Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-452/2023 09.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Adıgözəl qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1969-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə 25 fevral 2023-cü il tarixdə saat 18:00 radələrində arvadı X4 və qızı Şahid2 ilə birlikdə sonuncuya cehizlik mebel almaq məqsədilə daxil olduğu Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Ər-Riyad” ticarət mərkəzinin içərisində - birinci sıranın sonunda fəaliyyət göstərən “Röyal” adlı mebel mağazasındakı satlıq qoltuğun üzərindən həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs Adıgözəl qızına məxsus olan 1 ədəd 3000 (üç min) manat dəyərində “i- Phone 13 Pro Max” markalı mobil telefonu və həmin telefonun üzlüyünün alt hissəsində saxlanılan 300 (üç yüz) manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3300 (üç min üç yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununlа dа Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Rеspublikаsı CM-nin 177.1-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Аzərbаycаn Rеspublikаsı CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. 25 fevral 2023-cü il tarixdə arvadı X4 ilə birlikdə Abşeron rayonu ərazisində yerləşən “Ər-Riyad” ticarət mərkəzinə mebel mağazalarına baxmaq üçün getmişlər. Bir neçə mağazanı gəzdikdən sonra ticarət mərkəzinin 1-ci sırasının sonunda yerləşən mebel mağazasına daxil olmuşlar. Mebellərə baxdıqları vaxt dükandakı divanın üstündə “i-Phone 13 Pro Max” markalı mobil telefon olduğunu görmüşdür. Mağazada yalnız satıcı qızın olduğunu və satıcının başının arvadı ilə söhbətə qarışdığını görüb həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Telefonu götürüb əynindəki gödəkçənin sağ yan cibinə qoymuşdur. Arvadı satıcı qız ilə təxminən 5 dəqiqə mebellər haqqında söhbət etdikdən sonra birlikdə mağazanı tərk etmişlər. Daha sonra başqa mebel mağazasına baxıb ticarət mərkəzini tərk edərək evə qayıtmışlar. Yaşadığı evin qarşısına çatdıqdan sonra arvadı evə qalxmış, özü isə avtomobildə qalmışdır. Oğurladığı telefonu cibindən çıxarıb baxarkən üzlüyünün alt hissəsində 300 manat pul aşkarlamışdır. 26 fevral 2023-cü il tarixdə işləri ilə əlaqədar yenidən “Ər-Riyad” ticarət mərkəzinə getdikdə polis əməkdaşları tərəfindən saxlanılmışdır.Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində oğurladığı “i-Phone 13 Pro Max” markalı mobil telefonun sahibini əvvəlcədən tanımadığını, oğurluq nəticəsində əldə etdiyi 300 manat pulu şəxsi ehtiyaclarına xərclədiyini və başqa hər hansı oğurluq əməli törətmədiyini bildirmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Adıgözəl qızı ifadəsində göstərmişdir ki, 25 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzinə edilmiş müraciət və Abşeron rayon Polis İdarəsinə ünvanlanmış ərizə ona məxsusdur. “Ər-Riyad” ticarət mərkəzində yerləşən “Röyal” mebel mağazasında satış meneceri işləyir. 25 fevral 2023-cü il tarixdə saat 17:00 radələrində işlədiyi mağazada olan zaman ikisi qadın, biri kişi olmaqla 3 nəfər şəxs müştəri qismində mağazaya daxil olub satlıq mebellərlə maraqlanmağa başlamışlar. Təxminən 20 dəqiqə mebellərə baxdıqdan sonra həmin şəxslər mağazanı tərk etmişlər. Bundan sonra mağazadakı qoltuqun üzərinə nəzər saldıqda oraya qoyduğu özünə məxsus “i-Phone 13 Pro Max” markalı mobil telefonun yerində olmadığını görmüş və oğurlandığını anlamışdır. Əvvəlcə, bu barədə Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzinə məlumat vermiş, daha sonra Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs ümumiyyətlə tanımadığını, baş vermiş hadisə nəticəsində ona 3300 manat ziyan dəydiyini, oğurlanmış “i-Phone 13 Pro Max” markalı mobil telefonun qiymətinin 3000 manat olduğunu, həmin telefonun üzlüyünün alt hissəsində 300 manat nağd pul saxladığını bildirmişdir. Dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəməyə teleqramla müraciət etmiş şahid X2 elan olunmuş ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Təqsirləndirilən şəxs arvadıdır. Onlar Farizlə 1993-cü ildə ailə qurmuş və həmin nikahdan 2 uşaqları - 1994-cü ildə Bayram adlı oğlu, 1998-ci ildə isə Şəfiqə adlı qızı dünyaya gəlmişdir. Azərbaycan Respublikası Prezidenti yanında X3 filoloq-müəllim işləyir. Nə özü, nə də ailə üzvləri Zərərçəkmiş şəxs Adıgözəl qızını əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Qızı Şəfiqənin 2023-cü ilin yay aylarında baş tutacaq toyuna hazırlaşdıqları üçün cehiz almaq qərarına gəlmişlər. Bu məqsədlə 25 fevral 2023-cü il tarixdə saat 18:00-19:00 radələrində mebellərə və ev əşyalarına baxmaq üçün əri Fariz və qızı Şəfiqə ilə birlikdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Ər-Riyad” ticarət mərkəzinə getmişlər. Ticarət mərkəzinə daxil olub növbə ilə mebellər satılan mağazalara baş çəkməklə münasib qiymətə mebel və ev əşyası axtarmağa başlamışlar. Bir neçə mebel mağazasını gəzdikdən sonra ticarət mərkəzinin 1-ci sırasının sonunda yerləşən “Röyal” adlı mebel mağazasına daxil olmuşlar. Bu zaman adını bilmədiyi satıcı qız onları qarşılayıb necə köməklik göstərə biləcəyini soruşmuş, o, həmin satıcı qızla söhbət edərkən qızı Şəfiqə yanında dayansa da, əri onlardan bir qədər aralıda durmuşdur. Həmin vaxt başı satıcı qızla söhbətə qarışdığı üçün Farizin nə işlə məşğul olduğunu görməmişdir. Təxminən 4-5 dəqiqə satıcı qızla mebellər haqqında söhbət etdikdən sonra birlikdə mebel mağazasını tərk edib evə qayıtmışlar. Ertəsi gün, yəni 26 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində Farizin həmin mebel mağazasında baş vermiş oğurluqla bağlı Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Hadisə ilə maraqlandıqda Farizin mebel mağazasında olarkən satıcı qıza məxsus mobil telefonu oğurladığını öyrənmişdir. Ancaq Fariz nə ona, nə də qızlarına törətdiyi hadisə barəsində əvvəlcədən məlumat verməmiş, bu barədə məlumatı polis idarəsindən almışlar. Məhkəməyə teleqramla müraciət etmiş Şahid2 elan olunmuş ifadəsindən görünür ki, şahid X2 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinаyət əməlini törətməsinə əsаslı dəlillər оlduğu üçün 26 fevral 2023-cü il tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə “X5” MMCnin 03 aprel 2023-cü il tarixli 40 nömrəli rəyindən görünür ki, işlənmiş vəziyyətdə olan 1 ədəd “i-Phone 13 Pro Max” markalı mobil telefonun 2023-cü ilin fevral ayına olan orta bazar satış qiyməti nəzəri hesablama yolu ilə 2650 (iki min altı yüz əlli) manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 26 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Adıgözəl qızı iş üzrə maddi sübut kimi tanınmış özünə məxsus “i-Phone 13 Pro Max” markalı mobil telefonu təhvil almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 21 mart 2023-cü il tarixli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin 25 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 23 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının 2.5-ci bəndinə əsasən Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 17 mart 2017-ci il tarixli qərarı ilə azad olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə dogurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldıgı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə baglı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uygun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını agırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uygun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az agır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıgın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldıgı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldıgı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “İ-Phone 13 Pro Max” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs Adıgözəl qızına qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləgində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş islah işləri cəzasından çıxılsın və üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 il 11 ay 22 gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “İ-Phone 13 Pro Max” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs Adıgözəl qızına qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləgində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olundugu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdıgı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-452/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-452/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver