Məhkəmə qərarları › İş №1(012)-453/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-453/2022

30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-453/2022 30.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Vəkil Bürosunun vəkil Müdafiəçi qızının iştirakları ilə xx.xx.1988-ci il ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilətəqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 04 radələrində, xx.xx.2022-ci il tarixdə saat 05 radələrində və xx.xx.2022-ci il tarixdə saat 04 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə hasardan keçməklə, bundan başqa həyətdə anbar kimi nəzərdə tutulmuş tikilinin qapısını açmaqla qanunsuz daxil olub 1 ədəd 1500 manat dəyərində Kamaz markalı yük avtomobilinə aid mühərrikin valını, 1 ədədi 60 manat olmaqla ümumi 480 manat dəyərində 8 ədəd Kamaz markalı yük avtomobilinə aid mühərrikin başlığını, 7 ədəd ümumi 460 manat dəyərində 26 dişli most şestirnasını, 1 ədədi 70 manat olmaqla ümumi 560 manat dəyərində 8 ədəd 13 dişli most şestirnasını, 1 ədəd 180 manat dəyərində kardanı, 1 ədədi 70 manat olmaqla ümumi 490 manat dəyərində 7 ədəd arxa kardanı, 1 ədədi 100 manat olmaqla ümumi 300 manat dəyərində 3 ədəd stupça (təkər bağlanan yer), 1 ədədi 40 manat olmaqla ümumi 240 manat dəyərində 6 ədəd reaktiv ştanqanı, 1 ədədi 50 manat olmaqla ümumi 100 manat dəyərində 2 ədəd barabanı, 1 ədəd 140 manat dəyərində cütləşdiricini (parasonik), 1 ədədi 50 manat olmaqla ümumi 150 manat dəyərində 3 ədəd razdatkanı, 1 ədədi 20 manat olmaqla ümumi 240 manat dəyərində 12 ədəd kardan flansını, 1 ədədi 150 manat olmaqla ümumi 450 manat dəyərində 3 ədəd Kamaz markalı avtomobilin mostunun 49 diş şestirnasını, 1 ədədi 150 manat olmaqla ümumi 600 manat dəyərində 4 ədəd Kamaz markalı avtomobilin mostunun 50 diş şestirnasını, 1 ədədi 150 manat olmaqla ümumi 450 manat dəyərində 3 ədəd most çanağını, 1 ədədi 80 manat olmaqla ümumi 160 manat dəyərində 2 ədəd qabaq most çanağını, 1 ədədi 15 manat olmaqla ümumi 180 manat dəyərində 12 ədəd most krişnasını, 1 ədədi 10 manat olmaqla ümumi 80 manat dəyərində 8 ədəd mühərrik gilizini, 1 ədədi 50 manat olmaqla ümumi 300 manat dəyərində 6 ədəd şatunu (porşinlə birlikdə), 1 ədədi 120 manat olmaqla ümumi 360 manat dəyərində Kamaz markalı yük avtomobilinə aid 3 ədəd dinamonu, 1 ədədi 70 manat olmaqla ümumi 350 manat dəyərində 5 ədəd hava kompressorunu, 400 manat dəyərində Kamaz markalı yük avtomobilinə aid 1 dəst sürətlər qutusunun içərisini, 1 ədədi 140 manat olmaqla ümumi 280 manat dəyərində 2 ədəd starteri, 1 ədədi 80 manat olmaqla ümumi 320 manat dəyərində 4 ədəd starter içərisini, 1 ədədi 100 manat olmaqla ümumi 400 manat dəyərində 4 ədəd 1.5 kv-lıq 3 fazanı, 300 manat dəyərində 30 metr uzunluğunda qaynaq aparatının mis sarğısını, 1 ədədi 25 manat olmaqla ümumi 100 manat dəyərində qaynaq mühərrikinin 4 ədəd qalofkasını, 1 ədədi 15 manat olmaqla ümumi 90 manat dəyərində qaynaq mühərrikinin 6 ədəd gilizini, 280 manat dəyərində qaynaq mühərrikinin 3 ədəd yanacaq nasosunu, 1 ədəd 150 manat dəyərində böyük dinamonu, 375 manat dəyərində 25 mm ölçüdə 15 metr uzunluğunda mis naqili, 1 ədədi 250 manat olmaqla ümumi 1000 manat dəyərində qaynaq aparatının mühərrikinin 4 ədəd starterini və 700 manat dəyərində dəmir metal parçalarını gizli olaraq vahid niyyətlə talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 12165 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. İşsiz olduğuna görə son zamanlar maddi sıxıntıları olmuşdur. Bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. Yaşadığı evin həyətində olan zibilləri evdən bir qədər aralıda yerləşən zibilliyə aparan zaman qonşu Zərərçəkmiş şəxs həyətində müxtəlif avtomobil ehtiyyat hissələrinin yığıldığını görmüşdür. O, həmin ehtiyyat hissələrini oğurlamaq qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 04 radələrində evdən çıxıb qonşu Kamilin evinin yanına getmişdir. Bundan sonra ətrafa baxmış, heç kimin olmadığını görüb evin hasarına çıxaraq həyətə düşmüşdür. Həyətin orta hissəsində yığılmış avtomobil ehtiyyat hissələrindən bir neçəsini götürüb evə getmişdir. Həmin ehtiyyat hissələrini yaşadığı evin yan tərəfində boş sahədə olan daşların arasına yığmışdır. Həmin gün saat 15 radələrində səyyar şəkildə dəmir metal alan adını bilmədiyi şəxsə 16 manat müqabilində satmışdır. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə saat təxminən 05 radələrində yenidən Kamilin evinin yanına getmişdir. Həmin vaxt o, özü ilə əl arabası da aparmışdır. Arabanı küçədə hasarın dibində saxlamışdır. Bundan sonra evin hasarına dırmaşaraq həyətə düşmüşdür. Həyətdə yığılmış avtomobil ehtiyyat hissələrindən bir qismini aparıb hasardan keçirməklə əl arabasına yığmışdır. Bundan sonra həyətdə anbar kimi nəzərdə tutulmuş tikilinin qapısını açıb oradan da bir neçə avtomobil ehtiyyat hissəsini çıxardaraq əl arabasını qoyduğu yerə daşımışdır. Bundan sonra həmin avtomobil ehtiyyat hissələrini əvvəl apardığı yerə, yəni yaşadığı evin yan tərəfindən olan daşların arasına yığmışdır. Həmin gün saat təxminən 16 radələrində oğurladığı avtomobil ehtiyyat hissələrini səyyar şəkildə dəmir metal alan adını bilmədiyi başqa şəxsə 15 manat müqabilində satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Aradan bir gün keçdikdən sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 04 radələrində yaşadığı evin həyətində olan zibilləri əl arabasına yükləyib həyətdən çıxaraq evdən bir qədər aralıda yerləşən zibilliyə aparmışdır. Zibilləri boşaldıb qayıdan zaman qonşuluqda, yəni Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsində yaşayan Zərərçəkmiş şəxs evinin yanında əl arabasını hasarın dibində saxlamışdır. Bundan sonra ətrafa baxmış, heç kimin olmadığını görüb evin hasarına çıxaraq həyətə düşmüşdür. O, həyətdə yığılmış dəmir materialdan olan avtomobil ehtiyyat hissələrindən bir neçəsini hasarın dibinə yığmışdır. Bundan sonra həyətdə olan anbar kimi nəzərdə tutulmuş tikilinin qapısını açaraq içəri daxil olmuşdur. Oradan avtomobilə aid müxtəlif köhnə ehtiyyat hissələrini metal kimi satmaq məqsədi ilə götürüb həyətdə hasarın dibinə yığmışdır. Həmin ehtiyyat hissələrindən bir neçəsini hasardan çölə, yəni küçəyə çıxarıb özü ilə götürdüyü əl arabasının içərisinə yığmışdır. Bir qədər keçdikdən sonra o, səs eşitmişdir. Həmin vaxt o, anbar kimi nəzərdə tutulmuş tikilidən çıxaraq hasara tərəf qaçmışdır. O, hasara tərəf qaçan zaman həmin həyətin sahibi qonşu Zərərçəkmiş şəxs oğlu Mahirin əlində taxta parçası ilə arxası ilə qaçdığını görmüşdür. O, hasara dırmaşaraq küçəyə düşüb içərisinə həmin ehtiyyat hissələrindən bir qismini yığdığı əl arabasını sürərək həmin yerdən uzaqlaşmışdır. O, evə gedərək içərisində metallar olan əl arabasını evin giriş hissəsində zibil yığılan yerdə gizlətmişdir. Səhər açıldıqdan sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində həmin ehtiyyat hissələrini metal kimi kəndin içərisində metal yığan maşına ümumilikdə 21 manata satmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin ehtiyyat hissələrini alan adını bilmədiyi şəxslər həmin əşyaların oğurluq olub-olmamasını soruşduqda o, həmin şəxslərə satdığı ehtiyyat hissələrinin özünə məxsus olduğunu deyərək ehtiyacı olduğu üçün satdığını bildirirmiş. Oğurladığı ehtiyyat hissələrini satdığı üçün istintaqa təqdim edə bilməmişdir. Etdiyi əməldən çox peşmandır. Əlavə olaraq bildirmişdir ki, onun qonşu Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətinə və həyətində olan anbar kimi nəzərdə tutulmuş tikiliyə daxil olmaqda məqsədi həmin yerdən oğurluq etmək, oğurladığı əşyaları satmaq və ehtiyaclarını ödəmək olmuşdur. O, Zərərçəkmiş şəxs həyətindən və həyətdə olan tikilidən oğurluq cinayətini törədən zaman yanında heç kim olmamış, həmin cinayəti tək törətmişdir. O, qonşusu Zərərçəkmiş şəxs evinin həyətindən ümumilikdə 3 dəfə oğurluq etmişdir. Zərərçəkmiş şəxs dedikləri ilə qismən razı olduğunu, lakin Zərərçəkmiş şəxs evinin həyətindən avtomobil ehtiyyat hissələrindən bir neçəsini oğurladığını, Kamilin bildirdiyi qədər avtomobil ehtiyyat hissəsi oğurlamadığını bildirmişdir. Sonda o, himayəsində iki övladlarının olmasını, qardaşı oğlunun şəhid olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində bir neçə nəfər naməlum şəxs axşam saatlarında yaşadığı evin həyətində yığdığı ona məxsus bir sıra avtomobil ehtiyyat hissələrini oğurlamışdır. Daha sonra o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək baxış keçirmişlər. Naməlum şəxslər ona məxsus evin həyətində olan 1500 manat dəyərində olan Kamaz markalı yük avtomobilinə aid mühərrikin 1 ədəd valını, 480 manat dəyərində olan 8 ədəd Kamaz markalı yük avtomobilinə aid mühərrikin başlığını, 460 manat dəyərində 7 ədəd 26 dişli most şestinasını, 560 manat dəyərində 8 ədəd 13 dişli most şestirnasını, 180 manat dəyərində 1 ədəd kardanı, 490 manat dəyərində 7 ədəd arxa kardanı, 300 manat dəyərində 3 ədəd stupça (təkər bağlanan yer), 240 manat dəyərində 6 ədəd reaktiv ştanqanı, 100 manat dəyərində 2 ədəd barabanı, 140 manat dəyərində 1 ədəd cütləşdiricini (parasonik), 150 manat dəyərində 3 ədəd razdatkanı, 240 manat dəyərində 12 ədəd kardan flansını, 450 manat dəyərində 3 ədəd Kamaz markalı avtomobilin mostunun 49 diş şestirnasını, 600 manat dəyərində 4 ədəd Kamaz markalı avtomobilin mostunun 50 diş şestirnasını, 450 manat dəyərində 3 ədəd most çanağını, 160 manat dəyərində 2 ədəd qabaq most çanağını, 180 manat dəyərində 12 ədəd most krişnasını, 80 manat dəyərində 8 ədəd mühərrik gilizini, 300 manat dəyərində 6 ədəd şatun (porşinlə birlikdə), 360 manat dəyərində Kamaz markalı yük avtomobilinə aid 3 ədəd dinamonu, 350 manat dəyərində 5 ədəd hava kompressorunu, 400 manat dəyərində Kamaz markalı yük avtomobilinə aid 1 dəst sürətlər qutusunun içərisini, 280 manat dəyərində 2 ədəd starteri, 320 manat dəyərində 4 ədəd starter içərisini, 400 manat dəyərində 4 ədəd 1.5 kv-lıq 3 fazanı, 300 manat dəyərində 30 metr uzunluğunda qaynaq aparatının mis sarğısını, 100 manat dəyərində 4 ədəd qaynaq mühərrikinin qalofkasını, 90 manat dəyərində qaynaq mühərrikinin 6 ədəd gilizini, 280 manat dəyərində 3 ədəd qaynaq mühərrikinin yanacaq nasosunu, 150 manat dəyərində 1 ədəd böyük dinamonu, 375 manat dəyərində 25-lik ölçüdə 15 metr uzunluğunda mis naqili, 1000 manat dəyərində 4 ədəd qaynaq aparatının mühərrikinin starterini və 700 manat dəyərində dəmir metal parçalarını oğurlamışdır. Əlavə olaraq ona məxsus evinin həyətində yığdığı əşyaların oğurlanmaqla ona ümumilikdə 12165 manat maddi ziyan dəydiyini, ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır. "xxxx" MMC-də fəhlə işləyir. Onunla eyni evdə valideynləri də yaşayır. Zərərçəkmiş şəxs onun doğma atasıdır. Atası Zərərçəkmiş şəxs şikayəti ilə bağlı bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxs (şəxslər) axşam saatlarında yaşadıqları evin həyətində yığılmış bir sıra avtomobil ehtiyyat hissələrini oğurlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 04 radələrində həyətə qurşadırılmış videomüşahidə kamerasına baxan zaman bir nəfər şəxsin həyətdə yığılmış və anbar kimi nəzərdə tutulmuş tikilidə olan avtomobil ehtiyyat hissələrini oğurlayıb hasara tərəf daşıdığını müşahidə etmişdir. Bundan sonra o, əlinə taxta parçası götürüb həmin şəxsi tutmaq üçün onun arxası ilə qaçan zaman ayağı yerdə olan ağac kəsiyinə ilişdiyi üçün yerə yıxılmışdır. Həmin vaxt arxası ilə anası Şahid2 da gəlirmiş. O, yerə yıxıldığı üçün həmin şəxsi tuta bilməmişdir. Bundan bir qədər keçdikdən sonra səhər açılan zaman atası Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək baxış keçirmişlər. Baxış zamanı məlum olmuş ki, naməlum şəxs və ya şəxslər atası Kamilə məxsus yaşadıqları evin həyətində yerdə və anbar kimi nəzərdə tutulmuş tikilidə yığılmış bir sıra avtomobil ehtiyyat hissələrini oğurlayaraq atası Zərərçəkmiş şəxs ümumilikdə 12165 manat maddi ziyan vurmuşdur. Sonradan evin həyətində quraşdırılmış müşahidə kameralarına baxan zaman həmin cinayətin qonşuluqda, yəni Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsində yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədildiyi aşkar olunmuşdur. Əlavə olaraq Cavidin həmin cinayəti tək deyil, tanımadığı başqa şəxslə törətdiyini, həmin ehtiyyat hissələrini Cavidin tək daşıya bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun əridir. Əri Zərərçəkmiş şəxs şikayəti ilə bağlı bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxs (şəxslər) axşam saatlarında yaşadığı evin həyətində yığılmış bir sıra avtomobil ehtiyyat hissələrini oğurlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 04 radələrində oğlu Mahir həyətə quraşdırılmış videomüşahidə kamerasına baxan zaman bir nəfər şəxsin həyətdə yığılmış və anbar kimi nəzərdə tutulmuş tikilidə olan avtomobil ehtiyyat hissələrini oğurlayıb hasara tərəf daşıdığını müşahidə etmişdir. Bundan sonra Mahir əlinə taxta parçası götürüb həmin şəxsi tutmaq üçün onun arxası ilə qaçmışdır. O, da dərhal Mahirin arxası ilə getmiş ki, oğurluq edən şəxs və ya şəxslərdən hansısa Mahirə xəsarət yetirməsin. O, Mahirin arxası ilə gedən zaman Mahirin ayağı yerdə olan ağac kəsiyinə ilişdiyi üçün yerə yıxılmışdır. Mahir yerdən qalxıb arxaya döndükdə o, Mahirə narahat olmamasını arxasında onun olduğunu bildirmişdir. Mahir oğurluq edən şəxsin arxası ilə qaçsa da həmin şəxsi tuta bilməmişdir. Bundan bir qədər keçdikdən sonra səhər açılan zaman əri Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək baxış keçirmişlər. Baxış zamanı məlum olmuş ki, naməlum şəxs və ya şəxslər əri Kamilə məxsus yaşadıqları evin həyətində yerdə və anbar kimi nəzərdə tutulmuş tikilidə yığılmış bir sıra avtomobil ehtiyyat hissələrini oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 12165 manat maddi ziyan vurmuşdur. Sonradan evin həyətində quraşdırılmış müşahidə kameralarına baxan zaman həmin cinayətin qonşuluqda, yəni Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsində yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədildiyi aşkar olunmuşdur. Əlavə olaraq Cavidin həmin cinayəti tək deyil, tanımadığı başqa şəxslə törətdiyini, həmin ehtiyyat hissələrini Cavidin tək oğurlayıb apara bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, DİO-da 2013-cü ildən, tutduğu vəzifədə, yəni Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində 2021-ci ildən polis baş leytenantı rütbəsi ilə xidmət edir. Xidmət etdiyi inzibati ərazi Abşeron rayonu, Qobu qəsəbəsidir. xx.xx.2022-ci il tarixdə vət. Bədəlov X4 rayon Polis İdarəsinin Qobu polis bölməsinə ərizə ilə müraciət edərək ünvan 2 ünvanda yerləşən evinin həyətindən müxtəlif avtomobil ehtiyyat hissələrinin oğurlanması barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs evindən oğurluq edilməsi cinayətində onunla qonşuluqda yaşayan Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsi ev 36 ünvanda yaşayan Təqsirləndirilən şəxs şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb ona yaxınlaşmışdır. Özünü təqdim etdikdən sonra ona sözügedən cinayətin törədilməsində şübhəli olduğunu bildirdikdən sonra Cavidi Abşeron rayon Polis idarəsinin Qobu polis bölməsinə dəvət etmişdir. Cavid də etiraz etməyib onunla polis bölməsinə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs ilə fərdi söhbət zamanı Cavid ünvan 2 ünvanda yerləşən qonşusu Zərərçəkmiş şəxs evinin həyətindən evdən oğurluq etdiyini, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aidiyyəti üzrə zəruri istintaq hərəkətləri keçirilməsi üçün Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə təmin edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zaman Zərərçəkmiş şəxs evinin həyətindən oğurluq etdiyi yeri əyani olaraq göstərmiş və istintaqa verdiyi ifadəsini hadisə yerində təsdiq etmişdir.İş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 2 nömrəli evinin həyətinə quraşdırılmış videogörüntü kameralarında qeydə alınmış görüntülərin köçürüldüyü və Zərərçəkmiş şəxs tərəfindən araşdırma zamanı təqdim edilmiş üç ədəd DVD disklərə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, təqdim edilmiş: - 1 nömrəli diskdə olan görüntü xx.xx.2022-ci il tarixdə saat 05:59:58 saniyədən 06:24:34 saniyəyədək olan anları fiksə etmişdir. Görüntünün 05:59:58-ci saniyəsindən 06:09:20-ci saniyəsinədək olan müddət ərzində əynində açıq rəngli köynək və tünd rəngli şalvar olan şəxsin həyətin aşağı hissəsində içəridə hasarın yanında bir yerdən digər yerə hərəkət etdiyi, əşyaları hasardan yola tərəf atdığı, daha sonra hasara dırmaşaraq yola düşdüyü müşahidə olunur. - 2 nömrəli diskdə olan görüntü xx.xx.2022-ci il tarixdə saat 05:11:37 saniyədən 05:34:03 saniyəyədək olan anları fiksə etmişdir. Görüntünün 05:12:00-cı saniyəsindən 05:32:50-ci saniyəsinədək olan müddət ərzində əynində tünd rəngli köynək və tünd rəngli şalvar olan şəxsin həyətdə olan anbara yaxınlaşdığı, anbarın qapısını açaraq içəri daxil olduğu, oradan çölə əşyalar çıxardığı, çölə çıxardığı əşyaları hasarın yanına tərəf daşıdığı, bu hərəkətləri bir neçə dəfə təkrar etdiyi, daha sonra isə çıxıb getdiyi müşahidə olunur. - 3 nömrəli diskdə olan görüntü xx.xx.2022-ci il tarixdə saat 04:08:23 saniyədən 04:36:59 saniyəyədək olan anları fiksə etmişdir. Görüntünün 04:08:23-cü saniyəsindən 04:27:44-cü saniyəsinədək olan müddət ərzində əynində boz və qara rəngli başı papaqlı idman gödəkçəsi, əlində əlcəklər olan bir nəfər şəxsin həyətin ortasında yığılmış metal əşyaları hasarın yanına tərəfinə daşıdığı, 04:27:58-ci saniyəsindən 04:36:20-ci saniyəsinədək olan müddət ərzində həmin şəxsin həyətdə anbar kimi nəzərdə tutulmuş tikilinin qapısını açaraq oradan müxtəlif metal əşyalarını qucağında hasarın yanına daşıdığı, 04:36:26-ci saniyədə isə bir nəfər şəxsin əlində əşya ilə onun arxası ilə qaçdığı, bir qədər sonra isə həmin şəxsin arxası ilə bir nəfər qadının getdiyi müşahidə olunur. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs hər üç diskdə olan görüntülərdə əksi təsvir olunan şəxsin özü olduğunu, qonşusu Zərərçəkmiş şəxs evinin həyətinə oğurluq etmək üçün həyətin aşağı tərəfindən hasardan düşdüyünü, evin həyətində ortada yığılmış avtomobil ehtiyyat hissələrini hasarın yanına aparıb yığdığını, sonra həyətdə anbar kimi nəzərdə tutulmuş tikilinin qapısını açıb oradan da müxtəlif avtomobil ehtiyyat hissələrini hasarın yanına apardığını, həmin əşyalardan bir neçəsini küçədə saxladığı əl arabasına yığdığını, həyətdə olan anbar kimi nəzərdə tutulmuş tikilidə olan zaman səs eşitdiyi üçün qaçarkən həmin yerin sahibi Zərərçəkmiş şəxs oğlu Mahirin əlində taxta parçası ilə onun arxası ilə gəldiyini görüb əl arabasına yığdığı avtomobil ehtiyyat hissələrindən bir qismini özü ilə apardığını bildirmişdir. İş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 2 nömrəli evinin həyətinə quraşdırılmış videogörüntü kameralarında qeydə alınmış görüntülərin köçürüldüyü və Zərərçəkmiş şəxs tərəfindən araşdırma zamanı təqdim edilmiş üç ədəd DVD diskləri sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsifedilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü təqsirli bilməməsi barədə göstərdikləri, ona elan edilmiş ittiham üzrə təqsirli olması iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş bir-biri ilə uzlaşan sübutların məcmusu ilə təsdiq olunduğu üçün, qeyri səmimi ifadə olmaqla özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilənşəxs təqsirli olduğu Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyaları həddlərində cəzalandırılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və xx.xx.2017-ci il tarixli Abşeron rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1000 manat miqdarda cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində qeyd edilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Odur ki, şərh olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyi üçün o, “məhkum olunmamış şəxs” hesab edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 21-2/3-2138 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində təyin edilmiş 1000 manat növündə cərimə cəzası xx.xx.2019-cu il tarixdə tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X5 08 mart 2012-ci il, X3 01 mart 2013-cü il tarixdə anadan olmuşlar. İş materiallarında olan Abşeron RİHB-nın Qobu qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iki övladı və qardaşı oğlunun şəhid olduğu və yaşayış yeri üzrə müsbət xarakterizə edildiyi göstərilir. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində iki övladlarının olması, qardaşı oğlunun şəhid olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar isə müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasınavə ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azdlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil edilməli və onun cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasənqəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanı nümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası ona aid hissədə Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkməsi müddətinin başlanğıcı tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın . Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pnitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdənəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar