Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-451/2021 30.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ İ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs -Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafəiçisi – Xırdalan Şəhər Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Yardımlı rayonu, Vəlixanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər Şəhəciyi” yaşayış kompleksi, ev 19, mənzil 25 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 28 iyun 2021-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, «Gənclər Şəhərciyi» yaşayış kompleksi, ev 19, mənzil 25 ünvanında, yaşadıqları evdə olan zaman Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında sonuncunun başqa bir qadınla mesajlaşması ilə bağlı qısqanclıq zəminində mübahisə yaranmış və bu mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri ilə döyərək ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların, sol üst və alt göz qapaqları, sol gözaltı nahiyə də əhatə olunmaqla, eləcə də boyun nahiyəsinin sol yan səthinin, sağ kürəküstü nahiyənin, sol bud nahiyəsinin yuxarı 1/3-nin qançırları, sağ kürəküstü nahiyənin sıyrığı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 14 ildir ki. evlidir və bu nikahdan onların üç övladı vardır. O, aptekdə iş icraçısı vəzifəsini yerinə yetirdiyindən bəzən qadın işçiləri işə qəbul edir. Lakin, arvadı Zərərçəkmiş şəxs hər dəfə buna etiraz edərək tanımadığı həmin qadınlar barəsində nalayiq ifadələr işlədir. Təxminən bir ay əvvəl Zərərçəkmiş şəxs onun işlədiyi aptekə gələrək işlərinə müdaxilə etdiyindən onlar arasında mübahisə yaranmış və bu səbəbdən də o, həmin vaxtdan evə getməmişdir. Buna baxmayaraq son günlər ərzində günorta saatlarında o, övladlarını görmək üçün evinə getsədə fikri Zərərçəkmiş şəxs boşanmaq olmuşdur. 28 iyun 2021-ci il tarixdə saat 16 radələrində o, yenə də birgə yaşadıqları evə gedərək bir qədər yatıb dincəlmişdir. Yuxudan oyandıqdan sonra o, telefonu vasitəsilə işçisi ilə danışan zaman digər telefonunun Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs qışqıraraq onun ünvanına təhqiramiz ifadələr səsləndirmiş və telefonunda olan yazışmaların nə olduğunu soruşmuşdur. Buna görə də o. Təhminədən telefonunu almış və əsəbi olduğu üçün sonuncunun sifətinə sillə ilə 4 dəfə güclü zərbə vurmuşdur. Bu zaman Zərərçəkmiş şəxs daha ucadan qışqırmağa başladığından o, qonşuların yanında biabır olduğunu düşünərək oradan çıxıb getmişdir. O, əlavə olaraq aralarında yaranmış mübahisənin 4-5 dəqiqə davam etdiyini və həmin vaxt orada başqa şəxslərin olmadığını bildirmiş, eləcə də Təhminənin sifət nahiyəsinə bir neçə dəfə sillə zərbələri vursa da onu yumruq və təpiklə vurmadığını, yerə yıxmadığını qeyd etmişdir. Sonda o, Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə baxışında Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət təqibinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2007-ci ildə ailə həyatı qurmuş və birgə nikahlarından onların 3 övladı dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da son zamanlar Təqsirləndirilən şəxs başqa bir qadınla yaxın münasibətdə olduğundan onların bu münasibətləri pisləşmişdir. Belə ki, Təqsirləndirilən şəxs son 1 ay ərzində ümumiyyətlə evə gəlməmiş, evdə olduğu vaxtlarda isə ona öz telefonuna baxmasına imkan verməmişdir. Təqsirləndirilən şəxs bu cür hərəkətləri onda şübhə yaratmış və 28 iyun 2021-ci il tarixdə yaşadıqları evdə olan zaman o, təsadüfən Rəman Abdullayevin başqa bir qadınla mesajlaşdığını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əsəbləşərək ondan ayrıldığını bildirmiş və telefonuna baxmağa ixtiyarı olmadığını demişdir. Davamında isə Təqsirləndirilən şəxs onun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq onu yerə yıxmış, yerdə olan zaman isə təpik və yumruqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmağa başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs oradan çıxıb getmiş, o isə qardaşı Elçinə zəng vuraraq olanları danışmış, sonuncu isə öz növbəsində DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. O, əlavə olaraq aralarında yaranmış mübahisənin 4-5 dəqiqə davam etdiyini, həmin vaxt orada başqa şəxslərin olmadığını da bildirdi. Hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq olduğu üçün ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirdi. Ona görə məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Bundan əlavə, məhkəmə baxışında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını göstərərək, sonuncunun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və X4 rayon şöbəsinin 29.06.2021-ci il tarixli 1380 saylı rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların –sol üst və alt göz qapaqları sol gözaltı nahiyə də əhatə olunmaqla eləcə də boyun nahiyyəsinin sol yan səthinin, sağ kürəküst nahiyyəsinin, sol bud nahiyyəsinin yuxarı 1/3-nin qançırları, sağ kürəküstü nahiyyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsərindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, 28 iyun 2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və məhkəməyədək sadələşdirilmiş icraat materialında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş məhkumluq barədə 06 iyun 2021-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsya hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, hazırki cinayət təqibi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbirinin seçilməsi yolverilməzdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təhqiqat araşdırması zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 (yetmiş iki) manat məbləğində, məhkəmə baxışı zamanı isə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-347, 356, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxsya hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs təhqiqat araşdırması zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 (yetmiş iki) manat məbləğində, məhkəmə baxışı zamanı isə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qəradan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-451/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-451/2021
30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver