Məhkəmə qərarları › İş №1(012)-449/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-449/2024

02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-449/2024 02.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1982-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində "başqa yerə getməmək haqqında" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd sellofan bükülüdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına daxil edilmiş 0,360 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamış və Abşeron rayonu, Hökməli qəsəbəsinə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında 12 fevral 2024-cü il tarixdə saat 21 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Hökməli qəsəbəsi Nübar yaşayış massivində saxlanılaraq, bölmənin inzibati binasına gətirilərək, həmin gün saat 21:50-dən 22:00-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan cins şalvarının yan cibindən 1 ədəd sellofan bükümdə çəkisi 0,360 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, el arasında “şüşə” deyilən psixotrop maddə metamfetamin istifadə edir. O, xx.xx.2023-cü il tarixdə təxminən səhər saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində, İnşaatçılar metrostansiyasının yaxınlığında olarkən orada əvvəllər tanımadığı, ilk dəfə gördüyü bir nəfər 30-35 yaşlı, arıq, uzun, üzü tüklü bir oğlan diqqətini cəlb etmişdir. O, həmin şəxsin üzünə baxdıqda onun narkoman olduğunu bilmiş və ona yaxınlaşaraq həmsöhbət olmuşdur. Onlar bir qədər söhbət etdikdən sonra həmin şəxs ona əgər “Şüşə”, yəni psixotrop maddə istəsə, ona ucuz qiymətə, bir bükümünü 20 (iyirmi) manata sata bilər” deyə cümlə işlətdikdə o, dərhal onun təklifi ilə razılaşaraq, psixotrop maddə metafetamin almaq istədiyini bildirmişdir. Əvvəllər tanımadığı həmin şəxs ona gözləməyini, malı gətirəcəyini demiş və təxminən 10 dəqiqə sonra gələrək, cibindən bir ədəd sellofan büküm çıxarıb stolun üstünə qoymuşdur. O, həmin bükümü açdıqda içərisində sellofan bükümdə psixotrop maddə olan metafetamin olduğuna əmin olduqdan sonra həmin şəxsə 20 manat pul verərək, həmin bükümü əldə etmişdir. O, bədənində ağrılar olanda qəbul etməsi üçün əldə etdiyi həmin bükümü geyindiyi qara rəngli cins şalvarının cibində saxlamışdır. O, 17 oktyabr 20213-cü il tarixdə, təxminən saat 21:20 radələrində Abşeron rayonu Məmmədli kəndində, H.Əliyev küçəsində olduğu zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və ona qanunsuz olaraq üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhələndiklərini deyib, Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə getməyi təklif etmişlər. O, polis əməkdaşları ilə birlikdə bölməyə gəlmiş. orada xidməti otaqlardan birində ona üzərində şəxsi axtarış və götürmə aparacaqlarına dair məlumat verdikdən sonra ilkin olaraq ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, daha sonra videoçəkiliş aparılmaqla hüquq və vəzifələri izah olunmuşdur. Ona axtarış keçirilməzdən əvvəl üzərində hər hansı cinayət xarakterli əşya və predmet varsa, təqdim etməsi bildirildikdə könüllü olaraq geyindiyi qara rəngli şalvarın sağ cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb, masanın üzərinə qoymuş, həmin bükümdəki maddənin psixotrop maddə metamfetamin olmasını, Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Onun üzərində şəxsi axtarış aparlılarkan başqa cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş metamfetamin bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. O, bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imza ilə təsdiq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilən zaman əlavə olaraq bildirdi ki, bölmədə olan zaman ona qarşı heç bir fiziki güc və zorakılıq olunmamış, heç bir təzyiqə məruz qalmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamış, üzərindən aşkar olunan psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini, törətdiyi əməldən peşman olmasını, narkotik vasitədən istifadəyə görə müalicə alaraq, artıq istifadəçi olmamasını və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını bildirərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Abşeron rayon Polis idarəsinin Mehdiabad PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, Abşeron RPİ-nin Mehdiabad Polis bölməsinə xx xxxxxx 1982-ci il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq öz şəxsi istifadəsi üçün narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində daşıması barəsində etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuş, daxil olmuş məlumatı yerində yoxlamaq və cinayət törətmiş şəxsi ifşa etmək məqsədi ilə 17 oktyabr 2023-cü il tarixdə Mehdiabad polis bölməsinin rəisinin əmrinə əsasən əməliyyat qrupu yaradılaraq, qərar qəbul edilmişdır. Əməliyyat qrupuna rəhbərlik bölmənin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tapşırılmaqla, o, da qrupa daxil edilmişdir. Ona görə də 17 oktyabr 2023-cü il tarixdə əməliyyat qrupu Abşeron rayonu, Məmmədli kəndi, H.Əliyev küçəsində piyda hərəkət edərkən saat 21:20 radələrində Təqsirləndirilən şəxs müəyyən etmiş, şəxs onları görüb, özünü şübhəli apardığından saxlanılaraq, Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına gətirilmişdir. Bölmənin xidməti otaqlarının birində vəkillə təmin olunmuş, ona hüquq və vəzifələri izah olunmaqla, təhqiqatçı tərəfindən texniki vasitə kimi videoçəkilişdən istifadə edilərək, üzərinə baxlş keçiriləcəyi barədə ona məlumat bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş hər hansı digər vasitə olub-olmadığı soruşulmuş, sonuncu əynində olan cins şalvarının yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş,1 (bir) bükümdən ibarət psixotrop maddəyə bənzər kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin metamfetamin olmasını, həmin metamfetamini şəxsi istifadəsi ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonundan tanımadığı şəxsə 20 (iyirmi) manat pul müqabilində əldə etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun təqdim etdiyi bir büküm psixotrop maddədən başqa üzərində qadağan olunan başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxsin üzərindən aşkar edilmiş ağ rəngli, krislalik formada olan metamfetamin zərfə qoyularaq möhürlənmi və orada iştirak edən hərkəs tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol oxunaraq hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması və psixotrop maddələri konkret olaraq kimdən əldə etməsi barədə məlumat daxil olmamış və psixotrop maddəni əldə etdiyi naməlum şəxsi müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:  “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 17 oktyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq öz şəxsi istifadəsi üçün narkotik vasitələri və psixotrop maddələri əldə edərək, üzərində daşıması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır.  “Şübhəli şəxsin tutulması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 17 oktyabr 2023-cü il tarixdən, saat 21:20-dən hesablanmışdır.  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16-2-6/5585 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 236” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs aşkar edilmiş maddi sübut, şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,371 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,371 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,321 qramdır. Aparılmış tədqiqatın dəyəri 89 manat təşkil edir;  “Cinayət işinin başlanması və icraata götürülməsi” haqqında 18 oktyabr 2023cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.  “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir.  “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi barədə” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Mehman Novruzovun 19 oktyabr 2023-cü il tarixli vəsatəti təmin edilməmiş, o, Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir.  Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 11 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 Ambulator X2 haqqında 16 noyabr 2023-cü il tarixli, 7508 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.  “Sübutların qiymətləndirilməsi” haqqında 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə istintaq materiallarında olan şəxsi axtarış və götürmə barədə protokol, axtarış və götürmə hərəkətlərinin köçürüldüyü DVD formatlı disk, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmənin videogörüntüsünə baxış keçirilməsi barədə protokol, ekspert rəyləri, maddi sübut və digər istintaq sənədləri sübut növü kimi qəbul edilmiş, şəxsin üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından qalıq qalmış 0,321 qram psixotrop maddə kustar üsulla hazırlanmış metafetamin iş üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancl anbarına təhvil verilmişdir.  Biləsuvar rayon İHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.  “Azərbaycan Respublikası Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi" tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008-ci il təvəllüdlü X7, 2013-cü il təvəllüdlü X4, 2017-ci il təvəllüdlü X5, 2021-ci il təvəllüdlü X1 olmaqla 4 nəfər şəxs vardır. Şəxsi axtarış və götürmə aparılması barədə 17 oktyabr 2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X3 üzərində ola biləcək qanunsuz əşyaları təqdim etməsi təklif edildikdə o, əyninda olan qara rəngli cins şalvarın sağ yan cibində olan 01 (bir) ədəd şəffaf sellefona bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş, həmin bükümü 17 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metafetamin əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, həmçinin məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüylə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən Biləsuvar rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün,azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün,islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günədördgün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 Ambulator X2 haqqında 16 noyabr 2023-cü il tarixli, 7508 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,321qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək - 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən Biləsuvar rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Biləsuvar rayonu, Xırmandalı kəndinində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0,321 qram olan psixotrop maddə olan metamfetamin məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar