Məhkəmə qərarları › İş №1(012)-445/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-445/2021

01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-445/2021 01.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X2, zərərçəkmiş şəxsin hüquqi varisi X3, zərərçəkmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, «GFS» şirkətində gözətçi işləyən, Bakı şəhəri Nəsimi rayonu 2-ci mikrorayon M.Seyidzadə küçəsi 23 ev mənzil 39-da qeydiyyatda olmaqla həmin mənzildə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 və xx.xx.1978-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri mikrorayon 13 ev 53 mənzil 53-də qeydiyyatda olmaqla Corat qəsəbəsində kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 13 dekabr 2020-ci ildə saat 16:45-də Bakı-Quba - Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində idarə etdiyi Zərərçəkmiş şəxs2 qızma məxsus RENAULT TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən, normal hərəkət zamanı vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ hissəsi ilə hərəkət etməli olduğu halda bunu etməyib «X15» Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini və 1.1 üfüqi nişanlanma xəttini kəsib keçərək «X15» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun orasmdakı bütöv ağ nişanlanma xəttinin üzərində RENAULT TONDAR minik markalı avtomobilin arxa sol qapı hissəsi Quba rayonu istiqamətində 57 km/saat sürətlə hərəkətdə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Təqsirləndirilən şəxs1 sol baldır nahiyəsinin orta 1/3-nin sıyrığı kimi dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan xəsarət yetirməsinə, RENAULT TONDAR minik markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, hemapnevmatoroksla (döş boşluğuna qanın və havanın toplanması) müşahidə olunan sağ tərəfli İ, sol tərəfli İ, İİ, İİİ, İV, V, Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, sol körpücük sümüyünün və sol bazu sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınıqları, sol qaş nahiyəsinin, sol üst göz qapağından keçən əzilmiş- cırılmış yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətləri yetirməsinə, X10ma açıq kəllə beyin travması, kəllə tağı sümüklərinin açıq mürəkkəb qəlpəli sınıqları, beyin toxumasının xaricə tökülməsi ilə müşayiət olunan geniş sahəli əzilmiş-cırılmış yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlərini yetirərək ölümünə, HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə 9250 manat maddi ziyan vurmasına və RENAULT TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs2 4450 manat maddi ziyan vurmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs1 13 dekabr 2020-ci ildə saat 16:45-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində 57 km/saat sürətlə hərəkətdə olarkən, normal hərəkət zamanı vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ hissəsi ilə hərəkət etməli olduğu halda bunu etməyib «Yoi hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini və 1.1 üfüqi nişanlanma xəttini kəsib keçərək «X15» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun orasındakı bütöv ağ nişanlanma xəttinin üzərində HYUNDAİ HD 65 yük markalı avtomobilin qabaq sol hissəsi Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi Zərərçəkmiş şəxs2 qızma məxsus RENAULT TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapı hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan RENAULT TONDAR minik markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 qızma qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, hemapnevmatoroksla (döş boşluğuna qanın və havanın toplanması) müşahidə olunan sağ tərəfli İ, sol tərəfli İ, İİ, İİİ, İV, V, Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, sol körpücük sümüyünün və sol bazu sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınıqları, sol qaş nahiyəsinin, sol üst göz qapağından keçən əzilmiş-cırılmış yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətləri yetirməsinə, X10ma açıq kəllə beyin travması, kəllə tağı sümüklərinin açıq mürəkkəb qəlpəli sınıqları, beyin toxumasının xaricə tökülməsi ilə müşayiət olunan geniş sahəli əzilmiş-cırılmış yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlərini yetirərək ölümünə, HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə 9250 manat maddi ziyan vurmasına və RENAULT TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs2 4450 manat maddi ziyan vurmasına səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla özünə məxsus RENAULT TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 13 dekabr 2020-ci ildə səhər saatlarında idarə etdiyi RENAULT TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobildə anası Məryam, bacısı Alidə, bacısı qızları Aylin, Aminə və əmisi oğlu Oqtay sərnişin qismində olmaqla Bakı şəhərindən çıxıb Siyəzən rayonuna getmişlər. Həmin gün axşam saatlarında idarə etdiyi avtomobildə Oqtay qabaq sağ oturacaqda, arxa oturacaqda sağ tərəfdə anası Məryam, onun yanında Aylin, sol tərəfdə Alidə qucağında yatmış 2018-ci il təvəllüdlü uşağı Amina olmaqla sərnişin qismində oturaraq Siyəzən rayonunundan Bakı şəhərinə yola düşmüşlər. Həmin gün saat 16:45 radələrində idarə etdiyi RENAULT TONDAR minik markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Bakı şəhəri istiqamətinə nəzərdə tutulan yol təmirlə əlaqədar bağlı olduğu üçün, avtomobillər həmin hissədə ortadan bütöv ağ nişanlanma xətti ilə nişanlanmış Quba rayonu istiqamətinə olan birtərəfli yoldan istifadə edərək qarşılıqlı hərəkəti davam etmişlər. Yolun Bakı şəhəri istiqaməti üçün nəzərdə tutulan sağ cərgəsi ilə bütöv ağ nişanlanma xəttindən təxminən 60 sm aralı olmaqla öz hərəkət yolu ilə 70 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkəti davam edərkən 40- 50 metr məsafədə qarşıdan əks istiqamətdə hərəkətdə olan HYUNDAİ markalı yük avtomobilinin onun üstünə gəldiyini görmüş, qəzadan yayınmaq üçün yalnız sükanı sağa çəkib avtomobili sağa qaçırmış, hərəkəti üçün təhlükə yarandığı andan təxminən 9-10 saniyə sonra idarə etdiyi avtomobilin sol arxa hissəsi həmin HYUNDAİ markalı yük avtomobilinin qabaq sol hissəsi ilə toqquşmuşdur. Nəticədə yük avtomobili onun idarə etdiyi avtomobilin qapısını yerindən qoparmış və baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobildə olan ailə üzvləri xəsarət almışlar. Aminanın xəsarəti ağır olmuş, dərhal yoldan keçən taksi ilə Aminanı və Alidəni Sumqayıt şəhər TTY xəstəxanasına aparmışlar. Amina aldığı xəsarətlərdən ölmüşdür. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Hazırda zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2020ci ilin sentyabr ayından Sumqayıt şəhəri ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə sürücü işləməklə həmin MMC-yə məxsus HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri ərazisində olan çörək mağazalarına çörək daşıyır. 13 dekabr 2020-ci ildə səhər saatlarında Sumqayıt şəhərində idarə etdiyi həmin avtomobilə çörək yükləyərək MMC-nin ekspediteli Faiq avtomobilə sərnişin qismində minib Bakı şəhərinə gedərək mağazalara çörəyi payladıqdan sonra Sumqayıt şəhərinə yola düşmüşlər. Saat 16:45 radələrində idarə etdiyi HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən yolun Abşeron rayonu ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətinə nəzərdə tutulan yol təmirlə əlaqədar bağlı olduğu üçün, avtomobillər həmin hissədə ortadan bütöv ağ nişanlanma xətti ilə nişanlanmış Quba rayonu istiqamətinə olan birtərəfli yoldan istifadə edərək qarşılıqlı hərəkəti davam etmişlər. Yolun Quba istiqaməti üçün nəzərdə tutulan sağ cərgəsi ilə bütöv ağ nişanlanma xəttindən təxminən 30-40 sm aralı olmaqla öz hərəkət yolu ilə 50-60 km/saat sürətlə Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda təxminən 150 metr məsafədə əks istiqamətdə hərəkətdə olan RENAULT markalı avtomobil qarşısında olan avtomobili ötmək üçün bütövlükdə onun hərəkətdə olduğu hissəyə daxil olub yenidən geri qayıtmış, ikinci dəfə onun hərəkətdə olduğu yola çıxıb öz yoluna qayıdarkən idarə etdiyi avtomobilin qabaq sol hissəsi həmin avtomobilin arxa sol qapı hissəsi ilə toqquşmuş, bundan sonra idarə etdiyi avtomobil 1-2 metr hərəkət edib yolun sağında dayanmışdır. Həmin avtomobil onun hərəkətdə olduğu hissəyə daxil olub geri qayıdanda və təhlükəni görüb sağa manevr etməyinə və toqquşma baş verənə qədər 6-7 saniyə vaxt keçmişdir. Hadisə nəticəsində avtomobilin sol qapısı onu sıxaraq sol ayağından xəsarət almış, Faiq isə xəsarət almamışdır. Sonradan məlum olmuşdur ki, idarə etdiyi avtomobillə toqquşan avtomobildə azyaşlı bir uşaq aldığı xəsarətlərdən ölmüş, digər sərnişin isə xəsarət almışdır. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 13 dekabr 2020ci ildə saat 12 radələrində yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi döngə 1 nömrəsiz fərdi evin həyətindən qardaşı Təqsirləndirilən şəxs2 idarə etdiyi RENAULT TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində minərək arxa oturacaqda sol tərəfdə oturmuşdur. Yanında uşuqları, yəni 2018-ci il təvəllüdlü X7 və 2014-cü il təvəllüdlü X8 və anası Zərərçəkmiş şəxs2 Fərhad qızı oturaraq Siyəzən şəhərinə atasının qəbrini ziyarət etməyə getmişlər. Qəbri ziyarət etdikdən sonra Siyəzən şəhərində yaşayan əmisigilə getmişlər. Əmisigildən saat 15 radələrində qardaşının idarə etdiyi həmin avtomobillə evlərinə qayıtmaq üçün yola düşmüşlər. Avtomobilin arxa oturacağında sol tərəfdə özü, qucağında yatmış vəziyyətdə olan qızı Amina, yanında qızı Aylin və anası, qabaq sağ oturacaqda isə əmisi oğlu Şahid1 oturmuşlar. Yolda yatmışdır. Avtomobili idarə edən qardaşı Dadaş birdən qışqırıb «maşın üstümüzə gəlir» dedikdə səsə yuxudan oyanmışdır. Bu anda əks istiqamətə hərəkət edən yük avtomobili onların üstünə gəlib oturduğu tərəfdən sərnişini olduğu avtomobillə toqquşmuşdur. Zərbədən xəsarət almış, körpə qızı Aminanı qardaşı Dadaş qucağından götürüb hadisə yerindən onu və uşağını taksi ilə Sumqayıt şəhər X16 Xəstəxanasına aparmışdır. 2 həftə xəstəxanada müalicə olunduqdan sonra ona bildirmişlər ki, Amina hadisə zamanı ölmüşdür. Sonradan ona məlum olub ki, hadisə YPXA-nm Saray postunun yaxınlığında baş verib və qardaşının idarə etdiyi avtomobillə toqquşan Təqsirləndirilən şəxs1 idarə etdiyi HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Əlavə olaraq o, Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir şikayət və tələbinin olmadığını, lakin Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olduğunun bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, qızı Amina Qarayeva 03.03.2018-ci ildə Bakı şəhərində doğulmuşdur. 13 dekabr 2020ci ildə saat 18 radələrində arvadının əmisi oğlu Şahid1 ona zəng edərək Bakı-Sumqayıt yolunda avtomobil qəzası keçirdiklərini, qızı Amina və arvadı Alidənin xəsarət aldığını bildirmişdir. Bundan sonra taksi ilə hadisə yerinə gedərək orada heç kim olmadığından Sumqayıt xəstəxanasına getdiklərini öyrənib oraya getmişdir. Xəstəxanada ona bildirmişlər ki, qızı Amina ölmüşdür və arvadı xəsarət almışdır. Bundan sonra qızının meyiti morqa apanlaraq orada müaüinə olunub onlara təhvil verilmiş və meyiti aparıb Xaçmaz rayonunda qəbiristanlıqda dəfn edilmişdir. Əlavə olaraq o, Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir şikayət və tələbinin olmadığını, lakin Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 2012-ci ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə hüquqşünas vəzifəsində işləyir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobili Cəmiyyətində sürücü işləyən Təqsirləndirilən şəxs1 etibarnamə və yol vərəsi əsasında idarə edir. 13 dekabr 2020-ci ildə saat 16:45-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində Təqsirləndirilən şəxs2 idarə etdiyi RENAULT TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən əks istiqamətə hərəkətdə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində avtomobil əzilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə zərər dəymişdir. HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış CPRS əsasən müəyyən etmişlər ki, toqquşma anında, yəni 13.12.2020-ci il saat 16:46:09-da avtomobilin sürəti 57 km/saat, toqquşmadan sonra, yəni 16:46:13-da isə sürət 39 km/saat olmuş və bu anda dayanmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 13.12.2020-ci ildə saat 10:15-də oğlu Təqsirləndirilən şəxs2 idarə etdiyi özünə məxsus Renault Tondar minik markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə öz ərinin qəbrini ziyarət etmək üçün Siyəzən şəhərinə yola düşmüşlər. Həmin vaxt avtomobildə özü, qızı Alidə və Alidənin azyaşlı uşaqlan Amina ilə Aylin və qaynı oğlu Şahid1 olmuşdur. Özü sağ arxa oturacaqda əyləşmiş, qarşısında Oqtay, sürücü Dadaşın arxasında Alidə və onun qucağında Amina, ortada isə Aylin əyləşmişdir. Ərinin qəbrini ziyarət edib saat 15:00 radələrində Siyəzəndən Bakı şəhərinə yola düşmüşlər. Saray postuna yaxınlaşanda Bakı istiqamətində olan yolun təmirlə əlaqədar bağlı olduğunu və Sumqayıt istiqamətində olan yolun hərəkət hissəsi ilə bir tərəfli olaraq nizamlandığını görmüşlər. Saray postunu keçib Bakı istiqamətində bir tərəfli yol ilə hərəkət etmişlər. Sağ tərəflərində də avtomobillər hərəkət etmişlər. Həmin an oğlu Dadaş hündür səslə «üstümüzə maşın gəlir» demişdir. Qarşıya baxanda ağ rəngli avtomobilin yolun onların hərəkətdə olduğu hissəsinə çıxaraq üstlərinə gəldiyini görmüşdür. Dadaş toqquşmamaqdan ötrü sükanı sağa çevirmiş, buna baxmayaraq üstərinə gələn həmin ağ rəngli Hyunday markalı avtomobilin sol ön hissəsi sərnişini olduğu avtomobilin sol arxa qapı hissəsi ilə toqquşmuşdur. Toqquşma oğlu Dadaş qışqırıb «üstümüzə maşın gəlir» dedikdən təxminən 10-12 saniyə sonra baş vermişdir. Toqquşmadan sonra sərnişini olduğu avtomobil fırlanıb yolun sağında olan dəmir məhəccərə dəyərək perpendikulyar vəziyyətdə dayanmışdır. Digər avtomobil isə təxminən 30-40 metr aralıda dayanmışdır. Hadisə nəticəsində özü xəsarət almamış, lakin nəvəsi Amina hadisə yerində ölmüş, qızı Alidə isə xəsarət almışdır. Oğlu Dadaşın idarə etdiyi RENAULT TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində özünə ümumilikdə 4450 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 5 ildir "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə ekspeditor vəzifəsində çalışır və əsas işi Çörəkçi adı ilə tanınan çörəkləri müxtəlif yerlərə paylamaqdır. 13.12.2020-ci ildə MMC-dən 130 yeşik çörək götürüb şəhərin müxtəlif dükanlarına təhvil vermək məqsədi ilə MMC-yə məxsus sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi Hyunday yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobillə işə çıxmışlar. Gün ərzində dükanlara çörəyi paylamışlar və son olaraq Bakı şəhərində olan mağazalara çörəkləri verib saat 16:00 radələrində MMCnin yerləşdiyi Sumqayıt şəhərinə yola düşmüşlər. Hərəkətdə olarkən sürücünün hər hansı qəza şəraiti ilə idarə etdiyini müşahidə etməmiş, sağ oturacaqda əyləşib planşetlə gün ərzində görülən işlərin yazısını aparırmış ki, şirkətə təhvil versin və buna görə yola baxmamışdır. Hərəkətdə olduqları vaxt sərnişini olduğu avtomobil qəflətən toqquşaraq əlində olan planşet yerə düşmüş, özü isə avtomobildə sağa-sola yellənmişdir. Sərnişini olduğu avtomobil bir qədər irəliyə doğru hərəkət edib dayanmışdır. Sürücü oturduğu yerdə ilişib qalaraq çıxa bilməmişdir. Özü sərbəst olsa da avtomobilin qapısı açılmadığından maşından düşə bilməmişlər. Təxminən 10-15 dəqiqə qapını açmağa çalışmış, öz tərəfindəki şüşəni açıb maşından düşüb görmüşdür ki, sərnişini olduğu avtomobillə Renault Tondar markalı avtomobil toqquşub və camaat yığışmışdır. Həmin avtomobilin dayandığı yerə gedərək orada YPX əməkdaşlarını görmüşdür. Məlum olmuşdur ki, toqquşduqları avtomobildə bir qadın və azyaşlı uşaq xəsarət alıb, onlan xəstəxanaya yola salıblar. Özü heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 13 dekabr 2020-ci ildə saat 15:30 radələrində şəxsi işi ilə əlaqədar Xırdalandan Saray qəsəbəsinə. Bakı-Quba-Dagıstan yolunun 20-ci kilometrliyində yerləşən keçmiş «Pəhlivan» deyilən kafeyə gedib tanışı ilə görüşmüşdür. Saat 16:45 radələrində Sumqayıta getmək üçün yolun kənanna gəlib taksi gözləmişdir. Bakı istiqamətində olan yolun hərəkət hissəsi bağlı olduğundan nəqliyyat axını Sumqayıt istiqamətində olan yol ilə bir tərəfli hərəkət etmişdir. Yola baxarkən həmin an görmüşdür ki, ag rəngli avtomaşın Bakı istiqamətində hərəkətdə olarkən bir tərəfli yolda ötmə əməliyyatı edib öz zolağına qayıtmaq istəyərkən Sumqayıt istiqamətində hərəkətdə olan Hyunday yük markalı avtomaşınla toqquşmuşdur. Ardından sürücülər avtomobilləri kənara çəkərək avtomobillərdən düşmüşlər. Hadisədən sonra görmüşdür ki, yük avtomobilinin sol qabaq hissəsi, digər avtomobilin isə sol arxa qapı hissəsi əzilibdir. Sedan markalı avtomaşında uşaqlı ailə olmuş, digər avtomobildə isə yalnız gənc yaşda sürücünü gördmüşür. Onlara yaxınlaşıb Hyunday yük avtomobilinin sürücüsünə həkimə getmələrini tövsiyyə etmiş və ona mobil nömrəsini verib yol maşını ilə Sumqayıt şəhərinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin təhqiqatçısı Şahid4 ifadəsində göstərmişdir ki, 13 dekabr 2020-ci ildə xidmət apararkən həmin gün saat 16:45-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində yol nəqliyyat hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə getmişdir. Orada YPX inspektorunun verdiyi məlumata əsasən müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi RENAULT TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən əks istiqamətə hərəkətdə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə RENAULT TONDAR minik markalı avtomobildə olan sərnişin 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 xəsarət almış, onun azyaşı uşağı, yəni digər sərnişin 2018-ci il təvəllüdlü X7 hadisə yerində ölmüşdür. Xəsarət alan şəxs Sumqayıt şəhər X16 Xəstəxanasına aparılmışdır və meyit hadisə yerindən götürülərək morqa göndərilmişdir. Hadisə yerinə baxış keçirilərkən toqquşma anında avtomobillərdən tökülmüş torpaq hissəciklərinə və asfalt örtük üzərində olan eşintələrə görə avtomobillərin yolun ortasında, yəni bütöv ağ nişanlanma xəttinin üzərində toqquşması müəyyən edilmişdir. Hadisə yerində yolun Bakı şəhəri istiqamətinə olan hissəsi təmirdə olduğuna görə yolun 3 zolaqdan ibarət Quba rayonu istiqamətinə olan hissəsi ortadan bütöv ağ nişanlanma xətti ilə nişanlanmaqla yol iki tərəflidir. RENAULT TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerindən təxminən 5 metr məsafədə yolun hərəkət hissəsində bütöv ağ xəttin üzərində xəttə perpendikulyar vəziyyətdə təkərləri üzərində dayanmışdır və HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerindən təxminən 300 metr məsafədə Quba istiqamətində yolun sağında ehtiyat hissədə təkərləri üzərində dayanmışdır. Avtomobillərin üzərində olan zədələrə əsasən müəyyən edilmişdir ki, HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi RENAULT TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapı hissəsi ilə toqquşmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxs Məryəm Dadaşovanın ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 11.01.2021-ci il tarixli 119 nömrəli rəyinə əsasən X4 meyitində açıq kəllə beyin travması, kəllə tağı sümüklərinin açıq mürəkkəb qəlpəli sınıqları, beyin toxumasının xaricə tökülməsi ilə müşayiət olunan geniş sahəli əzilmiş-cırılmış yarası xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması zamanı əmələ gəlmişdir. X4 ölümünə səbəb kəllə tağı sümüklərinin açıq mürəkkəb qəlpəli sınıqlan və beyin toxumasının xaricə tökülməsi ilə müşaiyət olunan başın küt travması olmuşdur. İlkin meyit əlamətləriə əsasən X4 ölümü 13.12.2020-ci ildə saat 20:00-da meyitin müayinəsi keçirilən vaxtdan 2-4 saat əvvəl baş vermişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 15.01.2021-ci il tarixli 31 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər -qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, hemapnevmatoroksla (döş boşluğuna qanın və havanın toplanması) müşahidə olunan sağ tərəfli İ, sol tərəfli İ. İİ, İİİ, İV. V, Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, sol körpücük sümüyünün və sol bazu sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınıqları, sol qaş nahiyəsinin, sol üst göz qapağından keçən əzilmiş-cırılmış yarasıbərk küt əşyanın (əşyaların) təsirindən 13.12.2020-ci ildə salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması zamanı əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 15.01.2021-ci il tarixli 97 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 bədənində aşkar olunmuş xəsarətlər - sol baldır nahiyəsinin orta 1/3-nin sıynğı bərk küt əşyanın təsirindən 13.12.2020-ci ildə salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması zamanı əmələ gəlmişdir və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. İş üzrə təyin edilmiş kompleks məhkəmə yol nəqliyyat hadisəsi və trasoloji ekspertizasının 3 mart 2021 -ci il tarixli 8/155 №-li rəyi ilə müəyyən edilmişdir ki, ilkin kontakt anında toqquşma RENAULT TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi (qabaq sol qapı) və HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi (qabaq sol qanad) arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində RENAULT TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «X15» Azaybaycan Respublikası Qanununun 49-cu maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin rəyə əsasən HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «X15» Azaybaycan Respublikası Qanununun 49-cu maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 13.12.2020-ci il tarixli 6746 nömrəli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs1 hadisə zamanı müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 13.12.2020-ci il tarixli 6744 nömrəli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs2 hadisə zamanı müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. 30.01.2021-ci il tarixli ziyan barədə arayışa əsasən HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş ziyan 9250 manat müəyyən edilmişdir. 30.01.2021-ci il tarixli ziyan barədə arayışa əsasən RENAULT TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş ziyan 4450 manat müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus RENAULT TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs1 idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 25.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 25.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. DİN BDYP Qİİ-nin verdiyi 12.01.2021 -ci il tarixli 016-9056-12201 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs1 30.10.2012-ci ildə AB 802945 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur DİN BDYP Qİİ-nin verdiyi 22.01.2021 -ci il tarixli 016-10474-12201 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs2 17.11.2012-ci ildə AB 502822 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Zərəçəkmiş şəxsin hüquqi varisi X3 Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi 16.09.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur. Zərəçəkmiş şəxsin Zərərçəkmiş şəxs2 Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi 16.09.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur. Zərəçəkmiş şəxsin Zərərçəkmiş şəxs1 Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi 16.09.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin əməli törətməkdə təqsirli olmaları ekspertlərin rəyləri, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər və mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməyə çalışaraq, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs1 isə hadisədən sonra zərərçəkmiş şəxslərə həmçinin mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X6 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 01.11.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 200 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 məxsus RENA TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs1 idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Bakı şəhər Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs1 aid hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 01.11.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 200 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 məxsus RENA TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs1 idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Bakı şəhər Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs1 aid hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar