Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-454/2025 04.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Əİiyev Rövşən Mikayıl oğlunun, Təqsirləndirilən şəxsin müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndində qeydiyyatında olan və Abşeron rayonu, Saray qəsəbəsi, Bağlar massivi, M.S.Ordubadi küçəsi, ev 14-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Əİiyev Rövşən Mikayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Əİiyev Rövşən Mikayıl oğlu 03 iyun 2024-cü il tarixdə saat 08 radələrində etibarnamə olmadan idarə etdiyi Mürşüdlü Ruslan Vəkil oğluna məxsus “VAZ 21043” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Saray qəsəbəsi H.Əliyev prospekti “Alimlər binası” ilə üzbəüz, köməkçi yoldan baş yol hesab edilən Saray- Novxanı avtomobil yoluna çıxıb, Sumqayıt şəhəri istiqamətində sola dönmə əməliyyatı edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, yəni avtomobili yolayrıcına daxil olmadan dayandırmalı, kəsişən yolla yolayrıcına nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı, yolayrıcına nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə isə həmin nəqliyyat vasitəsinə yol verməli, bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunduğu vəziyyətdə yolayrıcına daxil olaraq hərəkətinə davam etməli və onun qeyd edilən maddənin tələblərinə riayət etməklə hadisənin qarşısım almağa texniki imkanı olduğu halda,həmin tələblərə əməl etməyib Saray-Novxanı yolu ilə hərəkət edən Zərərçəkmiş şəxs məxsus “YBR 125 Motosikl” markalı 10-B-381 dövlət qeydiyyat nişanlı motosikllə toqquşandan sonra, həmin motosikl yolun sol tərəfində olan piyada Şahid dəymiş, nəticədə ehtiyatsızlıqdan “YBR 125 Motosikl” markalı 10-B-381 dövlət qeydiyyat nişanlı motosiklin sürücüsü Zərərçəkmiş şəxs sağ körpücük sümüyünün və sağ bayır topuğun yerdəyişməyən sınıqlarından ibarət az ağır zərər, piyada Şahid QKBT, baş-beyin silkələnməsi, başın təpə, ənsə və sol gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları, hər iki əlin üst səthinin və dizin sıyrıqlarından ibarət yüngül zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Əİiyev Rövşən Mikayıl oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünəməxsus “VAZ-2104” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı tünd albalı rəngli avtomobili adına olan «В C» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etmişdir. Avtomobili idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. 03 iyun 2024-cü il tarixdə, saat 08:30 radələrində Masazır qəsəbəsindən çıxıb yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Saray bağlar massivinə getmək üçün Tezə yoldan Saray PB-nə gedən yola daxil olaraq hərəkət etməyə başlamışdır. Hərəkətdə olduğu yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli və bir zolaqlı olmuşdur. Həmin vaxt avtomobildə ondan başqa heç bir sərnişin və ya ağır yük olmamışdır. Belə ki, Saray-Sumqayıt yoluna çıxmaq üçün həmin yoldan sükanı sol tərəfə burub baş yola çıxdığda Sumqayıt istiqamətindən üzü Saray tərəfə hərəkət edən “Mercedes-Benz Vito” markalı avtomobilin sol böyründən qəfildən çıxan moped sürən şəxslə toqquşmuşdur. Toqquşmadan sonra moped yolun kənarında dayanan piyada qadına dəyərək onu yerə yıxmışdır. Hər iki şəxs xəsarət aldığından qadın hadsə yerinə çağırılmış X4 maşını ilə Sumqayıt şəhər X4 Xəstəxanasına çatdırılmışdır. Moped sürən şəxs isə sonradan digər təcili yardım maşım ilə xəstəxanaya aparılmışdır. Hadisə barədə 102 xidmətinə məlumat verildiyindən bir neçə dəqiqədən sonra Abşeron RPİ-nin əməkdaşları gələrək zəruri sənədləşdirmə işləri aparmışlar. Hadisə anında hava küləksiz və yağmursuz olmuş, yol örtüyü isə asfalt-beton olmaqla quru olmuşdur. Hadisə baş verən gün, yəni 03 iyun 2024-cü il tarixdə mən heç bir spirtli içki və ya digər vasitə qəbul etməmişdir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi avtomobilin texniki pasportu və yoldaşı X1 adına verilmiş etibarnaməsi olmuşdur. Lakin sığortanın müddəti bitmişdir. Hadisə baş verən vaxtı avtomobilini dayanmış vəziyyətdən hərəkətə gətirərək aşağı sürətli idarə etmişdir. Baş vermiş qəza nəticəsində heç bir xəsarət almamışdır və məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməkdən imtina etdiyini bildirmişdir. Məhkəmədən cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Yamaha YBR 125 markalı motosiklet ona məxsusdur. Həmin motosikleti “ABC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 03 iyun 2024-cü il tarixdə saat 08 radələrində yaşadığı Sumqayıt şəhərindən çıxıb işlədiyi Balaxanı qəsəbəsinə getmək üçün Sumqayıt-Saray yolu ilə hərəkət etməyə başlamışdır. Hərəkətdə olduğu yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətlə və bir zolaqla olmuşdur. Təxminən Alimlər binasına çatmamış baş yolla hərəkətdə olarkən sağ tərəfdə olan köməkçi yoldan baş yola çıxıb və sol tərəfə üzü Sumqayıt istiqamətində dönmə edən VAZ 2104 markalı avtomobil qarşısına çıxdığından toqquşma baş vermişdir. Toqquşmadan sonra motosiklet yolun sol tərəfində olan səkidəki qadına dəymişdir. Hadisə yerinə çağırılmış təcili yardım maşını onu Abşeron rayon Mərkəzi xəstəxanasına çatdırmışdır. Ardınca Sumqayıt şəhər Liman klinikasına aparmışlar. Sağ körpücük sümüyü sınmış, sağ ayağında 4 barmaq sınmış, qabırğa nahiyəsi deformasiyaya uğramış, daha sonra o əməliyyat olmuşdur. Hadisə zamanı VAZ 2104 markalı avtomobil 10-20 km saat surət həddi ilə, o isə 50 km/saat surət həddi ilə hərəkət etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində motosikletinə 1500 manat maddi ziyan, səhhətilə əlaqədar isə 3500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs tanımamışdır. Özü hadisə baş verən gün Saray qəsəbəsində fərdi yaşayış evində yaşayan oğlunun evində olmuşdur. Onunla hər hansı bir ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə səhər radələrində qonşusuyla söhbət edən zaman qonşu Saray qəsəbəsi H.Əliyev prospektində yerləşən Alimlər binasının yanında yeni maqazin açıldığını demişdir. Həm evə çörək almaq, həm də yeni maqazinə baxmaq məqsədi ilə yola çıxaraq piyada həmin maqazinə getmişdir. Alimlər binası deyilən yerə çatmağına az qalmış, səs eşitmişdir. Arxaya çevrilib baxmaq istəyən zaman moped sol tərəfinə dəymiş və o yerə yıxılmışdır. Həmin vaxt huşunu itirmişdir. Hərdən bir gözünü açan zaman yolda olduğunu hiss etmişdir. Son olaraq xəstəxanada gözünü açmışdır. Moped onun sol tərəfdən başına, bədəninə, qoluna dəymişdir. Sadəcə olaraq səs eşitmişdir və arxaya çevrilən zaman moped ona gəlib dəymişdir. Sonradan bilmişdir ki, həmin mopedlə başqa avtomobil toqquşmuş, nəticədə moped istiqamətini dəyişərək ona dəymişdir. Özündə olmadığı üçün xəstəxanaya onu kimin apardığını bilməmişdir. Həmin vaxt ətrafda heç kimi görməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və iş icraata qəbul edilmişdir. -Sərxoşluğun müayinəsinə dair 2743 saylı, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Əİiyev Rövşən Mikayıl oğlu hadisə vaxtı alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. -İşdə olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Əİiyev Rövşən Mikayıl oğlunun “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2023-cü il tarixdən-xx.xx.2033-cü il tarixə kimi verilmişdir. -İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-CB-*** dövlət qeydiyyat nişanlı “VAZ 21043” minik markalı avtomobil Mürşüdlü Ruslan Vəkil oğlunun adına qeydiyyatdan keçmişdir. -İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 10-B-381 dövlət qeydiyyat nişanlı “Yamaha YBR” markalı motosiklet Zərərçəkmiş şəxs adına qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1216 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər- sağ körpücük sümüyünün və sağ bayır topuğun yerdəyişməyən sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024cü il tarixdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1717 nömrəli ekspert rəyindən görünür ki, Şahid bədəni üzərində aşkar olunmuş xəsarətlər- QKBT, baş-beyin silkələnməsi, başın təpə, ənsə və sol gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları, hər iki əlin üst səthinin və dizin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə piyada qismində mopedlə vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yolnəqliyyat hadisələri”nin ekspertizasının xx.xx.2024-cü il tarixli 8/1898 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Yamaha YBR markalı, 10-B-381 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69- cu maddəsinin 7-ci hisssəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz 2104” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1ci hisssəsinin (2.5 “dayanmadan keçmək qadağandır” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısım almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. -“Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. -Axtarışda olan şəxsin tutulması ilə əlaqədar xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində saat 10 radələrində şübhəli şəxs qismində saxlanılmış və Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. -Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, elan edilən ittihamın mahiyyəti ona izah edilmişdir. -“Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Əİiyev Rövşən Mikayıl oğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. -İş üzrə DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Əİiyev Rövşən Mikayıl oğlu əvvəllər məhkum olunmamışdır. -Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə “VAZ2104” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübit kimi tanınması və məhkəmə baxışınadək mülkiyyətçisi Təqsirləndirilən şəxs saxlanılmasının nəzərə alınması, “Yamaha YBR” markalı, 10-B-381 dövlət qeydiyyat nişanlı motosikletin maddi sübut kimi tanınması və məhkəmə baxışınadək DİN-nin BDYPİ-nə məxsus duracaqda saxlanılmasının nəzərə alınması qərara alınmışdır. -“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdllü X2 adlı yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndininə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; 17-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-in 263.1-1, 263.1-1-1, 263.1-1, 263.3, 263.1-1, 263.1-2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin qohumu və ya yaxın qohumu olmadıqda CPM-nin 106.1 maddəsində göstərilən digər şəxs zərərçəmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-in 87-ci və 106-cı maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-nin tələblərinə müvafiq olaraq mülki iddia vermişsə mülki iddiaçı qismində tanına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda- iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Əİiyev Rövşən Mikayıl oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Əİiyev Rövşən Mikayıl oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Əİiyev Rövşən Mikayıl oğlunun Elektron Məhkəmə Sistemində olan məlumata əsasən himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Əİiyev Rövşən Mikayıl oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3cü maddələrinə əsasən Əİiyev Rövşən Mikayıl oğlunun ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 10:00-dan xx.xx.2024-cü il tarixədək, Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198-ci maddəsinə əsasən iş üzrə 128 manat məbləğində ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Əİiyev Rövşən Mikayıl oğlunun idarə etdiyi VAZ 2104 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. İş üzrə maddi sübut kimi tanınmış “Yamaha YBR” markalı, 10-B-381 dövlət qeydiyyat nişanlı motosiklet cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında pul tələbinə dair tələb hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 144 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Əİiyev Rövşən Mikayıl oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il saat 10:00-dan xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Əİiyev Rövşən Mikayıl oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Əİiyev Rövşən Mikayıl oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Əİiyev Rövşən Mikayıl oğlunun cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 128 manat məbləğində ekspertiza xərcləri Əİiyev Rövşən Mikayıl oğlundan tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Əİiyev Rövşən Mikayıl oğlunun idarə etdiyi VAZ 21043 yük markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “Yamaha YBR” markalı, 10-B-381 dövlət qeydiyyat nişanlı motosiklet cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 144 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş ziyanı mülki iddia icraatı qaydasında tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(012)-454/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-454/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver