Məhkəmə qərarları › İş №1(012)-442/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-442/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-442/2025 24.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X9 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi- Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Abşeron rayonu, Fatmayı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Abşeron rayonu, Fatmayı ərazi dairəsi, Fatmayı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Fatmayı ərazi dairəsi, Fatmayı kəndi, Şahid1 küçəsi, ev 6 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, Abşeron rayonu Fatmayı kəndi ərazisində “Duz Gölü” adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah hesab olunan bir ədəd «Makarov» konstruksiyalı tapançanı, 06 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov(PM) və Steçkin(APS) konstruksiyalı döyüş sursatı olan atəş üçün yararlı patronları və zavod üsulu ilə istehsal olunmuş, bircərgəli, 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan bir ədəd darağı əldə edib, saxlamış, daşımış və gəzdirmiş, 04 sentyabr 2024- cü il tarixdə Abşeron RPİ-nin X4 əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Abşeron rayonu, Fatmayı qəsəbəsi ərazisində saxlanılaraq, X5 gətirilmiş və həmin tarixdə saat 03:30-dan 03:55-dək üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının arxa tərəfdən kəmər hissəsinə keçirilmiş nömrəsi silinmiş «Makarov» konstruksiyalı yivli odlu silah hesab olunan tapança, hər biri 9x18 mm kalibrli olmaqla döyüş sursatı olan 06 ədəd Makarov(PM) və Steçkin(APS) konstruksiyalı silahların ştat patronlarını və həmin silahın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş, bircərgəli, 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, darağ aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən, 15-20 gün əvvəl, yani 15-20 avqust tarixlərində Abşeron rayonu, Fatmayı qəsəbəsi, Duz Gölünün yaxınlığında gəzib metal toplayarkən yerdə olan qara rəngli sellofan torbanın içinin dolu olduğunu görmüşdür. Həmin torba onun diqqətini çəkmişdir. Təqsirləndirilən şəxs dərhal əyilib həmin sellofan torbanı yerdən götürmüş və içərisinə baxmağa başlamışdır. Həmin sellofan torbanı açan zaman içərisində bir ədəd silah və 6 ədəd patron olduğunu görmüşdür. Təqsirləndirilən şəxs güllələri sayan zaman 6 ədəd patron olduğunu görmüşdür. Həmin güllələr bu zaman darağın üzərində imiş. Təqsirləndirilən şəxs əvvəllər hərbi xidmətdə olduğundan və döyüşlərdə iştirak etdiyindən iştirak etdiyindən həmin silahın dərkal Makarov tipli tapança olduğunu və güllərin isə həmin tapançaya məxsus olduğunu başa düşmüşdür. Həmin silah və onun güllələri ona maraqlı gəldiyi üçün qara rəngli selofana bükülmüş həmin silahı, bir ədəd darağı və 6 ədəd gülləsi ilə birlikdə götürüb yaşadığı mənzilə gətirib yataq otağında yataq dəstinin altında gizlətmişdir. Bir müddət orada saxladıqdan sonra 04 sentyabr 2024-cü il tarixdə saat 01:30 radələrində silahı gizlətdiyi yerdən götürüb əynində olan tünd göy rəngli cins şalvarının arxa tərəfdən kəmər hissəsinə keçirtmişdir. Təqsirləndirilən şəxs həmin silahı özünə maraqlı gəldiyi üçün üzərində daşımağı qərara almışdır. Silahı gizlətdiyi yerdən götürüb kəmərinə keçirtdikdən sonra yaşadığı Abşeron rayonu, Fatmayı qəsəbəsi, yaşadığı məhəlləyə çıxaraq gəzməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində Abşeron rayonunda Fatmayı qəsəbəsində qəbirstanlığın yanında piyada gəzirmiş. Həmin zaman onun şalvarının arxa tərəfdən kəmər hissəsində təxminən 15-20 gün qabaq tapdığı və gizlətdiyi bir ədəd Makarov tipli tapança və 06 ədəd həmin silaha aid patronlar da var idi. Bu zaman iki nəfər mülki geyimli şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişdilər. Onlar Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin X4 əməkdaşları olduqlarını bildirmişdirlər. Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirləri keçirilməsi haqqında qərarla tanış etdikdən sonra mənim qanunsuz olaraq odlu silah əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirərək bu barədə onlarda əməliyyat məlumatlarının olduqlarını, bu məqsədlə onlarla birlikdə Abşeron RPİ-nin X5 getməli olduğunu demişdilər. Təqsirləndirilən şəxs isə polis əməkdaşlarına üzərində qanunsuz olaraq odlu silah olduğunu etiraf edib, onlara etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs hüquqları və üzərimə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş Təqsirləndirilən şəxs isə təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Daha sonra onun ərizəsi əsasında vəkil dəvət edilmişdir. Müdafiəçisi gəldikdən sonra onunla arasında konfidensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs isə etirazı olmadığını bildirmişdir. İlk öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli cins şalvarının arxa tərəfdən kəmər hissəsinə keçirtdiyi 1 (bir) ədəd “Makarov PM” markalı tapançanı, 06(altı) ədəd həmin tapançaya məxsus güllələri və bir ədəd darağını təqdim etmişdir. Daha sonra onun təqdim etdiyi silaha baxış keçirilmişdir. Həmin silahın üzərində nömrəsi olmayan «Makarov» konstruksiyalı yivli odlu silah hesab olunan tapança, hər biri 9x18 mm kalibrli olmaqla döyüş sursatı olan 06 ədəd Makarov(PM) və Steçkin(APS) konstruksiyalı silahların ştat patronları və həmin silahın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş, 06 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı darağı olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin silahı və silaha aid olan güllələri hardan tapdığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs 1 (bir) ədəd “Makarov PM” markalı tapançanı, 06(altı) ədəd həmin silaha məxsus güllələri və bir ədəd darağını 15-20 gün əvvəl Abşeron rayonu, Fatmayı qəsəbəsi ərazisində Duz Gölünün yaxınlığında yerləşən məişət tullantıları atılan yerdən tapdığını və müharibədə iştirak etdiyindən həvəsi olduğu üçün və maraqlı gəldiyi üçün üzərində saxladığını bildirmişdir. Əməlindən peşmandır, məhkımədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Abşeron rayon Polis İdarəsinin X4 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəsifəsində işləyir, polis mayoru xüsusi rütbəsindədir. 04 sentyabr 2024-cü il tarixdə Abşeron Rayonu, Fatmayı ərazi dairəsi, Fatmayı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Fatmayı ərazi dairəsi, Fatmayı kəndi, Şahid1 küçəsi, ev 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə etməsi, saxlaması, daşıması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra ondan və Mehdiabad PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Abşeron rayon Polis İdarəsinin X4 Cinayət axtarış üzrə əməliyyat müvkkili Şahid2 Zeynalabdin oğlundan ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adı qeyd olunan polis əməkdaşları ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində Abşeron rayonu, Fatmayı qəsəbəsi ərazisində yerləşən qəbirstanlığın yanında xidmətdə olarkən bir nəfər Təqsirləndirilən şəxs zahiri əlamətlərinə uyğun gələn şəxs görmüşlər. Daha sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişlər. Daha sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərib polis əməkdaşı olduqlarını bildirib şəxsiyyətini təsdiq edən sənədin olub olmamasını soruşmuşlar. Həmin şəxs üzərində hər hansı bir sənədinin olmadığını bildirmişdir. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan adının Təqsirləndirilən şəxs olduğunu öyrənmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah və həmin silaha aid güllələri gəzdirdiyini bildirmişlər. Təqsirləndirilən şəxs də üzərində qanunsuz olaraq odlu silah hesab edilən “Makarov” tipli tapança və həmin silaha aid güllələr olan daraq olduğunu bildirmişdir. Daha sonra arxa tərəfdən şalvarına keçirdiyi makarov tipli tapançanı və həmin silaha aid güllələri olduğunu bildirmişdir. Şahid1 və Şahid2 həmin şəxsi saxlayaraq Abşeron rayon polis idarəsinin X5 dəvət etmişlər. Bölmədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs xx.xx.1994-cü ildə Abşeron rayonu, Fatmayı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmayan, Abşeron Rayonu, Fatmayı ərazi dairəsi, Fatmayı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Fatmayı ərazi dairəsi, Fatmayı kəndi, Şahid1 küçəsi, ev 6 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Polis Bölməsinə gətirildikdən sonrta Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuş Təqsirləndirilən şəxs də təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Bölmə rəhbərliyinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun, Abşeron rayon Polis İdarəsinin X4 Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkki polis kapitanı,Şahid1, X4 cinayət axtarış üzrə əməliyyat müvəkkili polis mayoru Şahid2 və prossesə dəvət edilmiş vəkil X2 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif olunmuşdur ki, “üzərində hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin”. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın arxa tərəfdən kəmər hissəsinə keçirtdiyi 1 (bir) ədəd “Makarov PM” markalı tapançanı, 06(altı) ədəd həmin tapançaya məxsus güllələri və bir ədəd darağını çıxardaraq təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi silaha baxış keçirildi. Həmin silahın üzərində nömrəsi silinmiş «Makarov» konstruksiyalı “PM” modelli yivli odlu silah hesab olunan tapança, hər biri 9x18 mm kalibrli olmaqla döyüş sursatı olan 06 ədəd Makarov(PM) və Steçkin(APS) konstruksiyalı silahların ştat patronları və həmin silahın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı darağı olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı və güllələri haradan və nə zaman əldə etdiyi soruşuldu. Təqsirləndirilən şəxs də bildirmişdir ki, 1 (bir) ədəd “Makarov PM” markalı tapançanı, 06(altı) ədəd həmin silaha məxsus güllələri və bir ədəd darağını 15-20 gün əvvəl yani Abşeron rayonu, Fatmayı qəsəbəsi ərazisində yerləşən Duz Gölünün yaxınlığında məişət tullantıları atılan yerdən tapdığını və həvəsi olduğu üçün və maraqlı gəldiyi üçün yaşadığı mənzilə gətirərək gizlətdiyini və arada bir üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 10-15 gün bundan əvvəl Abşeron rayonu, Fatmayı qəsəbəsi ərazisində yerləşən məişət tullantıları atılan Duz Gölü ərazisində qara rəngli selofan torbanın içərisində olan 1 (bir) ədəd “Makarov” markalı tapança, 06(altı) ədəd həmin tapançaya məxsus güllə və bir ədəd həmin tapançaya məxsus darağı taparaq onu yaşadığı mənzilə apararaq gizlətmişdir. Silahı gizlətməkdə məqsədi həmin silaha marağının olması olmuşdur. Onun odlu silah saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd “Makarov PM” markalı tapançanı, 06(altı) ədəd həmin tapançaya məxsus güllələri və bir ədəd darağını cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd ağ rəngli kağız zərfə bükülərək qablaşdırılıb götürülmüşdür. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid1 ifadəsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - Cinayət işi başlamaq və icraata qəbul etmək barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. - “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 02:00 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şalvarının sağ yan kəmərinə keçirtdiyi bir ədəd odlu silah tapança, bir ədəd sandıq və 6 ədəd patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmamsı sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı. İlk öncə onun geyindiyi paltarların cibinə baxıldı, lakin hər hansıbir əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş odlu silah tapancanı haradn alması sual edildikdə o, odlu silahı təxminən 15 gün bundan qabaq Abşeron rayonu, fatmayı kəndində yerləşən Duz gölü yaxınlığında ərazidən tapdığını və Abşeron rayonu, Fatmayı kəndində yaşadığı evdən gğtürüb Fatmayı kəndində yerləşən qəbirstanlığın yaxınlığında olan zaman polis əməkdaşları onu saxlamışlar. Şəxsi axtarış və götürmə aparılmasına dair protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistk Tədqiqatlar İdarəsinin məhkəməballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/1405 saylı rəyinə əsasən müəyyən edilmişdir: 1.Tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. 2.Tədqiqata təqdim edilmiş 06 ədəd patron, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdır. 3.Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olmaqla, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur.

4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə- gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir.

- “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, qərar ona elan edilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-640/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnamədən və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-278/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs X8 şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-278/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün, axtarış nəticəsində tutulduğu 01 gün, ümumilikdə 03 gün müddət təyin olunmuş cəzadan çıxmaqla onunüzərində qəti olaraq 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin icraatında olan 1(012)-1190/2024 saylı cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınaraq, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması, Abşeron RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,266 qram narkotik vasitə heroinin hğkm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi 114 manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hökm edilmişdir. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı 01ədəd “Makarov” konstruksiyalı yivli odlu silah hesab olunan tapança, 03 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı döyüş sursatı olan atəş açmaq üçün yararlı patronlar və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekst hissəsi olan bir ədəd darağ iş üzrə maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-1190/2024 saylı məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. -Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X3 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X2, Abşeron rayon Polis İdarəsinin X4 Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, X4 Cinayət Axtarış üzrə əməliyyat müvəkkkili polis mayoru Şahid2 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri bundan başqa CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının arxa tərəfdən kəmər hissəsinə keçirtdiyi bir ədəd “Makarov” tipli tapançanı təqdim etdi. Həmin bir ədəd tapançaya baxdıqda baxdıqda üzərində zavod nömrəsi silinmiş «Makarov» konstruksiyalı yivli odlu silah hesab olunan tapança, hər biri 9x18 mm kalibrli olmaqla döyüş sursatı olan 06 ədəd Makarov(PM) və Steçkin(APS) konstruksiyalı silahların ştat patronlarını və həmin silahın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı darağ olduğu müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, arxa tərəfdən şalvarının kəmər hissəsinə keçirtdiyi bir ədəd “Makarov” tipli tapança və ona məxsus olan güllələridir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin silahı 15-20 gün bundan əvvəl Abşeron rayonu, Fatmayı qəsəbəsi ərazisində yerləşən Duz Gölünün yaxınlığında məişət tullantıları atılan yerdən metal yığarkən qara rəngli selofan torbanın içərisində olan 1 (bir) ədəd “Makarov” markalı tapança, 06(altı) ədəd həmin silaha aid güllə və bir ədəd darağı taparaq maraqlı gəldiyi üçün yaşadığı Abşeron Rayonu, Fatmayı qəsəbəsində yerləşən mənzilə gətirərək yataq otağında gizlətmişdir. Arada belinə taxaraq gəzdiyini də bildirmişdir. Silahı gizlətməkdə məqsədi həmin silahın maraqlı gəldiyi və xoşu gəldiyi üçün orada saxlamaq və üzərində gəzdirmək olmuşdur. Onun odlu silah saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Makarov” tipli tapança, bir ədəd həmin tapançaya aid olan darağı və həmin daraqdan çıxarılmış 06 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd ağ rəngli kağız zərfə bükülərək qablaşdırılıb götürülmüşdür. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs özünün etirafı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci, 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar- törətdiyi əməldən səmimi peşmançılığı olmasıdır. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşını, eləcə də, cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Həmçinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin olunmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan –xx.xx.2024-cü il tarixdən hesablanmalı, həmçinin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı 01ədəd “Makarov” konstruksiyalı yivli odlu silah hesab olunan tapança, 03 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı döyüş sursatı olan atəş açmaq üçün yararlı patronlar və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekst hissəsi olan bir ədəd darağ hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 14 saata görə 84 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 12 saata görə 132 manat olmaqla, cəmi 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 06 ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü üzrə şübhəli şəxs qismində saxlanıldığı 03 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 04 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı 01ədəd “Makarov” konstruksiyalı yivli odlu silah hesab olunan tapança, 03 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı döyüş sursatı olan atəş açmaq üçün yararlı patronlar və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekst hissəsi olan bir ədəd darağ hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikaıs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosu müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 14 saata görə 84 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 12 saata görə 132 manat olmaqla, cəmi 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar