Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-446/2025 06.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X18 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, X1, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1979-cu ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 2, mənzil 18-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbs olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin may ayında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan X10 ilə tanış olduqdan sonra sonuncunu əlilliyini bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, Elmar Nəcəfovun xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən “Aura” şadlıq sarayının qarşısında ona verdiyi 1000 manat, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray- Novxanı yolunda ödəmə terminalı vasitəsilə hesabına göndərdiyi 90 manat, həmin tarixdə “Bir-bank” ödəmə terminalı vasitəsilə göndərdiyi 12 manat, xx.xx.2024-cü il tarixdə Siyəzən rayonu, C.Cabbarlı küçəsində ödəmə terminalı vasitəsilə göndərdiyi 50 manat və xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Əsləm” marketdə olan ödəniş terminalı vasitəsilə göndərdiyi 102 manat pulu, cəmi vahid niyyətlə 1254 (bir min iki yüz əlli dörd) manat pulu alıb ələ keçirərək X2na 1254 (bir min iki yüz əlli dörd) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, X10 ilə 2024-cü ilin may ayının əvvəllərində taksidə tanış olmuşdur. Belə ki, həmin vaxtı o, taksi sifariş etmiş və taksi sürücüsü Elmar olmuşdur. Elmarla söhbət əsnasında Elmar əvvəllər əlilliyə görə müvainət aldığını, lakin sonradan əlilliyinin ləğv olunduğu üçün hal- hazırda müavinət ala bilmədiyini bildirmişdir. O, da Elmara əlilliyinin bərpa edilməsində və müavinət almasında köməklik edə biləcəyini demişdir. Həmin vaxtı bir-birlərinə telefon nömrələrini vermişlər. Bundan iki gün sonra Elmara zəng edib işə başlamaq üçün 50 manat pul istəmiş və pul köçürməsi üçün Elmara göndərdiyi **********959533 saylı hesab kartına göndərməsini bildirmişdir. Elmar da həmin gün onun hesab kartına 50 manat pul köçürmüşdür. Bundan bir həftə sonra o, yenə Elmara zəng edib 50 manat pul istəmiş Elmar da axşam saatlarında hesab kartına 50 manat göndərmişdir. Bundan iki- üç gün sonra Elmar ona zəng edib iş barədə soruşduqda o, Elmara işin həll olunacağını və buna görə əlavə 150 manat göndərməsini bildirmişdir. Elmar da onun hesab kartına 150 manat pul köçürmüşdür. Bundan sonra iş alınmadığı üçün 20 gün müddətində Elmarın telefonlarına dəfələrlə zəng vursa da telefon bağlı olduğu üçün əlaqə saxlaya bilməmişdir. O, buna görə aldığı pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs X7 dəymiş zərər qardaşı tərəfindən tam şəkildə ödənilmişdir. Əməlindən səmimi peşmandır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. 2024-cü ilin may ayının əvvəllərində “Bolt” taksi şirkətindən daxil olmuş sifariş əsasında Bakı şəhəri, Zabrat qəsəbəsində bir nəfər orta yaşlı şəxsi avtomobilinə sərnişin kimi götürüb Bakı şəhəi, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışdır. Həmin şəxs Qaraçuxur qəsəbəsi, “Aura” şadlıq sarayının yaxınlığına sifariş etmişdir. Həmin Zaur adlı sərnişinlə söhbət əsnasında Zaur adlı şəxs Dövlət Sosial Müdafiə Nazirliyində işlədiyini bildirmişdir. O, da Zaur adlı şəxsə əvvəllər əlilliyinin olduğuna görə müavinət aldığını və sonradan hərbi xidmətə getmək üçün əlillik dərəcəsini ləğv etdirdiyini bildirmiş və Zaur adlı şəxsdən hazırda həmin əlilliyini bərpa etdirə biləcəyini soruşmuşdur. Zaur adlı şəxs bunun bir asan iş olduğunu bildirmiş və “sənin” adın sistemdə var və sabah baxıb saat 11-12 radələrində onunla əlaqə saxlaycağını bildirmişdir. Zaur həmçinin özünün və uşağlarının sənədlərinin şəkillərini çəkib votsapla ona göndərməyini bildirmişdir. O, da həmin gün axşam sənədlərinin şəkillərini votsapla Zaur adlı şəxsin nömrəsinə göndərmişdir. Səhəri gün Zaur ona votsapla səs göndərib adının sistemdə olduğunu və işin asan həll olunacağını, aylıq 425 manat müavinət alacağını bildirmişdir. Bundan sonra o, Zaurla votsap vasitəsilə ***-***-**-** saylı nömrəsi ilə əlaqə saxlamış və Zaur əlilliyinin bərpası üçün ondan 1000 manat pul istəmişdir. Zaur 1000 manat pulu Qaraçuxur qəsəbəsində yerləşən “Aura” şadlıq sarayının yaxınlığına gətirməyini bildirmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Aura” şadlıq sarayının yaxınlığına Zauru əvvəl düşürdüyü yerə getmişdir. Orada Zaura 1000 manat pul vermiş və Zaur pulu nazirliyə verəcəyini deyib ondan başqa heç nə istəmədiyini, yalnız iş düzəldikdən sonra yeyib-içmək qonaqlığı verməyini bildirmişdir. Zaur aym yəni may ayının sonunda “Kapitalbank”-dan əlilliyiə görə müavinət kartını alacağını bildirmişdir. O, bundan sonra Zaurdan aralanıb getmiş və bir saat sonra Zaur təkrar ona zəng edib həkim komisiyası üçün ayrıca 250 manat pul lazım olduğunu bildirmiş və o, hal-hazırda 250 manatı olmadığını, lakin 100 manat göndərə biləcəyini demiş, qalan pulu da sonrakı günlərdə göndərəcəyini bildirmişdir. Həmin gün yəni xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray-Novxanı yolunda Zaurun göndərdiyi **********959533 saylı hesab nömrəsinə 90 manat pul göndərmişdir. Bundan sonra həmin gün o, telefonunda olan “Birbank” ödəmə sistemi vasitəsilə Zaurun hesabına 12 manat pul göndərmişdir. Bir-iki gün sonra Zaur təkrar zəng edib pulun qalanımda göndərməyini istəmiş, o, xx.xx.2024- cü il tarixdə saat 15 radələrində Siyəzən rayonunda “Milliön” ödəmə terminalı vasitəsilə Zaurun həmin hesab kartına 50 manat pul göndərmişdir. Səhəri gün yəni xx.xx.2024-cü il tarixdə saat 15:25 radələrində Abşeron rayonu, Saray qəsəbəsində “Əsləm” marketdə olan “MPAY” ödəmə terminalı vasitəsilə Zaurun hesab nömrəsinə 102 manat pul göndərmişdir. Bundan 4-5 gün sonra Zaur ona zəng edib əlavə 50 manat pul lazım olduğunu və göndərməyini istəmişdir. O, da Zaura artıq pulu olmadığını, düzələcək müavinəti aldıqdan sonra pul verə biləcəyini demişdir. Zaur özü həll edəcəyini demişdir. Bir neçə gün sonra Zaur ona zəng edib anasının xəstə olduğunu və maddi yardım etməyini istəmişdir. O, isə taksi sürücüsü olduğunu, maddi imkanı olmadığını bildirmişdir. Bundan sonra Zaurun onu aldatması barədə şübhələnməyə başlamışdır. O, Zaurla mütamadi telefon əlaqəsi saxlasada, Zaur hər dəfə onu aldadıb, əlillik müavinətinin düzələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X6 pulunun dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmiş və ibtidai araşdırma aparılmışdır. Zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X10 zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Musayev X11 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 01 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Xətai rayonu ərazisində saxlanılaraq, Abşeron RPİ-nin Saray PB-yə gətirilmiş və Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Musayev X13 RPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-446/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində saxlanılaraq Abşeron RPİ-nin MSY-yə təhvil verilmişdir. X2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs X7 dəymiş zərər qardaşı tərəfindən tam şəkildə ödənilmişdir. İş üzrə özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. İş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun müdafiəçisi X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 17 saata görə 102 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 12 saata görə 132 manat olmaqla, cəmi 234 (iki yüz otuz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına, Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi X8 iclaslarda iştirak etdiyi 08 saata görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun müdafiəçisi X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 17 saata görə 102 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 12 saata görə 132 manat olmaqla, cəmi 234 (iki yüz otuz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına, Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi X8 iclaslarda iştirak etdiyi 08 saata görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X19
Məhkəmə qərarları › İş №1(012)-446/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-446/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver