Məhkəmə qərarları › İş №1(012)-444/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-444/2020

10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-444/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1951-ci ildə Abşeron rayonu Masazır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu Masazır kəndində qeydiyyatda olmaqla, orada yaşayan və hazırda “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1, 228.4, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 32 ədəd 5,45 mm kalibrli olmaqla həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarda, “RPK-74” əl pulemyotlarında və sair uyğun kalibrli yivli oldlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə (atəşə) yararlı döyüş sursatı hesab edilən patronları və 98 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli (TOZ-8, TOZ-11, TOZ-16, TOZ-17, TOZ-18, TOZ- 21 və s.) tüfənglərdə, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda (GSG-5, AR-7 və s.) karabinlərində və sair yivli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş istifadəyə (atəşə) yararlı döyüş sursatları hesab edilən patronları qanunsuz əldə etməklə daşımış, həmçinin 1 ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını qanunsuz əldə edib milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olan hallar istisna olmaqla gəzdirmiş, eləcə də, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq 14,295 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib Abşeron rayonu, Masazır kəndində yerləşən yaşadığı fərdi evə qanunsuz daşımış, yuxarıda qeyd olunan 130 ədəd döyüş sursatı hesab edilən patronları, 1 ədəd soyuq silah hesab edilən ov bıçağını dəhlizdə yerləşən divanın altında və 14,295 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı dəhlizdə yerləşən dolabın birinci siyirtməsində qanunsuz gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx xxxxx 2020ci il tarixdə saat 14:00-da Abşeron rayonu, Masazır kəndində yaşadığı fərdi evin qarşısında saxlanılmış, özünün icazəsi və iştirakı ilə yaşadığı həmin evə baxış keçirilən zaman dəhlizdə yerləşən divanın altından bir ədəd sellofan torbada 32 ədəd 5,45 mm kalibrli olmaqla həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarda, “RPK- 74” əl pulemyotlarında və sair uyğun kalibrli yivli oldlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə (atəşə) yararlı döyüş sursatı hesab edilən patronlar, 98 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, (TOZ-8, TOZ-11, TOZ-16, TOZ-17, TOZ-18, TOZ-21 və s.) tüfənglərdə, (TOZ-35, İJ-1 və s.) təlimməşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSG-5, AR- 7 və s.) karabinlərində və sair yivli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş istifadəyə (atəşə) yararlı döyüş sursatları hesab edilən patronlar, 1 ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı və dəhlizdə yerləşən dolabın birinci siyirtməsindən isə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı istehlak miqdarından artıq miqdarda 14,295 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Masazır kəndində yerləşən yaşadığı evin yaxınlığında olduğu zaman ona 3-4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları olduqlarını bildirib, xidməti vəsiqələrini göstərib özlərini ona təqdim edərək, ondan özünü onlara təqdim etməyini xahiş etmişlər. Özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmiş, polis əməkdaşları qanunsuz olaraq narkotik vasitələrin və psixotropmaddələrinsatışı ilə məşğul olmaqda, eyni zamanda qanunsuz olaraq odlu silah, soyuq silah və döyüş sursatları əldə edib üzərimdə gəzdirməkdə və yaşadığı ünvanda gizlədib saxlamaqda şübhəli olduğunu bildirdikdən sonra, barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. Polis əməkdaşları qəbul edilmiş qərara əsasən üzərini yoxlanılacağını və eyni zamanda yaşadığı evə baxış keçirəcəyini bildirmişlər və sorğu zamanı yalan danışmağın əhəmiyyətsiz olduğunu görüb, səmimi olaraq etiraf edib bildirmişdir ki, üstündə narkotik vasitələr, odlu silah və digər qanunsuz əşyalar yoxdur. Lakin Abşeron rayonu, Masazır kəndində yerləşən yaşadığı evdə bir ədəd ov tüfəngi, çoxlu sayda müxtəlif növ patronlar, bıçaqlar və narkotik vasitə olan qurudulmuş marixuana gizlədib saxladığını, həmin əşyaları və narkotik vasitəni təqdim edə biləcəyini bildirmiş, bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evin qarşısına gəlmişlər. Polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyi üçün onları evin həyətinə dəvət etmiş, yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı onun yazılı şəkildə ərizəsi alınmış və sonra ona təklif olunmuşdur ki, yaşadığı evdə narkotik vasitələr, psixotrop maddələr, odlu silah, soyuq silah, döyüş sursatı və hər hansı qanunsuz saxladığım əşyalar varsa, həmin əşyaları təqdim etsin, o, da onlara evə daxil olduqdan sonra evin dəhliz hissəsində yerləşən divanın oturacaq hissəsini qaldıraraq divanın alt hissəsində yerləşən saxlanc yerindən bir ədəd tüfəng, patronlar və bıçaqlar olduğunu bildirmiş və baxış zamanı divanın alt hissəsində yerləşən saxlanc yerindən bir ədəd tüfəng və bir ədəd göy rəngli sellofan torba aşkar olunmu və götürülmüşdür. Göy rəngli sellofan torbanın içində çoxlu sayda patronlar və bıçaqlar olduğunu bildirmiş və sonra evin dəhliz hissəsində giriş qapısından sol tərəfdə yerləşən güzgülü dolabın yuxarı tərəfdən birinci siyirtməsini açaraq orada saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı götürüb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra təqdim etdiyi əşyalara polis əməkdaşları tərəfindən onun iştirakı ilə baxış keçirilmiş, aşkar olunmuş tüfəngin üzərində olan nömrəsi oxunmuş, sonra göy rəngli sellofan torbanın içindən 32 ədəd avtomat tipli odlu silaha aid patron, 3 ədəd ov tüfənginə aid patron, 98 ədəd “Toz” tipli silaha aid patron və 4 ədəd bıçaq aşkar edilmiş, sonra təqdim etdiyi içərisində narkotik vasitə olan torba onun iştirakı ilə açılmış və torbanın içərisindən narkotikvasitə qurudulmuş marixuana aşkar olunmuş, bundan əlavə onun üstü yoxlanılmış və üstündən qanunsuz əşya aşkar olunmamış və sorğu zamanı polis əməkdaşlarına bildirilmişdir ki, yaşadığı ünvana baxış keçirilən zaman aşkar edilmiş tüfəngi, 32 ədəd avtomat tipli odlu silaha aid patronu, 3 ədəd ov tüfənginə aid patronu, 98 ədəd “Toz” tipli silaha aid patronu təxminən 20 il bundan əvvəl tanımadığı şəxsdən almış və həmin dövürdən sonra yaşadığı evdə gizlədib saxlamış və aşkar olunmuş 4 ədəd bıçağı isə həvəskar olduğu üçün müxtəlif vaxtlarda alıb özərində saxladığını bildirmişdir. Narkotik vasitə qurudulmuş marixuananı isə təxminən 2 ay bundan əvvəl “Bakı Beynəlxalq Avtovağzalı” ərazisində tanımadığı şəxsdən aldığını və özü istifadə etmək məqsədilə yaşadığı ünvanda gizlədib saxladığını, bir neçə ildir narkotik vasitə qurudulmuş marixuana qəbul etdiyini demişdir. Sonra yaşadığı ünvandan aşkarolunmuş tüfəng, patronlar, 4 ədəd bıçaq və narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən onun iştirakı ilə qablaşdırılmış vəüzəri möhürlə möhürlənmiş, özü və polis əməkdaşları tərəfindən qablaşmaların üzəri imzalanmış və götürülmüş vəbundan başqa baxış zamanı evin dəhliz hissəsində olan ona məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd “Nokia” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra yaşadığıevə və evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsi davam etmiş, lakin başqa qanunsuz əşyalar və maddələr aşkar olunmamışdır. Yaşadığı ünvana baxış keçirilməsi zamanı polis əməkdaşları tərəfindən videokameradan istifadə edildiyindənvideo çəkilişiaparılmış, baxışın keçirilməsi başa çatdıqda sonra sənədləşmə işlərinin aparılması ilə bağlı polis əməkdaşları onu Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi ilə təmin olunmuş və sonra şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah edilmiş vəbundan sonrayaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evə baxış keçirilməsinin nəticəsinə dair polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün imzasıyla təsdiq edilmişdir. Törətdiyi cinayət əməlindən çox peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsindəgöstərmişdirki, xx xxxxx 2020-ci il tarixdə DİN-in Baş X1 İdarəsinə daxil olmuş məlumatda, xx xxxxx 1951-ci ildə Abşeron rayonu, Masazır kəndində anadan olmuş, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotropmaddələrinsatışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotropmaddələrəldə edərək üzərində saxlaması və daşıması, həmçinin qanunsuz olaraq odlu silah, soyuq silah və döyüş sursatlarını əldə edib yaşadığı ünvanda saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi bildirilmişdir. Alınmış məlumat barədə tərəfimdən raportla Baş X1 İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarın icra edilməsi ilə əlaqədar xx xxxxx 2020-ci il tarixdə saat 13:50-də tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır kəndində yerləşən yaşadığı ünvanın yaxınlığına gəldiklərini və həmin günü həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 14:00-da Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında tərəfimizdən müəyyən edilərək saxlanılmış və onlar tədbir iştirakçıları xidməti vəsiqələrini göstərib özlərini ona təqdim edərək DİN-nin Baş X1 İdarəsinin əməkdaşları olduğumuzu bildirdikdən sonra sorğu edilərkən həmin şəxs özünü təqdim edərək, xx xxxxx 1951-ci ildə Abşeron rayonu, Masazır kəndində anadan olmuş, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotropmaddələrinsatışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotropmaddələrəldə edərək üzərində saxlaması və daşıması, həmçinin qanunsuz olaraq odlu silah, soyuq silah və döyüş sursatlarını əldə edib yaşadığı ünvanda saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsində şübhəli olduğunu bildirdiklərini və Təqsirləndirilən şəxs “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qəbul edilmiş qərarla tanış edilmiş və qərara əsasən Təqsirləndirilən şəxs bildirilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üstünün yoxlanılması və eyni zamanda yaşadığı evə baxış keçirilməsi zəruridir. Sorğu zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitələr, psixotropmaddələr, odlu silah, soyuq silah və döyüş sursatı, həmçinin qanunladövriyyəsiqadağanedilmiş əşyalarolmadığını, lakin Abşeron rayonu, Masazır kəndində yerləşən yaşadığı ünvanda bir ədəd ov tüfəngi, çoxlu sayda müxtəlif növ patronlar, bıçaqlar və narkotik vasitə olan qurudulmuş marixuana gizlədib saxladığını, həmin əşyaları və maddələri təqdim edə biləcəyini bildirmiş və Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evinə baxış keçirilməsi məqsədilə həmin günü saat 14:20-də tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısına gəldiklərini və Təqsirləndirilən şəxs ilkin olaraq şifahi şəkildə yaşadığı evə tərəfimizdən baxış keçirilməsinə etiraz etmədiyini, baxış keçirilməsinə razı olduğunu bildirərək onları evin həyətinə dəvət etmiş və yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı Təqsirləndirilən şəxs yazılı şəkildə ərizəsi alınmış və bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilməsinə başlanılmış və məlum olmuşdur ki, ev bir mərtəbəli yaşayış sahəsindən və həyətyanı sahədən ibarətdir. Həyətyanı sahə ətrafdan mişar daşı ilə əhatə edilmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, yaşadığı evdə narkotik vasitələr, psixotropmaddələr, odlu silah, soyuq silah, döyüş sursatı və hər hansı qanunsuz saxladığı əşyalar varsa, həmin əşyaları özü təqdim etsin. Təqsirləndirilən şəxs bir daha bildirmişdirdi ki, yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evində bir ədəd ov tüfəngi, çoxlu sayda müxtəlif növ patronlar, bıçaqlar və narkotik vasitə qurudulmuş marixuana vardır və həmin əşyaları təqdim edə bilər. Təqsirləndirilən şəxs öz razılığı əsasında onun yaşadığı evinə daxil olduqdan sonra evin daxilində baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs evin dəhliz hissəsində yerləşən divanın oturacaq hissəsini qaldıraraq divanın alt hissəsində yerləşən saxlanc yerindən bir ədəd tüfəng, patronlar və bıçaqlar olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs açıb təqdim etdiyi divanın alt hissəsində yerləşən saxlanc yerindən bir ədəd tüfəng və bir ədəd göy rəngli sellofan torba aşkar olunmuş və götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş göy rəngli sellofan torbanın içində çoxlu sayda patronlar və bıçaqlar olduğunu bildirmiş, sonra Təqsirləndirilən şəxs evin dəhliz hissəsində giriş qapısından sol tərəfdə yerləşən güzgülü dolabın yuxarı tərəfdən birinci siyirtməsini açaraq oradan içərisində yaşıl rəngli kütlə olan sellofan torbanı götürüb təqdim edərək həmin sellofan torbanın içində narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmiş və bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış zamanı məlum olmuşdur ki, aşkar olunmuş tüfəng iki lüləlidir, tüfəngin üzərində “134012-63” rəqəmlər yazılmışdır, lakin tüfəngin üzərində modeli qeyd edilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli sellofan torbanın içindən 32 ədəd avtomat tipli odlu silaha aid tamlığı pozulmamış patron, 3 ədəd ov tüfənginə aid tamlığı pozulmamış patron, 98 ədəd “Toz” tipli silaha aid tamlığı pozulmamış patron və 4 ədəd bıçaq aşkar edilmiş, bıçaqlar dəmir materiallı, 3 ədədi qatlanan, 1 ədədi qatlanmayan, deşici-kəsici xüsusiyyətə malik, mətbəx bıçaqlarından tamamilə fərqli bıçaqlardır. Bıçağın birinin üzərində “Stainless Steel” yazısı yazılmış, dəstəyi qızılı-qəhvəyi rəngdədir və qatlanan bıçaqdır. İkinci bıçağın üzərində “Stainless Steel” yazısı yazılmış, dəstəyi qara rəngdədir, dəstəyin üzərində əjdaha şəkili vardır və qatlanan bıçaqdır. Üçüncü bıçağın üzərində “Stainless” yazısı yazılmış, dəstəyi gümüşü-qara rəngdədir və qatlanan bıçaqdır. Dördüncü bıçağın üzərində “X11, 440 Stainless Steel” yazısı yazılmış, dəstəyi qara rəngdədir, qatlanmayan bıçaqdır və bıçağın qara rəngli dəridən hazırlanmış qabı vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba iştirakçıların şahidliyi ilə açıldıqda torbanın içərisindən ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzərkütlə olması müşahidə edildi. Bundan başqa, evin dəhliz hissəsinə baxışın keçirilməsi davam etdirilərkən Təqsirləndirilən şəxs məxsus AZE № 000***** seriya nömrəli şəxsiyyət vəsiqəsi və ona məxsus cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olabiləcək bir ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürüldü. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı və onun üstündən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilmədi. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman aşkar edilmiş tüfəng tipli silahı, 32 ədəd avtomat tipli odlu silaha aid patronu, 3 ədəd ov tüfənginə aid patronu, 98 ədəd “Toz” tipli silaha aid patronu təxminən 20 il bundan əvvəl tanımadığı şəxsdən aldığını və həmin dövürdən sonra yaşadığı evdə gizlədib saxladığını, aşkar olunmuş 4 ədəd bıçağı isə həvəskar olduğu üçün müxtəlif vaxtlarda alıb özündə saxladığını bildirmiş və bundan əlavə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı təxminən 2 ay bundan əvvəl “Bakı Beynəlxalq Avtovağzalı” ərazisində adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən aldığını və özü istifadə etmək məqsədilə yaşadığı ünvanda gizlədib saxladığını qeyd etmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkarolunmuş bir ədəd tüfəng tipli silahı, 32 ədəd avtomat tipli odlu silaha aid tamlığı pozulmamış patron, 3 ədəd ov tüfənginə aid tamlığı pozulmamış patron, 98 ədəd “Toz” tipli aid tamlığı pozulmamış patron, 4 ədəd bıçaq və bir ədəd sellofan torbada aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmaqla götürülmüş və daha sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaşayış sahəsindən və həyətyanı sahəsindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmiş və Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış gündüz vaxtı, təbii işıqlandırma şəraitində aparıldmış və baxışın keçirilməsi xx xxxxx 2020-ci il tarixdə saat 15:05-də başa çatmış vəbaxış keçirilməsi zamanı “Sony” markalı videokameradan istifadəedilməkləvideoçəkilişiaparılmış,hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs və digər iştirakçılar Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə dəvət olunmuş, Təqsirləndirilən şəxs təklifimizə etiraz etməyib Baş İdarəyə getməyə razı olduğunu bildirmiş, Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X7 Baş İdarəyə dəvət olunaraq ona təqdim olunmuş, Təqsirləndirilən şəxs hüquqlarının vəkil Oqtay Əliyev tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirdi və onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmış,onlar konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş və həmçinin ona hüquq və vəzifələri izah edilmiş və bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuş vəprotokol iştirakçılara ucadan oxunmuş,iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış,protokol imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsindəgöstərmişdirki, Abşeron rayonunda Masazır kəndində ailəsi ilə birlikdə yaşayır. Onunla birlikdə atası Təqsirləndirilən şəxs da yaşayır. Yaşadığı evdə aşkar edilmiş silah sursat, bıçaq və narkotik vasitənin olmasından xəbəri olmamışdır. Arası Sabir hərdənbir narkotik vasitədən istifadə etməsinindən şübhələnmiş və onunla bu barədə danışdığı zaman Sabir etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid2 və əməliyyat müvəkkili X4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AzərbaycanRespublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020-ciiltarixli 7/154nömrəlirəyindəngörünürki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxsdan ... ” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi- 14,295 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (qalıq 14,195 qram – 0,1 qram qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). AzərbaycanRespublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020-ciiltarixli 3/310, 3/311nömrəlirəyindəngörünürki, tədqiqatatəqdimedilmiş 1 (bir) ədəd silah 1963-cü ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “BM” modelli, patronluğunun uzunluğu 70 mm olan “134012” N-li, xarici çaxmaqlı, qoşalüləli tüfəngdiryivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, üzərində sonradan dəyişiklik edilməmişdir. 2.Tədqiqata təqdim edilmiş 3(üç) ədəd patron zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır istifadəyə (atəşə) yararlıdır, 3.Təhqiqata təqdim edilmiş 32 (otuz iki) ədəd patron 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AKS-74", “AKS -74U” avtomatlarında “RPK-74” əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilməklə üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yaralıdır. 4.Tədqiqata təqdim edilmiş 98 (doxsan səkkiz) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli, (TOZ-8, TOZ 8-M,TOZ-11,TOZ-16, TOZ-17, TOZ-18, TOZ-21 və s.) tüfənglərdə, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSG-5, AR-7 və s.) karabinlərində və s. yivli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatlarıdır-patronlardır, istifadəyə (atəşə) yararlıdır. 5.Tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. 6.Tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış iki tərəfi kəsici, uçu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. 7.Tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, uçu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. 8.Tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 04 (dörd) ədəd bıçağın üzərində dəyişiklik və düzəliş edilməmişdir, təyinatları üzrə istifadəyə yararldırlıdır. Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X3 xx.xx.2020-ci il tarixli 1095 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı çətənə bitkisi preparatlarindan sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabnetinin xx.xx.2006-cı il tarixli39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə”qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uygun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq. ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş - 32 (otuz iki) ədəd 5,45 mm kalibrli patron, 98 (doxsan səkkiz) ədəd 5,6 mm kalibli patron, 1 (bir) ədəd ov bıçağı və təmiz çəkisi 14,295 qram qurudulmuş marixuana maddi sübut tanınaraq, saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, eyni zamanda Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 228.1, 228.4, 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, 69 yaşının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Əliyev X5 rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 14,195 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 197 manat 82 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in BMCMİninmaddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş - 32 (otuz iki) ədəd 5,45 mm kalibrli patron, 98 (doxsan səkkiz) ədəd 5,6 mm kalibli patron, 1 (bir) ədəd ov bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Hökmün icrasını Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Əliyev X5 rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 14,195 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 197 manat 82 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş - 32 (otuz iki) ədəd 5,45 mm kalibrli patron, 98 (doxsan səkkiz) ədəd 5,6 mm kalibli patron, 1 (bir) ədəd ov bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Hökmün icrasını Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar