Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-443/2022 09.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Abbasov küçəsi, ev 3-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran cinayəti törətmişdir. Belə ki, o, 03 aprel 2022-ci tarixdə, saat 01:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində şifahi icarə əsasında aldığı “Daevoo Nexia” markalı **-TG- *** dövlət qeydiyyat nişanlı avtomobilin 4 aylıq icarə haqqını Zərərçəkmiş şəxs ödəməsi, lakin Zərərçəkmiş şəxs icarə haqqını avtomobilin sahibinə verməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə başı ilə vuraraq sonuncunun gözün ağlı qişasına total qansızma ilə müşayiət olunan sol göz orbitası və sol almacıq nahiyələrini əhatə edən sahənin dərialtı hematoması, sol almacıq və sol əng sümüklərinin yerinidəyişmiş sınıqları ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasınə səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayında internetdə “Turbo.az” saytında Daevoo Nexia” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışda olması barədə elan görmüş və avtomobili bəyəndiyi üçün elanda olan mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Həmin vaxt özünü Seymur kimi təqdim edən şəxslə görüşüb söhbət etmək istədiyini bildirmişdir. Bundan sonra Seymurla Bakı şəhəri, M.Əcəmi metrostansiyası yaxınlığında görüşmüşlər. Həmin vaxtı sözü gedən avtomobilin sənədlərinə və avtomobilə baxmış və Seymur avtomobili icarəyə götürdüyünü bildirmişdir. Seymur ilkin olaraq ona 1100 manat, 11 ay hər ay 300 manat ödəniş edəcəyini bildirmişdir. Seymur avtomobilin sahibinin tanışı olduğunu və aylıq 300 manat pulu avtomobilin sahibinə özü verəcəyini demişdir. O, Seymurla razılaşmış və ilkin olaraq Seymura Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində 1100 manat pul vermişdir. Bundan sonra Seymur ona avtomobili idarə etmək üçün onlayn avtomobilin sahibindən etibarnamə almışdır. Razılaşmalarına görə 11 ay ödənişdən sonra avtomobil ona qalacaqmış. 2021-ci ilin noyabr ayından 2022-ci ilin fevral ayınadək Zərərçəkmiş şəxs hər ay 300 manat olmaqla 1200 manat pul vermişdir. 2022-ci ilin mart ayında Seymura zəng edib avtomobilin kreditini bütünlüklə bağlamaq istədiyini və buna görə avtomobilin sahibi Elnur adlı şəxslə onu görüşdürməsini istəmişdir. Seymur Elnurun halhazırda Ukrayna Respublikasında olduğunu bildirmişdir. O, Seymura Elnurla onlayn alqısatqı edəcəyini bildirmiş və Seymur iki-üç gün ərzində ona xəbər edəcəyini demişdir. Bundan 1 həftə sonra o, Seymura zəng etmiş və Seymur ona telefon nömrəsi verib Elnura məxsus olduğunu demişdir. O, həmin nömrə ilə əlaqə saxlamış, cavab verən şəxs özünü “Daevoo Nexia” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Elnur kimi təqdim etmiş və o, həmin şəxsə avtomobilin kredit borcunu tam ödəyib avtomobili mülkiyyətinə keçirmək istədiyini bildirmişdir. Həmin şəxs məsələni 1-ci gün həll edəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində piyada evinə gələn zaman küçədə Seymurun tanımadığı iki nəfər şəxslə evlərinin qarşısında əmisi Farizlə söhbət etdiklərini görmüş və yaxınlaşıb məsələnin nədən ibarət olduğunu soruşmuşdur. Seymurun yanında olan özünü Elnur kimi təqdim edən şəxs istifadəmdə olan “Daevoo Nexia” markalı avtomobilin ona məxsus olduğunu və maşını Seymura icarəyə verdiyini, lakin Seymurun icarə haqqını ödəmədiyi üçün avtomobili aparmağa gəldiyini bildirmişdir. O, Elnura maşını 2021-ci ilin oktyabr ayında əvvəli 1100 manat ödəməklə Seymurdan aldığını və hər ay 4 ay olmaqla 300 manat pulu Seymurun hesab kartına ödədiyini bildirmişdir. Həmin vaxtı Seymur özüdə onun pul verdiyini təsdiq etmişdir. Bundan sonra o, maşını verməkdən imtina etmişdir. Bu zaman Seymur onu nalayiq söyüşlərlə təhqir edərək yaxasından tutmuş və maşını sahibinə qaytarmasını bildirmişdir. Bununlada aralarında mübahisə yaranmış və Seymur ona əl atıb vurmaq istəyərkən o, zərbədən yayınaraq başı ilə Seymurun sifətinə bir dəfə vurmuşdur. Əmisi Fariz onu kənara çəkib ayırmışdır. Seymur həmin vaxtı maddi imkanı olmadığı üçün ondan aldığı pulu avtomobilin sahibinə verməyib özü xərclədiyini bildirmişdir. Sonda o, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini, onunla barışdığını nəzərə alıb cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayında Şahid1 “Daevoo Nexia” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş 1500 manat ödəməklə 16 ay hər ay 300 manat ödəniş etməklə sözügedən maşının ödənişi tam etdikdən sonra həmin maşının ona qalacağı barədə danışıb razılaşmışlar. 4 ay müddətində Elnura 1200 manat ödəniş etmiş və 5-ci aydan sonra Elnurdan aldığı maşında təkərləri, oturacaqları, motorxanasında nasazlıqlar yaranması səbəbindən avtomobilə 3000 manat xərcləmişdir. 5-ci ay Elnura 300 manat ödənişi etməkdə çətinlik çəkdiyini görmüş və Elnurdan aldığı maşını başqa şəxsə satmaq qərarına gəlmişdir. 2021-ci ilin oktyabr ayında sözügedən avtomobili “Turbo.az” saytında satış elanında yerləşdirmişdir. Həmin vaxt özünü Elmar kimi təqdim edən şəxs istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək sözügedən avtomobili almaq istədiyini bildirmişdir. Buna görədə o, Elmar ilə görüşmüş sözügedən avtomobili ona satmağı üçün ilkin ödəniş olaraq 1100 manat, 14 ay hər ayda isə 300 manat pul verəcəyi ilə danışıb razılaşdıqdan sonra Elmardan 1000 manat pul alıb həmin avtomobili Elmara vermişdir. Bu barədə Elnura bildirmiş və Elnurda avtomobili sürmək üçün Elmara etibarnamə vermişdir. 2021-ci ilin noyabr ayında Elmardan sözügedən avtomobilə görə aldığı 300 manat pulu avtomobilin sahibi Elnura vermişdir. 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar və fevral ayları Elmardan ümumilikdə 900 manat pul almış, lakin maddi vəziyyəti pis olması səbəbindən və həmçinin sonda avtomobilin satışından ona 1200 manat qalacağı üçün həmin məbləği maşının sahibi Elnura verməmişdir. 2022-ci ilin mart ayına olan 300 manat pulu isə Elmar ona verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Elnur istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək özünə məxsus olan sözügedən avtomobili görmək istədiyini və avtomobili Elmar adlı şəxsdən ödənişlər olmaması səbəbindən geri qaytarmağını, ödənişlər etdikdən sonra geri götürə biləcəyini bildirmişdir. Bundan sonra o, Elmarın istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək maşının sahibi Elnurun ona bildirdiklərini Elmara demişdir. Elmar pulunu geri istəmiş, o, Elmara pulunu qaytarılmasını sonra həll edəcəyini demişdir. Elmar ona verdiyi 2300 manat puldan 1700 manat pulu qaytarmağını və bundan maşını götürə biləcəyini demişdir. xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Elnur yaşadığı evə gəlmiş və birlikdə Elmarla görüşüb maşınına baxıb maşını götürüb özü ilə aparmaq istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 00:40 radələrində Elnur və yanında olan bir nəfər tanımadığı şəxslə Elmarın Abşeron rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən yaşadığı evə getmişlər. Həmin vaxt Elmar ilə görüşüb söhbət zamanı bildirmişdir ki, maddi vəziyyəti pis olması səbəbindən Elmardan 3 ay aldığı ümumilikdə 900 manat pulu Elnura verə bilməmişdirş Elmara Elnurun sözügedən avtomobilini qaytarmasını və xx.xx.2022-ci il tarixdə 1700 manat pulunu qaytaracağını demişdir. Elmar 3 ay ona ümumilikdə verdiyi 900 manat pulu Elnura vermədiyi üçün öz iradını bildirdib mübahisə etməyə başlamışdır. Mübahisə vaxtı Elmar başı ilə bir dəfə onun sifətinin sol almacıq nahiyəsinə vurmuşdur. Zərbənin təsirindən arxaya getmiş və həmin vaxt Elnur, yanında olan tanımadığı şəxs və Elmarın yanında olan Famil adlı qohumu Elmarı sakitləşdirmişlər. Sonra Elnur onu avtomobilinə əyləşdirib yaşadığı evə gətirib düşürmüşdür. Bundan sonra Binəqədi rayonu 16 saylı TTYS-na müraciət etmişdir. Zərərçəkmiş şəxs notariat qaydada təsdiq edilmiş ərizəsini məhkəməyə təqdim edərək Təqsirləndirilən şəxs vurulmuş ziyanı ödədiyini, onunla barışdığını nəzərə alıb onu cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 3 il əvvəl dostu Şahid4 “Daevoo Nexia” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili 4000 manata almış, lakin avtomobili öz mülkiyyətinə keçirməmişdir. Avtomobil Namiqin anası X1 adına mülkiyyətdə olmuşdur. 2020-ci ilin sentyabr ayında həmin avtomobili Qaradağ rayonu, Lökbatan qəsəbəsində hazırda adını xatırlamadığı şəxsə 20 ay müddətinə sonda həmin şəxsdə qalmaq şərtilə aylıq 300 manat ödəməklə satmışdır. Həmin şəxs ilkin olaraq ona 800 manat pul vermiş və 4 ay müddətində hər ay 300 manat ona pul vermişdir. 4 ay sonra həmin şəxs Zərərçəkmiş şəxs ilə onun yanına gəlmiş və aralarında razılaşmaya görə “Daevoo Nexia” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs icarəyə götürmüş və qalan 16 ay Seymur hər ay 300 manat ona ödəməyi öhdəsinə götürmüşdür. O, buna razılıq vermiş və xx.xx.2022-ci il tarixdə həmin avtomobili idarə edə bilməsi üçün Zərərçəkmiş şəxs Namiqin anası Nəticə Məlikovanın adından etibarnamə verilmişdir. Zərərçəkmiş şəxs 2021-ci ilin yanvar ayından 2021-ci ilin noyabr ayınadək ona ümumilikdə 1500 manat pul ödəmişdir. xx.xx.2021-ci il tarixdə Seymur ona müraciət edərək avtomobili idarə edə bilməsi üçün xalası oğlu kimi təqdim etdiyi Təqsirləndirilən şəxs adına etibarnamə verməyini xahiş etmişdir. Səbəb kimi həmin avtomobili gecə və gündüz hər ikisi taksi kimi sürüb aylıq pulu verəcəklərini bildirmişdir. Buna görə Nəticə Məlikovanın adından Təqsirləndirilən şəxs adına sürmək üçün etibarnamə verilmişdir. 2021-ci ilin noyabr ayından, 2022-ci ilin mart ayınadək olan müddət ərzində Seymur ona heç bir ödəniş etməmişdir. Buna görə o, dəfələrlə Seymura zəng edib avtomobili gətirib qaytarmasını bildirmişdir. xx.xx.2022ci il tarixdə saat 23:30 radələrində Seymurun Binəqədi rayonunda yerləşən yaşadığı evə getmiş və avtomobili təhvil verməsini bildirmişdir. Bundan sonra Seymur onun idarə etdiyi avtomobilə əyləşərək onu Elmar adlı şəxsin Abşeron rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən yaşadığı küçəyə gətirmişdir. Həmin vaxtı özünə məxsus olan “Daevoo Nexia” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili fərdi yaşayış evlərindən birinin qapısının qarşısında görmüşdür. Bu zaman avtomobili aparmaq üçün evakuator çağırmaq istədikdə orada olan tanımadığı şəxs avtomobili heç bir yerə apara bilməyəcəyini demişdir. Bundan sonra ora Elmar adlı şəxs gələrək xx.xx.2021-ci il tarixdə ona məxsus olan sözü gedən avtomobil üçün Seymura ilkin ödəniş kimi 1100 manat, 3 ay müddətində isə 900 manat pul verdiyini bildirmişdir. O, isə avtomobili Seymura hər ay 300 manat ödəniş etməsi şərtilə 16 ay müddətinə verdiyini Elmara bildirmişdir. Elmar da hər ay özünü avtomobilin sahibi kimi təqdim edən şəxsin ona zəng edib pulu istədiyi üçün aylıq 300 manat pulu Seymura verdiyini bildirmişdir. O, Elmara Seymurun ona heç bir ödəniş etmədiyini və buna görə avtomobili aparacağını bildirmişdir. Elmar Seymurdan nə üçün ödədiyi aylıq ödənişləri avtomobilin sahibinə vermədiyini soruşmuş, Seymur isə ehtiyacı olduğu üçün Elmardan aldğı pulları xərclədiyini bildirmişdir. Elmarla Seymur arasında mübahisə yaranmış və mübahisə vaxtı Elmar başı ilə Seymurun sifətinə zərbə vurmuşdur. Bundan sonra Seymuru avtomobilə əyləşdirib oradan yaşadığı evə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qardaşı oğlu Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayında kreditlə Seymur adlı şəxsdən “Daevoo Nexia” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və ilkin olaraq Seymura 1100 manat və aylıq isə 4 ay müddətində 300 manat ödəmişdir. xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində evə gələn zaman yaşadıqları küçədə qardaşı oğlu Elmarın üç nəfər şəxslə söhbət etdiyini görmüş və həyətə keçmişdir. Bundan təxminən 5 dəqiqə sonra küçədə səs-küy olduğunu eşidib küçəyə çıxmış və bu zaman Elmarı orada olan şəxslərin sakitləşdirib kənara çəkdiklərini görmüşdür. O, yaxınlaşıb nə baş verdiyini soruşmuş və Elmar avtomobil aldığı Seymur adlı şəxsi göstərib avtomobil üçün hər ay ödədiyi 300 manat pulu avtomobilin sahibinə ödəməyi üçün avtomobilin sahibinin avtomobili aparmaq istədiyini bildirmişdir. Həmin vaxtı söhbət zamanı Seymur adlı şəxs Elmara satdığı avtomobilin sahibinin orada olan Elnur adlı şəxs olduğunu bildirmiş və Elmardan 4 ay müddətində hər ay aldığı 300 manat pulu Elnura vermədiyini, öz şəxsi ehtiyacı üçün xərclədiyini bildirmişdir. Bundan sonra Elnur və yanında olan şəxs Seymuru avtomobilə əyləşdirib oradan aparmışlar. O, Elmarın Seymuru vurduğunu görmədiyini qeyd etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əmisi oğlu Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayında kreditlə Seymur adlı şəxsdən “Daevoo Nexia” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və ilkin olaraq Seymura 1100 manat və aylıq isə 4 ay müddətində 300 manat ödəmişdir. xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində evdə olan zaman küçədə səs-küy gəldiyini eşidib küçəyə çıxmış və bu zaman Elmarı orada olan şəxslərin sakitləşdirib kənara çəkdiklərini görmüşdür. O, yaxınlaşıb nə baş verdiyini soruşmuş və Elmar avtomobil aldığı Seymur adlı şəxsi göstərib avtomobil üçün hər ay ödədiyi 300 manat pulu avtomobilin sahibinə ödəməyi üçün avtomobilin sahibinin avtomobili aparmaq istədiyini bildirmişdir. Bundan sonra Seymur və yanında olan iki nəfər şəxs avtomobilə əyləşib oradan çıxıb getmişlər. O, Elmarın Seymuru vurduğunu görmədiyini qeyd etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 3 il əvvəl özünə məxsus olan “Daevoo Nexia” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili 4000 manata dostu Şahid1 satmışdır. Həmin avtomobil anası X1 adına mülkiyyətdə olsada onun həmin avtomobilə dair mülki etibarnaməsi var. Elnur avtomobili təmir etdirib satdıqda anasının adından mülkiyyətdən çıxaracağını bildirmişdir. Elnur avtomobili təmir etdirib icarəyə verdiyi üçün o, bir neçə dəfə Elnurun vasitəsilə bir neçə nəfər tanımadığı şəxsə sürmək üçün etibarnamə vermişdir. “Daevoo Nexia” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil anası Nəticə Məlikovanın adına mülkiyyətdə olsada, Şahid1 məxsusdur və avtomobilə dair heç bir iddia və tələbləri olmadığını qeyd etmişdir. İş materiallında olan məhkəmə-tibbi ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin xx.xx.2022-ci il tarixli 645 saylı rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gözün ağlı qişasına total qansızma ilə müşayiət olunan sol göz orbitası və sol almacıq nahiyələrini əhatə edən sahənin dərialtı hematoması, sol aılmacıq və sol əng sümüklərinin yerinidəyişmiş sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müayinə olunan şəxsin göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci tarixdə kənar şəxsin bədən hissəsinin (kəllə, əl, ayaq və sair) təsirindən yarana bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallında olan Abşeron RİHB-nın Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi arayışa və xasiyyətnaməyə əsasən Cəlilov X2 qəsəbəsi, M. Abbasov küçəsi 3 saylı evdə yaşamaqla müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və məhkəməyədək sadələşdirilmiş icraat işində olan digər materiallarla tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraa işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73- 2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-443/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-443/2022
09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver