Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-443/2020 11.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2002-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olan və ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəXırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evin açıq qapısından həyətə qanunsuz daxil olaraq, həyətdə hamam kimi nəzərdə tutulmuş tikilinin girişində quraşdırılmış 1 ədəd 300 manat dəyərində “Robello” markalı 24 kilovatlıq kombi istilik sistemini qaz açarı ilə açaraq gizli yolla talayıb evin həyətinin giriş qapısından çıxaran zaman qonşuluqda yaşayan Şahid1 Möhbalı oğlunun onu görməsi səbəbindən cinayət törətməyə qəsdən yönəldilmiş hərəkətini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs X10 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə saat təxminən 14:00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs fərdi yaşayış evindən oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, xx xxxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən evdən çıxıb Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kafeyə pivə içməyə getmiş, kafedə təxminən 6-7 bakal pivə içdikdən sonra çıxmış, təxminən saat 14 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsi ilə piyada hərəkət edərkən oğurluq etmək niyyəti ilə evlərdən birinə daxil olmuş, əvvəllər həmin küçədə yaşadığı və orada yaşayan adamları yaxşı tanıdığı üçün o, Dostluq küçəsində yaşayan əvvəllər tanıdığı Laləgilin evinin yanından keçərkən evin həyətinin giriş qapısının aralı olduğunu görüb evin həyətinə daxil olmuş, hər yana baxıb, evdə heç kimin olmadığını görmüş, həyətdə tikilmiş hamamın yanında kombi aparatına yaxınlaşmış və yerdə olan qaz açarını götürüb kombi aparatının plastik turbalarını açdıqdan sonra kombi aparatını yerindən çıxarmış, bundan sonra o, həmin kombi aparatını qucağına alıb həyətin giriş qapısından çıxaran zaman qonşuluqda yaşayan əvvəllər tanıdığı Ramiz adlı şəxs ona camaatın malını niyə oğurladığını, götürdüyü əşyanı aparıb yerinə qoymağı tələb etmiş, o, da kombi aparatını giriş qapısının yanında yerə tullayıb həmin yerdən uzaqlaşmışdır. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ixtisasına uyğun olaraq Bakı şəhərində yerləşən Talassemiya Mərkəzində tibb bacısı vəzifəsində işləyir, hər gün səhər 07:30 radələrində evdən çıxıb işə gedib saat 18:00 radələrində evə qayıdır, o, işə gedəndə azyaşlı uşağını da qonşuluqda yaşayan dayənin evinə qoyur. xx.xx.2020-ci il tarixdə həmişə olduğu kimi səhər 07:30 radələrində işə getmiş, xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində yaşadığı Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən evinə gəlmiş, evə çatan zaman qonşusu Ramizi evin həyətinin dəmir darvazasının qarşısında görmüş, Ramiz ona həyətində bir cavan uşağın kombi aparatını oğurlayıb qaçıran zaman o, həmin uşağa qışqıraraq nə etdiyini soruşduqda həmin uşağın oğurlayaraq apardığı kombi aparatını yerə ataraq qaçdığını demiş, daha sonra Ramiz ona həmin uşağı tanıdığını, əvvəllər qonşuluqda yaşayan Nihad olduğunu söyləmiş, o, da uzun müddət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yaşadığı üçün əvvəllər qonşuluqda yaşadığı Nihad Qarayevi tanımış , daha sonra o, evə daxil olmuş, kombi aparatının sökülmüş vəziyyətdə olduğunu görmüş, başqa hər hansı əşyasının oğurlanıboğurlanmadığına baxmış və başqa əşyasının oğurlanmadığını görmüş, sonra o, Abşeron rayon X7 polis bölməsinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonda o, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirpdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2003-cü ildən DİO-da, 2018-ci ildən Abşeron RPİ-nin Mehdiabad PB-də X3 Profilaktiki İş üzrə inspektor vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan X1 qəsəbəsi, Dostluq küçəsində yerləşən Zərərçəkmiş şəxs evindən kombi istilik sistemini oğurlamaq istəyən zaman qonşunun onu gördüyünü, bundan sonra Nihadın kombini yerə atıb qaçdığı barədə məlumat daxil olmuş, xx.xx.2020-ci il tarixdə Mehdiabad qəsəbəsində Sovxoz yolu deyilən yerdə “İST” Petrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında xidmətdə olan zaman Nihad Qarayevin yolun kənarı ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşmış, özünü təqdim etdikdən sonra X8 Mehdiabad qəsəbəsində baş vermiş oğurluq hadisəsində şübhəli olduğunu deyib Mehdiabad Polis Bölməsinə dəvət etmiş, bölmədə Nihad Qarayevi gətirməyi ilə bağlı raport yazmış, PB-də X10 xx.xx.2020-ci il tarixdə saat təxminən 14:00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs fərdi yaşayış evindən bir ədəd kombi istilik sistemini oğurlamağa cəhd etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə saat təxminən 14:00 radələrində yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən evinin həyətində oturmuş, həmin zaman divar qonşusu olan Zərərçəkmiş şəxs həyətindən səs gəldiyini eşidib həyətinin hasarına çıxaraq Lalənin həyətinə baxan zaman bir nəfər cavan yaşlı oğlanın əlində kombi istilik aparatını götürüb həyətin dəmir darvazasına tərəf qaçdığını görüb həmin oğlana qışqıraraq nə etdiyini soruşmuş, həmin oğlan əlində olan kombi istilik aparatını Lalənin həyətinin giriş qapısının yanında yerə atıb qaçmış, o, hasardan düşüb həyətindən küçəyə çıxıb həmin oğlanı tutmaq istəsə də oğlan qaçmış, o, oğlan qaçan zaman onu tanımış, həmin oğlan əvvəllər onların yaşadıqları Mehdiabad qəsəbəsi, Dostluq küçəsində qonşuluqda yaşayan X10 olmuş, daha sonra Lalə evinə gələn zaman o, Laləyə cavan oğlanın onun həyətinə girdiyini demiş, həmin oğlanın kombi istilik aparatını oğurlayıb aparan zaman ona qışqırdığı üçün sonuncunun əlindəki kombi aparatını həyətin giriş qapısının yanında yerə atıb qaçdığını,həmin oğlanı tanıdığını, əvvəllər onların yaşadıqları Mehdiabad qəsəbəsi, Dostluq küçəsində qonşuluqda yaşayan Nihad olduğunu demiş, Lalə də Nihadı tanımış, daha sonra Lalə Abşeron rayon X7 Polis Bölməsinə zəng edərək bu barədə məlumat vermiş, bundan sonra polis əməkdaşları gəlib Lalənin evinə baxış keçirib getmişlər. X12 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X12 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma və məhkəmə mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1495 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd ağ rəngli, Robello markalı, 28 kilovatlı kombi istilik aparatının istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 300,0 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli “Robello” markalı 24 kilovatlıq kombi istilik sistemi sahibinə təhvil verilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, X10 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evin açıq qapısından həyətə qanunsuz daxil olaraq, həyətdə hamam kimi nəzərdə tutulmuş tikilinin girişində quraşdırılmış bir ədəd 300 manat dəyərində “Robello” markalı 24 kilovatlıq kombi istilik sistemini qaz açarı ilə açaraq gizli yolla talayıb evin həyətinin giriş qapısından çıxaran zaman qonşuluqda yaşayan Şahid1 Möhbalı oğlunun onu görməsi səbəbindən cinayət törətməyə qəsdən yönəldilmiş hərəkətini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs X5 həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. X5 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. MəhkəmətəqsirləndirilənşəxsəcəzatəyinedərkənAzərbaycanRespublikasıCinayətMəcəlləsi nin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə arayışından görünür ki, təqsirləndirilən şəxs X10 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş və o, xx.xx.2018-ci il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə 07 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə zamanı müəyyən edildi ki, X5 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. O, həmin cinayəti törədən zaman yetkinlik yaşına çatmayan olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə olan halda X5 əməlində cinayətlərin residivi müəyyən olunmur. İş materiallarında olan Abşeron RİH başçısının Mehdiabad qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs X2 rayonu, Mehdiabad qəsəbəsi, Ş.Həsənquliyev küçəsi, ev 6 qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə X5 törətdiyi cinayət əməlini səmimi etiraf etməkləəməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs X5 törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. X5 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, X8 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, X10 xx.xx.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 4(012)-199/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və məhkəmədə həmin qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, X5 ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı saxlanıldığı 03 (üç) ay 05 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 06 (altı) ay 10 (on) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, X8 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti X5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X8 azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 1 ədəd ağ rəngli “Robello” markalı 24 kilovatlıq kombi istilik sistemi sahibinətəhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X4 tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X8 ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X11 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində, məhkəmə baxışı zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X10 AzərbaycanRespublikasıCinayətMəcəlləsinin29,177.2.3-cü maddələriilənəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlibilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. X5 ibtidai istintaq zamanı tutulduğu və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 05 (beş) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 06 (altı) ay 10 (on) gün müddət çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X8 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti təqsirləndirilən şəxs X5 icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. X5 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 1 ədəd ağ rəngli “Robello” markalı 24 kilovatlıq kombi istilik sistemi sahibinətəhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti X4 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. X8 ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X11 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində, məhkəmə baxışı zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 36 (otuz altı)manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-443/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-443/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver