isə üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olmadığını bildirmiş, bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən qadağan olunmuş heç bir əşya aşkar olunmamış, əlavə olaraq o, Elməddinin iştirakı ilə 50 manat pul müqabilində narkotik vasitəni Emin adlı şəxsə satdığını, Elməddinin narkotik vasitəni onun iştirakı ilə satsa da, əldə etdiyi puldan ona hər hansı miqdarda pul vermədiyini, ümumiyyətlə hazırkı vaxtadək belə bir proseslərdə iştirak etmədiyini və onun narkotik vasitənin satışında heç bir maddi marağı olmadığını, bundan başqa narkotik vasitənin satışında əvvəlcədən Elməddinlə arasında heç bir danışıq olmadığını bildirdi. Sonda o, tutduğu əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini və himayəsində iki azyaşlı uşaqlarının olduğunu əsas gətirərək məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər qanunsuz narkotik vasitə saxladığına görə məhkum olunmuş, 2017-ci ilin dekabr ayında azadlığa çıxmış, hazırda da narkotik vasitədən, yəni heroin və metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs3 onunla qonşu olduğu, Allahverdiyev Şahid3 da Müşviq qəsəbəsində yaşadığı üçün tanıyır, lakin Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən tanıyır. Belə ki, xx xxxx 2020-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs3 ona zəng edərək narkotik vasitə olduğunu dedikdə o da narkotik vasitədən istifadə etdiyi üçün ona ehtiyacı olduğunu və gəlib ala biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs3 Abşeron rayonu, stansiya Sumqayıtda yerləşən Məcburi köçkünlər şəhərciyinə getməyi bildirmiş, o da oraya tanışı Şahid3 Allahverdiyevin idarə etdiyi Mercedes 190 markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobillə getmiş, X9 köçkünlər şəhərciyində Təqsirləndirilən şəxs3 ilk dəfə gördüyünü və sonradan adının Təqsirləndirilən şəxs1 kimi bildiyi şəxslə onu gözləmiş, Babək ona narkotik vasitənin Elməddində olduğunu dedikdə o da alacağı narkotik vasitəyə baxmaq istədiyini bildirmiş, o, Şahid3, Babək və Elməddinlə birlikdə sonuncunun yaşadığı Abşeron rayonu, X12 köçkünlər şəhərciyi, bina 9, mənzil 14 ünvanına getmiş, orada Elməddin ona bir büküm heroin və bir büküm metamfetamin təqdim etmiş, o da hər iki narkotik üçün Elməddinə ümumilikdə 50 manat pul vermiş və Elməddindən qeyd olunan narkotik vasitəni alıb selofana bükülmüş formada əynində olan qara rəngli şalvarın arxa sol cibinə qoymuş, bundan sonra Elməddinin evindən çıxmış və binanın qarşısında Şahid3 idarə etdiyi Mercedes Benz markalı avtomobilə əyləşmiş, Şahid3 avtomobili hərəkətə gətirdikdən sonra avtomobili polis əməkdaşları saxlamış, onu və Şahid3 Qobu polis bölməsinə aparmışlar. Bölmədə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, üzərinə şəxsi axtarış video çəkilişlə keçirilmiş, o da üzərində olan, yəni əynindəki qara rəngli şalvarın arxa sol cibindən selofana bükülümüş bükülünü təqdim etmiş, həmin bükülünün içərisindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş heroin və bir ədəd bükülüdə ağ kağıza bükülmüş metamfetamin aşkar olunmuş, onun iştirakı ilə həmin bükülülər açılmış, ağ zərfə qoyularaq qablaşdırılmış, üzərindən aşkar olunub götürülmüşdür. Əlavə olaraq o, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, stansiya Sumqayıt, Məcburi Köçkünlər şəhəciyində Babəkin vasitəsi ilə Elməddindən 50 manat müqabilində aldığını, üzərindən aşkar olunub götürülmüş narkotik vasitə heorini və psxotrop maddə metamfetamini almaq üçün 50 manat pulu Elməddinə verdiyini, həmin vaxt Babək və Şahid3 onların yanında olduğunu bildirdi. Sonda o, tutduğu əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini əsas gətirərək məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İstintaq zamanı şahid qismində dindirilmiş Allahverdiyev Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 tanıyır, münasibəti normaldır, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onları xx.xx.2020-ci il tarixdə Eminin vasitəsi ilə tanımışdır. O, icarəyə götürdüyü “Mercedes E190” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və on ildən çoxdur narkotik vasitələrdən istifadə edir. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində dostu Təqsirləndirilən şəxs2 ona zəng etmiş, Babək adlı tanışının dostunda narkotik vasitə olduğunu və münasib qiymətə sata biləcəyini bildirmiş, Emin onun avtomobili ilə birlikdə Abşeron rayonu Stansiya Sumqayıt qəsəbəsi, Məcburi köçkünlər şəhərciyinə getməyi ondan xahiş etmiş, o da idarə etdiyi avtomobillə Eminlə birlikdə Məcburi köçkünlər şəhərciyinə getmiş, orada binanın qarşısında iki nəfər şəxslə görüşmüş, həmin şəxslərdən biri Elməddin, digəri isə Babək olmuş, Babək narkotik vasitənin Elməddində olduğunu Eminə demiş, o, Babək, Emin və Elməddin birlikdə sonuncunun yaşadığı evə çıxmış, orada Elməddin Eminə bir bükümdə heroin və bir bükümdə metamfetamin vermiş, əvəzində Emin Elməddinə 50 manat pul vermiş, bundan sonra onlar birlikdə həyətə düşmüş, o avtomobili işə salaraq Eminlə birlikdə oradan gedən zaman onları polis əməkdaşları saxlamış və onları Qobu polis bölməsinə aparmışlar, Qobu polis bölməsində onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün ona vəkil təyin olunmuş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin qutusunun içərisindən 10 ədəd siqaretin gümüşü kağızına bükülmüş nartkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşına təqdim etmiş, bundan sonra polis əməkdaşı onun iştirakı ilə idarə etdiyi “Mercedes E 190” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq sağ oturacağının ayaqaltı hissəsindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş şəkildə qurudulmuş marixuana aşkar edilmiş, üzərindən və avtomobilindən aşkar olunaraq götürülmüş narkotik vasitəni ilkin olaraq Elməddindən 90 manata aldığını şəxsi axtarış zamanı və ilkin izahatında göstərmiş, lakin əsl həqiqətdə üzərindən və avtomobilindən aşkar olunub götürülmüş narkotik vasitəni xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonununda Yasamal bazarının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, Təqsirləndirilən şəxs2la isə 50 manat müqabilində heroini və metamfetamini Elməddindən aldığını, o, özü də orada olduğunu, alqı-satqı prosesində iştirak etmədiyini bildirdi. Məhkəmə zamanı şahid qismində dindirilmiş Qubadlı rayon PŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayon Pİ-nin Qobu PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı X11, Qubadlı rayon PŞ-nin İTB-nin polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə Stansiya Sumqayıt ərazisində xidmətdə olan zaman qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə üzərində daşımaqda şübhəli bilinən xx.xx.1982-ci il təvəllüdlü Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1, xx.xx.1990-cı ildə Laçın rayonu, Çorma kəndində anadan olmuş X4, xx.xx.1985-ci ildə Füzuli şəhərində anadan olmuş Allahverdiyev Şahid3 saxlanılmış, Abşeron rayon Pİ-nin Qobu PB-nin növbətçi hissəsinə gətirilib təhvil verilmiş, Qobu polis bölməsində Şahid3 Allahverdiyevin üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin qutusunun içərisindən 10 ədəd siqaretin gümüşü kağızına bükülmüş nartkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, bundan sonra Şahid3 Allahverdiyevin iştirakı ilə sonuncunun idarə etdiyi “Mercedes E 190” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq sağ oturacağının ayaqaltı hissəsindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş şəkildə qurudulmuş marixuana aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın arxa sol cibindən selofana bir ədəd siqaretin gümüşü kağızına bükülmüş heroin və bir ədəd ağ kağıza bükülmüş metamfetamin aşkar olunmuş, Təqsirləndirilən şəxs2 bildirdi ki, üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini həmin tarixdə saat 18 radələrində Abşeron rayonu, X9 Köçkünlər şəhəciyində tanışı Babək adlı şəxsin vasitəsi ilə tanıdığı Elməddin adlı şəxsdən 50 manat pul müqabilində almışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 Qobu PŞ-nə gətirilmiş, PŞ-də sonuncunun üzərinə şəxsi axtarış keçirilən zamanı üzərində qanunla qadağan olunmuş narkotik vasitə və psixotrop maddə aşkar olunmamış, Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd 20 manat, üç ədəd 10 manat olmaqla ümumilikdə 50 manat aşkar olunmuş, sonuncu da üzərindən aşkar olunmuş 50 manat pulun Eminə narkotik vasitə satmaqla əldə etdiyini səmimi etiraf etmiş, üzərindən götürülmüş 50 manat pul protokolla götürülmüş, daha sonra qablaşdırılmış, daha sonra Təqsirləndirilən şəxs3 Qobu PB-nə gətirilmiş, bölmədə ona narkotik vasitələrin qanunsuz olmaqda satmaqda şübhəli olduğunu bildirilmiş və xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən qadağan olunmuş heç bir əşya aşkar olunmamış, bundan sonra aşkar edilmiş narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, X2 və Allahverdiyev Şahid3 üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qubadlı RPŞ-nin İTB-nin polis nəfəri, polis baş serjantı Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1la oxşar məzmunlu ifadə verdi. İstintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı X5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. X20 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X20 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 6/321 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «….4..Təqsirləndirilən şəxs2….» yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 0,05 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 ədəd bükümdəki təmiz çəkisi 0,390 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi - 0,05 qram, sərf edildi – 0,03 qram, qalıq – 0,02 qram və metafetaminin ümumi təmiz çəkisi - 0,390 qram, sərf edildi – 0,05 qram, qalıq – 0,340 qramdır. Həmin rəyə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 109,90 (yüz doqquz manat 90 qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair «30».04.2020-ci il tarixli «1128» №li məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, NuruşovEminSurxayoğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair «29».04.2020-ci il tarixli «1093» №li məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intokasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniya narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,05 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 0,390 qram olan metamfetamin, təmiz çəkisi 4,128 qram olan marixuana, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd 20 manatlıq və 3 ədəd 10 manatlıq əskinazlar, şəxsi axtarış keçirilməsi və avtomobilə baxış keçirilməsinin köçürüldüyü 4 ədəd CD diski maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıqqalmış - 0,02 qramheroin, 0,340qram metamfetaminvə 3,798qrammarixuanasaxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi və bir ədəd 20 manatlıq və 3 ədəd 10 manatlıq əskinazlar saxlanması üçün Abşeron rayon Pİ-nin Maliyyə hissəsinə təhvil verilməli, dörd ədədCDdiskicinayətişininmateriallarınaəlavəedilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” barədə İİ hissəsinin 27-ci bəndində metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” psixotrop maddələrə aid İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metafetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 234.2-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlilikləri özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 234.2-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilən şəxslər təqsirli olduqları Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyaları həddlərində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan AzərbaycanRespublikasıDİN-ninBƏSİİ-dənalınmışxx.xx.2020-ci il tarixli tələbnamədəngörünürki, İsmayılovElməddinQədiroğlubarəsindəARCM-nin 127.1cimaddəsiiləolan ********* nömrəlimateriala xx.xx.2017-ciiltarixdəARCPM-nin 40.2.2cimaddəsinəəsasəncinayətişininbaşlanmasırəddedilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası QMK işləri üzrə DK-nin MİD stSumqayıt sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayonu, st ünvan 7 ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş 1124 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs1 boks idman növü üzrə Azərbaycan Respublikasınnın İdman ustası dərəcəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və X14 və fiziki hazırlıq fakültəsinin 1-ci kurs tələbəsidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs1 cəzasının ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azdlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə xx.xx.2020-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci iltarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, daha sonra Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və o , məhkəmə zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs1ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Hökmün icrası ona aid hissədə Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən və Abşeron RM-nin xx.xx.2013-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 Abşeron RM-nin xx.xx.2013-cü il tarixli qərarı ilə onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası QMK işləri üzrə DK-nin MİD st. Sumqayıt sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Abşeron rayonu, st Sumqayıt bina 19, mənzil 8 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı 2 azyaşlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşağının omasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs3 cəzasının ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azdlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət işi üzrə xx.xx.2020-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, istintaq orqanı tərəfindən xx.xx.2020-ci il tarixli qərarı ilə azad olunmuş və xx.xx.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalında dərhal həbsə alınmalıdır. Hökmün icrası ona aid hissədə Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş materiallarında olanAzərbaycanRespublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020ci il tarixli tələbnamədən və Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Nuruşov X17 rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmüilə ARCM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 10 ay müddətinə azadlıqdan məhrum edilmiş və o, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odurki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 83.3.3-cümaddəsinə əsasən məhkumluğu ödənilmiş hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən səmimi peşmançılığını bildirməsini cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmiş və məhkəmədə həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 11 (on bir) ay 06 (altı) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yer üzrə çəkməli və üzərinə yuxarıda göstərilən və onun islah olunmasına xidmət edən müvafiq vəzifələr qoyulmalıdır. Hökmün icrası ona aid hissədə Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmədir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 109, 90 (yüz doqquz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, hökmün icrası ekspertiza xərcinin ödənilməsi hissəsində Abşeron rayon İcra və Probasiya şöbəsinə və Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkməsi müddətinin başlanğıcı tutulduğu xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalında həbsə alınsın. Təqsirləndirilən şəxs1ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci, 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkməsi müddətinin başlanğıcı tutulduğu xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalında həbsə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs3 aid hissədə Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 11 (on bir) ay 06 (altı) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 24 (iyirmi dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin hüdudlarını və saat 23:00-dan saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 109, 90 (yüz doqquz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmün icrası ekspertiza xərcinin ödənilməsi hissəsində Abşeron rayon İcra və Probasiya şöbəsinə və Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-442/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-442/2020
14.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver