Məhkəmə qərarları › İş №1(012)-449/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-449/2025

30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-449/2025 30.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmuş, işləməyən, Abşeron rayonu, Hökməli qəsəbə ərazi dairəsi, Hökməli qəsəbəsi, X3 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 iyul 2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, X3 yerləşən mənzilində atası Zərərçəkmiş şəxs ona yaşadıqları evə gec gəlməsinə əsəbiləşib onunla kobud danışması səbəbindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı atası Zərərçəkmiş şəxs sifət nahiyyəsindən yumruq zərbəsi ilə vurmuş, sonuncu aldığı zərbənin təsirindən yerə yıxıldıqdan sonra yumruq və təpiklə atasının bədənin müxtəlif nahiyyələrinə vuraraq ona sol əlin İİ barmağının uc falanqasının ovuc səthinin 1 ədəd, sol saidin aşağı 1/3-nin arxa səthinin 1 ədəd cızıqşəkilli səthi yaralar ilə müşahidə olunan habelə sol diz nahiyyəsinin şişkinlik halında hərəkət məhdudluğu ilə müşayiət olunan geniş sahəli 1 ədəd qançırı, belin sol yarısının geniş sahəli şişkinlik halında qançırı küt əşya (əşyaların) təsirindən törənmiş, dərəcəsinə görə sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Əvvəllər də atası ilə aralarında mübahisələr baş verirmiş. O, son vaxtlar evə gec gəldiyindən atası ilə aralarında tez - tez mübahisələr baş verirmiş. 21 iyul 2024-cü il tarixdə gecə gec saatlarında yaşadıqları Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən evə gəlmişdir. Həmin zaman atası Elimin onun evə gec gəlməyini bəhanə edib onunla yenidən mübahisə etməyə başlamışdır. Mübahisə zamanı atası onun üzərinə qışqırdığından o, əsəbləşib atası Zərərçəkmiş şəxs üzərinə gedib yumruqla sifət nahiyyəsinə vurmuş və atası Elimin yerə yıxılmışdır. Bundan sonra o, təpiklə atasını vurmağa davam etmişdir. O, atasının yerə yıxıldığını və mübahisənin başa çatdığını görüb mənzildən çıxmışdır. Mübahisə zamanı atası onu vurmamışdır. Aralarında baş vermiş mübahisə təxminən 3-5 dəqiqə çəkmişdir. O, xx.xx.2024-cü il tarixdə Abşeron Rayonu, Hökməli qəsəbəsində yaşadığı mənzildə atasını vurmuşdur. Atasının bir dəfə yumruqla sifət nahiyyəsindən vurmuş, daha sonra atasının yıxıldığını görüb üstünə gələrək yumruq və təpiklə vurmağa davam etmişdir. Mənzildə o və atasından başqa heç kim olmamışdır. Mübahisə zamanı atası onu vurmamışdır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxin ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs Tahir oğlu onun doğma oğludur. Oğlu Əli son zamanlar evə gəlmədiyi üçün aralarında mübahisələr olurmuş. Eyni zamanda oğlu Təqsirləndirilən şəxs onu eşitmədiyi üçün də aralarında daima son zamanlarda mübahisələr baş verirmiş. 21 iyul 2024-cü il tarixdə evdə oturan zaman oğlu Əli evə gec, yəni səhərə yaxın gəlmişdir. O da Əliyə bu barədə irad tutarkən evə niyə gec gəldiyini soruşmuşdur. Bu zaman aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Əli onun üzərinə gələrək yumruqla sifət nahiyəsindən bir dəfə vurmuşdur. O, Əlinin ona vurduğu yumruq zərbəsindən yerə yıxılmışdır. Əli onun yerə yıxılmağından istifadə edib ardıcıl olaraq yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyyələrinə vurmağa başlamışdır. Əli onun yerdə müqavimət göstərməyib hərəkətsiz qaldığını gördükdən sonra evdən çıxıb getmişdir. O, Əli getdikdən sonra ayağa qalxıb DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Oğlu Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron Rayonu, Hökməli qəsəbəsində yaşadıqları mənzildə ona yumruq və təpik zərbələri ilə xəsarətlər yetirmişdir. Oğlu ilə onun arasında mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Evdə mübahisə edən zaman onlardan başqa heç kim olmamışdır. Mübahisə zamanı o, oğlu Təqsirləndirilən şəxs vurmamış və xəsarət yetirməmişdir. O, sadəcə özünü müdafiə etmişdir. Heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmışdır. Cinayət işinə xitam verilməsi barədə qərar verilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "MTE və PA ETT Birliyi" X8 xx.xx.2024-cü il tarixli 1634 nömrəli rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər –sol dizin nahiyəsinin şişkinlik halında hərəkət məhdudluğu ilə müşayiət olunan geniş sahəli 1 ədəd qançırı, belin sol yarısının geniş sahəli şişkinlik halında qançırı küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı yumruq təpik zərbələri təsirindən əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - Azərbaycan respubliaksı Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2024-cü il tarixli, 2223 saylı rəyindən görünür ki:

1. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilməmişdir.

2. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur.

3. Təqsirləndirilən şəxs sensir perseptik proseslərində (duyğu, qavrayış) hər hansı normadan kənar hallar müəyyən edilmədiyindən o, düzgün qavramaq qabiliyyətinə malikdir.

4. Təqsirləndirilən şəxs X2 qarşı törətmiş olduğu hadisədən birbaşa əvvəl psixi-emosional halında situasiya ilə əlaqədar hirslilik yaranmışdır. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək 06 ay şərti sınaq müddəti ilə N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və onun MSY-dən azzd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs bağışlanmasını xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 16 saata görə 96 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 06 saata görə 66 manat olmaqla, cəmi 162 (bir yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 16 saata görə 96 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 06 saata görə 66 manat olmaqla, cəmi 162 (bir yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar