Məhkəmə qərarları › İş №1(012)-444/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-444/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-444/2021 05.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi X2 və onun müdafiəçisi, vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs1, qanuni nümayəndə X4 və onun müdafiəçisi vəkil Müdafiəçi4 iştirakları ilə, xx.xx.2004-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Laçın rayonu, Çıraxlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, F.Vəliyev küçəsində yaşayan, barəsində“nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddəsi ilə, xx.xx.2004-cü ildə Cəbrayıl rayonu, Sirik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Sirik kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, yeni məhəllədə yaşayan, barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11.12.2018-ci il tarixdə saat 21:00 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, Kəlbəcər məktəbinin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs15 məxsus fərdi yaşayış evinə plastik pəncərəni şüşəni sındırma yolu ilə açıb qanunsuz daxil olmuş, evin divarına çəkitlmiş hər metrinin dəyəri 2,5 manat olan, ümumi 5000 manat dəyərində 2000 metr uzunluğunda elektrik naqillərini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs15 maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 mart 2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, F.Vəliyev küçəsində fərdi evdə yaşayan Zərərçəkmiş şəxs7 yaşadığı evin hasarından aşaraq qanunsuz həyətə daxil olmuş və orada evin divarına bərkidilmiş bir ədəd 800 manat dəyərində «Demir Döküm» markalı kombi aparatını və bir ədəd 200 manat dəyərində su motorunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 1000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 iyul 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, evin zirzəmisindəki nəfəsliyin dəmir barmaqlığını qıraraq zirzəmiyə girib, orada quraşdırılmış 1300 manat dəyərində bir ədəd «Ferolli» markalı 32-lik kombi aparatını, evin 2-ci mərtəbəsində yataq otağının qarderobunda quraşdırılmış bir ədəd 1300 manat dəyərində «Ferolli» markalı, 32-lik kombi aparatını, evin 3-cü mərtəbəsində yerləşən mansardan 300 manat dəyərində bir ədəd «Poverfull» markalı 26 diaqonallı televizoru, hər birinin dəyəri 110 manat olan, ümumi 220 manat dəyərində iki ədəd «İnterskol» markalı dreli, bir ədəd 150 manat dəyərində elektrik mişarını, bir ədəd 400 manat dəyərində «Bosch» markalı prefaratoru, bir ədəd 180 manat dəyərində əl drelini, bir ədəd 700 manat dəyərində boruyapşırıcı ütünü, bir ədəd 180 manat dəyərində «Makita» markalı laqondanı və ümumi 200 manat dəyərində müxtəlif tikinti materiallarını, yəni ümumilikdə 5130 manat olan məbləğində əmlakı evin mansarından kəndirlə həyətə düşərək gizli olaraq talamış və Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilətanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin avqust ayının sonundaZərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Baş Dövlət Yol Polisi İdarəsinin yanı, Dəyirman yolu adlanan ərazidə yerləşən nömrəsiz həyət evinin hasarını aşaraq yaşayış sahəsinə qanunsuz daxil olmuş, evin hasarına quraşdırılmış bir ədəd 700 manat dəyərində kombi aparatını sökməklə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 16 oktyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs16 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1ci Mədən yeni sahədə yerləşən yeni inşa edilmiş fərdi həyət evinə pəncərəni itələyib açaraq qanunsuz daxil olmuş, oradan bir ədəd 100 manat dəyərində kollektoru və hər metrinin dəyəri 5 manat olmaqla, ümumi dəyəri 500 manat dəyrində 100 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs16 ümumilikdə 600 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 oktyabr 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Masazır kəndi, yeni məhəllə ərazidə yerləşən fərdi evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olmuş, evin birinci mərtəbəsində olan taxtadan giriş qapısının qıfılını sındıraraq içəri girib, oradan bir ədəd 200 manat dəyərində qırmızı rəngli uşaq velosipedini, betonqarışdıranın bir ədəd 300 manat dəyərində mühərrikini, hər birinin dəyəri 100 manat olan, ümumi 200 manat dəyərində 2 top elektrik naqilini və hər birinin dəyəri 5 manat olan, ümumi 100 manat dəyərində 20 ədəd elektrik açarını, yəni ümumilikdə 800 manat dəyərində əmlakı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilətanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi,Vulqan Dağları adlanan ərazidə yerləşən yeni inşa edilmiş nömrəsiz fərdi evə qanunsuz daxil olmuş, oradan ümumi dəyəri 300 manat olan elektrik naqillərini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs9 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilətanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 noyabr 2019-cu il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi yeni məhəllədə yerləşən fərdi evinə pəncərəni açma yoli ilə qanunsuz daxil olaraq, evin qonaq otağındakı şkafdan bir ədəd 300 manat dəyərində Çində istehsal edilmiş «Lenovo» markalı 330-15 İGM model, İntel Celeron N4000, ram 4GB, HDD 1 TB xüsusiyyətli notbuku, bir ədəd 10 manat dəyərində Çində istehsal edilmiş «Lenovo» markalı adaptoru, bir ədəd 10 manat dəyərində Çində istehsal edilmiş «Dell» markalı adaptoru, bir ədəd 5 manat dəyərində Çində istehsal edilmiş «Hp» markalı mausu, bir ədəd 5 manat dəyərində Çində istehsal edilmiş «İ-İİX» markalı mausu və həmin otaqnda olan iş masasının siyirməsində olan Vyetnamda istehsal edilmiş 1 ədəd 60 manat dəyərində «Samsunq» markalı, «CM-T231» model, **********68499/01 İMEİ kodlu planşeti gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 390 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 dekabr 2019-cu il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Masazır kəndi, Cantəpə adlanan ərazidə yerləşən fərdi evinin həyətinə qanunsuz daxil olmuş, evin ikinci mərtəbəsindəki eyvana nərdivan vasitəsi ilə çıxaraq həmin mərbətədəki eyvan qapısının üzərindəki dəmir barmaqlığın qıfılını sındıraraq plastik qapını açıb içəri girmiş, oradan hər topun dəyəri 90 manat olan ümumi 630 manat dəyərində “Borsan” firmasına məxsus 4 mm-lik 7 top elektrik naqilini, 90 manat dəyərində bir top “Borsan” markalı televizor naqilini, hər birinin dəyəri 60 qəpik olan ümumi 36 manat dəyərində 60 ədəd “Borsan ” elektrik qutusunu, hər birinin dəyəri 8 manat olan, ümumi 210 manat dəyərində 30 ədəd “Borsan” razetkasını, hər birinin dəyəri 7 manat olan, ümumi 210 manat dəyərində 30 ədəd “Borsan” elektrik avtomatını, hər birinin dəyəri 25 manat olan, ümumi 50 manat dəyərində 2 ədəd elektrik avtomat qutusunu, yəni ümumilikdə 1226 manat dəyərində əmlakı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 dekabr 2019-cu il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu, Masazır kəndi, yeni məhəllə ərazidə yerləşən fərdi evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olmuş, evin birinci mərtəbəsində olan pəncərə üzərindəki dəmir barmaqlığın üzərindən ikinci mərtəbədəki eyvana çıxmaq istəyərkən, qonşuluqda yaşayan Şahid3 onu görməsi səbəbindən onun cinayət törətməyə qəsdən yönəlmiş hərəkəti iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdır. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 dekabr 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs13 məxsus Abşeron rayonu, Masazır kəndi, Vulkan Dağı adlanan ərazidə yerləşən tikintisi başa çatmamış fərdi evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olmuş, evin birinci mərtəbəsində olan plastik pəncərənin üzərindəki dəmir barmaqlığı sındırmaqla pəncərəni açıb içəri girmiş, evin divarına çəkilmiş hər metrinin dəyəri 0,35 manat olan ümumi 140 manat dəyərində 400 metr uzunluğunda 4 mm-lik elektrik naqilini söküb talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs13 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 dekabr 2019-cu il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Masazır kəndi, Cantəpə adlanan ərazidə yerləşən tikintisi başa çatmamış fərdi evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olmuş, evin birinci mərtəbəsində olan qarajın plastikdən olan pəncərə üzərindəki dəmir barmaqlığı sındıraraq pəncərəni açmaqla içəri girmiş, evin birinci mərtəbəsində olan bir ədəd 150 manat dəyərində“Bosch” markalı laqondanı, bir ədəd 100 manat dəyərində“Bosch” markalı lobziki, hər birinin dəyəri 5 manat olan, ümumi 15 manat dəyərindəüç ədəd çəkici, hər birinin dəyəri 11 manat olan, ümumi 22 manat dəyərində iki ədəd dəmirçi kəlbətinini, hər birinin dəyəri 6 manat olan ümumi 18 manat dəyərindəüç ədəd kəlbətini, hər birinin dəyəri 5 manat olan, ümumi 25 manat dəyərində 5 ədəd beli və bir metrinin dəyəri 1,2 manat olan, ümumi 600 manat dəyərində 500 metr uzunluğunda 4lük elektrik naqilini, yəni ümumilikdə 930 manat dəyərində əmlakı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08.01.2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs12 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən tikintisi başa çatmamış fərdi evinə damdan keçməklə qanunsuz daxil olmuş, evin divarına çəkilmiş hər topunun dəyəri 115 manat olan, ümumi 805 manat dəyərində 7 top elektirik naqilini söküb talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs12 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2020-ci ilin sentyabr ayının 10da saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Masazır kəndi, yeni məhəllədə yerləşən fərdi evinin pəncərəsini dəmir parçası ilə sıxıb açaraq qanunsuz içəri daxil olmuş, oradan bir ədəd 300 manat dəyərində su qızıdırıcısını, bir ədəd 30 manat dəyərində əl arabasını və 10 manat dəyərində elektrik uzadıcısını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 340 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 noyabr 2020-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq yaşayış massivində yerləşən fərdi evinə pəncərəni açmaqla qanunsuz içəri daxil olmuş, evdən hər bir metri 0.55 manat olan ümumi 110 manat dəyərində 200 metr uzunluğunda 4X4 diametr ölçüdə və hər bir metri 2 manat olan ümumi 100 manat dəyərində 50 metr uzunluğunda 4X4 diametr ölçüdə elektrik naqillərini, hər bir qutusunun qiyməti 5 manat olan ümumi 60 manat dəyərində 12 qutu döşəməşrupunu, hər birinin 10 manat olan ümumi 50 manat dəyərində 5 ədəd taxta yapışdırıcısını, hər birinin qiyməti 6 manat olan ümumi 120 manat dəyərində 20 ədəd kollektoru, hər birinin qiyməti 15 manat olan ümumi 30 manat dəyərində 2 ədəd kollektorun krantını, hər birinin qiyməti 15 manat olan ümumi 30 manat dəyərində 2 ədəd amerikankanı gizli olaraq talayıb, zərərçəkmişşəxs Zərərçəkmiş şəxs10 ümumilikdə 510 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 noyabr 2020-ci il tarixdə saat 15:00 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən Zərərçəkmiş şəxs14 məxsus fərdi yaşayış evinin həyətində olan dəmir vaqonun qapısının kilidini sındırmaqla qanunsuz daxil olmuş, oradan hər birinin dəyəri 150 manat olan, ümumi 300 manat dəyərində 2 ədəd kreslonu, bir ədəd 70 manat dəyərində miksel aparatını və həyətdə olan yarımtikilidən bir ədəd 130 manat dəyərində plasmas stolu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs14 ümumilikdə 500 manat maddi ziyan vurmaqla oğurluq törətmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 iyul 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, evin zirzəmisindəki nəfəsliyin dəmir barmaqlığını qıraraq zirzəmiyə girib, orada quraşdırılmış 1300 manat dəyərində bir ədəd «Ferolli» markalı 32-lik kombi aparatını, evin 2-ci mərtəbəsində yataq otağının qarderobunda quraşdırılmış bir ədəd 1300 manat dəyərində «Ferolli» markalı, 32-lik kombi aparatını, evin 3-cü mərtəbəsində yerləşən mansardan 300 manat dəyərində bir ədəd «Poverfull» markalı 26 diaqonallı televizoru, hər birinin dəyəri 110 manat olan, ümumi 220 manat dəyərində iki ədəd «İnterskol» markalı dreli, bir ədəd 150 manat dəyərində elektrik mişarını, bir ədəd 400 manat dəyərində «Bosch» markalı prefaratoru, bir ədəd 180 manat dəyərində əl drelini, bir ədəd 700 manat dəyərində boruyapşırıcı ütünü, bir ədəd 180 manat dəyərində «Makita» markalı laqondanı və ümumi 200 manat dəyərində müxtəlif tikinti materiallarını, yəni ümumilikdə 5130 manat olan məbləğində əmlakı evin mansarından kəndirlə həyətə düşərək gizli olaraq talamış və Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin avqust ayının sonundaZərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Baş Dövlət Yol Polisi İdarəsinin yanı, Dəyirman yolu adlanan ərazidə yerləşən nömrəsiz həyət evinin hasarını aşaraq yaşayış sahəsinə qanunsuz daxil olmuş, evin hasarına quraşdırılmış bir ədəd 700 manat dəyərində kombi aparatını sökməklə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 16 oktyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs16 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1ci Mədən yeni sahədə yerləşən yeni inşa edilmiş fərdi həyət evinə pəncərəni itələyib açaraq qanunsuz daxil olmuş, oradan bir ədəd 100 manat dəyərində kollektoru və hər metrinin dəyəri 5 manat olmaqla, ümumi dəyəri 500 manat dəyrində 100 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs16 ümumilikdə 600 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Vulqan Dağları adlanan ərazidə yerləşən yeni inşa edilmiş nömrəsiz fərdi evə qanunsuz daxil olmuş, oradan ümumi dəyəri 300 manat olan elektrik naqillərini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs9 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 noyabr 2019-cu il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi yeni məhəllədə yerləşən fərdi evinə pəncərəni açma yoli ilə qanunsuz daxil olaraq, evin qonaq otağındakı şkafdan bir ədəd 300 manat dəyərində Çində istehsal edilmiş «Lenovo» markalı 330-15 İGM model, İntel Celeron N4000, ram 4GB, HDD 1 TB xüsusiyyətli notbuku, bir ədəd 10 manat dəyərində Çində istehsal edilmiş «Lenovo» markalı adaptoru, bir ədəd 10 manat dəyərində Çində istehsal edilmiş «Dell» markalı adaptoru, bir ədəd 5 manat dəyərində Çində istehsal edilmiş «Hp» markalı mausu, bir ədəd 5 manat dəyərində Çində istehsal edilmiş «İ-İİX» markalı mausu və həmin otaqnda olan iş masasının siyirməsində olan Vyetnamda istehsal edilmiş 1 ədəd 60 manat dəyərində «Samsunq» markalı, «CM-T231» model, **********68499/01 İMEİ kodlu planşeti gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 390 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə baxış iclasında qanuni nümayəndəsi Firdovsi Əlvəndovun iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 15.11.2019-cu il tarixdə saat 13 radələrində yaşadığı evin yaxınlığında olarkən qərara gəlmişdir ki, yaşadığı evin yaxınlığında yaşayış olmayan evə oğurluğa girib oğurluq etsin. Sonra fikirləşmişdir ki, gedib tanıdığı Elgünü də çağırsın ki, evə daxil olarkən Elgün də küçədə gözləyib kiminsə gəlib-gəlmədiyini xəbər etmək üçün gözətçilik etsin. O, yaşadığı evdən iki küçə aralıda yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı evə gedib Elgünü evdən çağırmış, Elgünə qonşuluğunda yaşayış olmayan bir evdən oğurluq etməyi təklif etmiş, sonuncu da razılaşdığı üçün həmin ev istiqamətində getməyə başlamışlar. Daha sonra Elgün və o sahibini tanımadığı həmin evin həyətinə hasardan üstündən keçmiş, o evin həyətində olan lopatçanın uc hissəsi ilə evin birinci mərtəbəsinin plastik materialdan olan pəncərəsini açmış, sonra hər ikisi evə daxil olmuşlar. Evdə axtarış axtardıqları zaman Elgünə bildirmişdir ki, çıxıb çöldə gözləsin və kimsə gələrsə ona xəbər etsin. O, otaqların birində olan şkafdan bir ədəd notbuk kompyuter və həmin otaqdan masanın siyirtməsindən bir ədəd planşet götürmüş, həmin vaxt kompyuterin və planşetin həmin evdən selofon torbaya qoyaraq pəncərədən Elgünə vermişdir ki, kənara qoysun, başqa heç bir qiymətli əşya tapa bilmədiyi üçün pəncərədən çıxıb getmişlər. Oğurluq etdiyi evdən çıxdıqdan sonra Elgün evlərinə getmiş, o isə kompyuteri və planşeti götürüb satmaq üçün müştəri axtarmağa başlamışdır. Yaşadığı evin yaxınlığından 142 saylı marşrut avtobuslarının sonuncu dayanacağına getmiş, dayanacaqda avtobuslara nəzarət etməklə məşğul olan Arzuman adlı şəxsə yaxınlaşıb onda notbuk kompyuter və planşet olduğunu deyib, həmin əşyaları sonuncuya göstərmiş, Arzuman ondan kompyuteri neçəyə satdığını soruşduqda, ona 20 manata satmaq istədiyini demiş, Arzuman adlı şəxs ona 20 manat pul verib oğurluq yolu ilə əldə etdiyi həmin kompyuteri götürsə də, planşeti almaq istəmədiyini bildirmiş, sonra isə qonşuluğunda yaşayan adını unutduğu qadına oğurluq yolu ilə əldə etdiyi planşeti 20 manata satmış, onlardan aldığı 40 manat pulun 10 manatını Elgünə vermiş, qalan pulu isə öz tələbatı üçün xərcləmişdir. Bundan başqa 13 iyul 2019-cu il tarixdə saat 22 radələrində dostu Təqsirləndirilən şəxs1lə birlikdə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində küçədə tullantı dəmirləri araba ilə kolyaskaya yığmış, həmin ərazidə üçmərtəbəli fərdi evin işıqlarının yanmadığı nəzərini cəlb etmiş və bu barədə Təqsirləndirilən şəxs1 bildirmişdir. Ətrafda kənar şəxslərin olmadığına görə Elgünə təklif etmişdir ki, oradan oğurluq etsinlən və sonuncu da onunla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1lə birlikdə darvazanın yanında hörülmüş hasardan həyətə keçmiş və görmüşdür ki, həyətdə evin pəncərələrinin hasının üzəri dəmir barmaqlıqlarla örtülüdür. Onlar özləri ilə götürdükləri balta ilə evin qapısının qıfılını sındırmağa cəhd etmiş, lakin qıra bilməmişlər. Bundan sonra evin sağ tərəfinə keçmiş, orada olan kiçik nəfəsliyin üzərindəki dəmir barmaqlığı sındırmışlır. O, Elgünə demişdir ki, həyətdə pusquda dayansın və əgər kimsə gələrsə ona xəbər versin. O, nəfəslikdən evin zirzəmisinə düşmüş, oranın işığı yanmadığı üçün özündə olan alışqanın işağını yandıraraq ətrafa nəzər saldıqda orada kombi aparatı olduğunu görmüş, belə olduqda özündə olan açarla açıb yerə qoymuş, sonra orada olan kəndiri özü ilə götürmüş ki, kombini kəndirlə evin pəncərəsindən düşürsün. Bundan sonra kombini evin yuxarı mərtəbəsinə çıxarmış, sonra isə evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan kombini də açarla açıb çıxararaq evin yuxarı mərtəbəsinə aparmışdır. Evin üçüncü mərtəbəsində karopkaların içərisində televizor olduğunu görmüş və televizoru da karopkadan çıxarmışdır. Bundan sonra kombiləri bir-bir kəndirlə aşağıya sallamış, Elgün də aşağıda kəndiri açıb kombini həyətə qoymuş, sonra televizoru kəndirlə yerə düşürmüşdür. Sonra isə evə daxil olduğum yerdən çıxmış və Elgünlə köməkləşib oğurladığı kombi və televizoru hasardan küçəyə keçirmişlər. Həmin əşyaları arabaya qoymuş və Elgünə demişdir ki, səhər aparaq həmin əşyaları Binəqədi ərazisində bazarın qarşısında satsınlar. Elgün onunla razılaşmış, onlar əvvəlcə oğurladıqları malları yaxınlıqda boş ərazidə gizlətmiş, səhəri günü isə həmin malları gizlətdikləri yerdən götürüb yoldan keçən taksiyə yükləyib bazara aparmışlar. Orada malları ayrı-ayrılıqda 500 manata satmış, sonra yaxınlıqda yerləşən «Legandra» kafesində yeyib-içmiş, kafedə pulun bir qismini xərcləmiş və qalanını isə öz aralarında bölmüşlər. Həmin evdən iki ədəd kombidən və bir ədəd televizordan başqa hər hansı əşya oğurlamamış, oğurladıqları əşyaları alan şəxslərə əşyaların oğurluq olması barədə bir söz deməmiş və malları alan şəxslər də onların hərəkətlərindən şübhələnməmişlər. Bundan başqa 14.12.2019-cu il tarixdə yaşadığı evin yaxınlığında olarkən pulu olmadığı üçün qərara gəlmişdir ki, yaşayış olmayan evə oğurluğa girib oradan oğurluq etsin. Bu məqsədlə yaşadığı ərazidən çıxıb Cantəpə deyilən əraziyə gəlmiş, həmin ərazidə hündür ikimərtəbəli fərdi ev nəzərini cəlb etmiş, evin tikintisi başa çatsa da, təmir işləri görüldüyündən yaşayış olmamışdır. Ətrafda kənar şəxs olmadığından evin həyətinin mişar dlaşından olan hasarının üzərinə çıxıb həyətə düşmüş, evin pəncərələrinin üzəri dəmir barmaqlıqlar olmuş, buna görə də yerdə olan nərdivanla evin ikinci mərtəbəsinə çıxmışdır. Eyvanda olan plastik qapının üzərində olan dəmir örtüyün qıfılını özündə olan dəmir parçası ilə sındırmış və plastik qapını sıxıb açaraq içəri daxil olmuş, evin divarına çəkilmiş elektrik naqillərini çıxarmış, həmçinin yerdə olan elektrik naqillərini və digər elektrik avtomatlarını da yığıb bir topbaya qoymuş ki, aparıb yandırıb misini çıxarsın. Bu məqsədlə yığdığı naqilləri və elektrik avadanlıqlarını hasardan kənara atıb, özü də evin hasarından keçərək həyətdən çıxmış, sonra həmin naqilləri aparıb boqluq ərazidə yandırmış və misini toplayıb Binəqədi rayonu ərazisində metal qəbulu yerinə aparmışdır. Orada işləyən Emin adlı şəxsə yüanmış mis naqillərini 55 manata satmış və əldə etdiyi pulu öz tələbatı üçün xərcləyib yeyib içmiş, Eminə ona satdığı misin oğurluq olması barədə bir söz deməmiş, belə ki, ətrafdan yığdığıqı demiş və sonuncu da onun hərəkətindən şübhələnməmişdir. Bundan başqa 15.12.2019-cu il tarixdə yaşadığım evdə olarkən pulu olmadığı üçün qərara gəlmişdir ki, yaşayış olmayan evə oğurluğa girib oradan oğurluq etsin. Bu məqsədlə yaşadığı ərazidən çıxmış və evə yaxın əraziləri gəzib boş ev axtarmağa başlamışdır. Qonşuluqda yaşayan Zərərçəkmiş şəxs11 yeni tikdirdiyi evdə təmir işləri aparıldığı üçün qərara gəlmiş ki, oradan elektrik naqilləri oğurlayıb yandırsın və misini satıb pul əldə etsin. Bu məqsədlə evin darvazasının üzərindən keçib həyəti girmiş, həyətdə olan ikimərtəbəli evin pəncərəsindəki dəmir barmaqlıqların üzərinə çıxıb oradan ikinci mərtəbənin eyvanına çıxmaq istəmiş ki, eyvanın qapısının qıfılını sındırıb içəri girsin və elektrik naqillərini oğurlasın. Lakin evin pəncərəsindəki dəmir barmaqlığın üzərinə çıxmağa cəhd etdikdə qonşuluqda yaşayan adını sonradan bildiyi Şahid3 onu görüb tutmağa çalışmış, lakin o, hər vasitə ilə onun əlindən sıyrılıb qaça bilmiş və evdən elektrik naqillərini oğurlaya bilməmişdir. Bundan başqa 22.10.2019-cu il tarixdə yaşadığı evin yaxınlığında olarkən pulu olmadığı üçün qərara gəlmişdir ki, yaşayış olmayan evə oğurluğa girib oradan oğurluq etsin. Bu məqsədlə yaşadığı ərazidən çıxıb yeni məhəllə deyilən əraziyə gəlmiş, təxminən səhər saat 10 radələri olmuş, həmin ərazidə fərdi ev nəzərini cəlb etmiş, evin tikintisi başa çatsa da, təmir işləri görüldüyündən evdə yaşayış olmamış, həyət mişar daşı ilə əhatəyə alınsa da, darvazası olmamış, həyətə giriş taxta ilə bağlanmışdır. Ətrafda kənar şəxs olmadığından evin həyətinə taxtaların arasından keçməklə daxil olmuş, həyətdə olan ikimərtəbəli evin giriş qapısı taxtadan olmuş, qapını təpiklə vurub petləsindən sındırmış və içəri daxil olmuşdur. Evdə bir ədəd qırmızı rəngli uşaq velosipedi, elektrik naqilləri və elektrik açarları olmuş, o, həmin əşyaları götürüb bir yerə yığmış və evdən çıxarıb özü ilə aparmışdır. Daha sonra həmin naqilləri və mühərriki aparıb boşluq ərazidə yandırmış və misini toplayıb Binəqədi rayonu ərazisində metal qəbulu yerinə aparmışdır. Orada yanmış mis naqillərini 28 manata satmış və əldə etdiyi pulu öz tələbatı üçün xərcləmişdir. Satdığı misin oğurluq olması barədə bir söz deməmiş, belə ki, ətrafdan yığdığını demiş və misi alan şəxs də onun hərəkətindən şübhələnməmişdir. Bundan başqa 25.12.2019-cu il tarixdə yaşadığı evin yaxınlığında olarkən pulu olmadığı üçün qərara gəlmişdir ki, yaşayış olmayan evə oğurluğa girib oradan oğurluq etsin. Bu məqsədlə yaşadığı ərazidən çıxıb Cantəpə deyilən əraziyə gəlmiş, təxminən saat 14 radələri olmuş, həmin ərazidə hündür ikimərtəbəli fərdi ev nəzərini cəlb etmiş, evin tikintisi başa çatsa da, təmir işləri görüldüyündən yaşayış olmamış, evin qırmızı rəngli dəmir darvazası olmuşdur. Ətrafda kənar şəxs olmadığından evin həyətinin mişar daşından olan hasarının üzərinə çıxıb həyətə düşmüş, evin zirzhəmi kimi nəzərdə tutulmuş tikilisində kiçik plastikdən pəncərəsi olmuş, pəncərələrinin üzərində dəmir barmaqlıq olduğundan həyətdə olan çəkiclə vurub dəmir barmaqlığı bərkidildiyi yerdən qopartmış və plastik pəncərəni sıxıb açaraq içəri daxil olmuşdur Evin zirzəmi kimi nəzərdə tutulmuş həmin tikilisində bir neçə cür tikinti alətləri, yəni laqonda, lobzik, çəkiclər, kəlbətinlər, lopatkalar olduğunu görüb onları götürdüm və torbaya yığmış, sonra zirzəmidə 5 top elektrik naqilinin də olduğunu görüb onu da götürmüş və bütün əşyaları torbalara yığıb pəncərədən çölə qoymuş və hasardan aşıb oradan uzaqlaşmışdır. Elə həmin günü əşyaları yoldan keçən taksi avtomobili ilə Bakı şəhəri, 3-cü mikrorayon bazarına aparıb orada satmaq üçün bğir neçə şəxsə təklif etmiş, bildirmişdir ki, evində olan təmirdən artıq qalmış əşyalardır və onları satır. Bazarda olan tanımadığı şəxs həmin əşyaları ümumi 120 manata satmış və əldə etdiyi pulu öz tələbatı üçün xərcləyib yeyib içmiş, oğurladığı əşyaları satdığı şəxsə onların oğurluq olması barədə bir söz deməmiş və həmin şəxs də onun hərəkətindən şübhələnməmişdir. Bundan başqa 10.09.2020-ci il tarixdə yaşadığım evin yaxınlığında olarkən pulu olmadığı üçün qərara gəlmişdir ki, yaşayış olmayan evə oğurluğa girib oradan oğurluq etsin. Bu məqsədlə yaşadığı ərazidə gəzib dolaşmağa başlamış, axşam saat 23 radələri olmuş, həmin ərazidə birmərtəbəli kürsülü fərdi ev nəzərini cəlb etmiş, evin tikintisi başa çatsa da, təmir işləri görüldüyündən yaşayış olmamışdır. Ətrafda kənar şəxs olmadığından evin həyətinin mişar daşından olan hasarının üzərinə çıxıb həyətə düşmüş, evin plastikdən olan pəncərəsini dəmir parçası ilə sıxıb açmış və pəncərədən içəri keçmişdir. Evin içərisində bir ədəd su qızdırıcısını, onun uzadıcısını götürmüş, eyni zamanda orada bir ədəd arabanın da olduğunu görüb götürmüş və su qızdırıcısını araba ilə birlikdə pəncərədən çıxarıb küçəyə aparmışdır. Daha sonra su qızdırıcısını arabanın içərisinə qoyub yaşadığı əraziyə aparıb gizlətmiş, səhəri günü həmin qızdırıcını və onun uzadıcısını taksi ilə Bakı şəhəri, 3-cü mikrorayon ərazisindəki tikinti materialları satışı bazarına aparmış, orada tanımadığı şəxs həmin əşyaları 65 manata satmış və əldə etdiyi pulu öz tələbatı üçün xərcləyib yeyib içmiş, oğurladığı əşyaları satdığı şəxsə onların oğurluq olması barədə bir söz deməmiş və həmin şəxs də onun hərəkətindən şübhələnməmişdir. Bundan başqa 16 oktyabr 2019-cu il tarixdə saat 14 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadığı evə yaxın ərazidə gəzişmiş, Xəzər marketin yanında olmuş, həmin dükandan evə tərəf gedəndə onun nəzərini birmərtəbəli təzə tikilən ev cəlb etmiş, həmin evin darvazası olmamış, Elgünə demişdir ki, “gedək həmin evə baxaq, ola bilsin ki, nəsə olsun”. Elgün onun təklifi ilə razılaşmış və birlikdə həmin evə getmişlər. Həyətdə olan beli götürüb evin giriş hissəsinin yanında olan pəncərəni bel ilə açmış, Sonradan birinci o, sonra isə Elgün evə daxil olmuş, həmin evin içərisində bir qədər gəzişdikdən sonra bir yerdə bağlanmamış bir top elektrik naqili görmüş, həmin elektrik naqilini götürüb Elgün ilə birlikdə həmin evi tərk etmişdir. Sonra yenidən Xəzər market istiqamətində gedib orada boş həyət evi taparaq götürdüyü elektrik naqillərini yandırmağa başlamış, Elgün də onun yanında olmuş, kabelləri yandırandan sonra Binəqədi ərazisində metal qəbulu məntəqəsində həmin kabelin yandırılmış misini 30 manata satmış və əldə etdikləri pulu öz aralarında bölmüşlər. Bundan başqa 2019-cu ilin mart ayında qərara gəlmişdir ki, oğurluq etsin. Həmin günü saat 14 radələrində F.Vəliyev küçəsi ilə gedərək evlərə baxmış ki, hansı həyətdə sakinlər olmasa, həmin evdən oğurluq etsin. Ona görə daş hasardan tullanıb həyətə düşmüş, əvvəl həyətə göz gəzdirmiş, lakin gözünə bir qiymətli əşya dəyməmiş, sonra fikir vermişdir ki, evin divarına şkafa oxşar bir şey var və həmin şkafı açmışdır. Onun içərisində istilik (kombi) aparatını görmüş, sonra qərara gəlmişdir ki, həmin aparatı oğurlasın. Ona görə də istilik aparatına birləşən su borularını açmış, aparatın özü divarda olan qarmaqlarda asılmış vəziyyətdə olmuş, istilik aparatını çıxardıqdan sonra küçəyə atmış və özü də hasardan digər tərəfə tullanıb aparatı götürərək əl arabasına qoyub yuxarı istiqamətə getmişdir. O, oğurluq etdiyi yerdən bir qədər aralandıqda Qaz 24 markalı nömrəsini görmədiyi avtomobilin sürücüsü dəmir yığdığını görmüş, ona görə sonuncuya yaxınlaşıb bildirmişdir ki, bu aparatı bir dəmir hissəsi kimi satır. Avtomobilin sürücüsü yaşlı bir kişi olmuş, sürücü dəmir istilik aparıtına baxıb 20 manata ala biləcəyini demiş, onunla razılaşmış və sürücüdən 20 manatı alıb aparatı ona satmış, əldə etdiyi 20 manat pulu isə uşaq oyunlarına verib tələbitı üçün xərcləmişdir. Bundan başqa Elgünlə birlikdə 2019-cu ilin sentyabr ayının əvvəllərində saatı dəqiq xatırlamadığı radələrdə Bakı şəhəri, Binəqədi rayonu, Dəyirman yolu adlanan yerdə yerləşən həyət evindən kombi aparatı oğurlamış, belə ki, həmin günü oğurluq etmək məqsədi ilə qeyd etdiyi ərazidə yaşayış massivində gəzişən zaman daş hasarla əhatə olunmuş həyət evindən səs gəlmədiyini və evdə heç kəsin olmadığına əmin olaraq birlikdə oğurluq etmək qərarına gəlmişdir. Əvvəlcədən aralarında olan razılığa əsasən Elgün onu çöldə gözləməli olmuş ki, kimsə gələrsə ona xəbər versin. O, isə hasarı aşıb həyətdə olan evin divarına bərkidilmiş kombi aparatını borularını özündə olan qaz açarı ilə açaraq aparatı divardan qoparıb onu həyətdən çölə atmış, sonra özü hasarı aşıb Elgünlə birlikdə özləri ilə birlikdə gətirdikləri arabaya kombini qoyub bir qədər yol gedəndən sonra kombi aparatını yerə çırpıb sındırdıq və misini ayırıb qalan hissələrini də yanına qoyub aparıb BDYPİ-nin yanında yerləşən Mir inşaat tikuinti materialları ilə üzbəüz Binəqədi şossesində metal qəbulu məntəqəsinə misdən olan hissəsini 5 manata, qalan detalları isə 8 manata satmışlar. Əldə etdikləri puldan 6 manatı Elgünə vermiş, daha sonra birlikdə Binəqədi şossesində yerləşən Leqenda gecə klubuna gedib orada xərcləmişlər. Bundan başqa 29 oktyabr 2019-cu il tarixdə təxminən saat 18 radələrində tanışı Elgünlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisindəki mərkəzi küçədə görüşmüş, sonra birlikdə Binəqədi qəsəbəsi Vulkan dağları adlanan əraziyə getmişlər. Həmin yerdə gəzdikləri zaman qərarlaşmışlar ki, hər hansı bir evin həyətindən oğurluq etsinlər. Həmin zaman görmüşlər ki, orada yarımtikili ev vardır və həmin evin həyətinin qapısı açıq vəziyyətdə olmuş, onlar həmin evin həyətinə daxil olmuş və pəncərəni açıb evə girmişlər. Həmin evin içərisini axtarmış, lakin dəyərli bir əşya tapa bilməmişlər. Onlar evdən çıxdıqda yerdə elektrik naqillərinin olduğunu görmüş və həmin naqilləri götürüb evdən çıxmış, həmin naqili həmin yerin yaxınlığında yandırmış və içərisindən çıxan misləri isə Abşeron rayonu ərazisində metal qəbulu yerinə 10 manata satmış, əldə etdikləri 10 manat pulu Elgünlə birlikdə xərcləyib yeyib içmişdir. Bundan başqa 21.12.2019-cu il tarixdə yaşadığı evin yaxınlığında olarkən pulu olmadığı üçün qərara gəlmişdir ki, yaşayış olmayan evə oğurluğa girib oradan oğurluq etsinlər. Bu məqsədlə yaşadığı ərazidə gəzib dolaşmağa başlamış, axşam saat 23 radələri olmuş, gəzə-gəzə Vulkan Dağı adlanın əraziyə gəlmişdir. Həmin ərazidə tikintisi başa çatmamış ikimərtəbəli fərdi ev nəzərini cəlb etmiş, evin tikintisi başa çatsa da, ətrafına mişar daşından çəkilmiş hasar çox az hörülmüş, evin yan tərəfində plastikdən pəncərə qoyulmuş və üzəridə dəmir barmaqlıqla əhatə olunmuşdur. Ətrafda kənar şəxs olmadığından evin həyətinə mişar daşının üstündən keçib həyətə girmiş, evin plastikdən olan pəncərəsinin üzərindəki dəmir barmaqlığı əli ilə dartıb yerindən qoparmış və plastik pəncərənin şüşəsini sındıraraq əlini salıb içəridən açmış, sonra pəncərədən içəri keçmişir. Evin içərisində divarlara çəkilmiş elektrik naqillərini dartıb yerindən qoparmış və bir yerə toplayıb özü ilə götürdüyü meşoka yığmış, sonra evə girdiyi pəncərədən də çıxıb boşluq əraziyə getmişdir. Orada həmin elektrik naqillərini yındırıb misini götürüb yenidən meşoka yığmış və yaşadığı əraziyə gətirmiş, həmin yerdə misləri gizlətdikdən sonra evinə getmiş, səhəri günü isə gəzə-gəzə Binəqədi istiqamətinə getmiş, yolda metal qəbulu məntəqəsi görüb həmin misi oraya təhvil vermiş və 32 manat pul almış, sonra əldə etdiyi pulu öz tələbatı üçün xərcləyib yeyib içmiş, oğurladığı misi satdığı məntəqədə onun oğurluq olması barədə bir söz deməmiş və həmin şəxs də onun hərəkətnmdən şübhələnməmişdir. Bundan başqa 08.01.2020-ci il tarixdə yaşadığı evin yaxınlığında olarkən pulu olmadığı üçün qərara gəlmişdir ki, yaşayış olmayan evə oğurluğa girib oradan oğurluq etmək istəmiş, bu məqsədlə yaşadığı ərazidən çıxıb yeni məhəllə ərazisinə gəlmiş, təxminən gecə saat 23 radələri olmuş, həmin ərazidə ikimərtəbəli fərdi ev nəzərini cəlb etmiş, evin tikintisi başa çatsa da, təmir işləri görüldüyündən yaşayış olmuş, ətrafda kənar şəxs olmadığından evin həyətinin mişar daşından olan hasarının üzərinə çıxıb həyətə düşmüş, evin hər iki mərtəbəsində olan pəncərələrin üzərində dəmir barmaqlırlar olmuş, pilləkənlə ikinci mərtəbəyə çıxıb ordan evin damına keçmiş və damın içərisindən evin içinə düşmüşdür. Evin divarlarına və damına elektrik naqilləri çəkilmiş, həmin naqilləri sıra ilə dartıb yerindən qoparmış və meşoklara yığıb evə girdiyi damdan da çıxarmış və hasardan aşıb oradan uzaqlaşmışdır. Elə həmin günü oğurladığı naqilləri bir qədər kənarda boşluq ərazidə yandırmış və Binəqədi ərazisində metal yığan maşına təhvil vermiş, misi çəkib ona 65 manat pul vermiş, sonra əldə etdiyi pulu öz tələbatı üçün xərcləyib yeyib içmişdir. Oğurladığı naqillərin yanmış hissələrini satdığı şəxsə onların oğurluq olması barədə bir söz deməmiş və həmin şəxs də onun hərəkətindən şübhələnməmişdir. Bundan başqa 07 noyabr 2020-ci il tarixdə təxminən saat 13 radələrində oğurluq etmək məqsədi ilə Abşeron rayonu Masazır kəndində Yoncalıq deyilən ərazidə gəzmiş, həmin vaxtı qarşısına ikimərtəbəli ev çıxmış, həmin ev təzə tikili ev olmuş, evə diqqətlə baxıb orada kimsənin olmadığına əmin olduqdan sonra evin birinci mərtəbəsində olan pəncərəni əli ilə itələmiş və içəri daxil olmuşdur. Evin birinci mərtəbəsində divara çəkilmiş olan elektrik naqillərini görmüş və onu kəsmişdir. Daha sonra ikinci mərtəbədə olan yenə də divara çəkilmiş elektrik naqillərini də kəsmiş, həmin naqilləri kəsdikdən sonra evin ikinci mərtəbəsində olan arabanı və birinci mərtəbədə olan iki ədəd kollektoru da oğurlamış, daha sonra oğurladığım avadanlıqları pəncərədən çölə çıxarmış və evə girdiyi yerdən də çıxmışdır. Daha sonra həmin oğurladığı əşyaları daşıyıb Masazır kəndində dəmir və digər əşyalar alan Qaz 24 markalı avtomobilin sürücüsünə 50 manata satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 13.11.2020-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində oğurluq etmək qərarına gəlmiş və həmin tarixdə saat 15:00 radələrində Masazır qəsəbəsində yaşadığı evlə qonşu məhlədə yerləşən yarımtikili evin həyətinə daxil olmuşdur. Həyətdə olan dəmir vaqondan olan otağın dəmir qapısının kilidini lomla qırıb otağa daxil olmuş, otaqdan bir ədəd dəri örtüklü kreslonu və yarımtikilidən 1 ədəd plasmas stolu oğurlayıb özü ilə aparmış, həmin vaxtı kreslonu və plasmas stolu Masazır qəsəbəsində Qaz-24 markalı avtomobillə səyyar metal alışı ilə məşğul olan bir nəfər şəxsə 6 manata satmış, həmin 6 manat pula siqaret və su alıb içmişdir. Bundan başqa 11.12.2018-ci il tarixdə yaşadığı evin yaxınlığında olarkən pulu olmadığı üçün qərara gəlmişdir ki, yaşayış olmayan evə oğurluğa girib oradan oğurluq etsin. Bu məqsədlə yaşadığı ərazidən çıxıb yeni məhəllə ərazisinə gəlmiş, təxminən gecə saat 21 radələri olmuş, həmin ərazidə birmərtəbəli fərdi ev nəzərini cəlb etmiş, evin tikintisi başa çatsa da, təmir işləri görüldüyündən yaşayış olmamış, ətrafda kənar şəxs olmadığından evin həyətinin mişar daşından olan hasarının üzərinə çıxıb həyətə düşmüş, evin pəncərəsi qəhvəyi rəngli plastikdən olmuşdur. O, pəncərənin şüşəsini daş parçası ilə sındırıb əlini içəri salmış və pəncərəni içəridən əli ilə açıb evə daxil olmuş, evin divarlarına elektrik naqilləri çəkilmiş, o həmin naqilləri dartıb yerindən qoparmış və özündə olan meşoklara yığıb evə girdiyi pəncərədən də çıxarmış və oradan uzaqlaşmışdır. Həmin günü oğurladığı naqilləri bir qədər kənarda boşluq ərazidə yandırmış və Binəqədi ərazisinə gətirmişdir. Orada metal yığan Jiquli markalı avtomobilin sürücüsünə təhvil vermiş, misi çəkib ona 145 manat pul verilmiş, əldə etdiyi pulu öz tələbatı üçün xərcləyib yeyib içmişdir. Oğurladığı naqillərin yanmış hissələrini satdığı şəxsə onların oğurluq olması barədə bir söz deməmiş və həmin şəxs də onun hərəkətindən şübhələnməmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə baxış iclasında qanuni nümayəndəsi Gülzar Rzayevanın iştirakı ilə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 15.11.2019cu il tarixdə saat 13 radələrində yaşadığı evdən iki küçə aralıda yaşayan Əmrah adlı şəxslə evin yaxınlığında rastlaşan zaman sonuncu onunla birlikdə qonşuluqda olan bir evdən oğurluq etməyi təklif etmiş,o Əmraha oğurluq etmək istəmədiyini bildirəndə Əmrah ona pul verəcəyini soyləmiş və onunla birlikdə oğurluğa getməyi demişdir. Bundan sonra Əmraha həmin yerdə kim olacağını soruşduqda ona ikisindən başqa heç kim olmayacağını söyləmiş, belə olduqda Əmrahla razılaşmış və birlikdə oğurluq etməyi üçün təklif etdiyi ev istiqamətində getməyə başlamışlar. Əmrahın yaşadığı evin yaxınlığında yerləşən oğurluq etməyi üçün nəzərdə tutulan həmin evə çatmış və hər ikisi oğurluğa girəcəkləri evin həyətinə hasarın üstündən keçmişlər. Daha sonra Əmrah evin plastik materialdan olan pəncərəsini özü ilə gətirdiyi lopatkanın uc hissəsi ilə sıxıb açmı, hər ikisi evə daxil olmuşlar. Evdə axtarış apardıqdan sonra Əmrah ona demişdir ki, bayıra çıx və adam gəlib-getməsinə bax. O, pəncərədən bayıra çıxmış və gözləməyə başlamışdır. Bir qədər sonra Əmrah kəndir vasitəsi ilə pəncərədən aşağı bir kompyuter sallamış və o həmin kompyuteri aparıb kənara qoymuşdur. Daha sonra isə Əmrah bayıra çıxmış və ona bildirmişdir ki, planşet də oğurlamışdır. Sonra Əmrah həmin kompyuteri və planşeti sataraq ona pul verəcəyini bildirmiş və hadisə yerindən uzaqlaşmışlar. Ertəsi günü Əmrahla görüşən zaman ona pul verməyəcəyini demiş, səbəbini soruşduqda ona bildirmişdir ki, «sənə pul düşmür». Bundan başqa 13 iyul 2019-cu il tarixdə saat 22 radələrində dostu Əmrahla birlikdə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində küçədə tullantı dəmirləri araba ilə kolyaskaya yığmış, Həmin ərazidə üçmərtəbəli fərdi evin işıqlarının yanmadığı Əmrah ona bildirmiş, ətrafda kənar şəxslərin olmadığına görə ona təklif etmişdir ki, oradan oğurluq etsinlər və o da Əmrahla razılaşmışdır. Bundan sonra birlikdə darvazanın yanında hörülmüş hasardan həyətə keçmiş və həyətdə evin pəncərələrinin hasının üzəri dəmir barmaqlıqlarla örtülü olduğunu görmüş, onlar özləri ilə götürdükləri balta ilə evin qapısının qıfılını sındırmağa cəhd etmiş, lakin qıra bilməmişlər. Bundan sonra evin sağ tərəfinə keçmiş, orada olan kiçik nəfəsliyin üzərindəki dəmir barmaqlığı sındırmış, Əmrah ona demişdir ki, həyətdə pusquda dayansın və əgər kimsə gələrsə ona xəbər versin. Əmrah nəfəslikdən evin zirzəmisinə düşmüş və özündə olan alışqanın işağını yandıraraq ətrafı axtarmağa başlamış, bir qədər sonra sonra Əmrah evdən götürdüyü kombiləri bir-bir kəndirlə aşağıya sallamış, o da aşağıda kəndiri açıb kombini həyətə qoymuş, sonra televizor kəndirlə yerə düşürülmüşdür. Bir qədər sonra Əmrah onun yanına gəlmiş və onunla köməkləşib oğurladıqları kombi və televizoru hasardan küçəyə keçirmiş, həmin əşyaları arabaya qoymuş, ona demişdir ki, səhər aparaq həmin əşyaları Binəqədi ərazisində bazarın qarşısında sataq. Əmrahla razılaşmış və onlar əvvəlcə oğurladıqları malları yaxınlıqda boş ərazidə gizlətmiş, səhəri günü isə həmin malları gizlətdikləri yerdən götürüb yoldan keçən taksiyə yükləyib bazara aparmışlar. Orada malları ayrı-ayrılıqda 500 manata satmış, sonra yaxınlıqda yerləşən «Legandra» kafesində yeyib-içmiş, kafedə pulun bir qismini xərcləmiş və qalanını isə öz aralarında bölmüşlər. Bundan başqa 16 oktyabr 2019-cu il tarixdə saat 14 radələrində tanışı Təqsirləndirilən şəxs2la birlikdə yaşadığı ərazidə gəzişdikdə Xəzər marketin yanında olarkən həmin dükandan evə tərəf gedəndə nəzərlərini birmərtəbəli təzə tikilən ev cəlb etmiş, həmin evin darvazası olmamış, Əmrah ona demişdir ki, gedək həmin evə baxaq, ola bilsin ki, nəsə olsun. Əmrahın təklifi ilə razılaşmış və onlar birlikdə həmin evə getmişlər. Əmrah həyətdə olan beli götürüb evin giriş hissəsinin yanında olan pəncərəni bel ilə açmış, sonra birinci Əmrah, daha sonra isə o evə daxil olmuşdur. Həmin evin içərisində bir qədər gəzişdikdən sonra bir yerdə bağlanmamış bir top elektrik naqili görmüş, Əmrah həmin elektrik naqilini götürdü və birlikdə həmin evi tərk etmiş, sonra yenidən Xəzər market istiqamətində gedib orada boş həyət evi taparaq götürdüyü elektrik naqillərini yandırmağa başlamış, kabelləri yandırandan sonra Binəqədi ərazisində metal qəbulu məntəqəsində həmin kabelin yandırılmış misini 30 manata satmış və əldə etdikləri pulu öz aralarında bölmüşlər. Bundan başqa həmyaşıdı Əmrahla birlikdə 2019-cu ilin sentyabr ayının əvvəllərində saatı dəqiq xatırlamadığı radələrdə Bakı şəhəri, Binəqədi rayonu, Dəyirman yolu adlanan yerdə yerləşən həyət evindən kombi aparatı oğurlamış, belə ki, həmin günü oğurluq etmək məqsədi ilə qeyd etdiyi ərazidə yaşayış Massivində gəzişən zaman daş hasarla əhatə olunmuş həyət evindən səs gəlmədiyini və evdə heç kəsin olmadığına əmin olaraq birlikdə oğurluq etmək qəraa gəlmiş, əvvəlcədən aralarında olan razılığa əsasən Əmrahı çöldə gözləməli olmuş ki, kimsə gələrsə ona xəbər versin. Əmrah isə hasarı aşıb həyətdə olan evin divarına bərkidilmiş kombi aparatını borularını özündə olan qaz açarı ilə açaraq aparatı divardan qoparıb həyətdən çölə atmış, sonra isə hasarı aşıb onun yanına gəlmiş və birlikdə özləri ilə gətirdikləri arabaya kombini qoyub bir qədər yol gedəndən sonra kombi aparatını yerə çırpıb sındırmış və misini ayırıb qalan hissələrini də yanına qoyub aparıb BDYPİ-nin yanında yerləşən Mir inşaat tikuinti materialları ilə üzbəüz Binəqədi şossesində metal qəbulu məntəqəsinə misdən olan hissəsini 5 manata, qalan detalları isə 8 manata satmış, əldə etdikləri puldan Əmrah ona 6 manat vemiş, daha sonra birlikdə Binəqədi şossesində yerləşən Leqenda gecə klubuna gedib orada xərcləmişlər. Bundan başqa 29 oktyabr 2019-cu il tarixdə təxminən saat 18 radələrində tanışı Əmrahla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisindəki mərkəzi küçədə görüşmüş, birlikdə Binəqədi qəsəbəsi Vulkan dağları adlanan əraziyə getmişlər. Həmin yerdə gəzdikləri zaman qərarlaşmışlar ki, hər hansı bir evin həyətindən oğurluq etsinlər. Həmin zaman orada yarımtikili ev olduğunu və həmin evin həyətinin qapısı açıq vəziyyətdə olduğunu görmüş, onlar həmin evin həyətinə daxil olmuş və pəncərəni açıb evə girmişlər. Onlar həmin evin içərisini axtarmış, lakin dəyərli bir əşya tapa bilməmişlər. Evdən çıxdıqda yerdə elektrik naqillərinin olduğunu görmüş və həmin naqilləri götürüb evdən çıxmış, həmin naqili həmin yerin yaxınlığında yandırmış və içərisindən çıxan misləri isə Abşeron rayonu ərazisində metal qəbulu yerinə 10 manata satmış, əldə etdikləri 10 manat pulu Elgünlə birlikdə xərcləyib yeyib içmişlər. Həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 onu qorxu altında oğurluğa aparmışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, 2015ci ildən Abşeron rayonu Masazır qəsəbəsində torpaq sahəsi alıb ev tikdirməyə başlamış, lakin evin təmir işləri hazırda tamamlanmamışdır. 01.11.2019-cu il tarixdən 02.11.2019-cu il tarixədək olan müddətdə Masazır qəsəbəsindəki həmin evində olmamış, 02.11.2019-cu il tarixdə özünə məxsus əşyaları götürmək üçün gəldikdə otaqda olan bəzi əşyalarının dağınıq olduğunu görmüş, bu barədə zəng edib qardaşından xəbər alsa da, sonuncu məlumatsız olmuş, sonradan evinin plastikdən olan pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, evdə olan əşyalarına nəzər yetirdikdə paltar şkafında olan bir ədəd 888 manata kreditlə aldığı «Lenovo» markalı notbukunun və bir ədəd 100 manat dəyərində «Samsunq Tab» markalı planşetinin yerində olmadığını görmüş, evinə naməlum şəxsin pəncərədən daxil olmaqla oğurluq etdiyini yəqin etdiyi üçün DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vurmaqla şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2011-ci ildə Masazır kəndində torpaq alıb ev tikdirməyə başlamış, lakin evin təmirini tamamlamadığı üçün oraya köçməmişdir. 12.07.2019-cu il tarixdə saat 23 radələrində həmin evdə olmuş, evdən getdikdə dəmir qapını və darvazanı bağlamış, 14.07.2019-cu il tarixdə yenidən evinə qayıtdıqda darvazanın qapısını açıb içəri girmiş, həmin vaxtv dəmir seyf qapının əlcəyinin sındırılmış olduğunu görmüş, evin sağ tərəfinə nəzər saldıqda zirzəminin həyətə çıxan pəncərəsinin üzərindəki dəmir barmaqlığın sındırıldığını görmüş, belə olduqda evin qapısını açmadan DİN-nin 102 xidmətinə zəng vuraraq evindən oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə evinə baxış keçirdikdə orada quraşdırılmış 1300 manat dəyərində bir ədəd «Ferolli» markalı 32-lik kombi aparatının, evin 2-ci mərtəbəsində yataq otağının qarderobunda quraşdırılmış bir ədəd 1300 manat dəyərində «Ferolli» markalı, 32-lik kombi aparatının, evin 3-cü mərtəbəsində yerləşən mansardan 300 manat dəyərində bir ədəd «Poverfull» markalı 26 diaqonallı televizorunun, ümumi 220 manat dəyərində iki ədəd «İnterskol» markalı drelin, 150 manat dəyərində bir ədəd elektrik mişarının, 400 manat dəyərində bir ədəd «Bosch» markalı prefaratorun, 180 manat dəçyərində bir ədəd əl drelin, 700 manat dəyərində bir ədəd boruyapşırıcı ütünün, 180 manat dəyərində «Makita» markalı laqondanın və ümumi 200 manat dəyərində müxtəlif tikinti materiallarının, yəni ümumilikdə 5130 manat dəyərində əmlakının oğurlandığını aşkar etmişdir. Hazırda şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2012-ci ildə Masazır kəndi, Cantəpə adlanan ərazidə 2 sot torpaq sahəsi almış və orada ikimərtəbəli ev tikdirmiş, evin qapı, pəncərələri qoyulmuş, dəmir barmaqlıqlar üzərindədir, hazırda evin içərisində təmir işləri aparılmaqdadır. Sonuncu dəfə evində 08.12.2019-cu il tarixdə olmuş, 15.12.2019-cu il tarixdə evinə baxmağa gəldikdə evin zirzəmisində olan dəmir qapının əyilərək yararsız hala salındığı, evin ikinci mərtəbəsinə nərdivan qoyulduğunun şahidi olmuş, evin giriş qapısını açıb ikinci mərtəbəyə çıxdıqda orada olan hər topun dəyəri 90 manat olan ümumi 630 manat dəyərində “Borsan” firmasına məxsus 4 mm-lik elektrik naqilinin, 90 manat dəyərində bir top “Borsan” markalı televizor naqilinin, hər birinin dəyəri 60 qəpik olan ümumi 36 manat dəyərində 60 ədəd “Borsan ” elektrik qutusunun, hər birinin dəyəri 8 manat olan ümumi 240 manat dəyərində 30 ədəd “Borsan” razetkasının, hər birnin dəyəri 7 manat olan ümumi 210 manat dəyərində 30 ədəd “Borsan” elektrik avtomatının, hər birinin dəyəri 25 manat olan ümumi 50 manat dəyərində 2 ədəd elektrik avtomat qutusunun oğurlandığının şahidi olmuş, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1256 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu, Masazır kəndində ikimərtəbəli fərdi həyət evi vardır və həmin evin yerdəşdiyi həyətyanı torpaq sahəsi hər tərəfdən mişar daşı ilə hasara alınmışdır. 15 dekabr 2019-cu il tarixdə evdə olmadığı vaxt yaşadığı evin həyətinə Əmrah adlı qonşuluqda yaşayan şəxs girmiş və evin ikinci mərtəbəsində qapının üzərindəki dəmir barmaqlığı sındırıb evə daxil olmaq istədikdə qonşusu Şahid3 bunu görmüş və Əmrahı tutmuşdur. X11 əlindən qaçıb getdiyi üçün onu saxlaya bilməmiş, bundan sonra qonşusu Şahid3 mənə bu barədə məlumat vermiş və o da baş vermiş hadisə ilə bağlı polisə gəlib ərizə vermişdir. Göstərmişdir ki, Əmrah adlı şəxs onun evinə girməyə cəhd etmiş və həmin vaxtı qonşusu Şahid3 tərəfindən tutulmuşdur. Onun evindən hər hansı əşyası oğurlanmamış, yalnız Əmrah tərəfindən əmlakının oğurlanmasına cəhd edilmişdir. Zərərçəkmiş şəxs11 məhkəməyə teleqram vurmaqla şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 olunun elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu, Masazır kəndi yeni məhəllədə 2 sot torpaq sahəsi almış və həmin torpaq sahəsində təxminən 2 il olar ki, ikimərtəbəli 110 kvadrat metr sahəsi olan fərdi ev tikdirmişdir, lakin evin tikintisi başa çatsa da, təmir olunmadığı üçün yaşayır yoxdur. Hazırda evin birinci mərtəbəsindən zirzəmi kimi istifadə edir. Fərdi ev mişar daşı ilə hörülmüş, hasarla əhatələnmişdir. Həyətin giriş qapısı olmasa da, həyətə giriş qapalı olmuşdur. Evin giriş qapısı taxtadındır. Sonuncu dəfə 19 noyabr 2019-cu il tarixdə fərdi həyət evində olmuş, evdə hər hansı bir dağıntı, oğurluq baş verməmiş, 22 oktyabr 2019-cu il tarixdə saat 20 radələrində fərdi həyət evinə gəldikdə evin taxtadan olan giriş qapısının sındırılmış vəziyyətdə olduğunu görmüş, belə ki, evin taxtadan olan giriş qapısı sındırılaraq petləsindən çıxmiış, bundan sonra evinə daxil olduqda məlum olmuşdur ki, naməlum şəxslər evinə daxil olaraq əmlakını oğurlamışlar. Evinə baxdıqda məlum olmuşdur ki, evdən bir ədəd 200 manat dəyərində qırmızı rəngli velosiped, bir ədəd 300 manat dəyərində betonqarışdıranın mühərriki, hər bir topnun dəyəri 100 manat olan, ümumi 200 manat dəyərində 2 top elektrik naqili və hər birinin dəyəri 5 manat olan ümumi 100 manat dəyərində 20 ədəd elektrik açarı oğurlanmışdır. Bundan sonra baş vermiş oğurluq hadisəsi ilə bağlı Pİ-nə müraciət etmişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə teleqram vurmaqla şikayətçi olduğunı bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Cantəpə adlanan ərazidə 3 sot torpaq sahəsi almış və orada ikimərtəbəli ev tikdirmiş, hazırda evdə təmir işləri aparılmaqdadır. Sonuncu dəfə həmin evdə 20.12.2019-cu il tarixdə olmuş, 02 yanvar 2020-ci il tarixdə saat 11 radələrində həmin evə gəlmiş, evin sol tərəfinə keçdikdə orada olan plastik pəncərənin üzərindəki dəmir barmaqlığın qoparılaraq yerə qoyulduğunun şahidi olmuş, evə keçdikdə orada saxladığı bir çox tikinti alətlərinin oğurlandığının şahidi olmuş, belə ki, evin birinci mərtəbəsindən bir ədəd 150 manat dəyərində“Bosch” markalı laqonda, bir ədəd 100 manat dəyərində“Bosch” markalı lobzik, bir ədədi 5 manat olmaqla, ümumi 15 manat dəyərindəüç ədəd çəkic, bir ədədi 11 manat olmaqla ümumi 22 manat dəyərində iki ədəd dəmirçi kəlbətin, hər biri 6 manat olmaqla ümumi 18 manat dəyərindəüç ədəd kəlbətin, hər biri 5 manat olmaqla ümumi 25 manat dəyərində 5 ədəd bel və bir metri 1,2 manat olan ümumi 600 manat dəyərində 4-lük 500 metr uzunluğunda 4-lük elektrik naqili oğurlanmış və baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 930 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, Binəqədi qəsəbəsi, 1-ci Mədən ərazisində özü üçün fərdi ev tikdirmiş, həmin evə mütəmadi olaraq baş çəkmiş, sonuncu dəfə 2019-cu ilin oktyabr ayının əvvəllərində evə baş çəkmiş və hər şey qaydasında olmuş, 16 oktyabr 2019-cu il tarixdə yenidən evinə baş çəkmək üçün gəldikdə evin qonaq otağının plastikdən olan pəncərəsinin sıxılaraq açıldığını görmüş, evə daxil olduqda orada olan 105 manat dəyərində kollektorun və 500 manat dəyərində elektrik naqillərinin oğurlandığının şahidi olmuş, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 605 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi F.Əliyev küçəsində özünə məxsus bir ədəd kürsülü birmərtəbəli ev tikdirmiş, sonuncu dəfə həmin evdə 18 mart 2019-cu ildə olmuş və hər şey öz qaydasında olmuşdur. 23 mart 2019-cu il tarixdə həmin evdə kirayə yaşayan Azər Əhmədov ona zəng vuraraq rayona hüzürə getdiyini bildirmiş, 25 mart 2019-cu il tarixdə saat 23 radələrində Azər Əhmədov ona zəng vuraraq evuin sol divarına vurulmuş kombi aparatının, 2 ədəd elktrik gücləndiricisininevin giriş qapısının qarşısına quraşdırılmış sü mühərrikinin oğurlanması barədə ona məlumat vermiş, o da oğurluq barədə məlumat aldıqdan sonra evinə gəlmiş və oradan həqiqətən oğurluq olmasının şahidi olmuş, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1965 manat dəyərində maddi ziyan vurulmuşdur. Hazırda şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, BDYPİ-nin yanı, Dəyirman yolu istiqamətində yerləşən yeni yaşayış massivindəki nömrəsiz həyət evi ona məxsusdur. 2019-cu ilin yanvar ayında həmin evin təmirini yekunlaşdırıb, evləcə də yadında qalmayan 700 manata kombi apparatı quraşdırıb oraya ailəsi ilə birlikdə köçmüşdür. Təxminən 2019cu ilin avqust ayının sonunda yas mərasimi ilə əlaqədar olaraq ailəsi ilə birlikdə Gədəbəy rayonuna getmiş, orada təxminən 10 gün qalmış, lakin oğlu Peyman onlardan bir qədər tez, yəni 05 sentyabr 2019-cu il tarixdə saat 17 radələrində evə gəldikdə giriş darvazasının qapısını açıb həyətə daxil olduqda həyətdə quraşdırılmış və divara bərkidilmiş kombi aparatının yerində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar edərək bu barədə ona telefonla zəng edib məlumat vermişdir. O, həmin günü axşam saat 21 radələrində Gədəbəydən 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumamt vermiş, özü isə 06 sentyabr 2019-cu il tarixdə evə qayıdaraq Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona 700 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2017-ci ilin əvvəllərindən etibarən özünə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Vulkan dağı yaxınlığında boş ərazidə ev tikdirir, həmin evə nəzarət etməyi yaxınlıqda yaşayan qonşulara tapşırmışdır. 03 noyabr 2019-cu il tarixdə yaşadığı İmişlit rayonunda olan zaman Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Vulkan dağı yaxınlığında olan evinin yanında qonşuluqda yaşayan Elxan adlı qonşusu ona zəng edərək evinin pəncərəsinin açıq vəziyyətdə olduğunu bildirmi ş, həmin vaxtı o, qonşu Elxan evin içərisinə baxmasını xahiş etmiş, bir qədər sonrap Elxan ona zəng edərək evin içərisində olan elektrik naqillərinin oğurlanması barədə məlumat vermiş, O da baş vermiş hadisə ilə bağlı Binəqədi rayon Pİ-nin 43-cü PB-nə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində onun 400 metr uzunluğunda elektrik naqilləri oğurlanmış və nəticədə 300 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndində ikimərtəbəli fərdi həyət evi vardır. Həmin evin yerdəşdiyi həyətyanı torpaq sahəsi hər tərəfdən mişar daşı ilə hasara alınmış, fərdi evinin tikintisi başa çatsa da, təmiri qurtarmadığı üçün həmin evdə yaşayış yoxdur. 20 dekabr 2019-cu il tarixdə günorta radələrində fərdi evində olmuşdur. 21 dekabr 2019-cu il tarixdə günorta radələrində evinə baş çəkmək üçün gəldikdə evin yan tərəfində olan plastik pəncərənin üzərindəki dəmir barmaqlığın yerindən qoparıldığının və pəncərənin də açıq vəziyyətdə olduğunu görmüş, bundan sonra evin giriş qapısını açıb içəri girdikdə evin divarlarına çəkdirdiyi elektrik naqillərinin kəsilərək yerindən qoparıldığının şahidi olmuş, buna görə də baş vermiş hadisə ilə bağlı polisə gəlib ərizə vermişdir. Fərdi evindən ümumi 400 metr uzunluğunda 4 mm-lik elektrik naqili oğurlanmış və baş vermiş oğurluq nəticəsində 140 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində 5 sot torpaq sahəsi vardır və həmin torpaq sahəsində 2015-ci ildə ikimərtəbəli fərdi yaşayış evi tikdirməyə başlamışdar. Həmin tikinti hazırkı vaxtadək davam edir, ev hazır olsa da, imzanı olmadığı üçün təmir edib köçə bilməmişdir. Sonuncu dəfə təxminən 05.01.2020-ci ildə evinə nəzarət üçün getmiş, həmin vaxtı evindən hər hansı oğurluq baş verməmişdir. 12.01.2020-ci il tarixdə saat təxminən 14 radələrində evinə getmiş, orada olarkən evin giriş pilləkənlərinin üstündə olan taxtaların bir hissəsinin aralı olduğunu görmüş, bundan sonra evə daxil olmuş və görmüşdür ki, evin girişdən dama giriş çıxış üçün olan qapı açıq vəziyyətdədir. Bundan sonra görmüşdür ki, naməlum şəxslər evain elektrik naqillərinin quraşdırıldığı yerdən çıxararaq oğurlamışlar. Evindən naməlum şəxslər tərəfindən 7 top elektrik naqili oğurlamış və baş vermiş oğurluq nəticəsində ona 800 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu, Masazır kəndində fərdi həyət evi vardır, həmin həyətyanı torpaqs ahəsi 3 sot olmaqla 2009-cu ildə almış, torpaq sahəsini hər tərəfdən mişar daşı ilə hasara aldıqdan sonra 2012-ci ildə birmərtəbəli kürsülü ev tikdirmiş, evdə təmir işləri aparsa da, hal hazırda həmin evdə yaşamır, lakin arabir gəlib evinə nəzarət edir. Sonuncu dəfə evində 15 avqust 2020-ci il tarixdə olmuş, 23 noyabr 2020-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, Masazır kəndindəki evinə getmiş, həyətə daxil olduqda evin plastik pəncərəsinin açıq olduğunu görmüş, evin dəmir qapısını açıb içəri daxil olduqda yerdən qoyulmuş dəqiq markası yadında qalmayan, təxminən Ariston markalı su qızdırıcının yerində olmadığını, həmçinin evdə elektrik uzadıcının, dirzəmidən isə əl arabasının yerində olmadığını görmüş, bu barədə Abşeron rayon Pİ-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram vurmaqla şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq adalanan ərazidə 3 sot torpaq sahəsi vardır, həmin torpaq sahşəsində özünə fərdi yaşayış evi tikdirmiş, lakuin orada yaşamır, belə ki, evində təmir işləri aparılır. X8 isə həmin evində usta işləyir və həmin evə sonnucu özü nəzarət edir. 09.11.2020-ci il tarixdə saat təxminən 15-16 radələrində evində usta işləyən Zahir adlı şəxs onun telefonuna zəng vuraraq evdən elektrik naqillərini və istilik sisteminə aid kollektirləri naməlum şəxslər oğurlamışlar. Bununla bağlı Zaşir ona bildirmişdir ki, bu barədə DİN-nin 102 xidmətinə də oğurluq barədə məlumat vermişdir. Bundan sonra o, 11.11.2020-ci il tarixdə Abşeron rayonuna gəlmiş və Masazır qəsəbəsində yerləşən evindən oğurluq olmasının şahidi olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona 510 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs14 elan olunmuş ifadəsindən görünür ki, təxminən 10 ildir Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən torpaq sahəsində fərdi yaşayır evi tikdirmiş, həmin torpaq sahəsində müvəqqəti yaşamaq üçün dəmir vaqondan otaq düzəldib oraya əşya yığmışlar. Otağa dəmir seyf qapısı qoyulmuş, 13.11.2020-ci il taritxdə səhər saatlarında Masazır qəsəbəsində tikdirməkdə olduğu həmin fərdi yaşayış evinə getmiş və həmin vaxtı köməkçi otağa baş çəkdikdə hər şeyin qaydasında olduğunu görmüşdür. 14.11.2020-ci il tarixdə günorta saatlarında yenidən Masazır qəsəbəsindəki torpaq sahəsinə gəlmiş və həmin vaxtı həyətdə olan köməkçi otağın dəmir qapısının kilidinin qırıldığını görmüş, otağa baxdıqda oradan iki ədəd ofis üçün olan örtüklə kreslonun, bir ədəd mikser məişət aparatının və yarımtikilinin içərisində olan bir ədəd plastmass qabaq stolun oğurlandığını aşkar etmiş, baş vermiş oğurluq nəticəsində ona 500 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs14 məhkəməyə teleqram vurmaqla şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində özünə məxsus fərdi yaşayır evi tikdirir, həmin ev təmirsiz olduğu üçün orada yaşamır. Sonnucu dəfə 01.12.2018-ci il tarixdə həmin evdə olmuş, 31.12.2018-ci il tarixdə evə gəlib baş çəkdikdə görmüşdür ki, evin divarlarına çəkilmiş təxminən 2000 metr uzunluğunda olan elektrik naqilləri kəsilərək oğurlanmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə və Abşeron rayon Pİ-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində evitn divarlarına çəkdirdiyi 2000 metr uzunluğunda elektrik naqili oğurlanmış və ona 5000 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, 2019-cu ilin noyabr ayının axırlarında işdə olduğu zaman üzdən tanıdığı Əmrah adlı şəxs ona yaxınlaşmış və atasının Rusiyadan notbuk və telefon gətirdiyini, notbuku pulu olmadığı üçün satmaq istədiyini bildirmiş, Əmrahdan notbukun qiyməti barədə maraqlandıqda onu 350 manata satdığını, ilkin olaraq 120 manat verməyi, qalan pulu isə hissə-hissə ödəməyi bildirmiş, o üstündə 20 manat pul olduğunu, həmin pulu ödəyib qalan pulu hissə-hissə ödəyə biləcəyini demiş, Əmrah onunla razılaşdığı üçün 20 manatı Əmraha vermiş və notbuku ondan almış, bir gün sonra isə şəxsi işi ilə əlaqədar olaraq Bərdə rayonuna getmişdir. 04.12.2016-cı il tarixdə yaşadığı evə qayıtmış, 06.12.2019-cu il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq Əmrahın ona satdığı notbukun oğurluq olması barədə məlumat vermişdir. Göstərmişdir ki, Əmrah ona satdığı notbukun atası tərəfindən Rusiyadan gətirildiyini demiş, həmin notbukun oğurluq olmasından xəbərsiz olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayının ortalarında çörək almaq üçün evlərinin yanında olan dükana getmiş, orada təsadüfən tanıdığı Əmrah adlı şəxslə rastlaşmış, sonuncu ona Samsunq markalı planşet təklif etmiş və 50 manata satmaq istədiyini bildirmiş, o, həmin planşeti haradan əldə etməsi barədə Əmrahdan soruşduqda sonuncu oan həmin planşeti atasının Rusiyadan gətirdiyini demişdir. O, planşetin baha satıldığını deyərək 25 manata almaq istədiyini və atasına bu barədə deməsini, əgər razı olarsa, planşeti aparıb onların evinə verməyi bildirmiş, təxminən bir saat sonra anası ona zəng vurmuş və Əmrahın bir planşet gətirdiyini, 25 manat pul istədiyini ona bildirmiş, o da anasına Əmraha 25 manat pul verməsini bildirmiş, bundan sonra evinə qayıtdıqda həmin planşeti istifadə etməyə başlamışdır. Göstərmişdir ki, Əmrah ona satdığı planşetin atası tərəfindən Rusiyadan gətirildiyini demiş, həmin planşetin oğurluq olmasından xəbərsiz olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs11 mənim qonşusudur, onunla normal münasibəti vardır. 15 dekabr 2019-cu il tarixdə yaşadığı evdə olarkən qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs11 hasarından Əmrah adlı şəxsin keçdiyini görmüş, həmin vaxtı Əmrahın əlində mismar çıxaran kiçik lom olmuş, Əmrah hasardan çıxarkən onu tutub saxlamağa cəhd etmiş, lakin Əmrah onun əlindən sürüşərək qaçıb getmiş, belə olduqda baş vermiş hadisə ilə bağlı qonşusu Hüseynə məlumat vermiş və Hüseyn evinə gəlmiş, sonra isə hər ikisi polis idarəsinə gələrək hadisə ilə bağlı ərizə yazıb şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhərinin müxtəlif ərazilərindən metal yığmaqla məşğul olur, metalın hər kiloqramını 10-15 qəpikdən qəbul edib dəmir yığma məntəqələrinə 20-25 qəpiyə satmaqla çörək pulu qazanır. 2019-cu ilin mart ayında bir nəfər azyaşlı uşağın əl arabası ilə dəmir məmulatlarını satdığını görüb həmin məmulatları kombi istilik aparatını ondan 20 manata almış və dəmir qəbulu məntəqəsinə təhvil vermiş, bundan sonra həmin azyaşlı uşaqla bir daha rastlaşmamışdır. O, aldığı yararsız aparatın oğurluq olmasından xəbərsiz olmuş, bu barədə azyaşlı uşaq ona bir söz deməmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, fərdi qaydada əlvan metal və qara metalın qəbulu ilə məşğul olur. Metal qəbulu məntəqəsi Bakı şəhəri, Binəqədi rayonu BYDPİ-nin yanında yerləşən Mir inşaat tikinti materialları ilə üzbəüz Binəqədi şossesində yerləşir. Dəqiq tarixi xatırlamadığı vaxt 2019-cu ilin sentyabr ayının əvvəlləri, axşam radələrində iki nəfər, yaşı təxminən 14-15 olan oğlan uşaqları iş yerinə gələrək zibillikdən tapdıqları kombi aparatının metaldan olan qalıqlarını ona göstərib almağı təklif etdilər. O, tamamilə yararsız halda misdən olan ehtiyat hissələrinə baxıb 5 manata, nazik dəmirdən olan kombi aparatının üz hissəsini isə 10 manata alaraq bir neçə gündən sonra adını bilmədiyi metal emalı nümayəndəsinə başqa metallarıla birlikdə satmışdır. Sonradan ona həmin satılmış kombi ehtiyat hissələrinin bir həyətdən oğurlunmış kombi aparatının hissələri olduğunu bilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 21.01.2020-ci il tarixli, 939 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, - Çində istehsal edilmiş 1 ədəd «Lenovo» markalı 330-15 İGM model, İntel Celeron N4000, ram 4GB, HDD 1 TB xüsusiyyətli notbuk– 300 manat - Vyetnamda istehsal edilmiş 1 ədəd «Samsunq» markalı, «CM-T231» model, **********68499/01 İMEİ kodlu planşet - 60 manat - Çində istehsal edilmiş 1 ədəd «Lenovo» markalı adaptor – 10 manat - Çində istehsal edilmiş 1 ədəd «Dell» markalı adaptor – 10 manat - Çində istehsal edilmiş 1 ədəd «Hp» markalı maus– 5 manat - Çində istehsal edilmiş 1 ədəd «İ-İİX» markalı maus– 5 manatdır. Sübutların qiymətləndirilməsinə haqqında qərardan görünür ki, Çində istehsal edilmiş 1 ədəd «Lenovo» markalı 330-15 İGM model, İntel Celeron N4000, ram 4GB, HDD 1 TB xüsusiyyətli notbuk, Vyetnamda istehsal edilmiş 1 ədəd «Samsunq» markalı, «CM-T231» model, **********68499/01 İMEİ kodlu planşet, Çində istehsal edilmiş 1 ədəd «Lenovo» markalı adaptor, Çində istehsal edilmiş 1 ədəd «Dell» markalı adaptor, Çində istehsal edilmiş 1 ədəd «Hp» markalı maus və Çində istehsal edilmiş 1 ədəd «İ-İİX» markalı maus sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 17.12.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 17.12.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs8 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı şikayəti, tələbi və iddiası yoxdur. Zərərçəkmiş şəxs15 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı şikayəti, tələbi və iddiası yoxdur. Zərərçəkmiş şəxs9 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı şikayəti, tələbi və iddiası yoxdur. Zərərçəkmiş şəxs14 tərəfindən məhkəməyə poçt vasitəsi ilə verilmiş teleqramdan görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı şikayəti, tələbi və iddiası yoxdur. Zərərçəkmiş şəxs11 oğlu tərəfindən məhkəməyə poçt vasitəsi ilə verilmiş teleqramdan görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı şikayəti, tələbi və iddiası yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə poçt vasitəsi ilə verilmiş teleqramdan görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddəsi, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nın CM-nın 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.2-ci maddəsinə əsasən cinayət törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs11 oğlu və Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayətlər törətməsini, hazırkı iş üzrə cinayətin epizodlarının çoxluğu, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş nəzarət altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05.10.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət törədərkən yetkinlik yaşına çatmamasını, Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9la barışıq əldə etməsi nəticəsində həmin zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Çində istehsal edilmiş 1 ədəd «Lenovo» markalı 330-15 İGM model, İntel Celeron N4000, ram 4GB, HDD 1 TB xüsusiyyətli notbuk, Vyetnamda istehsal edilmiş 1 ədəd «Samsunq» markalı, «CM-T231» model, **********68499/01 İMEİ kodlu planşet, Çində istehsal edilmiş 1 ədəd «Lenovo» markalı adaptor, Çində istehsal edilmiş 1 ədəd «Dell» markalı adaptor, Çində istehsal edilmiş 1 ədəd «Hp» markalı maus və Çində istehsal edilmiş 1 ədəd «İ-İİX» markalı maus ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq və və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçilər təyin olunmuş, Abşeron Rayon Vəkil Bürosunun və Xırdalan Şəhər Vəkil Bürosunun verdiyi orderlərlə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi1 90 saat göstərdiyi hüquqi yardıma görə 540 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 Abşeron Rayon vəkil bürosunun müdafiəçisi vəkil X6 90 saat göstərdiyi hüquqi yardıma görə 540 manat məbləğində pul Abşeron Rayon Vəkil Bürosunun hesablaşma hesabına, Təqsirləndirilən şəxs1 müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi4 76 saat göstərdiyi hüquqi yardıma görə 456 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 76 saat göstərdiyi hüquqi yardıma görə 456 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs16 Vaqif oğluna, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7 dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş nəzarət altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 05.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəsinə əsasən cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Çində istehsal edilmiş 1 ədəd «Lenovo» markalı 330-15 İGM model, İntel Celeron N4000, ram 4GB, HDD 1 TB xüsusiyyətli notbuk, Vyetnamda istehsal edilmiş 1 ədəd «Samsunq» markalı, «CM-T231» model, **********68499/01 İMEİ kodlu planşet, Çində istehsal edilmiş 1 ədəd «Lenovo» markalı adaptor, Çində istehsal edilmiş 1 ədəd «Dell» markalı adaptor, Çində istehsal edilmiş 1 ədəd «Hp» markalı maus və Çində istehsal edilmiş 1 ədəd «İ-İİX» markalı maus ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs16 Vaqif oğluna, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7 dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilsin. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi1 90 saat göstərdiyi hüquqi yardıma görə 540 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 Abşeron Rayon vəkil bürosunun müdafiəçisi vəkil X6 90 saat göstərdiyi hüquqi yardıma görə 540 manat məbləğində pul Abşeron Rayon Vəkil Bürosunun hesablaşma hesabına, Təqsirləndirilən şəxs1 müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi4 76 saat göstərdiyi hüquqi yardıma görə 456 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 76 saat göstərdiyi hüquqi yardıma görə 456 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar