Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-45/2023 06.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı X2 və onun vəkili “Hümbətov və Partnyorları” Vəkil Bürosunn vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs və mülki iddiaçı X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunu vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1990-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, İmişli rayonu, Cavadxanlı kəndində qeydiyyatda olmaqla Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ünvanında yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə saat 18:30 radələrində özünə məxsus idarə etdiyi “İsuzu NPR 71H” yük markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev prospektində Xəzər dənizi istiqamətindən Duz gölü istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən Abşeron rayonu, Novxanı kəndi, Heydər Əliyev prospektində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib müvafiq ara məsafəsi saxlamadığından avtomobilinin qabaq hissəsi qarşısında eyni istiqamətdə və eyni zolaqda 50 km/saat sürətlə hərəkətdə olub icazə verilən yerdən sola dönmək məqsədilə tormozlanaraq sürətini 10 km/saata qədər azaldan X3 idarə etdiyi “Toyota Prado” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuş, zərbədən “İsuzu NPR 71H” yük markalı avtomobil qarşı sol hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Volkswagen Passat” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Volkswagen Passat” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarətlər sağ daban sümüyünün qapalı, qəlpəli sınığı, sağ üst göz qapağının hematoması kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərərvurmaya aid bədən xəsarəti vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində idarə etdiyi İsuzu markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə, Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev prospektində duz gölü istiqamətində 60 km/sürətlə hərəkətdə olarkən, «Araz» marketin yaxınlığında idarə etdiyi avtomobilin qarşısında eyni istiqamətdə hərəkətdə olan Toyota-Prado markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan tanıdığı Şahid idarə etdiyi avtomobili qəflətən yolun hərəkət hissəsində sola dönmək məqsədi ilə saxlamışdır. O, idarə etdiyi avtomobil ilə qarşıda hərəkətdə olan Toyota Prado markalı avtomobilin arasında ara məsafəsi saxlamadığı üçün, vaxtında idarə etdiyi avtomobili saxlaya bilməmiş, hadisədən yayınmaq üçün sükanı sola döndərsə də, idarə etdiyi avtomobilin ön sağ tərəfi Toyota Prado markalı avtomobilin arxa sol tərəfinə dəymiş, zərbənin təsirindən o, idarə etməni itirmiş və idarə etdiyi avtomobil yolun əks istiqamətində hərəkətdə olan avtomobillərin yoluna çıxmış, həmin vaxtı əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Volkswagen-Passat» markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşı-qarşıya toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs xəsarət almışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisədən əvvəl idarə etdiyi «İsuzu» markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, o, spirtli içki qəbul etməmişdir. Sonda o, törətdiyi əməlindən peşmançılıq çəkdiyini bildirərək, zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi ziyanı tam olaraq ödəyərək onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, 06 aprel 2022-ci il tarixdə saat 17:30 radələrində idarə etdiyi «Volkswagen» markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Novxanı kəndi, H.Əliyev prospekti ilə Xəzər dənizi istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan «Toyota Prado» markalı avtomobilin sola dönmək üçün yolun ortasında dayandığını gördüm. Həmin vaxtı «Toyota Prado» markalı avtomobillə eyni istiqamətdə və «Toyota Prado» markalı avtomobilin arxasınca hərəkətdə olan «İsuzu» markalı avtomobilin hərəkət etdiyini müşahidə etmiş,bu zaman «İsuzu» markalı avtomobilin sürücüsü hərəkət etdiyi yolda qarşısında avtomobil dayandığını vaxtında görmədiyi üçün toqquşmadan yayınmaq məqsədilə idarə etdiyi avtomobili sola döndərdi. Nəticədə qarşısında olan «Toyota Prado» markalı avtomobil ilə toqquşduqdan sonra idarəetməni itirdi və yolun əks tərəfinə, yəni onun hərəkətdə olduğu hissəsinə daxil oldu.O,«İsuzu» markalı avtomobilin üzərinə gəldiyini görüb sükanı sağa döndərdi və tormoz verərək sürətini azaltdı. Buna baxmayaraq «İsuzu» markalı avtomobil ona doğru gələrək idarə etdiyi avtomobililə qarşı-qarşıya toqquşdu. Nəticədə onun sağ ayağı və sifətindən xəsarət aldı. Bildirir ki, hadisə zamanı idarə etdiyi avtomobildə ondan başqa heç kim olmamışdır. Səhhətinə dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir.Ona görə də, cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim edilmiş ərizəsində Təqsirləndirilən şəxs törətdiyi avtomobil qəzası nəticəsində xəsarət aldığını, sonuncu ilə barışdığını və ona dəymiş maddi və mənəvi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında cinayət işi üzrə mülki iddiaçı X6 göstərdi ki, «X9 Prado» markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına qeydiyyatdadır və etibarnamə ilə sürmək üçün oğlu Şahid vermişdir. Bildirmişdir ki, 06 aprel 2022-ci il tarixdə saat 18.30 radələrində Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev prospektində «Araz» marketin qarşısında «İsuzu» markalı avtomobil hərəkətdə olarkən qarşısında hərəkət edən oğlu Ələskərin idarə etdiyi «X9 Prado» markalı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə İsuzu markalı avtomobil qarşı yola çıxaraq qarşıdan əks istiqamətdə öz yolu ilə gələn «Volkswagen Passat» markalı avtomobillə toqquşmuşdur. «X9 Prado» markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində ona 6620 manat ziyan dəymişdir. X6 məhkəmə zamanı mülki iddia ilə müraciət etmiş, cinayət əməli nəticəsində ona vurulan 10190 manat maddi ziyanın cavabdehlər Təqsirləndirilən şəxs, Mineral Sular "xxxx" MMC və Babək "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, özünə məxsus olan Toyota Prado markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində etibarnamə ilə idarə etdiyi Toyota Prado markalı **-HV-*** dövlət qeydiyyapt nişanlı avtomobil ilə Novxanı kəndi, H.Əliyev prospekti ilə 50 km/saat sürətlə hərəkətdə olarkən, yolun solunda olan «ARAZ» marketə yaxınlaşanda, sola dönmə işığını yandırıb surəti azaltmış, marketin qarşısına keçmək üçün əks istiqamətdə hərəkətdə olan avtomobillərə yol vermək məqsədi ilə idarə etdiyi avtomobili saxlamışdır. Həmin vaxtı idarə etdiyi avtomobilin arxasında hərəkətdə olan İsuzu markalı avtomobilin sürücüsü ara məsafə saxlamadığı üçün idarə etdiyi avtomobili saxlaya bilmədiyi üçün, onun avtomobilinin arxa sol hissəsinə dəyərək idarə etməni itirib yolun əks istiqamətinə çıxmışdır. Həmin hadisə nəticəsində İsuzu markalı avtomobil əks istiqamətdə hərəkətdə olan Volkswagen markalı avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində Volkswagenin sürücüsü xəsarət almışdır. O, bildirmişdir ki, hadisə vaxtı idarə etdiyi avtomobildə ondan başqa heç kim olmamış, hadisə nəticəsində avtomobilinə maddi ziyan dəysədə, heç bir xəsarət almamışdır. Onun hadisənin baş verməsində heç bir təqsiri olmayıbdır. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, spirtli içki qəbul etməmişdir. İş materiallarında olan məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli 667saylı nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər sağ daban sümüyünün qapalı, qəlpəli sınığı, sağ üst göz qapağının hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə onun salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 aprel 2022-ci il tarixli, 8/984 nömrəli rəyindən məlum olur ki, «İsuzu” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2022-ci il tarixli 1367 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. Abşeron RPİ DYPŞ-dən alınmış məktubla müəyyən edilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron RPİ DYPŞ-nin informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək müddətə etibarlı olan) AB seriyalı 542432 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. Fiziki şəxs H.Əliyevdən alınmış 10 may 2022-ci il tarixli qüsur aktından məlum olur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prado” markalı **-HV-*** dövlət qeydiyyat nişanldı avtomobilin əzilməsi nəticəsində 6620 manat zərər dəymişdir. “Red Motors” şirkətindən alınmış 02 iyun 2022-ci il tarixli qüsur aktından məlum olur ki, yol-nəqliyyat hadisəsi nəticəsində «Volkswagen Passat» markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində 11145 manat zərər dəymişdir. Cinayət işi üzrə «Toyota Prado» markalı, 90-RHV-932, «İsuzi NPR 71H» markalı, **-AF-*** və «Volkswagen Passat» markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillər sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, avtomobillər sahiblərinə qaytarılmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxs-mülki iddiaçının, mülki-iddiaçının və şahidin ifadəsi, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İş materiallarında olan zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona sağlamlığına dəymiş ziyanla bağlı 1750 manat maddi ziyanı ödədiyi üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Buna görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, onlara dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimaixüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materiallarında olan qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Toyota Prado» markalı, 90-RHV-932, «İsuzi NPR 71H» markalı, **-AF-*** və «Volkswagen Passat» markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə həmçinin, hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. İşin materiallarından görünür ki, Zərərçəkmiş şəxs məhkəmə zamanı mülki iddia ilə müraciət etmiş, cinayət əməli nəticəsində ona vurulan 11145 manat maddi ziyanın cavabdehlər Təqsirləndirilən şəxs, Mineral Sular "xxxx" MMC və Babək "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddiaçı X6 məhkəmə zamanı mülki iddia ilə müraciət etmiş, cinayət əməli nəticəsində ona vurulan 10190 manat maddi ziyanın cavabdehlər Təqsirləndirilən şəxs, Mineral Sular "xxxx" MMC və Babək "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş mülki iddiaları nəzərdən keçirib hesab edir ki, Zərərçəkmiş şəxs iddia qaldırmaq üçün subyektiv hüquq malik omadığından, X4 iddiasının araşdırılması üçün hazırkı icraatda baxılması sübutlar baxımından kifayət olmadığından onların iddia ərizələri baxılmamış,saxlanmalı və mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları onlara izah edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunu vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddənin “Qeyd” hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış «Toyota Prado» markalı, 90-RHV-932, «İsuzi NPR 71H» markalı, **-AF-*** və «Volkswagen Passat» markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olmasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs və mülki iddiaçı X6 tərəfindən verilmiş iddia ərizələri baxılmamış saxlanılsın və mülki qaydada müraciət etmək hüququ onlara izah olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunu vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-45/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-45/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver