Məhkəmə qərarları › İş №1(012)-449/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-449/2022

27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-449/2022 27.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan hazırda barəsində «polisin nəzarəti altına vermə » qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini və narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşımış və saxlamışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində, Bakı şəhəri, «28 May» deyilən ərazidə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 30 (otuz) manat müqabilində 2 (iki) ədəd bükümlərdə təmiz çəkisi 0, 354 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0, 191 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci yaşayış məhəlləsi ərazisinə daşıyaraq üzərində saxlamış, xx.xx.2022ci il tarixdə saat 14:45 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, X6 Alayının 12-ci polis bölüyünün əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirilmiş və orada xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının sağ yan cıbındən həmin 2 (iki ) ədəd bükümlərdə 0,354 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,191 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə müddətdir ki, narkotik vasitə olan heroin və psizotrop maddə olan matemfetamindən istifadə edir. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 14:45 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə deyilən ərazidə piyada hərəkətdə olarkən, iki nəfər X6 Alayının əməkdaşları ona yaxınlaşmış, həmin vaxtı polis əməkdaşlarının ona yaxınlaşdığını görmüş, üzərində narkotik vasitə və psixotrop maddə olduğu üçün həyacanlanmüışdır. Bundan şübhələnən polis əməkdaşları ona sorğu sual etmişlər, onun özünü şübhəli apardığını görüb, onlarla birlikdə Abşeron rayon polis idarəsinə getməli olduğunu bildirmişlər. O, da polis əməkdaşları ilə razılaşmış, onların idarə etdikləri xidməti avtomaşına əyləşib, polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-yə gəlmişdir. Abşeron RPİ-nin inzibati binasında, təhqiqatçı tərəfindən ona üzərində şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə bildirmişdir. Bundan sonra Abşeron RPİ-nin inzibati binasında xidməti otaqlardan birində video çəklişlə, müdafiəçinin və orada olan polis əməkdaşlarının iştirakı ilə onun üzərimə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, hüquq və vəzifələrim izah olunduqdan sonra, təhqiqatçı ona üzərimdə narkotik vasitə, psixotrop maddə, hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması barədə soruşmuş, əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyim təklif olunmuşdur. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1(bir) ədəd qızılı rəngli metal qutunu çıxarıb içərisində olan- 1 (bir) ədəd şəffaf rəngli selofana bükülmüş narkotik vasitə heroini və 1 (bir) ədəd şəffaf rəngli selofana bükülmüş içərisində psixotrop maddə olan matemfetamini masanın üzərinə qoymuş, həmin bükülülər açıldıqdan sonra onun içərisinə baxış keçirilmişdir. Həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini haradan və nə vaxt aldığını ondan soruşmuşlar. O, isə həmin kütlələri, yani bir büküm heroini və bir büküm metamfetamini xx.xx.2022-ci il tarixdə saat 10 radələçrində, Baki şəhəri, 28 may adlandırılan ərazidə tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəm üçün 30 manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Onun üzərindən aşkar edilmiş içərində narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini, yəni 2 ədəd bükümləri zərfə qoyulmuş, həmin zərfin üzəri möhürlənmiş, bundan sonra şəxsi axtarış və götürmədə iştirak edən 2(iki) nəfər polis əməkdaşlaı və dövlət hesabına ayrılmış müdafiəçi X4 tərəfindən həmin zərfi imzalamışlar. Bundan sonra bu barədə protokol tərtib edilərək ucadan oxundu, heç bir şikayət, ərizə və vəsatət daxil olmadığı üçün, həmin protokolunda doğruluğu imzalarla təstiq edilmişdir O, heroin və metafitamindən istifadə edir, bu səbəbdən də bir büküm heroini və bir büküm metamfetamini bir neçə gün özü istifadə etmək üçün almış, həmin vaxtdan da əynində olan şalvarının cibində saxlamışdır. Onun üzərində narkotik vasitə olmasını kimsə bilməmiş,ümumiyyətlə o, heç vaxtı heç kimə narkotik vasitə və psixotrop maddə verməmiş və satmamışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 Alayının 12-ci polis bölüyünün polis nəfəri Şahid1 Əbülfəz oğlu ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 3 saylı marşurutda iş yoldaşı Şahid2 ilə xidmət apararkən, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə bir nəfərin onları görən kimi özünü şübhəli apardığını, sanki polis əməkdaşlarından qaçmaq istədiyini hiss etmişlər. Bu səbəbdən də həmin vətəndaşa yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin anket məlumatlarını soruşmuşlar. Həmin şəxsdən nə səbəbə polis əməkdaşlarını, yəni onları görən kimi sanki gizlənmək istədiyinin səbəbini soruşmuşlar. Həmin şəxs, sonradan şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğu üçün, onları, yəni polis əməkdaşlarını görən kimi özünü itirdiyni bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs, Abşeron RPİ-yə dəvət edib, bu barədə raportla məruzə etmişlər. Abşeron RPİ-nin inzibati binasında otaqlardan birində müdafiəçinin və onların iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, təhiqatçı tərəfindən Təqsirləndirilən şəxs təklif olundu ki, onun üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, psixotrop maddə və narkotik vasitə varsa çıxarıb təqdim etsin. Bundan sonra Rəşab Babaşov əynində olan cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd qızılı rəngli metal qutu çıxarıb masanın üzərinə qoydu. Həmin qutunun içərisinə baxış keçirilərəkən 2 (iki) ədəd şəffaf rəngli selefon aşkar edildi, həmin şəffaf rəngli selofanlardan bir bükümü narkotik vasitə olan heroinə bənzər maddə, bir bükümü isə psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğu müəyyən edildi. Həmin bükümlərdə olan heroin və metamfetamin iştirakçıların, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə təhqiqatçı tərəfindən qablaşdırıldı, bu barədə protokol tərtib edildikdən sonra ekspertizaya təqdim edilməsi üçün götürüldü. İştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokol və içərisində heroin və metamfetamin olan zərf imzalandı. Rəşab Babaşov bildirdi ki, üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan heroini və bir ədəd bükümdə olan metamfetamini xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonu, 28 may adlanan ərazidə tanımadığı bir nəfər şəxsdən 30 (otuz) manat müqabilində özü istifadə etmək üçün almış, həmin bir büküm psixotrop maddəni və bir büküm heroini əynində olan şalvarının sağ yan cibində özü istifadə etmək məqsədi üzərində saxlayaraq daşımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 Alayının 12-ci polis bölüyünün polis nəfəri Şahid2 ifadəsində, X8 Alayının 12-ci polis bölüyünün polis nəfəri Şahid1 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6/2515 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində « imza Təqsirləndirilən şəxs » yazısı ilə imzalar olan paketdəki metal qutusunun içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,354 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,191 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahi 1) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. Ekspertiza tədqiqatına tədqiq olunmuş heroinin təmiz çəkisi 0,354 qram, sərf edildi 0,05 qram qalıq- 0,304 qram, metamfetamin təmiz çəkisi -0,191 qram tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,141 qram, təşkil edir. İstintaq materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrindən saat 15:50 radələrindək olan müddət ərzində Abşeron rayon polis idarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd CD diskinə baxış keçirilmiş, şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 14;45 radələrində Abşeron rayonu, Xırdlan şəhəri, 28 ci məhəllə deyilən ərazidə polis əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron rayon polis idarəsinə gətirilib üzərinə video çəkilişlə keçirilən şəxsi axtarış zamanı onun əynində olan cins şalvarının qabaq sağ cibindən 1(bir) ədəd metal qutunun içərisindən 1(bir) ədəd şəffaf selefona bükülmüş təmiz çəkisi 0,354 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış heroin və 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,191 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotop maddə metamfetamin aşkar edilələrk götürülmüşdür. Odur ki, xx.xx.2022-ci il tarixdə saat 14:45 radələrində, Təqsirləndirilən şəxs, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə saxlanılaraq, Abşeron rayon polis idarəsinə gətirilib üzərinə video çəkilişlə keçirilən şəxsi axtarış zamanı onun əynində olan cins şalvarının qabaq sağ cibindən 1 (bir) ədəd metal qutunun içərisindən 1(bir) ədəd şəffaf selefona bükülmüş təmiz çəkisi 0,354 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış heroin və 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,191 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotop maddə metamfetamin maddi subut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,304 qram heroin və qalıq qalmış 0,141 qram metamfetamin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmalı, bir ədəd CD diski maddi sübut kimi tanınmış və həmin bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan şəxsin üzərinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il il tarixdə saat 14:45 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə deyilən ərazidə polis əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, orada otaqlardan birində onun üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan şalvarının abaq sağ cibindən 1(bir) ədəd metal qutunun içərisindən 1(bir) ədəd şəffaf selefona bükülmüş təmiz çəkisi 0,354 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış heroin və 1 (bir) ədəd şəffaf selefona bükülmüş təmiz çəkisi 0,191 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin və həmin siyahının İ hissəsinin 27-ci bəndində psixotrop maddə-metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin və psixotrop maddə-metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Babaşov Məhəmməd Rəşad oğlu və Babaşova Nuray Rəşad qızı xx.xx.2007-ci il tarixdə anadan olmuşlar. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmamş uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, həbs etmənin həbs olunduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməklə barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının «04 ».05.2022-ci il tarixli «2973» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və Psixostimlyatorların birgə qəbulu nəticəsində yararan asılılıq sindiromu (narkomaniya xəsitəliyi) aşkar olunur. Narkomaniyyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ümumi çəkisi 0,304 qram heroin, 0,141 qram olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməklə barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə zalından həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanlsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra 0,304 qram heroin, 0,141 qram olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar