Məhkəmə qərarları › İş №1(012)-456/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-456/2020

07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-456/2020 07.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Füzuli rayonu, Mahmudlu-2 kəndində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məcburi köçkün, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla ünvan 1 mənzil 13 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri Təqsirləndirilən şəxs AzərbaycanRespublikasıCinayət Məcəlləsinin177.2.1 və 177.2.3cümaddələriilətəqsirləndirilməsinədaircinayətişinəaçıqməhkəməiclasındabaxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X4 ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs kirayədə yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi yeni məhəllədə yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin həyətyani sahəsinə getmiş və ev sahiblərinin həmin yerə gələcəyi halda xəbər vermək üçün mövqe seçib gözləyərək, X4 ilə birlikdə həmin evdən plastik pəncərəni açaraq qanunsuz daxil olmaqla 300 manat nəğd pulu, “Beynəlxalq” banka aid 2 ədəd, “Kapital” banka aid 1 ədəd plastik kartları oğurlayaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, valideynləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsindəki evlərində yaşayır. Əvvəllər Binəqədi rayonu Müşviq qəsəbəsi ilə Bakı şəhəri 20 Yanvar dairəsi arasında marşrut xətti üzrə işləyən 114 saylı avtobusda sürücü işləmiş, avtoqəza törətdiyi üçün Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 1 il, 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, işdən çıxdıqdan sonra yaşadığı qəsəbənin ərazisindəki kafeni icarə əsasında işlətmiş, qazancı olmadığı üçün bir müddət sonra kafeni sahibinə təhvil verib iş axtarmağa başlamışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində Müşviq qəsəbəsində, 114 saylı avtobus marşrutunun axırıncı dayanacağında olduğu vaxtı əvvəllər həmin marşrutda işləyərkən tanış olduğu X4 ilə təsadüfən görüşüb, hal-əhval tutduqdan sonra yaxınlıqdakı kafedə çay içmişlər. Həmin vaxtı Rafiz əvvəllər oğurluq etdiyinə görə məhkum olunduğunu deyib pulu olmadığını söylədikdən sonra ona yaxınlıqdakı qəsəbədən oğurluq edib pul əldə etməyi və həmin pulları yarı bölməyi təklif etmiş, o da pulu olmadığı üçün Rafizlə razılaşaraq, səhəri günü hava qaraldıqdan sonra görüşüb oğurluq etməyə getmək qərarına gəlib ayrılmışlar. Ertəsi günü, yəni xx.xx.2020-ci il tarixdə əvvəlcədən razılaşdıqları kimi telefon əlaqəsi saxlayaraq saat 20 radələrində 114 saylı marşrut avtobusunun axırıncı dayanacağının yaxınlığında görüşüb oğurluq etmək üçün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisindəki yeni məhəlləyə gedib oğurluq etmək üçün münasib ev axtarmağa başlamışlar. Təxminən bir saat gəzdikdən sonra Rafiz həmin qəsəbədə işıqları yanmayan bir mərtəbəli evdən oğurluq edə biləcəklərini deyib evin həyətinin darvazasına yaxınlaşıb kilidli olduğunu söyləmiş və evdə heç kimin olmadığına əmin olduğunu bildirmişdir. Bundan sonra o, Rafizlə birlikdə həmin darvazanın üstündən aşaraq həyətə keçmiş və evin sol yan tərəfindəki plastik pəncərəyə yaxınlaşmış, Rafiz özü ilə götürdüyü nazik dəmir parçası ilə həmin pəncərəni aralayaraq açmış, sonra ona həyətdə dayanıb ev sahibləri gələndə xəbər verməyini tapşırıb həmin pəncərədən evə daxil olmuş və təxminən 10 dəqiqədən sonra geri qayıdıb evdə oğurlamaq üçün heç nə tapmadığını söyləmiş, bundan sonra onlar birlikdə həyətə keçdikləri yerə tərəf gedib darvazanın üstündən aşmaq istəyərkən, sonradan həmin evin qonşuluğunda yaşayan ev sahibi olduğunu bildiyi kişinin onlara tərəf gəldiyini və “dayanın kimsiz” söyləməsini eşidib, qaçaraq evin həyətyani hasarına tərəf gedib oradan tullanıb qaçmaq istəmişlər. Rafiz hasarı tullanıb qaçsa da həmin kişi onu yaxalayıb sorğu-sual edib kimliyini və harada yaşadığını öyrəndikdən sonra mobil telefonu ilə şəklini çəkib buraxmış, o da oradan birbaşa evlərinə getmiş və Rafizə zəng edib ev sahibinin onu buraxdığını söyləyib səhər onunla görüşmək istədiyini bildirmiş, Rafiz də razılaşmışdır. Ertəsi günü səhər saat 10 radələrində oğurluq etdikləri evin qonşuluğunda yaşayan Zaur adlı tanıdığı oğlan ona zəng edib şəklini oğurluq etdikləri evin sahibinin telefonunda gördüyünü bildirib ev sahibinin həmin evdən oğurladıqları 300 manat pulu və 3 ədəd bank kartlarını qaytaracaqları halda onlardan şikayətçi olmayacağını söyləmiş, o da tanışı Rafizlə həmin evdə oğurluğa getdiyini etiraf etsə də, heç nə aparmadıqlarını bildirmiş, bundan sonra o, Rafizə zəng edib görüşmüş, həmin vaxt sonuncu oğurluq etdikləri evdən bir neçə plastik kart götürdüyünü etiraf etsə də, pul götürmədiyini söyləmiş, o da ev sahibinin Zaurun vasitəsi ilə onlara dediyi sözləri Rafizə çatdırmış, bundan sonra Rafiz üç ədəd bank kartını ona vermiş, o da həmin günü plastik kartları sahibinə qaytarmaq üçün Zaura zəng edib sonuncunu Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki kafeyə çağırmış, Zaur həmin kafedə onunla görüşdükdən sonra evindən oğurluq etdikləri adama zəng edib onu həmin kafeyə çağırıb kartları sonradan adının Kamal olduğunu bildiyi şəxsə qaytarmış, o da həmin Kamala əməlindən peşman olduğunu bildirib onu bağışlamasını xahiş etmiş, Kamal da evindən oğurlanmış 300 manat pulu qaytardıqdan sonra şikayətini geri götürəcəyini deyib getmiş,o da Rafizə zəng edib, 300 manat pulu qaytarmasını söyləmək istəsə də, sonuncunun telefonuna zəng çatmamış, əlavə olaarq o, Rafizin hazırda harada olması barədə heç bir məlumatının olmadığını və onun yaşadığı ünvanını bilmədiyini qeyd etdi. Hazırda törətdiyi əməllərdən peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını, şəhərli diabet və vərəm xəstəsi olduğunu və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindəgöstərdiki, anası ilə birlikdə Zahir adlı şəxsə məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi yeni məhəllədə yerləşən evdə kirayədə yaşayır. Fəhləlik edib pul qazanır. xx xxxx 2020-ci ildə səhər tezdən anasını Şamaxı rayonundakı evlərinə yola saldıqdan sonra işə getmiş, həmin gün ərzində işləyib axşam saat 22 radələrində kirayədə yaşaydıqları evə qayıtmış, həmin vaxtı yataq otağında olan əşyalarının, yorğan-döşəyin dağınıq vəziyyətdə olduğunu və yataq otağının plastik pəncərəsinin açıq olduğunu görüb, yaşadıqları evdən oğurluq olduğunu hiss edib,döşəyin altında saxladıqları 300 manat pulun yerində olub-olmadığını yoxlamış, bu zaman həmin 300 manat pulun və yanında olan “Beynəlxalq” banka aid 2 ədəd, “Kapital” banka aid 1 ədəd plastik kartların da yerində olmadığını görüb oğurlandığını yəqin edib mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir neçə dəqiqə sonra bu barədə qonşuluqda yaşayan ev sahibi Zahirə söyləmiş, sonuncu da evdən oğurluq edən şəxsi tutub kimliyini və ünvanını öyrəndikdən sonra mobil telefonuna şəklini çəkib həmin Firudun Şahvələd oğlunu buraxdığını söyləmiş, bir neçə dəqiqədən sonra polis əməkdaşları onun şikayəti ilə bağlı yaşadığı ünvana gəlib hadisə yerinə baxış keçirmişlər. Həmin vaxtı o, ev sahibi Zahirin evə girən oğrunu tutduğunu, həmin şəxsin Binəqədi rayonu, 28 May qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğunu söyləmiş, onun bu sözündən sonra polis əməkdaşları Zahiri çağırıb həmin məlumatı dəqiqləşdirib getmişlər. Ertəsi günü o, işdən evə gələn zaman sonradan adının Firudun olduğu bildiyi oğlan tanımadığı başqa bir cavan oğlanla yaşadığı yerin yaxılığındakı kafenin yanında ona yaxınlaşıb bir gün əvvəl Rafiz adlı tanışı ilə onun yaşadığı evə oğurluğa girən oğlan olduğunu bildirib evindən oğurlanmış 3 ədəd plastik kartı ona qaytarmış, o da kartları alıb evindən oğurlanmış 300 manat pulu kimin qaytaracağını soruşmuş, həmin vaxtı Firudun oğurluq etdikləri vaxt onun həyətdə pusquda dayandığını, Rafizin isə pəncərədən içəriyə daxil olub bir neçə dəqiqədən sonra çıxaraq evdən oğurlamaq üçün heç nə tapmadığını söylədiyini bildirmişdir. O da bunu eşidib Rafizin ona yalan dediyini, həmin vaxtı evindən yataq otağındakı döşəyin altından plastik kartlardan başqa 3 ədəd də 100 manatlıq pul götürdüklərini söyləmişdir. Firudun həmin vaxtı həyətdə olduğu üçün bunu görmədiyini bildirmişdir. Bundan sonra o, plastik kartlarını götürüb kirayə yaşadığı evə qayıtmışdır. sonda o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini bildirərək sonuncudan şikayətçi olmadığını bildirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmişŞahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ailəsiylə birlikdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evində yaşayır. Bakı şəhəri 3-cü mikrorayon bazarında xırdavat alveri ilə əşğul olur, hər gün səhər tezdən işə gedib hava qaralanda evə qayıdır. Zərərçəkmiş şəxs 2020-ci ilin yanvar ayından anası ilə birlikdə onun həyətindəki bir otaqlı evində kirayə yaşamağa gəldiyi vaxtdan tanıyır, onunla münasibəti yaxşı olmuşdur. xx xxxx 2020-ci il tarixdə axşam 19 radələrində işdən evə qayıtmış və şam yeməyi yeyib istirahət etdikdən sonra həyətindəki toyuq hininin qapısını bağlamağa getmiş, həmin vaxt Kamalgilə kirayə verdiyi evin hasarının yanında ayaq səsləri eşidib həmin yerə baxarkən iki nəfərin hasardan küçəyə tullandığını görüb onların ardınca qaçıb birini yaxalayıb həyətdə nə axtardıqlarını və kimliyini soruşmuş, həmin oğlan da Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yaşadığını və adının Firudun Şahvələd oğlu olduğunu söyləyib onun həyətinə oğurluq etmək üçün gəldiklərini, lakin onu görüb qaçdıqlarını bildirmiş, o da Firudundan yanında olan oğlanın kimliyini soruşmuş, sonuncu da adını bilmədiyi qəsəbə uşağı olduğunu söyləmiş, bundan sonra o, Firidunun şəklini mobil telefonuna çəkib onu buraxıb evinə getmiş, bundan təxminən 30-40 dəqiqə sonra Kamal ona zəng etmiş, evdən həyətə çıxıb onların yaşadıqları evə tərəf getmiş, Kamal onu görən kimi kirayə yaşadıları evə pəncərədən oğru girdiyini və otaqdakı döşəyin altından üç ədəd plastik kart ilə 300 manat pulunun aparıldığını bildirmiş, o da bunu eşidən kimi az əvvəl həyətdən çıxıb qaçarkən yaxaladığı Firudunun və onunla gələn oğlanın pəncərədən evə daxil olaraq Kamalın pulunu və kartlarını oğurladığını yəqin edib bu barədə Kamala söyləyib Firudunun telefonuna çəkdiyi şəklini ona göstərmiş və onu yaxalayarkən evdən oğurluq etdiklərini bilmədiyi üçün buraxdığını bildirmiş, Kamal da həmin günü anasının Şamaxı rayonundakı evlərinə getdiyini özünün də gün ərzində evdə olmayıb işdən az əvvəl qayıtdığını söyləmiş, bundan sonra polis əməkdaşları Kamalın məlumatı əsasında onun yaşadığı ünvana gəlib baxış keçirmişlər. Həmin vaxtı o da az əvvəl Firudun adlı oğlanı tanımadığı bir nəfərlə Kamalgilin yaşadığı evin həyətindən hasardan aşaraq küçəyə tullanarkən yaxaladığını bildirib Firidunun telefondakı şəklini onlara göstərmiş, həmin vaxtı qonşularından bir neçə nəfər də onların yanına həyətə gəlmiş və Firidunun şəklini onun mobil telefonunda görmüş, bundan üç gün sonra o, həmin Firudunun Kamalın oğurlanmış kartlarını qaytarıb özünə verdiyini sonuncudan eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Sadiq oğlu ifadəsindəgöstərdiki,Neftçala rayonu, Xıllı kəndində qeydiyyatda olasa da üç il olar ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi yeni məhəllədə Paşa adlı şəxsin evinə mühafizəçi kimi nəzarət etməklə həmin evdə yaşayır. Əvvəllər 114 saylı marşrut avtobusunda konduktor işləmiş, hazırda fəhləlik edib ailəsini dolandırır. Zərərçəkmiş şəxs təxminən 6-7 ay əvvəldən onunla eyni məhəllədə kirayədə yaşayan şəxs kimi tanıyır. Təqsirləndirilən şəxs avtobusda konduktor işlədiyi vaxtdan sürücü kimi tanımışdır. xx xxxx 2020-ci ildə səhər tezdən Kamalla Müşviqabad qəsəbəsində yerləşən daş bazarında görüşdüyü vaxt sonuncu Aşağı Güzdək qəsəbəsində kirayədə yaşadığı evindən ona məxsus bankamat kartlarının, 300 manat pulunun oğurlandığını bildirib bu barədə polisə məlumat verdiyini söyləmiş və həmin oğurluğu edən şəxsin mobil telefonunda olan şəklini göstərmiş, o da həmin şəkilə baxıb, əvvəllər 114 saylı marşrut avtobusunda sürücü işləyən Təqsirləndirilən şəxs şəkili olduğunu görüb onu tanıdığını Kamala söyləmiş və ondan şəkili necə əldə etdiyini soruşmuş, Kamal da kirayədə qaldığı ev sahibinin həmin gecə Firidunu və sonuncunun yanında olan başqa birisini yaşadığı evin hasarından tullanıb qaçarkən tutub şəklini mobil telefonuna çəkdiyini və sonra həmin şəkili onun mobil telefonuna göndərdiyini söyləmiş, bundan sonra o da Kamala köməklik etmək üçün Firudunu tapa biləcəyini bildirmiş və həmin günü saat 12 radələrində Müşviqabad qəsəbəsinə videodisk almağa getdiyi vaxt Firudunu oradakı çayxananın qarşısında görüb, şəklini Kamalın mobil telefonunda gördüyünü və sonuncunun evinə oğurluğa girib oradan ü ədəd bankomat kartını, 300 manat pulunu oğurladığını söyləmiş, Firudun da xx.xx.2020-ci il tarixdə tanışı Rafizlə birlikdə həmin evə oğurluğa getdiklərini, lakin evdən heç nə tapmadılarını, çıxarkən də Rafizin qaçıb getdiyini, ev sahibinin onu tutub adını öyrəndikdən sonra şəkilini mobil telefonuna çəkib buraxdığını bildirmiş, budan sonra o, Firuduna Rafizlə əlaqə saxlayıb bu məsələni dəqiqləşdirməyi və Kamalın kartları ilə pulunu qaytarmalarını məsləhət görüb yaxınlıqdakı videodisk yazılan mağazaya getmiş, təxminən 30 dəqiqədən sonra həmin yerdən çıxıb evə getmək istəyərkən Fiudun onu saxlayıb kartların onda olduğunu, lakin pulun olmadığını bildirib, həmin kartları Kamala birlikdə qaytarmağı xahiş etmiş, o da sonuncuya zəng edib onu həmin yerə çağırmış, bir neçə dəqiqədən sonra Firudun onun yanında Kamlla görüşüb cibindən 3 ədəd bankomat kartı çıxarıb sonuncuya vermiş, Kamal həmin kartlara baxıb evindən oğurlanmış kartlar olduğunu bildirib, 300 manat pulunu nə vaxt verəcəyini soruşmuş, Firudun da pulu götürmədiyini söyləsə də 10-15 günə Kamalın pulunu qaytaracağını bildirmiş, bundan sonra o, Firidunu görməmis, Kamalla görüşdüyü vaxt sonuncu Firudungilin onun pulunu qaytarmadıqlarını söyləmiş, Təqsirləndirilən şəxs tanışı Rafizlə birlikdə oğurluq edəcəyindən əvvəlcədən heç bir məlumatı olmamış, bu barədə Kamal mobil telefonundakı şəkili ona göstərib, yaşadığı evdən kartlarının və pulunun oğurlandığını dediyi vaxt bilmiş və Təqsirləndirilən şəxs tanışı Rafizi tanımadığını bildirmişdir. X8 Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin «Saidinin-Fransaya qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X8 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Sadiq oğlunun verdikləri ifadələri də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan baxış və götürmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qaytardığı 2 ədəd “Beynəlxalq” banka aid və 1 ədəd “Kapital” banka aid plastik kartları istintaqa təqdim etmiş, həmin plastik kartlar baxış keşirilərək götürüldükdən sonra saxlanılması üçün qanuni sahibinə qaytarılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki,Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən və Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə eyni müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, iş üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə olunmamış və o, xx.xx.2019-cu ildə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının çəkilməmiş 06 (altı) ay 14 (on dörd) gün müddəti Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi RİH başçısının 28 may qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünürki, Təqsirləndirilən şəxs 28 may qəsəbəsi, 1-ci küçə, 14 saylı evdə Füzuli rayonundan məcburi köçkün kimi qeydiyyatdadır vəyaşayış yeri üzrə müsbətxarakterizəolunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X2 adlı bir azyaşlı uşağı var. İş materiallarında olan məcburi köçkün vəsiqəsindən görünür ki, təqsirləndirilən şəxs Əsədov X3 rayonundan məcburi köçkündür. İş materaillarında olan tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs sağ ağciyərin febroz vərəmi və İ tip şəkərli diabet xəstəliyi daşıyıcısıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, məcburi köçkün olmasını, sağ ağciyərin febroz vərəmi və İ tip şəkərli diabet xəstəliyi daşıyıcısı olmasını və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam ödənilməsini məhkəmə yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran hallarının olmamasını, qanunvericiliyin tələblərini və cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması qanuni və əsaslı olmaqla cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, daha sonra istintaq orqanından gizləndiyi üçün barəsində axtarış elan edilmiş, cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs ağır xəstəliyi ilə əlaqədar dayandırılmış, xx.xx.2020-ci il tarixdə o, istintaqa könüllü təqdim olunmuş və məhkəmədə onun barəsində istintaq orqanı tərəfindən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məvəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni qeydiyyatda olduğu Bakı şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Bakı şəhəri Binəqədi rayonu İcra və Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Bakı şəhəri Binəqədi rayonu İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 90 (doxsan) manat məbləğində və məhkəmə baxışı zamanı 4 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 24 (iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının çəkilməmiş 06 (altı) ay 14 (on dörd) gün müddəti hazırki cinayət işi üzrə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilsin, ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin olunmuş cəzadan, həbsdə olduğu bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 90 (doxsan) manat məbləğində və məhkəmə baxışı zamanı 4 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 24 (iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar