Məhkəmə qərarları › İş №1(012)-455/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-455/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-455/2021 12.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, işsiz, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 1, mənzil 31-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, Sumqayıt şəhər məhkəməsinin hökmü ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməyən Yasər adlı tanışı ilə birlikdə Zərərçəkmiş şəxs1 kredit şərtləri ilə ev almağına vasitəçilik etməklə köməklik göstərəcəyini vəd edib sonuncuya Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evi göstərərək sahibini həmin evi kredit şərtləri ilə ümumilikdə 35000 manata satmağa razı saldığını yalandan bildirərək, 10.02.2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Gənclər şəhərciyində ondan ilkin olaraq beh adı ilə həmin vaxtın məzənnəsi ilə 850 manat olan 500 ABŞ dolları və 150 manat pulu, 12.02.2021-ci il tarixdə saat 12 radələrində qardaşı Zərərçəkmiş şəxs2 vasitəsilə 150 manat pulu vasitəçilik haqqı adı ilə alaraq Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldatma yolu ilə ümumilikdə 1150 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Əsədi 2020-ci ilin apel ayından tanıyır. 09.02.2021-ci il tarixdə Səid onun ***-***-**-** nömrəli mobil telefonu ilə əlaqə saxlayıb kredit şərtləri ilə ev almaq istədiyini bildirib bu barədə ona köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt Əsədə yalan danışaraq bildirmişdir ki, tanıdığı bir neçə evlər var ki, həmin evlər sahibi tərəfindən kredit şərtləri əsasında satılır. Ona görə də Əsədə görüşmələrini təklif etmişdir. 10.02.2021-ci il tarixdə saat 13 radələrində Əsədlə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “OBA” marketin qarşısında görüşmüşdür. Həmin vaxt Əsədin qardaşı Cahangir də yanında idi. O, onlara Masazır qəsəbəsində yerləşən 2 həyət evi göstərib guya ki, həmin evlərin hazırda kredit şərtləri ilə satışda olduğunu söyləmişdir. Əsəd həmin həyət evlərindən birini bəyəndiyini söyləmişdir. Sonra o, Əsədə bildirmişdir ki, ev sahibi evini 36000 manata satmaq istəyir, lakin ilkin ödəniş kimi 10000-12000 civarında pul alacaq və qalan pulu da kredit şərtləri ödəmək lazımdır. Əsəd də ilkin ödəniş kimi 10000-12000 manat yox, yalnız 7000 manat ödəməyə imkanının olduğunu söyləmişdir. O, Səidə yenidən yalan danışıb guya ki, ev sahibi ilə danışacağını və onu razı salmağa çalışacağımı söyləmişdir. Təxminən 1 saatdan sonra o, Əsədin ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək guya ki, ev sahibi ilə danışdığını və onu satdığı evə görə ilkin ödəniş olaraq 7000 manat verməklə ümumilikdə 35000 manat verməyinə razı saldığını bildirmişdir. Həmçinin o, Əsədə bildirmişdir ki, qabaqcadan 1000 manat beh vermək lazımdır ki, ev başqa hər hansı bir şəxsə satılmasın. Əsəd də onunla razılaşmışdır. Bundan təxminən 1 saat sonra Əsəd qardaşı Cahangir ilə birlikdə yenidən Abşeron rayonu, Gənclər şəhərciyinə gəlmiş və onlar onun “Daewoo Centra” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib yenidən həmin evə baxmağa getmişlər. Əsəd və qardaşı yenidən həmin evə baxdıqdan sonra onlar yenidən onun avtomobilinə əyləşmişlər. Həmin vaxt o, guya ki, ev sahibinə zəng etdiyini deyib əvvəlcədən danışıb razı saldığı tanışı Yasər adlı şəxsə zəng edərək guya ki, evin qiyməti barədə maraqlanmışdır. Əsədlə əvvəlcədən danışıb Yasəri başa saldığı üçün o, telefonla danışarkən ona beh kimi 1000 manat alacağını, ilkin ödənişin qalan 6000 manatını da bir neçə gündən sonra rayondan gəldiyi zaman alacağını söyləmişdir. Tanışı Yasərlə telefonla danışarkən Əsəd ondan xahiş etmişdir ki, mobil telefonunu ona versin və o, da həmin ev sahibi ilə danışsın. O, mobil telefonunu Əsədə uzatmış və sonuncu da özünü ev sahibi kimi təqdim edən həmin şəxslə danışmışdır. Yasər Əsədə hazırda rayonda yas mərasimində olduğunu, 3-4 günə gələcəyini söyləmişdir. Həmçinin həmin şəxs evin 1000 manat beh pulunu ona verməyini, rayondan qayıtdıqdan sonra ilkin ödənişin qalan 6000 manatını da aldıqdan sonra evi Əsədin adına sənədləşdirəcəyini demişdir. Həmçinin evin qalan pullarını da 5 il müddətində hər ay 450 manat olmaqla ödəməyi bildirmişdir. Əsəd həmin şəxslə danışdıqdan sonra ondan həmin ev sahibinin adını və mobil nömrəsini istəmişdir. O, da ev sahibinin adının guya ki, Cahangir olduğunu, eləcə də mobil nömrəsinin ***-***-**-** olduğunu bildirmişdir. Bundan sonra o, Əsədi və qardaşı Cahangiri öz avtomobili ilə yaşadıqları Abşeron rayonu, Gənclər şəhərciyinə aparmışdır. Gənclər şəhərciyinə çatdıqları zaman onun avtomobilində Əsəd ona hazırkı dövrün məzənnəsi ilə 850 manat olan 500 ABŞ dolları və 150 manatı, yəni ümumilikdə 1000 manat beh pulunu vermiş və biz sağollaşaraq ayrılmışlar. Ertəsi gün, yəni 11.02.2021-ci il tarixdə saat 14 radələrində o, Əsədə zəng edərək perobleminin olduğunu, ona 250 manat pul lazım olduğunu söyləmişdir. Əsəd də ona 250 manatının olmadığlını, ona 150 manat verə biləcəyini demişdir. Həmçinin həmin vaxt o, Əsədə «onzuzda sən mənə makler (vasitəçi) haqqı verməlisən, bu pulu da onunla əvəzləşdirərik»-demişdir. 12.02.2021-ci il tarixdə saat 12 radələrində Əsədin qardaşı Cahangir Abşeron rayonu, Gənclər şəhərciyində onunla görüşüb 150 manat pulu ona vermişdir. Bundan bir gün sonra Əsəd ona zəng edib ev sahibi ilə danışmaq istədiyini, lakin onun Əsədə ev sahibinin nömrəsi kimi verdiyi ***-***-**- ** saylı mobil nömrəni istifadə edən şəxsin fərqli bir şəxs olduğunu söyləmişdir. Həmin vaxt o, Əsədə guya ki, nömrəni yalnış verdiyini deyib mobil telefonunun “Vhatsapp” xidməti vasitəsilə ona başqa bir mobil nömrə, yəni təxminən 3 il əvvəl öz istifadəsində olan, hazırda da işlək vəziyyətdə olmayan ***-***-**-** saylı mobil nömrəni göndərmiş və guya ki, həmin mobil nömrənin Cahangirin olduğunu bildirmişdir. Bundan bir qədər sonra Əsəd yenidən ona zəng edib bu barədə deyəndə o, Əsədə Cahangirin hazırda yas mərasimində olduğunu, bu səbəbdən də ola bilsin ki, telefonu söndürdüyünü söyləmişdir. Həmçinin qısa müddərt ərzində Cahangirlə əlaqə saxlayıb onunla danışdıracağımı söyləmişdir. Bundan bir gün sonra isə o, Əsədə zəng edərək guya ki. ev sahibinin ona zəng edib evi satmaq istəmədiyini söylədiyini bildirmişdir. Həmin vaxt Əsəd ona ev almaq üçün beh kimi verdiyi 1150 manat pulunu geri qaytarmağımı bildirmişdir. 13.02.2021-ci il tarixdə Əsəd qardaşı Cahangirlə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsinə, mənim yaşadığı evin yaxınlığına gəlmişdir. Onlar bir qədər bu barədə söhbət edib ev almaq üçün ona verdiyi 1150 manat pulunu geri qaytarmağını bildirdiyi zaman o, həmin 1150 manat pulu xərclədiyini və bir gün sonra həmin pulunu ona geri qaytaracağıma söz vermişdir. Lakin Əsədin ona ev almaq üçün beh kimi verdiyi 1150 manat pulu ehtiyacı olduğuna görə xərclədiyi üçün bundan sonrakı vaxtlarda da qaytara bilməmişdir. Həmçinin bundan 3 gün sonra telefonla danışdıqları zaman Əsəd ona nalayiq ifadələr işlətdiyi üçün qərara gəlmişdir ki, Əsəd ondan söydüyü ifadələrə görə üzr istədikdən sonra o, Əsədin pulunu geri qaytaracaqdır. Qeyd etmişdir ki, Əsəd alı şəxs ona zəng edərək kredit şərtləri ilə ev almaq istədiyini bildirdikdən sonra o, əvvəlcədən planlaşdırıb tanışı Yasərə zəng etmişdir. Onunla bu barədə danışdıqdan sonra ona kömək edib mobil telefonla danışan zaman özünü ev sahibi kimi təqdim edəcəyinə razılaşmışdır. Ona görə də o, Əsədi aldadaraq 1150 manat pulunu ələ keçirdikdən sonra həmin pulun 200 manatını Yasərə vermişdir. Qeyd etmişdir ki, Yasərin hazırda harada yaşadığını, eləcə də soyad və ata adını bilmir. Son olaraq etdiyi əməldən səmimi peşman olduğunu qeyd edib, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək onunla barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, Neftçala rayonu, Pirəbbə kəndində qeydiyyatdadır və 2012-ci ildən Abşeron rayonu, Gənclər şəhərciyi, blok 67, mənzil 35-də ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxsdur. O, Səidi 2020-ci ilin apel ayından ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyır. Bildirmişdir ki, kredit şərtləri ilə ev almaq qərarına gəldiyi üçün 09.02.2021-ci il tarixdə Səidin ***-***-**-** nömrəli mobil telefonu ilə əlaqə saxlayıb kredit şərtləri ilə ev almaq istədiyini bildirib bu barədə ona köməklik edə bilib-bilməməsini soruşmuşdur. Həmin vaxt Səid ona bildirmişdir ki, tanıdığı bir neçə evlər var ki, həmin evlər sahibi tərəfindən kredit şərtləri əsasında satılır. Ona görə də görüşməklərini təklif etmişdir. 10.02.2021-ci il tarixdə saat 13 radələrində Səidlə zəngləşib Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “OBA” marketin qarşısında görüşmüşdür. Həmçinin əlavə etmişdir ki, Səidlə görüşən zaman qardaşı Zərərçəkmiş şəxs2 da yanında olmuşdur. Səid onlara Masazır qəsəbəsində yerləşən və hazırda satışda olan 2 həyət evi göstərmişdir. O, həmin həyət evlərindən birini bəyənmişdir. Ona görə də Səid ev sahibinə zəng edərək evin qiyməti barədə maraqlanmışdır. Sonra Səid bildirmişdir ki, ev sahibin satmaq istədiyi həmin evini 36000 manata verə biləcəyini, ilkin ödəniş kimi 10000-12000 civarında pul alacağını, qalan pulu isə kredit şərtləri ilə alacağını bildirmişdir. Həmin vaxt o, Səidə bildirmişdir ki, ilkin ödəniş kimi 10000-12000 manat ödəməyə onun imkanı yoxdur və o, ilkin ödəniş kimi yalnız 7000 manat verə bilər. Bu zaman Səid bildirmişdir ki, ev sahibi ilə danışacaq və onu razı salmağa çalışacaq. Sonra Səid onu və qardaşı Cahangiri öz avtomobili ilə Gənclər şəhərciyinə gətirmiş və onlarla ev sahibi ilə danışdıqdan sonra əlaqə saxlayacağını bildirmişdir. Təxminən 1 saatdan sonra Səid onun ***-***-**-** nömrəli mobil telefonuma zəng edərək ev sahibi ilə danışdığını və onu satdığı evə görə ilkin ödəniş olaraq 7000 manat verməklə ümumilikdə 35000 manat verməyinə razı saldığını bildirmişdir. Həmçinin Səid ona bildirmişdir ki, qabaqcadan 1000 manat beh vermək lazımdır ki, ev başqa hər hansı bir şəxsə satılmasın. O, Səidlə razılaşmışdır. Bundan təxminən 1 saat sonra Səid yenidən Abşeron rayonu, Gənclər şəhərciyinə gəlmişdir. O və qardaşı Cahangir Səidin ağ rəngli avtomobilinə əyləşmişlər və baxmaq üçün yenidən həmin evə getmişlər. Evə yenidən baxdıqdan sonra Səid evin qapılarını və həyətin darvazasını kilidlədikdən sonra açarları ona verib artıq evin onun olduğunu söyləmişdir. O və qardaşı Cahangir yenidən Səidin avtomobilinə əyləşmişlər. Səidin avtomobilində olduqları zaman o, ev sahibi kimi dediyi şəxslə telefon əlaqəsi saxlayıb ondan beh kimi 1000 manat alacağını, ilkin ödənişin qalan 6000 manatını da bir neçə gündən sonra rayondan gəldiyi zaman verəcəklərini bildirmişdir. Həmin vaxt o, Səiddən xahiş etmişdir ki, mobil telefonunu ona versin və o da həmin ev sahibi ilə danışsın. Səid mobil telefonuunu ona uzatmış və o da həmin şəxslə danışmışdır. Həmin şəxs hazırda rayonda yas mərasimində olduğunu, 3-4 günə gələcəyini söyləmişdir. Həmçinin həmin şəxs evin 1000 manat beh pulunu Səidə verməyini, həmin şəxs rayondan qayıtdıqdan sonra ilkin ödənişin qalan 6000 manatını verdikdən sonra evi adına sənədləşdirəcəyini demişdir. Həmçinin evin qalan pullarını da 5 il müddətində hər ay 450 manat olmaqla ödəməyini söyləmişdir. O, həmin şəxslə danışdıqdan sonra Səiddən həmin ev sahibinin adını və mobil nömrəsini istəmişdir. Səid də ev sahibinin adının Cahangir olduğunu, eləcə də mobil nömrəsinin ***-***-**-** olduğunu bildirmişdir. Bundan sonra Səid onu və qardaşı Cahangiri yaşadıqları Abşeron rayonu, Gənclər şəhərciyinə gətirdi. Gənclər şəhərciyinə çatdıqları zaman Səidin avtomobilində o, Səidə hazırkı dövrün məzənnəsi ilə 170 manat olan 500 ABŞ dolları və 150 manatı, yəni ümumilikdə 1000 manat behi vermiş və onlar sağollaşaraq ayrılmışlar. Ertəsi gün, yəni 11.02.2021-ci il tarixdə saat 14 radələrində Səid ona zəng edərək perobleminin olduğunu, ona 250 manat lazım olduğunu söyləmişdir. O, həmin vaxt Səidə 250 manatının olmadığlını, ona 150 manat verə biləcəyini demişdir. Həmçinin həmin vaxt Səid bu pulu ona makler (vasitəçi) haqqı verməli olduğu pulla əvəzləşdirəcəyini söyləmişdir. 12.02.2021-ci il tarixdə saat 12 radələrində qardaşı Cahangir Abşeron rayonu, Gənclər şəhərciyində Səidlə görüşüb 150 manat pulu ona vermişdir. Həmin gün günorta saatlarında Səidin ona ev sahibinin mobil nömrəsi kimi verdiyi ***-***-**-** nömrəyə zəng edib danışmaq istəmişdir. Lakin həmin şəxs adının Cahangir olmadığını və başqa bir şəxs olduğunu bildirmişdir. Bundan sonra o, Səidə zəng edib ev sahibi ilə danışmaq istədiyini, lakin onun verdiyi mobil nömrəni istifadə edən şəxsin fərqli bir şəxs olduğunu söyləmişdir. Həmin vaxt Səid nömrəni səhv verdiyini deyib mobil telefonunun “Vhatsapp” xidməti vasitəsilə ona başqa bir mobil nömrə, yəni ***-***-**-** nömrəsini göndərmiş və həmin mobil nömrənin Cahangirin olduğunu söyləmişdir. O, Səidin “Vhatsapp” mobil nömrəsi ilə göndərdiyi həmin ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamaq istədikdə isə həmin nömrənin ümumiyyətlə işlək vəziyyətdə olmadığı ona məlum olmuşdur. Sonra Səidə zəng edib bu barədə deyəndə sonuncu ona Cahangirin hazırda yas mərasimində olduğunu, bu səbəbdən də ola bilsin ki, telefonu söndürdüyünü söyləmişdir. Həmçinin qısa müddərt ərzində Cahangirlə əlaqə saxlayacağını və onunla calaşdıracağını söyləmişdir. Bundan bir gün sonra Səid ona zəng edərək ev sahibinin ona zəng edib evi satmaq istəmədiyini söylədiyini bildirmişdir. Həmin vaxt o, Səiddən ev sahibi ilə nə cür əlaqə saxladığını soruşanda da Səid ona ev sahibinin ona gizli nömrə ilə zəng etdiyini bildirmişdir. O, Səidə belə olan halda 1150 manat pulumu geri qaytarmağını bildirmişdir. 13.02.2021-ci il tarixdə qardaşı Cahangirlə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsinə, Səidin yaşadığı evin yaxınlığına gedib Səidlə görüşmüşlər. Bir qədər bu barədə söhbət edib ev almaq üçün ona verdiyi 1150 manat pulunu geri qaytarmasını bildirdiyi zaman Səid həmin 1150 manat pulu xərclədiyini və bir gün sonra həmin pulunu geri qaytaracağına söz vermişdir. Ertəsi gün, yəni 14.02.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində, Araz marketin qarşısında Səidlə yenidən görüşüb söhbət edərkən Səid ona müxtəlif bəhanələr gətirərək 100 manat pul verə biləcəyini, qalan 1050 manatı da bir neçə günə verəcəyini bildirəndə o, Səiddən həmin 100 manatı götürməmiş və Səidə verdiyi 1150 manat pulunun hamısını birlikdə qaytarmağını söyləmişdir. Həmçinin Səidin ona qarşı dələduzluq etdiyini bilib DİNin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Qeyd etmişdir ki, 10.02.2021ci il tarixdə saat 13 radələrində Səidlə zəngləşib görüşdükdən sonra Abşeron rayonu, Gənclər şəhərciyində Səidin avtomobilində ona hazırkı dövrün məzənnəsi ilə 850 manat olan 500 ABŞ dolları və 150 manatı, yəni ümumilikdə 1000 manat pul vermişdir. Həmin vaxt qardaşı Zərərçəkmiş şəxs2 da onun yanında olmuşdur. 11.02.2021-ci il tarixdə Səid ona zəng edərək ona 250 manat lazım olduğunu söyləmişdir. O, həmin vaxt Səidə 250 manatının olmadığını, ona 150 manat verə biləcəyimi demişdir. Həmçinin həmin vaxt Səid ona bu pulu makler (vasitəçi) haqqı verməli olduğum pulla əvəzləşdirəcəyini söylədiyi üçün 12.02.2021-ci il tarixdə saat 12 radələrində qardaşı Cahangir Abşeron rayonu, Gənclər şəhərciyində Səidlə görüşüb 150 manat pulu ona vermişdir. Zərərçəkmiş şəxs sonda ona vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödəndiyindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında şahid Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsi ilə analoji ifadə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla tam sübuta yetirilir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 289 (iki yüz səksən doqquz) manat dövlət büdcəsinə ödəniş etmişdir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan 22.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 29.06.2021-ci il tarixli qərardan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan 01.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin 26.08.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək dərhal məhkəmə zalında həbs edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş, Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən, onunla barışmışdır, hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarında olan məlumat vərəqindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23.12.2008-ci il təvəllüdlü Ömər Həsənov və 19.08.2010-cu il təvəllüdlü Bəhman Həsənov adlı iki azyaşlı övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 26.08.2021-ci il tarixli hökmü ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda cəza çəkməsi nəzərə alınmalıdır. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 156, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 26.08.2021-ci il tarixli hökmü ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar