Məhkəmə qərarları › İş №1(012)-450/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-450/2025

19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-450/2025 19.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Qəbələ rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum edilməmiş, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncuya «İnvestAZ» elektron investisiya platforması vasitəsilə dünya birjasına yatırımlar edərək beş qat qazanc əldə edəcəyinə dair yalan vəd verməklə aldadıb, adına olan "xxxx" KB ASC tərəfindən emissiya edilmiş 5243-7544-1009-3296 nömrəli bank kartının hesabına Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə «Birbank» mobil tətbiqi vasitəsilə «kartdan karta» köçürmə üsulu ilə köçürülmüş 100 manat, xx.xx.2022-ci il tarixdə «Birbank» mobil tətbiqi vasitəsilə «kartdan karta» köçürmə üsulu ilə köçürülmüş 100 manat, xx.xx.2022-ci il tarixdə «Birbank» mobil tətbiqi vasitəsilə «kartdan karta» köçürmə üsulu ilə köçürülmüş 502,14 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsində quraşdırılmış «Paşapay» terminalından köçürülmüş 505 manat, xx.xx.2022-ci il tarixdə «Birbank» mobil tətbiqi vasitəsilə «kartdan karta» köçürmə üsulu ilə köçürülmüş 300 manat, xx.xx.2022-ci il tarixdə «Birbank» mobil tətbiqi vasitəsilə «kartdan karta» köçürmə üsulu ilə köçürülmüş 500 manat, xx.xx.2022-ci il tarixdə saat 15:03 dəqiqədə Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 30-cu məhəllə ərazisində yerləşən «Bazar Store» mağazasında quraşdırılmış terminal vasitəsi ilə köçürülmüş 300 manat, eyni tarixdə və eyni ünvanda saat 15:04 dəqiqədə köçürülmüş 300 manat, xx.xx.2022-ci il tarixdə «Birbank» mobil tətbiqi vasitəsilə «kartdan karta» köçürmə üsulu ilə köçürülmüş 100 manat, xx.xx.2022-ci il tarixdə «Birbank» mobil tətbiqi vasitəsilə «kartdan karta» köçürmə üsulu ilə köçürülmüş 100 manat, xx.xx.2022-ci il tarixdə «Birbank» mobil tətbiqi vasitəsilə «kartdan karta» köçürmə üsulu ilə köçürülmüş 100 manat, xx.xx.2022-ci il tarixdə «Birbank» mobil tətbiqi vasitəsilə «kartdan karta» köçürmə üsulu ilə köçürülmüş 100 manat, cəmi vahid niyyətlə 3007,14 manat pulu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu , dəyən ziyanın ödənilməsini bildirdi O, məhkəmə iclasında ərizə ilə müraciət edərək,zərərçəkənə dəyən ziyanı ödədiyini, barəsində olan olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin yay aylarında X2 tərəfindən bir qrup şəxs "whatsapp" ani mesajlaşma sistemində yatırım edərək qazanc əldə etmək adı ilə aldadılmış “whatsapp” ani mesajlaşma sistemində olan Aidə Əliyevaya məxsus "Yatırım" adlı qrupda o, olsa da ona maddi ziyan dəyməmişdir. Aidə Əliyevanın aldatdığı şəxslər hadisə ilə bağlı DİN-ə müraciət etdiklərinə görə onun barəsində cinayət işi başlanılmış və hər kəs sosial şəbəkədə olan qrupda ona verdikləri pulların batması barədə müzakirələr aparmışdır. O, həmin qrupa özünə məxsus 055 *** ** ** və 051 *** ** ** saylı mobil nömrələr ilə qoşulmuş, həmin vaxt maddi durumu zəif olduğu üçün dələduzluq edərək qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə qrupda danışıq zamanı orada olan şəxslərə güya dünya birjasına əlavə yatırımlar edərək qazanc əldə etməyi təklif etmiş, bu təkliflə bağlı ona bir-neçə nəfər şəxs müraciət etmişdir. Həmin şəxslərdən biri də Zərərçəkmiş şəxs olmuş, o, Zərərçəkmiş şəxs aldadaraq bildirmişdir ki, güya "İnvestAz" vasitəsilə dünya birjasına yatırımlar edərək onun qazanc əldə etməsini təmin edə bilər. Danışıq zamanı o, yalandan özünü “İnvestAz” şirkətinin əməkdaşı kimi təqdim etmiş ki, Zərərçəkmiş şəxs inam yaratsın. Zərərçəkmiş şəxs ilə danışıq zamanı ona investisiya etdiyi məbləğin 5 qatını qazanc kimi verəcəyini yalandan vəd etmiş, Zərərçəkmiş şəxs onun sözlərinə inanaraq 2022-ci ilin iyul ayından həmin ilin sentyabr ayınadək olan müddət ərzində ona göndərdiyi özünə məxsus 5243 7544 1009 3296 saylı “UniBank" kartına dünya birjasına yatırım edərək qazanc əldə etmək adı ilə ümumilikdə 3007 manat pul vəsaiti göndərmişdir. Pul vəsaitinı göndərən zaman Zərərçəkmiş şəxs vəd etmişdir ki, həmin ilin dekabr ayınadək yatırdığı pul vəsaitinin 5 qatını qazanc kimi əldə edəcəkdir. Pul vəsaitini göndərdikdən bir müddət sonra o, Zərərçəkmiş şəxs ilə əlaqəni kəsmiş və ələ keçirdiyi pul vəsaitlərini şəxsi tələbatlarına xərcləmişdir. Göstərmişdir ki, həmin pul vəsaiti ilə heç bir investisiya etməmiş, Zərərçəkmiş şəxs dünya birjasına investisiya edərək qazanc əldə etmək adı ilə aldadaraq pul vəsaitini ələ keçirmiş, o, heç bir investisiya şirkətində işləməmişdir. Zərərçəkmiş şəxs Notarizt qaydada ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanının tam ödənildiyini, ona qarşı şikayəti tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Aida Əliyeva və Pavlov Gennadının dələduzluq işində zərərçəkmiş şəxs olmuşdur. Belə ki, sonuncular onları guya onlayn lotereya qaydasında yardım adı ilə aldadıb 2.250 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişlər. Belə ki, həmin iş hal-hazırda Xəzər Rayon Məhkəməsində araşdırılır və hər ikisi həbsdədir. Həmin işdə təxminən 100 nəfərdən çox zərərçəkmış şəxs olmuş, belə ki, zərərçəkənlərin Whatsapp mesajlaşma tətbiqində qrup olmuş, orada zərərçəkmış şəxslərin içərisində Təqsirləndirilən şəxs da olmuşdur. Belə ki, sonuncu onlara demişdir ki, İnvest Az yatırım şirkətinin əməkdaşıdır və onlara da təklif etmişdir ki, Aidənin işində uduzduqları pulları bu sistem vasitəsilə geri qaytara bilərlər. O da sonuncunun bu vədlərinə inanmış, belə ki, eşitmişdir ki. İnvest Az rəsmi yatırım şirkətidir. Belə ki, Təqsirləndirilən şəxs ona vəd etmişdir ki, yatırım etdiyin məbləğin 1 ay ərzində 3-5 qatını qazanc kimi əldə edə bilər. Buna görə də, o da 16 iyul 2022-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs adına olan Unibank ASC tərəfindən emissiya edilmiş 5243-7544-1009-3296 nömrəli bank kartının hesabına hissəhissə olmaqla ümumilikdə 3.007 manat məbləğində pul köçürmüşdür. Bildırmişdir ki, həmin pulların çox hissəsini mobil tətbiqlər vasitəsilə göndərmiş və həmin pulları sonuncu dəfə 06 sentyabr 2022-ci il tarixdə yaşadığı ünvan 2 ünvanındakı mənzilindən göndərmiş, lakin bu günə kimi də həmin şəxs onun pulunu geri qaytarmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tətəbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal dəyən ziyanı ödəməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması onun özünün ifadəsi, zərərçəkənin ifadəsi və işdə olan sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə də məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün barəsində həbs qətimkan tədbiri seçilmişdir.Ona görə də hazırkı halda barəsində seçilmiş olan həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, cəmi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından həbsdən azad edilsin. «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləgv edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, cəmi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar