Məhkəmə qərarları › İş №1(012)-447/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-447/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-447/2022 14.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə İmişli rayonu, Cəfərli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Laçın rayonu, Əhmədli ərazi dairəsi, Əhmədli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, ev 13, mənzil 2-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021 -ci il tarixdə saat 05 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant şəhərciyi, 11 saylı yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs2 məxsus «Opel» markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna sağ arxa qapısını açıb girərək, avtomobilin salonundan hər birinin dəyəri 50 manat olan ümumi 100 manat dəyərində 2 ədəd qol saatını, bir ədəd 60 manat dəyərində kişi ətrini, bir ədəd 50 manat dəyərində kişi ətirini, hər birinin dəyəri 25 manat olan ümumi 100 manat dəyərində 4 ədəd qadın çantasını, 80 manat məbləğində nağd pulu, bir ədəd 10 manat dəyərində sadə «Nokia» markalı mobil telefonu, bir ədəd 120 manat dəyərində kişi eynəyini, hər birinin dəyəri 15 manat olan ümumi 30 manat dəyərində iki ədəd «Kapital bank»a məxsus 4169 7420 8524 0287 nömrəli, 4169 7385 3512 3958 nömrəli və bir ədəd 20 manat dəyərində 4169 7332 2784 9135 nömrəli plastik kartı, yəni ümumilikdə 570 manat dəyərində əmlakı gizli olaraq talayıb, zərərçəkmiş şəxsə 570 manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi həyət evinə giriş qapısından qanunsuz daxil olub, evin qonaq otağında olan əl çantasında saxlanılan 170 manat nağd pulu və stolun üstünə qoyulmuş bir ədəd 85 manat dəyərində qızılı rəngli, «Xiomi» markalı, M1804C3CG model mobil telefonu, bir ədəd 200 manat dəyərində «Lenovo» markalı, AMD intel inside pentium xüsıısiyyətli çantası ilə birlikdə notebuku, bir ədəd 750 manat dəyərində «Hp» markalı, intel inside Corelİ7 Nvidia Geforce xüsıısiyyətli çantası ilə birlikdə notebuku, ümumilikdə 1205 manat dəyərində əmlakı götürüb evdən çıxmaqla gizli olaraq talayarkən, ev sahibi Zərərçəkmiş şəxs1 evinə qayıdıb onu tutması səbəbindən onun cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmayaraq, cinayət etməyə cəhd etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 21 dekabr 2021-ci il tarixdə səhər saat 05 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi 11 saylı yaşayış binasının qarşısından keçərkən evin qarşısında saxlanılmış Opel markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu görmüş, həmin avtomobilə yaxınlaşıb sağ arxa qapısını açmaq istədikdə görmüşdür ki, qapı açıq vəziyyətdədir. O, avtomobilin salonuna daxil olanda salonda qarşı sükanın açılıb bağlanan yerindən iki ədəd qol saatı, 80 manat məbləğində pul, 2 ədəd qadın ətiri, bir ədəd kişi günlük eynəyi, üç ədəd bank kartları və arxa salonda olan 4 ədəd qadın çantasını götürüb çıxmışdır. Oradan binanın yaxınlığında olan Şok marketə keçib özü üçün ərzaq məhsulları almış və özü ilə həmin binanın blokuna keçib liftlə 7-ci mərtəbəyə qalxmış, oradan da binanın çardağına çıxmışdır. Orada aldığı ərzaq mallarından yedikdən sonra özü üçün yer düzəldib yatmışdır. Oğurladığı əşyaları da yanında qoymuş, təxminən saat 15 radələrində, polis əməkdaşları onu yuxudan oyatmış, həmin vaxtı onların yanında sonradan tanıdığı Opel markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin də olduğunu görmüş, oradan polis əməkdaşları onu polis bölməsinə gətirmişlər. Polis bölməsində o, etdiyi oğurluğu səmimi etiraf etmiş və oğurladığı əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Göstərmişdir ki, oğurluğu tək etmiş, onunla heç kim olmamışdır, əşyaları oğurladıqdan sonra binanın çardağına çıxıb orada yemək yeyib yatmış, həmin əşyaların içərisində olmuş bank kartlarının hər hansı birindən istifadə etməmiş və pul çıxarmamışdır. Bundan başqa o, 14 fevral 2022-ci il tarixdə Mehdiabad qəsəbəsi ərazisində gəzişmiş, gün ərzində yemək yeməmiş və su içməmiş, buna görə də yemək yeməyə və su içməyə yer axtarmışdır. Təxminən saat 21:30 radələrində Mehdiabad qəsəbəsində yeni məhəllə ərazisində gəzişərkən fərdi həyət evinin qarşısından keçmiş, evin işıqlarının yandığını görmüş və evdə kimsənin olmasını yoxlamaq üçün səsləmiş, lakin səsinə cavab verən olmamışdır. Buna görə də hasardan keçib həyətə daxil olmuş, evin pəncərəsindən içəri baxdıqda evdə kimsənin olmadığını görmüş, bu vaxtı həyətdə olan kiçik it ona hücum etmiş və o, cəld evin qapısını açıb içəri girmişdir. Evdə qonaq otağında iki ədəd notbuk olduğunu görüb onları sumkaları ilə birlikdə götürmüş, daha sonra evin otağında olan sumkava baxdıqda 170 manat pulu görüb götürmüş, bundan başqa evdəki kamotun üzərində bir ədəd Xiomi markalı mobil telefonun olduğunu görüb onu da götürmüşdür. Bundan sonra evdən götürdüyü əşyalarla birlikdə evin mətbəxinə keçmiş ki, ac olduğu üçün yemək yesin və su içsin. Bu anda həyətdə səs gəldiyini görüb mətbəxin pəncərəsindən baxdıqda ev sahibinin gəldiyini görmüş, pəncərənin üzərində dəmir çərçivə olduğu üçün pəncərədən çıxa bilməmiş, buna görə də evin giriş qapısına yaxınlaşdıqda ev sahibi ilə orada rastlaşmış, bu vaxtı ev sahibi onun evdən kompyuterləri oğurladığını görüb onu saxlamış və mətbəxə salıb polisə bu barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra oraya gəlmiş polis əməkdaşları tərəfindən Mehdiabad polis bölməsinə aparılmış və orada üzərimdən evdən oğurlamaq istədiyi 170 manat nağd pul və bir ədəd Xiomi markalı mobil telefon aşkar edilib götürülmüşdür. Göstərmişdir ki, ev sahibinin gəldiyini görüb giriş qapısına yaxınlaşdıqda orada ev sahibi ilə üz-üzə gəlmiş və onun tərəfindən saxlanılmış, həmin vaxtı ev sahibinə fiziki zor etməmiş və hadisə yerindən qaçmağa cəhd göstərməmiş, evə daxil olmazdan əvvəl ətrafa baxıb kimsənin onu görməyəcəyinə əmin olduqdan sonra hasardan keçib həyətə daxi olmuş və pəncərədən baxıb evdə kimsənin olmadığına, həmçinin səslədikdə səsinə kimsə cavab verməyinə görə evdə kimsənin olmadığına əmin olmuş və evə daxil olmuşdur. Sonda o, himayəsində bir azyaşlı uşağının olmasını əsas gətirərək yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllə ərazisində fərdi həyət evi vardır, həmin evdə yoldaşı və 4 uşağımla birlikdə yaşayır. Qaynatası hazırda yaşadığı evin hasar qonşuluğunda yaşayır və onun fərdi həyətindən qaynatasının həyətinə keçid üçün qapı vardır. 14 fevral 2022-ci il tarixdə qaynatasının ad günü olduğundan ailə üzvləri qonşuluqda yerləşən qaynatasının evinə qonaq getmişlər, o, isə evində olmuşdur. Təxminən saat 21:20 radələrində uşaqları evə gətirmək üçün həyətindən qaynatasının həyətinə keçmiş, təxminən 10 dəqiqə sonra geri qayıtdıqda evinin giriş qapısının qarşısında bir nəfər tanımadığı qadının evindən çıxdığını görmüş, həmin qızdan nə səbəbə evinə daxil olduğunu soruşduqda ona anasının xəstə olduğunu və evdə yemək axtardığını bildirmişdir. Həmin qızın əlində iki ədəd notbukun çantası ilə birlikdə olduğunu görmüş, belə olduqda həmin qız əlindəki notbukları yerə atmışdır. O, dərhal həmin qızı saxlayıb yerə atdığı notbuklarım götürmüş və həmin qızı evin mətbəxinə salmış, sonra isə DİN- nin 102 xidmətinə zəng vuraraq evində baş vermiş oğurluğa cəhd edilməsi ilə bağlı məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və həmin qızı polis bölməsinə aparmışlar. Polis bölməsində həmin qızın şəxsiyyəti müəyyən edilmiş və onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. O, evinə baxış keçirdlikdə evdə olan qonaq otağında saxladığı əl sumkasında olan 170 manat nağd pulunun və 300 manat dəyərində Xiomi markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən onun evdən oğurladığı 170 manat pul və Xiomi markalı mobil telefon üzərindən aşkar edilərək götürülmüşdür. Göstərmişdir ki, yaşadığı fərdi evdən bir ədəd 1100 manat dəyərində «Lenovo» markalı notbuk, bir ədəd 2200 manat dəyərində «Hp» markalı notbuk çantası ilə birlikdə, 170 manat nağd pul və bir ədəd 300 manat dəyərində «Xiomi» markalı mobil telefonun oğurlanmasına cəhd edilmiş, hadisə vaxtı ona ümumilikdə 3770 manat dəyərində maddi ziyan dəyməsinə cəhd edilmişdir. O, Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Cəbrayıl rayonu Mehtili kəndində qeydiyyatdadır, lakin Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyi ev 11, mənzil 79-da ailə üzvləri ilə birlikdə yaşayır. Opel markalı, **- VX-*** qeydiyyat nişanlı avtomobil ona məxsusdur və etibarnəmə əsasəmnda idarə edir. İdarə etdiyi avtomobili yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant şəhərjiyi 11 saylı binanın qarşısında saxlayır. 19 dekabr 2021-ci il tarixdə axşam radələrində saat təxminən axşam tərəfi yaşadığı binanın həmişə saxladığı yerdə saxlayıb qaplan bağlayıb evə qalxmış, həmin günün səhərsi günorta vaxtı binanın həyətinə düşüb idarə etdiyi avtomobilinə yaxınlaşmış, sükan tərəfdən baxanda görmüşdür ki, qapı bağlıdır qapını açıb salona əyləşmiş, görmüşdür ki, avtomobilimin salonunun səliqəsi pozulmuşdur. Arxa qapıya tərəf baxdıqda qapının açıq olduğunu görmüş, sonra avtoobilin salonundan sağ yan tərəfdən (bardaçoka) açlıb-bağlanan bağlı yerə baxdıqda görmüşdür ki, orada saxladığı 100 manat dəyərində 2 ədəd qol saatı, 110 manat dəyərində 2 ədəd kişi ətirləri, arxa salonda olan 100 manat dəyərində 4 ədəd qadın çantası, 80 manat məbləğində nağd pulu, bir ədəd 10 manat dəyərində sadə Nokia markalı mobil telefonu, bir ədəd 20 manat dəyrəində kişi eynəyi, balansında 3000 manat olan «Bir kart» kartı, balansında 91 manat olan «Kapital bank»a məxsus kartı və digər balansında pul olmayan digər bir ədəd bank kartının yerində olmadığını, yəni naməlum şəxs tərlindən oğurlandığını aşkaretmişdir. Bununla bağlı 102 zəng məlumat mərkəzinə istifadəsində olan mobil telefonla məlumat vermiş, sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək baxış protokoluna əlavə edilmişdir. Hadisədən sonra müəyyən hadisəni törədən yaxınlıqda yaşayan sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı qadındır və həmin qadının yaşadığı binanın çardağında gizləndiyini öyrənib polis əməkdaşları ilə ilə yuxarı mərtəbəyə çardağa qalxdıq görmüşdür ki, bir qız ona məxsus əşyalarla birlikdə yatmışdır. Həmin şəxsi polis əməkdaşları yuxudan oyadıb polis bölməsinə aparmışlar. Polis bölməsində üzərindən ona məxsus əşyalar aşkar edilib götürülmüş, müəyyən olunmuşdur ki, oğurladığı pulunun bir hissəsini xərcləmişdir. Bundan sonra polis əməkdaşları avtomobilindən oğurlanmış əşyaları və pulu özünə qaytarılmışdır. Baş vermiş oğurluq ona ümumilikdə 3511 manat dəyərində maddi ziyan dəymişdir. Göstərmişdir ki, Opel markalı, **-VX- *** qeydiyyat nişanlı avtomobilindən hər birinin dəyəri 50 manat olan, ümumi 100 manat dəyərində 2 ədəd qol saatı, bir ədəd 50 manat dəyərində və bir ədəd 60 manat dəyərində 2 ədəd kişi ətirləri, arxa salonda saxladığı hər birinin dəyəri 25 manat olan ümumi 100 manat dəyərində 4 ədəd qadın çantası, 80 manat məbləğində nağd pulu, bir ədəd 10 manat dəyərində sadə Nokia markalı mobil telefonu, bir ədəd 20 manat dəyrəində kişi eynəyi, balansında 3000 manat olan «Bir kart» kartı, balansında 91 manat olan «Kapital bank»a məxsus kartı və digər balansında pul olmayan digər bir ədəd bank kartı oğurlanmış, qeyd olunan əmlak satdıq mallar olmuş və polis əməkdaşları tərəfindən ona həmin əşyalar qaytarıldıqdan sonra onları satmış, pulu isə xərcləmiş, özünə məxsus bir ədəd Nokia markalı mobil telefonu isə naməlum şəraitdə itirmişdir. Avtomobilindən oğurlanmış əmlakım qısa bir müddət ərzində adını sonradan bildiyi Nəzakət Məmmədovadan aşkar edilərək götürülmüş, bu səbəbdən də bank kartından hər hansı bir əməliyyat aparıldığını aşkar etməmiş, bir sözlə bank kartları ilə hər hansı formada əməliyyat aparılmamışdır. O, Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirdi. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizası qərarına əsasən ekspertin xx.xx.2022-ci il tarixli, 9/1319 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 2022-ci ilin fevra ayına - 01 ədəd qızılı rəngli, «Xiaomi» markalı, M1804C3CG model mobil telefon - 85 manat, 01 ədəd çantası ilə birgə qara rəngli «Lenovo» markalı, AMD intel inside pentium xüsusiyyətli notebuk - 200 manat, 01 ədəd çantası ilə birgə gümüşü rəngli «Hp» markalı, intel inside Corelİ7 Nvidia Geforce xüsusiyyətli notebuk - 750 manat müəyyən edilmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus avtomobilin salonuna sağ arxa qapısını açıb girərək, avtomobilin salonundan ümumilikdə 570 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etməsi əməli CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmiş, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus fərdi həyət evinə qanunsuz daxil olub ümumilikdə 1205 manat dəyərində əmlakı götürüb evdən çıxmaqla gizli olaraq talayarkən, ev sahibi Zərərçəkmiş şəxs1 evinə qayıdıb onu tutması səbəbindən onun cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmayaraq, cinayət etməyə cəhd etməsi əməli təkrar oğurluq cinayətinin törədilməsinə cəhd kimi CM-nin 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə əsasən, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» qərarının 18-ci bəndində göstərilmişdir ki, «şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn, oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 180.2.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarı ilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Əgər şəxs, CM-nin, müvafiq olaraq 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.3.3 və ya 180.2.1, 180.2.2, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.3.3, yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 181.3.1, 180.3.2, 180.3.3, 181.3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmuyunu yaratmayan, ağırlaşdırıcı hallarda bir neçə oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli, CM-nin daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə, bütün tövsifedici əlamətlər sadalanmalıdır». Beləliklə, Təqsirləndirilən şəxs hərəkətlərində CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan əməl CM-nin 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə tam əhatə olunduğundan və bu maddələrlə də təqsirləndirilən şəxsə ittiham elan edildiyindən, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan CM-nin 177.1-ci maddəsi xaric olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Abşeron rayon Məhkəməsindən alınmış xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsində göstərmişdir ki,azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq götürülmüş hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq cinayətin residivi nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin resedivi kimi qiymətləndirilməməli, o, əvvəllər məhkum edilmiş şəxs edilməlidir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Probasiya Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığını məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsi 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün təşkil edir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə anadan olmuş, atası X3, anası Təqsirləndirilən şəxsdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığını məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 05 (beş) gün hissəsi qismən hesablanmalı və ona ona qəti cəza təyin olunmalıdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir tələbi yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2 və 29, 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs 50 manat ekspertiza xərci tutulmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probarsiya Şöbəsinə həvalə edilməlidir. 01 ədəd qızılı rəngli, «Xiaomi» markalı, M1804C3CG model mobil telefon, 01 ədəd çantası ilə birgə qara rəngli «Lenovo» markalı, AMD intel inside pentium xüsusiyyətli notebuk, 01 ədəd çantası ilə birgə gümüşü rəngli «Hp» markalı, intel inside Corelİ7 Nvidia Geforce xüsusiyyətli notebuk, 170 manat nağd pul, 2 ədəd qol saatı, 2 ədəd kişi ətirləri, 4 ədəd qadın çantası, 80 manat məbləğində nağd pul, bir ədəd sadə Nokia markalı mobil telefonu, bir ədəd kişi eynəyi, «Kapital bank»a məxsus 4169 7420 8524 0287 nömrəli, 4169 7385 3512 3958 nömrəli və 4169 7332 2784 9135 nömrəli plastik kartlar iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığını məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə olan hissəsi hazırki cinayət işi üzrə ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması ilə qismən hesablanmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) aymüddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti təqsirləndirilən şəxsın icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 50 manat ekspertiza xərci tutulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probarsiya Şöbəsinə həvalə edilsin. 01 ədəd qızılı rəngli, «Xiaomi» markalı, M1804C3CG model mobil telefon, 01 ədəd çantası ilə birgə qara rəngli «Lenovo» markalı, AMD intel inside pentium xüsusiyyətli notebuk, 01 ədəd çantası ilə birgə gümüşü rəngli «Hp» markalı, intel inside Corelİ7 Nvidia Geforce xüsusiyyətli notebuk, 170 manat nağd pul, 2 ədəd qol saatı, 2 ədəd kişi ətirləri, 4 ədəd qadın çantası, 80 manat məbləğində nağd pul, bir ədəd sadə Nokia markalı mobil telefonu, bir ədəd kişi eynəyi, «Kapital bank»a məxsus 4169 7420 8524 0287 nömrəli, 4169 7385 3512 3958 nömrəli və 4169 7332 2784 9135 nömrəli plastik kartlar iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar