Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-45/2022 08.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1995-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdən Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində Abşeron rayonu. Xırdalan şəhəri. M.Hüseynzadə küçəsində yerləşən binanın 13-cü mərtəbəsində olan fərdi yaşayış evinin qapısını sındıraraq qanunsuz daxil olub evdən Zərərçəkmiş şəxs məxsus bir ədəd 80 manat dəyərində perefarator, bir ədəd 50 manat dəyərində laqonda, bir ədəd 15 manat dəyərində direl, bir ədəd 25 manat dəyərində tərəzi, bir ədəd 5 manat dəyərində metrə, bir ədəd 10 manat dəyərində kəlbətin, bir ədəd 15 manat dəyərində açar, bir ədəd 5 manat dəyərində vintaçan, 10 manat dəyərində santexnika materialları. 15 manat dəyərində bir ədəd tester, 20 manat dəyərində bir ədəd elektrik qızdırıcısı, ümumi dəyəri 12 manat olan 3 qutu şrup, 3 manat dəyərində 1 qutu skop, hər biri 5 manat olan ümumi 10 manat dəyərində 2 ədəd çəkici, 50 manat dəyərində kollektron vintləri, hər birinin dəyəri 10 manat olan ümumi 30 manat dəyərində elektrik uzadıcısı (udliniteli) və hər bir topu 45 manat olan ümumi 90 manat dəyərində 2 top 4m diametr ölçüdə olan elektrik naqillərini gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs 445 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər binalarda təmir işləri görülən yerlərə gedib oradan iş axtarmışdır. Bir neçə dəfə də usta yanında fəhlə kimi işləmişdir. Abşeron rayonu Xırdalan şəhəri Rahat marketin üstündə olan binada təmir işlərinin görüldüyünü bilmişdir. 09 may 2021 -ci il tarixdə saat 15 radələrində iş axtarmaq məqsədiləAbşeron rayonu Xırdalan şəhəri «Rahat» marketin üstündə olan binaya daxil olmuşdur. Liftlə bir-bir mərtəbələrə qalxmışdır. Görmüşdür ki, orada heç kim yoxdur. Nəhayət liftlə 13-cü mərtəbəyə qalxanda orada da heç kimin olmadığını, lakin dəmir materialdan olan evin giriş qapısı aralı olmuşdur. Həmin aradan birtəhər özünü içəri salmışdır. Evin içində heç kimin olmadığını görmüşdür. Lakin evdə santexnik malları, ustanın istifadə etdiyi alətlər var idi. O, həmin əşyaları oğurlayıb sataraq pul qazanmaq qərarına gəlmişdir. Oradan bir ədəd betondağıdıcı, bir ədəd laqonda, bir ədəd şarjlı drel, bir ədəd tərəzi, bir ədəd metrə, bir ədəd kəlbətin, bir ədəd krokadil açar, bir ədəd otverka, santexııika malları, iki ədəd çəkic, kollektorun vintləri, üç ədəd elektrik uzadıcısı (udelinitel), hər biri 2 top elektrik naqillərini, bir ədəd tester, bir ədəd elekğtrik qızdırıcı, 3 qutu şrup, bir qutu skopu oradan tapdığı sellofanın içərisinə yığmışdır. Oradan çıxdıqdan sonra oğurladığı malları binanın yaxınlığında tikinti materiallarının alqısatqısı mağazasına yaxınlaşmış və həmin malları 50 manata satmışdır. Həmin malların oğurluq olduğunu satıcıya bildirmişdir. Bundan sonra çıxıb getmişdir. Səhəri gün yenidən həmin yerə gələndə eşitmişdir ki. polis əməkdaşları onu axtarır. Ona görə də oradan qaçıb getmişdir. 18 may 2021-ci il tarixdə polis əməkdaşları onu yaxalamış və o, xx.xx.2021 -ci il tarixdə Abşeron rayonu “Rahat” marketin üstündə olan binanın 13-cü mərtəbəsindən oğurluq etdiyini etiraf etmişdir. Sonra malları satdığı yeri polis əməkdaşlarına göstərmişdir. Oğurluq cinayətini tək törtətmiş, oğurluq etməyi barədə heç kimə bildirməmiş, bu oğurluqdan başqa heç bir cinayət törətməmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq məqsədilə şəxsi evlərdə usta kimi işləyib çörəkpulu qazanır. 2020-ci ilin dekabr ayından etibarən Abşeron rayonu. Xırdalan şəhəri Rahat market yerləşən binanın 13-cü mərtəbəsində tək təmir işləri ilə məşğul olur. Evin giriş qapısı dəmir materialdandır. Evin sahibi Alı adlı şəxsdir və hazırda Ağstafa rayonundadır. Həmin ev iki otaq və bir mətbəxdən ibarətdir və təmir işləri ilə bağlı həmin evdə yaşayış yoxdur. Sonuncu dəfə xx.xx.2021 -ci il tarixdə orada təmir işləri gördükdən sonra evinə getmişdir. Növbəti dəfə xx.xx.2021-ci il tarixdə qeyd olunan evə gələrkən dəmir qapının yerindən qoparıldığını görmüşdür. İçəri girib otaqları nəzərdən keçirən zaman aşkar olunmuşdur ki, ona məxsus laqonda, pereparator, drel. tərəzi, metrə, kəlbətin, krokadil açar, otverka, santexııika materialları, çəkic, kollektorun vintirləri, elektir uzadıcıları, elektrik naqilləri oğurlanmışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, ona məxsus 85 manat dəyərində bir ədəd perefarator, bir ədəd 235 manat dəyərində laqonda, bir ədəd 130 manat dəyərində direl, bir ədəd 25 manat dəyərində tərəzi, bir ədəd 5 manat dəyərində metrə, bir ədəd 10 manat dəyərində kəlbətin, bir ədəd 15 manat dəyərində açar, bir ədəd 5 manat dəyərində vintaçan, 10 manat dəyərində santexııika materialları, 15 manat dəyərində bir ədəd tester, 20 manat dəyərində bir ədəd lelektrik qızdırıcısı, ümumi dəyəri 12 manat olan 3 qutu şrup, 3 manat dəyərində 1 qutu skop, hər biri 5 manat olan ümumi 10 manat dəyərində 2 ədəd çəkici, 50 manat dəyərində kollektron vintləri, hər birinin dəyəri 10 manat olan ümumi 30 manat dəyərində elektrik uzadıcısı (udliniteli) və hər bir topu 45 manat olan ümumi 90 manat dəyərində 2 top 4m diametr ölçüdə olan elektrik naqilləri oğurlanmaqla ona 750 manat ziyan yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 09 may 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində xidməti vəzifəsini yerinə yetirərkən həmin küçədə tikinti, elektrik malları və usta alətləri satılan mağazada işləyən Şahid1 istifadəsində olan 070 ***-**-** nar nömrəsindən onun istifadəsində olan mobil telefonuna zəng edərək bildirmişdir ki, bir az əvvəl bir nəfər gözündə eynək olan arıq bədən quruluşlu cavan oğlan onun yanına gələrək özü ilə gətirdiyi elektrik mallarını ucuz qiymətə satmaq istəmiş, lakin o, həmin malların oğurluq yolu ilə əldə edilməsindən şübhələndiyi üçün almamış və ona zəng etmişdir. O. Azərə bildirmişdir ki, həmin cavan oğlan ikincu dəfə mağazaya gəlib elektrik malları satmaq istəsə həmin malları alsın, həmin şəxsin başını qatsın və ona zəng etsin ki, mağazaya özünü çatdırsın. Həmin günü saat 19 radələrində Şahid1 yenədə ona zəng vurub bildirmişdir ki, səhər onun işlədiyi mağazaya gələn arıq bədən quruluşlu gözündə eynək olan oğlan yenədə onun mağazasına gəlib ona tikinti və usta alətləri satmışdır. O. dərhal mağazaya getmişdir. Lakin həmin şəxs oradan qaçıb getmişdir. Bundan iki gün sonra xx.xx.2021-ci il tarixdə işdə növbədə olan zaman Bakı şəhəri. Xətai rayonu, UPD qəsəbəsi, Qafqaz 37/4 ünvanında yaşayan Məstalı X2 rayon polis idarəsinə ərizə ilə müraciət edərək Abşeron rayonu. Xırdalan şəhəri ərazisində “Rahat market” yerləşən binanın 12-ci blok, 13-cü mərtəbəsində təmir işləri ilə əlaqədar həmin evdə saxladığı ona məxsus təmir və tikintidə istifadə olunan alətləri, santexnika materiallarını, elektrik naqillərini, alminium profilləri, fitinqləri, çəkicləri, kollektor vintillərini və s. əşyaların naməlum şəxs tərəfindən oğurlandığını ona maddi ziyan vurulmasını bildirmişdir. Zərərçəkmişlə şifahi söhbət edərkən ona bildirmişdir ki. oğurluq hadisəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində baş vermişdir. O, şübhələnmişdir ki, oğurluq edən şəxs Şahid1 elektrik və usta mallarını satan şəxsdir. Zərərçəkmiş şəxsin müraciəti ilə bağlı idarə rəhbərliyi onlara göstəriş verilmişdir ki. həmin şəxsin usta kimi işlədiyi evdən oğurluq edən şəxsin və ya şəxslərin tapılması istiqamətində əməliyyataxtarış tədbirlərini həyata keçirilsin. Bununla bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu. Xırdalan şəhəri ərazisində "Rahat market yerləşən binanın 12-ci blok, 13-cü mərtəbəsində təmir işləri ilə əlaqədar həmin evdə saxladığı Zərərçəkmiş şəxs məxsus təmir və tikintidə istifadə olunan alətləri, santexnika materiallarını, elektrik naqillərini, alminium profilləri, fitinqləri,çəkicləri, kollektor vintillərini və .s əşyaları oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Şahid1 köməyi ilə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Abşeron rayonu. Xırdalan şəhərində tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, 09 may 2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu Xırdalan şəhəri ‘‘Rahat" marketin üstündə yerləşən binanın 13-cü mərtəbəsində dəmir materialdan olan giriş qapısından aralı olduğu üçün içəri daxil olaraq oradan bir ədəd betondağıdıcı, bir ədəd laqonda, bir ədəd şarjlı drel, bir ədəd tərəzi, bir ədəd metrə, bir ədəd kəlbətin, bir ədəd krokadil açar, bir ədəd otverka, santexnika malları, bir ədədə tester, bir ədəd elektrik qızdırıcısı, 3 qutu şrup, 1 qutu sok, iki ədəd çəkic, kollektorun vintləri, üç ədəd elektrik uzadıcısı (udelinitel), hər biri 2 top elektrik naqillərini gizli talayaraq oğurlamışdır. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü istintaq şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs başqa cinayətlər törətməsinin müəyyən edilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu barədə müsbət nəticə əldə olunarsa istintaq orqanına məlumat veriləcəkdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki. Abşeron rayonu M.Hüseynzadə küçəsi ərazisində xırdavat mağazasını işlədir. Həmin mağazada tikinti tikinti və elektrik malları, habelə usta alətlərinin satışı ilə məşğul olur. 09 may 2021- ci il tarixdə saat 16 radələrində bir nəfər gözündə eynək cavan oğlan əlində bəzi santexnika əşyaları ilə jyey işlədiyi mağazaya daxil olveileh. Həmin şəxs bildrmişdir ki, özü iə gətirdiyi həmin malları ucuz qiymətə satır. Həmin şəxsdə olan malların oğurluq yolu ilə əldə etməsindən şübhələndiyi üçün malları almağa razı olmamışdır. Həmin şəxs mağazadan çıxıb getmişdir. Dərhal ərazi sahə rəisi Elçin müəllimə zəng edərək bu barədə ona məlumat vermişdir. Elçin müəllim ona bildirmişdir ki, həmin şəxs ikinci dəfə mağazaya gəlsə həmin malları ondan alarsan. Həmin günü saat 19 radələrində həmin eynəkli cavan oğlan yenidən əlində uta alətləri ilə mağazaya daxil olmuşdur. Yenidən ona özü ilə gətirdiyi malları ucuz qiymətə satdığını bildirmişdir. O, razılaşmış və 50 manat müqabilində ondan bir ədəd laqonda, bir ədəd drel. bir ədəd dağıdıcı, bir ədəd elektrik uzadıcısı, bir ədəd tester, 3 qutu şrup, bir ədəd skop (divara bərkidici) alıb dərhal kənara çəkilərək bu barədə Elçin müəllimə zəng edib bildirmişdir. Geri qayıdanda görmüşdür ki. həmin şəxs mağazadan çıxıb gedib. Elçin müəllim mağazaya gəlmişdir. O. həmin malları ona təhvil vermişdir. Elçin müəllim ona tapşırmışdır ki, həmin şəxs mağazaya gəlsə bu barədə ona məlumat versin. 18 may 2021ci il tarixdə səhər saatlarında o, mağazada olarkən həmin eynəkli cavan oğlanın mağazanın yaxınlığında çöldə görüb dərhal Elçin müəllimə zəng edərək bu barədə məlumat vermişdir. Qısa müddət sonra Elçin müəllim gəlib onu yaxalamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 iyun 2021-ci il tarixli 225 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş bir ədəd laqondanın işlənmə dərəcəsi nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti 50 manat, bir ədəd dağıdıcınm işlənmə dərəcəsi nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti 80 manat, bir ədəd drelin işlənmə dərəcəsi nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti 15 manat, bir ədəd testerin işlənmə dərəcəsi nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti 15 manat, bir ədəd elektrik qızdırıcısının işlənmə dərəcəsi nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti 20 manat, 3 qutu şrupun işlənmə dərəcəsi nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti 12 manat, bir ədəd skopun (divara bərkidici) işlənmə dərəcəsi nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti 3 manatdır. Beləliklə qeyd olunan əmlakın işlənmə dərəcəsi nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 195,0 manat müəyyən edilir. Abşeron rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd laqonda, bir ədəd dağıdıcı, bir ədəd drel, bir ədəd tester, bir ədəd elektrik qızdırıcısı, 3 qutu şrup, bir ədəd skop (divara bərkidici) ekspertizadan sonra saxlanılması üçün sahibinə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Azərbaycan Respublikası CPM-nin 53.1.3-ci maddəsinə əsasən, cinayət işi üzrə icraat dayandırılmışdır. Abşeron RPİ-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron RPİ-in MSY-yə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 19 gün müddət olamaqla cəmi 01 ay 21 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən azad edilməlidir. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd laqonda, bir ədəd dağıdıcı, bir ədəd drel, bir ədəd tester, bir ədəd elektrik qızdırıcısı, 3 qutu şrup, bir ədəd skop (divara bərkidici) ibtidai istintaq zamanı saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 19 gün müddət olamaqla cəmi 01 ay 21 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 02 ay 19 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd laqonda, bir ədəd dağıdıcı, bir ədəd drel, bir ədəd tester, bir ədəd elektrik qızdırıcısı, 3 qutu şrup, bir ədəd skop (divara bərkidici) ibtidai istintaq zamanı saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-45/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-45/2022
08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver