Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-447/2024 04.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X3, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1978-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 09 sentyabr 2023-cü il tarixdə gecə saat 03 radələrində Abşeron rayonu, Mehdiabad kənd qəbirstanlığının yanında yerləşən Şahid2 məxsus avtomobil təmiri sexinin qarşısında nasaz vəziyyətdə saxlanılmış Zərərçəkmiş şəxs məxsus «İSUZU» markalı, ** TL *** dövlət nömrə nişanlı avtobusun salonuna birlikdə girib, salonda sökülü vəziyyətdə olan mühərrikin bir ədəd 1500 manat dəyərində alüminiumdan olan qalovkasını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 1500 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilirərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Koroğlu metrostansiyasından Ramana sovxozu istiqamətində hərəkətdə olan 162 saylı marşrut avtobusunda sürücü işləyir. Ramin adlı şəxsi təxminən 2 il olar ki, tanıyır. Ramin 148 saylı marşrut avtobusunda sürücü işləyir. 08 sentyabr 2023-cü il tarixdə gün ərzində işlədiyi marşrut avtobusunda sərnişin daşımaqla məşğul olmuşdur. Axşam təxminən saat 21 radələrində Ramin onunla görüşmüş, belə ki, evlərinin yanından idarə etdiyi avtobusa minmiş və onunla söhbət edərək bir dövrə vurmuşlar. Raminlə birlikdə idarə etdiyi «İSUZU» markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtobusla gedərkən Mehdiabad qəsəbəsində qəbirstanlığın yanında yerləşən avtomobil təmiri sexinin qarşısında sahibsiz avtobus saxlanıldığını bildirmiş və demişdir ki, “onun içinə baxaq görə nə var”. Bundan sonra avtobusu Mehdiabad qəsəbəsində qəbirstanlığın qarşısından keçərkən orada avtomobil təmiri sexinin qarşısında saxlanılmış «İSUZU» markalı, ** TL *** dövlət nömrə nişanlı avtobusu göstərmişdir. Təxminən gecə saat 01 radələrində idarə etdiyi avtobusu həmin avtobusun bərabərliyində saxlamışdır. Hər ikisi avtobusdan düşmüş və həmin avtobusun salonuna daxil olmuşlar. Həmin avtobusun girişində bir ədəd motor qalovkası olmuş, qalovka ağır olduğu üçün hər ikisi köməkləşib onu götürmüş və gətirib avtobusunun salonuna qoymuşlar. O, avtobusu Qala Ramana ərazisinə gətirmiş və orada olan qəbirstanlığın yanında Ramin avtobusdan düşmüş, qalovkanı da avtobusdan düşürüb yerə qoymuş, bildirmişdir ki, “səhər kömək göndərəcəm və köməkləşib aparıb satarsınız”. Bundan sonra çıxıb evinə getmiş, səhəri günü Ramin həmin qalovkanı Ramanada metal qəbulu sexinə aparıb satmışlar. Həmin metalın pulunu sonradan ona gətirib çatdırmış, üstündən 5-6 gün keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə dəvət olunmuşdur. Sonda törətdiyi əməldən peşman olduğunu, hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, İSUZU» markalı, ** TL *** dövlət nömrə nişanlı avtomobus ona məxsusdur. Avtobusunun mühərrikində nasazlıq olduğu üçün mühərriki təmir etdirmək məqsədi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində sexi olan Məhəmməd adlı ustanın yanına avtobusunu gətirib qoymuşdur. 08 sentyabr 2023-cü il tarixdə Məhəmməd adlı usta ona zəng etmiş və bildirmişdir ki, motoru sökmüşdür, qalovkası yararlı vəziyyətdədir, motoru yenidən yığmaq üçün bir ədəd qalovka prokladkası lazım olduğunu bildirmişdir. Məhəmməd adlı usta prokladkanı səhəri günü, yəni 09 sentyabr 2023-cü il tarixdə gətirməyi ona bildirmişdir. O da səhəri günü prokladkanı ona gətğirib verəcəyini bildirmişdir. Lakin 09 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində Məhəmməd usta ona zəng etmiş və bildirmişdir ki, gecə sexin qarşısında avtobusunun içərisində motorun sökülmüş qalovkası oğurlanmışdır və bu barədə DİN-nin 102 xidmətinə zəng edildiyini də ona usta bildirmişdir. Bundan sonra mən Mehdiabad polits bölməsinə gedib avtobusunun salonundan motor qalovkasının oğurlanması barədə ərizə yazıb şikayət etimişdir. Göstərmişdir ki, Məhəmməd adlı ustanın işlədiyi təmir sexinin qarşısında saxladığı «İSUZU» markalı, ** TL *** dövlət nömrə nişanlı avtomobusunun salonundan bir ədəd 1500 manat dəyərində motorun alüminiumdan olan qalovkası oğurlanmış və ona həmin dəyərdə maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən müştərək qaydada olan ziyan üzrə 750 manat tam ödənilmişdir. Ona qarşı hər hansı iddia və tələbi, həmçinin şikayəti yoxdur.Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, «Bolmart» marketin yanında yerləşən avtomobil təmiri sexində usta işləyir. 07 sentyabr 2023-cü il tarixdə adını sonradan bildiyi Zərərçəkmiş şəxs 311 nömrəli marşrut xətti ilə işləyən özünə məxsus «İSUZU» markalı, ** TL *** dövlət nömrə nişanlı avtomobusu təmir sexinə gətirmiş və avtobusun mühərrikində problemi olduğunu bildirmişdir. Avtomobilin mühərrikinin qalovkası söküldükdə onun üzərindəki prokladkanın yandığı məlum olmuş və buna görə də avtomobilin sahibinə zəng edilib bu barədə bildirilmişdir. Avtobusun sahibi 09 sentyabr 2023-cü il tarixdə prokladka alıb gətirməli idi. Avtobus sexin qarşısında saxlanılmış və mühərrikin ehtiyat hissələri salona yığılmış, o cümlədən mühərrikin qalovkası da avtobusun salonuna qoyulmuşdu. 09 sentyabr 2023-cü il tarixdə səhər saat 08 radələrində işlədiyi sexə gəldikdə məlum olmuşdur ki, sexin qarşısında saxlanılmış «İSUZU» markalı, ** TL *** dövlət nömrə nişanlı avtomobusun salonunda sökülmüş mühərrikin qalovkası naməlum şəxs tərəfindən oğurlanmışdır. Buna görə də baş vermiş oğurluqla bağlı avtobusun sahibinə zəng vurulub məlumat verilmiş və DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 izahatında göstərmişdir ki, təxminən 5 il olar ki, Ramana qəsəbəsi ərazisində 4 yol deyilən ərazidə yerləşən metal qəbulu sexində işləyir. Həmin sexi tək özü işlədir, əas fəaliyyəti velosiped təmiridir, həmçinin metal qəbulu ilə də məşğul olur. Vətəndaşlardan tullantı qəbul etdikdə sənədini istəmir. Yalnız vətəndaşlardan şübhəli detalları tullantı kimi qəbul etdikdə sənədlərini qəbul edir. Ramin Hüseynovu əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. 09 sentyabr 2023-cü il tarixdə həmişə olduğu kimi işdə olmuş və qonşu obyektdə oturmuşdum. Təxminən saat axşam saat 20 radələri olardı, sonradan adını bildiyi Ramin adlı şəxs bir nəfər şəxslə onun yanınma gəlmiş və avtomaşına məxsus xarab qalovka olduğunu bildirmişdir. Həmin qalovka çuqundan hazırlanmış və yanında bir neçə aluüminium detalı da olmuş. həmin detalı qəbul etmiş və çəkmiş, metalın kiloqramını 35 qəpikdən qəbul etmiş, çəkib çəkisini müəyyən etmiş və dəyərinin 24 manat 50 qəpik gəldiyini bildirib metalı qəbul etdikdən sonra pulu ödəmiş və onları yola salmış, həmin metalı aldıqdan təxminən səhəri günü metal yığan şəxslərə həmin qalovkanı digər metallarla birlikdə təhvil vermiş, metalı qəbul etdikdə vətəndaşlardan sənəd alıb qeydiyyat aparsa da, həmin Ramin adlı şəxsdən hər hansı sənəd almamış və heç bir qeydiyyat etməmiş, Ramin həmin metalın tullantı olduğunu bildirdiyi üçün onu tullantı kimi də qəbul edib çəkərək pulun metal kimi ödəmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.1ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, 16 sentyabr 2023-cü il tarixdə, saat 12:30 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Cinayət əməlinin tövsif edilməsi” haqqında 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-cü maddəsindən Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsinə tövsif edilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 17 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, 18 sentyabr 2023-cü il tarixdə, saat 11:10 dəqiqədə X6 CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-704/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin və təqdimatın təmin olunmasından imtina edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində tədbiri seçilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - “Cinayət əməlinin tövsif edilməsi” haqqında 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-cü maddəsindən Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi barədə” 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş X6 barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə Abşeron Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Məlik Məlikovun xx.xx.2023-cü il tarixli vəsatəti təmin edilməmiş, təqsirləndirilən şəxs X6 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X1 Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. - “Qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X6 barəsində axtarış elan olunmuşdur. - “Qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. - “Axtarışda olan şəxsin tutulması barədə” 08 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə tutulara Abşeron RPİ-yə təhvil verilmişdir. - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 08 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-875/2024 saylı, 10 noyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X5 barəsində “həbs” qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin və təqdimatın təmin olunmasından imtina edilmişdir. - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 10 noyabr 2023cü il tarixli qərardan görünür ki, X6 barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış və o, saxlandığı Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. - “Axtarışda olan şəxsin tutulması barədə” 19 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Abşeron RPİ-yə təhvil verilmişdir - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi barədə” 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə Abşeron Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Məlik Məlikovun xx.xx.2023-cü il tarixli vəsatəti təmin edilməmiş, təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. - Abşeron Rayon Məhkəməsinin 1(012)-447/2024 saylı, 02 fevral 2024-cü il tarixli qərarından görünür, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X4 barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. - “Axtarışda olan şəxsin tutulması barədə” 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə tutulmuşdur. - “Axtarışda olan şəxsin tutulması barədə” 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, X6 22 fevral 2024-cü il tarixdə tutulmuşdur. - Abşeron Rayon Məhkəməsinin 1(012)-447/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraat təzələnmişdir. - Abşeron Rayon Məhkəməsinin 1(012)-447/2024 saylı, 09 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur,barəsində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. - “Axtarışda olan şəxsin tutulması barədə” 27 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə tutulmuşdur. - Abşeron Rayon Məhkəməsinin 1(012)-447/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraat təzələnmişdir. - Abşeron Rayon Məhkəməsinin 1(012)-447/2024 saylı, 16 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirliməsinə dair cinayət işi üzrə icraat ayrılmışdır. Həmin tarixli qərarla X6 barəsində axtarış elan olunmuşdur və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. - Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Zərərçəkmiş şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadiəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini, ona qarşı heç bir şikayət, tələb və mülki iddianın olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin törədilməsində rolunu, eləcə də, özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3-və 158.6-cı maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 4 gün, məhkəmə istintaq dövründə axtarış nəticəsində tutulduğu 2 gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 04 ay 07 gün, cəmi 4 (dörd) ay 13 (on üç) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 08 ay 26 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunmalıdır, başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 50 saat üçün nəzərdə tutulan 300 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il (iki) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 4 gün, məhkəmə istintaq dövründə axtarış nəticəsində tutulduğu 2 gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 04 ay 07 gün, cəmi 4 (dörd) ay 13 (on üç) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 08 (səkkiz) ay 26 (iyirmi altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bakı Şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Bakı Şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi1 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-447/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-447/2024
04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver