Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-448/2021 23.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Füzuli şəhəri, Fialetov küçəsi, ev 55-də qeydiyyatda olan və ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19.06.2021-ci il tarixdə saat 19 radələrində ünvan 1 ünvanında, sonuncunun başqa şəxslə münasibətinin olmasını və onu sevmədiyini bildirməsinə görə nikahsız yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı yumruq və sillə ilə Zərərçəkmiş şəxs sifət, qulaq, eləcə də bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, ona sol qulağın küt travması, sol qulaq pərdəsinin travmatik cırılması, sağ bazu, sol said, sağ dirsək nahiyələrinin qançırlarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2 il müddətdir tanıyır. Belə ki, Günellə aralarında qeyri-rəsmi, lakin ər-arvad münasibətləri olmuşdur. Onun Günellə ailə həyatı qurmaq fikri vardır. Lakin Günelin ailəsi buna razılıq vermir. 19.06.2021-ci il tarixdə saat 14 radələrində yaşadığı evdə olan zaman Günel onun anası Dilbərlə bacısı qızı Ayişənin əl və ayaq dırnaqlarına qulluq etmək üçün yaşadıqları evə gəlmiş, saat 19 radələrində Günel işini görüb qurtarmış, Günel evdən çıxıb getmək istəyərkən getməməsini və söhbət etmələrini demiş, söhbət zamanı Günelə onunla ailə həyatı qurmaq barədə fikrini dəqiqləşdirib-dəqiqləşdirməməsini soruşmuş, Günel isə onun başqa qadınla münasibətinin olmasını, buna görə özünün də başqa şəxslə münasibətinin olmasını demiş, o, təəccüblənmiş və Günelə "mənə xəyanət etmisən?" sözlərini demiş, Günel isə bir daha dediklərini təsdiqləmiş, o da buna görə sillə ilə bir dəfə Günelin qulaq nahiyəsindən zərbə vurmuş, Günel əlləri ilə başını tutaraq aşağıəyilmiş, bu zaman onun anası Dilbər və bacısı qızı Ayişə digər otaqdan onların olduğu otağa gəlmiş, anası Dilbərin onun Güneli vurmasından məlumatı olmuş və onun üstünə qışqırmış, Günel də bundan sonra evdən çıxıb getmiş, sonradan bu barədəşikayət olunmasından məlumatı olmuşdur. 19.06.2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evin içərisində sillə ilə bir dəfə Günelin qulaq nahiyəsinə zərbə vurmuş, mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin zaman yaşadığı evin içərisində anası Dilbər və bacısı qızı Ayişənin olmuş, mübahisənin yaranma səbəbi Günelin ona xəyanət etməsi olmuş, mübahisə zamanı səs-küy yaranmamış, oraya kənardan yaxınlaşan olmamışdır. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayından tanıyır. Belə ki, Vüsalla qeyri-rəsmi, lakin ər-arvad münasibəti olmuşdur. Lakin son zamanlar Vüsalla münasibətləri pisləşmişdir. Buna səbəb Vüsalın pis vərdişlərinin olması barədə məlumatının olmasıdır. 19.06.2021-ci il tarixdə saat 14 radələrində Vüsalın Türkiyə Respublikasında yaşayan bacısı Vüsalə "Whatsapp" ani mesajlaşma proqramı vasitəsilə ona mesaj yazaraq ünvan 1 ünvanında yaşayan anası Dilbərlə qızı Ayişənin əl və ayaq dırnaqlarına qulluq etməsini demiş, o da etiraz etməyərək həmin ünvana getmiş, təxminən 5 saat orada işlədikdən sonra saat 19 radələrində işimi görüb qurtarmış, evdən çıxıb getməyə hazırlaşan zaman Vüsal anası Dilbərə mobil telefonu verməsini və gələn mesajlara cavab verəcəyini demiş, o, zarafatla Vüsala atmaca ataraq yeni sevgilisinin mübarək olmasını demiş, Vüsal eyni sözləri də ona təkrarlamış, o, yenə də zarafatla Vüsala "mənim sevgilim çoxdan mübarək olub" sözlərini demiş, Vüsal isə yaxınlaşaraq "mənə xəyanət etmisən? sözlərini demiş və sillə ilə sifət nahiyəsinə zərbə vurmuş, o, evdən çıxıb getmək istəmiş, Vüsal əlləri ilə qolundan tutaraq onu otağa aparmış, həmçinin orada da yumruqla qollarına və ayaqlarına zərbələr vurmuş, bu zaman Vüsalın anası yaxınlaşaraq sonuncunu aralaşdırmış, Vüsal otaqdan çöləçıxmış və bir-iki dəqiqə sonra yenə otağa geri qayıtmış, otağa daxil olduqdan sonra Vüsal yaxınlaşaraq onu sevdiyini və onsuz qala bilmədiyini demiş, o isə Vüsala sonuncunu sevmədiyini bildirmiş, bundan sonra Vüsal sillə ilə qulaq nahiyəsinə zərbə vurmuş, o, əlləri ilə qulağını tutub aşağıəyilmiş və qışqırmağa başlamış, Vüsalın anası Dilbər yenə də otağa daxil olmuş və Vüsalı aralaşdıraraq sonuncunun üstünə qışqırmış, o, bundan sonra oradan çıxmış və Vüsalın onu döyməsi barədəşikayət etmək qərarına gəlmişdir. Vüsalın 19.06.2021-ci il tarixdə saat 19 radələrində ünvan 1 ünvanında mübahisə zamanı yumruq və sillə ilə sifət, qulaq, qol və ayaq nahiyələrinə vurmaqla onu döymüşdür. Aralarındakı mübahisənin təxminən 15 dəqiqə davam etmiş, həmin zaman orada Vüsalın anası Dilbər və Vüsalın azyaşlı bacısı qızı Ayişənin olmuş, mübahisənin yaranma səbəbi Vüsalın onu səbəbsiz yerə qısqanması və Vüsala sevgilisinin olması barədə zarafatla dediyi sözləri ciddi qəbul etməsi olmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının 28.06.2021-ci il tarixli 1321 nöməli rəyindən görünür ki, 1990-cı il təvəllüdlüZərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol qulağın küt travması, sol qulaq pərdəsinin travmatik cırılması, sağ bazu, sol said, sağ dirsək nahiyələrinin qançırlarıküt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni 19.06.2021-ci il tarixdə dava-dalaş zamanıəl, yumruq zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 28.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayonu vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ**********0003001944, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi subut və mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-448/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-448/2021
23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver