Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-455/2024 23.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3 Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxxxx 1961-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Abşeron rayonu Xırdalan şəhəri X4 yerləşən fərdi yaşayış evində qeydiyyatda olan və yaşamış, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş, 04 fevral 2024-cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 15 manat müqabilində 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (SİYAHİ İİ) daxil olan 0.919 qram çəkidə ağ rəngli, kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək Abşeron rayonu Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsinə daşıyaraq üzərində saxlamış, 06 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində olarkən Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilib, həmin gün saat 14:40-dan saat 14:55-dək olan müddət ərzində polis idarəsinin inzibati binasında xidməti otaqda aparılan şəxsi axtarış zamanı həmin kustar üsulla hazırlanmış 0.919 qram çəkidə psixotrop maddə olan metamfetamin əynində olan boz rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq Yaşayış massivi, nömrəsiz fərdi yaşayış evi ünvanında yaşayır. 2 ilə yaxındır ki, psixotrop maddə olan metamfetamin istifadə edir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində, Corat qəsəbəsində tanımadığı şəxsdən 15 manat dəyərində psixotrop maddə olan metamfetamin almış və öz istifadəsi üçün həmin psixotrop maddəni üzərimdə saxlamışdır. Həmin gün saat 13:40 radələrində Abşeron rayonu Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ərazisində piyada gəzərkən 2 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışdır. O uzaqlaşmaq istəsə də onu saxlamışdırlar. Əvvəlcə özlərini təqdim etmiş, ondan üzərində qanunla qadağan olunmuş əşya və predmet olub olmamasını soruşmuşdurlar. O da üzərimdə şüşə, yəni metamfetamin psixotrop maddəsinin olmasını onlara bildirmişdir. Bundan sonra onu Abşeron RPİ-nə dəvət etmişdirlər. Abşeron RPİ-də də üzərində psixotrop maddə olmasını demişdir. Abşeron RPİ-də xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O da əynində olan boz rəngli şalvarının sağ yan cibindən çıxardığı 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O həmçinin ifadəsində həmin kütlənin onun özünə məxsus olmasını, xx.xx.2023-cü il tarixdə qəsəbəsində Sumqayıt şəhərində, Corat qəsəbəsində tanımadığı şəxsdən 15 manata almasını qeyd etmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞnin əməliyyat müvəkkili, polis mayoru Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanlması məqsədi ilə 06 sentyabr 2023-cü il tarixdə Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən əməliyyat qrupu yaradılmış və o, qrup üzvi təyin edilmişdir. Həmin gün onların iştirakı ilə əməliyyat tədbiri keçirilmiş və Piriyev X6 rayon, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində saxlanılaraq idarəyə dəvət olunmuşdur. O, etiraz etməyərək onlarla Abşeron RPİ-yə getmiş, ilk olaraq ona hüquq və vəzifələri izah olunmuşdur, daha sonra dəvət olunmuş vəkilin və digər iştirakçıların iştirakı ilə xidməti otaqların birində n üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs dövriyyəsi qadağan olunmuş hər hansı əşya varsa, təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan şalvarın cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş kütləni çıxaraq təqdim etmişdir. Mərhum həmin kütləni Sumqayıt şəhərində tanımadığı şəxsdən 15 manata almasını və öz şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, vəkilin və digər iştirakçıların iştirakı onun üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı əlavə hansısa dövriyyəsi qadağan edilmiş əyşa və predmet aşkar edilməmişdir. Baxış zamanı video çəkiliş aparılmış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kristalşəkilli kütlə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə Şahid1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq və təsir olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 06 sentyabr 2023cü il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;
2. Şübhəli şəxsin tutulması haqqında” 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 06 sentyabr 2023-cü il tarixdən, saat 13:10-dan hesablanmışdır;
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 07 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4754 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №56" dairəvi möhür əksi və "...Təqsirləndirilən şəxs-imza, üç-imza, Rasim Məmmədov-imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 0,919 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş narkotik vasitə metamfetaminin təmiz çəkisi – 0,919 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,869 qram. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir;
4. “Cinayət işinin başlanması haqqında” 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır;
5. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
6. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində digər qətimkan tədbirinin seçilməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatəti təmin edilməmiş, barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilməklə Abşeron RPİ-nin X5 dərhal azad olunmuşdur;
7. “Cinayət işi üzrə maddi sübut kimi tanıma” haqqında 21 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,919 qram çəkidə psixotrop maddə olan metamfetamindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 0, 869 qram çəkidə psixotrop maddə olan metamfetamin işi üzrə maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir;
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 oktyabr 2023-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs Azərbaycan SSR Ali Məhkəməsinin xx.xx.1979-cu il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 111- m.1-ci hissəsi ilə təqsirli bilinərək, barəsində 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, daha sonra Bakı şəhəri Şaumyan rayon Xalq Məhkməsinin xx.xx.1981-ci il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 215, 88.2, 189-1.2, 38 və 39-cu maddələri ilə (quldurluq) təqsirli bilinərək barəsində 08 il 04 ay 13 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, daha sonra Sumqayıt şəhər məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, bundan sonra Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 05 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sonuncu dəfə ona Abşeron rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq 02 ay 18 gün gn vaxtından əvvəl şərti azad edilmişdir;
9. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ilə dəyişdirilmişdir.
10. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X2 haqqında 22 noyabr 2023-cü il tarixli, 7660 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxar olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;
11. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının 07 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4754 nömrəli ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, diskə baxış keçirilməsi haqqında protokol, məhkəmə-narkoloji ekspertizasının 22 noyabr 2023-cü il tarixli, 7660 №-li ekspert rəyi, təqsirləndirilən şəxsin etirafedici ifadəsi iş materialları ilə öz təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilmiş, şəxsin üzərinə baxış keçirilərkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən çəkilmiş 01 ədəd disk maddi sübut kimi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır;
12. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “fərdi məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2024-cü il tarixdə vəfat etmişdir.
Şəxsi axtarış və götürmə aparılması barədə 06 sentyabr 2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və maddə olub-olmaması, olduğu halda könüllü təqdim edilməsi təklif edildikdə o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükülmüş bükümü çıxarıb, təqdim edərək, həmin bükümdəki kütlələrin psixotrop maddə olan metamfetamin olmasını, həmin maddəni 05 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında tanımadığı şəxsdən 15 (on beş) manata almasını, verilən sualları tam başa düşməsini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün ibtidai istintaqda verdiyi ifadəsi, həmçinin məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntü, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, məhkəmə baxışının gedişində Təqsirləndirilən şəxs 04 fevral 2024-cü il tarixdə öldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 106-1.3-cü maddəsinə əsasən Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. 106-1.4-cü maddəsinə əsasən Ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Qanunla müəyyən olunmş prosessual müddət ərzində onun hüquqi varisi qismində tanınması barədə müvafiq istək daxil olmadığından, eyni zamanda cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi haqqında müdafiəçinin daxil olmuş yazılı ərizəsini və araşdırılmış halları nəzərdən keçirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.5-ci maddəsinə görə şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. 44.2.1-1ci maddəsinə əsasən bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə. Qeyd olunan Məcəllənin 106-1.4-cü maddəsinə görə ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,869 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 92 (doxsan iki) manat məbləğində pul dövlətə aid edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı mərhum Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri qüvvədən düşmüş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,869 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 92 (doxsan iki) manat məbləğində pul dövlətə aid edilsin. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Mərhum Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov