Məhkəmə qərarları › İş №1(012)-449/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-449/2020

27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-449/2020 27.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, şikayət verən şəxs Zərərçəkmiş şəxs, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, R.Mehdiyev küçəsi, ev1-də yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aslanov küçəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onlara satdığı evdən borclu qaldığı 2700 manat pulu istəmiş, əks təqdirdə həmin evi başqa şəxsə satmaq istədiyini bildirib evi boşaltmasını tələb etmiş, Zərərçəkmiş şəxs borcu hazırda qaytara bilməyəcəyini və evin başqa şəxsə satılmasına qəti etiraz etdiyindən Təqsirləndirilən şəxs əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik, yəni qüvvədə olan qanunvericiliklə müəyyən edilən davranış qaydalarına, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək ictimai yerdə mübahisə zamanı səs-küyə toplaşmış kənar şəxslərin gözü qarşısında özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs sifət nahiyyəsindən qəsdən əli ilə zərbə vuraraq ona sağ gözün ağlı qişasının qansızması ilə müşayiət olunanan sağ göz orbitasının dərialtı hematoması ilə müşayiət olunan qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq cinayət əməlini törətmiş, onun bu qərəzli xuliqanlıq hərəktləri 5-10 dəqiqə ərzində davam etməklə həmin müddətdə orada olan şəxslərin rahatlığı və dincliyi pozulmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında cinayət əməlini törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayında Nüşabə adlı şəxs əri Azər və yanlarında ev alqı-satqısı ilə məşğul olan tanımadığı şəxslə birlikdə onun yanına gəlmiş, onun satdığı dostu Akim adlı şəxsin adına olan Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aslan küçəsində yerləşən fərdi yaşayış evini almaq istədiklərini bildirmişlər. Həmin şəxslər fərdi yaşayış evinə baxdıqdan sonra evi bəyəndiklərini almaq istədiklərini söyləmiş, o da Nüşabə adlı qadından 200 manat beh almış, evi 40.000 min manata satdığını bildirmiş onlarda həmin evi almağa razılaşmışlar. 2019-cu ilin sentyabr ayında Nüşabə ilə dostu Akim arasında Xırdalan şəhəri, 1 saylı notariat kontorunda alqı satqı aparılmış, Nüşabə Akimə 36.000 (otuz altı min) manat pul ödəmiş, həmin evin qaz və işıq sayğacları olmadığı üçün Akim qalıq 4000 ( dörd min) manat puldan 600 (altı yüz) manat pulu sayğaclara görə 200 manat isə beh aldıqlarına görə hesablama aparmış, qalıq 3200 (üç min iki yüz) manat pulu onun atası Elçinə ödəmələrini istəmişdir. Nüşabə 3200 (üç min iki yüz) manat pulu atam Elçinə 2020-ci ilin mart ayının sonunadək ödəyəcəyini öhdəliyinə götürmüş, buna baxmayaraq hal-hazıradək həmin məbləğdən atasına cəmi 500 (beş yüz) manat pul ödəmiş, 2700 manat borclu qalmışdır. 2019-cu ilin noyabr ayında Nüşabə istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək borclu qaldığı 2700 (iki min yeddi yüz) manat pulu ödəyə bilməyəcəyini söyləmiş, aldıqları evi yenidən başqa şəxsə satmağı təklif etmiş, evi satıldıqdan sonra 2700 (iki min yeddi yüz) manat borcunu ödəyəcəyini bildirmişdir. Bundan sonra 2020-ci ilin mart ayından bir neçə dəfə ora müştəri tapıb aparmış, lakin Nüşabə evi satmayacağını dediyi üçün müştərilər evi almaqdan imtina edərək çıxıb getmişlər. xx.xx.2020-ci il tarixdə yenidən həmin evə müştəri aparmış, müştəri ilə Nüşabə danışıb razılaşdıqdan sonra müştəridən 500 (beş yüz) manat beh almış, xx.xx.2020-ci il tarixdə sözügedən fərdi yaşayış evini Nüşabəgil boşaltdıqdan sonra notariat qaydada alqı satqı aparılacağına razılaşmışlar. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində alqı-satqıya getmək üçün müştəri ilə birlikdə həmin evə getmiş, Nüşabə evi satmaqdan imtina edərək evi heç kimə satmayacağını söyləmiş, buna görə də oradan çıxıb getmişlər.Həmin tarixdə saat təxminən 18 radələrində Nüşabənin oğlu Təhmin ona zəng etmiş, evi satmayacaqlarını onlara olan 2700 (iki min yeddi yüz) manat borcu qaytarmayacaqlarını söyləmiş, ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən onun yaşadığı küçəyə getmiş, Təhmindən onu söyüb təhqir etməsinin səbəbini soruşmuş, Təhmin onun qolundan tutaraq kənara aparmaq istəmiş, həmin zaman yenidən aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı o sillə vurmuş, lakin ətrafda çoxlu sayda adam olduğundan həmin sillənin kimə dəydiyini bilməmişdir. Mübahisə zamanı o, Təhminin cibindən “rezak” kəsici alət düşdüyünü görmüşdür. Lakin o, həmin aləti Təhminin əlində görməmişdir. Məhkəmə iclasında şikayət verən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayında anası Nüşabə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində daşınmaz əmlakın alqı-satqısı ilə məşqul olan Namil adlı şəxsin işlədiyi ev alqı satqısı ofisinə getmiş, ona ev almaq istədiklərini bildirmişdir. Həmin ərəfələrdə Namil Masazır qəsəbəsi yeni məhəllədə yeləşən hal hazırda yaşadıqları fərdi yaşayış evini göstərərək satıldığını bildirmişdir. Anası Nüşabə həmin evə baxıb bəyəndiyi üçün almaq qərarına gəlmişdir. Namil sözügedən fərdi yaşayış evə başqa bir şəxsin şərik olduğunu deyərək anası Nüşabədən 200 manat beh almış, onları evin sahibi Akim adlı şəxslə görüşdürmüş, Nüşabə Akimlə danışıb evi 40.000 (qırx min) manata almağa razılaşmışlar. 2019-cu ilin sentyabr ayında Nüşabə ev sahibi Akim və Namillə birlikdə Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontoruna getmiş, anası ilə Akim arasında alqı-satqı müqaviləsi bağlanmış, evin alınmasına görə Akimə 36.000 manat pul ödənmişdir. Akimə 4000 manat borclu qalınmış, lakin aldıqları evin qaz və işıq sayğacları olmadığı üçün özləri tərəfindən həmin sayğaclar qoyulacağı aralarında şifahi razılaşma olunmuş, həmin puldan 600 manat sayğaclara və 200 manat behin ödənməsi hesablanmış ümumilikdə Akimə 3200 manat borclu qalmışlar. Akim qalan 3.200 manat pulun Namilin atası Elçinə ödəniləcəyini bildirmiş, həmin puldan Elçin adlı şəxsə 500 manat ödəsələr də hal-hazıradək 2700 manat borclu qalmışdır. Bir müddət sonra aldıqları evin yaxşı tikilmədiyi və yararsız hala düşməsi səbəbindən Akim, Namil və Elçin adlı şəxslərdən ödədikləri 37.300 manat pulu geri istəmişlər. Lakin onlar hal hazırda maddi vəziyyətlərinin pis olmasını deyərək həmin evi yenidən başqa şəxsə satıb onların pulunu qaytara biləcəyəni söyləmişlər. xx.xx.2020-ci il tarixdə Namil istifadə etdiyi mobil telefon nömrəsinə zəng etmiş, hazırda yaşadıqları evi almaq istəyən başqa müştəri olduğunu, həmin müştəridən beh aldıqlarını deyərək evi boşaltmaqlarını tələb etmişdir. Namilə hal hazırda evi satıb həmin məbləğə başqa ev ala bilmədiyi üçün evi satmaq qərarından daşındığını söyləmiş, Namil isə ünvanına nalayiq ifadələr işlədərək xx.xx.2020-ci il tarixdə evi boşaltmasını tələb etmişdir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Namil tanımadığı müştəri ilə onların yaşadığı evə gələrək nalayiq ifadələr işlətmiş, evi boşaltmalarını tələb etmiş, həmin vaxt Namilə və yanında olan şəxslərə evi satmaq fikrindən daşındıqlarını bildirmiş, bu səbəbdən Namil ilə aralarında sözlə mübahisə yaranmış mübahisə vaxtı Namil yumruqla bir dəfə sağ qaş nahiyəsinə zərbə vurmuş, yeznəsi Rüfət, anası Nüşabə və səs-küyə ora toplaşan tanımadığı şəxslər onları aralaşdırıb sakitləşdirmiş, Namil oradan çıxıb getmişdir. Mübahisələrinin 5-10 dəqiqə davam etdiyini mübahisə vaxtı ora səsküy səbəbindən yolnan ötüb keçən tanımadığı şəxslərin toplaşdığını, mübahisə zamanı əlində hər hansı bir əşya və ya predmet olmadığını, mübahisə zamanı heç kimə xəsarət yetirmədiyini və nəlayiq sözlərlən istifadə etmədiyini bildirmişdir.Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs Masazır qəsəbəsi ərazisində ev alqı-satqısı ofisinə getmiş, ona ev almaq istədiyini bildirmiş, həmin vaxt Namil Masazır qəsəbəsi yeni məhəllədə fərdi yaşayış evi göstərmiş, satıldığını bildirmişdir. Həmin evi bəyəndiyikləri üçün almaq qərarına gəlmiş, Namil ondan 200 manat beh almış, evin sahibi Akim adlı şəxslə onları görüşdürmüşdür. Akimlə evi almaq üçün 40.000 (qırx min) manata danışıb razılaşmış, 2019-cu ilin sentyabr ayında onunla notariat qaydasında alqı-satqı etmiş, Akimə 36.000 (otuz altı min) manat pul vermiş, 4000 ( dörd min) manat borclu qalmış, həmin evin qaz və işıq sayğacları olmadığı üçün Akim borcdan 600 (altı yüz) manat sayğaclara çıxmış, yerdə qalan 3200 (üç min iki yüz) manat pulu Namilin atası Elçin adlı şəxsə ödəmələrini istəmişdir. Bundan sonra 3200 (üç min iki yüz) manat borcdan Namilin atası Elçinə 500 (beş yüz) manat ödəmiş, hal-hazıradək 2700 (iki min yeddi yüz) manat borcları qalmışdır. Sonradan həmin evin yararsız hala düşməsi səbəbindən Akim, Namil və Elçin adlı şəxslərdən onlara ödədikləri ümumilikdə 37.300 (otuz yeddi min üç yüz) manat pulu geri istəmiş, sonuncular maddi vəziyyətlərinin pis olmasını deyərək sözügedən fərdi yaşayış evini başqa şəxsə satdıqdan sonra pulu qaytara bilcəklərini söyləmişlər. xx.xx.2020-ci il tarixdə Namil oğlu Təhminə zəng etmiş, evi almaq istəyən müştərinin olduğunu, müştəridən beh aldığını deyərək evi boşaltmalarını tələb etmişdir. Təhmin isə hal-hazırda evi satıb həmin məbləğdə başqa ev ala bilmədiyi üçün evi satmaq qərarından daşındıqlarnı Namilə bildirmiş, Namil nalayiq ifadələr işlədərək xx.xx.2020-ci il tarixdə evi boşaltmalarını tələb etmişdir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində n Namil tanımadıqları müştəri ilə yaşadıqları evə gəlmiş, həmin müştəri evi almaq istədiyini bildirmiş, Namilə və yanında olan şəxsə evi satmaq istəmədiklərini bildirmişlər. Həmin vaxt Namil onalrı nalayiq söyüşlərlə söyüb təhqir edərək evi boşaltmalarını tələb etmiş, bu səbəbdəndə Namil ilə oğlu Təhmin arasında sözlə mübahisə baş vermiş, mübahisə zamanı Namil yumruqla bir dəfə Təhminin sağ qaş nahiyəsinə vurmuş, yeznəsi Rüfət və orada olan tanımadığı şəxslər onları aralaşdırıb sakitləşdirmiş, Namil çıxıb getmişdir. Mübahisədən sonra o, əsəbi olduğundan Şahid4 məxsus olan “Volksvagen Passat CC” markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön hissəsinə əli ilə vurduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayında Nüşabə adlı şəxs əri Azər ilə birlikdə ev alqı-satqısı ilə məşğul olan tanımadığı şəxslə oğlu Namilə məxsus olan dostu Akim adlı şəxsin adına olan Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aslan küçəsində yerləşən fərdi yaşayış evini almaq üçün gəldiklərini bildirmişlər. Həmin şəxslər fərdi yaşayış evinə baxdıqdan sonra evi bəyəndiklərini bildirmiş və evi almaq istədiklərini demişlər. Həmin vaxt sözügedən fərdi yaşayış evini onlara satmağı üçün oğlu Namil Nüşabə adlı qadından 200 manat beh almişdır. Həmin şəxslərə fərdi yaşayış evini Namilin satması üçün 40.000 min manata danışıb razılaşmışlar. 2019-cu ilin sentyabr ayında Nüşabə, Namil dostu Akim ilə birlikdə Abşeron rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən 1 saylı notariat kontoruna alqı satqı üçün getmişlər. Həmin vaxt Nüşabə evi almaq üçün Akimə 36.000 (otuz altı min) manat pul vermiş həmin vaxt sözügedən fərdi yaşayış evində qaz və işıq sayğacları olmadığını Nüşabə bildirdiyi üçün özünnən 4000 (dörd min) manat puldan 600 (altı yüz) manat pul çıxmış ki, qaz və işıq sayğaclarına verəcək. Həmin vaxt Akim 3200 (üç min iki yüz) manat pulun ona çatacağını bildirmişdir. Nüşabə 3200 (üç min iki yüz) manat pulu 2020-ci ilin mart ayının sonunadək ona verəcəyini söz vermişdir. Nüşabə həmin puldan ona cəmi 500 (beş yüz) manat pul vermişdir. 2019cu ilin noyabr ayında Nüşabə Masazır qəsəbəsi ərazisində yerləşən sözügedən fərdi yaşayış evinin yaxınlığında onunla görüşərək 2700 (iki min yeddi yüz) manat pulu verə bilməyəcəyini deyərək sözügedən fərdi yaşayış evini satmağı təklif etdi və evi satdıqdan sonra 2700 (iki min yeddi yüz) manat borcu qaytaracağını bildirdi. Oğlu Namil həmin evə 2020-ci ilin mart ayından müştəri aparmış müştəriyə evi satmayacaqlarını dediyi üçün müştərilər evi almaqdan imtina edərək çıxıb getmişlər. xx.xx.2020-ci il tarixdə yenidən sözügedən fərdi yaşayış evinə oğlum Namil müştəri aparmış və həmin müştəri ilə Nüşabə danışıb razılaşdıqdan sonra müştəridən oğlum 500 (beş yüz) manat beh almışdır və danışmışlar ki, xx.xx.2020-ci il tarixdə sözügedən fərdi yaşayış evini boşaltdıqdan sonra notariat qaydada alqı satqıya getsinlər. Həmin vaxt Nüşabə oğlum Namil və tanımadığı müştəri ilə razılaşmışdır. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində oğlu Namil müştəri ilə sözügedən fərdi yaşayış evinə getmiş, Nüşabə evi satmaqdan imtina edərək evi heç kimə satmayacağını dediyi üçün onlar da çıxıb getmişlər. Həmin tarixdə saat təxminən 18 radələrində Təhmin və Nüşabə sözügedən fərdi yaşayış evinin yaxınlığında onunla görüşərək sözügedən fərdi yaşayış evini satmayacaqlarını və onlara olan borclarını verməyəcəklərini bildirdilər. Bundan sonra Təhmin oğlu Namilin istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək Namilə də sözügedən fərdi yaşayış evini satmayacaqlarını və onlara olan 2700 (iki min yeddi yüz) manat borcu verməyəcəyini deyərək oğlunun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu sonra oğlu Namil dostu Heydərin idarə etdiyi “Passat CC” maralı avtomobili ilə Təhminin yaşadığı məhəlləyə gedərək onu söyüb təhqir etməsinin səbəbini soruşduqda aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə vaxtı oğlu Namil yumruqla Təhminin sifət nahiyəsinə bir dəfə vurmuşdur. Bundan sonra orada olan tanımadığı şəxslər onları aralaşdırıb sakitləşdirən zaman Nüşabə yerdən daş parçalarını götürüb Heydərin idarə etdiyi “Passat CC” markalı avtomobilinin ön qabaq hissəsinə vurmuşdur. Bundan sonra oğlu Heydərin idarə etdiyi avtomobilə əyləşərək çıxıb getmişlər. Mübahisənin təxminən 5 dəqiqə davam etmişdir. Məhkəmə iclasında Şahid4 elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində dostu Namil ilə birlikdə idarə etdiyi “Volksvagen Passat CC” markalı **- MX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xırdalan şəhərindən Masazır qəsəbəsi ərazisinə doğru hərəkətdə olan zaman Namilin istifadə etdiyi mobil telefon nömrəsinə zəng edən şəxs onun ünvanına nalayiq ifadələr işlətdiyini eşidib nə baş verdiyini soruşduqda Namil Masazır qəsəbəsi yeni məhəlləyə idarə etdiyi avtomobili sürməyini xahiş etmişdir. O, idarə etdiyi avtomobili Masazır qəsəbəsi ərazisində yerləşən yeni məhəlləyə sürüb avtomobili saxlamış. Həmin vaxt Namil avtomobildən düşərək sonradan adını Təhmin bildiyi şəxsə yaxınlaşaraq yumruqla bir dəfə sifət nahiyəsinə vurdu. Bundan sonra orada olan tanımadığı şəxslər onları aralaşdırıb sakitləşdirib idarə etdiyi avtomobilə əyləşdirib sürüb çıxıb getmək istədikdə Təhminin sonradan adını Nüşabə bildiyi anası yerdən olan daş parçalarını götürüb idarə etdiyi avtomobilin ön hissəsinə, sonra isə təpiklə sol qabaq qapıya bir neçə dəfə vurduqdan sonra oradan çıxıb getmişlər. Mübahisənin təxminən 5 dəqiqə davam etdiyini, idarə etdiyi avtomobilin ön hissəsinin və sol qabaq qapısının əzilməsi nəticəsində ona təxminən 1200 (min iki yüz) manat maddi ziyan dəydiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təhmin və Namil adlı şəxsləri tanımır xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yaşayan qardaşı Kamaləddinin yaşadığı fərdi yaşayış evində olan zaman küçədən səs-küy gəldiyini eşidib eyvana çıxmış, həmin vaxt tanımadığı iki nəfər şəxs bir-biriləri ilə mübahisə etdiklərini görmüş, mübahisə vaxtı sonradan adını Namil bildiyim şəxs Təhmin adlı şəxsdən ona olan pul borcunu tələb etdiyini, Təhmin isə Namilə pul borcunu verməyəcəyini dediyini eşitmişdir. Namil Təhmini əli ilə kənara itələyərək getməsini istəmiş, bu zaman Namil Təhminin sifət nahiyəsinə bir dəfə yumruqla vurmuş, ora toplaşmış şəxslər onları ayırmışlar. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 1178 nömrəli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində aşkar edilmiş xəsarət- sağ gözün ağlı qişasının qansızması ilə müşayiət olunanan sağ göz orbitasının dərialtı hematoması bərk-küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyyəyə əli ilə vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarında olan 4 saylı MTİİTS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxs, şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı onun yaşayış yeri üzrə müsbət xarakterizə olinmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X2 12 saat göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat, məhkəmə istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi 35 saat göstərdiyi hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğdə pul köçürülməlidir. İş üzrə maddi sübut bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X2 12 saat göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat, məhkəmə istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi 35 saat göstərdiyi hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğdə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ**********0003001944, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar