Məhkəmə qərarları › İş №1(012)-445/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-445/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-445/2024 02.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Kürdəmir rayonu, Şıxımlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan Kürdəmir rayonu, Şıxımlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobil idarə edərək yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 22 may 2023-cü il tarixdə saat 18 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota-Prius” markalı ** CD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə Xırdalan dairəsi istiqamətində 70 km/saat sürətlə hərəkət edərək yolun “Nazlı Petrol” adlı yanacaq doldurma məntəqəsinin yaxınlığından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 33-cü maddəsinin 4-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni sürücü sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməməli hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60km saat sürətdən artıq sürətlə idarə etməməli və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa real imkanı olduğu halda qeyd edilənlərə əməl etməyib həmin vaxt sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyyatsızlıqdan sonuncu sağ dirsək sümüyünün açıq sınığı, sol baldır sümüklərinin hər ikisinin distal (aşagı) ucunun oynaq daxili qəlpəli açıq yerdəyişməli sınıqları, pəncənin bayıra tam çıxığı, qamış-incik sindesmozonun (birləşmənin) və oynaq bağlarının tam zədələnməsi kimi nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətləri yetirmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263- 1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə kirayə yaşayır. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur və bu günə kimi sürücülük vəsiqəsi almamışdır. Bildirmişdir ki, Şahid onun qardaşıdır. Qardaşı Abusalam etibarnamə əsasında “Toyota- Prius” markalı ** CD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmişdir. xx.xx.2023-cü il tarixdə qardaşı Abusalam işdən yorğun evə gəlib yatmışdır. Qardaşı yatan zaman ona bildirmişdir ki, “avtomaşın çirklidir aparıb avtoyuyucuda yuduzdurarsan”. Qardaşı yatdıqdan bir müddət sonra o, avtomaşının açarını götürüb avtomaşını idarə edərək avtoyuma məntəqəsinə getmişdir.Yaşadığı məhəllədə yerləşən avtoyuma məntəqəsində avtomobili yuduzdurduqdan sonra avtomaşına yanacaq doldurmaq üçün Xırdalan dairəsində yerləşən yanacaq doldurma məntəqəsi istiqamətində getmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə üzü Xırdalan dairəsi istiqamətində yolun sol hissəsi ilə 70 km/saat sürətlə hərəkət etmişdir. Həmin vaxt saat 18 radələri və işıqlı olmuşdur. O, həmin vaxt hərəkətdə olan zaman “Nazlı Petrol” adlı yanacaq doldurma məntəqəsinin yaxınlığından keçən hissəsində yolun sağ tərəfinə yolun orasında bir nəfər şəxs dayanmışdır. O, həmin şəxsi görüb avtomobildən siqnal vermişdir ki, yoldan kənara çıxsın. O, həmin şəxsə çatanda həmin şəxs yolu əks tərəfə keçməyə cəhd etmişdir. O, idarə etdiyi avtomobili saxlamaq üçün əyləcindən istifadə etsə də həmin şəxs avtomobilin sağ yan güzgüsünə dəymiş və o, həmin şəxi vurmuşdur. O, avtomobili saxlayıb avtomobildən düşərək həmin şəxsin yanına gəlmişdir. Həmin şəxsi orada olan həmin şəxsin tanıdığı avtomobilə əyləşdirib Bakı şəhərində yerləşən Kliniki Tibbi mərkəzinə aparmışdır. Orada həkimlər həmin şəxsə tibbi yardım göstərmişlər. Xəstəxanada bilmişdir ki, avtomobillə vuraraq xəsarət yetirdiyi şəxs Zərərçəkmiş şəxsdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəçi, məhəllə 31 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ilə H.Əliyev prospektində yerləşən Xırdalan dairəsi istiqamətində yolu sağdan sola keçmək istəyərkən bu zaman Xırdalan şəhəri istiqamətindən gələn “Toyota Prius” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ hissəsi ilə onu vurmuşdur. O da həmin anda yerə yıxlımışdır. Sonra həmin adını sonradan öyrəndiyi sürücü Salman ona köməklik göstərib onu Bakı şəhərində yerləşən X2 xəsatəxanına aparmışdır. Orada həkimlər ona ilk tibbi yardım göstərmişlər. Həmin vaxtı o, yolu keçmək istəmiş, yolun sağ kənarından 1 metr məsafədə dayanmışdır. Lakin həmin avtomobil sağa çox çəkdiyi üçün onu vurmuşdur. Sürücü Təqsirləndirilən şəxs onun əməliyyatına təxminən 2000 manat pul xərcləmişdir. 1200 manat maddi ziyanın ödənilməsini edir. ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Şahid elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə kirayə yaşayır. Avtomobil idarə etmək üçün “B1, B, C1,C” kateqoriyalı sürücülük vəsiqəsi varıdır. “Toyota-Prius” markalı ** CD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun qardaşıdır. Salmanın avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə işdən yorğun evə gəlib yatmışdır. Yatmamışdan əvvəl qardaşı Salmana demişdir ki, “avtomaşın çirklidir aparıb avtoyuyucuda yuduzdurarsan”. Salman da demişdir ki, “yuyaram”. Sonra o, yatmışdır. Yuxudan ayılan zaman qardaşı ona zəng edərək bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və avtomobillə vurduğu piyadanı xəstəxanaya aparmışdır. O, tez hadisə yerinə gəlmiş və polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər. Sonradan bilmişdir ki, qardaşı Salmanın avtomobillə vurduğu piyada Zərərçəkmiş şəxsdur. Zərərçəkmiş şəxs müalicəsinə 2000 manat pul xərcləmişlər. Bildirmişdir ki, qardaşı avtomobili onun razılığıyla idarə etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib keçirilərək rəy alınmışdır. Ekspertin xx.xx.2023-cü il tarixli 31 nömrəli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər –sağ dirsək sümüyünün açıq sınığı, sol baldır sümüklərinin hər ikisinin distal (aşagı) ucunun oynaq daxili qəlpəli açıq yerdəyişməli sınıqları, pəncənin bayıra tam çıxığı, qamış-incik sindesmozonun (birləşmənin) və oynaq bağlarının tam zədələnməsi bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan minik avtomaşının piyadanı vurması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İstintaq zamanı yol-nəqliyyat hadisələri ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin 14 noyabr 2023-ci il tarixli 3-16-16/2-8/3194 saylı rəyindən görünür ki, 1.2 “Toyota-Prius” markalı ** CD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Toyota-Prius” markalı ** CD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Toyota-Prius” markalı ** CD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi üzrə yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota- Prius” markalı ** CD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Şahid təhvil verilmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olmasına baxmayaraq onun sürücülük hüququndan məhrum olub-olmamasını müəyyən etmək məqsədi ilə Abşeron RPİ-nin DYPŞ-nə sorğu edilmişdir. Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2023-cü il tarixli ********* saylı məktubundan görünür ki, xx xxxxxx 2002-ci ildə Kürdəmir rayonunda anadan olmuş,ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə “Toyota-Prius” markalı ** CD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil maddi sübut kimi tanınmış və avtomobil sahibi Şahid qaytarılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən dəymiş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməmişdir. Hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirsədə onun hərəkətləri nəticəsində zərərçəkmiş şəxslər həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almış, həmçinin onlara maddi zərər də dəymişdir. Ziyan qismən ödənilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyun 2013-cü il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq - şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Toyota-Prius” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota-Prius” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar