Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-443/2024 06.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixdə Ağsu rayonunun, Növcü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu rayonunun, Növcü kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, İsmixanlı küçəsi, döngə 03, fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 06 radələrində gözətçi işlədiyi Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən zibil paleqonunda olarkən həmin paleqona zibil boşaltmaq üçün gəlmiş Mercedes Benz 3340 yük markalı, ** YV *** dövlət nömrə nişanlı yük avtomobilin yükü boşaltdıqdan sonra paleqondan gec çıxdığına görə həmin avtomobilə yaxınlaşıb salonunda olan naqil və alüminium qırıqlarının zibil paleqonundan oğurladığını zənn etdiyindən aralarında bu zəmində yaranmış mübahisə zamanı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs əlindəki taxta parçası ilə sol qoluna və sol əlinə qəsdən vurub, ona sol mil-bilək oynağında bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sol mil-bilək oynağı nahiyəsinin arxa səthindən sol əlin arxa və iç səthinə qədər olan sahənin dərialtı hemotoması, sağ saidin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hər gün saat 19:00-dan növbəti gün saat 08:00-dək zibilxanada olmaqla oraya gələn yük boşaldan avtomobillərə nəzarət etməklə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 06 radələrində adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi Mersedes 3340 markalı, ** YV *** qeydiyyat nişanlı yük avtomobili ilə zibilxanaya gələrək, yük boşaltmaq ücün aşağı tərəfə hərəkət etmişdir. Vaqif təxminən 40 dəqiqə zibilxananın paliqonunda qaldığı üçün ondan şübhələnmiş və onun yerə düşüb gəzdiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşdıqda sonuncunun nələrsə yığdığını görüb avtomobiliin yük yerinə baxdıqda yük yerinin boş olduğunu görmüş, lakin avtomobilin sağ qapısını açıb salona baxdıqda orada dəmir materialları və elektrik naqillərini görüb şəkillər çəkmək istəmişdir. Sürücü ona mane olduğu üçün ondan aşağı düşməyi tələb etmiş, bu anda sonuncu qapını bağlayıb getmək isdədikdə ondan avtomobili saxlamasını tələb etmiş, lakin Zərərçəkmiş şəxs sürməyə davam etdikdə o, əlində olan taxta parçası ilə avtomobilin qapı hissəsinə vurmuş və qapının şüşəsi sınmışdır. Həmin anda əlində olan taxta parçası sürücü avtomobilin qapısını açıb yerə düşmək isdədiyi üçün onun əllərinə və qollarına dəymiş. bundan sonra o, avtomobili sürüb oradan getmişdir. Sonda əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayətinin və tələbinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə idarə etdiyi Mersedes 3340 markalı ** YV *** qeydiyyat nömrə nişanlı avtomobili ilə Bakı şəhərində söküntü aparılan ərazidən daş qırıqlarını avtomobilin yük yerinə yüklədiyini, eyni zamanda orada olan lazımsız alüminium materiallarından olan qırıntıları satmaq üçün avtomobilin salon hissəsinə yığmışdır. Oradan avtomoibil ilə gəlib avtomobilin yük yerində olan tullantıları həmin gün saat təxminən 06 radələrində gəlib Novxanı qəsəbəsində yerləşən zibilxanada boşaldıb zibilxananı tərk etmək isdəyərkən, bir nəfər sonradan adını bildiyi Rasim adlı şəxs avtomobilə yaxınlaşaraq özünü mühafizəçi kimi təqdim edib avtomobilin, yuk yerini təkrar qaldırmağı tələb etmiş, o, avtomobilin yük yerini qaldırdıqda avtomobilin boş olduğunu görüb avtomobilin salonuna baxmış, həmin vaxtı salonda olan alüminium materiallarını gördükdə, ona “sən bu əşyaları burdan oğurlamısan” demiş, o, ona həmin əşyaları Bakı şəhərində söküntü olan yerdən yığdığını bildirsədə, sonuncu ona inanmayaraq avtomobildən aşağı enməyi tələb etdikdə aralarında bu zəmində mübahisələri yaranmış, həmin şəxsin əlində taxta parçası olduğu üçün həmin taxta parçası ilə vurulacağından ehtiyyat edib aşağı enməmişdir. Həmin şəxs bu vaxtı avtomobilin sol tərəfinə gələrək əlindəki taxta parçası ilə avtomoibilin sol qapısının şüşəsini vurub sındırmış və sonrada qapını açıb əl və qol nahiyyəllərindən vuraraq ona xəsarət yetirmiş, bu vaxtı cibində olan mobil telefonunun ekran şüşəsi sınmışdır. Həmin vaxt Rasim adlı şəxs kiməsə zəng edib oraya çağırdığını görüb avtomobili sürərək oradan uzaqlaşmışdır. Göstərmişdir ki, avtomobilinin qapısının şüşəsi sınması nəticəsiundə ona 500 manat, telefonunun ekran şüşəsinin sınması nəticəsində isə 100 manat olmaqla ümumildə 600 manat maddi ziyan dəymişdir. Aralarında yaranmış mübahisə təxminən 3-4 dəqiqə davam etmiş və orada ikisindən başqa heç kim olmamış, həmin Rasim adlı şəxs avtomobilinin salonunda tikintidən sökdüyü alüminium parçalarını görüb həmin parçaları zibilxanadan götürdüyünü zənn etmiş, bu səbəbdən onu günahlandıraraq maşından düşməyi tələb etmiş, onun əlində taxta parçasını gördükdə döyüləcəyindən ehtiyat edib düşmək istəməçdikdə isə həmin şəxs maşının şüşəsini vurub sındırmış, həm də taxta parçası ilə onu vurduqda əlimdən və biləyindən zədələr almaqla yanaşı taxta parçası mobil telefonuna da dəyib şüşəsini sındırmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, iclasında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxsla barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X11 Abşeron rayon şöbəsinin 29 mart 2023-cü il tarixli, 599 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər sol mil-bilək oynağında bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sol ml-bilək oynağı nahiyəsinin arxa səthindən sol əlin arxa və iç səthinə qədər olan sahənin dərialtı hematoması, sağ saidin qançırı bərk küt əşyanın təsirindən təsirindən törənmişdir və qərarın təsviri hissəsində göstərilən müdətdə və şəraitdə, yəni xx.xx.2023-ci il tarixdə taxta parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əməlində cinayət tərtkibinin əlamətləri olması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək, ibtidai istintaqı aparılmışdır. - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 05 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır. - Şəxsin məcburi gətirilməsi haqqında 10 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri, Binəqədi rayonu, İsmixanlı küçəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs yeri müəyyən edilərək, məcburi şəkildə Abşeron rayon Pİ-nin İstintaq Şöbəsinə gətirilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1990-cı il tarixdə Ağsu rayonunun Növcü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağsu rayonunun Növcü kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. - Cinayət işi üzrə icraatın dayandırılması barədə 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs istintaq orqanına təmin edilənədək dayandırılmışdır. - “Axtarışda olan şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Umudov X4 rayon ərazisində saxlanılaraq, Abşeron RPİ-nin X8 gətirilmiş və Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. - Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - “Təqsirləndirilən şəxsin saxlanıldığı MSY-dən buraxılması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-502/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 7(001)- 55/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr–X9 ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı ilə tətbiq edilmiş məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il müddətinə azaldılmışdır. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan ona xx.xx.2023-cü il tarixdə həmin maddə ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət təqibinə başlanılması rədd edilmişdir. - Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ 277261 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahından himayəsində xx.xx.2014cü il təvəllüdlü X5 adlı azyaşlı uşağı vardır. - Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ 543575 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahından himayəsində xx.xx.2015ci il təvəllüdlü X6 adlı azyaşlı uşağı vardır. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsinə əsasən o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. İndiki halda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışıq əldə edərək ona qarşı heç bir tələb və şikayətinin olmamasını bildirsə də, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs daha öncə bir dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir və onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar hazırki cinayəti törətməmişdən öncə qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndiriliyi iş üzrə CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir. Odur ki, o, hazırki halda Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını və himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, cəzasını yüngülləşdirən şəxsiyyəti barədə işin konkret hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəzanın aşağı həddə təyin edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128-ci maddəsinin sanksiyasında ictimai işlər növündə cəzaya nisbətən daha yüngül cərimə cəzası da nəzərdə tutulsa da, məhkəmə araşdırmaları zamanı aydınlaşdırılmışdır ki, sonuncunun maddi vəziyyəti qənaətbəxş deyil, öhdəsində yetkinlik yaşına çatmayan 2 övladı var. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli ictimai işlər cəzasının çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş “başqa yerə germəmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 11 dekabr 2023-cü il tarixdən 13 dekabr 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü ictimai işlər növündə cəzanın səkkiz saatı hesabı ilə hesablanıb, ona təyin ediləcək ictimai işlər cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi cəmi 25 iyirmi beş saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 240 (iki yüz qırx) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı saxlanıldığı 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü ictimai işlər növündə cəzanın səkkiz saatı hesabı ilə hesablanmaqla, ona təyin edilmiş ictimai işlər cəzasından çıxılaraq, üzərində qəti olaraq 224 (iki yüz iyrimi dörd) saat ictimai işlər cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli ictimai işlər cəzasının çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə ictimai işləri yerinə yetirdiyi yerin müəssisədaxili intizam qaydalarına riayət etmək, əməyə vicdanla yanaşmaq, onun üçün müəyyən olunmuş yerdə və hökmdə müəyyən olunmuş müddətdə işləmək, müəyyən edilmiş qaydada elektron nəzarət vasitəsindən istifadə etmək, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-443/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-443/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver