Məhkəmə qərarları › İş №1(012)-454/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-454/2020

29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-454/2020 29.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sə-drliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : xx.xx.2020-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, yeni məhəllədə yerləşən baldızı X2 məxsus fərdi yaşayış evində olan zaman əri Təqsirləndirilən şəxs ondan köynəyini verməsini istədikdə onun sonuncuya “get köynəyini özün götür” ifadəsi işlətməsi səbəbindən aralarında ailə-məişət münasibətləri zəminində mübahisə yaranmış və həmin mübahisə zamanı Təqsirləndirilən şəxs yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə vurmaqla və ayaq nahiyəsinə bir dəfə təpiklə zərbə endirməklə ona sol gözün ağlı qişasının qansızma ilə müşayiət olunan-sol göz ətrafı yumşaq toxumaların sol üst və alt göz qapaqlarının sol gözaltı nahiyədə əhatə olunan qançır-şişkinliyindən, sol bazu nahiyəsinin orta və aşağı 1/3-nin qançırından ibarət sağlamlığına qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 12 ildir ərarvad münasibətində olsalar da, onların rəsmi nigahı yoxdur və onların bu münasibətdən iki azyaşlı övladları var. Xanımla əvvəllər onun münasibətləri normal olsa da, son zamanlar aralarında Xanımın ona qarşı aqressivliyi səbəbindən aralarında tez-tez mübahisələr yaranır. xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, yeni məhəllədə yerləşən bacısı X1 ailəsi ilə birlikdə yaşadığı evdə Xanımla birlikdə olan zaman Xanımdan köynəyini ona verməyini istədikdə Xanım isə ona cavab qaytararaq gedib köynəyini onun özünün götürməyini söylədiyi üçün yenidən onların arasında mübahisə yaranmış, mübahisə zamanı əsəbi halda Xanımın sifət nahiyəsinə əli ilə zərbə endirmiş, bu zaman Xanım göz nahiyəsindən xəsarət almış, o da bundan sonra mübahisənin böyüməməsi üçün həmin evi tərk edib getmiş, daha sonra Xanımın onun barəsində şikayət etdiyi ona məlum olmuş, əlavə olaraq o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı bir dəfə yumruqla sonuncunun sol gözünə zərbə ilə vuraraq xəsarət yetirdiyini, qeyd olunan hadisənin onun bacısı X1 Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evində baş verdiyini, həmin vaxt onların yanında heç kimin olmadığını, aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ona heç bir müqavimət göstərmədiyini və onu vurmadığını bildirdi. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki-------------------, o, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə Təqsirləndirilən şəxslə 2007-ci ildə ailə qurmuş, onların birgə faktiki nigahdan iki övladı var. Aqil spirtli içki aludəçisi olduğu üçün mütəmadi olaraq sərxoş vəziyyətdə evdə münaqişə yaradır. Üç ay olar Aqildən ayrılıb qohumlarının evində yaşamış, sonra isə Aqilin valideynlərinin xahişi ilə yaşadığı evə qayıtmışdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 12 radələrində baldızı X1 yaşadığı evdə olarkən Aqil həmin evə gəlmiş, bu zaman yatdığı yerdə Aqil təpiklə onun ayağına bir dəfə zərbə vuraraq onu oyatmış, bundan sonra isə evdən çıxıb getməyini tələb edib onun qolundan tutaraq onu birgə yaşadıqları evə aparmaq istəmiş, o, getmək istəməyəndə Aqil bir dəfə yumruqla onun sol gözünə zərbə vurduqdan sonra çıxıb getmişdir. Əlavə olaraq o, əri Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı bir dəfə təpiklə onun ayağına, bir dəfə isə yumruqla onun sol gözünə zərbə ilə vuraraq xəsarət yetirdiyini, qeyd olunan hadisənin onun baldızı X3 Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evində baş verdiyini, həmin vaxt onların yanında heç kimin olmadığını, Təqsirləndirilən şəxs həmin vaxt səs-küy salıb qışqırdığını, söyüş söydüyünü, özünün mübahisə vaxtı Təqsirləndirilən şəxs vurmadığını, onun Təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu və sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsini tələb etdiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və X13 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 1211 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarət- sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göztrafı yumşaq toxumaların – sol üst və alt göz qapaqlarının sol gözaltı nahiyə də əhatə olmaqla qanşırşişkinliyi, sol bazu nahiyələrinin orta və aşağı 1/3-nin qançırları bərk-küt əşya (əşyalar) törənmişdir:qərardad qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə davadalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə məhkəməyədək sadələşdirilmiş material üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri öz etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və ekspertiza rəyi, həmçinin işdə olan digər materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalar dan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasəncəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə X17 Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İşmateriallarındaolanvəməhkəməbaxışındatədqiqedilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məhkumluq haqqında arayışından (tələbnamədən) görünürki,Təqsirləndirilən şəxs Naxçıvan Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1998-ci l tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsinin “V” bəndi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş və o, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli Amnistiya qərarının 1.3-cü maddəsinə əsasən azad edilmişdir. İş materiallarında olan Abşeron RİHB-nın Aşağı Güzdək qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron RİHB-nın Aşağı Güzdək qəsəbəsində arvadi- X10, oğlu- X14, oğlu- X12, atası- X4 və anası Şahverdiyev Səltənət qızı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onuncəzasını yüngülləşdirənhallar kimi nəzərə alır. Təqsirləndirilən şəxscəzasınıağırlaşdıranhal yoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, bu növün cəza təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı cəzanın məqsədlərinə xidmət edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. HökmünicrasıSumqayıt şəhər Probasiya şöbəsinə həvaləolunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X15 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 381, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs AzərbaycanRespublikasıCinayətMəcəlləsinin128-ci maddəsiilə nəzərdə tutulmuş cinayətin törədilməsindətəqsirli bilinsin və ona 01 (bir) il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X15 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar