Məhkəmə qərarları › İş №1(012)-448/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-448/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-448/2025 18.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Pirməmmədzadə Vüsal Əliş oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1 Baləmi oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, “Pepsi” şirkətində fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qohumu və həmkəndlisi, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə evlənmək barədə razılaşaraq xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Natəvan küçəsində görüşüb sonuncunu evlənmək məqdsədilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan əmisi X2 evinə apararaq orada birlikdə üç gün yaşadıqdan sonra 30 may 2023-cü il tarixdə atası Şahid2 Eminağa oğluna məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Natəvan küçəsi, 17 saylı evə gətirib orada həmin tarixdə ilk dəfə, sonra da göstərilən kənddə kirayədə qeyri rəsmi ər-arvad kimi birlikdə yaşamaqla mütəmadi olaraq Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuş, birgə yaşayış zamanı xx.xx.2024-cü il tarixdə X4 adlı uşaqları doğulmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hazırda qeyri rəsmi olaraq onun həyat yoldaşıdır. Onunla normal ər-arvad münasibətində yaşayırlar. Lakin Fatimənin yaşı az olduğu üçün onunla rəsmi nikaha girə bilməmişdir. Zərərçəkmiş şəxs atasının qohumlarındandır, onun valideyinləri Abşeron rayonu, Qobu qəsəbəsində yaşayır. İlk dəfə Zərərçəkmiş şəxs 2023-cü ilin əvvəllərində atasının evində görmüşdür. Fatimə Qobu qəsəbəsində 2 nömrəli tam orta məktəbin 9-cu sinifində oxuyarkan onun xoşuna gəldiyi üçün onunla məktəbə gedəndə görüşmüş və ondan xoşu gəldiyini bildirmişdir. Fatimə da ondan xoşu gəldiyini bildirmiş, Fatimə ilə evlənmək istədiyini valideynlərinə bildirdikdə valideyinləri Fatimə ilə evlənməsinə etiraz etrməmişlər. 2023-cü ilin aprel ayında onun valiydenləri Fatimənin yaşadığı evə elçi getmişlər. Fatimənin valiydenləri onunla evlənəyinə icazə verdikləri üçün və Fatimə özü onunla ailə qurmağa razı olduğuna görə 23 aprel 2023-cü il tarixdə valideyinləri qız evinə nişan apararaq Fatiməni nişanlamışlar. O, Fatimə ilə nişanlananda onun 16 yaşının tamam olmadığını bilmiş və hər iki tərəfin valiydenləri də bilmişlər ki, Fatimənin on altı yaşı tamam olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2007-ci il tarixdə anadan olmuş, o, Zərərçəkmiş şəxs nikah yaşına çatmamasını bildiyindən 27 may 2023-cü il tarixdə Fatiməni evlənmək məqsədi ilə qaçırtmışdır. Onun və Fatimənin valideyinləri bildirmişlər ki, onların toylarını iki ildən sonra etsinlər. O, iki il gözləmək istəməmiş, ona görə də, “WhatsApp”-da Fatiməylə danışmış və ona təklif etmişdir ki, qaçsınlar. Fatimə razılaşmış və o, 27 may 2023-cü il tarixdə saat 13 radələrində Fatimənin yaşadığı evin qarşısındakı küçəyə gəlmişdir. Həmin vaxt Fatimə evdə tək olmuş, ona görə də, Fatimənin onunla gəlməsinə heç kim mane olmamışdır. Fatimən ilə əvvəlcə əmisi Şamilin evinə getmişlər. Əmisinin evində Fatimə ilə birlikdə üç gün qalmışdır. 30 may 2023-cü il tarixdə Fatiməni atası Həsənağanın yaşadığı evə aparmış və 30 may 2023-cü il tarixdə ilk dəfə Zərərçəkmiş şəxs ilə onun razılığı ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxtdan Zərərçəkmiş şəxs ilə ər arvad kimi yaşamışlar. Onların bu münasibətlərindən 08 fevral 2024cü il tarixdə Qasımova Melisa adlı qız övladları doğulmuşdur. X7 rayonu, Xırdalan şəhərindəki qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnaməsi almışdır. Zərərçəkmiş şəxs ilə ilk dəfə Abşeron rayonu, Qobu qəsəbəsində atası Həsənağanın evində təbii yolla onun razılığı ilə cinsi əlaqədə olanda Fatimənin 16 yaşının tamam olmamasını o, bilmişdir. Zərərçəkmiş şəxs onların evlənmələri üçün hər hansı məcburiyyət olmamışdır. Sonda övladının xəstə olduğunu, ailəyə qazanc gətirən yeganə şəxs olduğunu və həbsdə qalacağı təqdirdə ailə vəziyyətinin pisləşəcəyini bildirərək barəsində həbslə bağlı olmayan cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndə Şahid1 Baləmi oğlunun iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər atasının uzaq qohumu kimi tanımışdır. Elvin həmçinin onun qardaşı Balaəmi ilə yoldaşlıq etmiş, ona görə də arabir onun yaşadığı evə də gəlmişdir. Onların bir-birlərindən xoşları gəlmişdir. 2023-cü ilin əvvəllərində o, günorta vaxtı məktəbə gedərkən Elvin onu məktəbə ötürmüş və yolda onu sevdiyini bildirmişdir. O da Elvindən xoşu gəldiyini demişdir. Bundan sonra onlar bir-birləriylə arabir görüşüb söhbət etmişlər. 23 aprel 2023-cü il tarixdə Elvinin valideyinləri onun yaşadığı evə onun üçün elçiliyə gəlmişlər. Valideynləri onun rəyini soruşduqda o, Elvinlə evlənməyə razı olduğunu bildirmişdir. Odur ki, valideynləri onu Elvinlə nişanlamışlar. Barmağına üzük taxmışlar. Valideyinləri qərarlaşdırmışlar ki, onun on yeddi yaşı tamam olduqdan sonra onu gəlin köçürsünlər. Lakin bir müddət sonra, 26 may 2023-cü il tarixdə Elvin ona məktəbdən çıxıb evə gedərkən demişdir ki, iki il gözləmək istəmir, tez evlənmək istəyir. Təklif etmişdir ki, qoşulub birlikdə getsinlər və ailə olaraq birlikdə yaşasınlar. Elvinin həmin təklifi ilə razılaşmış, 27 may 2024-cü il tarixdə günorta vaxtı Elvin onun yaşadığı evin yaxınlığına gəlib orada gözləmiş, o isə, həmin vaxt evdə tək olduğundan istifadə edərək evdən çıxmışdır. Evdən çıxarkan Elvinlə birlikdə evlənmək üçün getdiyi barədə kağıza yazmış və stolun üzərinə qoymuşdur. Küçədə Elvinlə görüşüb birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Elvinin əmisi Şamilin evinə getmişlər. İki gün orada qaldıqdan sonra 30 may 2023-cü il tarixdə Elvinlə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsinə Elvinin atasının yaşadığı evə gəlmişlər. Elvinin atası Həsənağa Elvini danlamış və onların evlənmələriylə bağlı narazılığını bildirmişdir. Elvinin atasının evində iki gün yaşadıqdan sonra Elvin Qobu qədsəbəsində kirayə ev tutmuş və onlar kirayə evə köçərək orada yaşayırlar. Elvin onunla ilk dəfə 30 may 2023-cü il tarixdə atasının yaşadığı evdə təbii yola cinsi əlaqədə olmuşdur. Sonradan ər-arvad münasibətində hazırkı vaxta qədər birlikdə yaşayırlar. Elvinlə onun faktiki evliliklərindən 08 fevral 2024-cü il tarixdə Melisa adlı qızı övladları doğulmuşdur. Hazırda da Elvinlə birlikdə ailə olaraq yaşayırlar. Təqsirləndirilən şəxs əvvəlcədən onun 16 yaşına çatmadığını bilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Elvinin tutulmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Baləmi oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Qızı Zərərçəkmiş şəxs yaşadığı Qobu qəsəbə 2 saylı orta məktəbində 9-cü sinfə qədər təhsil almış, lakin ailə qurduğu üçün 9-cu sinifdən məktəbdən çıxmışdır. Təqsirləndirilən şəxs onun ata tərəfdən qohumudur. Elvin onun oğlu Baləmi ilə dostluq etmişdir. 2023-cü ilin aprel ayında gündüz vaxtı Elvinin atası Həsənağa və anası Ramella onun evinə gəlmişlər. Bir qədər söhbət etdikdən sonra qızı Zərərçəkmiş şəxs oğlanları Təqsirləndirilən şəxs almaq istədiklərini bildirmişlər. O, bildirmişdir ki, Fatimə hələ uşaqdır, məktəblidir, ərə gedən vaxtı deyildir. Lakin Elvinin valideyinləri təkid etmiş və gənclərin bir- birlərini sevdiyini söyləmişlər. Bu zaman həyat yoldaşı və o, Fatimədən onun Elvinlə ailə qurmağa razı olub-olmadığını soruşduqda Fatimə, Elvinlə evlənməyə razı olduğunu bildirmişdir. Odur ki, o, Elvinin valideyinləri Həsənağa və Ramellaya bildirmişdir ki, qızı Fatimənin Elvinlə evlənməsinə razılıq verir. Lakin onlara demişdir ki, qızını iki ildən sonra, yəni on yeddi yaşma çatdıqda toy edib gəlin köçürəcəkdir. Həsənağa və Ramella da onunla razılaşmışlar. Qızım Fatiməyə rəsmi nişan tədbiri keçirməmiş, yalnız öz aralarında razılaşmışlar ki, Fatimənin on yeddi yaşı olandan sonra Elvinlə onun toyunu edəcəklər. 27 may 2024-cü il tarixdə o, işdən evə saat 17 radələrində qayıtmışdır. Evə çatdıqda kiçik oğlu Aqil ona Fatimənin Elvinə qoşulub qaçdığını söyləmişdir. Bu barədə haradan bildiyini soruşduqda məlum olmuşdur ki, evdən gedərkən Fatimə kağızda Elvinlə evlənmək məqsədi ilə qoşulub getdiyini yazmışdır. Sonradan qardaş və bacıları Fatimə ilə telefonda danışmış, Fatimə könüllü olaraq evlənmək məqsədi ilə Elvinlə getdiyini bildirmişdir. Odur ki, qızının dalınca getməmiş və üstündə ləkə qalmasın deyə onların evlənməsinə etiraz etməmişdir. Hazırda kürəkəni Elvin və qızı Fatimənin bir azyaşlı uşaqları vardır. Onlar birlikdə ailə olaraq yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğlumdur. Zərərçəkmiş şəxs onun ata tərəfindən qohumudur. Odur ki, onu əvvəlcədən tanımışdır. 2023-cü ilin aprel ayında oğlu Elvin anası Ramellaya bildirmişdir ki, Raminin qızı Fatiməni sevir və onunla evlənmək istəyir. Bu barədə həyat yoldaşı Ramella ona bildirdikdə Fatimənin yaşı az olduğu üçün razılaşmamış, lakin oğlu Elvin Fatimə ilə bir-birlərini sevdiklərini və ailə qurmaqda qərarlı olduqlarından Fatimə üçün elçiliyə getmək qərarına gəlmişlər. Həyat yoldaşı Ramella ilə birlikdə Fatimənin atası Raminin evinə getmiş və orada Fatimənin valideyinlərinə fikirlərini bildirmişlər. Fatimənin valideyinləri əvvəlcə razılıq vermək istəməsələr də, sonradan qızın razılıq verdiyini görüb oğlu Elvinlə evləmələrinə icazə vermişlər. Lakin razılaşmışlar ki, Fatimənin on yeddi yaşı tamam olandan sonra Elvinlə onların toynu etsinlər. Fatimənin barmağına üzük taxmış, lakin nişan tədbiri etməmişlər. 27 may 2024-cü il tarixdə, axşam vaxtı həyat yoldaşı Ramella ona oğlu Elvinin Fatiməni qaçırdığını və onu Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan qardaşı Şamilin evinə apardığını bildirmişdsir. mışdır. O, Elvinin bu hərəkətinə hirslənmiş və narazılığını bildirmişdir. O, Elvini və Fatiməni evə qəbul etmək istəməmişdir. Lakin sonradan hirsi soyumuş və onların birlikdə olduqlarını görüb evə gəlmələrinə icazə vermişdir. Üç gün sonra Elvin və Fatimə birlikdə onun yaşadığı evə gəlmişlər. Həmin vaxtdan sonra Elvin və Fatimə ər-arvad olaraq birlikdə yaşayır, onların ər-arvad münasibətindən bir az yaşlı qız uşaqları vardır. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq aidiyyəti üzrə Abşeron RPİ-nin MSY-yə təhvil verilmişdir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 Baləmi oğlu həmin iş üzrə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. Abşeron RİHB-nın Qobu qəsəbə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Qasımov X3 rayonu, Qobu qəsəbəsi, Natəvan küçəsi 17 saylı evdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xx.xx.2024-cü il təvəllüdlü X4 adlı övladları vardır. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-365/2025 saylı, 30 aprel 2024-cü il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-448/2025 saylı, 03 mart 2025-ci il tarixli hökmü ləğv edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Abşeron Rayon Məhkəməsinə, yeni məhkəmə baxış mərhələsinə qaytarılmış Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin heç bir şikayətinin olmamasını və bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növünün aşağı həddində cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli qərarına əsasən seçilmiş“həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və cəzaçəkmənin əvvəli həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 10 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 110 manat məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (ay) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli qərarına əsasən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 10 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 110 (bir yüz on) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar