Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-447/2025 25.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Büosunun vəkili X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Büosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “İri şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsində nasos qurğularının maşinisti işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 VƏ xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 31 iyul 2024-cü il tarixdə X1 adına olan "xxxx" ASC-yə məxsus 4169-73**-****-0655 nömrəli bank kartını Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən “Kolorit” restoranının yaxınlığında, ödəniş terminalının üzərindən götürdükdən sonra tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə bacısı oğlu Təqsirləndirilən şəxs2 ilə əlbir olub cinayət əlaqəsinə girərək həmin plastik kartı elektron ödənişlər zamanı istifadə edərək içərisindəki vəsaiti xərcləməsi üçün Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin bank kartını elektron məlumat daşıyıcısından istifadə etməklə 31 iyul 2024-cü il tarixdə saat 14:23-də ərzaq mağazasından 5 manat dəyərində, həmin gün saat 14:25-də 03 manat dəyərində, həmin gün saat 14:33-də “Oba” market mağazasından 2 manat 91 qəpik, həmin gün saat 14:34də “Güvən Lahmacun” restoranından 10 manat dəyərində, həmin gün saat 14:36-də “Oba” market mağazasından 8 manat dəyərində, həmin gün saat 15:02-də “Oba” market mağazasından 4 manat 20 qəpik və 8 manat 80 qəpik dəyərində, həmin gün saat 15:15də “Oba” market mağazasından 20 manat 10 qəpik dəyərində, həmin gün saat 15:20-də “Güvən Lahmacun” restoranından 30 manat dəyərində, həmin gün saat 15:31-də “Oba” market mağazasından 22 manat 20 qəpik dəyərində, həmin gün saat 15:42-də “X9” restoranından 54 manat dəyərində və sonuncu dəfə həmin gün saat 15:53-də Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Rahat” marketdən 45 manat dəyərində və saat 15:55-də 4 manat 50 qəpik dəyərində alış-verişlər etmiş, həmçinin həmin gün saat 14:43də “Ayxan” petrolda 10 manat dəyərində benzin alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 227 manat 71 qəpik məbləğində pulu gizli olaraq talayıb, zərərçəkmiş Matanet Gadzhievaya 227 manat 71 qəpik məbləğdə ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs2 dayısı Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sonuncunun 31 iyul 2024-cü il tarixdə X1 adına oian “Kapital Bank" ASC-yə məxsus 4169-73**-****- 0655 nömrəli bank kartını Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən “Kolorit” restoranının yaxınlığında, ödəniş terminalının üzərindən götürüb tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ona verdikdən sonra o, həmin bank kartını elektron məlumat daşıyıcısından istifadə etməklə 31 iyul 2024-cü il tarixdə saat 14:23-də ərzaq mağazasından 5 manat dəyərində, həmin gün saat 14:25-də 03 manat dəyərində, həmin gün saat 14:33-də “Oba” market mağazasından 2 manat 91 qəpik, həmin gün saat 14:34də “Güvən Lahmacun” restoranından 10 manat dəyərində, həmin gün saat 14:36-də “Oba” market mağazasından 8 manat dəyərində, həmin gün saat 15:02-də “Oba” market mağazasından 4 manat 20 qəpik və 8 manat 80 qəpik dəyərində, həmin gün saat 15:15də “Oba” market mağazasından 20 manat 10 qəpik dəyərində, həmin gün saat 15:20-də “Güvən Lahmacun” restoranından 30 manat dəyərində, həmin gün saat 15:31-də “Oba” market mağazasından 22 manat 20 qəpik dəyərində, həmin gün saat 15:42-də “X9” restoranından 54 manat dəyərində və sonuncu dəfə həmin gün saat 15:53-də Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Rahat” marketdən 45 manat dəyərində və saat 15:55-də 4 manat 50 qəpik dəyərində alış-verişlər etmiş, həmçinin həmin gün saat 14:43də “Ayxan” petrolda 10 manat dəyərində benzin alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 227 manat 71 qəpik məbləğində pulu gizli olaraq talayıb, zərərçəkmiş Matanet Gadzhievaya 227 manat 71 qəpik məbləğdə ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun bacısı oğludur. 31 iyul 2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kolorit” restoranının yaxınlığında olarkən “Bakıkart” ödəniş kartına balans yükləmə üçün “MilliÖn” ödəniş terminalına yaxınlaşmışdır. Həmin vaxt balansı yüklədikdən sonra ödəmə terminalının üzərində "xxxx"-a məxsus plastik kart olduğunu görmüşdür. Həmin karta baxış keçirib üzərində qadın adı olduğunu görmüşdür. Həmin kartı götürüb pul kisəsinə yerləşdirmişdir. Daha sonra Azərin işlədiyi “Kristal Abşeron” yaşayış kompleksi ilə üzbəüz yerləşən “Güvən” restoranına doğru getmişdir. Həmin vaxt bacısı oğlu Azər ondan su almaq üçün kartını istəmişdir. O da pul kisəsində olan özünə məxsus "xxxx" plastik kartını vermək istəsə də, axşam saatları olduğu üçün hava şəraiti qaranlıq olduğu üçün səhv salıb “MilliÖn” ödəniş terminalından tapdığı "xxxx" plastik kartını vermişdir. Özü də evə getmişdir. 01 avqust 2024-cü il tarixdə 01 radələrində bacısı oğlu Azər evə gələrək kartın başqa adama məxsus olduğunu və içərisindəki pullardan müəyyən qədərini xərclədiyini bildirmişdir. Təxminən 20 dəfə özünə məxsus olan bank kartını bacısı oğluna pul xərcləmək üçün vermişdir. Azər ondan adətən kartını istəyəndə kartı istəməmişdən əvvəl nə alacağı barədə ona bildirmiş və o da bilmişdir ki, verəcəyi kartdan təxminən neçə manat pul xərcləyək ondan sonra vermişdir. Xərclənilən məbləğ də heç vaxt ən çoxu 20 manatı keçməmişdir. Sonuncu dəfə Azər ondan su almaq üçün pul istəmiş, onun da üzərində nağd pul olmadığı üçün pul kisəsindən kart çıxarıb vermişdir. Kartı verəndə də fikir vermişdir ki, hansı kartı verir. Tapmış olduğu Kapital Banka məxsus bank kartından başqa digər Kapital Banka məxsus bank kartı olmamışdır. Heç özü də bilməmişdir ki, necə olub həmin kartı səhv salmışdır. Həmin kartı götürmüşdür ki, sahibinə qaytarsın. O, kartı sahibinə qaytarmaq üçün heç bir hərəkət etməmişdir, çünki axşam saatları olduğu üçün heç yer işləmirmiş, ona görə düşünmüşdür ki, sabah qaytarar. Kart sahibi Matanet Gadzhievanın təqdim etdiyi bank çıxarışlarında görünür ki, kartdan pul 31 iyul 2024-ü il saat 14:23-dən saat 15:55-ə qədər xərclənmişdir. Bu isə axşam saatlarına təsadüf etmir, ü bildirmişdir ki, belə çıxır ki, o, kartı günorta tapmışdır. Kartı günorta saatlarında tapsa da, səhvən ifadəsində kartı axşam saatlarında tapdığınızı bildirmişdir. Elə avtomatik pul kisəsini açıb, pul kisəsindən kartı çıxarıb baxmadan Azərə vermişdir. Törətdiyi əməlindən çox peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun dayısıdır. O, Nüsrət və sonuncunun atası birlikdə yaşayırlar. Anası uşaq baxıcılığı ilə məşğul olduğu üçün onlarla birlikdə yaşamır. 31 iyul 2024-cü il tarixdə axşam saat 22 radələrində işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi ilə üzbəüz yerləşən “Güvən” restoranında olan zaman dayısı Nüsrət yanlarına gəlmişdir. Həmin vaxt o, dayısından su almaq üçün pul istəmişdir. Dayısı da üzərində nağd pul olmadığını, lakin plastik kartını verə biləciyini deyib pul kisəsindən plastik kart çıxarıb ona vermişdir. Bundan sonra dayısı uzaqlaşaraq evə getmişdir. O da yaxınlıqda yerləşən “Oba” marketə girib oradan 5 manatlıq enerji içkisi almışdır. Həmin vaxt dayısı Nüsrətin ona verdiyi kartla ödəniş edən zaman kartın üzərində dayısının deyil ayrı bir xanımın adının olduğunu görmüş və həmin kartın dayısına məxsus olmadığını başa düşmüşdür. Bundan sonra o, gecə radələrinədək kartdan istifadə edərək müxtəlif mağaza və restoranlardan həmin kart vasitəsilə müxtəlif ərzaq və qidalar almağa başlamışdır. Həmçinin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Ayxan” petroldan “Tufan S50” modelli motosikletinə 10 manatlıq benzin vurmuşdur. Sonuncu dəfə isə ödənişi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Rahat” marketdə etmişdir. Həmin ödənişlər səhv etmirsə 45 və 4,5 manat dəyərində olmuşdur. Daha sonra isə evə gəlib kartın başqa şəxsə məxsus olduğunu dayısına demişdir. Dayısı da karta baxıb müddətinin keçdiyini söyləmiş və tullamışdır. O, kartın içərisində olan pulun məbləğini bilməmişdir. Amma güman etmişdir ki, 227 manat 71 qəpik dəyərində alış veriş etmişdir. 31 iyul 2024cü il tarixdə ərzaq mağazasından 5 manat, daha sonra 03 manat, “Güvən Lahmacun” restoranından 10 manat, daha sonra 30 manat, “X10” restoranından 54 manat, “Oba” market mağazasından 2 manat 91 qəpik, 20 manat 10 qəpik, 4 manat 20 qəpik, 22 manat 20 qəpik və 8 manat, “Rahat” marketdən 45 manat və 4 manat 50 qəpik, “Oba” market mağazasından 8 manat 80 qəpik, “Tam Store” mağazasından 4 manat 47 qəpik dəyərində alış-verişlər edilmiş, bundan başqa isə Ayxan retrolda 10 manat dəyərində ödənişlər onun tərəfindən edilmişdir və etdiyi alış-verişləri özü üçün etmişdir. Bu barədə heç kimə məlumat verməmişdir. O, daha öncələr də dayısının kartını götürərək həmin kart vasitəsilə ödənişlər etmiş və həmin kartın "xxxx" ASC-yə məxsus plastik kart olduğunu bilmişdir. Həmin vaxt o, karta baxmadığı üçün "xxxx" ASC-yə məxsus olan plastik kart olduğunu görməmişdir. Əməlindən peşmandır, bir də belə əməllərə yol verməyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 31 iyul 2024-cü il tarixdə günorta saat 13 radələrində o, kartına pul yükləmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən "xxxx"ın Xırdalan filialının yaxınlığında yerləşən terminal vasitəsilə "xxxx" ASC-yə aid hazırda nömrəsini xatırlamadığı plastik kart hesabına 70 manat pul yükləmişdir. Həmin vaxt plastik kartını çıxarıb terminalın üzərindəki oxucuya qoymuş və yükləməni etmişdir. Lakin bu zaman ona zəng gəldiyi üçün və uşağı ağladığı üçün o, təcili oradan uzaqlaşmışdır. Bu vaxt plastik kartı götürmək yadından çıxmış və orada qalmışdır. Bundan sonra o, evə getmiş və ev işlərini görməyə başlamışdır. Təxminən saat 16 radələrində o, telefonunda olan “Birbank” bildirişə baxdıqda hesabından pullar xərcləndiyini müəyyən etmişdir. Bu vaxt həmin tədbiqə daxil olduqda hesabından 31 iyul 2024-cü il tarixdə ərzaq mağazasında 5 manat, daha sonra 03 manat, “Güvən Lahmacun” restoranından 10 manat, daha sonra 30 manat, “X10” resotranından 54 manat, “Oba” market mağazasından 2 manat 91 qəpik, 20 manat 10 qəpik, 4 manat 20 qəpik, 22 manat 20 qəpik və 8 manat, “Rahat” marketdən 45 manat və 4 manat 50 qəpik, “Oba” market mağazasından 8 manat 80 qəpik, “Tam Store” mağazasından 4 manat 47 qəpik dəyərində alış-verişlər edildiyini, bundan başqa isə Ayxan Pet.rolda 10 manat dəyərində ödəniş edildiyini müəyyən etmişdir. Baş vermiş hadisə nəticəsində ona 227 manat 71 qəpik maddi ziyan dəymişdir. Bu ödənişlər 31 iyul 2024-cü il tarixdə saat 14:23-dən 15:55-dək baş vermiş, sonuncu ödəniş Rahat marketdə edilmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Onlara qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il saat 17:10-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, təqsirləndirilən şəxsə ittiham ittiham elan olunmuş və ittihamın mahiyyəti ona izah edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin X4 dərhal azad olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqıda xx.xx.2024-cü il tarixli protoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, təqsirləndirilən şəxsə ittiham ittiham elan olunmuş və ittihamın mahiyyəti ona izah edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin X4 dərhal azad olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Ödəniş çıxarışlarından görünür ki, "xxxx" ASC-yə məxsus 4169-73**-****-0655 nömrəli bank kartından 227 manat 71 qəpik məbləğində pul istifadə olunmuşdur. Zərərçəkmiş şəxs X2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı (235 manat) tam ödədiyinə görə onlara qarşı heç bir şikayəti yoxdur. Məhkəmədə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onların tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayətlər törətmələrini, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdiriən halları, cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır.. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlığın məhdudlaşdırılnması cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxslər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər bürosunun müdafiəçisi vəkil X3 18 saat göstərdiyi hüquqi yardıma görə 108 manat məbləğində pul, Xırdalan şəhər bürosunun müdafiəçisi vəkil Müdafiəçi 18 saat göstərdiyi hüquqi yardıma görə 108 manat məbləğində pul, Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlığın məhdudlaşdırılnması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılnması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlığın məhdudlaşdırılnması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılnması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bak şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxslər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər bürosunun müdafiəçisi vəkil X3 18 saat göstərdiyi hüquqi yardıma görə 108 manat məbləğində pul, Xırdalan şəhər bürosunun müdafiəçisi vəkil Müdafiəçi 18 saat göstərdiyi hüquqi yardıma görə 108 manat məbləğində pul, Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №1(012)-447/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-447/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver