Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-457/2024 06.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Sübhan Məmmədov və onun Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Yaaşar oğlunun,zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs Abiyar oğlunun, onun vəkili-nümayəndəsi X3 iştirakları ilə xx.xx.1983-cü ildə Ağdam rayonu, Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, Xırdalan şəhəri, Quşçuluq massivində fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2021 -ci ilin oktyabr ayından 04 fevral 2022-ci il tarixədək olan müddət ərzində qaynaqçı işlədiyi Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Aslanov küçəsində yerləşən dəmirçi sexindən biri 64 manat dəyərində olan 60 ədəd dəmir listləri, biri 220 manat dəyərində olan 10 ədəd dəmir qapını və biri 19 manat dəyərində olan 10 ədəd qapı kilidini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 6230 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ilin oktyabr ayından tanıyır, belə ki, o, iş axtararkən Rizvan onu Xırdalan şəhəri, H.Aslanov küçəsində yerləşən dəmir sexinə işə götürmüşdür, o, həmin sexdə qaynaqçı olaraq işləmişdir. Onunla birlikdə həmin sexdə Rahim, Ruslan və Zamin adlı şəxslər də işləmişdir. Onların sexinə malları Eşqin adlı şəxs gətirmişdir. 2021-ci ilin oktyabr ayında Rizvan malların əksik olduğunu, çatışmazlıq olduğundan ziyana işlədiklərini bildirib sexi bağlayacağını demişdir. 2022-ci ilin əvvəllərində təxminən fevral ayının 4-də o, Rizvandan 50 manat pul istəmiş, həmin gün Eşqin sexə gəlib dəmir listləri sexə boşaltmış və ona 25 manat pul vermişdir. O, Eşqindən nə səbəbə pul vediyini soruşduqda Eşqin pulun Rizvana çatacağını demişdir Eşqin getdikdən sonra Rizvan sexə gəlib onun sexdən oğurluq etdiyini demiş, o, isə bunu inkar etmişdir. Rizvan dəmir listləri oğurlayıb həyətində saxladığını bildirmiş, həyətə baxmışlar, ancaq heç bir dəmir list aşkar olunmamış, həmin gün Rizvan onu işdən çıxartmış və daha sonra onun barəsində polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs sexindən 60 ədəd dəmir list, 10 ədəd dəmir qapı və 10 ədəd qapı kilidi oğurlamamışdır. Şahid2 4 komplekt qapı kilidini satmadığını bildirmişdir. CD diskdə olan səs yazılarını xatırlamadığını, ola bilsin Rizvangiln onu içirdib, bundan istifadə edərək səsini yazmalarını həmin vaxt bəlkə də sərxoş olduğunu, çünki hər gün spirtli içki qəbul etdiyini, sexə gətirilən malları onun qəbul etmədiyini, malların hansı səbəbdən əskik olmasını bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhərində Quşçuluq massivində yerləşən dəmirçi sexi vardır. Həmin sexi icarəyə götürmüşdür, həmin sexdə dəmir darvaza, məhəccər və digər əşyalar düzəldilir. Ondan başqa sexdə X2 və Şahid1 işləmişdir. 2021-ci ilin avqust ayından Təqsirləndirilən şəxs işə götürmüşdür. Həmin ərəfələrdə işlədiyi sexin ərazisində bina tikilməli olduğu üçün bir ay sonra işlədiyi sexin yaxınlığında daha bir sex icarəyə götürmüşür və həmin sexə köçmüşdür. Təxminən noyabr ayında daha bir nəfər Sadıqov Ruslan adlı şəxsi işə götürmüşdür. 2022-ci ilin yanvar ayında isə Şahid3 sexə işə götürmüşdür. Hər ayın axırlarında haqq-hesab edirdi və işçilərin maaşını verəndən sonra özünə pul qalmadığını gördü. Zamini təxminən 10 ildir tanıdığı üçün ona bu barədə bildirmiş, birlikdə haqq-hesab edəndan sonra sentyabr ayından hər ay 1100 manata yaxın pulun əskik çıxdığını görmüşlər. Sexdə olan işçiləri hər gün yığıb haqq-hesab edəndə və sexi bağlayanda sexdən oğurluq olması barədə işçilərə məlumat vermiş, heç kəs boynuna almamışdır. Sexdə işlədilən bütün dəmirləri o,Dərnəgül bazarından almışdır, həmin dəmirləri ona sürücü Şahid2 gətirmişdir, lakin həmin dəmirləri o, saymamışdır və gələn kimi də sexə boşaldılmışdır. Gələn malı Rahim və Təbriz sayıb qəbul edir, ona da tam gəlib-gəlməməsi barədə məlumat verirmişlər. Gələn materialların qaimə fakturalarını, yəni qəbzlərini sexdə saxlamışdır, lakin həmin qəbzlər hazırda olmadığı üçün təqdim edə bilməmişdir. 2022-ci ilin yanvar ayında gələn mallar və istifadə olunan qapı və darvazaların sayını hesablamış, məlum olmuşdur ki, 2021 -ci ilin oktyabr ayından 07 fevral 2022-ci il tarixədək olan müddətdə sexdə ümumilikdə 60 ədəd hər biri 64 manata dəyəri 3,840 manat olan dəmir listlərin və hər biri 220 manat olan 10 ədəd ümumi dəyəri 2200 manat dəmir qapıların və 10 ədəd hər biri 19 manat olan qapı kilidinin oğurlandığını aşkar etmişdir. Ümumilikdə ona cəmi 6230 manat ziyan vurulmuşdur. Bundan sonra o, Təbrizdən və material gətirən Eşqindən şübhələnmiş və ona materialları əskik gətirdiyini demiş, Eşqin isə əksinə Təbrizlə Rahimin ona mallardan oğurlayıb birlikdə pul qazanmalarını təklif etdiklərini onun isə razılaşmadığını demişdir. Həmçinin, Eşqin ona deyib ki, Təbriz 60 ədəd dəmir list və 10 ədəd qapı oğurladığını və həmin malları satmağını təklif etdiyini onun isə yenə də razılaşmadığını demişdir. Eşqinin deməsinə görə Təbriz və Rahim 2 dəfə qapı kilidlərini oğurlayıb ona satmağa vermiş, Eşqin də satıb pulunu onlara vermişdir. Üçüncü dəfə isə Təbrizin oğurladığı kilidləri satmaqdan imtina etmişdir. 2022-ci ilin fevral ayının 4-də saat təxminən 17 radələrində Eşqin ona zəng edib telefonu açıq saxlamasını Təbrizlə danışanda onu da xəttə qoşacağını listləri ondan almaq barədə söhbət edəcəyini həmin söhbəti onun eşidəcəyini demişdir. Eşqin Təbrizə zəng vurmuş və telefonda Eşqin Təbrizə demişdir ki, danışdıqları dəmirləri almaq istəyir, lakin Təbriz həmin malların qardaşının həyətində olduğunu, sexdən 10 ədəd dəmir seyf qapı və 60 ədəd dəmir list oğurladığını etiraf etmişdir. Təbrizin oğurluq əməllərini ifşa etmək üçün 1 ədəd dəmir listin pulu 50 manatı Eşqinə verib 30 ədəd list sifarişini gətirərkən 29 ədəd təhvil verib 1 listin pulunu Təbrizə verməsini təklif etmişdir. xx.xx.2023-cü il tarixdə Eşqin də 29 ədəd listi təhvil verdikdə birini guya satıb pulunu Təbrizə vermiş, Təbriz də həmin puldan 25 manatı Eşqinə verib 30 ədəd list qəbul etdiyini qeyd etmişdir. Bundan sonra o, sexə gəlmiş, Təbrizə bu barədə danışdıqda Təbriz heç bir oğurluq etmədiyini demiş, tələb etmişdir ki, Təbrizin qardaşının həyətinə getsinlər. Həmin gün onunla birlikdə Təbrizin yaşadığı Yoncalıq deyilən ərazidə yerləşən fərdi yaşayış evinə getmişlər, məlum olmuşdur ki, Təbriz qardaşları ilə birlikdə bir həyətdə yaşayırlar. Təbrizin qardaşı Rizvan qapıya çıxmış və baş vermiş hadisəni ona danışdıqda Rizvan öz aralarında həll etməyi təklif etmiş, bundan sonra sexə gəlmişlər, Təbrizin qardaşı Rizvan təklif etmişdir ki, ziyanı ödəyəcəklər ancaq qardaşı Təbriz sexdə qalıb işləsin, o isə razılaşmamış və ziyanın ödənilməsini tələb etmiş lakin onlar ziyanı ödəmədiklərinə görə polisə şikayət etmişdir.Hazırda məhkəməyə mülki iddia ərizəsi ilə müraciəət etmişdir.Cinayət əməli nəticəsində ona 6230 manat maddi ziyan, 2500 manat itirilmiş gəlir, hüquqi yardım üçün 120 manat, dövlət rüsumu üçün 108,50 manat, cəmi 8.958,50manat pulun təqsirləndirilən şəxsdən onun xeyrinə tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki tanıyır, 2012-ci ildən Zərərçəkmiş şəxslə birlikdə işləyir. Rizvanda o da usta olaraq işləmişlər. Dəmir qapı, darvaza düzəldib satmışlar. 2021 -ci ilin oktyabr ayında Rizvan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində dəmir sexi açmış və orada işləmişlər. Onlarla birlikdə Təbriz və Rahim adlı şəxslərdə qaynaqçı olaraq işləmişlər. 2022-ci ilin oktyabr ayında Rizvan hesablama apardıqda hesabatın əksik gəlməsini bildirmiş bunun səbəbini araşdırdıqda məlum olmuşdur ki, Rahim və Təbrizin sexdən malları oğurlayıb satıblar. Belə ki, sexə malları gətirən “QAZEL” markalı avtomobilin sürücüsü Eşqin ilə söhbət zamanı X5 bir neçə dəfə qapı kilidləri verdiklərini satıb pullarını onlara verməsini bildirmişdir. Eşqin 2 dəfə kilidləri satıb pullarını onlara vermiş , sonuncu dəfə isə təklif etdiklərində imtina etmişdir, hətta dəmir üstləri də sexdən oğurlayıb Eşqinə satmaq istəmişlər ancaq Eşqin buna razı olmamışdır. Bunu Eşqin onlara danışdıqda ilkin olaraq inanmamışlar, ancaq sonra Eşqin bunu sübut etmək üçün Təbrizlə telefonla danışmağı və səsi yazmasını təklif etmiş. Eşqin Təbrizə zəng edib, Rizvandan oğurladığı dəmir üstlərə müştəri tapdığını demiş, Təbriz Rizvanın sexindən 10 ədəd qapı və 60 ədəd dəmir üst oğurlayıb qardaşının evinin həyətində gizlətdiyini qardaşı Türkiyədə olduğundan hazırda çıxarda bilədiyini demişdir. Həmin günün sabahısı Təbrizin əməllərini ifşa etmək üçün Eşqinə 1 ədəd dəmir listin pulu olan 50 manat verib, Təbrizə 1 listi satmasını deməsini bildirmişlər. Eşqin sexə 29 ədəd üst aparmış Rizvan Təbrizə 30 ədəd üst gəldiyini qəbul etməsini demiş Təbriz malları qəbul etdikdən sonra Rizvana 30 ədəd listi qəbul etdiyini bildirmiş, Eşqin Təbrizə 1 ədəd listin pulu 50 manatı verib, Təbriz 25 manat özünə götürüb 25 manatı da Eşqinə vermişdir Bu prosesdən sonra onlar Rizvanla birlikdə sexə getmiş Təbrizdən neçə ədəd üst qəbul etdiyini soruşduqda, o, 30 ədəd listi sayıb qəbul etdiyini demiş, həmin vaxt Rizvan Təbrizə nə səbəbə oğurluq etdiyini deyib iradını bildirmiş və Təbrizin cibindən 25 manat pulu çıxarıb verməsini istəmişdir. Pulu geri aldıqdan sonra, Təbrizə Eşqinlə danışdığı zəngin səs yazısına qulaq asdırıb sexdən oğurladığı 60 ədəd dəmir listi və 10 ədəd qapını təhvil verməsini istəmiş, Təbriz qardaşlarını çağırmış, onlar sexə gəlib Rizvana xahiş edib polisə məlumat verməməsini, dəymiş ziyanı ödəyəcəklərini demişlər. Bundan bir neçə gün sonra Təbrizin qardaşları dəymiş ziyanı ödəməmiş və Rizvan polisə məlumat vermişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 8 ildir ki, tanıyır. Belə ki, o, "Qazel” markalı avtomobili ilə Rizvanın işlətdiyi dəmir sexinə malları gətirirmiş. 2021 -ci ildə Rizvan Xırdalan şəhərində yeni sex açmış, həmin sexə də malları o gətirmişdir. Həmin sexdə Rizvanın işçiləri Rahim və Təbriz işləmiş malları Təbriz qəbul etmişdir. Təxminən 2022-ci ilin əvvəllərində Rizvan ona sexdə mallar əksik gəldiyini heç bir qazanc qalmadığını demiş, o, hiss etmişdir ki, Rizvan ondan şübhələnir. O, Rizvana ona verdiyi siyahı üzrə malları Təbrizə təhvil verdiyini bildirmişdir. Bundan bir müddət sonra Təbriz ona təklif etmişdir ki, onda 4 komplekt seyf qapı kilidi var, həmin kilidləri ona sata bilər.O, Təbrizdən kilidləri haradan əldə etdiyini soruşduqda, sexdə artıq qaldığını demiş və 4 komplekt kilidi 30 manata ona satmışdır. O, kilidlərini Rizvanın işçisi Zaminə aparıb Təbrizin ona satdığını malların əksik gəlməsinin səbəbinin Təbriz olduğunu bildirmişdir. Sonra Təbriz ona Rizvanın sexindən 10 ədəd dəmir seyf qapı və 60 ədəd dəmir list çıxardığını satmağa kömək etməyini ona da pul verəcəyini bildirmiş, o, bu barədə Rizvana demiş və sübut etmək üçün Təbrizə zəng edib səsini yazmışdır. Rizvan da zəngə qulaq asmışdır. Telefon danışığı zamanı Təbriz bir daha sexdən 10 ədəd dəmir seyf qapı və 60 ədəd dəmir list oğurladığını etiraf edib qardaşının həyətində gizlətdiyini, hazırda qardaşının Türkiyədə olduğundan malları götürə bilmədiyini, qardaşı gəldikdən sonra malları çıxarıb satmaqda ona kömək etməsini istəmişdir. Rizvan özü də buna qulas asmış və ona inanmışdır ki, malların əksik gəlməsinin səbəbi Təbrizdir. Sabahı gün Təbrizin oğurluq əməllərini ifşa etmək üçün, Rizvana ona 1 ədəd dəmir listin pulu olan 50 manat verib, Təbrizə 1 listi əksik yazmasını pulunu ona verməsini istəmiş, O, 29 ədəd list aparıb 1-nin pulunu yəni, 50 manatı Təbrizə vermiş, Təbriz 25 manatını ona vermiş, ancaq 30 ədəd list qəbul etdiyini yazmışdır. O, sexdən çıxıb Rizvanın yanına getmiş və Təbrizin 1 listi əksik qəbul etdiyini bildirmiş, Təbrizin verdiyi 25 manatı Rizvanın özünə qaytarmışdır. Bundan sonra Rizvangil sexə getmiş, sonra baş verənlərdən məlumatı yoxdur. Rizvan polisə məlumat verəndən sonra Təbriz ona zəng edib, nə səbəbə onun səsini yazdığını, onun malları oğurlamasını Rizvana bildirdiyini deyib, əgər polis onu tutarsa ondan qisas alacağını bildirmişdir. Məhkəmə iclasında zərərçəkən tərəfin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki,2022-ci ilin yanvar ayından zərərçəkən Rizvaının sexində qaynaqçı işləyir.Rizvan ona bildirdi ki, sexdə oğurluq olmasından şübhələnir.Malı gətirən Eşqin adlı şəxs Rizvana bildirmişdir ki, sexdə işləyən Təbriz və Rahim oğurluq edir.X12 və Zamini də götürüb Təbrizin qardaşlarının evinə baxmağa gediblər.Bir müddət sonra Rizvan,Təbriz,Zamin və Təbrizin qardaşı Rizvan adlı şəxslə sexə gəlmişlər.Sexdə Təbrizin qardaşı Rizvan təlkif etdi ki, Rizvan sexdə qalıb işləsin,vuduğu ziyanı əmək haqqından ödəsin, məsələni burda bağlasınlar, şikayət olmasın.Bundan sonra Təbriz işə gəlməmiş,Rizvan da ondan polisə şikayət etmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsin qardaşıdır.2022-ci ilin fevral ayının 04-də uşağının ad günü olan vaxt Rizvan, qardaşı Təbriz və başqa bir şəxs onların həyətinə daxil oldular, ordan da qardaşı Eldənizin həyətinə daxil oldular, baxıb çıxıb getdilər. Bir müddət sonra Təbrizin iş yerinə çagırdılar.Getdi ora, qardaşı Təbriz qapqara qaralmışdı.Rizvan dedi ki,Təbriz oğurluq edib.Sonra evə gəldik. Təbriz dedi ki, sən Rizvanı tanımırsan, o ziyanı bizdən çıxarır.Sabah Rizvan gəldi onunla görüşdük,dedi guya 60 list dəmir həyə boşaldılıb,hər gün gəlirdi, axırı bezdim dedim ver polisə. CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi içərisində Şahid2 ilə Təqsirləndirilən şəxs arasında olan danışığın səs yazıları köçürülmüş 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir CD diskdə 1 ədəd 06 dəqiqə 42 saniyə davam edən səs yazısı vardır, səs yazısının 01:58-ci saniyəsində Şahid2 - “bəs nə oldu e deyirdin listlər var hanı? gətir sataq” dedikdən sonra Təqsirləndirilən şəxs “qardaşının həyətinə yığdığım” bildirir, səs yazısının 02:42-ci saniyəsində Şahid2 yenidən “nə vaxt satırsan e? dedikdən sonra Təqsirləndirilən şəxs “danışarıq da danışarıq 3-3, 5-5 aparıram da hələ nə olub? fürstədi” deyə cavab verir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli 4/1622 saylı məhkəmə-fonoskopik ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatım” markalı CD-R diskdə olan mübahisəli fonoqramdakı danışıqlar tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatım” markalı CD-R diskdə olan mübahisəli fonoqramdakı danışıqlar tədqiqi hissədə verilmiş yazılı mətnində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatım” markalı CD-R diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda diktorların emosional vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, danışıqlarda məntiqi ardıcıllığın pozulması, kəskin fon sıçrayışları və audiosiqnalın itməsi kimi montaj əlamətləri müəyyən olunmadı. Maddi sübut kimi tanıma qərarından görünür ki, səs yazılarının köçürüldüyü 1 ədəd “Verbatım” markalı CD-R disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qanunsuz olaraq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olmuş ittihamda qeyd edilmiş dəmir qapıları, dəmir üstləri və qapı kilidlərini oğurlamaması barədə öz müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə istintaq zamanı toplanmış sübutlarla — zərəçəkmiş Zərərçəkmiş şəxs ifadəsi, şahidlərin ifadəsi, səs yazılarının köçürüldüyü diskə baxış protokolu, məhkəmə-fonoskopik ekspert rəyi, zərərçəkmişlə, şahidilərlə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri ilə təkzib edilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun bu əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal onun xx.xx.2020-ci il təvəllüdlü X6 adlı azyaşlı uşağının olmasıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş, 28 iyul 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Məhkəməsi tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu, 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində secilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri secilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılmalıdır. Cəzaçəkmənin əvvəli 06 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşin məhkəmə baxışında müəyyən edidi ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər 6230 manat təşkil edir.Zərərçəkən mülki iddia ilə məhkəməyə müraciət edərək cinayət əməli nəticəsində ona təqsirləndirilən şəxs tərəfindən vurulmuş 6230 manat maddi ziyan, 2500 manat itirilmiş gəlir, hüquqi yardım üçün 120 manat, dövlət rüsumu üçün 108,50 manat, cəmi 8.958,50manat pulun təqsirləndirilən şəxsdən onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. İşin məhkəmə baxışında təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində zərərçəkənə 6230 manat maddi ziyan vurması sübut olundu,iddia tələbinin 2500 manat itirilmiş gəlir hissəsini təsdiq edən sübutlar mövcud dedyildir, hüquqi yardım üçün 120 manat, dövlət rüsumu üçün 108,50 manat ödənildiyi iş materiallarında olan 29 yanvar 2024-cü il tarixli “KapitalBank”a olan ödəniş qəbzləri ilə təsdiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 6230 manat maddi ziyan, 80 manat vəkil xərci və 80 manat dövlət rüsumuna görə, cəmi 6390 (altı min üç yüz doxsan) manat məbləğində pul tutularaq zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs verilməli, qalan hissədə iddia təmin edilməməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı -06 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində secilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri secilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs 6230 manat maddi ziyan, 80 manat vəkil xərci və 80 manat dövlət rüsumuna görə, cəmi 6390 (altı min üç yüz doxsan) manat məbləğində pul tutulsun və zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-457/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-457/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver