Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-450/2021 17.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqdsədlə 15 aprel 2021-ci il tarixdə saat 01 radələrində, Abşeron rayonu, Qobu qəsəbə xəstəxanasının plastik pəncərəsini basıb açma yolu ilə, pəncərədən xəstəxanaya qanunsuz daxil olaraq vaksinasiya qeydiyyat otağından 748,00 (yeddi yüz qırx səkkiz) manat dəyərində olan bir ədəd «Acer» kompyuter dəstini, yəni bir ədəd «Acer Verition-ES2730G» modelli kompyuter (prosessor), bir ədəd klaviatura, bir ədəd Mouse, bir ədəd «Acer K202HQL» markalı manitor və bir ədəd UPS-i oğurlayıb, Qobu qəsəbə xəstəxanasına həmin məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Abşeron rayonu, Qobu qəsəbəsində yaşayır, həmin qəsəbədə xəstəxana vardır. 2021-ci ilin aprel ayının əvvəllərində anası korona xəstəsi olduğu üçün, Abşeron rayonu Qobu xəstəxanasına getmiş, anası üçün dərman istəmiş, lakin xəstəxanadan onun anası korona xəstəsi kimi portalda qeydiyyatda olmadığı bildirilib və ona dərman verilməmişdir. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən xəstəxanada olarkən, xəstəxanada vaksinasiya qeydiyyat otağında stolun üzərində personal kompyuter dəsti görmüşdür. Özü də xəstə olduğu üçün əməliyyata ehtiyacı olmuş, lakin maddi imkanı olmadığı üçün əməliyyat oluna bilməmişdir. Onun pula ehtiyyacı olduğu üçün Abşeron rayonu, Qobu xəstəxanasında vaksinasiya otağında gördüyü kompyuter dəstini oğurlayıb sataraq, əldə edəcəyi pulla əməliyyat olunmaq qərarına gəlmişdir. Bu səbəbdən də 14.04.2021-ci il tarixdən 15.04.2021-ci il tarixə keçən gecə saat 01 radələrində yaşadığı Qobu qəsəbəsindəki evindən çıxaraq, yaxınlıqda olan Qobu xəstəxanasının qarşısına gələrək, xəstəxananın dəmir barmaqlıqdan olan giriş qapısının üzərindən xəstəxananın həyətinə keçmiş, oradan xəstəxananın inzibati binasına yaxınlaşıb, binanın plastikdən olan pəncərəsinin üzərində dəmir barmaqlıq olmadığı üçün, pəncərəni əli ilə sıxıb itələyərək açmış, pəncərədən xəstəxananın inzibati binasına daxil olaraq vaksinasiya otağına keçmiş, vaksinasiya otağında stolun üzərində olan «Acer» markalı kompyuter dəstini hissə-hissə sökərək, daşıyıb pəncərədən bayıra yığmış, sonra isə həmin oğurladığı kompyuter dəstini daşıyaraq yaşadığı evin həyətindəki zirzəmiyə yığmışdır. 15.04.2021-ci il tarixdə kompyuter dəstini aparıb mağazalardan birində satmaq istəmiş, lakin həmin günü o, evdə olarkən polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş, onu Qobu polis bölməsinə dəvət etmişlər. Qobu polis bölməsində ondan xəstəxanada baş vermiş oğurluqla bağlı, onu sorğu sual etmişlər. Xəstəxanadan etmiş olduğu oğurluğu səmimi etiraf etmiş, oğurladığı əşyaları yaşadığı evin həyətində gizlətdiyini bildirmiş, bundan sonra polis əməkdaşları ilə birlikdə gedib həmin xəstəxanadan oğurladığı kompyuter dəstini könüllü olaraq təqdim etmişdir. Qobu xəstəxanasından oğurluğu tək etmiş, oğurluq etməsi barədə qabaqcadan heç kimlə razılaşmamış, heç kimə bu barədə heç nə deməmiş, xəstəxanadan kompyuter dəsti oğurlaması və yaşadığı evin həyətində olan zirzəmidə gizlətməsini ailə üzvlərindən heç kimin xəbəri olmamışdır. Onun oğurladığı kompyuter dəstinə daxil olmuşdur:Kompyuter: Acer Verition- ES2730G. Klaviatura və Mouse. Monitor: Acer K202HQL və UPS. O, törətdiyi əməldən peşman olmuş, kompyuter dəstindən əlavə heç nə oğurlamamışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ildən Abşeron rayonu Qobu qəsəbə Xəstəxanasında təsərrüfat işçisi kimi fəaliyyət göstərir. Qobu xəstəxanasının iş rejimi hər gün səhər saat 09 : 00-da başlayır, axşam saat 20 radələrində başa çatır. Dünyada baş vermiş «COVİD- 19» pandemiya ilə əlaqədar, Abşeron rayonu, Qobu qəsəbə xəstəxanasında vətəndaşların vaksinasiyasını həyata keçirmək üçün xəstəxanada xüsusi qeydiyyat və vaksinasiya otaqları ayrılmış, qeydiyyat otağında «Təbib» tərəfindən dövlət inventarı sayılan kompyuter və onun komplekt hissələri quraşdırılmışdır. Həmin komplektə daxildir «ACER» kompyuter dəsti 1.Kompyuter: Acer Verition- ES2730G. 2. Klaviatura və Mouse. 3. Monitor: Acer K202HQL və UPS. 15.04.2021-ci il tarixdə səhər saat 09 radələrində işə gələndə vaksinasiya otağının pəncərəsinin açıq olduğunu, həmin otaqda olan bir kompyuter dəstinin naməlum şəxs və yaxud şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Bu səbəbdən də xəstəxananın baş həkimi X2 Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə məlumat vermiş, polis idarəsinə gedərək həmin oğurluq barədə ərizə ilə müraciət etmişdir. Sonradan xəstəxanadan kompyuter dəstini oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğun bilmişdir. Qobu xəstəxanasından oğurlanmış bir dəst kompyuter bütün avadanlıqları ilə birlikdə ona təhvil verilmişdir. Qobu xəstəxanasının təhvil-təslim aktının üzləşdirmə cədvəlində bir dəst kompyuterin 1870,00 manat olduğunun göstərilsə də, məhkəmə- əmtəəşünaslıq ekspertizasının 18 iyun 2021-ci il tarixli 222 saylı rəyi ilə tanış olarkən, həmin rəydə göstərilən, bir dəst istifadə olunmuş «Acer» markalı ES2730G modelli kompyuterin 2021-ci ilin aprel ayına işlənmə dərəcəsi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə orta bazar qiyməti təxminən 748,00 manat müəyyən edilməsi barədə rəylə razı olmuşdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xəstəxanada hər gün iş rejimi səhər saat 09:00-da başlayır, axşam saat 20 radələrində başa çatır. Dünyada baş vermiş «COVİD-19» pandemiyası ilə əlaqədar vətəndaşların vaksinasiya həyata keçirilməsi məqsədi ilə xəstəxanada xüsusi qeydiyyat və vaksinasiya otaqları ayrılmışdır. Qeydiyyat otağına «Təbib» tərəfindən verilmiş dövlət invertarı sayılan kompyuter və onun komplekti quraşdırılmışdır. 15.04.2021-ci il tarixdə səhər saat 09 radələrində işə gələrkən xəstəxananın vaksinasiya və qeydiyyat otaqlarının yerləşdiyi hissəsinin pəncərəsinin açıq olduğunu müəyyən etmiş, otağa daxil olanda vaksinasiya qeydiyyat otağında stolun üzərində olan bir dəst kompyuterin orada olmadığını, naməlum şəxs və yaxud şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Dərhal həmin oğurluq barədə Azərbaycan Respublikası DİN-nin 102-məlumat mərkəzinə müraciət etmiş, xəstəxananın digər otaqlarına baxış keçirmiş, lakin vaksinasiya qeydiyyat otağında olan kompyuter dəstindən başqa heç nə oğurlanmadığını müəyyən etmişdir. O, hadisə yerinə gəlmiş polis əməkdaşlarına hadisə barədə məlumat verərək, yazılı ərizə ilə müraciət edib, naməlum şəraitdə oğurlanmış kompyuter dəstinin dövlət inventarlarının siyahısını da təqdim etmişdir. Həmin dövlət inventarlarının siyahısında bir dəst kompyuterin qiymətinin 1870 manat göstərildiyi üçün, o, ərizəsində həmin oğurluq nəticəsində xəstəxanaya 1870 manat dəyərində maddi ziyan dəydiyini göstərmişdir. Həmin oğurlanmış kompyuter dəstinə 1.Kompyuter: Acer Verition- ES2730G. 2. Klaviatura və Mouse. 3. Monitor: Acer K202HQL və UPS daxildir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizaının 18 iyun 2021-ci il tarixli 222 saylı rəiyndən görünür ki, bir dəst istifadə olunmuş «Acer» markalı ES2730G modelli kompyuterin 2021ci ilin aprel ayına işlənmə dərəcəsi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə orta bazar qiyməti təxminən 748,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 06.05.2021-ci il tarixli Tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 10.05.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. 18.04.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinə 17.08.2021-ci il tarixli zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə onun Təqsirləndirilən şəxs qarşı şikayəti və maddi tələbi yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, bir dəst kompyuter maddi subut kimi tanınaraq, saxlanılmasından ötürü Qobu qəsəbə xəstəxanasının təsərrüfat işçisi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahid ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin 10.05.2016-cı il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş üzrə maddi sübut bir dəst kompyuter saxlanılmasından ötürü Qobu qəsəbə xəstəxanasının təsərrüfat işçisi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut bir dəst kompyuter saxlanılmasından ötrü Qobu qəsəbə xəstəxanasının təsərrüfat işçisi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-450/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-450/2021
17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver