Məhkəmə qərarları › İş №1(012)-451/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-451/2020

03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-451/2020 03.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 B ünvanda qeydiyyatda olan və yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqdsədlə xx.xx.2020-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq həyətdə olan birmərtəbəli yarımtikilinin açıq olan plastik pəncərəsindən içəri daxil olub, oradan 1 ədəd 50 manat dəyərində markasını bilmədiyi peyk antena aparatını, 1 ədəd 100 manat dəyərində istifadə olunmuş markasını bilmədiyi stolustu kompyuteri, 1 ədəd 65 manat dəyərində markasını bilmədiyi su nasosunu, 1 ədəd 70 manat dəyərində istifadə olunmuş markasını bilmədiyi televizoru, 1 ədəd 120 manat dəyərində markasını bilmədiyi su qızdırıcısını, 100 manat dəyərində markasını bilmədiyi kondisionerin soyuducusunu və 1 ədəd 70 manat dəyərində 4 gözü olan markasını bilmədiyi stolüstü qaz peçini oğurlayıb, Zərərçəkmiş şəxs ümumilikdə 575 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqdsədlə xx.xx.2020-ci il tarixdə saat 04:30 radələrində tamah niyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq həyətdə olan birmərtəbəli yarımtikilinin açıq olan plastik pəncərəsindən içəri daxil olub, oradan hər birinin dəyəri 80 manat olan, 160 manat dəyərində 2 ədəd qara rəngli “PMZ” markalı tikiş maşınını, 30 manat dəyərində 1 ədəd markasını bilmədiyi elektrik itiləyicisini, 30 manat dəyərində 1 ədəd qırmızı rəngli “Gloria” markalı avtomobil yanğınsöndürmə balonunu, 1 ədəd 40 manat dəyərində xrustal şüşədən olan çilçırağı, 1 ədəd 50 manat dəyərində gəzinti üçün nəzərdə tutulmuş göy rəngli çadırı, 600 manat dəyərində 1 ədəd kondisioneri, mətbəx avadanlıqlarını, yəni 1 ədəd 30 manat dəyərində “Clatronic Stabmixer-Set SMS 3190” markalı 200 Watt mühərrikli dəstəyi qara rəngli mikser aparatını, 1 ədəd 25 manat dəyərində istifadə olunmuş qapağı şüşədən olan tefal qazanı, 1 ədəd 20 manat dəyərində istifadə olunmuş qapağı şüşədən olan tefal qazanı, 1 ədəd 5 manat dəyərində istifadə olunmuş dural materialdan olan gümüşü rəngli tutacağı qara rəngli plastmasdan olan şirniyyat bişirmək üçün qəlibi, 1 ədəd 5 manat dəyərində istifadə olunmuş dural materialdan olan balıq formasında gümüşü rəngli şirniyyat bişirmək üçün qəlibi, 1 ədəd 5 manat dəyərində istifadə olunmuş dural materialdan olan düz formalı gümüşü rəngli şirniyyat bişirmək üçün qəlibi və 50 manat dəyərində qaşıq-çəngəl dəstini oğurlayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1050 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə gecə saat 02:00 radələrində yaşadığı evdən çıxıb oğurluq etmək üçün Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisinə getmişdir. Mehdiabad-Novxanı yolu deyilən əsas yoldan təxminən 50 metr aralıda mişar daşları ilə hasarlanmış fərdi yaşayış evi görmüşdür. Evin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını düşünmüşdür. Evin arxa tərəfində mişar daşından olan hasarın üstünə çıxıb evin həyətinə düşmüşdür. Həyətdə birmərtəbəli yarımtikili olmuşdur. Həyətdə olan nərdivanı həyətə düşdüyü tərəfdən hasara söykəmişdir. Yarımtikilinin plastik pəncərəsi açıq olmuşdur. Həmin açıq pəncərədən içəri daxil olmuşdur. Orada olan 1 ədəd markasını bilmədiyi peyk antena aparatını, 1 ədəd markasını bilmədiyi istifadə olunmuş stolustu kompyuteri, 1 ədəd markasını bilmədiyi su nasosunu, 1 ədəd istifadə olunmuş markasını bilmədiyi televizoru, 1 ədəd markasını bilmədiyi su qızdırıcısını, 1 ədəd markasını bilmədiyi kondisionerin soyuducusunu və 1 ədəd markasını bilmədiyi 4 gözü olan stolüstü qaz peçini ayrıayrılıqda nərdivan vasitəsi ilə həyətdən çölə, yəni küçəyə çıxarmışdır. Bundan sonra o, həmin əşyaları götürüb yola kimi daşımışdır. Yolda dayanıb hərəkət edən markasını və qeydiyyat nömrəsini bilmədiyi ağ rəngli maşını saxlatmışdır. Həmin əşyaları saxlatdırdığı maşına yükləyib yaşadığı ünvan 3 B ünvanda yerləşən evinin həyətinə aparmışdır. Evinin arxa tərəfində yerləşən ona məxsus bağda həmin əşyaları gizlətmişdir. Sabahı gün, yəni xx.xx.2020-ci il tarixdə saat 11-12 radələrində gecə oğurladığı həmin əşyaları Bakı şəhəri, Sabunçu bazarında əvvəllər tanımadığı şəxsə 300 manata satmışdır. 300 manatı isə şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2020-ci il tarixdə gecə saat 04:30 radələrində Abşeron rayonu, Mehdiabad-Novxanı yolunda 1 gün əvvəl girdiyi evə gedib yenə, eyni üsulla hasardan aşaraq həyətə daxil olmuşdur. Həyətin hasarına söykədiyi nərdivan olduğu kimi yerində olmuşdur. Həyətə daxil olduqdan sonra yarımtikilinin açıq olan plastik pəncərəsindən içəri daxil olmuşdur. Orada olan 2 ədəd qara rəngli “PMZ” markalı tikiş maşınlarını, 1 ədəd markasını bilmədiyi elektrik itiləyicisini, 1 ədəd qırmızı rəngli “GLORİA” markalı avtomobil yanğınsöndürmə balonunu, 1 ədəd xrustal şüşədən olan çilçırağı, 1 ədəd göy rəngli çadırı, 1 ədəd markasını bilmədiyi kondisioneri və mətbəx avadanlıqlarını, yəni 1 ədəd markasını bilmədiyi dəstəyi qara rəngli mikser aparatını, 1 dəst, yəni qara rəngli tutacağı plastmasdan, qapağı şüşədən olan 2 ədəd tefal qazanı, qaşıq-çəngəl dəstini, 1 ədəd dural materialdan olan gümüşü rəngli tutacağı qara rəngli plastmasdan olan qəlibi, 1 ədəd dural materialdan olan balıq formasında gümüşü rəngli qəlibi, 1 ədəd düz formalı dural materialdan olan gümüşü rəngli qəlibi eyni üsulla, yəni nərdivan vasitəsi ilə həyətdən çıxarmışdır. Havanın yavaş-yavaş işıqlandığını görüb həmin əşyaları oğurladığı evdən təxminən 100 metr aralıda boş sahədə olan mişar daşından olan hasarın dibinə yığaraq gizlətmişdir. Oğurladığı əşyalardan hamısını bir yerə yığmamaq üçün bəzilərini, yəni 1 ədəd kondisioneri, 1 ədəd elektrik itiləyicisini və qaşıq-çəngəl dəstini digər yerdə gizlətmək üçün Novxanı istiqamətində aparıb dəqiq yadında qalmayan yerdə zibillərin arasında gizlətmişdir. Ancaq həmin əşyaları qoyduğu yeri xatırlaya bilmir. Bir müddət gözləmişdir ki, etdiyi oğurluq hadisəsindən bir xəbər çıxmasa gedib gizlətdiyi həmin əşyaları götürər. xx xxx 2020-ci il tarixdə oğurladığı əşyaları götürmək üçün Mehdiabad qəsəbəsində yerləşən Novxanı yoluna getmişdir. Yolun qırağı ilə piyada gedən zaman iki nəfər polis əməkdaşının ona tərəf gəldiyini görüb qorxduğu üçün qaçmağa başlamışdır. Həmin polis əməkdaşları onu saxlayıb özlərini təqdim etdikdən sonra onu Mehdiabad polis bölməsinə aparmışdırlar. Polis bölməsində onunla söhbət zamanı o, Mehdiabad qəsəbəsində Novxanı yolunda yeni məhəllədə yerləşən evdən oğurluq etdiyini etiraf etmişdir. Etdiyi əməldən peşmandır. İstintaqa əvvəl verdiyi ifadəsində oğurladığı əşyaların hamısını yazmamış, onun işini ağırlaşdıracağını düşünərək qeyd etməmişdir. Zərərçəkmiş şəxs evindən xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə oğurluq hadisəsini edən zaman yanında heç kim olmamışdır, oğurluq cinayətini tək etmişdir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Hazırdaəməlindənpeşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmişZərərçəkmiş şəxs ifadəsindəgöstərmişdirki, evinin bəzi əşyalarını da Mehdiabad qəsəbəsi ərazisində olan bağ evinə yığmışdır. Lakin həmin evdə daimi yaşayış yoxdur. Vaxtı olanda evə baş çəkir. X2 tərəfindən əvvəl verdiyi ifadəsini təsdiq edir, ancaq həmin vaxt evinə tam baxış keçirə bilmədiyi üçün bəzi oğurlanmış əşyalarını əvvəl verdiyi ifadəsində qeyd etməmişdir. Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə səhər saat təxminən 09 radələrində evə baş çəkmək üçün getmiş, həmin vaxt hər şey qaydasında olmuşdur. Bir az bağda iş görüb günorta saatlarında Bakı şəhərinə qayıtmışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 10 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evinə gedərkən görmüş ki, evdən 1 ədəd 50 manat dəyərində markasını bilmədiyi peyk antena aparatı, 1 ədəd 100 manat dəyərində markasını bilmədiyi istifadə olunmuş stolustu kompyuteri, 1 ədəd 65 manat dəyərində markasını bilmədiyi su nasosu, 1 ədəd 70 manat dəyərində istifadə olunmuş markasını bilmədiyi televizoru, 1 ədəd 120 manat dəyərində markasını bilmədiyi su qızdırıcısı, 100 manat dəyərində markasını bilmədiyi kondisionerin soyuducusu və 1 ədəd 70 manat dəyərində markasını bilmədiyi 4 gözü olan stolüstü qaz peçini naməlum şəxslər tərəfindən oğurlanmışdır. Fikirləşmiş ki, bu barədə polisə məlumat verər. Çünki, həmin vaxt şəhərdə işi olmuşdur. xx.xx.2020-ci il tarixdə yenidən evə baş çəkmək üçün gəldikdə aşkar etmişdir ki, hər birinin dəyəri 100 manat olan, ümumi dəyəri 200 manat olan 2 ədəd qara rəngli “PMZ” markalı tikiş maşınları, 1 ədəd 30 manat dəyərində markasını bilmədiyi elektrik itiləyicisi, 1 ədəd 80 manat dəyərində qırmızı rəngli “GLORİA” markalı avtomobil yanğınsöndürmə balonu, 1 ədəd 100 manat dəyərində xrustal şüşədən olan çilçıraq, 1 ədəd 50 manat dəyərində gəzinti üçün nəzərdə tutulmuş göy rəngli çadır, 1 ədəd 600 manat dəyərində markasını bilmədiyi kondisioneri və ümumi dəyəri 200 manat olan mətbəx avadanlıqları, yəni 1 ədəd 50 manat dəyərində “Clatronic Stabmixer-Set SMS 3190” markalı 200 Watt mühərrikli dəstəyi qara rəngli mikser aparatı, 1 dəst, yəni qara rəngli tutacağı plasmasdan, qapağı şüşədən olan ümumi dəyəri 50 manat olan 2 ədəd tefal qazan, 50 manat dəyərində olan qaşıq-çəngəl dəsti, 1 ədəd 20 manat dəyərində dural materialdan olan gümüşü rəngli tutacağı qara rəngli plasmasdan olan şirniyyat bişirmək üçün qəlib, 1 ədəd 20 manat dəyərində dural materialdan olan balıq formasında gümüşü rəngli şirniyyat bişirmək üçün qəlib, 1 ədəd 10 manat dəyərində düz formalı dural materialdan olan gümüşü rəngli şirniyyat bişirmək üçün qəlibi naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bu barədə dərhal Abşeron RPİ-nin Mehdiabad PB-nə ərizə ilə müraciət etmişdir. Ərizəsində göstərdiyi qaşıq-çəngəl dəstini ifadəsində mətbəx avadanlıqları kimi göstərmişdir. Oğurluq nəticəsində ümumilikdə ona 1835 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd etdiyi əşyaların bir qismi ona qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid1 ifadəsində göstərmişdir ki, 2001-ci ildən DİO-da, 2016-cı ildən Abşeron RPİ-nin Mehdiabad PB-də Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə vət. Babayev X1 PB-nə ərizə ilə müraciət edərək Mehdiabad qəsəbəsində Novxanı yolunda yeni məhəllədə yerləşən evindən oğurluq olması barədə məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə Mehdiabad PB-nin sahə rəisi Şahid2la birlikdə Mehdiabad qəsəbəsində Novxanı yolunun yaxınlığında “Taxtalı ev” deyilən yerin yaxınlığında xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışdırlar. Bu zaman həmin şəxs qaçmağa başlamışdır. Bir qədər qaçdıqdan sonra onlar həmin şəxsi saxlayıb, özlərini təqdim etdikdən sonra Mehdiabad Polis bölməsinə gətirmişdirlər. Polis bölməsində həmin şəxsin 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılmış fərdi söhbət zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs evindən baş vermiş oğurluq hadisəsini məhz Sənan törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı əşyaların bir qismini istintaq zamanı təqdim etmişdir. Həmin əşyaların götürülməsi zamanı özü də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/1496 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, aparılmış tədqiqat nəticəsində respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir:

1. İstifadədə olmuş, qara rəngli “PMZ” markalı tikiş maşını hər birinin qiyməti 80 manat olan 2 ədədi 160 manat;

2. İstifadədə olmuş, gəzinti üçün nəzərdə tutulmuş göy rəngli çadır 1 ədəd 50 manat;

3. İstifadədə olmuş, qırmızı rəngli “Gloria” markalı avtomobil yanğınsöndürmə balonu 1 ədəd 30 manat;

4. İstifadədə olmuş, xrustal şüşədən olan çilçıraq 1 ədəd 40 manat;

5. İstifadədə olmuş, “Clatronic Stabmixer-Set SMS 3190” markalı 200 Watt mühərrikli dəstəyi qara olan mikser aparatı 1 ədəd 30 manat;

6. İstifadədə olmuş, dural materialdan olan gümüşü rəngli tutacağı qara rəngli plastmasdan olan şirniyyat bişirmək üçün qəlib 1 ədəd 5 manat;

7. İstifadədə olmuş, dural materialdan olan balıq formasında gümüşü rəngli şirniyyat bişirmək üçün qəlib 1 ədəd 5 manat;

8. İstifadədə olmuş, dural materialdan olan düz formalı gümüşü rəngli şirniyyat bişirmək üçün qəlib 1 ədəd 5 manat;

9. İstifadədə olmuş, qapağı şüşədən olan tefal qazan 1 ədəd 25 manat;

10. İstifadədə olmuş, qapağı şüşədən olan tefal qazan 1 ədəd 20 manat. Beləliklə, ekspertiza tədqiqatına təqdim edilmiş 10 adda malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 370,00 manat müəyyən edilir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 2 ədəd qara rəngli “PMZ” markalı tikiş maşını; 1 ədəd gəzinti üçün nəzərdə tutulmuş göy rəngli çadır; 1 ədəd qırmızı rəngli “Gloria” markalı avtomobil yanğınsöndürmə balonu; 1 ədəd xrustal şüşədən olan çilçıraq; 1 ədəd “Clatronic Stabmixer-Set SMS 3190” markalı 200 Watt mühərrikli dəstəyi qara rəngli mikser aparatı; 1 ədəd dural materialdan olan gümüşü rəngli tutacağı qara rəngli plasmasdan olan şirniyyat bişirmək üçün qəlib; 1 ədəd dural materialdan olan balıq formasında gümüşü rəngli şirniyyat bişirmək üçün qəlib; 1 ədəd dural materialdan olan düz formalı gümüşü rəngli şirniyyat bişirmək üçün qəlib; 2 ədəd qapağı şüşədən olan tefal qazan maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində 02 gün və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək saxlandığı 05 ay 20 gün barəsində ev dustaqlığında qətimkan tədbirinin tətbiq olunması nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd qara rəngli “PMZ” markalı tikiş maşını; 1 ədəd gəzinti üçün nəzərdə tutulmuş göy rəngli çadır; 1 ədəd qırmızı rəngli “Gloria” markalı avtomobil yanğınsöndürmə balonu; 1 ədəd xrustal şüşədən olan çilçıraq; 1 ədəd “Clatronic Stabmixer-Set SMS 3190” markalı 200 Watt mühərrikli dəstəyi qara rəngli mikser aparatı; 1 ədəd dural materialdan olan gümüşü rəngli tutacağı qara rəngli plasmasdan olan şirniyyat bişirmək üçün qəlib; 1 ədəd dural materialdan olan balıq formasında gümüşü rəngli şirniyyat bişirmək üçün qəlib; 1 ədəd dural materialdan olan düz formalı gümüşü rəngli şirniyyat bişirmək üçün qəlib; 2 ədəd qapağı şüşədən olan tefal qazan ibtidai istintaq zamanı saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində 02 gün və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək saxlandığı 05 ay 20 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan 2 ədəd qara rəngli “PMZ” markalı tikiş maşını; 1 ədəd gəzinti üçün nəzərdə tutulmuş göy rəngli çadır; 1 ədəd qırmızı rəngli “Gloria” markalı avtomobil yanğınsöndürmə balonu; 1 ədəd xrustal şüşədən olan çilçıraq; 1 ədəd “Clatronic Stabmixer-Set SMS 3190” markalı 200 Watt mühərrikli dəstəyi qara rəngli mikser aparatı; 1 ədəd dural materialdan olan gümüşü rəngli tutacağı qara rəngli plasmasdan olan şirniyyat bişirmək üçün qəlib; 1 ədəd dural materialdan olan balıq formasında gümüşü rəngli şirniyyat bişirmək üçün qəlib; 1 ədəd dural materialdan olan düz formalı gümüşü rəngli şirniyyat bişirmək üçün qəlib; 2 ədəd qapağı şüşədən olan tefal qazan ibtidai istintaq zamanısaxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir.

Sədrlik edən Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar