Məhkəmə qərarları › İş №1(012)-456/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-456/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-456/2022 20.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlizadə Kamal , Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, axtarışda olmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2022-cu il tarixdə tutulmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq 50 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şoflaf rəngli selofan bükümdə 2005-ei il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına" daxil olan ümumi 1,625 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfelamini qanunsuz əldə edib qəhvəyi rəngli pul kisəsinin içərisinə qoyaraq üzərində daşımaqla saxlamış, 20 may 2022-ci il tarixdə 17 : 50 radələrində Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri “AAAF-park" yaşayış kompleksinin həyətində saxlanılıb, Abşeron RPİ-yə gətirilərək idarənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan açıq qəhvəyi rəngli pul kisəsinin içərisində həmin 1 ədəd bükümdə təmiz çəkisi l,625 qram ağ rangli, kristalalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində heroin izləri aşkar edilmiş bir ədəd gümüşü rəngli folqa kəsiyində və bir manatlıq pul əskinasından bükülmüş boru formalı predmet aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-park” yaşayış kompleksinin həyətində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra psixotrop maddə olan metamletaminin əldə edilməsində və gəzdirilməsində şübhəli bilindiyi üçün ona Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Orada ona hüquqları izah olunmuş, öz hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və otaqların birində videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt ona üzərində olan saxlanması və gəzdirilməsi qadağan olunan narkotik vasitə, maddə və ya başqa hər hansı bir alət, əşya olarsa təqdim etməsi təklif olunmuşdur. O da əlində olan açıq qəhvəyi (krem) rəngli pul kisəsinin içərisində olan 1 (bir) ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş, ümumilikdə 1 (bir) bükümdən ibarət olan, ağ rəngli, kristal formalı olan kütlənin psixotrop maddə olan metamfetamini əvvəllər istifadə etdiyi üzərində psixotrop maddəyə bənzər izləri olan siqaretin gümüşü rəngli kağızı və bir manatlıq pul əskinası bükülmüş forma içərisində olan kağız borunu çıxardıb təqdim etmişdir. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Protokolun doğruluğu imzalarla təsdiq edilmiş, həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda tanımadığı taksi fəaliyyəti ilə məşğul olan şəxsdən 50 manata aldığını və özü istifadə etmək üçün əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Həmin taksiyə o, yolda olan zaman təsadüf nəticəsində minmişdir. Sonda o, ilk dəfə cinayət törətməsini və əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilən Abşeron rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin saxlaması barədə idarəyə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə o, idarə rəisinə raportla müraciət etmiş və idarə rəisinin göstərişi əsasında ondan, Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X2 və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmişdir. Onlar dərhal 20 may 2022-ci il tarixdə saat 17:50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri “AAAF-park” yaşayış kompleksinin həyətində əməliyyat tədbiri keçirib məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs Abşeron rayonu, Xirdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksinin həyətində saxlayıb Abşeron rayon Polis İdarəsinə gətirmişlər. İdarədə o, raportla idarə rəisinə müraciət etmiş, idarə rəisinin göstərişi əsasında Abşeron rayon Polis İdarəsində otaqların birində baş təhqiqatçı Fərman Rəhimov tərəfindən dövlət hesabına tutulmuş vəkil Şahid3 iştirakı ilə video çəkiliş vasitəsi ilə Abşeron rayon sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs baş təhqiqatçı Fərman Rəhimov tərəfindən hüquq və vəzifələri izah edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet varsa, təqdim etməyi bildirildikdə Təqsirləndirilən şəxs əlində olan qəhvəyi rəngli pul kisəsinin içərisindən bir ədəd şəffaf rəngli selofan büküm, bir ədəd gümüşü rəngli falqa və bir ədəd bükülmüş boru formasında olan bir manatlıq pul əskinasını çıxararaq təqdim etdi. Həmin bir ədəd şəffaf rəngli selofan bükümün içərisinə baxdıqda ağ rəngli kristal şəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs əlində olan qəhvəyi rəngli pul kisəsinin içərisindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf rəngli selofan bükümün içərisinə psixotrop maddə olan metamletamin olduğunu bildirmişdir. Əlavə olaraq o, təxminən bir neçə vaxtdır ki narkotik vasitə və psixotrop maddə qəbul etdiyini, üzərindən aşkar olunmuş metamfetamini də xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində ərazisində taksi fəaliyyəti ilə məşğul olan tanımadığı şəxsdən 50 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb Abşeron rayonu Xırdalan şəhəri “AAAFpark” yaşayış kompleksinin həyətinə daşıyaraq saxladığını, onun narkotik vasitə qəbul etməsindən ailə üzvlərinin xəbəri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə iştirakçıların yanında qablaşdırılaraq müvafiq qaydada möhürlənib götürülmüş, bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və həmin protokol onlar tərəfindən imzalanmışdır. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilən və məhkəmə baxışında ifadəsi tədqiq edilən Abşeron rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam mahiyyəti üzrə təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunmuş ifadəsindən görünür ki, 20 may 2022-ci il tarixdə saat 19:20 radələrində Abşeron rayonu, Xırdalan şəhərində polis idarəsində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq Abşeron rayon polis idarəsinə gətirilərək bir nəfər qadının üzərində şəxsi axtarış aparılmasında iştirak etməyi ona təklif etmişlər. O, polis əməkdaşlarının dəvəti ilə şəxsi axtarış aparılan zaman iştirak etməyə razılığını vermişdir. Abşeron rayon polis idarəsində onun, və orada olan polis əməkdaşlarının vəkilin iştirakı ilə polis idarəsində otaqların birində əvvəllər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs kimi təqdim olunan şəxsin üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs baş təhqiqatçı Fərman Rəhimov tərəfindən hüquq və vəzifələri izah edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi bildiridikdə Təqsirləndirilən şəxs əlində olan qəhvəyi rəngli pul kisəsinin içərisindən bir ədəd şəffaf rəngli selofan büküm, bir ədəd gümüşü rəngli falqa və bir ədəd bükülmüş boru formasında olan bir manatlıq pul əskinasını çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffaf rəngli selofan bükümün içərisinə baxdıqda ağ rəngli kristal şəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs əlində olan qəhvəyi rəngli pul kisəsinin içərisindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, təxminən bir neçə vaxtdır ki, onun narkotik vasitə və psixotrop maddə qəbul etdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş metamfetamini də xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində ərazisində taksi fəaliyyəti ilə məşğul olan tanımadığı şəxsdən 50 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb Abşeron rayonu Xırdalan şəhəri “AAAF-park” yaşayış kompleksinin həyətinə daşıyaraq saxlamış və onun narkotik vasitə qəbul etməsindən ailə üzvlərinin xəbəri olmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman başqa qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə iştirakçıların yanında qablaşdırılaraq müvafiq qaydada möhürlənib götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və o da həmin protokola imza etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı o, əlində olan qəhvəyi rəngli pul kisəsinin içərisindən bir ədəd şəffaf rəngli selofan büküm, bir ədəd gümüşü rəngli falqa və bir ədəd bükülmüş boru formasında olan bir manatlıq pul əskinasını çıxararaq təqdim etmiş, həmin bir ədəd şətfaf rəngli selofan bükümün içərisinə baxdıqda ağ rəngli kristal şəkilli maddə aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümün içərisinfə psixotrop maddə olan metamfetamin olduğunu, təxminən bir neçə vaxtdır ki, o, narkotik vasitə və psixotrop maddə qəbul etdiyini, üzərindən aşkar olunmuş metamfetamini də xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində ərazisində taksi fəaliyyəti ilə məşğul olan tanımadığı şəxsdən 50 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2022-ci il tarixli 6/2914 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “DİN-nin Zərflər üçün №56 saylı” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (təqdim etdi)...” və. s sözlər, imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,625qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Folqa kəsiyində və borucu formalı predmetin daxilində narkotik vasitə heroinin izləri müəyyən edildi. Həmin predmetlərdə heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən etmək mümkün olmadı.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Republikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil (Siyahı 1) daxildir”. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 3157 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nətcəsində yaranan ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş 1.625 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.575 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin fəhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə siyahının İİ hissəsinin 27-ci bəndində metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN- nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görüniir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, Məhərrəmova Medinə xx.xx.2017-ci il tarixdə Almaniyanın Ştutqart şəhərində anadan olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. Bu hal onun cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğu qənaətini qaçılmaz edir. Şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır, qeyd edilən xüsusatlar birlikdə götürülməlidir. Bunun əhəmiyyəti ondadır ki, bu hal cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılarkən o digər əşyalar ilə yanaşı, narkotik vasitəni də təqdim etmişdir. Təqsirləndirilən şəxsin şəxsi axtarış aparıİmazdan əvvəl narkotik vasitənin gizlətməyərək, polis əməkdaşlarına təqdim etməsi onun əməlindən peşmançılığının məntiqi nəticəsi kimi , dəyərləndirilməlidir. Təqsirləndirilən şəxs ilk dəfə psixotrop maddələrdən istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilir. Onun üzərindən 1.625 qram psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan əlavə 2005-ci il 28 iyun tarixli 961-İ1Q saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıya əsasən metamfetamin növündə narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi isə 2 qram təşkil edir. İş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran heç bir hal olmamışdır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə istintaq orqanı tərəfindən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Daha sonra məhkəmə iclaslarına gəlmədiyi üçün Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və xx.xx.2022-ci il tarixdə Abşeron rayonu ərazisində tutularaq məhkəməyə gətirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə görə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Yenə də həmin Məcəllənin 95.0.1-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə məcburi ambulatoriya müşahidəsini təyin edə bilər. Göstərilən maddələrə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan və qalıq qalan 1,175 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (ik yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına və məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edisin, o, dərhal məhkəmə zalından azad edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ümumi çəkisi 1,175 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (ik yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına və məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar