Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-450/2022 09.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikas vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, natamam orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küç. ev 6, mənzil 44-də qeydiyyatda olan və Bakı şəhəri. Sabunçu rayonu. Zabrat qəsəbəsində nömrəsiz fərdi yaşayaış sahəsində kirayə yaşayan, barəsində “polisin nəzarəti altına vermə'’ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 05 mart 2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır- Novxanı avtomobil yolunun 1-ci kilometrliyində “İST petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən gül dükanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 qızma məxsus "Mitsubishi Pajero İCT markalı 99- RF-105 dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq və açarının üzərində olmasından istifadə edib sükan arxasına əyləşib, avtomobili talama məqsədi olmadan ələ keçirərək qaçırıb Mehdiabad qəsəbəsi istiqamətində idarə etməklə, yolun əks tərəfli hərəkət zolağında hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “X3” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurmuş, nəticədə həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs2 1850 manat, Zərərçəkmiş şəxs1 isə 3360,00 manat dəyərində ziyan vurmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində gündəlik 3 manatlıq evlərdə qalır. Fərdi olaraq işləyib özünü dolandırır. O, 05 mart 2022-ci il tarixdə bir qədər işləyib pul topladıqdan sonra yaşadığı yerin yaxınlığında olan aptekdən spirt almışdır. Həmin spirti bir qədər qəbul etmişdir. Bundan sonra piyada Abşeron rayonu, Novxanı qəsəbəsi istiqamətində getməyə başlamışdır. O, spirtli içkinin təsirindən Novxanı qəsəbəsində olan zaman yolun kənarında tanımadığı ağ rəngli Mitsubishi markalı avtomobilin dayandığını görmüşdür. 05 mart 2022-ci il tarixdə təxminən saat 19 radələrində həmin avtomobilə yaxınlaşmış və avtomobilin salonuna baxmışdır. Salona baxan zaman avtomobilin açarlarının üzərində olmasını görmüşdür. Ona görə avtomobilə minib idarə etmək qərarına gəlmişdir. Avtomobilin qapıları açıq vəziyyətdə olduğuna görə avtomobilə əyləşmiş və avtomobilin motorunu işə salıb sürməyə başlamışdır. O, avtomobil idarə edə bilmədiyi üçün eyni zamanda spirtli içkinin təsiri altında olduğuna görə bir qədər avtomobili idarə etdikdən sonra yolda maşınlardan birinə dəymişdir. Qorxduğundan maşını geriyə döndərib bir qədər də sürmüşdür. Lakin maşından tüstü çıxdığına görə maşını yolda saxlamışdır. Bu zaman polis əməkdaşları hadisə yerinə gəlib onu Saray PB-nə aparmışdılar. O, həmin günü sərxoş vəziyyətdə olduğuna görə etdiyi əməli dərk etməmişdir. Hazırda törətdiyi əməllərdən peşman olduğunu, lakin vurulmuş ziyanı ödəməyə imkanı olmadığını bildirərək məhkəmədən onun xəstə olmasını nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində psixoloq vəzifəsində çalışır. Mitsubishi Pajero markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili 31 yanvar 2022-ci il tarixdə 6500 manata almışdır. Həmin avtomobili etibarnamə ilə idarə edir. 05 mart 2022-ci il tarixdə saat təxminən 19 radələrində qardaşı Əbülfəz ilə birlikdə Bakı şəhərindən Sumqayıt şəhərinə gedən zaman yolunu Abşeron rayonu, Novxanı qəsəbəsindən salmışdır. 8 mart 2022-ci il tarixdə anasının məzarı üstünə getmək üçün Novxanı qəsəbəsində yolun kənarlarında gül dükanlarına baxmışdır. Bu zaman maşını yolun kənarında saxlayıb adını xatırlamadığı gül dükanına daxil olmuşdur. Maşından düşən zaman maşının açarını avtomobilin üzərində qoyaraq, qapıları bağlamamışdır. Qardaşı da onunla gül dükanına daxil olmuşdur. Onlar orada güllərə baxan zaman maşınını saxlamadığı yerdə olmadığının şahidi olmuşdur. Dükandan çölə çıxan zaman maşınını Mehdiabad qəsəbəsi istiqamətində sürüldüyünü görmüşdür. Bu zaman bir nəfər öz maşını ilə ona yaxınlaşaraq, avtomobilə əyləşməyini və avtomobilinin arxasınca getməyi təklif etmişdir. O da qardaşı ilə birlikdə tanımadığı avtomobilə əyləşib, maşının arxası ilə getmişdilər, Lakin, maşınının arxasınca çata bilməmişdilər. Bir qədər gedib avtomobilinin qabaq hissəsinin vurulmuş vəziyyətdə yolun əks istiqamətli hərəkət zolağı ilə geriyə qayıtdığını görmüşdülər. Bu zaman onlar da yolu dəyişərək, avtomobilinin arxasınca getmişdilər. Həmin maşını sürən tanımadığı şəxs bir qədər gedib, maşının qabaq hissəsindən tüstü çıxmasına görə maşını saxlamışdır. Onlar maşından düşüb onun maşınının gedib, maşınını sürən şəxsin yaxasından tutaraq yerə salmışdılar. Həmin vaxtı DİN-nin 102 xidmətinə zəng vuraraq da məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları həmin şəxsin sərxoş olmasını görmüşdülər. Bundan sonra adının sonradan öyrəndiyi şəxslə birlikdə onları Saray PB-nə aparmışlar. Ona vurulmuş ziyan ödənilməmiş, Mitsubishi Pajero İO markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili dəyər-dəyməzinə satdığını, onun alınması ilə əlaqədar götürdüyü krediti ödədiyini bildirərək şikayətçi olmaqla ona cəza verilməsini xahiş etdi İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, onun özünə məxsus «X3» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil onun özünə məxsusdur və qeydiyyat şəhadətnaməsi öz adınadır. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onların heç biri ilə ədavəti və düşmənçiliyi olmamışdır. 05 mart 2022-ci il tarixdə təxminən saat 18 radələrində Abşeron rayonu. Novxanı qəsəbəsində avtomobilini idarə etmişdir. Öz hərəkət zolağı ilə hərəkətdə olan zaman əks tərəfli hərəkət zolağından Mitsubishi Pajero İO markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlə gəldiyini və onun istiqamətdə üzərinə tərəf gəldiyini görmüşdür. Həmin maşın yolu dönüb getmək istəyən zaman onun maşınına vurmuşdur. Həmin vaxt maşını yolda saxlamışdır. Onun maşınını vuran Mitsubishi markalı avtomobilinin içərisində orta yaşlı bir kişinin olmasını görmüşdür. Həmin maşının qabaq hissəsi əzilmişdir. O, maşından düşüb ona tərəf getmək istəyən zaman həmin maşının sürücüsü sürüb onun hərəkətdə olduğu zolaqla sürətlə sürüb getmişdir. Bundan sonra 08 mart 2022-ci il tarixdə həmin maşının tapılması ilə bağlı şikayət ərizəsi yazmışdır. Baş vermiş hadisə zamanı, ona 1850 manat miqdarında ziyan dəymişdir. Onun avtomobili Paşa Sığorta tərəfindən kasko sığortalandığı üçün sığorta şirkəti tərəfindən avtomobilinə dəymiş ziyan hesablanmış və ümumi 1850 manat ziyan hesablanmışdır. İş materiallarında olan 10 mart 2022-ci il tarixli 143409 saylı “Paşa sığorta" ASC-dən daxil olinuş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, 2015-ci il buraxılışlı X3 markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1850 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 27 may 2022-ci il tarixli 9/3324 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "AİD Consulting” MMC tərəfindən tərtib edilmiş 18 mart 2022-ci il tarixli “X2" mütəxəssis rəyi məlumatlarına əsasən, 1999-cu il buraxılışlı, mühərrik tutumu 1840 sm3 “Mitsubishi Pajero" markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin mart ayına olan təmir-bərpa xərci təxminən 3360,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti - 2410,00 manat, təmir-bərpa işlərinin qiyməti - 950,00 manat, Mitsubishi Pajero İO markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil təhlil edilən cinayətin predmetini təşkil etdiyi üçün maddi sübut kimi tanınmış və şəxs Zərərçəkmiş şəxs1 olması nəzərə alınmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə iş üzrə digər materiallarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindəı verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 04 ay 02 gün müddətinə islah işləri cəzası təyin edilmiş və o, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini onların törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni və əsaslı olmaqla cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan olunmuş və o, xx.xx.2022-cil tarixində istintaqa təqdim olunmuş, xx.xx.2022-ci il tarixində barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra o, məhkəmə iclaslarına gəlmədiyinə görə xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və o, xx.xx.2022-ci il tarixdə tutularaq Bakı İstintaq təcridxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla, cəmi 01 (bir) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Mitsubishi Pajero İO markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət hüququ izah edilməlidir. Təqsirləndirilən şəxs 50 manat ekspertiza xərci tutulmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Bakı şəhəri Nizami rayonu İcra Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət çıxılmaqla üzərində qəti cəza 01 (bir) il 29 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Mitsubishi Pajero İO markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət hüququ izah edilsin. Təqsirləndirilən şəxs 50 manat ekspertiza xərci tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Bakı şəhəri Nizami rayonu İcra Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-450/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-450/2022
09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver