Məhkəmə qərarları › İş №1(012)-457/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-457/2023

22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-457/2023 22.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana 4, ev 33-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dəniz Kənarı küçəsində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “İnstagram” sosial şəbəkəsində “vip.aviator” adlı səhifə açıb şəxsləri yalandan faizlə pul qazanmağa dəvət edərək, həmin səhifə ilə əlaqə saxlamaqla tanış olan Zərərçəkmiş şəxs1 yüksək faizlə pul qazanmaq adı ilə yalan vədlər verib aldadaraq inandırmış, bu məqsədlə 10 yanvar 2023-cü il tarixdə saat 11:10-dan saat 11:56-ya kimi olan müddət ərzində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilində sonuncunun adına olan "xxxx" ASC-yə məxsus 4169 7388 5590 7717 nömrəli plastik kartından “BirBank” mobil tətbiqi vasitəsi ilə köçürmə yolu ilə onun adına olan "xxxx" ASC-yə məxsus 5505 7850 2876 9631 nömrəli plastik karta göndərdiyi 139 manat, 210 manat, 97 manat, 169 manat, 30 manat, 35 manat, 210 manat, 100 manat, 97 manat, 58 manat, 35 manat olmaqla ümumilkdə 1180 (min yüz səksən) manat pulu, bundan başqa həmin tarixdə saat 14:46-da Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilində sonuncunun adına olan "xxxx" ASC-yə məxsus 4169 7388 5590 7717 nömrəli plastik kartından “m10” mobil tətbiqi vasitəsi ilə köçürmə yolu ilə əvvəlcə qeyd edilən instagram səhifəsi ilə müştəri kimi əlaqə saxlayan Şahid adına olan "xxxx" ASC-yə məxsus 4098 5844 6706 0107 nömrəli “Leobank” plastik karta, daha sonra isə həmin kartdan onun adına olan "xxxx" ASC-yə məxsus 5505 7850 2876 9631 nömrəli plastik karta göndərdiyi 2275 manat olmaqla, ümumilikdə 3345 (üç min üç yüz qırx beş) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs1 3345 (üç min üç yüz qırx beş) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “İnstagram” sosial şəbəkəsində “vip.aviator” adlı səhifə açıb şəxsləri yalandan faizlə pul qazanmağa dəvət edərək, həmin səhifə ilə əlaqə saxlamaqla tanış olan Zərərçəkmiş şəxs2 yüksək faizlə pul qazanmaq adı ilə yalan vədlər verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs2 26 yanvar 2023-cü il tarixdə saat 13:13-də "xxxx" ASC-yə məxsus **** **** 6202 5568 nömrəli “Leobank” plastik karta Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən Şaurmanın yanında olan “MilliÖN” ödəmə terminalı vasitəsi ilə göndərmə yolu ilə 40 (qırx) manat, həmin gün saat 17:09-da Sumqayıt şəhəri, Nizami küçəsində yerləşən Nizami parkında olan “MilliÖN” ödəmə terminalı vasitəsi ilə göndərmə yolu ilə 200 (iki yüz) manat, həmin gün saat 17:12-də Sumqayıt şəhəri, Nizami küçəsində yerləşən Nizami parkında olan “MilliÖN” ödəmə terminalı vasitəsi ilə göndərmə yolu ilə 100 (bir yüz) manat, həmin gün saat 17:26-da Sumqayıt şəhəri, Nizami küçəsində yerləşən Nizami parkında olan “MilliÖN” ödəmə terminalı vasitəsi ilə göndərmə yolu ilə 100 (bir yüz) manat, adına olan "xxxx" ASC-yə məxsus 4169 7388 5087 5117 nömrəli plastik kartından 31 yanvar 2023-cü il tarixdə saat 20:27-də "xxxx" ASC-yə məxsus 4068 09** **** 2732 nömrəli “Leobank” ödəniş kartına “BirBank” mobil tətbiqi vasitəsi ilə göndərmə yolu ilə 262 (iki yüz altımış iki) manat, 01 fevral 2023-cü il tarixdə onun adına olan "xxxx" ASC-yə məxsus 5505 7850 2876 9631 nömrəli plastik karta “BirBank” mobil tətbiqi vasitəsi ilə göndərmə yolu ilə saat 19:02-də 60 (altımış) manat, saat 19:19-da 220 (iki yüz iyirmi) manat, saat 19:27-də 200 (iki yüz) manat, 03 fevral 2023-cü il tarixdə "xxxx" ASC-yə məxsus 4169 **** **** 7668 nömrəli plastik karta Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən İdeal parfumeriya dükanında olan “MilliÖN” ödəmə terminalı vasitəsi ilə göndərmə yolu ilə 50 (əlli) manat və 17 fevral 2023cü il tarixdə saat 18:44-də "xxxx" ASC-yə məxsus **** **** 6410 5012 nömrəli “Leobank” plastik karta ünvan 3 ünvanında yerləşən “Araz” marketdə olan “MilliÖN” ödəmə terminalı vasitəsi ilə göndərmə yolu ilə 270 (iki yüz yetmiş) manat olmaqla, ümumilikdə göndərdiyi 1502 (bir min beş yüz iki) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs2 1502 (bir min beş yüz iki) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2022-ci ilin noyabr ayında “İnstagram” sosial şəbəkədə “Avaiator” adlı səhifə açmışdır. Həmin səhifəni açmaqda takibçi yığaraq müştəri toplamışdır. Həmin saytda storydə “20 manatı 200 manat edirəm” sloqanı ilə müştəriləri yüksək faizlə pul qazanmağa dəvət etmişdir. Həmin müştərilərdən pulu özünə məxsus Expres Bankın 5505 7850 2876 9631 heab nömrəsinə göndərtdirmişdir. Daha sonra isə həmin pulları onlayn şəkildə mərc oyunlarına köçürmüşdür. Müştərilərin pulunu onlayn mərc oyunlarına qoyub həmin şəxsləri aldatmışdır. Onun “aviator” səhifəsində Nigar adlı müştərisi vardır. Həmin Nigar adlı şəxs ona müştəri kimi təxminən 20-30 manat pul göndərmişdir. O da Nigara uduşu olduğunu lakin uduşunu balansına köçürtmək üçün şəxsiyyət vəsiqəsini istəmişdir. Nigarda şəxsiyyət vəsiqəsinin şəkilini və bank kartınının nömrəsini çəkərək ona atmışıdr. Bundan başqa “İnstagram” sosial şəbəkəsində xatırlamadığı bir səhifədə tanımadığı şəxslərin şəxsiyyət vəsiqləri paylaşılaraq yazılmışdır ki, bu şəxslərin adından istifadə edilərək vətəndaşlara qarşı dələduzluq edilir. O da həmin şəxsiyyət vəsiqələrindən X1 şəxsiyyət vəsiqəsini şəklini scren edərək mobil telefonunun yaddaşında saxlamışdır. Elməddin İsmayılovu həmin səhifədə admin kimi təqdim etmişdir. Müştəriləridə inandırmaq üçün Elməddin İsmayılovun şəxsiyyət vəsiqəsini müştərilərə atmışdır. Həmçinin Nigar adına fake profil açmış, həmin profil ilə müştərilər ilə danışaraq özümü Nigar kimi taqdim etmiş və inandırmaq üçündə Nigar Atakişiyevin şəxsiyyət vəsiqəsini müştərilərə göndərmişdir. Müştəri ilə danışıb pul göndərməyə razılaşdıqdan sonra Nigar adlı fake profili ilə və ya Aviator səhifəsi ilə Şahid ilə danışaraq kart hesabına digər müştərilər tərəfindən pul gələcəyini həmin pulun ona məxsus bank kartına atmağını istəmişdir. Nigarda onunla razılaşdığı üçün müştərilərə Nigara məxsus 4098 5844 6706 0107 nömrəli kart heabını atmışdır. Nigarda ona kart hesabına göndərilən pulu ona məxsus Express Bankın 5505 7850 2876 9631 heab nömrəsinə göndərmişdir. 10 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 adlı şəxs ilə Nigar adlı fake profili ilə yazışaraq pul göndərməsinə razılaşmışdır. Bu səbəbdəndə o, Zərərçəkmiş şəxs1 özünə məxsus bank hesabını yazıb göndərmişdir. Zərərçəkmiş şəxs1 4169 7388 5590 7717 nömrəli kart hesabından ona Express Bankın 5505 7850 2876 9631 hesab nömrəsinə ayrı ayrılıqda 30, 139, 25, 210, 35, 210, 100, 97, 58, 169, və 97 manat olmaqla ümumilkdə 1170 manat pul göndərtmişdir. Bundan sonra o, həmin pulları onlayn mərc oyunlarında uduzduğu üçün Zərərçəkmiş şəxs1 ilə yenidən pul göndərməsi üçün razılaşmışdır. Bu dəfə o, Zərərçəkmiş şəxs1 Şahid məxsus kart hesabını göndərmiş və Nigar ilə danışaraq müştərinin pul göndərəcəyini və həmin pulu ona məxsus kart hesabına göndərməsini demişdir. Nigar Atakisiyevada onunla razılaşmışdır. O Nigara həmin pulun üzərindən 50 manat öz kartında saxlamasını istəmiş çünki, Nigarın ona göndərdiyi 20 manat pula görə 30 manatda uduş əldə etdiyini bildirmişdir. Bu səbəbdəndə kartında 50 manat saxlamasını qalanını isə ona göndərməyini bildirmişdir. Nigarda Zərərçəkmiş şəxs1 ona göndərdiyi pulu onun kart hesabına göndərmişdir. Həmçinin bundan başqa Zərərçəkmiş şəxs2 adlı şəxsin 1502 manat pulunu dələduzluq yolu ilə əldə etmişdir. O, Zərərçəkmiş şəxs2 adlı şəxs ilə yenə Nigar adı ilə danışmışdır. 1502 manat pulu ayrı ayrı vaxtlarda hissə-hissə olmaqla əldə etmişdir. Nigar Atakişiyevin onunla əlbirliyi olmamışdır. Nigar Atakişiyevin ona digər müştərilərin göndərdiyi pulun bir qisminin uduş olduğunu bildirib kart hesabında saxlamasını bildirmişdir. O dələdzuluq əməlini tək törətmişdir. O ara-sıra yemək pulu üçün az bir miqdarda pulu nəğdləşdirirmi.. Lakin əsasən dələdzuluq yolu ilə əldə etdiyi pulları onlayn mərc ouynlarında uduzmuşdur. Çünki o, Nigara oyunun qaydasının belə olduğunu, uduş qazanmaq üçün müştərinin göndərdiyi pulun ona göndərməsinin lazım olduğunu bildirmişdir. Hazırda həm dəymiş ziyanlar, həm də dövlət nəfinə 25 faiz məbləğində ziyan ödənilmişdir, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, o, heç bir yerdə rəsmi işləmir, internetdə elektron ticarəti ilə məşğuldur. O “İnstagram”da “bir_felsefik” profili qeydiyyatdadır və yalnız bu profili istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində "İnstagram" sosial şəbəkəsində “vip.aviator” səhifəsində Nigar kimi özünü təqdim edən şəxs həmin günü qazanc əldə edib yüksək faizlə pul qazanmaq adı ilə onu oyuna təklif etdi. Onlar instaqramda xeyli yazışmış və o, həmin şəxsə inanmışdır. Lakin həmin şəxs ona mobil nömrəsini verməmişdir. Lakin həmin şəxs sonradan onu aldadaraq vədinə əməl etməmiş və ümumilikdə ona məxsus 3455 manat pulunu mobil tətbiqlə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, xx.xx.2023cü il tarixdə saat 11:10-dan saat 11:56-ya kimi özünə məxsus "xxxx" tərəfindən ona verilmiş 4169 7388 5590 7717 hesab kartından mobil tətbiqlə Nigarın “instagram” səhifəsində göstərdiyi “Exspress Bank”ın 5505 7850 2876 9631 hesab nömrəsinə 30, 139, 35, 210, 35, 210, 100, 97, 58, 169, 97 AZN pulu, yəni ümumilikdə 1180 AZN pulu karta göndərmişdir. Həmin şəxs ondan yenidən 2500 manat pulun göndərilməsini istəmişdir. Həmçinin “İnstaqram”da Nigar ona xx.xx.1996-cı il təvəllüdlü X2 məxsus şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərib bildirmişdir ki, həmin şəxs bu oyunda güya admindir. Ona görə də o, saat 14:46-da mobil tətbiqlǝ “M10” elektron pul kisəsi olan +**********37 hesabından Nigarın göstərdiyi “Leo Bank”ın 4098 5844 6706 0107 hesab nömrəsinə birdəfəlik 2275 AZN pulu göndərmişdir. Bir qədər sonra Nigar onu inandırmışdır ki, hesabına guya 17500 AZN pul mədaxil olacaqdır və yenidən ondan 500 AZN pulun göndərilməsini tələb etmişdir. O isə imtina etmiş və Nigar da pulu ona göndərməkdən imtina etmişdir. Bu barədə onlar yalnız “instagram”da yazışmışlar. O, pulunun qaytarılmasını istədikdə, Nigar ona "get kimǝ şikayət edirsən et, günahkar sənsən" yazmışdır. O da düşünmüşdür ki, həmin şəxs onu aldadır və həmin şəxsə daha pul göndərməmişdir. Eyni zamanda kartının balansında 480 AZN pul qalmışdır. Sonradan o, LEO bankın müştəri xidmətinə zəng edib 4098 5844 6706 0107 nömrəli kartın sahibini müəyyən etmiş, həmin kartın sahibi Nigarın nömrəsi 050 *** ** ** olmuşdur. Lakin o, həmin nömrəyə zəng etməmişdir ki, Nigar ondan şübhələnməsin və onu “instagram”da bloka salmasın. Həmin Nigarla o, nə telefon, nə də ki, vatsapla danışmamışdır. O, məcburiyyət qarşısında polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 26 yanvar 2023-cü il tarixdə "İnstagram" sosial" şəbəkəsində "vip.aviator" adlı səhifə görmüşdür. Bu səhifədə ödəniş etməklə əlavə qazanc əldə olunacağı bildirilmişdir. Səhifə istifadəçisinə yazmış, özünü yazışmada "Nigar" kimi təqdim edərək ondan ilkin olaraq 40 manat pul vəsaiti istəmişdir. Bundan sonra həmin şəxs ona "Leo Bank"-a məxsus 62025568 (son 8 rəqəm) nömrəli X6 adına olan kart məlumatlarını atmışdır. O da xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Sülh küçəsində yerləşən "Million" ödəmə terminalı vasitəsi ilə 40 manat bu şəxsin kartına ödəniş etmişdir. Daha sonra ona 1970 manat pul qazandığını bildirmiş və ondan bu pulu çıxarmaq üçün 200 manat pul istəmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Nizami küçəsi Nizami parkında yerləşən "Million" ödəmə terminalı vasitəsi ilə 200 manat bu şəxsin kartına ödəniş etmişdir. Bu şəxs ondan hər dəfəsində pul vəsaiti istədiyi üçün o da həmin şəxsə dediyi vəsaitləri göndərmişdir. Belə ki, yenidən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Nizami küçəsi, Nizami parkında yerləşən "MilliÖn" ödəmə terminalı vasitəsilə 100 manat, həmin günde təkrar olaraq bu karta yenidən 100 manat ödəniş etmişdir. Bu şəxs ona guya Mirxalid adlı şəxsin 070 *** ** ** mobil telefon nömrəsini vermiş və bildirmişdir ki, "vip.aviator" səhifəsinin adminidir. Daha sonra onlar "WhatsApp" proqramı üzərində danışmağa başlamışlar. Bu şəxs ondan axşam saat 7-yə qədər 270 manat pul istəmişdir. O da xx.xx.2023-cü il tarixdə öz adına olan "xxxx" ASC-yǝ aid 4169 7388 5087 5117 nömrəli bank kartından həmin şəxsin ona verdiyi "Leo bank"-a aid 4098 09**** 2732 nömrəli bank kartına 262 manat, xx.xx.2023-cü il tarixdə yenidən gecikmə bəhanəsi ilə o, öz kartından həmin şəxsin "Express bank"-a mexsus 5505 7850 2876 9631 nömrəli bank kartına 280 manat və həmin gün tanışının kartından həmin kart 200 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Sülh küçəsində yerləşən "MilliÖn" ödəmə terminalı vasitəsi ilə 50 manat daha sonra xx.xx.2023-cü il tarixdə bu şəxsin ona verdiyi “Leo bank”a aid 64105012 (son 8 reqem) nömrəli karta Abşeron rayonu, Saray qsəbəsində yerləşən "eManat" terminalı vasitəsi ilə 270 manat pul göndərdikdən sonra bu şəxs vədinə əməl etməyərək onu aldatmışdır. Daha sonra bu şəxsdən pulu istəsə də, geri ala bilməmişdir. O, həmin vaxt aldadıldığını başa düşmüşdür. Ümumilikdə ona 1502 manat ziyan dəymişdir. Hazırda dəymiş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid elan olunmuş ifadəsindən görünür ki, o, Gəncə Dövlət Universitetində 2-ci kurs tələbəsidir. 050 *** ** ** nömrəsini o, 2 ildən artıqdır işlədir. Həmin nömrə dayısı X5 adınadır. Bakir də bir neçə ay bundan əvvəl Moskva şəhərinə getmişdir. O, başqa bir mobil nömrə işlətməmişdir. Ona məxsus 2 bank kartı vardır. Onlardan 1-i Kapital bankdan verilmiş 5103 0714 59 58 1530 nömrəli kartdan stipendiya alır, digar kart isə Leo bankdan aldığı 4098 5844 6706 0107 nömrəli debet kartıdır, həmin kartdan təxminən 2022-ci ilin noyabr ayından mobil tətbiqlə istifadə edir, lazım olanda alış-veriş edir. Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 Gəncə şəhər 3-cü PB-yə etmiş olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. O, sosial şəbəkə İnstaqramda “atakishili.nika” profili ilə qeydiyyatdadır və yalnız bu profili istifadə edir. xx.xx.2023-cü il tarixdə "İnstaqram" sosial şəbəkəsində təsadüfən “vip.aviator” səhifəsinə daxil olmuş və görmüşdür ki, həmin səhifədə pul qazanmaqdan söhbət gedir. O da pul qazanmaq üçün həmin səhifəyə daxil olmuş və özünü təqdim etməyən qadınla yazışmağa başlamışdır. Həmin şəxs onu oyuna dəvət edərək göstərdiyi 5505 7850 2876 9631 hesab nömrəsinə müəyyən məbləğlər mədaxil edərək qazanc əldə edə biləcəyini bildirmişdir. Həmin şəxs ondan bank kartının olub-olmadığımı soruş, o da bildirmişdir ki, ona məxsus Leo bank kartı var və nömrəsi 4098 5844 6706 0107-dir. Həmin şəxs onu inandırmışdır ki, o, həmin şəxsin göstərdiyi karta 20 manat ödəniş etsə, onun kartına 1390 manat pul gələcəkdir. Bu səbəbdən o, 5505 7850 2876 9631 hesab nömrəsinə özünə məxsus 4098 5844 6706 0107 hesab kartından 20 manat pul göndərmişdir. Həmin şəxs əlavə olaraq ondan pulun 10 faizini ödəməsini istəmiş və demişdir ki, o, 20 manat ödədiyinə görə 80 manat rüsum da ödəməlidir. O həmin şəxsə yazıb bildirmişdir ki, onun kartında pul yoxdur. Həmin şəxs yazmışdır ki, oyunda növbə onundur və 80 manat pul ödənilməlidir. Sonra həmin şəxs onun kartına öz kartından 10 manat pul ödəmişdir ki, o, həmin pulları geri qaytarsın. O da həmin 10 manat pulu yenidən kartından həmin 5505 7850 2876 9631 hesab nömrəsinə ödəmişdir. Bu əməliyyatlar bir neçə gün ərzində davam etmiş, belə ki, həmin şəxs kartına ayrı-ayrı kartlardan və terminallardan 10, 20, 10, 76, 55, 10, 35, 166, 85, 210, 50 manat mədxail edilmiş, o da həmin pul məbləğləri yalnız 5505 7850 2876 9631 hesab nömrəsinə qaytarmışdır. Lakin onun kart hesabında yenə də pul olmamışdır. xx.xx.2023-cü cü il tarixdə saat 14:33-də yenidən həmin səhifədə olarkən həmin şəxs yenə də ona mesaj atmışdır ki, onun kartına 2275 manat pul gələcək və həmin pulu o, həmin şəxsin 5505 7850 2876 9631 hesab nömrəsinə qaytarmalıdır. O da həmin şəxslə razılaşmışdır. Saat 14:46-da onun kartına M10 elektron pul kisəsindən 2275 manat mədaxil olunmuşdur. Həmin şəxs ona demişdir ki, güya ödəniş edən şəxs polis əməkdaşıdır və həmin məbləği tezliklə 5505 7850 2876 9631 hesab nömrəsinə qaytarmalıdır. O da 3 dəqiqədən sonra həmin məbləği göstərdiyi karta mobil tətbiqlə mədaxil etmişdir. Həmin şəxs yazmışdır ki, güya həmin oyundan onun kartına saat 15:00-da 1300 manat mədaxil olunacaqdır. O da həmin şəxsə inanıb gözləmiş, lakin sonradan kartına pul mədaxil olunmamışdır. O da həmin şəxsə karta pul mədaxil olunmaycağı təqdirdə şikayət edəcəyini və hesabını spam edəcəyini bildirmişdir. O, yazışmağına baxmayaraq ona heç kim pul göndərməmiş və həmin "İnstaqram" sosial şəbəkəsində “vip.aviator” səhifəsində obnunla yazışan şəxs onu xx.xx.2023-cü il tarixdə saat 20:18-da bloka salaraq onunla heç bir əlaqə saxlamamışdır. O, yalnız intemet vasitəsi ilə görmüşdür ki, vip.aviator səhifəsi aktivdir, lakin həmin səhifə ilə yazışmamışdır, çünki bloklanmışdır. Bildirirəm ki, həmin şəxslə o, nə telefon, nə də ki, vatsapla danışmamışdır. Onun kart hesabında xx.xx.2023-cü il tarixdə cəmi 20 manat pul olmuş və həmin pulu o, 5505 7850 2876 9631 hesab nömrəsinə oyun üçün göndərmişdir. O, heç kimi aldatmamış və ya kiminsə pulunu ələ keçirməmişdir. Həmin şəxs ona oyunun şərtlərinin belə olduğunu bildirirmiş. Bu səbəbdən müştərilər tərəfindən gələn pulları onun kart hesabına göndərmişdir. O özü həmin şəxsin kart hesabına uduş qazanmaq üçün əvvəlcədən 20 manat ödəmişdir. Onun kartına 2275 manat pul gələn zaman özünü ona xanım kimi təqdim edən şəxs ona bildirmişdir ki, həmin puldan 50 manatı öz kart hesabında saxla qalanını göndər. Bunun səbəbidə onun əvvəlcədən uduş qazanmaq üçün ödədiyi 20 manat olmuşdur. 30 manatı isə ona uduş kimi təqdim etmişdir. Lakin o, kart hesabına gələn 2275 manat pulu həmin şəxsin kart hesabına göndərən zaman komissiya tutmuş və ümumilkdə onun kartında həmin puldan 15 manat qalmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi və iş üzrə toplanmış digər materiallarla tam sübuta yetirilir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 1212 (bir min iki yüz on iki) manat dövlət büdcəsinə ödəniş etmişdir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməsi və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Cinayət işinə əlavə olunmuş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, onlara dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs 19 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa, 21 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ərizəsi əsasında toplanmış HK-1/176 saylı material Təqsirləndirilən şəxs barəsində istintaq edilən ********* nömrəli cinayət işinə əlavə edilməklə istintaq ********* nömrəsi altında davam etdirilmişdir. 21 fevral 2023-cü il tarixli qərar ilə cinayət işi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif olunmuşdur. 21 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs müstəntiq Pərviz Qasımov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində Abşeron rayon məhkəməsinin həmin tarixli qərarı ilə 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər məhkəməsinin hakimi Kənan Hüseynovun 15 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 156, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar