Məhkəmə qərarları › İş №1(012)-45/2019

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-45/2019

04.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-45/2019 04.02.2019 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Arif oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Abşeron rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 600 manat cərimə cəzasına məhkum edilmiş və təyin edilmiş cəriməni ödəmədiyi üçün məhkumluğu ödənilməmiş və ya qanunla nəzərdə tutulmuş hallarda üzərindən götürülməmiş, Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovı küçəsi ev 120-də qeydiyyatda olan, Xırdalan şəhəri M.İbrahimov küçəsi, ev 15-də yaşayan, barəsində 21 dekabr 2017-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2, 326.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2, 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 yanvar 2017-ci il tarixdə, saat 05 radələrində X31 Abşeron rayonu Masazır qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi yaşayış evin pəncərəsini sındırmaqla yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evdən 600 manat dəyərində hamam aksesuarlarını, 50 manat dəyərində bir ədəd elektrik tənzimləyicisini, 60 manat dəyərində su nasosunu, evin zirzəmisinin qapısını sındırmaqa ordan 1500 manat dəyərində bir ədəd “Robello” markalı kombi istilik sistemini ələ keçirib, zərərçəkmiş Elşən Əliyevə ümumilikdə 2210 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2017-ci ilin fevral ayının əvvəllərində, saat 02 radələrində X21 məxsus Abşeron rayonu Saray qəsəbəsi, Bəşir Səfəroğlu küçəsində yerləşən yeni inşa etdiyi evin pəncərəsini əli ilə açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdə quraşdırılmış 1500 manat dəyərində bir ədəd “İmerqaz” markalı kombi istilik sistemini, bir ədədi 200 manat olan cəmi 800 manat dəyərində dörd ədəd istilik radiatorlarını və 300 manat dəyərində 4mm-lik elektrik naqilləriniələ keçirib, zərərçəkmiş Abdulla Vəliyevəümumilikdə 2600 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2017-ci ilin fevral ayının əvvəllərində, saat 03 radələrində X21 məxsus Abşeron rayonu Saray qəsəbəsi, Bəşir Səfəroğlu küçəsində yerləşən yeni inşa etdiyi evin pəncərəsini əli ilə açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən 300 manat dəyərində 2,5mm-lik elektrik naqillərini, 200 manat dəyərində 2mm-lik elektrik naqillərini, 800 manat dəyərində bir ədəd generatoru,50 manat dəyərində 1 ədəd “Bosh” markalı elektrik dreli, 150 manat dəyərində 1 ədəd “Bosh” markalı laqondanı, 1900 manat dəyərində 2 ədəd “Land Gruzer” markalı avtomobilə məxsus qabaq faraları ələ keçirib, zərərçəkmiş Abdulla Vəliyevəümumilikdə 3400 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 fevral 2017-ci il tarixdə, saat 02 radələrində X40 məxsus Abşeron rayonu Masazır qəsəbəsi Yeni Bakı yaşayış massivində yerləşən evin birinci mərtəbəsinin pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən 450 manat dəyərində olan 1 ədəd LG markalı televizoru və 650 manat dəyərində 1 ədəd “Ariston” markalı istilik sistemini ələ keçirib, zərərçəkmiş Azər Abasovaümumilikdə 1100 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 fevral 2017-ci il tarixdə saat 09 radələrində X14 Abşeron rayonu Masazır qəsəbəsi Sarı Aşıq küçəsindəki fərdi yaşayış evin həyətində yerləşən otağın qapısını açmaqla qanunsuz olaraq saxlanc yerinə daxil olub, orada quraşdırılmış bir ədəd 1200 manat dəyərində kombi istilik sistemini və bir ədəd 30 manat dəyərində su nasosunu ələ keçirib, zərərçəkmiş Könül Təhməzovaya ümumilikdə 1230 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 mart 2017-ci il tarixdə, saat 03 radələrində X22 məxsus Abşeron rayonu Xırdalan şəhəri H.B.Zərdabi küçəsində yerləşən evin qapısını açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən bir ədədi 160 manat olan 320 manat dəyərində 2 ədəd plastik qapıları və bir ədədi 170 manat olan, cəmi 510 manat dəyərində 3 ədəd taxta qapılarıələ keçirib, zərərçəkmiş Kamil Teymurova ümumilikdə 830 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 aprel 2017-ci il tarixdə, saat 05 radələrində X35 məxsus yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsi Nubar yaşayış massivindəki fərdi yaşayış evin həyətinə qanunsuz daxil olraraq, evin arxasında saxlanc yeri olan taxta qutunun içərisində istifadə edilməsi üçün quraşdırılmış 800 manat dəyərində 1 ədəd “Robella” markalı kombi istilik sistemini ələ keçirib zərərçəkmiş Fəxri Nəsirova maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 may 2017-ci il tarixdə, saat 21 radələrində X23 yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsi yeni məhəllədə yerləşən evin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən 80 manat dəyərində 1 ədəd unitazı, 100 manat dəyərində 1 ədəd əl-üz yuyulanı, 30 manat dəyərində 1 dəst çarpayı örtüyünü, 160 manat dəyərində 1 ədəd çarpayı örtüyünü, 60 manat dəyərində 1 ədəd tül pərdəni, bir ədədi 15 manat olan 30 manat dəyərində 2 ədəd aliminum qablarını, 10 manat dəyərində 1 ədəd aş süzəni, bir dəsti 25 manat olan 50 manat dəyərində 2 dəst çaşka dəstini, 40 manat dəyərində 24 ədəd nəlbəkiləri, 150 manat dəyərində 36 ədəd boşqabları, bir ədədi 2 manat olan 12 manat dəyərində 6 ədəd boşqabları, 20 manat dəyərində 3 ədəd xurustal fuje qablarını, 54 manat dəyərində 24 ədəd xurustal çay stəkanlarını, 10 manat dəyərində 6 ədəd armudu çay stəkanlarını və 20 manat dəyərində 1 ədəd tort qabını ələ keçirib, zərərçəkmiş Rasim Quliyevə ümumilikdə 826 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 iyun 2017-ci il tarixdə, saat 05 radələrində X1 məxsusAbşeron rayonu Hökməli qəsəbəsi yeni yaşayış massivində yerləşən evin zirzəmisinin qapısının qıfılını sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, orada quraşdırılmış 1856 manat dəyərində 1 ədəd “İmerqaz” markalı kombi istilik sistemini ələ keçirib, zərərəçəkmiş Eldar süleymanova maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 iyun 2017-ci il tarixdə, saat 02 radələrində X24 yaşadığı Xırdalan şəhəri H.Aslanov küçəsi ev 1, mənzil 231 ünvanında dəhlizdə saxladığı 250 manat dəyərində bir ədəd velosipedi ələ keçirib, zərərçəkmiş Ramin Cələbiyevə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o,təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 sentyabr 2017-ci il tarixdə, saat 04 radələrində X25 məxsus Xırdalan şəhəri M.İbrahimov küçəsində yerləşən 103 A saylı evin həyətinə hasardan aşmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, hasara quraşdırılmış 1250 manat qiymətində olan 1 ədəd “Bosh” markalı kombi istilik sisemini ələ keçirib, zərərçəkmiş Telman Sarıyevə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X62 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 oktyabr 2017-ci il tarixdə, saat 14 radələrində X15 faktiki məxsus və 30 may 2017-ci il tarixli etibarnamə əsasında idarə etdiyi 3000 manat dəyərində olan VAZ-21063 markalı, 50BN406 dövlət qeydiyyat nişanlı avtomobili, içərisində olan avtomobilin AA-484220 nömrəli qeydiyyat şəhadətnaməsi, X6 Kələntərlinin AZE 17939821 nömrəli şəxsiyyət vəsiqəsi və AE-036712 nömrəli sürücülük vəsiqəsi ilə birlikdə ünvan 1 ünvanda yerləşən Bakı Mühəndislər Universitetinin binasının qarşısındakı dayanacaqdan ələ keçirib, avtomobili yaşadığı Xırdalan şəhəri M.İbrahimov küçəsi, ev 15 ünvanında hissələrə bölüb sataraq zərərçəkmiş Rüstəm Kələntərova maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən talama məqsədi olmadan 10 dekabr 2017-ci il tarixdə, saat 07 radələrində X58 faktiki məxsus 1500 manat dəyərində olan “OKA” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 6-cı küçə, 45 saylı evin qarşısında küçədə saxladığı yerdən qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa o, təkrarən talama məqsədi olmadan 20 dekabr 2017-ci il tarixdə, saat 16 radələrində X32 məxsus 3000 manat dəyərində olan VAZ-2101 markalı,10SC 732 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Nəsimi rayonu, 3-cü Alatava küçəsində 193 saylı evin qarşısından qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa o, təkrarən talama məqsədi olmadan 09 yanvar 2018-ci il tarixdə, saat 03 radələrində X9 faktiki məxsus və 27 dekabr 2017-ci il tarixli etibarnamə əsasında idarə etdiyi 2000 manat dəyərində olan “VAZ-2106 markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobili Xıradalan şəhəri, M.İbrahimov küçəsi 157 saylı evin qarşısında küçədən qanunsuz olaraq ələ keçirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində Xırdalan şəhəri M.İbrahimov küçəsi, ev 15-də ailə üzvləri ilə birlikdə yaşadığını, 2017-ci ilin yanvar ayının ortalarında iş tapa bilmədiyinə görə oğurluq etməklə pul qazanmaq qərarına gəldiyi üçün 2017-ci ilin yanvar ayının 20-nə keçən gecə yaşadığı evdən çıxıb piyada, əvvəllər fəhlə işlədiyi Abşeron rayonu Masazır qəsəbəsi, Yeni-Bakı yaşayış massivinə getdiyini, orada yeni inşa edilmiş evlərin birindən oğurluq etmək üçün münasib ev axtardığını, həmin tarixdə, saat 05 radələrində orada iki mərtəbəli evin və həyətin işığının yanmadığını gördüyünü, evdə heç kimin olmadığını zənn edərək, darvazanın üstündən aşaraq həyətə daxil olduğunu, evin giriş qapısının seyf qapı və pəncərələrin dəmir barmaqlıqla təchiz olunduğunu gördükdən sonra evin zirzəmisinin balaca dəmir qapısını özü ilə götürdüyü mismarçıxardanla sındırıb açaraq oradan içəriyə daxil olduğunu,üstündəki alışqanın işığını yandırıb ətrafı işıqlandırdıqdan sonra divara quraşdırılmış “Robella” markalı kombi aparatını yerindən çıxardıb həyətə apardığını, bundan sonra evin giriş qapısından pəncərənin dəmir barmaqlığını mismarçıxardanla sındırıb ordan mətbəxə daxil olduğunu, oradan bir neçə su kranı, duş və hamam aksesuarlarını, 1 ədəd elektrik tənzimləyicini, 1 ədəd su nasosunu götürüb, özü ilə apardığı kisəyə yığaraq həyətə çıxdığını, oğurladığı həmin əşyaları və kombini hasarın üstündən küçəyə apardığını, yolun kənarına qoyduğunu, səhərin açılmasını gözlədiyini, təxminən 1 saatdan sonra hava işıqlananda yoldan keçən tanımadığı sürücünün idarə etdiyi Mersedes-benz markalı, dövlət nişan nömrəsini bilmədiyi avtomobil ilə həmin əşyaları Sumqayıt şəhərindəki əşya satılan bazara apardığını, sürücüyə 15 manat yol pulu verdiyini, oğurladığı əşyaları həmin bazarda tanımadığı adamlara müxtəlif qiymətlərə satmaqla, cəmi 650 manat pul əldə etdiyini, pulu şəxsi ehtiyaclarına xərclədiyini, oğurluğu tək etdiyini, bu barədə heç kimə bir söz demədiyini, oğurluq zamanı istifadə etdiyi mismarçıxardanı və alışqanı yolda itirdiyini bildirdi. Bundan başqa,2017-ci ilin fevral ayın əvvəllərində, Abşeron rayonu Saray qəsəbəsində yeni tikilmiş evlərin birində fəhlə işlədiyinə görə Saray qəsəbəsinə tez-tez gedib-gəldiyini, pula ehtiyacı olduğuna görə həmin evdən oğurluq etmək qərarına gəldiyini, buna görə 2017-ci ilin fevral ayının əvvəllərindən, başlayaraq 2 gün ərzində geçə vaxtı Saray qəsəbəsi, Bəşir Səfəroğlu küçəsində heç kimin olmadığı, tikintisi tamamlanmamış iki mərtəbəli həyət evindən oğurluq etdiyini, birinci dəfə saat 02 radələrində həyətin darvazasının üstündən aşaraq həyətə daxil olduğunu, həyətdəki evin plastik pəncərəsini əli ilə sıxıb açaraq, evə daxil olduğunu, evin divara quraşdırılmış 1 ədəd “İmerqaz” markalı kombi aparatını, 4 ədəd istilik radiatorları, 3 ədəd 4-lük elektrik kabeli oğurladığını, oğurladığı həmin əşyaları yoldan keçən tanımadığı QAZEL markalı avtomobillə Bakı şəhəri 3-cü mikrorayon dairəsində yerləşən, tikinti materialları bazarına apardığını, orada tanımadığı şəxslərə satmaqla 250 manat əldə etdiyini, pulları şəxsi ehtiyaclarına xərclədiyini, hadisədən bir gün sonra yenə saat 03 radələrində həmin evin pəncərəsindən evə daxil olduğunu,oradan 3 ədəd 2,5-lik elektrik kabeli, 2 ədəd 2-lik elektrik kabeli, 1 ədəd generatoru, 1 ədəd “Bosh” markalı elektrik dreli, 1 ədəd “Bosh” markalı laqondanı, avtomobil üçün olan 2 ədəd faraları oğurladığını, oğurladığı həmin əşyaları yoldan keçən tanımadığı QAZEL markalı avtomobillə Bakı şəhəri, 3-cü mikrorayon dairəsində yerləşən, tikinti materialları bazarına apardığını, orada tanımadığı şəxslərə satmaqla 150 manat əldə etdiyini, pulları şəxsi ehtiyaclarına xərclədiyini, oğurluğu tək etdiyini, oğurluq barədə heç kimə bir söz demədiyini bildirdi. Bundan başqa, 12 fevral 2017-ci il tarixdə, saat 02 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, Yeni-Bakı yaşayış massivindəki yeni məhəlləyə gedərək yaşayış olmayan evləri axtarmağa başladığı vaxt, iki mərtəbəli fərdi evin işıqlarının yanmadığını gördükdə, orada yaşayış olmadığını fikirləşib hasardan aşmaqla həyətə daxil olduğunu, özü ilə apardığı dəmir alətlə evin birinci mərtəbəsindəki pəncərənin dəmir barmaqlığını sındıraraq pəncərəni açıb evə daxil olduğunu, daxil olduğu otaqdan 1 ədəd LG markalı televizoru və 1 ədəd ariston markalı istilik aparatını oğurladığını, oğurladığı ariston istilik aparatını və televizoru səhəri gün yoldan keçən tanımadığı taksi ilə Sumqayıt şəhərindəki bazara apardığını, orada onları tanımadığı şəxsə 250 manata satdığını, pulu şəxsi ehtiyaclarına xərclədiyini, oğurluğu tək etdiyini, oğurluq barədə heç kimə bir söz demədiyini bildirdi. Bundan başqa, 2017-ci ilin fevral ayının axırlarında, saat 09 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində gördüyü bir mərtəbəli evin hasarından aşaraq həyətə daxil olduğunu, evin qapısını açıb evə daxil olaraq divara quraşdırılmış “Dəmir Dokum” markalı kombini özü ilə apardığı qayçı ilə plastik borulardan kəsərək quraşdırılmış yerindən çıxartdığını, daha sonra oradan quraşdırılmış su nasosunu və 1 ədəd elektrik tənzimləyicini kəlbətinlə quraşdırıldığı yerdən açıb çıxartdığını, həmin evdən oğurladığı kombi aparatını, su nasosu və elektrik tənzimləyicini quçağında tutaraq bir-bir küçəyə çıxartdığını, yoldan keçən tanımadığı Mercedes markalı taksi ilə Abşeron rayon Gənclər şəhərciyinə apardığını, taksi sürücüsünə 5 manat yol pulu verdiyini, oradakı zibillikdə kombini sökdüyünü, içindəki mis metalı çıxardaraq selofan torbaya qoyduğunu, su nasosu və elektrik tənzimləyici ilə onları Bakı şəhəri Alatava məhəlləsində yerləşən mis metalların qəbulu məntəqəsinə apardığını, 34 manata, su nasosunu 20 manata və elektrik tənzimləyicini isə 30 manata satdığını, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərclədiyini, həmin əşyaları satdığı metal qəbulu məntəqəsinin yerini xatırlamadığını, oğurluğu tək etdiyini, oğurluq barədə heç kimə bir söz demədiyi bildirdi. Bundan başqa, 28 mart 2017-ci il tarixdə, saat 03 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.B.Zərdabi küçəsində yerləşən evdə və həyətdə işığın yanmadığını gördükdə orada heç kimin yaşamadığını bildiyini, qapı vasitəsilə evə daxil olduğunu, evdə oğurlamaq üçün qiymətli heç nə olmadığını gördükdən sonra özü ilə apardığı açarla evdəki 2 ədəd plastik qapıları və 3 ədəd taxta qapıları divardan söküb çıxartdığını, onları tək-tək küçəyə aparmaqla hadisə yerindən uzaqlaşdığını, Səhərə yaxın yoldan keçən tanımadığı Qazel avtomaşını ilə həmin qapıları Bakı şəhəri Nəsimi rayonu, 3-cü mikrorayonda yerləşən işlənmiş tikinti materialların satıldığı bazara apardığını, tanımadığı bir kişiyə onların hamısını 250 manata satdığını, oğurluğu tək etdiyini, oğurluq barədə heç kimə bir söz demədiyi bildirdi. Bundan başqa, əvvəllər fəhlə kimi işlədiyi Abşeron rayonu, Hökməli qəsəbəsi “Nübar” yaşayış massivinə gedib oğurluq etmək üçün münasib ev axtarmağa başladığı vaxt, 11 aprel 2017-ci il tarixdə, saat 05 radələrində orada hasarı olmayan bir mərtəbəli evə yaxınlaşdığını, evdə kiminsə olub-olmadığını yoxlamaq üçün evin arxa tərəfinə getdiyini, evdə yaşayış olduğunu bildiyini, evin arxa divarına taxta qutunun içərisinə quraşdırılmış “Robella” markalı kombini özü ilə apardığı qayçı ilə kombiyə bağlanmış plastik borularını kəsib quraşdırıldığı yerdən çıxarıb qucağında tutaraq tez oradan uzaqlaşdığını, Hökməli- Qobu avtomobil yoluna apardığını, yolda tanımadığı VAZ-21011 markalı avtomobillə həmin kombini Xırdalan şəhərinə yaşadığı məhəlləyə apardığını, sürücüyə 10 manat yol pulu verdikdən sonra kombini yaxınlıqdakı zibilliyə aparıb sökdüyünü, içərisindən çıxartdığı mis metalı selofan torbada Bakı şəhəri, Dərnəgül qəsəbəsində yerləşən metal qəbulu məntəqəsində 32 manata satdığını, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərclədiyini, kombinin qalıqlarını atdığı zibilliyin yeri yadında olmadığını, kombini oğurlayarkən istifadə etdiyi qayçını yolda itirdiyini, kombinin içərisindən çıxartdığı misləri satdığı metal qəbulu məntəqəsinin yerini xatırlamadığını, oğurluğu tək etdiyini və bu barədə heç kimə bir söz demədiyi bildirdi. Bundan başqa, 2017-ci ilin may ayının əvvəllərində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində fərdi yaşayış evlərinin tikilməsində fəhləlik etdiyi vaxt, həmin qəsəbədə yaşayan, sonradan adını bildiyi X23 evinin yanından keçdiyi vaxt, evdə yaşayış olmadığını bildikdən sonra pula ehtiyacı olduğuna görə həmin evdən oğurluq etmək üçün 30 may 2017-ci il tarixdə, saat 21 hasarlardan aşaraq həyətə daxil olduğunu, həyətdə ağacların dibində gördüyü balta ilə evin 1-ci mərtəbəsində plastik pəncərələrinin üzərindəki dəmir barmaqlıqları balta ilə yerindən çıxardaraq evə daxil olduğunu, evin hamamında qoyulmuş unitaz və əl-üz yuyulanı çıxartdığını, evdən 2 dəst çarpayı örtüyün, 1 ədəd tül pərdəni, 2 ədəd aliminum teştləri, 1 ədəd aş süzəni, 2 dəst çaşka naboru, sayı yadında qalmayan nəlbəkiləri, müxtəlif növ boşqabları, 3 ədəd xurustal fuje,24 ədəd xrustal çay stəkanları, sayı yadında qalmayan armudu çay stəkanları və 1 ədəd tort qabını torbalara yığıb, oğurladığını, həmin əşyaları yaxınlıqda olan boş həyətdə gizlətdiyini, Səhərisi gün tanımadığı taksi ilə həmin əşyaları Sabunçu bazarına apardığını, orada tanımadığı bir kişiyə onları 90 manata satdığını, oğurluq barədə heç kimə bir söz demədiyini, oğurluğu tək etdiyini, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərclədiyini bildirdi. Bundan başqa, 02 iyun 2017-ci il tarixdə, saat 05 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi yeni yaşayış massivindəki yaşayış sahəsində gəzdiyini, oğurluq etmək məqsədilə münasib ev axtardığı vaxt, gördüyü iki mərtəbəli evdə yaşayış olmadığını bildikdən sonra darvazadan aşaraq həyətə daxil olduğunu, evin giriş qapısının seyf qapı olduğunu və pəncərələrin dəmir barmaqlıqlarla mühafizə olunduğunu gördükdən sonra oradan evə daxil olmağın qeyri-mümkün olduğunu, daha sonra evin zirzəmisinin balaca dəmir qapısının üstündəki qıfılı mismarçıxardanla sındırdığını, oradan içəriyə daxil olduğunu, üstündəki alışqanın işığında zirzəmidə gördüyü quraşdırılmış “İmeyqaz” markalı kombi aparatını quraşdırıldığı yerdən söküb çıxartdığını, oğurladığı kombini Hökməli-Qobi avtomobil yoluna apardığını, yolun kənarında gizlətdiyini, yoldan keçən tanımadığı Mersedes-Benz markalı taksi ilə kombini Xırdalan şəhərinə yaşadığı məhəlləyə apardığını, taksi sürücüsünə 10 manat zəhmət haqqı verdiyini, kombini zibilliyə aparıb sökərək içərisindən çıxartdığı mis metalı sellofan torbaya yığıb avtobusla Bakı şəhəri Dərnəgül qəsəbəsinə apararaq oradakı əlvan metal qəbulu məntəqəsinə 36 manata satdığını, oğurluğu tək etdiyini, oğurluq barədə heç kimə bir söz demədiyini, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərclədiyini, mis metalları satdığı metal qəbulu məntəqəsinin yerini də xatırlamadığını bildirdi. Bundan başqa, 16 iyun 2017-ci il tarixdə, saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsindəki 1 saylı yaşayış binasının yaxınlığına oğurluq etmək üçün getdiyini, orada gəzdiyi vaxt, binanın həyətində bir neçə nəfərin velosiped sürdüyünü gördükdə, həmin velosipedlərdən birini oğurlamaq qərarına gəldiyini, buna görə binanın bir kənarında dayanıb havanın qaralmasını gözlədiyini, hava qaraldıqdan sonra velosiped sürənlərin, velosipedlərini binaya apardıqlarını gördüyünü, saat 22 radələrində həyətdə sakitlik olduğunu görüb binaya daxil olmaq istədikdə, binanın giriş qapısı kilidli olduğundan binaya daxil ola bilməməsi səbəbindən həmin binada yaşayanlardan kiminsə binaya daxil olmasını gözlədiyini, həmin şəxslə binaya daxil olduğunu, həmin vaxt tanımadığı bir qadının binaya daxil olduğunu gördükdə qadının yanında binaya daxil olduğunu, qadının öz mənzilinə getdikdən sonra, pilləkənlə 8-ci mərtəbəyə qalxdığını və blokda gördüyü 26 nömrəli velosipedi görüb, küçəyə çıxaraq sürüb, apardığını, oğurladığı həmin velosipedi yaşadığı həyətə aparıb gizlətdiyini, səhəri günü velosipedi Bakı şəhəri, 3-cü mikrorayon bazarına aparıb tanımadığı şəxsə 80 manata satdığını, velosipedin oğurluq etdiyi barədə heç kimə bir söz demədiyini bildirdi. Bundan başqa, oğurluq etmək məqsədilə 08 sentyabr 2017-ci il tarixdə, saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhərində gəzdiyini, oğurluq etmək üçün münasib ev axtardığı vaxt, Xırdalan şəhəri, M.İbrahimov küçəsində gördüyü bir mərtəbəli evdə işıq yanmadığını gördükdə, orada yaşayış olmadığını, buna görə hasardan aşmaqla həyətə daxil olduğunu, hasara quraşdırılmış “Bosh” markalı kombi aparatını söküb çıxartdığını, oğurladığı kombi aparatını hasarın üstündən keçirdərək küçəyə apardığını, yoldan keçən tanımadığı taksi ilə həmin kombini Bakı şəhəri, 3-cü mikrorayon dairəsindəki bazara apardığını, orada tanımadığı bir kişiyə 50 manata satdığını, oğurluğu tək etdiyini, oğurluq barədə heç kimə bir söz demədiyini, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərclədiyini bildirdi. Bundan başqa, 19 oktyabr 2017-ci il tarixdə, saat 13 radələrində yaşadığı evdə tək olduğu vaxt, onlara gəlmiş dostu X62 ona Bakı Mühəndislik Universitetinin qarşısında gördüyü VAZ-2106 markalı avtomobili qaçırıb, doğrayıb satmağı ona təklif etdiyini, Rəşadın təklifinə razılaşaraq onunla həmin gün, saat 14 radələrində Bakı Mühəndislik Universitetinin qarşısına getdiyini, Rəşadla aralarında olan razılığa əsasən gələn olduqda ona xəbər verməsi üçün kənarda dayanıb ətrafa baxdığını, Rəşadın həmin universitetin qarşısındakı köşkün yanında saxlanılmış ağ rəngli VAZ-2106 markalı, ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yaxınlaşdığını, sürücü tərəfdən avtomobilə əyləşərək avtomobili işə salıb sürərək universitetdən yuxarıda olan dairənin yanında saxlayıb onu gözlədiyini, qaçıb avtomobilə, qabaq oturacaqda oturduğunu, avtomobilin yaxşı vəziyyətdə olduğunu gördükdən sonra Rəşada 1-2 gün sürdükdən sonra doğrayıb satmağı təklif etdiyini, Rəşadın isə bu təkliflə razılaşdığını, avtomobili oradan sürüb “Bizim ev” mebel şəhərciyi istiqamətindən yaşadığı Xırdalan şəhəri, M.İbrahimov küçəsinə gələrək evlərinin giriş qapısı yanında avtomobili saxladığını, avtomobildə 4 ədəd təzə təkər, salonunda pioner markalı maqnitofon və 4 ədəd səs gücləndirici olduğunu gördüyünü, həmin vaxt evlərində heç kimin olmadığını, avtomobili aparıb qaytarmağı Rəşada təklif etdiyini, Rəşadın ona heç nədən narahat olmamağı bununla bağlı problem olsa onluq olduğunu dediyini, avtomobili qaytarmağa razı olmadığını, sonra avtomobili sürərək, Rəşadla gəzməyə getdiyini, təxminən 2-3 saatdan sonra qayıtdıqdan sonra Rəşadın ona benzin üçün 10 manat verdiyini, evinə getdiyini, təxminən 1 saatdan sonra özü tək avtomobili sürərək Yasamal rayonuna gəzməyə getdiyini, gecə saat 24:00 radələrində Xırdalan şəhərindəki evinə qayıtdığını, evdə olan anası və bacısı Ləmanın onun və Rəşadın avtomobil qaçırtdığını bilmədiyini, səhəri gün yəni, 20 oktyabr 2017-ci il tarixdə saat 08 radələrində anası və bacısı Ləmanın Yasamal rayonuna nənəsinin evinə getdiyini, həmin gün saat 10 radələrində onların evinə gələrək Rəşadın təklifi ilə avtomobillə gəzməyə getdiyini, Sulutəpə qəsəbəsindən Xırdalan şəhərinə qayıdarkən avtomobilin mühərrikindən şaqqıltı səsi gəldikdə, avtomobili saxlayıb mühərrikə baxdıqda müəhərrikin sıradan çıxdığını gördüyünü, Rəşada zəng edərək çağırdığı evakuator ilə avtomobili yaşadığı evin yanına apardığını, Rəşadın evakuator sürücüsünə zəhmət haqqı olaraq 15 manat verdiyini, Rəşad ilə avtomobili itələyib evinin qapısının qarşısında saxladığını, Rəşada avtomobilin mühərrikini təmir elətdirməyi ona təklif etdikdə, ona ən yaxşısı avtomobili doğrayıb satmağı təklif etdiyini, Rəşadın onun bu təklifinə razı olduğunu, həmin gün saat 17 radələrində gəzmək üçün piyada Xırdalan şəhəri, H.Əliyev parkına getdiyini, saat 24:00 radələrində evinə qayıtdıqda küçə qapısının qarşısında qonşuluqda yaşayan kürəkəni Nemət Dadaşov ilə qarşılaşdığını, Nemətin həmin avtomobilin kimə məxsus olduğunu soruşduqda ona, pul verib avtomobili özünə aldığını, ancaq mühərrikin işləmədiyini dediyini, Nemətin ona inandığını, Nemətdən ona laqonda aparatı lazım olduğunu və müvəqqəti verməsini xahiş etdikdə, Nemətin laqondanın həyətdə olduğunu və götürməsini dedikdən sonra evinə getdiyini, Nemətin laqonda aparatını nə üçün istədiyini soruşmadığını, səhəri gün yəni, 21 oktyabr 2017-ci il tarixdə Rəşadın onlara gəldiyini, həmin vaxt evlərində heç kimin olmadığını, kürəkəni Nemətin həyətinə gedərək oradan laqonda və 2 ədəd laqonda daşını götürüb, öz həyətinə qayıtdığını, avtomobilin salonundakı pioner markalı maqnitafonu, 4 ədəd səs gücləndiriciləri, salonunun elektron cihazlarının panelini, arxa və ön oturacaqları, mühərrikin qalovkasını, sürətlər qutusunu, rolu söküb Rəşada verdiyini, avtomobilin arxa və ön şüşəsini çıxardaraq evin arxasında izi itirmək üçün sındırdığını, Rəşadın tanımadığı Tofaş markalı taksi gətirərək həmin əşyaları taksiyə qoyub satmağa aparmışdır. Bundan sonra VAZ-2106 markalı avtomobili laqonda ilə doğrayıb, dörd yerə böldüyünü, həmin gün saat 22 radələrində Rəşadın ağ rəngli Sentra markalı taksi ilə onlara gəldiyini, ona sökdüyü ehtiyyat hissələrinin 130 manata satdığını deyib, 65 manat ona verdiyini, Rəşada səhər Qazel markalı avtomobil gətirməsini, avtomobildən doğradığı hissələri satmaq üçün aparmalarını dediyini, Rəşadın avtomobilin 4 ədəd təzə disk təkərin ona lazım olduğunu deyib onları taksi ilə apardığını, səhəri gün yəni, 22 oktyabr 2017-ci il tarixdə saat 11 radələrində Rəşadın gətirdiyi Qazel markalı avtomobilə doğradığı hissələri qoyub satmağa apardığını, yolda həmin Qazel markalı avtomobilin sürücüsünün adının Rəhman olduğunu onun özündən öyrəndiyini, qazel sürücüsü Rəhmana həmin avtomobilin onlara məxsus olduğunu və metal kimi satmağa apardığını dediyini, Rəşadın ona onun aparıb satmasını, satdığı pulu aralarında bölməsi barədə etdiyi təklifinə razı olmadığını, özünün aparıb satacağını ona dediyini, Rəşadın ona Xırdalan şəhərində olan playstation kluba getdiyini dediyikdən sonra qazel sürücüsü ilə birlikdə Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsində zavodların arxa tərəfində Sahib adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsində həmin hissələri 67 manata satdığını, qazelin sürücüsü Rəhmanın onu küçələrində düşürərkən ona 25 manat yol haqqı verdiyini, axşam saat 23 radələrində Rəşad onu çağırdığını, avtomobilin ban hissəsinin satışından əldə etdiyi pulu istədikdə, ona pulun olmadığını dediyini, Rəşadın ona niyə belə etdiyini deyəndə Rəşada avtomobilin salonundan sökdükləri ehtiyat hissələrini satıb ona cəmi 65 manat verdiyi üçün ona burdan pul vermədiyini dediyini, Rəşadın ona halal xoşun olsun deyib getdiyini, avtomobili doğradığı vaxt, avtomobildən gördüyü şəxsiyyət vəsiqəni, avtomobilin qeydiyyat şəhadətnaməsini və sürücülük vəsiqəsini avtomobilin qırıntı hissələri ilə birlikdə zibilliyə atdığını, həmin sənədlərin kimin adına olduğunun yadında olmadığını bildirdi. Bundan başqa, 10 dekabr 2017-ci il tarixdə, saat 07 radələrində Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq massivində gəzdiyi vaxt, 6-cı küçədə 45 saylı evin qarşısında saxlanmış qırmızı rəngli OKA markalı avtomobili gördükdə, onu sürüb qaçırmaq üçün avtomobilə yaxınlaşdığını, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra avtomobilin qabaq sol qapısının dəstəyini çəkdikdə qapının açıq olduğunu gördüyünü, avtomobilə sükan arxasında oturduğunu, avtomobilin açarının priborların şitindəki kiçik qutuda olduğunu görüb götürdüyünü, avtomobili işə salaraq tez sürüb oradan uzaqlaşdığını, avtomobili Bakı şəhərinə sürüb bir az gəzdikdən sonra, Yasamal rayonu Xreptovi adlanan yaşayış massivində saxlayıb, oradan avtobusla evinə qayıtdığını, sonra saat 12 radələrində gedib avtomobili saxladığı yerdən sürüb gəzdiyi vaxt, saat 15 radələrində anası ona zəng edərək Abşeron rayon Rolis İdarəsindən onu axtardıqlarını, buna görə polisə getməsini dediyini, avtomobilin sahibi tərəfindən polisə şikayət olduğunu başa düşdüyünü, buna görə anası ilə Abşeron rayon Polis İdarəsinə getdiyini, qaçırtdığı avtomobili tanımadığı polis əməkdaşlarına təhvil verdiyini, avtomobildə sənəd olduğunu görmədiyini, avtomobildəki yadında qalmayan kağızları zibilliyə tulladığını, avtomobili tək sürüb qaçırtdığını və avtomobilə heç bir ziyan vurmadığını bildirdi. Bundan başqa, 20 dekabr 2017-ci il tarixdə, saat 16 radələrində Nəsimi rayonu, Salamadil dairəsi yaxınlığındakı körpünün altında gördüyü VAZ-2101 markalı, ** SC *** dövlət nömrə nişanlı avtomobilin sağ arxa qapısının açıq olduğunu gördükdə qapını açıb sükan arxasında oturduğunu, avtomobilin naqillərini sökərək, mühərriki işə saldığını, avtomobili sürməklə oradan qaçırtdığını, oradan uzaqlaşdıqdan sonra avtomobili tanıyan olmasın deyə avtomobilin üstündə yük yığmaq üçün quraşdırılmış hissəni, avtomobilin qabaq və arxa buferlərini açıb, avtomobilin yük yerinə yığdığını, yolda “Online” çay evinin qarşısında tanışı Kənanı, yanındakı tanımadığı 2 cavan oğlan ilə gördükdə avtomobili saxlayıb, Kənanın yanına gedib onunla və yanında olan 2 oğlan ilə görüşdüyünü, Kənanın yanındakı oğlanlar ilə onu tanış edərək, dostları olduğunu dediyini, ondan avtomobili hardan əldə etdiyini soruşduqda, ona avtomobili yeni aldığını və özünə məxsus olduğunu dediyini, onlara istədikləri yerə aparmasını təklif etdikdə, Kənan və yanındakı dostları avtomobilə əyləşdiyini, avtomobili bir neçə saat sürdükdən sonra yolda polis əməkdaşı onu saxladığını, avtomobili qaçırtdığını bildirdiyini, avtomobildən heç nə götürmədiyini, avtomobili tək qaçırtdığını, avtomobilə heç bir ziyan vurmadığını bildirdi. Bundan başqa, 08 yanvar 2018-ci tarixdə yaşadığı küçənin yaxınlığında yerləşən “Narzan” kafesində pivə və araq içdikdən sonra, internet kluba gedib komputerlə avtomaşın saytlarına baxdıqda yenə pivə içdiyini, saat 22 radələrində internetklubdan çıxıb bazarın yanındakı çayxanaya getdiyini, orada oturduğunu, çayxanadan çıxdığı vaxt 09 yanvar 2017ci il, saat 03 radələrində oradan qonşuluqda yaşayan Ehtirama məxsusVAZ-2106 markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobilin küçədə saxlanıldığını gördüyünü, avtomobili sürməklə şəhərdə şəhərdə gəzmək məqsədilə avtomobilə yaxınlaşıb, qapının açıq olduğunu gördükdə qabaq oturacaqda, sükan arxasında oturduğunu, avtomobilin bar yerini açıb baxanda oradaavtomobilin аçarını görüb, götürdüyünü və avtomobili açarla işə salıb sürərək oradan uzaqlaşaraq, AAAF yaşayış kompleksi istiqamətində hərəkət edərəkQafqaz universitetinin yanındakı yanacaq doldurma məntəqəsinə getdiyini, avtomobilin yanacağının işığı yandığı üçün 4 manat məbləğində yanacaq avtomobilə aldıqdan sonra, Bakı şəhəri istiqamətindəavtomobili idarə edərək Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində avtomobili zibil yeşiklərinin yanında saxladığını, sərxoş vəziyyətdə olduğundan avtomobili sürmədiyini, oradan yaşadığı evə qayıtdığını, həmin vaxt içkili olduğu üçün qonşusu Ehtirama məxsus avtomobili sürüb, qaçırtdığını, evində olduğu vaxt tanımadığı polis əməkdaşlarının onlara gəldiyini Ehtirama məxsus avtomobili qaçırtması barədə onunla sorğu-sual etdikdə, avtomobili gəzmək üçün sürdüyünü və avtomobili Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində saxladığını dediyini, Sonra polis polis əməkdaşları ilə birlikdə gedib həmin avtomobili saxladığı yerdən onlara təhvil verdiyini, Avtomobili tək qaçırtdığını və avtomobildən heç nə oğurlamadığını bildirdi. Məhkəm baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş X50 ifadəsində göstərdi ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nubar yaşayış massivində ona məxsus fərdi yaşayış evində ailəsi ilə yaşayır. 11 aprel 2017-ci il tarixdə, gecə saat 03 radələrində yuxudan itlərin səsinə oyanmış və həyətə gəlib ətrafa baxdıqda hər şeyin yerində olduğunu görmüş, səhər saat 06 radələrində yuxudan oyanıb əl-üzünü yumaq istədikdə suyun gəlmədiyini gördükdə həyətə çıxmış və evinin arxasında divara quraşdırılmış 800 manat dəyərində olan “Robella” markalı kombinin oğurlandığını aşkar etmişdir. Oğurluq barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş və Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. X50 tərəfindən məhkəməyə təqdim olunmuş 10.10.2018-ci il tarixli ərizədə ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş X36 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında ona məxsus bir mərtəbəli fərdi yaşayış evi vardır. Evin yerləşdiyi torpaq sahəsi mişar daşları ilə hasarlanmış, evi 2017-ci ilin təxminən yanvar ayında almış, 03 sentyabr 2017-ci il tarixdə, saat 10 radələrində evin qapılarını bağlayıb getmiş, 10 sentyabr 2017-ci il tarixdə, saat 08 radələrində evə qayıtmış, həyətin içərisində hasara quraşdırılmış 1250 manat dəyərində 32-lik “Bosh” markalı kombinin yerində olmadığını gördükdə, oğurlandığını bilmiş, ona görə də oğurluq barədə ərizə ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Hazırda ona vurulmuş ziyan ödənilməmişdir. Ona vurulmuş ziyanı tələb edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 məhkəmə baxışında ifadəsində göstərdi ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 14, mənzil 188-də yaşayır. Abşeron rayonu Hökməli qəsəbəsi yeni yaşayış massivində tikintisi qurtarmamış, evinə 25 may 2017-ci il tarixdə gedib baxdıqda hər şeyin yerində olduğunu görüb, qapı, pəncərəni bağlayıb getmişdir. 06 iyun 2017-ci il tarixdə həmin tikintisi qurtarmamış evinə gəlib yoxladıqda evin zirzəmisinin dəmir qapısının naməlum şəxs(şəxslər) tərəfindən sındırıldığını və zirzəmidə quraşdırılmış, kreditlə 1856 manata aldığı “İmeyqaz” markalı 32lik kombi istilik aparatının quraşdırıldığı yerdən plastik borularının kəsilməklə oğurlandığını, aşkar etmişdir. Oğurluq barədə sonradan Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir.Hazırda ona vurulmuş ziyan ödənilməmişdir. Ona vurulmuş ziyanı tələb edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş X37 ifadəsində göstərdi ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 89 ünvanda yerləşən uşaq bağçasında müvəqqəti məskunlaşaraq yaşayır. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sarı Aşıq küçəsindəki 1 mərtəbəli, 3 otaqlı evində yalnız yay aylarında 1-2 ay yaşayırlar, qalan vaxtlarda isə ora nəzarətsiz qalır. Arada bir gedib həmin evinə nəzarət edir. 26 fevral 2017ci il tarixdə həmin evindən 1200 manat dəyərində 1 ədəd “Dəmir Döküm” markalı kombi istilik aparatının, dəyəri 30 manat olan 1 ədəd su matorunun və dəyəri 70 manat olan kombi aparatının 1 ədəd cərəyan tənzimləyicisinin, ümumilikdə 1300 manat dəyərində əmlaklarının oğurlandığını aşkar etmişdir. Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə ev 8-də ailəsi ilə yaşayır. 2007-ci il tarixdə özünə 3000 manata aldığı VAZ-21063 markalı ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Abşeron rayonu ərazisində yerləşən Bakı Mühəndislik Unviersitetinin 4-cü kursunda oxuyan oğlu Ağabəyə dərsə gedib-gəlməsi üçün 2017-ci ilin may ayında etibarnamə ilə idarə etməyə vermişdir. 19 oktyabr 2017-ci il tarixdə saat 09 radələrində oğlu Ağabəy həmin avtomobil ilə universitetə, dərsə getmiş, həmin tarixdə saat 14 radələrində evdə olarkən oğlu Ağabəy ona zəng edərək avtomobilin oğurlandığını xəbər vermiş, avtomobilinin oğurlanması barədə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş ziyanı n ödənilməsini tələb etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ünvan 6 ünvanda yaşayır. 08 yanvar 2018-ci il tarixdə, saat 23 radələrində özünə məxsus idarə etdiyi VAZ-2106 markalı, **-BE- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili evinin qarşısında saxlayıb, evinə getmiş, 09 yanvar 2018-ci il tarixdə sааt 10 radələrində küçəyə çıxıb, avtomobilinin yanına gedərkən, avtomobilini saxladığı yerdə və ətrafda olmadığını görmüş, bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, polis əməkdaşları yaşadığı ünvana gəlib onun iştirakı ilə avtomobilin küçədə saxlandığı yerə baxış keçirtmiş, avtomobildə pul, qiymətli əşya və rəsmi sənəd olmamış, 09 yanvar 2018-ci il tarixdə Abşeron rayon Polis Şöbəsinin əməkdaşları günorta vaxtı onunla əlaqə saxlayaraq avtomobilini qaçıran şəxsi müəyyən etdiklərini bildirmiş, bundan sonra Abşeron rayon Polis İdarəsinə gəlmiş və ona məxsus avtomobilini qonşusu Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə qaçırtdığını, avtomobili sürüb Bakı şəhəri Yasamal rayonu, D.Bünyadzadə küçəsində 38 saylı orta məktəbin yaxınlığında, küçədə saxladığını eşitmiş, Təqsirləndirilən şəxs polis əməkdaşlarını və onun avtomobilini saxladığı yerə aparmış və avtomobili onlara təhvil vermiş, orada avtomobilinə keçirilən baxış zamanı, avtomobilin üzərində hər hansı bir zədə, avtomobildən hər hansı bir detal götürüldüyü aşkar edilməmiş, Təqsirləndirilən şəxsn avtomobili sərxoş olduğundan qaçırtdığını etiraf etmiş, onun xahişi ilə avtomobilin saxlanması üçün özünə qaytarılmış, avtomobili 27 dekabr 2007-ci il tarixdə X4 2000 (iki min manat) manata almış və avtomobili etibarnamə əsasında idarə etmişdir. X26 tərəfindən məhkəməyə təqdim olunmuş 31.10.2018-ci il tarixli ərizədə ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X70 oğlunun məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ünvan 7 ünvanda yaşayır. X84 mərhum atasının adına olan və etibarnamə əsasında idarə etdiyi OKA markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Göyçay rayonundan idarə edərək onlara gəlmiş və avtomobili onların həyətində qoyaraq rayona qayıtmış, 09 dekabr 2017-ci il tarixdə avtomobili sürüb işlədiyi Bakı şəhəri, Tibilisi prospektində yerləşən iş yerinə getmiş və saat 18 radələrində işdən çıxaraq avtomobili sürüb yaşadığı ünvana qayıdaraq, avtomobili küçədə saxlayıb evinə getmiş, sabahı günü yəni, 10 dekabr 2017-ci il tarixdə işə getmək üçün avtomobili yerində görmədikdə, avtomobilin qaçırıldığını bilmiş, bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, təxminən 2-3 gündən sonra tanımadığı polis əməkdaşı ona zəng edərək avtomobilin tapıldığını və Abşeron rayonu ərazisində yerləşən X74 cərimə meydancasında saxlandığını demiş, həmin cərimə meydançasına getmiş və müvafiq sənəd təqdim edərək avtomobilini oradan götürmüş, avtomobilə heç bir ziyan dəyməmiş, avtomobildə olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu və evinin qaz sayğacının smartkartı yerində olmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X16 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Naxçıvan MR-ın Şərur rayonu, Qarabağlar kəndində qeydiyyatda olmasına baxmayaraq, ünvan 8 ünvanda ailəsi ilə yaşayır. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evinə 24.03.2017-ci il tarixdə gedib baxdıqda, evdəki əşyaların yerində olduğunu görmüş, bundan sonra 14.05.2017-ci il tarixdə evə gəlib baxdıqda ümumi dəyəri 320 manat olan 2 ədəd plastik qapıların və ümumi dəyəri 510 manat olan 3 ədəd taxta qapıların yerində olmadığını gördükdə, onların oğurlandığını bilmiş, oğurluq barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş və Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, qapılarının oğurlanması ilə əlaqədar ona ümumilikdə 830 manat ziyan dəymişdir. X38 tərəfindən məhkəməyə təqdim olunmuş 31.10.2018-ci il tarixli ərizədə ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X17 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ünvan 10 ünvanda yaşayır. Abşeron rayonu Saraq qəsəbəsi Bəşir Səfəroğlu küçəsində yeni tikdirdiyi evdə 28 dekabr 2016-cı il tarixdə olmuş və hər şeyin yerində olduğunu görmüş, 24 fevral 2017-ci il tarixdə, saat 12 radələrində qonşusu Seyid adlı şəxs ona zəng edərək həyərin darvazasının açıq olduğunu xəbər vermişdir. Bunadan sonra həyətə getmiş və daravazanın, açıq olduğunu görmüş, evə baxdıqda isə birinci mərtəbədəki plastik pəncərənin açıq olduğunu gördükdə, qapını açaraq evə daxil olmuş və evdən 1500 manat dəyərində 1 ədəd “İmerqas” markalı kombi aparatın hər birinin dəyəri 200 manat olan 4 ədəd radiotorların, hər birinin qiyməti 100 manat olan 3 dəst 4-lük, 3 dəst 2,5-lik, 2 dəst 2-lik elektrik naqillərin, dəyəri 800 manat olan 1 ədəd generator, dəyəri 50 manat olan 1 ədəd “Bosh” markalı direlin, dəyəri 150 manat olan 1 ədəd “Bosh” markalı laqonda, “Land Gruiser” markalı avtomobilə məxsus hər birinin dəyəri 950 manat olan 2 ədəd qabaq faraları oğurlanmaqla ümumilikdə ona 6000 (altı min) manat ziyan dəymişdir. Hazırda ona vurulmuş ziyan ödənilməmişdir. Ona vurulmuş ziyanı tələb edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X41 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ünvan 12 ünvanda ailəsi ilə yaşayır. Abşeron rayonu Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində, yeni məhəllədə olan evində yaşamır. 05 fevral 2017-ci il tarixdə həmin evində olduqda, evdəki əmlakların yerində olduğunu görmüş, 12 fevral 2017-ci il tarixdə həmin evinə nəzarət etmək üçün gedib baxdıqda, evin birinci mərtəbəsində olan dəmir barmaqlıqların sındırıldığını, evin plastik pəncərəsinin açıldığını, evindən 1 ədəd LG markalı LED televizorun, 1 ədəd Ariston markalı kombi aparatının oğurlandığını, ümumilikdə 1100 manat dəyərində əmlaklarının oğurlandığını aşkar etmişdir. X63 tərəfindən məhkəməyə təqdim olunmuş 31.01.2019-cu il tarixli ərizədə ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X42 oğlunun məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ünvan 14 ünvanda ailəsi ilə yaşayır. 15 iyun 2017-ci il tarixdə 250 manat dəyərində 26 nömrəli velosipedini, yaşadığı binada blokda, mənzilinin giriş qapısında saxlayıb, evinə getmiş, 16 iyun 2017-ci il tarixdə mənzilindən çıxdıqda, velosipedinin yerində olmadığını gördükdə, oğurlandığını bilmiş, oğurluq barədə DİN-nin 102 xidmətinə zəng etməklə və Abşeron rayon Polis İdarəsinə ərizə yazmaqla məlumat vermişdir. X42 tərəfindən məhkəməyə təqdim olunmuş 31.10.2018-ci il tarixli ərizədə ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X31 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Ramiz Qənbərov küçəsi, ev 16A, mənzil 20-də yaşayır. Abşeron rayonu Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış massivinin arxasında tikdirdiyi fəri yaşayış evinə 18 yanvar 2017-ci il tarixdə gedib baxmış və 15-20 dəqiqədən sonra yaşadığı Sabunçu rayonundakı evinə qayıtmış, 20 yanvar 2017-ci il tarixdə qonşusu ona zəng edərək “Yeni Yaşayış” massivindəki evindən oğurluq olduğunu xəbər verdikdə, həmin evinə getmiş evin zirzəmisinin balaca dəmir qapısının yerindən çıxarıldığını və evə daxil olan şəxsin evdən 1500 manat dəyərində 1 ədəd “Robello” markalı kombi istilik aparatını, 600 manat dəyərində 1 ədəd hamam-tualet aksesuarlarını, 50 manat dəyərində 1 ədəd elektrik tənzimləyicisini və 60 manat dəyərində 1 ədəd su nasosunu, ümumilikdə 2210 manat dəyərində əmlaklarının oğurlandığını aşkar etmişdir. X51 tərəfindən məhkəməyə təqdim olunmuş 31.01.2019-cu il tarixli ərizədən ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, mənə dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X23 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri, Neapol küçəsində ailəsi ilə yaşayır. Abşeron rayonu Hökməli qəsəbəsində, təzə məhəllədə yerləşən evində heç kim yaşamır, müxtəlif vaxtlarda həmin evinə gedib nəzarət edir. 20 may 2017-ci il tarixdə həmin evinə gedib baxdıqda evdəki əşyaların hamısının yerində olduğunu görmüş, sonra Neapol küçəsində yerləşən evinə getmişdir. 31 may 2017-ci il tarixdə, səhər saatlarında tanımadığı qadın onlara zəng edərək Abşeron rayonu, Hökməli qəsəbəsindəki evin pəncərəsinin açıq olduğunu xəbər vermiş, həmin tarixdə yəni, 31 may 2017-ci ildə saat 11 radələrində Hökməli qəsəbəsindəki evinə gedib baxdıqda, evin pəncərəsinin üstündəki dəmir barmaqlıqların çıxarılıb, divara söykəndiyini görmüş, evə daxil olduqda evdən qiyməti 80 manat olan 1 ədəd unutazın, qiyməti 100 manat olan 1 ədəd əl-üz yuyulanın, hər birinin dəyəri 30 manat olan 1 dəst taxt üstünün, qiyməti 160 manat olan 1 ədəd pokrovalın, qiyməti 60 manat olan 1 ədəd tülün, hər birinin qiyməti 15 manat olan 2 ədəd aliminum teştin, qiyməti 10 manat olan 1 ədəd aş süzən, qiyməti 50 manat olan 2 dəst çaşka naboru, qiyməti 40 manat olan 24 ədəd nəlbəkinin, qiyməti 150 manat olan 36 ədəd boşqabın, qiyməti 12 manat olan 6 ədəd boşqabın, qiyməti 20 manat olan 3 ədəd xurustal fujenin, qiyməti 54 manat olan 24 ədəd xrustal çay stəkanların, qiyməti 10 manat olan 6 ədəd armudu çay stəkanların, qiyməti 20 manat olan 1 ədəd tort qabının, ümumilikdə 811 manat dəyərində əmlakların oğurlandığını aşkar etmişdir. X50 tərəfindən məhkəməyə təqdim olunmuş 31.01.2019-cu il tarixli ərizədə ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə, ev 8-də valideyinləri ilə yaşayır. Abşeron rayonu ərazisində yerləşən Bakı Mühəndislik Unviersitetinin 4-cü kurs tələbəsidir. X56 özünə məxsus VAZ-2106 markalı ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 2017-ci ilin may ayından ona etibarnamə ilə idarə etməyə vermişdir. Həmin avtomobil ilə hər gün təhsil aldığı universitetə dərsə gedib-gəlmiş, 19 oktyabr 2017-ci il tarixdə saat 09 radələrində həmin avtomobil ilə təhsil aldığı universitetə getmiş, avtomobili hər gün olduğu kimi unviersitetin yanında avtodayanacaqda saxlayıb dərsə getmiş, avtomobilin 2 qapısını açarla bağlamaq mümkün olmamış, həmin tarixdə, saat 14 radələrində dərsdən çıxıb evinə getmək üçün avtomobili saxladığı yerə gələrkən, avtomobili yerində olmadığını gördükdə, avtomobilin qaçırıldığını başa düşmüş, hadisə barədə DİN-nin 102 xidmətinə və atası Rüstəmə zəng edərək məlumat vermiş, avtomobildə şəxsiyyət vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi və sürücülük vəsiqəsi olmuşdur. X18 tərəfindən məhkəməyə təqdim olunmuş 19.10.2018-ci il tarixli ərizədə ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, hazırda müddətli hərbi xidmətdə olduğu üçün məhkəməni iştirakı olmadan keçirməyi xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X27 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, etibarnamə əsasənda idarə etdiyi VAZ- 2101 markalı ** SC *** dövlət nömrə nişanlı avtomobilini şəxsi işi ilə əlaqədar 20 dekabr 2017-ci il tarixdə saat 13 radələrində Nəsimi rayonu, Salamadil dairəsi yaxınlığında yerləşən körpünün altında, 3-cü Alatava küçəsi ev 193 ünvanın qarşısında saxlayıb getmişdir. Saat 18 radələrində avtomobili saxladığı yerə gəldikdə, avtomobilini orada görməmiş, avtomobilinin qaçırıldığını bilmiş və DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə baş verən tarixdə avtomobilinin dəyəri 3000 manat olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X39 ifadəsində göstərdi ki, Abşeron rayon Polis İdarəsinin cinayət axtarış şöbəsində əməliyyat müvəkkili işləyir. Abşeron rayon Xırdalan şəhəri Quşçuluq massivi 6-cı küçə 45 saylı evdə yaşayan X70 11 dekabr 2017-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək evinin yaxınlığında saxladığı OKA markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin 10 dekabr 2017-ci il tarixdə qaçırıldığını bildirmiş, Əliş İmanovun eyni məzmunlu ərizə ilə həmin tarixdə Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, həmin məlumat və ərizə ilə əlaqədar apardığı araşdırma zamanı qeyd edilən avtomobilin Xırdalan şəhəri, M.İbrahimov küçəsi, ev 15-də yaşayan yetkinlik yaşına çatmayan, xx xxxxxx 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığı barədə məlumat əldə etmiş, Təqsirləndirilən şəxs ilə bu barədə apardığı sorğu-sual zamanı, Yunis həmin avtomobili 10 dekabr 2017-ci il tarixdə, saat 07 radələrində Xırdalan şəhəri, Quşçuluq massivi 6-cı küçəsindən sürmək məqsədilə qaçırtdığını etiraf edərək, avtomobili sürüb Yasamal rayonu, Xrebtovı küçəsində saxladığını, avtomobili saxladığı ünvanı dəqiq bilmədiyini, lakin yerini göstərə biləcəyini demiş, buna görə də, Yunis ilə onun OKA markalı avtomobili saxladığı yerə gedərək, həqiqətən də avtomobili orada görmüş, dəvət etdiyi evakuator avtomobili ilə həmin OKA markalı avtomobili Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığındakı cərimə meydançasına aparıb, orada saxladıqdan sonra, avtomobilin sahibi Əliş İmanova zəng edərək bu barədə məlumat vermiş, sonra avtomobilin sahibi Əliş İmanov onun tapşırığı ilə gedib avtomobili götürmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş X52 ifadəsində göstərdi ki, Abşeron rayonu Xırdalan şəhərində ailəsi ilə yaşayır. Qonşukuqda yaşayan Təqsirləndirilən şəxs qaynıdır. Evlərdə elektrik və su kanalizasiya işləri görməklə məşğul olduğu üçün, müxtəlif əmək alətləri vardı. 20 oktyabr 2017-ci il tarixdə, saat 22 radələrində işdən evinə qayıdarkən qaynı Yunisun yaşadığı evin qapısı yaxınlığında VAZ-2106 markalı köhnə bir avtomobilin saxlandığını görmüşdür. Həmin vaxt Yunis evdə olmadığına görə həmin avtomobilin kim tərəfindən orada saxladığını öyrənə bilməmişdir. Saat təxminən 24 radələrində həyətdə olduğu vaxt Yunisun küçədən gəldiyini gördükdə ondan həmin avtomobilin kimə məxsus olduğunu soruşmuşdur. Yunis avtomobilin onun olduğunu, mühərrikin işləmədiyini, pul verib avtomobili özünə aldığını demişdir. Avtomobil köhnə olduğundan Yunisun dediklərinə inanmış və bu barədə daha ondan heç nə soruşmayaraq həyətinə getmişdir. Yunis ona loqanda lazım olduğunu deyib, ondan loqanda istədikdə, gedib həyətdən götürməsini demişdir. Yunisdan loqandanı nə üçün, hansı məqsədlə istədiyini soruşmamışdır.Təxminən 1 ay sonra Yunisgilin evinə polis əməkdaşlarının gəlib-getdiklərini eşitdikdə, polis əməkdaşlarının hansı məqsədlə onların evinə gəldiklərini soruşduqda Yunisdan soruşduqda, Yunis VAZ-2106 markalı avtomobili qaçırtması ilə əlaqədar polis əməkdaşların onlara gəldiyini, həmin avtomobili Rəşad adlı dostunun məsləhəti ilə, onunla birlikdə qaçırtdığını demişdir. Yunisa iradını bildirmiş, başqasının avtomobilini qaçırtmasına görə ona acıqlanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş X43 ifadəsində göstərdi ki, Abşeron rayonu Xırdalan şəhərində yaşayır. İstifadəsində olan “QAZ-33021 yük” markalı, 10GH541 dövlət qeydiyyat nişanlı avtomobili ilə yük daşıyır. 2017-ci ilin noyabr ayının təxminən sonlarında, dəqiqi günü xatırlamır, Xırdalan şəhəri Quşçuluq yaşayış massivin ərazisindən avtomobili idarə edərkən həmin vaxta qədər tanımadığı, sonradan adlarını öyrəndiyi Yunis və Rəşad adlı cavan oğlanlar onu saxlayaraq metal yüklərini Sumqayıt şəhərinə aparmasını təklif etmişlər. Onların yükünü 30 manata aparmaları barədə aralarında razılıq olmuşdur. Yunis və Rəşadın dediyi yerə Quşçuluq yaşayış massivinə avtomobili sürmüş və orada küçədə ağ rəngli minik avtomobilin doğranılmış vəziyyətdə hissələrini onlar avtomobilə yükləmiş və özləri də avtomobilə oturmuşlar. Rəşad Xırdalan dairəsində avtomobildən düşmüş, Yunis ilə Sumqayıt şəhərinə əşya bazarı adlanan ərazidə metal qəbulu yerinə gedib yükü boşaltmışdır. Yunis onunla Xırdalan şəhərinə qayıtmış və ona 30 manat yol pulu vermişdir. Rəşad və Yunisdan həmin doğranılmış avtomobilin kimə məxsus olduğunu soruşanda, onlar avtomobilin özlərinə məxsus olduğunu demişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş X44 ifadəsində göstərdi nki, ünvan 16 ünvanında ailəsi ilə yaşayır və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində Sumqayıt-Quba magistral yolunun sağ tərəfində metal qəbulu ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 22 oktyabr 2017-ci il tarixdən tanıyır. Həmin tarixdə saat 13 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs Qazel markalı nömrəsini xatırlamadığı yük avtomobili ilə onun işlədiyi metal qəbulu məntəqəsinə gələrək ondan dəmirin kilosunu neçə qəpikdən aldığını soruşduqda ona, dəmirin kiloqramını 0.09 qəpikdən aldığını demişdir. Həmin vaxt Yunis ona Qazel markalı yük avtomobilinin yük yerində dörd hissəyə bölünmüş ağ rəngli Vaz-2106 markalı avtomobilin ban hissəsini göstərib öz maşını olduğunu və istifadəyə yararsız olduğu üçün doğrayıb satdığını deyərək həmin hissələri ona satmışdır. Yunisə İnanıb həmin avtomobilin 4 hissəyə bölünmüş ban hissəsini tərəzidə çəkərək 744 kiloqram olduğunu deyib ona bunun qarşılığında 67 manat pul vermişdir.Yunis pulu aldıqdan sonra Qazel markalı yük avtomobilinin sürücüsünün yanına əyləşib oradan getmişdir. Yunisdan aldığı avtomobilin həmin dəmir hissələrini təxminən bir həftə sonra “X85” şirkətinə digər metallarla birlikdə satmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs mənə satdığı Vaz-2106 markalı avtomobilin ban hissələrinin oğurluq avtomobilə aid olduğunu bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X49 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ünvan 17 ünvanda anası Könül və qardaşı Sərxan ilə kirayədə yaşayır. Təqsirləndirilən şəxs təxminən bir ildir ki, yaşadığı məhəllədən tanıyır. 2017-ci ilin avqust ayında anası Könül, qardaşı Sərxan, onlar ilə həmin evdə kirayədə yaşayan Məmmədov Toğrul, X45 qardaşları və ustası Natiq ilə birlikdə Quba rayonuna gündəlik işləmək üçün getmiş, Quba rayonunda xalçaçılıq muzeyinin binasının təmirində fəhlə kimi işləmiş, həmin müddət ərzində cəmi bir dəfə, 2017-ci ilin sentyabr ayının 9-da anası və qardaşı ilə Xırdalan şəhərinə kirayə qaldığı evə gəlmiş, 10 sentyabr 2017-ci il tarixdə Bakıxanov qəsəbəsində “Həyat” şadlıq evində toyda olmuş və 11 sentyabr 2017-ci il tarixdə anası və qardaşı ilə yenidən Quba rayonuna işləməyə getmiş, 23 noyabr 2017-ci il tarixdə işləri yekunlaşdığına görə yaşadıqları Xırdalan şəhərindəki evlərinə qayıtmış, 28 noyabr 2017-ci il tarixdə dostu Nicat vasitəsilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Yunis ilə təxminən 4-5 dəfə görüşmüş, Təqsirləndirilən şəxs Bakı Mühəndislik Universitetinin qarşısından VAZ-2106 markalı avtomobili qaçırtmasından, doğrayıb satmasından xəbəri yoxdur. Anası ilə Yunisun evinə gedərkən bu barədə eşitmişdir. Həmin avtomobilin qaçırılmasında iştirak etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X11 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində anası Vüsalə ilə kirayədə yaşayır. X53 təxminən 1 ildir Xırdalan şəhərindən tanımış, Təqsirləndirilən şəxs isə 2017-ci ilin fevral ayından tanıyır. 2017-ci ilin iyul ayında Rəşad ilə Yunisu tanış etmiş, həmin vaxtdan sonra üçdə görüşərək, internet kluba gedib oyun oynamışlar, Yunis və Rəşadın hər hansı bir avtomobili qaçırıb, doğrayıb satmalarından xəbəri yoxdur. Rəşadın 2017-ci ilin avqust ayından 2017-ci ilin noyabr ayının 23 tarixinə qədər Quba rayonunda olması barədə dedikləri yalandır, belə ki, 2017-ci ilin sentyabr, oktyabr və noyabr aylarında Rəşadla birlikdə 120 nömrəli marşurut avtobusların sonuncu dayanacağında olan playstation salonunda oyun oynamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X12 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri, Quşçular massivində ailəsi ilə yaşayır. 20 dekabr 2017-ci il tarixdə, saat 19 radələrində Kənan və Nəsrəddin adlı tanışları ilə birlikdə Xırdalan şəhərində yerləşən “Online” kafesində çay içib çıxaraq, kafenin qarşısında olduqları vaxt göy rəngli VAZ-2101 markalı avtomobildən düşüb onlara yaxınlaşaraq Kənan ilə görüşən bir cavan oğlanı gördü. Kənan onları həmin oğlan ilə tanış etdikdə onun adının Yunis olduğunu həmin vaxt bildi. Kənan orada Yunisdan idarə etdiyi avtomobili haradan əldə etdiyini soruşduqda Yunis avtomobili yeni aldığını onlara demişdir. Yunisu avtomobil alması münasibətilə təbrik etmişlər. Kənan və Nəsrəddin ilə Yunisun avtomobilinə gəzməyə oturmuşlar. Avtomobil ilə gəzdikləri vaxt, yolda polis əməkdaşları onları saxlayıb, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparmışlar. Polis əməkdaşlarından Yunisun həmin avtomobili qaçırtdığını eşitmişdir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş X54 və X28 iş üzrə şahid qismində dindirilmiş X12 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əmtəəşünaslıq ekspertizasına dair 29 dekabr 2017-ci il tarixli rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş texniki şəhadətnaməsinə əsasən 1975-ci il buraxılışlı VAZ 2101 markalı, 10SC732 dövlət qeydiyyat nişanlı avtomobilin (qabaq bufer,arxa bufer və baqaj hissəsi üzərində olmaqla) hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 1800 manat müəyyən olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin «Saidinin-Fransaya qarşı» iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində dindirilmiş X19, X46, X11, X29, X30, X33, X12, X34, X8, X12 verdiyi ifadələrii də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2, 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi özünün etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2, 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Buna görə də o həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2, 326.2-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq, talama məqsədi olmadan qanunsuz olaraq nəqliyyat vasitəsini təkrarən ələ keçirmə və vətəndaşın şəxsiyyət vəsiqəsini və ya digər mühüm şəxsi sənədlərini talama cinayətlərini törətmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 yanvar 2017-ci il tarixdə, saat 05 radələrində X31 Abşeron rayonu Masazır qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi yaşayış evin pəncərəsini sındırmaqla yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evdən 600 manat dəyərində hamam aksesuarlarını, 50 manat dəyərində bir ədəd elektrik tənzimləyicisini, 60 manat dəyərində su nasosunu, evin zirzəmisinin qapısını sındırmaqa ordan 1500 manat dəyərində bir ədəd “Robello” markalı kombi istilik sistemini ələ keçirib, zərərçəkmiş Elşən Əliyevə ümumilikdə 2210 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2017-ci ilin fevral ayının əvvəllərində, saat 02 radələrində X21 məxsus Abşeron rayonu Saray qəsəbəsi, Bəşir Səfəroğlu küçəsində yerləşən yeni inşa etdiyi evin pəncərəsini əli ilə açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdə quraşdırılmış 1500 manat dəyərində bir ədəd “İmerqaz” markalı kombi istilik sistemini, bir ədədi 200 manat olan cəmi 800 manat dəyərində dörd ədəd istilik radiatorlarını və 300 manat dəyərində 4mm-lik elektrik naqilləriniələ keçirib, zərərçəkmiş Abdulla Vəliyevəümumilikdə 2600 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2017-ci ilin fevral ayının əvvəllərində, saat 03 radələrində X21 məxsus Abşeron rayonu Saray qəsəbəsi, Bəşir Səfəroğlu küçəsində yerləşən yeni inşa etdiyi evin pəncərəsini əli ilə açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən 300 manat dəyərində 2,5mm-lik elektrik naqillərini, 200 manat dəyərində 2mm-lik elektrik naqillərini, 800 manat dəyərində bir ədəd generatoru,50 manat dəyərində 1 ədəd “Bosh” markalı elektrik dreli, 150 manat dəyərində 1 ədəd “Bosh” markalı laqondanı, 1900 manat dəyərində 2 ədəd “Land Gruzer” markalı avtomobilə məxsus qabaq faraları ələ keçirib, zərərçəkmiş Abdulla Vəliyevəümumilikdə 3400 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 fevral 2017-ci il tarixdə, saat 02 radələrində X40 məxsus Abşeron rayonu Masazır qəsəbəsi Yeni Bakı yaşayış massivində yerləşən evin birinci mərtəbəsinin pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən 450 manat dəyərində olan 1 ədəd LG markalı televizoru və 650 manat dəyərində 1 ədəd “Ariston” markalı istilik sistemini ələ keçirib, zərərçəkmiş Azər Abasovaümumilikdə 1100 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 fevral 2017-ci il tarixdə saat 09 radələrində X14 Abşeron rayonu Masazır qəsəbəsi Sarı Aşıq küçəsindəki fərdi yaşayış evin həyətində yerləşən otağın qapısını açmaqla qanunsuz olaraq saxlanc yerinə daxil olub, orada quraşdırılmış bir ədəd 1200 manat dəyərində kombi istilik sistemini və bir ədəd 30 manat dəyərində su nasosunu ələ keçirib, zərərçəkmiş Könül Təhməzovaya ümumilikdə 1230 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 mart 2017-ci il tarixdə, saat 03 radələrində X22 məxsus Abşeron rayonu Xırdalan şəhəri H.B.Zərdabi küçəsində yerləşən evin qapısını açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən bir ədədi 160 manat olan 320 manat dəyərində 2 ədəd plastik qapıları və bir ədədi 170 manat olan, cəmi 510 manat dəyərində 3 ədəd taxta qapılarıələ keçirib, zərərçəkmiş Kamil Teymurova ümumilikdə 830 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 aprel 2017-ci il tarixdə, saat 05 radələrində X35 məxsus yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsi Nubar yaşayış massivindəki fərdi yaşayış evin həyətinə qanunsuz daxil olraraq, evin arxasında saxlanc yeri olan taxta qutunun içərisində istifadə edilməsi üçün quraşdırılmış 800 manat dəyərində 1 ədəd “Robella” markalı kombi istilik sistemini ələ keçirib zərərçəkmiş Fəxri Nəsirova maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 may 2017-ci il tarixdə, saat 21 radələrində X23 yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsi yeni məhəllədə yerləşən evin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən 80 manat dəyərində1 ədəd unitazı, 100 manat dəyərində 1 ədəd əl-üz yuyulanı, 30 manat dəyərində 1 dəst çarpayı örtüyünü, 160 manat dəyərində 1 ədəd çarpayı örtüyünü, 60 manat dəyərində 1 ədəd tül pərdəni, bir ədədi 15 manat olan 30 manat dəyərində 2 ədəd aliminum qablarını, 10 manat dəyərində 1 ədəd aş süzəni, bir dəsti 25 manat olan 50 manat dəyərində 2 dəst çaşka dəstini, 40 manat dəyərində 24 ədəd nəlbəkiləri, 150 manat dəyərində 36 ədəd boşqabları, bir ədədi 2 manat olan 12 manat dəyərində 6 ədəd boşqabları, 20 manat dəyərində 3 ədəd xurustal fuje qablarını, 54 manat dəyərində 24 ədəd xurustal çay stəkanlarını, 10 manat dəyərində 6 ədəd armudu çay stəkanlarını və 20 manat dəyərində 1 ədəd tort qabını ələ keçirib, zərərçəkmiş Rasim Quliyevə ümumilikdə 826 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 iyun 2017-ci il tarixdə, saat 05 radələrində X1 məxsusAbşeron rayonu Hökməli qəsəbəsi yeni yaşayış massivində yerləşən evin zirzəmisinin qapısının qıfılını sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, orada quraşdırılmış 1856 manat dəyərində 1 ədəd “İmerqaz” markalı kombi istilik sistemini ələ keçirib, zərərəçəkmiş Eldar süleymanova maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 iyun 2017-ci il tarixdə, saat 02 radələrində X24 yaşadığı Xırdalan şəhəri H.Aslanov küçəsi ev 1, mənzil 231 ünvanında dəhlizdə saxladığı 250 manat dəyərində bir ədəd velosipedi ələ keçirib, zərərçəkmiş Ramin Cələbiyevə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o,təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 sentyabr 2017-ci il tarixdə, saat 04 radələrində X25 məxsus Xırdalan şəhəri M.İbrahimov küçəsində yerləşən 103 A saylı evin həyətinə hasardan aşmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, hasara quraşdırılmış 1250 manat qiymətində olan 1 ədəd “Bosh” markalı kombi istilik sisemini ələ keçirib, zərərçəkmiş Telman Sarıyevə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X62 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 oktyabr 2017-ci il tarixdə, saat 14 radələrində X15 faktiki məxsus və 30 may 2017-ci il tarixli etibarnamə əsasında idarə etdiyi 3000 manat dəyərində olan VAZ-21063 markalı, 50BN406 dövlət qeydiyyat nişanlı avtomobili, içərisində olan avtomobilin AA-484220 nömrəli qeydiyyat şəhadətnaməsi, X6 Kələntərlinin AZE 17939821 nömrəli şəxsiyyət vəsiqəsi və AE-036712 nömrəli sürücülük vəsiqəsi ilə birlikdə ünvan 1 ünvanda yerləşən Bakı Mühəndislər Universitetinin binasının qarşısındakı dayanacaqdan ələ keçirib, avtomobili yaşadığı Xırdalan şəhəri M.İbrahimov küçəsi, ev 15 ünvanında hissələrə bölüb sataraq zərərçəkmiş Rüstəm Kələntərova maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən talama məqsədi olmadan 10 dekabr 2017-ci il tarixdə, saat 07 radələrində X58 faktiki məxsus 1500 manat dəyərində olan “OKA” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 6-cı küçə, 45 saylı evin qarşısında küçədə saxladığı yerdən qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa o, təkrarən talama məqsədi olmadan 20 dekabr 2017-ci il tarixdə, saat 16 radələrində X32 məxsus 3000 manat dəyərində olan VAZ-2101 markalı,10SC 732 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Nəsimi rayonu, 3-cü Alatava küçəsində 193 saylı evin qarşısından qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa o, təkrarən talama məqsədi olmadan 09 yanvar 2018-ci il tarixdə, saat 03 radələrində X9 faktiki məxsus və 27 dekabr 2017-ci il tarixli etibarnamə əsasında idarə etdiyi 2000 manat dəyərində olan “VAZ-2106 markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobili Xıradalan şəhəri, M.İbrahimov küçəsi 157 saylı evin qarşısında küçədən qanunsuz olaraq ələ keçirmişdir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Lakin məhkəmə zamanı müəyyən edildi ki, İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ümumi maddi ziyan 16352 manat Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin məhkumluq haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs 12.08.2017-ci il tarixində AR CM-nin 177.2.1-ci, 177.2.3-cü maddələri, 16.09.2017-ci il tarixində AR CM-nin 177.2.2-ci maddəsi, 28.12.2017-ci il tarixində AR CM-nin 177.1-ci maddəsi ilə cinayət işi açılmışdır. Abşeron rayon Məhkəməsinin 20.09.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin məcəllənin 85.2-ci maddəsinə əsasən 600 (altı yüz) manat cərimə cəzası təyin edilmişdir. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarında olan Yasamal RİH-i 32 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı, ev 120-də daimi qeydiyyatdadır və onun barəsində 32 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. İşmateriallarındangörünür ki, 21.12.2017-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, məhkəmə proseslərinə gəlmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 19.09.2018-ci il, 31.10.2018-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs məcburi qaydada gətirilməsinə dair qərar verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin 20.09.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək və ona həmin məcəllənin 85.2-ci maddəsinə əsasən ona təyin edilmiş 600 (altı yüz) manat cərimə cəzası yeni hökm üzrə təyin edilmiş cəzayatamamilə birləşdirilməlidir. Onun cəzaçəkməsinin əvvəli 04 fevral 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən 600 (altı yüz) manat cərimə cəzası müstəqil icra olunmalıdır. AzərbaycanRespublikasınınCinayətMəcəlləsinin 58.1cimaddəsinintələblərinəgörəcinayəttörətməkdətəqsirlibilinənşəxsə, buMəcəlləninÜmumihissəsininmüddəalarınəzərəalınmaqlaXüsusihissəsininmüvafiqmaddələ rindənəzərdətutulmuşhədlərdəədalətlicəzatəyinedilir. Törədilmişcinayətəgörənəzərdətutulmuşcəzalardandahaciddicəzanövüyalnızohaldatəyinedil irki, azciddicəzanövücəzanınməqsədlərinitəminedəbilmir. MəhkəmətəqsirləndirilənşəxslərəcəzatəyinedərkənAzərbaycanRespublikasınınCinayətM əcəlləsinin 58.3-cümaddəsinəəsasənonuntörətdiyicinayətinxarakterini, ictimaitəhlükəlilikdərəcəsini, şəxsiyyətini, ocümlədəncəzasınıyüngülləşdirənvəağırlaşdıranhalları, habelətəyinolunacaqcəzanınonunislaholunmasınavəailəsininhəyatşəraitinətəsirininəzərəalm alıdır. Təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini etiraf etməsi, hadisəni törədərkən yetkinlik yaşına çatmamış şəxs olması onun cəzasınıyüngülləşdirən hallardır. Təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manatdır. İşüzrə50 (əlli) manatekspertiza xərcitəqsirləndirilənşəxs Təqsirləndirilən şəxsndəntutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X13, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Hökmünicrası Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ümumi maddi ziyan 16352 manat ödənilməmişdir, törədilmiş cinayət nəticəsində onlaraa dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs talama məqsədi olmadan sürüb qaçırdığı və polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş OKA markalı, ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, VAZ-2101 markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobili və VAZ-2106 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddı sübut kimi tanınmış və onların sahiblərində qalmışdır. Məhkəmə hesab edir ki, bu xüsusat nəzərə alınmalıdır. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikasınınCinayət-ProsessualMəcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd il) müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin 20.09.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək və ona həmin məcəllənin 85.2-ci maddəsinə əsasən ona təyin edilmiş 600 (altı yüz) manat cərimə cəzası yeni hökm üzrə təyin edilmiş cəzaya tamamilə birləşdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 20.09.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 600 (altı yüz) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun cəzaçəkməsinin əvvəli 04 fevral 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. İşüzrə50 (əlli) manatekspertiza xərcitəqsirləndirilənşəxs Təqsirləndirilən şəxsndəntutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X13, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmünicrası Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxslərə törədilmiş cinayət nəticəsində onlara dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar