Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-45/2021 22.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil VMüdafiəçi iştirakı ilə 12.07.1980-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali hərbi təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Zərdab şəhəri, Azərbaycan küçəsi ev 105, mənzil 7-də qeydiyyatda olmaqla, Goranboy rayonu, Yeni Yaşayış massivi ev 2, mənzil 35-də yaşayan, Abşeron Rayon Məhkəməsinin 19.03.NN-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq qərarına gəlib, bu məqsədlə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs4 oğlu Elçin Tağıyevə ipoteka krediti düzəldəcəyi adı ilə aldadaraq, 29.09.N18-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Biləsuvar rayon notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs4 4000 (dörd min) manat nəğd pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq qərarına gəlib, bu məqsədlə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs1 ipoteka krediti düzəldəcəyi adı aldadaraq, 04.09.N18-ci il tarixdə Bakı şəhəri ərazisində yerləşən 14 saylı notariat kontorunda 4500 manat pulunu, 06.09.N18-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yaşadığı evin yaxınlığında Ruslan Məhərrəmova məxsus avtomobildə 2500 manat pulunu və N18-ci ilin oktyabr ayında Abşeron rayonu Xırdalan şəhərində N0 manat məbləğində olmaqla, cəmi 7N0 (yeddi min iki yüz) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə talamaq qərarına gəlib, bu məqsədlə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs2 ipoteka krediti düzəldəcəyi adı ilə aldadaraq, N18ci ili noyabr ayında Abşeron rayonu Xırdalan şəhəri «Çinar» kafeəsində N00 manat məbləğində və 10 gün sonra həmin ünvanda 1000 manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq qərarına gəlib, bu məqsədlə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs3 ipoteka krediti düzəldəcəyi adı ilə aldadaraq, N18-ci ilin noyabr ayında Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən «Xızı» restoranında həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dollarını və N gün sonra Abşeron rayonu Xırdalan şəhərində yerləşən H.Əliyev adına olan parkda 500 manat məbləğində nəğd pulunu «Orxan» adlı şəxsin vasitəsi ilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 2N0 (iki min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, X5 ilə Naftalan şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən zaman tanış olmuşdur. Ruslan Məhərrəmov müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi tibb məntəqəsində diş həkimi kimi xidmət edirmiş. Həmin vaxtdan onun Ruslanla münasibəti yaranmışdır. N18-ci ilin may ayından təqaüdə çıxmış və təqaüdə çıxdıqdan sonra «Opel» markalı avtomobillə taksi fəaliyyəti ilə məşqul olurmuş. Goranboy ərazisində hərbi hissədə xidmət edən kapitan Şahid4 bir neçə dəfə avtomobili ilə hərbi hissəyə aparmış və həmin vaxtdan sonuncu ilə tanış olmuşdur. Söhbət əsnasında Şahid4 Abşeron rayonu Xırdalan şəhərində ipoteka vasitəsi ilə ev almaq istədiyni ona bildirmiş və bu səbəbdən o, Hikməti, Ruslan Məhərrəmovla tanış etmişdir.Bundan sonra o, Ruslanla birlikdə ipoteka vasitəsi ilə Hikmətə Xırdalan şəhərində ev almağa köməklik etmişlər. Şahid4 ipoteka ilə ev düzəltdiklərindən sonra sonuncu onaları Zərərçəkmiş şəxs1lə tanış etmişdir. Onlar Ruslanla birlikdə Zərərçəkmiş şəxs1 sonuncuya ipoteka krediti düzəldəcəklərinə dair yalandan vəd verib aldadaraq 04.09.N18-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunun inzibati binasında 4500 manat məbləğində pulunu, 06.09.N18-ci il tarixdə 2500 manat məbləğində pulunuvə daha sonra N0 manat pulunu aldadıb ələ keçirmişlər. Cinayət yolu ilə əldə etdikləri pulları öz şəxsi ehtiyaclarına xərcələmişlər. Bundan başqa Goranboy rayonunda yaşadığından və X7 da Goranboy rayonunda H/H-də işlədiyi üçün sonuncu ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs4 də oğlu Elçinə görə tanımışdır. Elçin Tağıyev ona ipoteka krediti ilə Bakı şəhərindən mənzil almaq istədiyni bildirmişdir. O da Elçinə ipoteka kreditini götürmək prosedurunu izah etmiş və bildirmiş ki, internet vasitəsilə İpoteka fonduna müraciət etməli sonra isə “xxxx”-nın vasitəsi ilə uyğun ipoteka fonduna müraciət etməli olduğunu bildirmişdir. Daha sonra onun özünə pul lazım olduğu üçün, Zərərçəkmiş şəxs4 4000 (dörd min) manat pul istəmişdir. Ağaqulu isə ona yalnız notarius vasitəsi ilə borc pul verə biləcəyini bildirmişdir. 29.09.N19-cu il tarixdə Biləsuvar rayonuna getmiş, Biləsuvar rayonunda Zərərçəkmiş şəxs4 ona kredit müqaviləsi ilə 3800 (üç min səkkiz yüz) manat borca pul vermişdir. Zərərçəkmiş şəxs4 N19-cu ilin fevral ayında isə əlavə olaraq N00 (iki min) manat pul almamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 1997-ci ildən tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs2la H.Əliyev adına Ali Hərbi Məktəbdə kurs yoldaşı olmuşdur. Sonradan ayrı-ayrı hərbi hissələrdə xidmət etmişlər. Abşeron rayonu, Xırdalan şəhərinə gəlib-gedən zaman X8 şəhərində yerləşən H.Əliyev adına parkda təsadüfən görüşmüşdür. Həmin vaxtdan sonra o, Vüsalla Xırdalan şəhərində arada bir görüşürmüş. Həmin vaxtlarda o, Ruslanı da Vüsalla tanış etmişdir. Həmin vaxt Vüsala Rsulanla birlikdə ipoteka krediti alınmasında vasitəçilik etməklə məşqul olduğunu bildirmişdir. Vüsal da evinin olmadığını, Xırdalan şəhərində kirayə yaşadığını və ev almaq istədiyini onlara bildirmişdir. Onlar Vüsala ipoteka krediti düzəldə biləcəklərini demişlər və Vüsal da onlarla razılaşmışdır. N18-ci ilin noyabr ayında Ruslanla o, Vüsala ilkin ödəniş kimi 3000 manat verəcəyini, onlarda bir nəfər hərbiçi tapacaqlarını evi adına alacaqlarını bildirmişlər. Vüsal da onların təklifii ilə razılaşaraq, N18-ci ilin noyabr ayında Ruslanla birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, yerləşən «Çinar» kafesində görüşüb Vüsaldan N00 manat pul almışdır. Həmin gündən təxminən 10 gün sonra Ruslanla birlikdə həmin yerdə təkrar Vüsalla görüşüb qalan 1000 manat pulu da almışlar. Onlar pulu Vüsaldan aldıqdan 15 gün sonra ipoteka düzəldəcəklərini bildirmişlər. Bundan sonra, yəni Vüsaldan pulu aldıqdan bir müddət keçdikdən sonra, Vüsal onları Zərərçəkmiş şəxs3 ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən H.Əliyev adına parkda yerləşən çayxanaların birində görüşdürmüşdür. Orada onlar Raufa ipoteka krediti düzəldəcəklərini bildirmişlər. Həmin vaxt Rauf 1000 ABŞ dolları pulu sayıb ona vermişdir. Pulu sayıb götürdükdən sonra 1 ay, 45 gün müddətinə ipoteka kreditini düzəldəcəyini Raufa söz vermişdir. Raufdan pulu alan zaman qiymətləndirməyə görə pulu ayrıca verəcəyini bildirmişlər və Rauf da onlarla razılaşmışdır. Təxminən N gündən sonra o, Raufdan pulu almaq üçün N17-ci ildən tanıdığı hərbi qulluqçu olmuş «Orxan» adlı şəxslə əlaqə saxlamış, sonuncuya bir nəfər şəxs olduğunu onunla görüşüb özünü qiymətləndirmə idarəsinin əməkdaşı kimi təqdim etməsini Raufdan 500 manata pul almasını, həmin pulun 300 manatını özünə N0 manatı isə ona, yəni Orxana çatacağını təklif etmişdir. Orxan onunla razılaşdıqdan sonra, sonuncuya Raufun mobil telefon nömrəsini vermişdir. X15 rayonu Xırdalan şəhərində görüşmüşdür. Görüşdükdən sonra Rauf onunla əlaqə saxlamış və evin qiymətləndirməsinə görə N0 manat verə biləcəyini bildirmişdir. Raufla razılaşmamış, sonuncuya 500 manat vermək lazım olduğunu, bunun müqabilində də Orxan baxdığı evə daha yüksək qiymət yazdıracağını bildirmişdir. Rauf onunla razılaşıb, səhəri gün Xırdalan şəhərində görüşüb Orxana 500 manat pulu vermişdir. Daha sonra həmin 500 manat məbəlğində pulun 300 manatını Orxandan almış, qalan N0 manat isə Orxanda qalmışdır. Hazırda zərərçkmiş şəxslərə dəymiş ziyanın onun payına düşəni ödəmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, N18-ci ilin sentyabr ayında N nömrəli hərbi hissədə xidmət edərkən ipoteka götürməklə ev almaq qərarına gəlmişdir. Həmin vaxt kapitan Şahid4 də N nömrəli hərbi hissədə xidmət etdiyindən və sonuncu ilə aralarında dostluq münasibətləri olduğundan, ipoteka ilə ev almaq istədiyini Hikmətdə bilirmiş. Həmçinin Şahid4 özü də ipoteka ilə ev almaq fikrində olmuşdur. 03.09.N18-ci il tarixdə əvvəllər Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin zabiti olmuş, hal-hazırda isə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin zabiti olan Şahid4 Şubay oğlu ona zəng edərək “sosial ipoteka ilə ev götürmək istəyirdin, indi də elə bir fikrin varmı” deyə soruşduqda, müsbət cavab verərək ipoteka ilə ev almaq istədiyimi təsdiq etmişdir. Bundan sonra Şahid4 ipoteka ilə ev alınmasında onun tanış adamlarının olduğunu, həmin tanışlarının ipoteka ilə ev alınmasında onun özünə də kömək etdiklərini və buna görə də onlara tam inandığını söyləmişdir. Telefon danışığı zamanı Hikmət ona ipoteka ilə ev alınmasında tanış adamlarının olduğunu dediyi üçün Şahid4 tanışlarının həqiqətən də mənə ipoteka ilə ev alınmasında kömklik edə bilib-bilməyəcəklərini soruşduqda, Hikmət onu tam inandıraraq, həmin insanlarla tanış olmaq lazım olduğunu bildirmişdir. Bundan sonra o, kapitan Şahid4lə aralarında olan dostluq və yaxınlıq münasibətlərinə etibar edərək, eləcə də, Hikmətin arxayın danışmasına güvənərək, sonuncu ilə razılaşmışdır. Növbəti gün, yəni 04.09.N18-ci il tarixdə Şahid4 Xırdalan şəhərindəki Heydər Əliyev parkında yerləşən çay evində onu həmin adamlarla görüşdürmüşdür. Görüş zamanı Şahid4 onu tanışları Zərdab rayon sakini, sabiq hərbi qulluqçu Təqsirləndirilən şəxs və sabiq hərbi qulluqçu «Ruslan» adlı şəxslərlə tanış edərək, ipoteka ilə ev almağına həmin adamların köməklik göstərəcəyini bildirmişdir. Şahid4 həmin şəxsləri mənə ipoteka düzəldəcək şəxslər kimi təqdim etmişdir. Söhbət zamanı Ruslan və Mehman adlı şəxslər Şahid4 Xırdalan şəhərində həyət evi almasında köməklik etdiklərini dedikdə, Şahid4 də onların dediklərini təsdiq etmişdir. Bundan sonra Şahid4, Təqsirləndirilən şəxs və Ruslan adlı şəxs növbəli şəkildə danışaraq onun kredit əngəli olduğu üçün kredit verilmədiyindən, tanış bir zabitin öhdəliyini onun üçün düzəldəcəklərini, yəni həmin zabitin sosial ipoteka almaq hüququndan istifadə edəcəklərini bildirmişdirlər. Bunun müqabilində həmin zabitə 4500 manat, ipoteka ilə alınması nəzərdə tutulan evi qiymətləndirəcək şəxslərə 1500 manat və 1000 manat isə onlara zəhmət haqqı kimi verilməli olduğunu bildirmişlər. Ümumilikdə onun həmin şəxslərə verəcəyi 7000 manat olacağını bildirmişldər. İşlərinin tezliklə həll olunması üçün, həmçinin onu tam inandırmaq üçün ünvanına "biz səndən pulu borc müqaviləsi ilə alacayıq ki, sən bizə tam arxayın olub narahat olmayasan, sən zabitin, yəni öhdəlik verən şəxsin 4500 manat məbləğində pulunu başlanğıcdan verməlisən" sözlərini demişlər. Bütün bu sözləri ona Mehman və Ruslan adlı şəxslər demişdir. Şahid4 isə onların dediklərini təsdiqləməklə məşğul olurmuş. Onların sözlərinə inanaraq, birlikdə kirayədə qaldığı Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 54 mənzil 58 ünvanına gedərək həmin məbləğdə pulu evdən götürüb Təqsirləndirilən şəxs idarə etdiyi "OPEL"markalı avtomobilə əyləşmiş, Şahid4 və Ruslan adlı şəxslə birlikdə Bakı şəhəri 14 saylı notariat kontoruna getmişlər. Bakı şəhəri 14 saylı notariat kontorunda 04.09.N18-ci il tarixdə öz aralarında razılığa əsasən adı məxfi saxlanılan öhdəçi zabitə çatacaq pulun verilməsi və sosial ipoteka almaq məqsədi ilə işin başlanğıcı olaraq veriləcək 4500 məbləğində pulu onu inandırmaq məqsədi ilə Təqsirləndirilən şəxs borc kimi rəsmləşdirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Ruslan adlı şəxs 1 ay müddətinə, hər hansı gecikmə olarsa isə 2 ay müddətinə məsələnin həll olunacağını demişlər. Həmin gündən iki gün sonra Təqsirləndirilən şəxs və Ruslan adlı şəxslər Xırdalan şəhərində kirayədə yaşadığı ünvana gələrək, binanın qarşısında onunla əvvəlcədən danışılmış pulun qalan hissəsini, yəni 2500 manatı istəmişlər. Onlar birlikdə Xırdalan şəhərində yerləşən çay evinə getmişlər, orada çay içib söhbət etdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi «OPEL» markalı avtomobilə əyləşərək söhbəti davam etdirməyə başlamışlar. Söhbət zamanı Ruslan və Mehman ünvanına “istəyirsən yenə gedək borc müqaviləsi bağlayaq” sözlərini dedikdə, onun etibar edib inandığı və güvəndiyi Şahid4 “buna nə ehtiyac var ki, mən burada vasitəçiyəm” deyərək yenidən borc müqaviləsi bağlamağa heç bir ehtiyac olmadığın söyləmişdir. Buna görə də yenidən borc müqaviləsi bağlamağa ehtiyac olmadığı qənaətinə gələrək, 2500 manat pulu Şahid4 vermişdir. Şahid4 isə pulu həmin şəxslərdən birinə vermişdir. Bir müddətdən sonra o, dəfələrlə sosial ipoteka ilə onun üçün ev alınması məsələsinin nə yerdə olduğunu öyrənmək məqsədilə Şahid4, Ruslan adlı şəxsin (mob:***-***-**-**,***-***-**-**) və Təqsirləndirilən şəxs (mob:***- ***-**-**,***-***-**-**) istifadələrində olan mobil telefon nömrələrinə zəng etdikdə, onlar hər dəfə "narahat olma iş gedir, tezliklə məsələ həll olunacaq" cavabını verirmişlər. Təxminən 15-N gün keçəndən sonra o,bir daha Ruslan adlı şəxsə və Təqsirləndirilən şəxs zəng edib iroteka məsələsinin nə yerdə olduğunu soruşduqda, onlar ona "artıq hər şey hazırdır, sən ev axtar tap ki, qiymətləndirmə gəlib evi qiymətləndirsin" deyə cavab vermişlər. Bundan sonra o, Şahid4 zəng edərək Ruslanla Mehmanın ona dedikləri barədə Hikmətə məlumat verdikdə, Hikmət onlaın dediklərini təsdiq edərək "sən artıq ev tapa bilərsən" sözlərini demişdir. Mənzil tapdıqdan sonra məsləhət verməsi məqsədi ilə Şahid4lə danışmışdır. Bundan sonra Mehman ona zəng edərək, bankdan bir nəfər hüquqi şəxsin gələcəyini və həmin şəxsin mənzilə baxacağını bildirmişdir. Telefon danışığından sonra o, kirayə yaaşadığı binanın qarşısında dayanaraq, Şahid4 və bankdan gələcək olan şəxsi gözləmişdir. Həmin avxt Şahid4 binanın qarşısına gələrək onunla görüşüb çay evinə getməyi və bankdan gələcək şəxsi çay evində gözləməyi təklif etmişdir. Hikmətlə ayxınlıqda yerləşən çay evlərindən birinə getmişdir. Bir neçə saatdan sonra Təqsirləndirilən şəxs dediyi bank tərəfindən göndərilən daşınmaz-əmlakın qiymətləndirilməsi üçün özünü hüquqi şəxs kimi təqdim edən Ruslan adlı şəxs yanında bir nəfər digər şəxslə birlikdə evə baxmağa və şəkil çəkməyə gəldiklərindən onalr birlikdə tapdığı mənzilə getmişlər. Bankdan gəldiyini bildirən şəxslər mənzilin şəkillərini çəkdikdən sonra Şahid4 yanında ondan zəhmət haqqı olaraq 40 manat pul almış və nəticə barədə cavab gözləməyini söyləmişdir. Təxminən 2-3 gün keçdikdən sonra Mehman ona zəng edərək tapdığı mənzilin kupçasının lazım olduğunu dedikdə, o, Mehmana «axı mən sənə demişdim həmin evin kupçası yoxdu, indi nə edək, əgər alınacaqsa biz ev üçün depozit yatırımı olaraq 1500 manat məbləğində pul ödənişi etməliyik» cavabını vermişdir. Mehman cavab olaraq “bəli, düzələcək sən apar 1500 manat məbləğində pulu ver ev yiyəsinə, evin kupçasını düzəltsin" sözlərini dedikdə, o, işin alınmayacağı təqdirdə ev sahibinin həmin 1500 manat pulu geri qaytarmayacağın demişdir. Mehman isə “sən narahat olma, tam arxayın ol, qaytarmasa biz sənə dəyəcək ziyanı ödəcəyik” sözlərini deyib onu tam arxayınlaşdırmışdır. Mehman qədər inamlı və güvənli danışdığından artıq düşünmüşdür ki, ipoeka məsələsi mütləq şəkildə həll ediləcəkdir. Mehmanla danışdıqdan sonra Şahid4 zəng edib ona Mehmanın dedikləri barədə məlumat evrdikdə, Hikmət ona "gözlə Mehmana zəng edim dəqiqləşdirim, sənə deyəcəm" cavabını vermişdir. Təxminən beş dəqiqə sonra Hikmət ona zəng edərək, ünvanına “Mehmanla danışdım apar ev yiyəsinə 1500 manat məbləğində pul ver kupçanı alsın" sözlərini demişdir. Həmçinin ikanı olsa özü üçün 50 manat borca pul istəyib həmin pulu aylıq məvacibini alakən qaytaracağını söyləmiş, və o, 50 manat pulu Hikmətə vermişdir. Həmçinin axtarıb tapdığı evin sahibinə 1500 manat pul vermiş, ev sahibi də öz növbəsində beş gün sonra evin kupçasını Ruslanla Mehmana təqdim etmişdir. Təxminən 1 həftə sonra Mehman onunla mobil telefon vastəsi ilə əlaqə saxlayaraq "danışdığımız ev bank tərəfindən bizim istədiyimiz kimi qiymətləndirilmədi və bu səbəbdən də həmin ev alınmayacaq, sən narahat olma verdiyin 1500 manat pulu biz qaytaracağıq" sözlərini demişdir. Lakin, sonradan ev sahibi verdiyi 1500 manatdan 1000 manatı ona qaytarmış, qalan 500 manat pulu isə ev üçün kupçasının alınması üçün xərcləndiyini bildirmişdir. Yenidən ümid edərək bir neçə gün sonra kirayə yaşadığı ünvana yaxın yerdə kupçası, yəni butun sənədləri düzgün olan ev tapmışdır. Bu zaman Ruslan adlı şəxs və Təqsirləndirilən şəxs yenə özləri ilə birlikdə bank tərəfindən göndərilən digər hüquqi şəxslə gələrək evin şəkillərini çəkmişlər. Ondan bir daha zəhmət haqqı olaraq qiymətləndirmə üçün gələn şəxs 40 manat məbləğində pul almışdır. Bundan bir neçə saat sonra Ruslan ona mobil telefonla zəng edib bildirmiş ki, "iş alınır sadəcə N0 manat da lazımdır ki, bank tərəfindən gələn qiymətləndirməyə verək" sözlərini demişdir. O, bu barədə etibar edib güvəndiyi Şahid4 zəng edib məlumat verdikdə, Şahid4 "xəbərim var, ver işi yekunlaşdırsınlar" deyə ona cavab vermişdir. Hikmətin sözlərinə inandığı üçün həmin N0 manat pulu Xırdalan şəhərində Ruslana vermişdir. Lakin, bütün bunlara baxmayaraq bu üç nəfər şəxs onun üçün heç bir iş görməmişdirlər. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 7880 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyanın yarı hisssəsini Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Ona dəymiş ziyan tam ödənilmədiyinə görə şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 N19-cu ilin mart-aprel aylarından tanımışdır. Təqsirləndirilən şəxs N19-cu ilin iyun ayında Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs2 ona keçmiş tələbə yoldaşı Təqsirləndirilən şəxs ona ipoteka ilə ev almaqda köməklik etdiyni, buna görə də Mehmana 3000 manat verdiyni bildirmişdir. Həmin ərəfədə oğlunu evləndirdiyinə görə ipoteka ilə ev almaqda Mehmanın da ona köməklik etməsini ondan xahiş etmişdir. Vüsal, Mehmanla danışıb xəbər edəcəyini bildirmişdir. N19-cu ilin iyun ayında Vüsal Abşeron rayonu, xırdalan şəhərində yerləşən H.Əliyev adına parkda çayxanada onun Mehmanla tanış etmişdir. Mehmanla söhbət edən zaman Mehman tanışlarının vasitəsi ilə ona uzun müddətli ipoteka ilə evə düzəldə biləcəyi bildirmişdir. Mehmandan ipotkea düzəltməsinə görə ondan hansı məbləğdə pul alacağını soruşmuşdur. Mehman olna 7000 manat müqabilində ipoteka ilə ev almağa köməklik edəcəyini bildirmişdir. Əvvəl Mehmanla razılaşmamış, sonradan isə 6000 manat müqabilində ipoteka ilə ev almağa razılaşmışdır. N19-cu ilin iyun ayının ortalarında Mehmanın istifadəsində olan 055 *** ** ** və 050 *** ** ** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən «Xızı» restoranında Mehmanla görüşmüşdür. Həmin vaxt o, oraya oğlunun dostu Çingiz ilə birlikdə gəlmişdir. Mehman isə sonradan adının Ruslan oluğunu bildiyi bir nəfər şəxslə birlikdə gəlmişdir. Mehman Ruslanla birlikdə işlədiyini bildirmişdir. Ruslan həmin vaxt bir nəfər hərbiçi tanışlarının olduğunu, onun adına ipoteka krediti götürəcəklərini demişdir. Həmin vaxt orada 1000 ABŞ dollarını sayıb Mehmana vermişdir. Mehman da pulu sayıb götürdükdə, 1 ay, 1 ay 15 gün müddətinə məsələni həll edəcəyini, bundan sonra pulun qalan hissəsini də ondan alacağını bildirmişdir. Təxminən N gün keçdikdən sonra Mehman ona zəng vuraraq, bankın işçisi gələcəyini, həmin şəxs ipoteka krediti üçün pulu artıq yazdıracaq buna görə də onunla görüşüb söhbəti həll etmək lazım olduğunu bildirmişdir. Mehmanla razılaşaraq, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən H.Əliyev adına parkın qarşısında Mehmanın dediyi şəxslə görüşmüşdür. Həmin şəxs özü ona yaxınlaşıb Mehmanın onu göndərdiyini bildirmişdir. Mehmanın göndərdiyi şəxslə görüşüb söhbət etmiş, həmin şəxs ona 500 manat pul verəcəyini bildirmişdir. Əvvəlcə həmin şəxsə N0 manat təklif etmiş lakin sonuncu razılaşmamış və Mehmana zəng vuraraq, telefonu ona vermişdir. Mehmanla danışdıqdan sonra 500 manat verəcəyini lakin həmin vaxt üzərində pul olmadığın demişdir. Həmin şəxslə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İsmayıl adlı şəxsin evinə gedib baxış keçirmişlər. Həmin şəxs İsmayılın evinə baxandan sonra 70000-75000 manat civarında ipoteka krediti yazdıracağını bildirib, evin sənədlərinin sürətini götürüb getmişdir. Səhəri gün saat 12 radələrində həmin şəxslə həmin yerdə görüşüb 500 manat pulu vermişdir. Təxminən 1 ay keçdikdən sonra o, Mehmanla əlaqə saxlamış və ipoteka kreditinin nə yerdə olduğun soruşmuşdur. Mehman da gələn ay düzələcəyini bildirmişdir. Bir neçə dəfə Mehmanla əlaqə saxlamışdır. Sonradan Mehman onun telefon zənglərimə ümumiyətlə cavab verməmişdir. Ona dəymiş ziyanın yarı hisssəsini Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Ona dəymiş ziyan tam ödənilmədiyinə görə şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1997-ci ildən tanıyır. Belə ki, Təqsirləndirilən şəxsla H.Əliyev adına Ali Hərbi Məktəbdə kurs yoldaşı olmuşdur. Sonradan ayrı-ayrı hərbi hissələrdə xidmət etmişlər. N18-ci ildə hərbi xidmətdən təxris olunmuşdur. N18-ci ildən Təqsirləndirilən şəxsla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən H.Əliyev adına parkda təsadüfən görüşmüşdür. Sonuncu ilə söhbət zamanı Mehman ona ipoteka krediti alınmasında vasitəçilik etməklə məşqul olduğunu bildirmişdir. Həmin vaxtdan münasibətləri davam etməyə başlamışdır. N18-ci ilin noyabr ayında Mehman ona ipoteka krediti təklif etmişdir. Həmin işi şəriki Ruslan adlı şəxslə birlikdə gördüyünü bildirib onu Ruslanla tanış etmişdir. Mehman və Ruslan ona ilikn ödəniş kimi 3000 manat verəsi olduğunu, onldarda bir nəfər hərbiçi tapacaqlarını, evi sonuncunun adına alacaqlarını bildirmişlər. N18-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs və Ruslanla Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Humanitar Kollecin yaxınlığında yerləşən «Çinar» kafesində görüşüb Mehmana N00 manat pul vermişdir. Həmin gündən təxminən 10 gün sonra həmin yerdə Mehman və Ruslanla təkrar görüşüb qalıq 1000 manat pulu da Mehmana vermişdir. Mehman ondan ümumilikdə 3000 manat pulu aldıqdan sonra təxminən 15 gündən sonra ipoteka düzəldəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 Umumd oğlunu isə N18-ci ildən tanıyır. Mehmana pul verdikdən təxminən 1-2 ay sonra Zərərçəkmiş şəxs3lə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən H.Əliyev adına parkda təsadüfən görüşmüşdür. Söhbət əsnasında Rauf oğlunu evləndirmək istədiyini ev problemi olduğunu demişdir. Həmin vaxt Mehman adlı tanışının olduğunu ona ipoteka krediti düzəltdiyini Mehmana 3000 manat pul verdiyini demişdir. Rauf da ona köməklik etməsini xahiş etmişdir. Buna görə də o, Mehmanla Raufu tanış etmişdir. O, Raufla birlikdə Mehman və Ruslanla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, H.Əliyev adına parkda yerləşən çayxanaların birində görüşmüşdür. Orada Mehman və Ruslan Raufa ipoteka krediti düzəldəcəklərini bildirmişlər. Həmin vaxt Rauf 1000 ABŞ dolları pulu sayıb Mehmana vermişdir. Mehman pulu aldıqdan sonra 1 ay, 1ay 15 gün müddətinə ipoteka kreditini düzəldəcəyini Raufa söz vermişdir. Həmin vaxtdan bir müddət keçdikdən sonra Rauf ona əlavə olaraq Mehmanın göndərdiyi adama 500 manat da pul verdiyni bildirmişdir. Mehman onlardan pulu aldıqdan sonra nömrələrinə zəng çatmadığına gəörə aldadıldıqlarını başa düşüb Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng vurub Mehman barəsində şikayət etmişlər. Ona dəymiş ziyanın yarı hisssəsini Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Zəhmətabad kəndində özünə məxsus evdə ailə üzvlərilə birlikdə yaşayır və Elçin Tağıyev onun oğludur. Sonuncu Müdafiə Nazirliyinin Goranboy rayonunda yerləşən hərbi hissəsində tabor komandiri vəzifəsində işləyir. Oğlu Elçin ipoteka krediti ilə Bakı şəhərindən ev almaq istəirmiş. X16 N18-ci ilin iyun ayının əvvələrində mobil telefonla danışan zaman sonuncu ondan Goranboy rayonuna gəlməsini xahiş etmiş ki, adına etibarnamə versin ki, ipoteka ilə bağlı işlərini görsün. Bu səbəbdən də o, N.06.N18-ci il tarixdə Goranboy rayonuna getmişdir. Elçin ona işlərini görmək üçün etibarnamə verərək ipoteka bağlı işlərdə ona Mehman adlı tanışı köməklik edəcəyini bildirmişdir. Həmin vaxt Elçin ona Mehmanın mobil telefonunu vermişdir. N18-ci ilin sentyabr ayının axırlarında o, Mehmanın mobil telefonuna zəng edərək, özünü təqdim etmişdir. Mehman ona telefonda ipoteka işləri ilə məşğul olduğunu, hər bir köməklik edə biləcəyini bildirmişdir. Mehman ondan hansı məbləğdə ev almaq istədiyni soruşmuş, o, cavab olaraq 80000 (səksən min) manat dəyərində ev almaq istədiyni bildirmişdir. Mehman da ona “on faiz pulun sən verməlisən, buna görə heç olmasa 8000 (səkkiz min) manat pul ilkin ödəniş kimi mənə verməlisən mən lazımı adamlarla danışıb sənə bankdan pul götüzdürüm” sözlərini demişdir. Mehmanla 6000 (altı min) manat ödəyə biləcəyi ilə bağlı telefonda razılaşmışlar. 29 sentyabr N18-ci il tarixdə Mehman Ruslan adlı şəxslə Biləsuvar rayonuna gəlmişdir. Biləsuvar şəhərində «xxxxın» Biləsuvar filialının qarşısında onlarla görüşmüşlər. Mehmana “4000 (dörd min) manat məbləğində pulunun oldğunu, qalan pulu da sonra verə biləcəyini bildirmişdir. Həmçinin o, Mehmana pulu notariat kontoru vasitəsi ilə verəcəyini bildirmişdir. Onlar birlikdə Biləsuvar şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən notariat kontoruna getmişlər. Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən notariat kontorunun qarşısında 4000 (dörd min) manat pulu o, Mehmana vermişdir. Oradan onları «xxxxın» Biləsuvar filialına göndərmişlər. Həmin tarixdə «xxxxın» Biləsuvar filialında 3800 (üç min səkkiz yüz) manat pulu Təqsirləndirilən şəxs öz hesabına banka köçürmüş və N0 (iki yüz) manat pulu isə özündə saxlayaraq rüsumlara ödəyəcəyini bildirmişdir. Sonra Mehman ona müvafiq sənədləri hazırlayaraq Mehmana verməyini xahiş etmişdir. Sənədləri hazırlamış,. X9 şəhərinə gəlib həmin sənədləri götürmüşlər. Sonra Mehman ona ev tapmaq lazım olduğunu bildirmişdir. Bakı şəhəri Xırdalan qəsəbəsinə getmiş orada ev alqı-satqısı ilə məşğul olan Adil ilə tanış olmuşdur. Adil və Mehman birlikdə bir neçə evə baxmışlar. N19-cu ilin fevral ayında Xırdalan şəhərində üç ev tapmışlar, hər bir evə beh kimi 150 (yüz əlli) manat pul vermişlər, lakin sonradan Mehman bildirmişdir ki, həmin evlərə kredit düşmür. Mehmandan şübhələndiyi üçün Mehmana “sən hansı bankda işləyirsənsə məni həmin banka apar sənədlərimin orada olub-olmamasını öyrənim” sözlərini demişdir. Onlar birlikdə Səbail rayonunda fəaliyyət göstərən «Avrasiya» bankının filialına getmişlər. Mehman onu bank işçisi Şahid2 yanına aparmışdır. Sənədlərinin Kamranda olduğunu gördükdən sonra N19cu ilin fevral ayının ortalarında Mehman ondan əlavə N00 (iki min) manat da pul istədiyi üçün Biləsuvar rayonunda yerləşən «Oil» yanacaq doldurma məntəqəsinin yaxınlığında idarə etdiyi «VAZ 2106» markalı arvadı Şahid5 və Ruslanın yanında Mehmana N00 (iki min) manat pul vermişdir. Sonra o, Mehmanın onu aldatmasını başa düşüb, Mehmanın barəsində polis şöbəsinə şikayət etmişdir. Ona dəymiş ziyanın yarı hisssəsini Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Ona dəymiş ziyan tam ödənilmədiyinə görə şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, N18-ci ilin yay aylarında onun güzəştli ipoteka ilə evin alınması hüququ olduğundan, həmin öhdəliyi başqa bir şəxsə pul müqabilində verməklə bağlı hərbi hissədə sorağlaşmış və N18-ci ilin avqust və ya sentyabr ayında əvvəllər N nömrəli hərbi hissədə birlikdə xidmət etdiyi Təqsirləndirilən şəxs olnunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, həmin işlə bağlı görüşməyi təklif etmişdir. Təqsirləndirilən şəxsla Bakı şəhərində görüşdükləri zaman, sonuncu ona bir nəfər şəxs (həmin şəxsin kim olduğunu ona deməmiş) üçün onun adına ipotekanı rəsmiləşdirmək lazım olduğunu və buna görə ona 4000 manat pul veriləcəyini bildirmişdir. Həmin ipoteka bankda rəsmiləşdirilən zaman ev onun adına qeydiyyata salınmalı imiş, lakin həmin evin istifadə edilməsi və hər ay kredit pulun ödənilməsi ilə bağlı notariusda həmin evi faktiki alan şəxsin adına etibarnamə tərtib edilməli və həmin hüquq və vəzifələr onun tərəfindən evi faktiki alan şəxsə verilməliyimiş. Həmin işin aparılması üçün Təqsirləndirilən şəxs razılığını vermiş və sonuncunun xahişi əsasında ona şəxsiyyət vəsiqəsinin və şəxsi vəsiqəsinin kserosurətlərini, xidmət etdiyi hərbi hissədən həqiqətən həmin hərbi hissədə xidmət etdiyi və hərbi qulluqçu statusuna malik olduğu barədə arayışı, hər ay aldığı əmək haqqı haqqında arayışı, ailə tərkibi haqqında arayışı və bir neçə hazırda xatırlamadığı sənədləri Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxsla söhbət zamanı sonuncu ona kredit məsələsi ilə bağlı bankda hansısa problemlərin olduğunu və buna görə ona 4000 manatın əvəzinə 3000 manat pul verəcəklərini bildirmş, o Mehmanın dediyi şərtlərlə razılaşmışdır. Bundan sonra, təxminən bir ya iki ay ərzində Təqsirləndirilən şəxs onu iki-üç dəfə Bakı şəhərinə çağırmış, bütün sənədlərin hazır olduğunu, banka gedib sənədlərə imza etmək lazım olduğunu, lakin hər dəfə Bakı şəhərinə gələndə Təqsirləndirilən şəxs ona, hansısa problemlərin olduğunu bildirirmiş. Daha sonra onun mobil telefon nömrəsinə N nömrəli hərbi hissənin zabiti, kapitan Zərərçəkmiş şəxs1 zəng edərək, ipoteka üçün öhdəliyinin pul müqabilində başqa şəxsə verib-vermədiyini soruşmuş, o, bunu təsdiqləmiş və həmin işlə bağlı bütün sənədləri Təqsirləndirilən şəxs verdiyni bildirmişdir. Zərərçəkmiş şəxs1 ona 7800 manat pulu Təqsirləndirilən şəxsla Ruslan adlı şəxsə verdiyni və sonuncular onun adına ipoteka müqaviləsini təşkil edəcəklərini söz vermişlər, lakin heç bir iş görməmişlər və pulunu da qaytarmadıqlarını da bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla bir neçə dəfə mobil telefonla əlaqə saxlamış və sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək, hələ ki iş alınmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona həmin işlə bağlı heç bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, halhazırda Azərbaycan Respublikasının İpoteka və Kredit əmanət fondunda işləyir. Zərərçəkmiş şəxs4, Ruslan Məhərrəmovu və Təqsirləndirilən şəxs adlı şəxsləri tanımır. N15-ci il tarixdən N19-cu il tarixədək olan müddət ərzində “xxxx” ASC-də ipoteka mütəxəssisi vəzifəsində çalışmışdır. X7 25.02.N19-cu il tarixdə “xxxx” ASC-nə elektron portal vasitəsi ilə müraciət göndərmiş və aktivləşdirmə kodunu əldə etmişdir. 27.02.N19-cu il tarixdə Elçin Tağıyev həmin banka yaxınlaşmış və müraciəti aktivləşdirmiş və aktivləşmə kodu sonucuya verilmişdir. Həmin kod yalnız müraciət edən şəxsə verilir, daha sonra hərhansı bir sənədlər banka lazım oluqda, müraciət edən şəxsin özü və yaxını təqdim edə bilər. Elçin Tağıyevin atası Zərərçəkmiş şəxs4 bir dəfə özü bir nəfər şəxslə banka müraciət edib Elçinin sənədlərinin bankda olub olmadığını soruşmuşdur. O, Zərərçəkmiş şəxs4a Elçin Tağıyevin sənədlərinin həqiqətən də bankda olduğunu Zərərçəkmiş şəxs4 bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun Yelena adlı tanışının adına Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, bina 54 ünvanda 9-cu mərtəbədə N2 nömrəli mənzil qeydiyyata alınaraq mülkiyyətində olmuşdur. Həmin binada onun 283 nömrəli mənzili vardır, o, Yelena ilə mənzilləri dəyişdirmişlər, lakin onun mənzilinin sahəsi daha böyük olduğundan Yelena əlavə məbləğdə pul verməliymiş və həmin mənzili də, yəni N2 nömrəli mənzili ehtiyacı olduğu üçün satmaq istəyirmiş. Belə ki, həmin mənzili Yelena satırmış və o, Yelenaya köməklik edirmiş, çünki evləri dəyişsələr də həmin məsələləri həmin vaxt hələ rəsmiləşdirməmişdirlər. N18-ci ilin payız aylarında onun mobil telefon nömrəmə zəng gəlmiş, zəng edən şəxs Mirdaməd Nağıyev olmuşdur. Mirdamət onun satmaq istədiyi mənzilə baxmaq istədiyni bildirmişdir. Onlar Mirdamətlə görüşüb həmin mənzilə gedib baxmışlar, o Mirdamət ona hərbi qulluqçu olduğunu həmin binanın yaxınlığında kirayədə qaldığını və özünə ipoteka ilə mənzil almaq istədiyni bildirmişdir. Mirdamət həmin mənzilə bir neçə dəfə özü və həyat yoldaşı ilə gəlib baxmışlar və ev onun xoşuna gəldiyinə görə evi almaq istədiyni, lakin əvvəl bankdan gəlib həmin evi qiymətləndirəcəklərini bildirmişdir. Həqiqətən də qısa müddətdən sonra Mirdamət iki nəfər tanımadığı şəxslərlə həmin evə gəlib baxmışlar, gələn şəxslərdən biri evin fotoşəkillərini çəkmişdir. Mirdamətlə birlikdə gəlmiş iki nəfər şəxsin anket məlumatlarını bilmir, onları tanımır, yalnız Mirdamətin dediyinə görə hansısa bankdan gəlmişdirlər. Mirdamətə evə aid olan sənədlərin surətlərini vermiş və Mirdamət ona təxminən N günə evin alqı-satqısını etməyə gedəcəyini bildirmişdir. Lakin, bir ay keçəndən sonra Mirdamətə zəng etmiş və sonucu ona bankla bağlı hansısa problemi olduğunu ipoteka məsələsi ilə bağlı işinin alınmadığını bildirmişdir. Mirdamətin evi almasından imtina etməsindən təxminən bir ay sonra həmin evi başqa bir şəxsə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş bir ədəd CD diskdə olan məlumatlara baxış keçirilərkən, həmin diskdə 2 (iki) ədəd qovluğun yerləşdirilməsi müəyyən edilmişdir. Həmin qovluqların adları «kn Haciyev» və «mehman» olduğu aşkar olunmuşdur. «kn Haciyev» adlanan qovluğun həcmi 4,29 MB-dır. Həmin qovluqda 15 ədəd «WhatsApp» proqramı vasitəsi ilə göndərilmiş səs mesajların və 1 (bir) ədəd «X13” formatında yazılı mesajları özündə əks etdirən faylın olması müəyyən edilmişdir. Həmin səs yazılara və fayla baxış keçirilərək müəyyən edilmişdir ki, qeyd edilən səs yazıları N nömrəli hərbi hissənin hərbi qulluqçusu-kapitan Zərərçəkmiş şəxs1 tərəfindən N nömrəli hərbi hissənin hərbi qulluqçusu-kapitan Şahid4 və sonuncu tərəfindən Zərərçəkmiş şəxs1 göndərilmişdir. Həmin mesajlardan görünür ki, Zərərçəkmiş şəxs1 Şahid4 və onun tanışları Ruslan Məhərrəmova, Təqsirləndirilən şəxs ipoteka vasitəsi ilə evin alınması üçün 8000 manata yaxın pul verdiyini, lakin həmin şəxslərin onun üçün heç bir iş görmədiklərini, etibarından istifadə edərək onu aldatdıqlarını və həmin pulu ona qaytarmadıqlarını Şahid4 ünvanladığı mesajlarda göstərmişdir. Bundan başqa, həmin səs yazılarında Zərərçəkmiş şəxs1 Hikmət X4 və onun qohumu Elgizdən evin düzəldilməsi üçün pul götürdüyünü etiraf etmədiyini, lakin ondan pul götürdüyünü göstərmişdir. Bundan əlavə, həmin səs yazılarda Şahid4 Təqsirləndirilən şəxs və Ruslan Məhərrəmova onun üçün evin alınmasında köməklik etdiklərinə görə onlara pul verməsi və həmin iki nəfər şəxsin onun adını göstərmədiyi tanışından on min manat pul aldıqlarını və qaytardıqlarını göstərmişdir. «mehman» adlanan qovluğun həcmi 3,47 MB-dır. Həmin qovluqda 39 ədəd «WhatsApp» proqramı vasitəsi ilə göndərilmiş səs mesajların, 1 (bir) ədəd «X13” formatında yazılı mesajları özündə əks etdirən faylın və 16 ədəd özündə hansısa mənzilin şəkillərini əks etdirən fayların olması müəyyən edilmişdir. Həmin səs yazılara və fayla baxış keçirilərək müəyyən edilmişdir ki, qeyd edilən səs yazıları N nömrəli hərbi hissənin hərbi qulluqçusu-kapitan Zərərçəkmiş şəxs1 tərəfindən vətəndaş Təqsirləndirilən şəxs və sonuncu tərəfindən Zərərçəkmiş şəxs1 göndərilmişdir. Həmin mesajlardan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla ev alınması ilə bağlı əlaqə yaratmış və onlar bu barədə söhbət etmişlər, lakin bundan sonra Zərərçəkmiş şəxs1 ona verdiyi pulu qaytarmasını istəmiş və Ruslan Məhərrəmova, Təqsirləndirilən şəxs və Şahid4 ipoteka vasitəsi ilə evin alınması üçün 8000 manata yaxın pul verdiyini, lakin həmin şəxslərin onun üçün heç bir iş görmədiklərini, etibarından istifadə edərək onu aldatdıqlarını və həmin pulu ona qaytarmadıqlarını Təqsirləndirilən şəxs ünvanladığı mesajlarda göstərmişdir. Qeyd olunan xüsusat Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini bir daha təsdiq edir. Ərizə və qəbzdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs1 aldığı 7N0 manat məbləğində pulun N00 mantını, Zərərçəkmiş şəxs3 aldığı 2N0 manat məbləğində pulun 1000 manatını və Zərərçəkmiş şəxs2 aldığı 3000 manat məbləğində pulun 1950 manatını qaytarmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 13.01.NN-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 15.02.NN-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15.02.NN-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 17.02.NN-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15.02.NN-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 19.03.NN-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 17.02.NN-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, hal hazırda Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın yarı hissəsi ödənilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, N.03.NN-ci il tarixdə X3 yerini müəyyən edib məsuliyyətə cəlb etmək mümkün olmadığından ********* saylı cinayət işindən X3 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15.02.NN-ci il tarixdən 17.02.NN-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, 17.02.NN-ci il tarixdən 19.03.NN-ci il tarixədək həsbdə saxlanıldığı 01 ay 02 gün, 19.03.NN-ci il tarixdən 22.04.N21-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 01 il 01 ay 01 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N01-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15.02.NN-ci il tarixdən 17.02.NN-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, 17.02.NN-ci il tarixdən 19.03.NN-ci il tarixədək həsbdə saxlanıldığı 01 ay 02 gün, 19.03.NN-ci il tarixdən 22.04.N21-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 01 il 01 ay 01 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 04 (dörd) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod N0231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan N (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda N (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-45/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-45/2021
22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver