Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-443/2025 04.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1994-cü ildə Şəki rayonu, Qoxmuq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Şəki rayonu, Qoxmuq ərazi dairəsi, Qoxmuq kəndində qeydiyyatda olan, barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs sosial yardım düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq sonuncunun Abşeron rayonu, Mehdiabad qəsəbəsində dostu X1 məxsus kart hesabından mobil tətbiq vasitəsilə ona məxsus "xxxx" ASC-nə aid 4169 7387 2445 0592 nömrəli kart hesabına 29 aprel 2023-cü il tarixdə göndərdiyi 200 manat, 03 may 2023-cü il tarixdə göndərdiyi 400 manat, 04 may 2023-cü il tarixdə göndərdiyi 100 manat və 2023-cü ilin may ayı ərzində ayrı-ayrı vaxtlarda Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Vüsal” adlı marketdəki ödəniş terminalından onun qeyd edilən kart hesabına hissə-hissə köçürdüyü cəmi 1700 manat, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2400 manat məbləğində pulu alıb ələ keçirərək zərər çəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 07 sentyabr 2024-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanışı Şahid vasitəsilə tanımışdır. Belə ki, Zaur Ülfətlə qohum olduğunu bildirmişdir. 2023-cü ilin aprel ayında Zaur ona Ülfətin sosial yardım almaq istədiyini demiş, o da həmin ərəfədə “İnstagram” sosial şəbəkəsində sosial yardım düzəldilməsində köməklik göstərən profil səhifələri görmüş, buna görə də Zaura Ülfətin sosial yardım almasında köməklik göstərə biləcəyini demiş, belə ki, həmin səhifəyə yazıb danışdıqdan sonra Ülfətin bu yolla sosial yardım ala biləcəyini bildirmişdir. Bundan sonra Ülfət özü onunla əlaqə saxlamış, danışıqları zamanı Ülfətin özünə də sosial yardım düzəldilməsində köməklik edə biləcəyini və bunun üçün 2400 manat məbləğində pul göndərməsini demişdir. Ülfət də onunla razılaşaraq 2023-cü ilin aprel və may ayları ərzində ona məxsus "xxxx" ASC-nə aid 4169 7387 2445 0592 nömrəli kart hesabına hissə-hissə olmaqla, ümumilikdə 2400 manat pul göndərmiş, lakin sonrakı müddətdə Ülfətə sosial yardım düzəldilməsi mümkün olmamış, sonradan isə Ülfətin onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. O, ifadəsində əlavə olaraq "xxxx" ASC-nə aid 4169 7387 2445 0592 nömrəli kart hesabının özünə məxsus olduğunu və Ülfətin sosial yardım almaq üçün pulları həmin kart hesabına göndərdiyini göstərmişdir.Hazırda zərərçəkənə dəyən ziyan tam ölaraq ödənilmişdir. O, məhkəmə iclasında ərizə ilə müraciət edərək, barəsində olan olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xalasıoğlu Təqsirləndirilən şəxs vasitəsilə tanımışdır. Belə ki, Zaur əvvəllər onunla birlikdə işləmişdir. Söhbət zamanı Zaur ona Elnurdan bəhs edərək dostunun olduğunu bildirmişdir. Sonradan Zaur işləmək üçün Rusiya Federasiyasına getmişdir. 2023-cü ilin aprel ayında Zaur orada olan zaman sonuncunun “Whatsapp” mobil tətbiqində “sosial yardım almaq istəyən müraciət etsin” məzmununda status yerləşdirdiyini görmüş, Zaura mesaj yazaraq sosial yardımı kimin düzəltdiyini soruşmuş, Zaur sosial yardımı Elnurun düzəltdiyini və statusu da Elnurun sözü ilə paylaşmasını demişdir. Bundan sonra Elnurun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb sosial yardım düzəldə bilib-bilməyəcəyini soruşmuş, Elnur dayısının nazirlikdə işlədiyini və həmin şəxsin vasitəsilə ona sosial yardım düzəldə biləcəyini demiş, həmçinin aylıq 170 manat məbləğində sosial yardım düzəldilməsi üçün ondan 2400 manat pul tələb etmiş, o da Elnurla razılaşmış, lakin həmin pulu hissə-hissə olmaqla, Elnurun ona göndərdiyi "xxxx" ASC-nə aid 4169 7387 2445 0592 nömrəli kart hesabına göndərmişdir. Belə ki, dostu X1 məxsus kart hesabından Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 29 aprel 2023-cü il tarixdə həmin kart hesabına 200 manat, 03 may 2023-cü il tarixdə 400 manat, 04 may 2023-cü il tarixdə 100 manat pul göndərmiş, həmçinin 2023-cü ilin may ayı ərzində dəqiq xatırlamadığı günlərdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Vüsal” adlı marketin içərisindəki ödəniş terminalı vasitəsilə Elnurun kart hesabına hissə-hissə 1700 manat pul göndərmişdir. Bununla da Elnurun kart hesabına ümumilikdə 2400 manat pul köçürtmüşdür. Elnur 2023cü ilin oktyabr ayından etibarən sosial yardımın düzələcəyini demiş, buna baxmayaraq Elnurun dediyi müddət çatsa da, sosial yardım verilməmiş, hər dəfə Elnurla əlaqə saxladıqda sonuncu ona müxtəlif bəhanələr gətirmiş, sonradan Elnurun onu aldatmasını başa düşmüş, bu səbəbdən də Elnur barəsində şikayət etmək qərarına gəlmişdir. Hazırda ona dəyən ziyan tam olaraq ödənmişdir. Təqsirləndirilən şəxsə qarşı şıkayəti tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs şikayət və tələbi olmadığını, işə xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi elan edilib təqiq edilən Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalası oğludur. O, Zərərçəkmiş şəxs şikayət ərizəsində göstərdiyi Təqsirləndirilən şəxs da tanıyır. Elnurla tanışlığı 2022-ci ilin noyabr ayında “İnstagram” sosial şəbəkəsi vasitəsilə yaranmışdır. Bundan sonra Elnurla aralarında ünsiyyət yaranmış və görüşüb söhbət etmişlər. Söhbət zamanı Elnur ona yüksək vəzifədə işləyən qohumlarının olduğunu demişdir. O, 2023-cü ilin fevral ayında işləmək üçün Rusiya Federasiyasına getmiş, orada olan zaman Elnurun “Whatsapp” mobil tətbiqində “sosial yardım almaq istəyən müraciət etsin” məzmununda status yerləşdirdiyini görmüş, Elnura mesaj yazaraq sosial yardımın dəqiq olaraq düzəlibdüzəlmədiyini və sosial yardımı kimin düzəltdiyini soruşmuş, Elnur da ona sosial yardımın dəqiq olaraq düzəldiyini və sosial yardımı nazirlikdə işləyən yaxın qohumunun düzəltdiyini demişdir. Bundan sonra Elnurun paylaşdığı statusu xalasıoğlu Ülfətə göndərmiş, Ülfət də ondan sosial yardımın dəqiq olaraq düzəlib-düzəlmədiyini və sosial yardımı kimin düzəltdiyini soruşmuş, o, sosial yardımı Elnurun düzəltdiyini demiş, həmçinin Elnurun mobil nömrəsini Ülfətə göndərmiş, bundan sonra onlar özləri danışmışdır. Bir müddət sonra Ülfət ona Elnurun kart hesabına hissə-hissə olmaqla, ümumilikdə 2400 manat pul göndərdiyini, lakin sosial yardımın düzəlmədiyini demiş, o, özü də bir neçə dəfə Elnurla əlaqə saxlamış, Elnur əvvəlcə sosial yardımın düzələcəyini deyərək müxtəlif bəhanələr gətirsə də, sonradan sosial yardımın düzəlməyəcəyini demiş, həmçinin onun mobil nömrəsini qara siyahıya atmış və o, Elnurla əlaqə saxlaya bilməmişdir. Sonradan Ülfətin bu barədə şikayət etməsindən məlumatı olmuşdur. O, ifadəsində əlavə olaraq Elnurun sosial yardımı nazirlikdə işləyən yaxın qohumunun vasitəsilə düzəldəcəyinə dair vəd verdiyini bildirmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması onun özünün ifadəsi, zərərçəkənin ifadəsi və işdə olan sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qətimkan tədbiri müzakirə olunarkən bu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə də məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, cəmi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilməsi ilə baglı hazırda cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, cəmi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-443/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-443/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver