Məhkəmə qərarları › İş №1(012)-453/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-453/2020

09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-453/2020 09.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi3 və Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1992-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yaşayır, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə, xx xxxx 1968-ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayonu Sovetski adlanan ərazidə yaşayır, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 20 manat pul müqabilində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün sifariş vermiş, sonuncu həmin tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi 2 ədəd bükümdə 0,748 qram narkotik vasitə heroini 20 manat pul müqabilində qanunsuz olaraq əldə edib üstündə saxlayaraq, həmin narkotik vasitə heroinin 0,299 qram hissəsini götürüb siqaretin gümüşü kağızına qablaşdıraraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoyaraq üzərində saxlamış, həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs1 onunla Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində görüşüb sifariş etdiyi 2 ədəd siqaretin gümüşü kağız bükümündə, ayrı-ayrılıqda hər birinin təmiz çəkiləri 0,211 qram və 0,238 qram, ümumi təmiz çəkisi 0,449 qram narkotik vasitə olan heroini 20 manat pul müqabilində Təqsirləndirilən şəxs1 aldıqdan sonra Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib xidməti otaqda üstlərinə şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,449 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə 2 ədəd bükümdə 0,748 qram narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs2 sifarişi ilə 20 manat pul müqabilində qanunsuz olaraq əldə edib üstündə saxlamış, öz mənfəəti üçün həmin narkotik vasitə heroinin 0,299 qram hissəsini götürüb siqaretin gümüşü kağızına qablaşdıraraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoyaraq üzərində daşıyaraq saxlamış, həmin gün saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində görüşüb, 2 ədəd siqaretin gümüşü kağız bükümündə, ayrı-ayrılıqda hər birinin təmiz çəkiləri 0,211 qram və 0,238 qram, ümumi təmiz çəkisi 0,449 qram narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 20 manata satmış və Təqsirləndirilən şəxs2 ayrıldıqdan sonraözü və Təqsirləndirilən şəxs2 Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib xidməti otaqda üstlərilərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızı bükümündə 0,299 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynində olan mavi rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd bükümdə,ümumi təmiz çəkisi 0,449 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2onaelanedilmişittihamüzrəözünütəqsirlibilərək, ifadəsində göstərmişdirki,bir neçə aydır ki, narkotik vasitələrin qəbulu ilə məşğul olmuş və narkotik maddə olan heroin qəbul edir. xx.xx.2020-ci il tarixdə tanışı Rövşənə zəng edib satdıq narkotik vasitə heroini olub-olmadığını soruşmuş, Rövşən hazırda satdıq heroininin olduğunu dedikdə, Rövşənə onun üçün 2 büküm heroin gətirməsini bildirmişdir. Rövşən bunun müqabilində ondan 20 manat pul istəmişdir. Onlar telefonda razılaşdıqdan sonra saat 18:00 radələrində Rövşənlə Hökməli qəsəbəsi ərazisində görüşmüşlər, orada 20 manat pulu Rövşənə verdikdən sonra Rövşən üzərində olan 2 ədəd siqaretin gümüşü kağızına bükülü olan heroini ona vermişdir. Heroini Rövşəndən alıb bir qədər aralandıqdan sonra polis əməkdaşları ona yaxınlaşıb, onu Abşeron RPİ-in Qobu PB-nə gətirmişlər. Orada ona hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirilməyə başlanılmışdır. Bu zaman öz istifadəsi üçün əynində olan mavi rəngli gödəkcənin sağ yan cibində saxladığı iki ədəd siqaretin gümüşü kağızında olan bükülünü çıxarıb stolun üstünə qoymuş və həmin bükülüdə narkotik maddə olan heroin olduğunu, onu da Abşeron rayonunda tanışı Rövşəndən 20 manata aldığını demişdir. Sonra polis əməkdaşları həmin bükülüdə olan narkotik maddə olan heroin zərfə qoymuşlar və zərf möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, özü və digər iştirakçılar tərəfindən zərfə və protokola imza etmişlər. Üzərində aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlamışdır. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, əvvəllər də 3-4 dəfə Təqsirləndirilən şəxs1 narkotik vasitə heroin almışdır. Hazırdatörətdiyiəməldənpeşmançılıqçəkir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirlibilərək, ifadəsində göstərmişdirki, bir neçə ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2020-ci il tarixdə saat 16.00 radələrində tanışı Seymur ona zəng edib ondan narkotik vasitə heroin olub-olmadığını soruşmuş və onun üçün 20 manat pul müqabilində kimdənsə narkotik vasitə heroin almağını xahiş etmişdir. Seymura kimdənsə heroin alıb verə biləcəyini demişdir. Bu zaman Seymur ona 20 manata 2 büküm heroin alıb gətirməyini və pulu görüşən zaman ona verəcəyini bildirmişdir. Onlar telefonda razılaşdıqdan sonra Yasamal rayonu ərazisinə gedib tanımadığı şəxsdən 20 manata 2 büküm narkotik vasitə heroin almışdır. Sonra şəxsi istifadəsi üçün həmin bükümlərin üzərindən bir qədər götürüb bükümlərin sayını 3 ədəd etmişdir. Həmin günü saat 18:00 radələrində Seymurla Hökməli qəsəbəsi ərazisində görüşmüşlər. Orada 20 manat pulu Seymurdan aldıqdan sonra üzərində olan 3 ədəd siqaretin gümüşü kağızına bükülü olan heroinin 2 bükümünü Seymura vermişdir. Heroini Seymura verib bir qədər aralandıqdan sonra iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, vəsiqələrini göstərməklə özlərini təqdim edib, Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan adını və soy adını soruşduqda, adını və soy adını onlara bildirdikdən sonra, polis əməkdaşları onu Qobu PB-nə dəvət etmişlər. Etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində olduğu zaman üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi ona izah olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd büküm aşkar edilmişdir. Sonra üstündən aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Polis əməkdaşları tərəfindən ona izah edilmişdir ki, üzərindən aşkar edilmiş maddənin çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndəriləcəkdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, üstündən aşkar edilmiş narkotik vasitə olan heroini xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən aldığını və öz istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini demişdir. Sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. Sorğu edildikdə, Təqsirləndirilən şəxs2 ilk dəfə ondan narkotik vasitə almağı sifariş etdiyini bilirmişdir. Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Hazırdatörətdiyiəməldənpeşmançılıqçəkir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,Abşeron rayonu X2 PB-nin əməliyyat müvəkkili işləyir. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Sovetski adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs1 Abşeron rayonu Hökməli qəsəbəsinin ərazisində qanunsuz olaraq narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması ilə bağlı məxfi mənbədən məlumat əldə etmişdir. Məlumatın yoxlanması və Təqsirləndirilən şəxs1 cinayətbaşında yaxalanması üçün ətrafında əməliyyat tədbirinin keçirilməsinə və əməliyyat qrupunun yaradılmasına icazə verilməsi üçün həmin tarixdə raport ilə Abşeron rayon X2 PB-nin rəisinə müraciət etmişdir. İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat tədbiri keçirilməsinə və əməliyyat qrupun yaradılmasına göstəriş verilmişdir. Həmin tarixdə tərəfindən Qobu PB-nin sahə rəisi Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmış və həmin gün saat 21 radələrində onlar Təqsirləndirilən şəxs1Abşeron rayonu Hökməli qəsəbəsində olduğunu müəyyən edib və ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduğunu bildirmişlər. Həmin vaxt onlar mülki geyimdə olmuşlar. Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə etməkdə və satmaqda, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmiş və onların təklifi ilə Abşeron rayon X3 PB-nə gəlmişlər. Polis Bölməsinin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis mayoru İlkin Ağayevin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmazdan əvvəl aparılacaq vidio çəkilişlə əlaqədar etirazının olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs1 buna etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üstündə narkotik vasitə və cinayət xarakterli hər hansı əşya varsa onları təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində olan bir ədəd siqaretin gümüşü kağız bükümü təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu, tanışı Təqsirləndirilən şəxs2 üçün iki büküm heroin aldığını, həmin iki bükümdən 3 büküm hazırladığını, iki bükümü Təqsirləndirilən şəxs2 verdiyini, bir büküm isə özündə saxladığını bildirmişdir.Həmin bükümün işərisində qəhvəyi rəngli tozşəkilli heroinə oxşar maddə aşkar edilmişdir.Təqsirləndirilən şəxs1 həmin maddənin narkotik vasitə heroin olduğunu, həmin gün Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs2 üçün 20 manata aldığı iki büküm heroindən özü üçün bir bükümdə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs1 üstündə cinayət xarakterli başqa heç bir əşya aşkar olunmamışdır. Beləliklə də Təqsirləndirilən şəxs1 aşkar edib götürdükləri həmin maddə zərfə qoyulub, qablaşdırılmış və zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, onlar da protokolu imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4şahid MahirŞəbiyevin ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və Abşeron rayonu X2 PB-nin əməliyyat müvəkkili işləyir. xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 Abşeron rayonu Hökməli qəsəbəsinin ərazisində qanunsuz olaraq narkotik vasitələrin qəbulu ilə məşğul olması ilə bağlı məxfi mənbədən məlumat əldə etmişdir. Məlumatın yoxlanması və Təqsirləndirilən şəxs2 cinayət başında yaxalanması üçün ətrafında əməliyyat tədbirinin keçirilməsinə və əməliyyat qrupunun yaradılmasına icazə verilməsi üçün həmin tarixdə raport ilə Abşeron rayon X2 PB-nin rəisinə müraciət etmişdir. İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat tədbiri keçirilməsinə və əməliyyat qrupun yaradılmasına göstəriş verilmişdir. Həmin tarixdə Qobu PB-nin sahə rəisi Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır.Həmin gün saat 21:30 radələrində onlarTəqsirləndirilən şəxs2 Abşeron rayonu Hökməli qəsəbəsində olduğunu müəyyən edib, ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər. Həmin vaxt onlar mülki geyimdə olmuşlar. Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər və onların təklifi ilə Abşeron rayon X3 PB-nə gəlmişlər. Polis Bölməsinin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis mayoru İlkin Ağayevin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmazdan əvvəl aparılacaq vidio çəkilişlə əlaqədar etirazının olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs2 buna etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üstündə narkotik vasitə və cinayət xarakterli hər hansı əşya varsa onları təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki mavi rəngli gödəkçəsinin sağ yan cibində olan iki ədəd siqaretin gümüşü kağız bükümü təqdim edərək, bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, tanışı Təqsirləndirilən şəxs1 20 manata özü qəbul etmək üçün aldığını bildirmişdir.Həmin bükümlərin içərisində qəhvəyi rəngli tozşəkilli heroinə oxşar maddə aşkar edilmişdir.Təqsirləndirilən şəxs2 üstündə cinayət xarakterli başqa heç bir əşya aşkar edilməmişdir. Beləliklə də Təqsirləndirilən şəxs2 aşkar edib götürdükləri həmin maddə zərfə qoyulmuş, qablaşdırılmış və zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, onlar da protokolu imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Əhməd oğluşahid VüsalZülfüqarlınınifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3856saylırəyindəgöstərilirki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 0,299 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,249 qram – 0,05 qram heroin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3855 saylırəyindəgöstərilirki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...” sözlər və imzalar olan bir ədəd zərfdəki iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,211 qram, 0,238 qram, ümumi təmiz çəkisi – 0,449 qram olan maddələr xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,349 qram – 0,1 qram (hər ob 0,05qr) heroin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 6/363 saylırəyindəgöstərilirki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqt Obyekti №74” ştamp əksi olan paketlərdəki, vət. Təqsirləndirilən şəxs2 Cəmil oğlundan götürülmüş 2(iki) ədəd bükümdə heroinlər(qalıq 0,289 qram – 0,06 qram heroin tədqiqata sərf edilmişdir), vət. Təqsirləndirilən şəxs1 götürülmüş 1(bir) bükumdə olan heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir (qalıq 0,219 qram – 0,03 qram heroin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 1240saylırəyindəgöstərilirki, Təqsirləndirilən şəxs1tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1648saylırəyindəgöstərilirki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. İş üzrə Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli, 9/2018 saylı məktubundan görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 7(042)-9/2018 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində olan 3000 manat cərimə cəzası daha ağır cəza növü olan 300 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs2 zəruri icra tədbirləri ilə xx.xx.2019-cu il tarixdə ictimai işə göndərilməsi təmin edilmiş və cəzasını başa vurduqdan sonra probasiya qeydiyyatından çıxarılmışdır. Hazırda Təqsirləndirilən şəxs2 barəsində Gədəbəy rayon İcra və Probasiya şöbəsinin qeydiyyatında hökm və ya məhkəmə qərarı yoxdur. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərinə video çəkliş ilə baxış keçirilmiş və iki ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 02ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncunun əynində olan mavi rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinnin, Təqsirləndirilən şəxs1üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncunun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızı bükümündə kustar üsulla hazırlanmış narkotik vasitə heroinnin aşkar edilməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin öz ifadələri, şahidlərin ifadələri və ekspertlərin rəyləri ilə Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və üzərində gəzdirməsi, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi və üzərində gəzdirməsi sübuta yetirilmişdir. Həmin sübutlar mənbələrinə görə mötəbərdir və bir-birini tamamlayır. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə, Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. Etdiyi cinayətə görə təqsirkarlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 297 manat 52 qəpik ekspertiza xərci məhkumlardan müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş qalıq çəkisi 0,219qram, Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş qalıq çəkisi 0,289qram olan narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 297 manat 52 qəpik ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,219qram və qalıq çəkisi 0,349qram olan narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar