Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-455/2020 21.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxs X5 iştirakları ilə, xx.xx.1985-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, taksi fəaliyyəti ilə məşğul olan, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, Abşeron rayonu, Saray qəsəbəsi, A.Ələsgər küçəsi, ev 12-də qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, Q.B.Zakir küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan və barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 05:30 radələrində «xxxxxxx» MMC-yə məxsus daxili lizinq müqaviləsi əsasında idarə etdiyi «RAVON NEXİA R3» markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə Xırdalan dairəsi istiqamətndə 60 km/saat sürətlə hərəkətdə olarkən həmin ərazidəki «M club lounge» klubu ilə üzbəüz ərazidə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməmiş, yəni sürücü daim diqqətini dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin öz hərəkət zolağı ilə hərəkət etdirməli, qarşıda yolun sol kənarında dayanmış piyadanı nəzərə alaraq ondan hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan ara məsafəni seçərək onun yanından keçib getməli olduğu halda buna riayət etməmiş və həmin ərazidə avtomobil yolunu soldan sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs Məşi qızını avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs «qapalı kəllə beyin travması, sol baldırın aşağı 1/3-nin yerini dəyişən qapalı sınığı» kimi ehtiyatsızlıqdan sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır, avtomobil idarə etmək üçün “B”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxx MMC”-nə məxsus 2017-ci il istehsalı olan Ravon Nexia R3 markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili daxili lizinq müqaviləsi əsasında idarə edir. xx.xx.2020-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Meyvəli” bazarının yanında dayanıb müştəri gözləyən zaman bir nəfər tanımadığı şəxs maşına əyləşmiş və onu Abşeron rayonu, Xırdalan şəhərinə “At heykəli” adlanan əraziyə aparmasını xahiş etmiş, müştəri ilə razılaşmış və birlikdə həmin əraziyə gəlib müştərini düşürmüş, təxminən saat 05:30 radələrində avtomobilini Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə Xırdalan dairəsi istiqamətində hərəkətdə olarkən “M club lounge” klubu ilə üzbəüz ərazidə yolun əks istiqamətində olan köşkün yanından təxminən 60km/saat sürətlə hərəkətdə olan zaman, hava qaranlıq olduğundan heç kimi görməmiş, lakin, qəfldən bir nəfər şəxsin maşının kapotuna toxunaraq asfalta dəydiyini görmüş, həmin şəxs yolu soldan sağa keçmək istəmiş, bundan sonra dərhal maşını saxlayaraq düşmüş və bir nəfər tanımadığı orta yaşlarında olan qadının xəsarət aldığını görmüş, bundan sonra xəsarət alan qadını maşınına mindirib yardım olunması üçün Bakı şəhər Respublika Xəstəxanasına aparmış, ona orada xəstəya yardım edilmişdir. Əlavə olaraq göstərmişdir ki, hadisənin baş verməsinə səbəb, havanın qaranlıq olması səbəbindən həmin şəxsi görməməsi olmuş, həmin vaxtı piyada qadın yolun orta hissəsində olan işıq dirəyinin yanından əsas yola çıxdığından onu görə bilməmişdir. Hadisə vaxtı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobilində sərnişin olmamışdır. O, zərərçəkmiş şəxsə vurduğu maddi zərəri tam ödəməklə onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alıb məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ünvanlayaraq zərərçəkmiş şəxsin onunla barışdığını, ona maddi və mənəvi cəhətdən kömək etdiyini, bildirdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs X8 ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə saat 06 radələrində evdən çıxaraq işə gedən zaman, yolun Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektindən keçən hissəsində yolu sağdan sola avtomobil dayanacağına keçmək istədikdə qəflətən “Ravon Nexia“ markalı avtomobil onu vurmuş, bundan sonra həmin avtomobilin sürücüsü avtomobilini saxlayaraq onu yardım etmiş və avtomobilinə mindirirək Respublika xəstəxanasına aparmış və orada əməliyyat olunmuşdur. O, Təqsirləndirilən şəxs ilə barışdığını bildirdi. Zərərçəkmiş şəxs X8 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyini, buna görə də Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbinin olmadığını və bununla bağlı heç bir məhkəmə mübahisəsi qaldırmayacağını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 21:00-dan xx xxxxxx 2020-ci il tarixdə səhər saat 09:00-dək 3 nömrəli marşrutla Saray qəsəbəsi ərazisində xidmət aparmalı olmuş, həmin günü idarə etdiyi “Fiat Doblo” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtopatrul avtomobilində nasazlıq olduğundan ratsiya ilə Abşeron rayon Pİ-nin növbətçi hissəsinə məlumat vermiş və avtopatrul avtomobili ilə Polis İdarəsinə doğru hərəkətdə olmuş, avtomobili saat 05:28-də Xırdalan şəhəri, H.Əliyev prospekti ilə hərəkət etdirərkən həmin küçədə “M club lounge” klubu ilə üzbəüz ərazidə Ravon Nexia R3 markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir nəfər piyada qadını vurduğunun şahidi olmuş, piyadanı vurmuş sürücü avtomobilini saxlayaraq xəsarət almış qadına yardım etmiş və avtomobilinə əyləşdirərək xəstəxanaya aparmış, belə olduqda Pİ-nə gəlmiş və baş vermiş hadisə ilə bağlı raportla məruzə etmişdir. İş üzrə şahid X6 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin PPXB-nin polis nəfəri Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, polis nəfəri X1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş “xxxxxxx”MMC-nin müdir müavini Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2017-ci il buraxılışlı, AD 131737 nömrəli qeydiyyat şəhadətnaməsi olan Ravon Nexia R3 markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxx” MMC-nin mülkiyyətindədir. Həmin avtomobil ona 3 illik müqavilə verilmişdir. Həmin avtomobil Abşeron rayonu, Saray qəsəbəsi, A.Ələsgər küçəsi, ev 12-də qeydiyyatda olan, AE № 052032 saylı sürücülük vəsiqəsi olan X3 daxili lizinq müqaviləsi əsasında verilmiş, etibarnamə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə sürücü Təqsirləndirilən şəxs həmin tarixdə saat 05:30 radələrində idarə etdiyi Ravon Nexia R 3 markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən yolu keçən piyadanı vuraraq xəsarət yetirməsi barədə məlumat almışdır. Əlavə olaraq göstərmişdir ki, “xxxxxxx” MMC-yə məxsus Ravon Nexia R 3 markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil baş vermiş yol nəqliyyat qəzası zamanı zədələnməmiş və avtomobilə hər hansı formada maddi ziyan dəyməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X2 sağlamlığa zərər vurmanın təyininə dair xx xxxx 2020-ci il tarixli, 1194 nömrəli rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Məşi qızının bədənində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, hər iki tərəfli ağciyərin əzilməsi, sağ tərəfli Vİİİ-İX qabırğaların, sağ baldır sümüklərinin aşağı 1\3-nin qapalı, yerdəyişmiş sınıqları bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstiərildiyi qaydada xx.xx.2020-ci il tarixdə piyada qismində avtomobil vurması nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair xx xxxx 2020-ci il tarixli, 8/645 saylı rəyindən görünür ki, «Ravon Nexia R3» markalı ** PN *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə “AE” seriyalı 052032 nömrəli sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “sərxoşluq vəziyyətinin təyininə dair” xx.xx.2020-ci il tarixli, 2/1355 saylı protokoldan görünür ki, məlum yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “AD” seriyalı, 131737 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Ravon Nexia R3» markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxx”MMCninmülkiyyətindədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, “xxxxxxx”MMC-nin oğlu mülkiyyətində olan «Ravon Nexia R3» markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs xx.xx.2020-ci ilədək idarə edilməsi üçün etibarnamə vermişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxsnəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs Məşi qızının az ağır bədən xəsarətinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 05:30 radələrində «xxxxxxx» MMC-yə məxsus daxili lizinq müqaviləsi əsasında idarə etdiyi «RAVON NEXİA R3» markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə Xırdalan dairəsi istiqamətndə 60 km/saat sürətlə hərəkətdə olarkən həmin ərazidəki «M club lounge» klubu ilə üzbəüz ərazidə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməmiş, yəni sürücü daim diqqətini dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin öz hərəkət zolağı ilə hərəkət etdirməli, qarşıda yolun sol kənarında dayanmış piyadanı nəzərə alaraq ondan hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan ara məsafəni seçərək onun yanından keçib getməli olduğu halda buna riayət etməmiş və həmin ərazidə avtomobil yolunu soldan sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs Məşi qızını avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs «qapalı kəllə beyin travması, sol baldırın aşağı 1/3-nin yerini dəyişən qapalı sınığı» kimi ehtiyatsızlıqdan sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, ibtidai istintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi onun özünün etirafı, zərər çəkmiş şəxsin və şahidlərin ifadəsi, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 06.03. 2020ci il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 ay 24 gün müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olanAbşeron rayon İH Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Hacıyev X4 rayonu, Saray qəsəbəsi, Q.B.Zakir küçəsində nömrəsiz fərdi yaşayış evində həyat yoldaşı- 1986-cı il təvəllüdlü Vüsalə Hacıyeva, 2017-ci il təvəllüdlü Aydan Hacızadə, 2019-cu il təvəllüdlü Ayxan Hacılı ilə qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs Məşi qızının məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, ondan heç bir iddia və tələbi yoxdur və heç bir məhkəmə mübahisəsi qaldırmayacağını bildirmişdir. Göründüyü ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məşi qızı ilə barışmış və ona vurduğu zərəri tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmçinin bu Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Ona görə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar qərarın surəti Abşeron Rayon Prokuroruna göndərilməlidir. İş materiallarından görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 180 (yüz səksən) manat məbləğində və məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikasınınCinayət-ProsessualMəcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddənin “Qeyd” hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar qərarın surəti Abşeron Rayon Prokuroruna göndərilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 180 (yüz səksən) manat məbləğində və məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan və ya rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-455/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-455/2020
21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver