Məhkəmə qərarları › İş №1(012)-446/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-446/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-446/2024 23.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdə saat 18:30 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs yataq otağındakı çarpayının üzərində olan şalvarının yerə düşməsi ilə bağlı irad bildirərkən sonuncunun buna etiraz olaraq ona cavab qaytarmasından əsəbiləşib bununla bağlı ailə daxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib əli ilə sonuncunun sifətinin burun nahiyəsindən qəsdən zərbə vuraraq ona burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin bir qədər şişkinlik fonunda qançırı, hər iki gözün üst və alt qapaqlarının və gözaltı nahiyələrinin qançırları ilə müşahidə olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək verilən suallara cavab bildirmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar rəsmi nigah əsasında 2011-ci il tarixdən ər-arvad münasibətində yaşayır və bu münasibətdən 2 azyaşlı övladları var. xx.xx.2023-cü il tarixdə birgə yaşadıqları ünvan 2-də olan zaman xalası və onun oğlu onlara qonaq gəlmişdirlər. Bir qədər söhbət etdikdən sonra onlar çıxıb getmiş və həmin tarixdə saat 18.30-da yataq otağına keçən zaman çarpayının üzərində özünə məxsus şalvarın yerə düşdüyünü görüb arvadı Zərərçəkmiş şəxs irad bildirmişdir. Həmin vaxt iradını səmimi qəbul etməyən Zərərçəkmiş şəxs onu nəlayiq söz və ifadələrlə təhqir etdiyi üçün Təqsirləndirilən şəxs əsəbiləşərək əlinin içərisi ilə 1 dəfə onun burun nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Mübahisə zamanı Həvva ona qarşı heç bir fiziki təsir göstərmədiyini, mübahisənin təxminən 3-5 dəqiqə birgə yaşadıqları evin içərisində baş verdiyini, həmin zaman evdə onlardan başqa azyaşlı övladı İbrahimzadə Bəhmən olsa da, o digər otaqda olduğunu və mübahisənin şahidi olmadığını göstərmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onlar 2011-ci ildən rəsmi nigah əsasında ər-arvad münasibətində yaşayır və bu münasibətdən 2 azyaşlı övladları var. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs xalası və sonuncunun övladı onlara qonaq gəlmiş, bir müddət söhbət etdikdən sonra onlar çıxıb getmişdirlər. Həmin tarixdə saat 18.30-da Təqsirləndirilən şəxs yataq otağındakı çarpayının üzərində olan ona məxsus şalvarın yerə düşməsini görüb Zərərçəkmiş şəxs iradını bildirmiş, sonuncu hadisənin ehtiyatsızlıqdan baş verməsini bildirsə də, Təqsirləndirilən şəxs buna məhəl qoymayaraq mübahisə etmiş, daha sonra isə yumruqla 1 dəfə burnundan vuraraq xəsarət yetirdiyini, həmin vaxt Elşənə heç bir müqavimət göstərmədiyini və ona heç bir xəsarət yetirmədiyini, mübahisənin birgə yaşadıqları evin içərisində baş verdiyini, həmin zaman evdə azyaşlı övladı İbrahimzadə Bəhmən olsa da, digər otaqda olduğu üçün hadisənin şahidi olmadığını, mübahisənin təxminən 3-5 dəqiqə davam etdiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, işin xitam olunmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təyin olunmuş məhkəmə-tibbi ekspertizası ilə əlaqədar "MTE və PA ETT Birliyi" X5 Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 2556 nömrəli rəyindən görünür ki, 1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi müayinəsi zamanı bədəni səthində aşkar edilmiş xəsarətlər - burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin bir qədər şişkinlik fonunda qançırı, hər iki gözün üst və alt qapaqlarının və gözaltı nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan və məhkəmənin hökmündən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 09 iyun 2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 144.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 mart 2009-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixdə ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən X2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar